Press "Enter" to skip to content

3 cü qrup Fənnləri və İxtisasları ✅

Ardıcıl tərcümə – tərcümə edən danışanın nitqinə bir neçə dəqiqə diqqətlə qulaq asır,qeydlər edir, sonra isə həmin hissəni tərcümə edir.

İstifadə olunmuş mənbələr Azərbaycan tarixi III cild

Xalqımızın tarixində mühüm rol oynamış dövlətlərdən biri də Oğuzların Bayandur boyundan olan Ağqoyunlu dövlətidir. Bayandurlu tayfası 12 boydan biri olmaqla, ta qədimdən Göyçə gölü, Qarabağ, Naxçıvan, Alagöz dağları və Arazdan cənubdakı torpaqlarında yaşayırdı. Bayandurlu tayfa birliyinə pomək, əfşar, bayat, qacar, dügər, hacılı və digər oğuz boyları daxil idi. Ağqoyunluların əcdadları moğolların yürüşündən sonra Cənub-Şərqi Anadoluya köçmüş və Diyarbəkir vilayəti onların irsi hakimiyyətinə çevrilmişdi. XIV əsrin ortalarında ağqoyunlulara Tur Əli bəy (1363-cü ildə vəfat etmişdir) başçılıq etmişdir. Qaynaqların məlumatlarına görə o, Uzun Həsənin babasının babası idi. Tur Əli bəydən əvvəl yaşayan tayfa başçıları tarixi şəxsiyyət olmadığından onların adları bəlli deyil.

Ağqoyunlu sülaləsinin (tayfa ittifaqının) əsasını Bayandur tayfasından olan Pəhləvan bəy (1370-1388) qoymuşdu. Ondan sonra Ağqoyunlu tayfa ittifaqı zəifləmişdi. Lakin Qara Yuluq Osman (1394-1434) Ağqoyunlu qüvvələrini birləşdirdi, Sivası Qaraqoyunlulardan alıb Diyarbəkirdə möhkəmləndi. Ərzincan və Mardini isə özündən asılı vəziyyətə saldı. Beləliklə, Ağqoyunlu bəyliyinin əsasını qoydu. Diyarbəkiri mərkəz seçdi və adına pul kəsdirdi. Bəylərbəyliyinin ərazisi Sivasdan Diyarbəkirə, Ərzincandan Mardinə qədər əraziləri əhatə edirdi. 1453-cü ildə Qara Yuluq Osmannın qardaşı oğlu Uzun Həsən (1453-1478) Cahangir Mirzəni hakimiyyətdən salıb Ağqoyunlu bəylərbəyliyinə başçılığı ələ keçirdi.

Uzun Həsənin Ağqoyunlu tayfa ittifaqına başçılıq etdiyi ilk dövrlərdə feodal mübarizələrinin arası kəsilmədi, lakin Ağqoyunlu əyanları Uzun Həsənin böyük nüfuzu ilə hesablaşmalı oldular.

Uzun Həsən Ağqoyunlu tayfa ittifaqını daha da möhkəmlətmək və bu ittifaqın ərazisini Azərbaycan torpaqları hesabına genişləndirmək, Azərbaycanın cənub vilayətlərində hakimiyyəti ələ keçirmək, orada hökmranlıq edən Qaraqoyunlulara qarşı mübarizə aparmaq üçün tədbirlər görməyə başladı. O, əyanlara böyük imtiyazlar və vədlər verdi, onlan öz ətrafında sıx birləşdirməyə müvəffəq oldu. XV əsrin ortalarında Qaraqoyunlularla Ağqoyunlular arasındakı mübarizə daha da kəskinləşdi. Mübarizənin ilk dövrünün xüsusiyyəti ondan ibarət idi ki, hər iki tərəf dövlətlərdəki daxili ziddiyyətlərdən fəal surətdə istifadə etməyə başlamışdı. XV əsrin 50-ci illərində Uzun Həsən ermənilərin yaşadıqları torpaqları və Gürcüstanın Qaraqoyunlu hakimiyyəti altında olan şərq hissəsini ələ keçirərək, öz hakimiyyətinə tabe etdi. Bu zaman Qaraqoyunlu Cahanşah böyük qüvvə topladı, Uzun Həsənə qarşı hərbi yürüş təşkil etdi. Bundan xəbər tutan Uzun Həsən oğlu Xəlil Mirzəni iki min atlı ilə Cahanşahın qarşısına yolladı. 1467-ci il noyabrın 10- da Muş düzündə hər iki tərəf arasında bağlanmış döyüş Cahanşahın öldürülməsi və Qaraqoyunlularm məğlubiyyəti ilə nəticələndi. Muş məğlubiyyətindən sonra Qaraqoyunlular bir daha öz qüvvələrini bərpa edə bilmədilər. Bağdada qədər olan geniş ərazilər Ağqoyunluların əlinə keçdi.

Uzun Həsən Təbriz şəhərini yeni dövlətin paytaxtı elan etdi. Xorasanda hökmranlıq edən Teymuri Əbu Səid Cahanşahın oğlanlarını müdafiə etmək bəhanəsi ilə Azərbaycana 27 minlik qoşunla yürüşə çıxdı. Güclü rəqiblə yeni savaşa girmək istəməyən Uzun Həsən, anası Sara Xatunun başçılığı ilə elçilərini Əbu Səidin yanına göndərərək ona qiymətli bəxşişlər və sülh təklif etdi. Ancaq Sara Xatun Əbu Səidi niyyətindən döndərə bilmədi. O, elçiləri hörmətlə qarşılayıb Uzun Həsənə tac və qızıl kəmərli qılınc göndərsə də, yürüşü dayandırmaq istəmədi. Nəzərə almaq lazımdır ki, Sara Xatun oğlu Uzun Həsənin siyasi çarpışmalarında ilk illərdən fəal iştirak edirdi. Onun işə qarışması və bacarığı ilə hələ 1435-ci ildə Anadoluda Mardin qalası uğrunda gedən mübarizədə on bir yaşlı Uzun Həsənə üstünlük qazandıra bilmişdi. Sara Xatun Misir Məmlük dövləti ilə də danışıq aparmışdı. Abbasqulu ağa Bakıxanov “Gülüstaniİrəm”əsərində onu “mahir diplomat qadın” adlandırır.

Yaranmış siyasi vəziyyətdən istifadə edərək Uzun Həsən Şivanşah Fərrux Yasarı və Ərdəbil şeyxi Heydəri öz tərəfinə çəkdi.

1468-ci ilin payızında Əbu Səid Araz çayını keçərək Qarabağa gəldi, sonra isə Muğana çəkildi. Müttəfiqlər onu iqtisadi blokadaya aldılar. Qış şəraitində ərzağın və heyvanlar üçün yemin çatışmaması qoşunun dağılmasına gətirib çıxardı.

Əbu Səid sülh bağlamağı təklif etdi. Lakin Uzun Həsən razılıq vermədi və onun üzərinə hücüm etdi. 1469-cu ildə Teymuru Əbu Səidin qoşunları darmadağın edildi, özü isə əsir götürüldü. Uzun Həsən diplomatik hərəkət edərək Əbu Səidi özü cəzalandırmadı və onu Xorasan şahzadəsi Məhəmməd Yadigara göndərdi. Bir vaxt Əbu Səid onun anasını öldürtdüyü üçün, o da intiqamını alıb Əbu Səidi edam etdi.

Sultan Həsən mərkəzi hakimiyyəti gücləndirmək üçün hərbi köçəri əyanların müqavimətini qırmağa və ölkənin iqtisadi inkişafını təmin etməyə çalışırdı. Dövlətin maliyyə – vergi sistemində atılan ən mühüm addım “Qanunnamə”nin verilməsi oldu.

Təkcə Azərbaycanda deyil, Uzun Həsənin hakimiyyəti altında olan bütün ərazilərdə qüvvədə olmuşdur. “Qanunnamə” dövrümüzədək gəlib çatmamışdır. Uzun Həsənin Qanunnaməsi əsasən aqrar və vergi məsələlərilə əlaqədar münasibətlərin tənzimlənməsinə yönəldilmişdi.

“Qanunnamə” təqribən 85 il ərzində qüvvədə olmuşdur. Bu qanunvericilik aktını kənd təsərrüfatı və vergilər sahəsində aparılmış hüquqi islahat kimi də qiymətləndirmək olar. “Qanunnamə”də qismən mühakimə icraatı, qazıların vəzifəyə təyinatı və mülki hüququn iddialar institutuna, həmçinin iddia müddətlərinin hesablanması məsələlərinə də toxunulmuşdur. Belə ki, qazılar bu vəzifəyə artıq bilik və bacarıqları yoxlanmaqla təyin edilir, bəzən isə seçilirdilər.

Uzun Həsənin Qanunnaməsi Azərbaycanın dövlət və hüquq, o cümlədən siyasi və hüquqi fikir tarixinin öyrənilməsi baxımından qiymətli mənbə hesab oluna bilər. Azərbaycan tarixində Salari hökmdarı Mərziban ibn Məhəmmədin “Qanunnamə”sindən sonra ən möhtəşəm “Qanunnamə” Həsən Bayandurinin dövründə verilən qanunlar toplusudur. islahatlar haqqında, səlnaməçilərin “Həsən padşahın qanunları” və ya “Dəsturi-Həsən bəy” adlandırdıqları qanunlar bizim dövrə gəlib çatmışdır. Bu mənbələrdə islahatlar haqqında çox cüzi məlumatlar verilsə də, həmin dövrün feodal qaydaları haqqında mühakimə yürütmək olar. Bu sənədlər, əsasən keçmiş Ağqoyunlu şəhərləri olan (Diyarbəkir, Mardin, Urfa, Ərzincan, Xarput və s.) ancaq sonralar Osmanlı imperiyasının tərkibinə keçərək müasir Türkiyə arxivlərində saxlanılmışdır.

Ağqoyunlu-Osmanlı Avropa münasibətləri

Ağqoyunlu dövləti Azərbaycanın bu vaxta qədərki tarixində Avropa ölkələri ilə ən geniş əlaqə yaratmış ilk dövləti idi. Uzun Həsənin Avropa dövlətləri ilə əlaqə saxlamağının bir neçə səbəbi vardı. 1) hərbi qüdrəti ilbəil artan qonşu Osmanlı imperiyasına qarşı xristian ölkələrin simasında müttəfiqlər qazanmaq; 2) ticarət əlaqələrini genişləndirmək, xüsusilə, Avropa üçün çox vacib olan ipək ixracını təmin etmək, Avropa ölkələri ilə Şərq ölkələri arasında ticarətdə vasitəçiyə çevrilmək və bu missiyanı Osmanlının əlindən almaq; 3) Avropalı hərb mütəxəssislərinin köməyilə ordunu qabaqcıl silahlarla təmin etmək və silah istehsalına başlamaq.Osmanlı ilə münasibətlərin kəskinləşməsinə əsas səbəb Həsən sultan hələ Diyarbəkr hakimi olanda ortaya çıxan Trabzon məsələsi olmuşdu. Qara dəniz sahillərində yerləşən Trabzon – Yunan imperatorluğu Azərbaycan tacirləri üçün Qara dənizə əsas çıxış olmaqla yanaşı, həm də Azərbaycanın Osmanlıya qarşı hərbi – strateji baxımdan müttəfiqi idi. Eyni zamanda Həsən padşah Trabzon imperatorunun qızı Teodora (Dəspinə xatun) ilə evlənmişdi. 1461-ci ildə Trabzon uğrunda Həsən Bayandurlu ilə II Mehmet arasında Qoyluhisar döyüşü baş vermiş, Ağqoyunlular Osmanlı qoşununa ciddi zərbə vursalar da, Uzun Həsən hələlik osmanlılarla sülh bağlamaq qərarına gəldi, öz ağıllı və güclü məntiqi ilə tanınan anası Sara xatını Sultanın düşərgəsinə-Bolqar dağına göndərdi.

Uzun Həsən onun qarşısına 2 vəzifə qoydu: I, o, Osmanlı sultanını Ağqoyunlular üzərinə hücum etmək fikrindən daşındırmalı, çünki Ağqoyunlu dövləti güclü deyildi və onlara arxadan Qaraqoyunlular və Teymurilərin hücumu gözlənirdi. II, Sara xatın sultanı Trabzonu fəth etməkdən döndərməli idi. Sultan 1-yə razı oldu, 2-ci məsələdə isə fikrindən dönmədi.1461-ci il avqustun 15-də Trabzon osmanlılar tərəfindən zəbt edildi. Ticarət mərkəzi olan Trabzonun əldən çıxdığını görən Sara xatın öz gəlininin-Dəspinə xatının Trabzon taxtına varislik hüququnu irəli sürdü. O, Trabzon xəzinəsini sultanla bölüşdürdükdən sonra Ağqoyunlu elçilərinin 1461-ci il oktyabr ayının 26-da II Mehmet Trabzon imperatorluğunun fəthini başa çatdırdı. Trabzon xəzinəsində olan ən dəyərli nə varsa Sultan Sara xatuna ərmağan etdi. Trabzonun süqutu ilə Həsən padşah Qara dənizə yeganə çıxış yolunu və hərbi – strateji müttəfiqini itirdi. Eyni zamanda Osmanlı dövləti ilə münasibətlər daha da kəskinləşdi. 1468-ci ildə Təbrizdə hakimiyyətə yiyələnərək böyük Azərbaycan dövlətinin başçısı olan Bayandurlu Sultan Həsənin Avropa siyasəti müasir odlu silahlar və toplar almaqla yanaşı, başlıca olaraq Osmanlıya qarşı müttəfiq axtarışına yönəlmişdi. Geniş diplomatik fəaliyyətin nəticəsində Azərbaycanla 117 Venesiya Respublikası, Vatikan, Neapol krallığı, Macarıstan və Kipr arasında Osmanlıya qarşı hərbi ittifaq və birgə müharibə planı hazırlanmışdı.

Plana görə Sultan Həsənin qoşunları Aralıq dənizi sahillərinə çıxmalı, Avropadan göndərilən odlu silahı və artilleriyanı qəbul etdikdən sonra müttəfiqlərin İstanbula birgə yürüşü başlamalı idi. 1472-ci ilin yazında həmin plana uyğun olaraq Sultan Həsən Osmanlı üzərinə yürüşə başladı. O, Qeysəriyyə yaxınlığında Osmanlı ordusunu məğlubiyyətə uğradıb. Aralıq dənizi sahillərinə yetişsə də. Avropalı müttəfiqləri gəlib çıxmadılar. Beyşehir savaşında məğlubiyyətə uğrayan Sultan Həsən geri qayıtmalı oldu. Beləliklə, onun Avropadan odlu silah almaq və müttəfiqləri ilə Aralıq dənizi sahilində birləşmək planı xristian dövlətlərinin xəyanəti nəticəsində boşa çıxdı. 1472-ci ildə Sultan Həsənlə Osmanlıya qarşı hərbi ittifaq bağlayan Venesiya Respublikası müttəfiqinə kömək etmək əvəzinə, Osmanlı sarayında Misir və Suriyadan keçən quru yollarda ticarət imtiyazlan qazanmaq üçün gizli danışıqlar aparırdı. Maraqlıdır ki, Venesiya Senatı yalnız 1473-cü ilin yanvar ayında Azərbaycana odlu silah göndərmək haqqmda qərar qəbul etmişdi. Sultan Həsən 1473-cü ilin yanvarında Osmanlı ilə yeni savaşa başladı. 1473- cü ilin avqust ayının 1-də baş vermiş Malatya döyüşündə Sultan Həsən hərbi sərkərdəlik bacarığı və taktikası nəticəsində qalib gəlsə də, avqustun 11-də Tərcan (Otluqbeli) döyüşündə Osmanlı tərəfindən ağır məğlubiyyətə uğradıldı. 1472 – 1473-cü illər savaşında məğlubiyyətimizin əsas səbəbi Osmanlı ordusunun güclü artilleriya və odlu silaha malik olması. Avropadakı müttəfiqlərin xəyanəti, Misir və Suriyada Osmanlıya qarşı çıxan qüvvələrdən istifadə edilməməsi idi. Buna baxmayaraq. Osmanlının Şərqə doğru işğallarının qarşısı alındı və II Mehmetin Azərbaycanı ələ keçirmək planı boşa çıxdı. Bundan sonra. Sultan Həsən ayrı-ayrı Avropa ölkələrinin Osmanlıya qarşı birlikdə savaşmaq təkliflərini qulaqardına vurur və Avropa elçilərinin onun sarayında uzun müddət qalıb.

Sultan Yaqubun hakimiyyəti dövründə (1478 – 1490) ölkə daxilində nisbi sabitlik hökm sürürdü. Şirvan taxtı ilə ənənəvi dostluq münasibətləri Şirvanşah Fərrux Yasann qızı ilə nigahdan sonra daha yüksək səviyyəyə çatmışdı. Qohumları olan (Sultan Həsən bacısım Şeyx Güneydə, qızını isə onun oğlu Şeyx Heydərə vermişdi) Ərdəbil şeyxləri ilə münasibətləri isə pisləşmişdi. Sultan Yaqub 1480-ci ildə Misir və Suriya hökmdarımn ordusunu məğlubiyyətə uğratmışdı. Sultan Yaqubun ölümündən sonra Azərbaycan Bayandurlu səltənətində hakimiyyət uğrunda mübarizə və siyasi çəkişmələr gücləndi. Taxta çıxan Sultan Baysunquru (1490 – 1492) Bərdə döyüşündə yenən iri əyanlar Sultan Həsənin nəvəsi Rüstəm Mirzəni hakimiyyətə gətirdilər. Rüstəm Mirzə (1492 – 1497) Bayandurlu taxtının ən çox soyurqal paylayan hökmdan kimi yadda qaldı. Əsas məqsədi iri əyanlardan özünə dayaq yaratmaq olsa da, soyurqal alan iri əyanlar get – gedə mərkəzi hakimiyyətə tabe olmaqdan boyun qaçırmağa başladılar. Uğurlu Məhəmmədin Sultan II Mehmetin qızından olan oğlu Sultan Əhməd Osmanlı dövlətinin köməyi ilə 1497-ci ildə Rüstəm Mirzəni hakimiyyətdən uzaqlaşdırdı. Osmanlı dövləti bu yolla Azərbaycan taxt – tacını ələ keçirmək istəyirdi. Tarixdə Gödək Əhməd kimi tanınan bu Sultanın çox qısa, yeddi aylıq hakimiyyəti dövründə bir sıra mühüm islahatlar keçirildi.

İlk növbədə mərkəzdənqaçma meyillərinin qarşısım almaq üçün irsi soyurqallann ləğv edilməsinə başlandı. Onun verdiyi fərmanda deyilirdi: “İrsi soyurqallar məhv edilsin və bundan sonra verilməsin”. Sultan Əhməd mərkəzi hakimiyyətə tabe olmayan bəzi iri soyurqal sahiblərini edam etdirdi. Əhalinin vəziyyətini yüngülləşdirmək üçün o, şəriətdə olmayan iyirmiyədək qeyri – qanuni vergini ləğv etdi. İri hərbi əyanlar mövqelərinin daha da sarsılacağından qorxaraq 1497-ci ildə qiyam qaldırdılar, bu islahatçı və ağıllı hökmdan devirdilər. Nəticə acınacaqlı oldu. Daxili siyasi mübarizə daha da gücləndi. 1499-cu (1500-cü il də yazılır) ildə dövlətimizin ərazisi Bayandurlu şahzadələri Əlvənd Mirzə və Murad Mirzə arasında bölüşdürüldü. Dövlətimizin özəyi sayılan Azərbaycan ərazisi Əlvənd Mirzə, Əcəm traqı və Diyarbəkr bölgələri isə Murad Mirzə tərəfindən idarə olunmağa başlandı. Bu bölünmə Bayandurlu sülaləsinin hakimiyyətini daha da zəiflətdi və nəticədə Səfəvilər 1501-ci ildə Əlvənd Mirzənin, 1503-cü ildə isə Murad Mirzənin 119 hakimiyyətinə son qoydular.

XV əsrdə Azərbaycanın sosial – iqtisadi həyatı XV əsr Azərbaycanının təsərrüfat həyatı haqqında ən dolğun məlumatlar Azərbaycan coğrafiyaşünası Əbdürrəşid Bakuvi, rus səyyahı Afanasi Nikitin, Venesiya elçiləri Ambroco Kontarini, İosafat Barbaro tərəfindən verilmişdir. Azərbaycanın ipəkçilik təsərrüfatı beynəlxalq əhəmiyyət daşıyırdı. Şirvan ipəyi Avropa və Asiya ölkələrində böyük şöhrət qazanmışdı. 1475-ci ildə Şamaxıda olan A.Kontarini xatirələrində qeyd edirdi ki, Avropa və Asiya ölkələrində Şirvan ipəyindən əla məxmər hazırlanır. Şamaxıda hazırlanan ipək Venesiyada “talaman ipəyi” adı ilə məşhur idi

XV əsrdə Azərbaycanın dövlət başçıları padşah titulu daşıyırdılar. Şirvanda isə dövlət başçısı şah adlamrdı. Həsən padşah Osmanlı və Teymuri hökmdarlan kimi sultan titulunu qəbul etmişdi. Dövlətimizdə baş komandan əmir-əl-üməra (əmirlər əmiri) adlanır, padşahdan sonra ikinci şəxs sayılırdı. Sonrakı yeri mövlana (ağa) ləqəbini daşıyan sədr – əzəm tuturdu. O, ruhanilərə, vəqflərə, mədrəsə və dini müəssisələrə, onlardan vergi toplanıl- masma və məhkəmə işlərinə başçılıq edirdi. Sonra baş vəzir gəlirdi. O, daxili idarə və xarici işlərə, maliyyə məsələlərinə nəzarət edirdi. Ölkə əyalət – vilayət, tümən və nahiyələrə bölünürdü. Orduda ali rütbəli şəxs əmir adlanırdı. Ordunun sıravi heyəti süvarilər, oxatanlar və xidmətçilərdən ibarət idi. Bayandurlu sülaləsinin hakimiyyəti dövründə Şirvanşahlıqla birlikdə Azərbaycan ordusunda 160 min döyüşçü var idi.

XV əsrdə torpaq mülkiyyətinin beş əsas forması var idi: 1. Divan (dövlət). 2. Xassə (sülalə). 3. Mülk (irsi). 4. Vəqf (dini). 5. Soyurqal. Soyurqal iqta əvəzinə verilən və irsən keçən torpaq idi. Soyurqal sahibi inzibati, vergi və məhkəmə toxunulmazlığı hüququna malik idi. Soyurqal sahibinin belə geniş hüquqa malik olması onun dövlət üçün saxladığı hərbi dəstənin bütün xərclərinin özü tərəfindən ödənilməsi ilə bağlı idi. Kəndlilərin ümumi istifadəsində olan icma torpaqlan dövlət xəzinəsinə məxsus idi. Səhərlər və ticarət XV əsrin 30 – 80-ci illərində Cahanşahm, Sultan Həsənin və Sultan Yaqubun hakimiyyətləri dövründə Azərbaycanın şəhər həyatında canlanma baş vermişdi. İspan səyyahı Klavixo Təbrizi ölkənin ən böyük şəhəri kimi göstərmişdi. XV əsrin ikinci yarısında Xəzər dənizində əsas limana çevrilən Bakı Moskva və Mərkəzi Asiya ilə ticarətdə mühüm rol oynayırdı. Təbriz, Gəncə, Ərdəbil, Şamaxı şəhərləri toxuculuq və ipəkçilik mərkəzləri kimi tanınmışdı. Təbriz və Şirvan xalçaları bütün dünyada məşhur idi. Dulusçuluğun ən böyük mərkəzi Təbriz idi. Venesiya elçisi Kontarini Şamaxının zəruri məhsulların çoxluğu baxımından Təbrizdən də əlverişli olduğunu qeyd etmişdir. Qərblə ticarətdə Azərbaycan ipəyi xüsusi rol oynayırdı.

XV əsrdən etibarən ana dilində şerə daha çox maraq göstərilirdi. Həbibi, Kişvəri, Cahanşah Həqiqi, Qasimi (“İşıq şüaları saçan”) təxəssülü ilə tanınan Şah Qasım Ənvar tanınmış şairlərdən idi. Kişvəri Təbrizinin lirik şeirləri, Xətai Təbrizinin “Yusif və Züleyxa” poeması, Həqirinin “Leyli və Məcnun”u, Nizami motivi üzrə fars dilində “Xəmsə” yaratmış Əşrəf Marağai daha çox tanınırdı. Əbdülqadir Marağai muğamlar, mahnı və rəqs melodiyaları yaratmışdır. Rəssamlardan Əmir Dövlətyar, onun şagirdləri Əbdül Müsavar və b. məşhur idi.

XV əsrdə Bakıda ucaldılan Şirvanşahlar sarayı kompleksinin binalarından biri divanxanadır. Şirvanşahlar sarayı kompleksində qabarıq təsvirlərdən, yazılardan ibarət olan “Bayıl daşları”nın tərtibatı, Mərdəkan qalası kitabəsi və s. diqqəti xüsusilə cəlb edir. Qaraqoyunlu Cahanşahın əmri ilə 1465-ci ildə Təbrizdə “Göy məscid” tikilmiş, onun divarları və üstü mərmərdən və mavi kaşidan hörülmüşdü. Ağqoyunlu hökmdarı Yaqub padşah 1483-cü ildə Təbrizdə “Həşt-behişt” adlanan böyük bir saray kompleksi tikdirmişdi. Bu sarayın kitabxanası, məscidi, min çarpayılıq şəfa evi, cıdır meydanı və xiyabanı var idi.

3 cü qrup Fənnləri və İxtisasları ✅

3 cü qrup fenleri və ixtisasları haqqında ətraflı məlumat əldə etmək istəyirsiniz. Aşağıdakı yazımızı tam oxuya bilərsiniz.

3 cü qrup fənləri hansılardır?

III qrup humanitar fənnlərdən ibarətdir. Bu qrup humanitar fənnlərdə daha uğurlu olan abituriyentlər üçündür. Yəni məsələ, düsturla arsnız yoxdusa, daha doğrusu dəqiq fənnlərdə çətinlik çəkirsinizsə, Tarixi və Ədabiyyatı, oxumağı sevirsinizsə bu qrup tam sizlikdir.

III qrup fənnləri aşağıdakılardır:

  1. Azərbaycan dili
  2. Riyaziyyat
  3. Xarici dili
  4. Ədabiyyat
  5. Tarix ( Azərbaycan və ümumi)

İmtahanın birinci mərhələsində buraxılış fənnlərindən – Azərbaycan dili, Riyaziyyat və Xarici dilindən imtahan verilir. İkinci mərhələdə isə Tarix və Ədabiyyatdan – qəbul fənnlərindən imtahan verilir.

Azərbaycan dili və Tarixdə maksimum bal 200-dür. Qalan fənnlərdə maksimum bal 100-dür. Ona görədə Azərbaycan dili və Tarixə daha çox diqqət verməlisiniz.

3 cü qrup ixtisasları hansılardır?

3 cü qrup ixtisaslari öz rəngarəngliyi ilə seçilir.

Aşağıda sizə III qrupun ən yaxşı ixtisasları haqında məlumat verəcəm.

III qrupa daxil olan ən yaxşı ixtisaslar :

Sosial iş
Bu ixtisas insanların onları əhatə edən mühitdə mümkün qədər daha yaxşı fəaliyyət göstərmələri üçün onlara yardım etməyə istiqamətlənmiş sahədir. Sosial işçilər sosial planda müdafiə edilməmiş təbəqələrə (yaşlılar, əlillər,ailə mühitindən məhrum olunmuş uşaqlar, QIÇS-yoluxmuş insanlar, qanunla münaqişədə olan insanlar, risk qrupuna daxil olan digər şəxslər) həm onlara yardım edərək qarşılaşdıqları problemlərin qarşısını almağa çalışırlar, həm də bu təbəqələrin maraqlarının təmin edilməsinə və hüquqlarının müdafiə edilməsinə yönəlmiş qanun verici aktların və dövlət proqramlarının hazırlanmasında yaxından iştirak edirlər. Bu ixtisas üzrə aşağıdakı universitetlərdə təhsil ala bilərsiniz :

  • Bakı Dövlət Universiteti – tədris Azərbaycan və ingilis dilində
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
  • Naxçıvan Dövlət Universiteti
  • Gəncə Dövlət Universiteti
  • Azərbaycan Kooperasiya Universiteti
  • “Azərbaycan” Universiteti
  • Bakı Avrasiya Universiteti
  • Odlar Yurdu Universiteti
  • Bakı Biznes Universiteti
  • Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası

Hüquqşünaslıq
Hüquqşünaslıq həm qədim, həmdə çox ehtiyac duyulan bir ixtisasdır. Hüquqşünaslıq həmişə məhşur olmuşdur. Hüquqşünaslıq bəzi xüsusiyyətlərinə görə başqalarından fərqlənir. Hüquqşünas olmaq üçün böyük məsuliyyət lazımdır. Hüquq sistemi və qanunvericilik daim dəyişib inkişaf etdiyindən hüquqşünasda daim öz üzərində işləməlidir. Hüquqşünaslıq ixtisası aşağıdakı universitetlərdə tədris olunur :

  • Bakı Dövlət Universiteti – tədris Azərbaycan və ingilis dilində
  • Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
  • ADA Universiteti
  • Milli Aviasiya Akademiyası
  • Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası
  • Naxçıvan Dövlət Universiteti

Jurnalistika
Jurnalistika kütləvi rabitə kanalları vasitəsilə müvafiq məlumatların toplanması, işlənməsi və vaxtaşırı yayılması üçün ictimai fəaliyyət növüdür. Jurnalistka siyasi, bədii, idman, əyləncə, elm və texnologiya, sağlamlıq və fitness, biznes və maliyyə, fotojurnalizm, multi-media və s xüsusiyyətləri özündə birləşdirən geniş bir sahədir. Bu ixtisasa sahib olanlar jurnalist adlanır. Bu ixtisas aşağıdakı universitetlərdə tədris olunur :

  • Bakı Dövlət Universiteti – tədris Azərbaycan və ingilis dilində
  • Azərbaycan Dillər Universiteti – tədris ingilis dilində
  • Bakı Slavyan Universiteti

Dövlət və İctimai münasibətlər
Bu ixtisas ictimai işlərin bütün sahələrində anında effektiv təsir göstərmə gücünə malik yüksək intellektual siyasətçilər hazırlayır. Gücləndirilmiş ünsiyyət bacariqları və sosial məsuliyyət bu proqramın ayrılmaz hissəsini təşkil edir. Bu ixtisasa aşağıdakı universitetlərdə yiyələnmək olar :

  • Bakı Dövlət Universiteti – tədris Azərbaycan və ingilis dilində
  • Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
  • ADA Universiteti

Tərcümə ( Azərbaycan – Koreya dili)
Bu ixtisas iki dil arasında tərcümə işini öyrənir. Tərcümə şifahi və yazılı olur. Şifahi tərcümənin ardıcıl, sinxron və pıçıltı ilə kimi növləri var.

Ardıcıl tərcümə – tərcümə edən danışanın nitqinə bir neçə dəqiqə diqqətlə qulaq asır,qeydlər edir, sonra isə həmin hissəni tərcümə edir.

Sinxron tərcümə – tərcüməni onun üçün ayrılan yerdə oturaraq, qulaqcıq vasitəsilə ilə danışanı dinləyir və eyni zamanda tərcümə etdiyi mətni mikrafona danışır.

Pıçıltı ilə tərcümə- bu tərcümə sinxron tərcümənin bir növüdür. Ancaq tərcüməçi bu işi yerinə yetirərkən tərcüməçi üçün ayrılan köşkdə yox, öz müştərisinin yanında duraraq, danışanın fikirlərini hədəf dildə onun qulağına pıçıldayır. ” Korea Corner” tərcümə fakultəsinun tərkibində 20 ildən çoxdu fəaliyyət göstərir.

Bu ixtisas üzrə aşağıdakı universitetdə təhsil ala bilərsiniz :

  • Azərbaycan Dillər Universiteti

Tərcümə fakültəsində başqa dillərdə mövcuddur.

3 cü ixtisas qrupuna daxil edilən yeni ixtisaslar

Bu il Azərbaycanda III qrupda 3 yeni ixtisas yaranıb. 5 ixtisas ləğv olunub. 2 ixtisasın isə adı dəyişdirilib.

III ixtisas qrupunda Məktəbəqədər təlim və tərbiyə, Kitabşünaslıq, Antropologiya, Teatrşünaslıq və Kinoşünaslıq ixtisasları ləğv olunub. Kitabxanaçılıq və informasiya və Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisasları müvafiq olaraq Kitabxanaçılıq və informasiya fəaliyyəti və Muzey, arxiv işi və abidələrin qorunması adlandırılıb. III qrupa daxil edilən yeni ixtisasların siyahısında Məktəbəqədər təhsil, İslamşünaslıq və İctimai təhlükəsizlik və idarəetmə ixtisasları yer alıb. Bu il olunan son dəyişikliklərdən sonra III qrupa 24 ixtisas daxildir. Bu ixtisaslar aşağıdakılardır :

  1. Azərbaycan dili və Ədəbiyyat müəllimliyi
  2. Dil və ədəbiyyat müəllimliyi ( dillər üzrə)
  3. İbtidai sinif müəllimliyi
  4. Korreksiyaedici təlim
  5. Məktəbəqədər təhsil
  6. Tarix müəllimliyi
  7. Təhsildə sosial-psixoloji xidmət
  8. Xarici dil müəllimliyi ( dillər üzrə)
  9. Dinşünaslıq
  10. Dövlət və İctimai münasibətlər
  11. Fəlsəfə
  12. Fililogiya ( dil və ədəbiyyat göstərilməklə)
  13. Hüquqşünaslıq
  14. İslamşünaslıq
  15. Jurnalistika
  16. Kitabxanaçılıq və informasiya fəaliyyəti – 1
  17. Politologiya
  18. Tarix
  19. Tərcümə (dillər üzrə)
  20. Bədii yaradıcılıq və ekran dramaturigiyası
  21. Muzey, arxiv işi və abidələrin qorunması – 2
  22. Sənətşünaslıq ( sahələr üzrə)
  23. Sosial iş
  24. İctimai təhlükəsizlik və idarəetmə

3 cu qrup fenleri və 3 cu qrup ixtisaslari haqqında məlumatlar yuxarıda göstərildiyi kimidir. Yeni əlavə edilən ixtisaslar siyahısına isə buradan baxa bilərsiniz. Digər qruplar üçün məlumatlar isə aşağıdakı keçiddən əldə edə bilərsiniz.

Comments are closed, but trackbacks and pingbacks are open.