Press "Enter" to skip to content

Azerbaycan tarixi 2015

yaradılmamışdır. Düzdür, AXC dövründə əhalinin milliyyəti siyahılara türk olaraq qeyd olunurdu, lakin bu azərbaycanlı məsələsini sarsıtmır. Türk milliyyətin adıdır, Azərbaycanlı isə xalqın kimliyidir. Çünki, Azərbaycan ərazisində türk olmayan(talış, tat, ləzgi, udin və.s) xalqlar vardır. Azərbaycanlı dedikdə yəni Azərbaycan ərazisində yaşayan xalqların ümumi ismi deməkdir. Qeyd etdiymiz kimi, Azərbaycan adı çox qədim mənbələrdə qeyd olunur. Mən Azərbaycanlıyam deməklə biz dolayı yol ilə mən e.ə IV əsrdə Adərbayqan(Azərbaycan) torpaqlarında yaşayan xalqın övladıyam deməkdir. XX əsrdə yaranan anlayışın yox. Biz bu fikri ifadə etməklə, Türklükdən uzaqlaşmır, əksinə tariximizdə daha da bağlı oluruq. Dolayı dəlil verək:

AZƏRBAYCAN MƏDƏNİYYƏTİ

Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir.

Azərbaycan xalqının bədii təfəkkür və yaradıcılığına ölkənin gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi də böyük təsir göstərmişdir. Ölkəmizin müxtəlif sənət növlərinin hər biri ayrı-ayrılıqda uzun və mürəkkəb inkişaf yolu keçməsinə baxmayaraq, birlikdə vəhdət təşkil edərək Azərbaycan incəsənəti və mədəniyyəti haqqında tam təsəvvür yaratmağa geniş imkan verir. Azərbaycan incəsənəti ölkəmizin təbiəti kimi rəngarəng, dolğun və zəngindir.

Azərbaycan xalqının zəngin yaradıcılıq çeşməsində ən mühüm yerlərdən birini onun həyat və məişəti, gündəlik güzəranı ilə bağlı olan xalq sənətləri tutur. Ən qədim dövrlərdən zəmanəmizədək davam edən bu sənət növü xalqın geyimindən tutmuş müxtəlif təsərrüfat məmulatı və bəzəyinə qədər böyük bir sahəni əhatə edir.

Təbiidir ki, xalqımızın məişət xüsusiyyətləri, estetik zövqü, bir sözlə milli siması, mənliyi bu sənət növündə özünü xüsusilə parlaq şəkildə büruzə verir. Təsadüfi deyil ki, indi dünyanın ən zəngin muzeylərində Azərbaycan xalq sənətkarlığının bir çox gözəl nümunələri ilə rastlaşmaq olur. Londonun Viktoriya və Albert, Parisin Luvr, Vaşinqtonun Metropoliten, Vyananın, Romanın, Berlinin, İstanbulun, Tehranın, Qahirənin zəngin muzey kolleksiyalarına baxarkən orada Təbriz, Naxçıvan, Gəncə, Qazax, Quba, Bakı, Şəki, Şamaxı və Qarabağ ustalarının bacarıqlı əlləri ilə yaradılmış sənət nümunələrini görmək olar.

Xalqımızın əməyi sayəsində yaranıb onun həyat və məişətində geniş istifadə edilən el sənətimizin böyük və zəngin bir tarixi var. Naxçıvan, Mingəçevir, Gədəbəy, Qazax, Gəncə və s. yerlərdən əldə edilmiş metaldan düzəldilmiş sənət əsərlərinin yaşı 5000 ilə yaxındır. Bu ərazilərdən tapılmış qab-qacaq, silah və bəzək nümunələri tək bir tarixi fakt kimi deyil, həm də onu yaradan sənətkarın ustalıq bacarığından məlumat verən qiymətli mənbədir.

Azərbaycan ərazisində qazıntılar zamanı tapılmış maddi-mədəniyyət nümunələri göstərir ki, əcdadlarımız hələ eramızdan əvvəl II minillikdə tuncdan zərif formalı qablar, xəncərlər, baltalar, kəmərlər və s. zinət əşyaları düzəldib öz həyat və məişətində istifadə edirlərmiş. Bunlar isə misgərlik və zərgərlik kimi sənət növlərinin qədimliyindən xəbər verir. Metaldan düzəldilmiş sənət nümunələri içərisində elələri vardır ki, onların üzərində olan bəzək və təsvirlərlə biz o dövrdəki insanların adət-ənənələri, dini görüşləri və hətta geyimləri ilə yaxından tanış ola bilərik.

Xalq yaradıcılığının tarixi, etnoqrafik və bədii xüsusiyyətləri öz əksini geyimlərdə tapır. Bu xüsusiyyət həm müəyyən formalı geyim və onun bəzəklərində, həm də bədii tikmə, toxuma və toxuculuqda özünü büruzə verir. Azərbaycanda aparılan arxeoloji qazıntılar zamanı tunc dövrünün əvvəllərinə aid (e.ə.III minillik) tuncdan hazırlanmış iynə və biz tapılmışdır. Bu tapıntılar sübut edir ki, Azərbaycanın qədim sakinləri özlərinə paltar tikməyi bacarırdılar. Kültəpədən və Mingəçevirdən (e.ə. II minillik) tapılmış gildən kiçik heykəllər və Mingəçevirdən tapılmış e.ə. V əsrə aid möhür-barmaqçıllar o dövrün geyimləri haqqında müəyyən təsəvvür yaratmağa imkan verir. Eramızın V-VI əsrlərinə aid olan Mingəçevir katakomba qəbirlərindən isə müxtəlif ipək parçalardan tikilmiş geyimlərin qalıqları tapılmışdır. E.ə. III-IV əsrlərə aid qızıldan hazırlanmış çoxlu miqdarda bəzək şeyləri və gildən ayaqqabı formasında qayrılmış qabların tapılması azərbaycanlıların hələ çox qədim zamanlardan yüksək maddi mədəniyyətə malik olduqlarını sübut edən əsaslı dəlillərdəndir.

Misdən, tuncdan, qızıldan düzəldilmiş ev avadanlığının və zinət əşyalarının üzərinə həkk olunmuş müxtəlif rəsmlər Azərbaycanda hələ qədim zamanlarda təsviri sənətin mövcud olduğunu sübut edir.

Cənubi Azərbaycanın Maku şəhərindən tapılmış gildən düzədilmiş at fiqurunun (e.ə. II minillik) üzərində gül-çiçək təsvirləri ilə bəzədilmiş çul rəsmi, Urmiya gölü yaxınlığındakı Həsənli təpəsindən aşkar edilmiş qızıl camın (e. ə. I minillik) səthində üstünə çul salınmış şir təsviri və başqa tapıntılar Azərbaycanda xalq sənətinin nə qədər qədim tarixə malik olduğunu göstərir.

Arxeoloji qazıntılar zamanı Mingəçevirdən I-III əsrlərə aid katakomba qəbirlərdən palaz və xalça qalıqları aşkar edilmişdir. Arxeoloji materiallara və yazılı mənbələrə əsasən, Azərbaycanda xalçaçılıqla hələ Tunc dövründən (e.ə. II minilliyin sonu – I minilliyin əvvəllərində) məşğul olmuşlar. Azərbaycanda xalçaçılığın inkişafı haqqında Herodot, Klavdi Elian, Ksenofont və başqa qədim dünya tarixçiləri məlumat vermişlər. Müxtəlif dövrlərdə Azərbaycanın ayrı-ayrı xalçaçılıq məktəblərində (Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ, Təbriz) toxunulmuş xalçalar bu günədək öz gözəlliyi ilə insanları valeh edir. Onların bir çoxu dünyanın məşhur muzeylərində mühafizə olunur.

Təsviri sənətin ən qədim nümunələri arasında e.ə. VIII-V əsrlərdən qalmış Qobustan qaya təsvirləri, Kəlbəcər rayonunun Zalxa gölü ətrafında Ayıçınqılı və Pəriçınqıl dağlarındakı tunc dövrünün başlanğıcına (e.ə. 3-cü minillik) aid rəsmlər, Ordubad şəhərindən şimalda Gəmiqaya dağlarındakı qayaüstü təsvirlər müstəsna əhəmiyyətə malikdir. Qobustan qayalarında həkk olunmuş rəsmlərdə, orada yaşamış qədim insanların həyat tərzi, məişəti, əməyi ilə əlaqədar təsvirlər xüsusi maraq doğurur. Burada ovçuluq, maldarlıq, əkinçilik və məişətin digər sahələri ilə bağlı müxtəlif süjetlər, səhnələr, insan və heyvan təsvirləri dinamik tərzdə həkk olunmuşdur. Qobustan qaya rəsmləri — piktoqramlar ibtidai icma quruluşundan feodalizm mərhələsinə kimi çoxəsrlik, uzun tarixi dövrü əhatə edir.

Azərbaycan qədim zamanlardan bəri təsviri sənət əsərləri ilə yanaşı, xalq sənətinin bir qolu olan memarlıq əsərləri ilə də zəngindir. Bakıdakı Qız qalası və Şirvanşahlar sarayı kompleksi, memar Əcəminin Naxçıvanda yaratdığı Möminə xatun və Yusif ibn Küseyir türbələri, Şuşadakı Pənahəli xanın sarayı, Natəvanın evi, Şəki xanları sarayının divarındakı rəsmlər və s. memarlıq sənətinin nadir inciləridir.

Qobustan qayaüstü təsvirləri arasında “Yallı” (rəqs) oynayan insanların təsviri xüsusi maraq doğurur. Bu təsvirlər Azərbaycan xalqının qədim dövrlərdən musiqiyə olan marağından xəbər verir.

Zəngin mədəni irsə malik olan Azərbaycan xalqının Vətəni Odlar yurdu, eyni zamanda sehrkar musiqi diyarı kimi də məşhurdur. Dünya musiqi mədəniyyəti xəzinəsini öz nadir inciləri ilə zənginləşdirən Azərbaycan musiqisinin çoxəsrlik ənənələri vardır. Bu ənənələri nəsildən-nəsilə yaşadaraq böyük və zəngin bir irs yaradan xalq musiqi yaradıcılarının Azərbaycan musiqisinin inkişafında böyük xidmətləri olmuşdur. Azərbaycan milli musiqi sənətində xalq mahnıları, rəqslər, aşıq yaradıcılığı da özünəməxsus yer tutur. Azərbaycan milli musiqisinin təməl daşı, onun bünövrəsini muğamlar təşkil edir. Təsadüfi deyildir ki, 2003-cü ildə BMT-nin ixtisaslaşmış təşkilatı olan UNESCO Azərbaycan muğamını bəşəriyyətin mədəni irs siyahısına daxil etmişdir.

Qədim zamanlardan milli musiqimiz ədəbiyyatla birgə inkişaf etmişdir. Məsələn, muğam Şərq poeziyası ilə birgə inkişaf etmişdir. Belə ki, muğam ifa olunarkən xanəndələr Azərbaycan xalqının Nizami, Xaqani, Nəsimi, Füzuli kimi qüdrətli şairlərinin qəzəllərini oxumuşlar. Milli poeziyanın janrları olan qoşma, müxəmməs, ustadnamə, qəfilbəndlə yanaşı, onun poetik formaları olan gəraylı, divani, təcnis aşıqların sevimli ifa tərzidir. Klassiklərimizin və müasirlərimizin yaratdıqları ədəbi əsərlər dünya mədəniyyəti xəzinəsində özünəməxsus şərəfli yer tutur. M.V.Vidadinin, M.P.Vaqifin, Q.Zakirin, M.F.Axundovun, N.Vəzirovun, M.S.Ordubadinin, M.Ə.Sabirin, C.Məmmədquluzadənin və bir çox başqa şair və yazıçılarımızın yaratdığı əsərlər indi də öz yüksək bədii-estetik əhəmiyyətini itirməmişdir.

Azərbaycan ədəbiyyatı ilə sıx bağlı olan sənət növlərindən biri də teatr sənətidir. Azərbaycanda teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə bağlıdır. Mərasim, ayin və oyunlardakı tamaşa elementləri müstəqil xalq teatrının yaranmasında mühüm rol oynamışdır. Azərbaycan xalq teatrı realist özəllik daşımış və əməkçi təbəqələrlə bağlı olmuşdur. Xalq teatrının repertuarını müəyyən etik məzmunlu kiçik tamaşalar (farslar) təşkil etmişdir. Azərbaycan professional teatrının təşəkkülündə xalq teatrı əhəmiyyətli rol oynamışdır.​Kökləri qədim zamanlara gedib çıxan teatr sənətinin tarixi M.F.Axundovun 1873-cü ilin mart və aprel aylarında Bakıda səhnəyə qoyulan “Lənkəran xanının vəziri” və “Hacı Qara” tamaşalarından başlanır. Mürəkkəb inkişaf yolu keçmiş Azərbaycan teatrının repertuarı bu gün daha da genişlənib. Tamaşaçıların zövqünü oxşayan müxtəlif tamaşaları bu gün Azərbaycanda fəaliyyət göstərən Akademik Milli Dram Teatrında, Bələdiyyə teatrında, Rus Dram Teatrında, Pantomim teatrında, Gənc tamaşaçılar teatrında və digər teatrlarda seyr etmək mümkündür.

Müasir dövrümüzün ən maraqlı və ən populyar incəsənət növü hesab edilən kino xalqımızın həyatına nüfuz etmiş və onun ayrılmaz hissəsinə çevrilmişdir. Digər sənət növlərinə nisbətən yeni olan kinematoqrafiya tamaşaçı qarşısında insan qəlbinin dərinliklərini və yeni həyat üfüqlərini açıb göstərir. Milli kinomuz ildən-ilə zəngin təcrübə toplamış, xalqımızın həyatını və problemlərini əks etdirən müxtəlif növ və janrda xeyli əsər yaradılmışdır. Bu filmlər gələcək nəsillər üçün saxlanılmış, xalqımızın mənəvi sərvətinə çevrilmişdir.

Azərbaycan incəsənəti xalqımızın tarixi qədər qədim və zəngindir. Uzun və mürəkkəb inkişaf yolu keçmiş teatr, kino, musiqi və xalq sənətinin müxtəlif növlərinin tətqiqi Azərbaycan xalqının yüksək mədəni irsə malik olmasını sübut edir. Bunu dünyanın nüfuzlu təşkilatlarında da sübuta yetirir. Azərbaycan Respublikası 3 iyun 1992-ci ildə UNESCO-ya üzv qəbul edilmiş, 1996-cı ildən isə əməkdaşlığa başlamışdır.

Azərbaycan UNESCO-nun Ümumdünya İrsi obyektləri siyahısına 2 qeyri-maddi mədəni irs — Şirvanşahlar sarayı və Qız Qalasının yerləşdiyi İçərişəhər və Qobustan qayaüstü incəsənət nümunələri daxil edilib.

Eyni zamanda qeyri-maddi mədəni irs siyahısına 11 element daxil edilib:

1. Azərbaycan muğamı (2008)
2. Azərbaycan aşıq sənəti (2009)
3. Novruz bayramı (2009)
4. Azərbaycan xalça toxuculuğu ənənəvi sənəti (2010)
5. Azərbaycan tar ifaçılıq sənəti (2012)
6. Qarabağ atı ilə oynanılan Çovqan atüstü oyunu (2013)
7. Qadın başörtüyü kəlağayının düzəldilməsi və geyinilməsi ənənəvi incəsənəti və onun simvolizmi (2014)
8. Lahıc misgərlik sənəti (2015)
9. Lavaş (2016)
10.Kamança (2017)
11.Dolmanın hazırlanması və paylaşma ənənəsi (2017)

“Dünyanın yaddaşı” siyahısına isə bir element daxil olub. Bu da təbiət və əczaçılıq işi üzrə orta əsr əlyazmalarıdır. Onlar Bakı şəhərində yerləşən Məhəmməd Füzuli adına AMEA Əlyazmalar İnstitutunda saxlanılır. Kolleksiyada 12 minə yaxın qiymətli əlyazma mövcuddur.

Güman edirik ki, Azərbaycanın mədəni irsi dünya tərəfindən tanınmaqda davam edəcək, çünki sərvətimiz bitib tükənmək bilməyən zənginliklərlə doludur!

Azerbaycan tarixi 2015

TEREF.AZ: Tarixi mənbələrdə “Azərbaycan” adı çox nəql edilmişdir. Əfsuslar olsun ki, cəmiyyətimizin bəzi nümayəndələri iddia edir ki, Azərbaycan 1918-ci ildə yaranmış dövlətdir. Məhz bu adı Məhəmməd Əmin Rəsulzadə yaratmışdır. Halbuki, bu çox absurd iddiadır. Azərbaycan adının mənşəyi qədim fars dilində od(alov) yurdu mənasına gəlir. Biz bu adla ilk dəfə Atropatena zamanı tanış olmuşuq. Belə ki, Atropatena dövlətinin digər adı Adərbayqan olmuşdur. Qeyd etdiyimiz kimi bu adın mənası alov yurdu deməkdir. Çünki, sözügedən illərdə Zərdüştlüyün yəni atəşpərəstliyin qibləsi Qazaka(indiki Təkab) şəhərində idi. Ərəblərin yaxın şərqi işğalından sonra Xəlifələr işğal etdikləri ərazilərə valilər təyin etmişdir. Azərbaycan ərazisinə də I Müaviyə tərəfindən canişin Ubeydullah təyin olunmuşdur. Qeyd etmək lazımdır ki, əməvi ərəb mənbələrində Azərbaycan ərazisi Dərbəndən-Zəncana qədər sərhədlənmişdir. Yaqub Həmədani Möcəmul-buldan kitabında Ərdəbilin də Azərbaycana aid olduğunu yazır. “. O cümlədən Ərdəbil barəsində ki, Azərbaycan məntəqələrindəndir, deyilənlərə əsasən Ərdəbil Azərbaycanın ən məşhur şəhərlərindən və islamdan əvvəl onun mərkəzi olmuşdu.”

İslam mənbələrində isə Azərbaycan adı Savalan dağı ətrafındakı ərazi olaraq qeyd edilir. Belə ki, əl-Qeybət kitabında qeyd olunur ki, Məhəmməd peyğəmbər (s) buyurmuşdur ki, Hər kəs «فَسُبْحانَ اللَّهِ حِینَ تُمْسُونَ. »- ayəsindən «. وَ کَذلِکَ تُخْرَجُونَ»- ə kimi(Rum surəsi 17-19) oxusa Savalan dağına yağan qarın dənələri qədər savab əldə edər. Deyildi ey Allahın rəsulu! Savalan nədir? Buyurdu: «Azərbaycan torpaqlarından bir məntəqədir ki, behiştdən bir çeşməsi və peyğəmbərlərin birinin qəbri ordadır.

Fikrimizcə, sözügedən peyğəmbər Cərcis peyğəmbərdir. Ümumilikdə qeyd edək ki, VII və VIII əsrlərdə ərəb/islam qaynaqlarında Azərbaycanın adı və sərhədləri qeyd edilir.

Qədim Azərbaycan şairi Qətran Təbrizi də öz Divanında Azərbaycan adına toxunur. O, 1020-1060 cı illərdə hakimiyyətdə olmuş Rəvvadi hökmdarı I Vəhsudana “Şahi Azərbaycan” yəni Azərbaycanın şahı olaraq xitab edir.

بزم از این تازه چو ازماه دو هفته آسمان چون ستاند جام میرا زوخداوند جهان جعفر آنکو کرد زر جعفری را ، امکان عیب دانم خواندن اور شاہ [آذربایگان] کوهمه دیتى بگيردگیشودهمداستان؟ بسندی گیتی همه چون خسروان باستان زوزدندی گاه بخشیدن بمردی داستان وزتن شيران برون آرد بضربت ارغوان از خدنگ او تن حاسد بچفندچون(۱)کمان

Azərbaycanın görkəmli hökmdarı olmuş Şah İsmayıl Səfəvi Şimal-şərqi Azərbaycanı fəth edərkən müridləri Gülüstan qalası ətrafında dayanmış və Şah onlara Azərbaycan taxtına sahib olmaq istəyini sətiraltı ifadə ilə söyləmişdir. “İsgəndər bəy Münşi Səfəvi dövlətinin qurulması ərəfəsini belə təsvir edir: “Şirvan vilayətinin uca və məşhur qalalarından olan bu qala (Gülüstan qalası) mühasirəyə alındı. Mühasirə vaxtı qeyb aləmindən xəbər gətirən mələk o həzrətə (Şah İsmayıla) Azərbaycanın səltənət taxtına və padşahlığına yetişmək müjdəsi verdi. O həzrət əzəmətli əmirləri çağırıb onlara dedi: “Sizə Gülüstan qalası lazımdır, ya Azərbaycan taxtı?”

Azərbaycanlı anlayışı nədir?!

Azərbaycan adının qədim olduğu kimi Azərbaycanlı adının da qədimliyinə dair dəlillər vardır. İlk öncə qeyd edək ki, “Azərbaycanlı” anlayışı Stalin tərəfindən türklüyə damğa vurmaq məqsədi ilə

yaradılmamışdır. Düzdür, AXC dövründə əhalinin milliyyəti siyahılara türk olaraq qeyd olunurdu, lakin bu azərbaycanlı məsələsini sarsıtmır. Türk milliyyətin adıdır, Azərbaycanlı isə xalqın kimliyidir. Çünki, Azərbaycan ərazisində türk olmayan(talış, tat, ləzgi, udin və.s) xalqlar vardır. Azərbaycanlı dedikdə yəni Azərbaycan ərazisində yaşayan xalqların ümumi ismi deməkdir. Qeyd etdiymiz kimi, Azərbaycan adı çox qədim mənbələrdə qeyd olunur. Mən Azərbaycanlıyam deməklə biz dolayı yol ilə mən e.ə IV əsrdə Adərbayqan(Azərbaycan) torpaqlarında yaşayan xalqın övladıyam deməkdir. XX əsrdə yaranan anlayışın yox. Biz bu fikri ifadə etməklə, Türklükdən uzaqlaşmır, əksinə tariximizdə daha da bağlı oluruq. Dolayı dəlil verək:

Nizami Gəncəvi ədəbiyyatşünaslıqda türk olaraq qeyd olunur, həqiqətə o türkdür. Lakin, nisbəsi Gəncəvi(Gəncəlidir). Yəni, tarixi Gəncə şəhərinin övladıdır. Nizaminin Gəncəvi olması türklükdən uzaqlaşdırırmı?! Xeyr, hətta biz Nizaminin məhz Gəncəvi olması ilə onun türk olduğunu sübut edirik. O cümlədən, Azərbaycanlı deməklə biz tarixi Azərbaycan torpağında yaşadığımızı qeyd edirik. Habelə, türk olmayan millətləri də ümumiləşdiririk. Milliyyət və xalq məsələsi fərqli anlayışlardır. Məsələn :türk, talış, udin fərqli – fərqli millətlərdir. Danışdıqları dil, adət-ənənə arasında müəyyən fərqlər var, lakin, biz ümumi Azərbaycanlı ifadəsini işlətdikdə dilindən, millətindən aslı olmayaraq hər kəsi tarixi Azərbaycan torpağının övladı olaraq qələmə veririk. Bizi 10 milyon əhali edən də məhz Azərbaycanlı anlayışıdır.

Bu məsələ barədə Millikimlik araşdırmalara qrupu belə bir yazı yazmışdır.

“Tarix nöqteyi-nəzərindən “azərbaycanlı” anlayışı Azərbaycanın bütün yerli sakinlərinə (Şimallı və Cənublu), lakin bugünkü zaman(ümumiyyətlə XX-XXI əsrlər) baxımından Azərbaycan Respublikasının (Azərbaycan SSR, AXC) bütün vətəndaşlarına aid edilir.

Xüsusən də azərbaycanlı anlayışı bir etnik qrup deyil, millət olduğu üçün kollektiv anlayışdır.

Azərbaycan xalqı və milləti öz növbəsində aşağıdakı etnik qruplardan ibarətdir: Azərbaycan türkləri, tatlar, talışlar, kürdlər, ləzgilər, udinlər, avarlar, saxurlar, tatarlar, yahudilər, rus duxoborları və ya molokanlar və s. Bu “millət” və “xalq” anlayışının bu cür təfsiri müasir elmdə standart və yeganə doğru yoludur.”

Azərbaycanlı anlayışının tarixiliyinə dair bir başqa dəlil isə qədmi fəlsəfə alimlərimizin nisbəsinin əl-Azərbaycani (Azərbaycanlı) olmasıdır. Bunlara misal olaraq 993-1067- ci illərdə yaşamış filosof alim Əbülhəsən Bəhmənyar Əl-Azərbaycanini misal vermək olar.

Закир Мамедов. Азербайджанские философы и мыслители средневековья. Баку, 1993

Ondan əlavə 1115-ci ildə vəfat etmiş nasir və şairimiz Əbu Yə’la Muhəmməd əl-Azərbaycani, habelə, islam filosofu 1010-cu ildə vəfat etmiş Əbu Abdullah Nafi’ ibn Əli ibn Yəhya əs-Səravi əl-Azərbaycani ni misal vermək olar.

Mənbələr : Millikimlik araşdırmalar qrupu

Əl-Qeybət kitabı səhifə 194

Закир Мамедов. Азербайджанские философы и мыслители средневековья. Баку, 1993

Qətran Təbrizinin divanı

İsgəndər bə Münşi tarixe-aləmaraye Abbasi

Похожие статьи

  • Azerbaycan tarixi ler

    Azərbaycan tarixi (mühazirələr) Xalq öz rəhbəri Heydər Əliyevin ətrafında daha sıx birləşdi. 1993-cü il oktyabrın 3-də Heydər Əliyev Azərbaycan…

  • Azerbaycan nitq medeniyyetinin tarixi

    Nitq mədəniyyəti/Natiqlik sənətinin yaranma tarixi Bu gün bizim gənclərin şəxsiyyət kimi, gələcəyin lideri kimi formalaşmasında nitq mədəniyyətinə…

  • Azerbaycan tarixi 2 ci cild

    Azərbaycan tarixi – 2 İş vaxtı: Bazar ertəsi – Cumə: 9:00-18:00 Fasilə: 13:00-14:00 İstirahət günləri: Şənbə, Bazar Azərbaycan tarixi – 7 cild Azərbaycan…

  • Azerbaycan tarixi 1ci cild

    Azerbaycan tarixi 1ci cild Azerbaycan sivilizasiyanin en qedim merkezlerinden biri olmaqla zengin ve qedim tarixe malikdir. Min iller erzinde onun…

  • Azerbaycan tarixi en gedim zamanlaldan

    Azerbaycan tarixi en gedim zamanlaldan Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz sıra dağlarinin cənub-şərq yamacında Quruçay çayının sol sahilində…

Comments are closed, but trackbacks and pingbacks are open.