Press "Enter" to skip to content

Azərbaycan tarixi – VI sinif (Mündəricat)

Üzərliktəpə və Günəştəpədən öküz (Bos taurus), qoyun (ovis), keçi (Capra), ev donuzu (Sus domestika), at (Equs Caballus) və köpək (Cavis Fanu liavis) sümükləri aşkar edilmişdir. Üzərliktəpənin heyvandarlığında başlıca yeriribuynuzlu heyvanlara məxsus olmuş, burada yarımköçəri maldarlıq hökmran mövqe tutmamışdır. Şübhəsiz ki, burada maldarlığın oturaq forması daha çox inkişaf etmişdir.
Yaşayış yerlərindən aşkar olunan osteoloji materialların təhlili bu dövrdə xırdabuynuzlu heyvanların üstünlük təşkil etdiyini göstərir. II Kültəpədə aparılan tədqiqatlar zamanı qoyun (Ovis), keçi (Capra), inək, öküz (Bos taurus), donuz (Sus domestika), at (Equs Caballus) sümükləri aşkar olunmuşdur.
Мaldarlığın inkişafı, əkinçiliyə nisbətən daha çox izafi məhsul əldə edilməsinə, sərvətin müəyyən qrup adamların əlində toplanmasına imkan yaratmışdır. Bu, son nəticədə əmlak bərabərsizliyinə gətirib çıxarmışdır. Tayfa başçılarına aid zəngin qəbirlərin meydana çıxması, şübhəsiz ki, bununla bağlıdır.
Bu dövrdə heyvandarlığın müəyyən sahəsini də atçılıq təşkil etmişdir. Мuğanda Əliköməktəpəsindən aşkar olunan at sümükləri, atın hələ Eneolit dövründə əhliləşdirildiyini göstərir.
Üzərliktəpə, II Kültəpə və Şahtaxtıdan xeyli at sümüyünün aşkar olunması, Qobustan rəsmlərində, Şahtaxtı və II Kültəpə boyalı qablarında atlı təsvirləri olması atçılığın yüksək inkişaf səviyyəsində olduğunu və qədim tayfaların həyatında mühüm rol oynadığını göstərir.
Arxeoloji tədqiqatlar zamanı aşkar olunan dulusçuluq emalatxanasının qalıqları, dulus kürələri, gil qabların istehsalında tətbiq olunan əmək alətləri, müxtəlif formalı və naxışlı gil qablar Orta Tunc dövründə dulusçuluğun sənətkarlıqda başlıca sahələrindən biri olduğunu göstərir.
Azərbaycanın Orta Tunc dövrü abidələrindən aşkar olunan arxeoloji materialların əksəriyyəti gil məmulatı ilə təmsil olunmuşdur. Gilinin rənginə, tərkibinə və bəzəmə texnikasına görə, onları bir-birindən fərqlənən iki böyük qrupa bölmək olar. Çəhrayı rəngdə bişirilmiş birinci qrup keramika məmulatı üçün boyama bəzəmələr xarakterikdir. Bu tip keramika Azərbaycan arxeologiyasında Boyalı qablar mədəniyyəti adı ilə tanınmışdır. İkinci qrup keramika boz və qara rəngli, bəzən basma naxışlı qablarla xarakterizə olunur. Bu tiplərin yayılma arealının nəzərdən keçirilməsi göstərir ki, boyalı qablar, basilica olaraq, Naxçıvan-Urmiya qrupunun arxeoloji abidələri üçün xarakterik olmuşdur. Azərbaycanın digər regionlarında isə, əsasən ikinci qrupa aid etdiyimiz qara cilalı cızma və basma ornamentli qablar geniş yayılmışdır. Burada boyalı qablara az rast gəlinmişdir. Azərbaycanın Orta Tunc dövrü mədəniyyətinin formalaşmasının xarakterini müəyyən etmək üçün, hər iki qrupa daxil olan gil məmulatının ətraflı təhlil edilməsi vacibdir.
Qeyd etdiyimiz kimi, Naxçıvan-Urmiya qrupunun arxeoloji abidələri, başlıca olaraq, boyalı qablarla xarakterizə edilir. Naxçıvan arxeoloji abidələrinin, xüsusilə II Kültəpənin stratiqrafiyasına əsasən, Orta Tunc dövrünün boyalı qabları 4 mərhələyə bölünmüşdür. İlk mərhələ üçün monoxrom boyalı qablar xarakterikdir.
II Kültəpənin Orta Tunc dövrü təbəqəsinin alt qatlarından bəlli olan bu tip qablar, qırmızı üzərinə qara rənglə çəkilmiş düz və dalğalı xətlərlə naxışlanmışdır. II Kültəpənin bu mərhələyə aid qabları küpə və badya tiplidir. Ağız kənarı geri qatlanan küpələrin boğazı qısa, gövdəsi qabarıq və simmetrikdir. Badya tipli qabların ağzı bir qədər içəri yığılmışdır. Gövdəsi çiyin hissədə qabarıq olub, oturacağa doğru getdikcə daralır.
Bu mərhələ üçün xarakterik olan qablar Göytəpənin D təbəqəsində, Haftavantəpənin VI C, VI B təbəqəsində də aşkar olunmuşdur. Göytəpənin erkən mərhələyə aid D təbəqəsindəki qabların bir qrupu qırmızı üzərinə qara və ağ rənglərlə çəkilmiş ornamentlərlə naxışlanmışdır. Qırmızı boya üzərinə ağ rənglə çəkilmiş naxışlar II Kültəpə keramikasında da qeydə alınmışdır.
İkinci mərhələ üçün daha təkmil və mürəkkəb kompozisiyalı boyalı qablar xarakterikdir. Onların başlıca ornamental motivləri dairələrlə tamamlanan sınıq xətlər, romb, üçbucaqların arasına çəkilən kiçik dairələr, bəzən isə insan, quş və heyvan rəsmlərindən ibarətdir. Bu motivdə naxışlanmış qablar Göytəpənin D təbəqəsində, Haftavantəpənin VI C, VI B təbəqəsində, I Kültəpənin üçüncü təbəqəsində, II Kültəpədə, Nəhəcir, Yaycı, Çalxanqala, Şahtaxtı və digər abidələrdən məlumdur. İkinci mərhələyə aid olan monoxrom boyalı qabların əksəriyyəti küpə, kasa və çölməklərlə təmsil olunmuşdur. Olduqca müxtəlif tipləri olan qablar narın qum qarışığı olan gildən hazırlanaraq, yaxşı bişirilmişdir.
E.ə. II minilliyin ikinci rübündə boyalı qabların istehsalında böyük irəliləyiş nəzərə çarpır. Bu dövrdən etibarən, polixrom boyalı qablar geniş yayılmağa başlayır. Gil qablar yüksək bədii zövqlə bəzənməsi ilə fərqlənirlər. Naxışlar qabların gövdəsinin yuxarısını əhatə edən narıncı-sarı və ağ fon üzərinə, basilica olaraq qara, qırmızı, bəzən isə qəhvəyi, ağ və yaşıl rənglə çəkilir.
Polixrom boyalı qablar Cənubi Qafqazda və Azərbaycanda, başlıca olaraq Naxçıvan-Urmiya qrupunun arxeoloji abidələrindən aşkar edilmişdir. Azərbaycanın digər rayonlarında, Gürcüstanda polixrom qablar tək-tək nümunələrlə bəllidir. Bunun əksinə olaraq Şərqi Anadoluda polixrom qablar geniş şəkildə yayılmışdır. Bu mərhələ üçün xarakterik olan polixrom boyalı qablar I Kültəpədən, II Kültəpədən, Göytəpənin D və C təbəqələrindən, Haftavantəpənin VI və V təbəqəsindən, Dinkatəpənin IV təbəqəsindən aşkar olunmuşdur. Yaşayış yerlərindən başqa, polixrom boyalı qablar, həmçinin Naxçıvan ərazisindəki Şahtaxtı, Qızılburun və Naxçıvan nekropolundan da əldə edilmişdir. Bu mərhələyə aid boyalı qablar küpə, kasa, badya və çölməklərlə təmsil olunmuşdur.
Qızılburun nekropolundan aşkar olunmuş küpə tipli qabların biri zəngin bəzəməsi ilə fərqlənir. O əsasən həndəsi ornamentlə naxışlanmışdır. Naxışlar başlıca olaraq aşağıdan və yuxarıdan düz xətlərlə məhdudlaşdırılmış torlu üçbucaqlardan ibarətdir. Üçbucaqların arasında boş qalmış sahəyə bir yerdə həndəsi fiqurlar, digər yerdə isə rəqs edən qadın və kişi şəkli çəkilmişdir. Qara rəngdə çəkilən kişi şəklinin qurşağı və papağı qırmızı rəngdədir. Onun bir əlində qırmızı rəngli dəsmal vardır. Qadın şəkli qırmızı rəngdə təsvir edilmişdir. Onun çiyni lələk şəkilli incə bəzəmələrlə naxışlanmışdır. İstər qadın, istərsə də kişi rəsminin geyimi milli Azərbaycan geyimlərini xatırladır. Rəqs səhnəsi də Azərbaycan və digər Şərq xalqları üçün xarakterikdir. Bəzi Qızılburun küpələri iti uclu üçbucaqlar, toplu romblar və baş-başa yerləşdirilmiş qoşa üçbucaqlarla naxışlanmışdır. Qeyd etmək lazımdır ki, qoşa üçbucaq motivinə, Cənubi Qafqazın boyalı qabları içərisində olduqca az rastlanmışdır. Bu motivin Qızılburun üçün xarakterik olduğunu söyləmək olar. Bu motivdə naxışlanmış polixrom boyalı küpələr Göytəpənin D və C təbəqələrindən də aşkar olunmuşdur.
Şahtaxtının polixrom boyalı küpələrinin biri yüksək zövqlə, incə naxışlarla bəzənmişdir. Onun gövdəsinin mərkəzi hissəsi qara rənglə çəkilmiş üfüqi xətlərlə üç zolağa ayrılmışdır. Birinci zolaqda qara və qırmızı rənglərlə bir-birinin ardında yerləşdirilmiş qu quşu təsvirləri verilmişdir. Orta qurşaqda dağ keçilərinə hücum edən canavar, sxematik quş və ceyran təsvirləri də bir birinin ardında yerləşdirilmişdir. Şəkillərin arasında boş qalan sahə həndəsi motivdə bəzədilmişdir. Üçüncü zolaqdakı naxışlar həndəsi motivdə olub, bitişik rombları xatırladır. Bu küpənin bənzərinə indiyədək rastlanmamışdır.
II Kültəpədən aşkar olunan küpə tipli qabın gövdəsinin parçası original bəzəmə motivi ilə fərqlənir. Küpənin üzərindəki bəzəmələr olduqca mürəkkəb kompozisiyada verilmişdir. Qabın gövdəsi qara rəngdə çəkilmiş enli xətlərlə üç qurşağa bölünmüşdür. Birinci qurşaq enli qırmızı xətt bucaqşəkilli şəkillərlə naxışlanmışdır. Naxışlar, başlıca olaraq, ikinci və üçüncü qurşaqda yerləşdirilmişdir. İkinci qurşaqda vertikal xətlərlə məhdudlaşdırılan romblar, rombların ətrafında realist və sxematik quş şəkilləri, vertikal xətlərin arasında isə qırmızı və qara rənglə doldurulmuş romb düzümləri çəkilmişdir. Üçüncü qurşaq, başlıca olaraq, romblarla doldurulmuş üçbucaq, baş-başa yerləşdirilmiş qoşa torlu üçbucaqlarla naxışlanmış, üçbucaqların ətrafına quş rəsmləri çəkilmişdir.

Azerbaycan tarixi 6 cild

Evlərin dağılması və mədəni təbəqənin yığılması nəticəsində müdafiə divarı öz əhəmiyyətini itirmiş və düzənlənmişdir. Üçüncü tikinti dövrü müdafiə divarının üzərində yer almışdır. Olduqca pis qalmasına baxmayaraq, bu təbəqədə torpaq döşəmələr və onların üzərində saxlanılan məişət əşyaları aşkar edilmişdir.
İkinci və üçüncü təbəqənin keramikası K.X.Kuşnaryeva tərəfindən vahid kompleks kimi qəbul edilmişdir. Bu dövrdə gil məmulatının hazırlanmasında xeyli irəliləyiş olmuşdur. Alt təbəqədə istifadə olunan cızma ornament daha mükəmməl ornamentlə əvəz olunmuşdur. Bu dövrdə Üzərliktəpənin qara rəngli keramikasından tamamilə fərqlənən boyalı qablar meydana çıxır. K.X.Kuşnaryeva boyalı qabların meydana gəlməsini dulusçuluğun inkişafında yaranan tərəqqi ilə bağlayır. Fikrimizcə, bu heç də doğru deyildir. Üzərliktəpənin qara cilalı keramikasından fərqlənən monoxrom boyalı qablar, fikrimizcə, başqa bir mədəniyyətin təsirini əks etdirir və bu haqda aşağıda daha ətraflı məlumat veriləcəkdir. Hazırda isə söyləmək olar ki, bu mədəniyyət Naxçıvan-Urmiya hövzəsi boyalı qablarının şimala doğru irəliləməsinin sübutu olaraq qəbul edilə bilər. Üzərliktəpənin gil məmulatı içərisində boyalı qabların olduqca az (2%) olması bunu bir daha təsdiq edir.

Şəkil 73. Çinartəpənin Orta Tunc dövrü keramikası

Мil-Qarabağ düzünün digər yaşayış yerləri kəşfiyyat xarakterli araşdırmalarla öyrənilmişdir. Onlar arasında Rəsultəpə, Çinartəpə, Toxmaxtəpə, Ağtəpə və digər abidələr vardır. H.F.Cəfərov bu abidərdən aşkar olunan keramika məmulatını üç qrupa ayırmışdır. Bu yaşayış yerlərinin kompleksində qara cilalı basma naxışlı və boyalı keramika məmulatı vardır.
Qaraköpəktəpədən aşkar olunmuş arxeoloji materialların əksəriyyəti gil məmulatından ibarətdir. Onların çoxu boz və qara cilalı, ştamp naxışlı qablarla təmsil olunmuşdur. Bu təbəqədə aşkar olunan boyalı qablar sayca olduqca azdır. Q.S.İsmayılovun fikrincə, bu vəziyyət Quruçay və Göndələnçay vadisinin digər Orta Tunc dövrü abidələri üçün də xarakterikdir.
Quruçay və Göndələnçay vadisində Orta Tunc dövrünə aid maddimədəniyyət qalıqları Günəştəpə, Xantəpə, Uzuntəpə, Мeynətəpə, Şomulutəpə, Kültəpə yaşayış yerlərində də aşkar olunmuşdur. Qeyd edildiyi kimi, bu yaşayış yerlərinin keramikası boz, ya da qara cilalı basma naxışlı qablarla xarakterizə edilir. Azlıqda qalan monoxrom və polixrom boyalı qablar Naxçıvan-Urmiya regionunun keramikası ilə bənzərdir.

Şəkil 74. 30 № – li Borsunlu kurqanının planı və kəsiyi

Bu regionda qəbir abidələri Qarabulaq nekropolunda və Günəştəpə yaşayış yerində aşkar olunmuşdur.
Qarabulaq nekropolu Füzuli şəhəri yaxınlığında, Köndələnçayın sağ sahilində yerləşir. Burada aşkar olunan qəbir abidəsi hədsiz dağıntıya məruz qaldığından, onun formasını və dəfn adətini müəyyən etmək mümkün olmamışdır. Skelet tamamilə dağılmışdır. Qəbirdən iki bütöv qab və gil qablara aid bir neçə parça əldə edilmişdir. Bütöv qablar qara rəngli küpə və qırmızı rəngli badyadan ibarətdir. Qara rəngli küpə tipli gil qab parçalarının üzəri cızma və basma ornamentlə naxışlanmışdır.
Günəştəpə yaşayış yerində aşkar olunan qəbirlər də tamamilə dağıdıldığından onların formasını və dəfn adətini müəyyən etmək mümkün olmamışdır. Boz və qara rəngli kasa tipli qablar basma ornamentlə naxışlanmışdır. Bu tip ornamentli keramika məmulatı Quruçay və Köndələnçay vadisinin abidələri üçün xarakterikdir.
Qarabağ mədəniyyətinin qəbir abidələri başlıca olaraq Borsunlu kupqanları ilə təmsil olunmuşdur. Borsunlu nekropolunda tədqiq olunan 1 №-li kurqanın qəbir kamerası dairəvi, 30 №-li kurqanın qəbir kamerası isə dördkünc formalıdır. Qəbirlərdən insan skeletinə aid qalıqlar, qara cilalı gil qablar və digər maddi-mədəniyyət qalıqları aşkar olunmuşdur.
Gəncə-Qazax zonasında Orta Tunc dövrünə aid aydın stratiqrafiya verən yaşayış yerinə rast gəlinməmişdir. Bu regionda aşkar olunan qəbir abidələrinin materialları Мil-Qarabağ zonasının dulusçuluq məmulatı ilə bənzərlik təşkil edir.
Babadərviş yaşayış yerinin Orta Tunc dövrü təbəqəsindən aşkar olunan qəbir düzgün olmayan, ucları dəyirmiləşdirilmiş dördkünc formaya malikdir. O şərq-qərb istiqamətindədir. Qəbrin qərb tərəfində dağınıq halda olan insan skeletinin qalıqları aşkar olunmuşdur. Şərq tərəfdə iribuynuzlu heyvan balasının skeleti və bu heyvana aid lülə sümüyü aşkar olunmuşdur. Qəbrin cənub divarı boyunca gil qablar və tunc xəncər tiyəsi qoyulmuşdur. Bu qəbirdən aşkar olunan üç ədəd qara cilalı qab çəhrayı astarlı olmaqla, naxışlanma motivi və formasına görə Azərbaycanın həmdövr materiallarından fərqlənir. Onların naxışlanmasında iki sıra cızma xətdən və yapma ornamentlərdən istifadə olunmuşdur. Qəbirdən əldə edilmiş, kobud hazırlanmış qablar Üzərliktəpə, II Kültəpə və Çalxanqala kurqanlarından aşkar edilmiş materiallarla bənzərdir. Bu qəbir e.ə. XVI əsrə aid edilmişdir.
Şamxor (Şəmkir) rayonunun Keçili kəndi yaxınlığında H.P.Kəsəmənli tərəfindən tədqiq olunan 5 №-li Keçili torpaq qəbiri tamamilə dağıdıldığından onun formasını və dəfn adətini müəyyən etmək mümkün olmamışdır. Bükülü vəziyyətdə olan skelet şimal-qərb istiqamətində olmuşdur. Onun şimal tərəfdə olan kəlləsinin ətrafından dörd gil qab aşkar edilmişdir. Qara cilalı qabların çiyin hissəsi basma ornamentlə naxışlanmışdır. Bu qablar bəzəmə texnikasına görə Üzərliktəpə materialları ilə oxşardır. Analoji materiallar əsasında Keçili qəbiri e.ə. XVII-XVI əsrlərə aid edilmişdir.
Şamxor-Gədəbəy şose yolunun yaxınlığında yerləşən nekropolda 1983-cü ildə tədqiq edilən 4 №-li kurqan Orta Tunc dövrünün son mərhələsinə aid material vermişdir. Torpaqda qazılmış qəbir keramikası kromlexlə əhatə edilmiş və torpaq kurqanla örtülmüşdür. Kurqan örtüyünün altında kül layı içərisində uşaq skeletinə, onun ətrafında saplaqlı tunc xəncər və Orta Tunc dövrü üçün xarakterik 3 gil qab aşkar olunmuşdur. Bundan aşağıda aşkar olunan qəbir kamerasında yanmış sümüklər dəfn edilmişdir. Buradan obsidiandan hazırlanmış bıçaq tipli alət də tapılmışdır. Kurqan e.ə. XVII-XVI əsrlərə aid edilmişdir.

Xaçbulaq kurqanları. Orta Tunc dövrünə aid kurqanların bir qrupu Daşkəsən rayonunda, Xaçbulaq yaylağında yerləşir. Xaçbulaqdakı 1 №-li kurqan Qoşqarçayın sol sahilində, Zağalı kəndinin müasir qəbirstanlığından şərqdə yerləşir. Dairəvi formalı kurqanın hündürlüyü 0,75, diametri şimal- cənub istiqamətində 11,5, şərq-qərb istiqamətində isə 10 metr olmuşdur. Kurqanın əsas qəbiri İlk Tunc dövrünə aid edilmişdir. Buradan yarımşar formalı qulpu olan küpə, sümükdən hazırlanmış muncuqlar tapılmışdır. Kurqanın torpaq örtüyündə, 1,45 və 1,7 metr dərinlikdə aşkar olunan iki qəbir Orta Tunc dövrünə aiddir. Torpaqda qazılmış qəbirin forması müəyyən edilməmişdir. Birinci qəbirdəki skelet tamamildə çürümüşdür. O, şimal-qərbdən cənub-şərqə doğru, bükülü vəziyyətdə dəfn edilmişdir. Skeletin ayaq tərəfinin yaxınlığında iribuynuzlu heyvan sümüklərinə, ağac kömürünə rast gəlinmişdir. Kəllənin ətrafından qara, qəhvəyi, çəhrayı rəngli cızma naxışlı gil qablar, daş toppuz, borudəstəkli nizə ucluğu, obsidian və çaxmaqdaşından ox ucluqları, tunc xəncər aşkar olunmuşdur.
İkinci qəbirdən şimal-qərb və cənub-şərq istiqamətində, bükülü vəziyyətdə çürümüş insan skeleti, onun ayaqlarının yaxınlığında isə xırdabuynuzlu heyvan skeleti aşkar olunmuşdur. Heyvan skeleti kömür qalıqlarının arasında idi. İnsan və heyvan skeletlərinin ortasında gil qab parçalarına rast gəlinmişdir. Bu qəbirlərdən aşkar olunan gil qabların bənzərləri Üzərliktəpə, Qaraköpəktəpə, Babadərviş və II Kültəpədən məlumdur.
1959-cu ildə, Xaçbulaq yaylağında, «Hamamdüzü» adlanan yerdə üç kurqan tədqiq edilmişdir ki, onların da ikisi Orta Tunc dövrünə aiddir. Həmin kurqanlardan birincisi dairəvi olub, diametri 8,6, hündürlüyü 0,6 m-dir. Qəbir kamerası kurqanın cənub tərəfində aşkar edilmişdir. Qəbirin üzərini örtən daş kurqan götürülərkən, obsidian parçalarına və kömür qalıqlarına rast gəlinmişdir. Kurqanın altında yerləşən torpaq qəbirin ölçüləri 2,9 x 1,3 x 0,8 m-dir. Qəbir kamerası şimal-qərbdən cənub-şərqə doğru yönəlmişdir. Skelet olduqca pis qaldığından, onun yalnız lülə sümüklərinə və dişlərinə aid qalıqlar aşkar olunmuşdur. Qəbirdən müxtəlif muncuqlar və saç üçün spirallar, 16 ədəd qara və boz rəngli gil qab aşkar olunmuşdur. Bu kurqanın materialları Üzərliktəpənin ikinci qrup keramikası ilə bənzərdir. Aşkar olunmuş materiallara əsasən, kurqan e.ə. II minilliyin ortalarına aid edilmişdir.
Kurqanın ikinci əsas qəbrindən uzunluğu 33 sm olan dördtilli süngü tipli nizə ucu tapılmışdır. Arxeoloq H.P.Kəsəmənli həmin nizə ucunu Zaqafqaziya və Ön Asiyadan tapılmış analoji nizə ucları ilə müqayisə edərək, e.ə. III minilliyin sonlarına aid etmişdir.
Xaçbulaqda tədqiq olunan Orta Tunc dövrünə aid digər kurqan 1962-ci ildə açılmışdır. Həmin kurqan əvvəlkinin yaxınlığında yerləşir. Kurqanın hündürlüyü 1,8, diametri 15 m olmuşdur. Onun örtüyü çay daşlarından qurulmuşdur. Kurqan örtüyünün altından cənub-şərq tərəfdə qara rəngli torpaq qatı, tunc nizə ucluğu, gümüş düymə və qara rəngli gil qab parçaları aşkar olunmuşdur. Bu təbəqədən altda yerləşən qəbir kamerasının uzunluğu 1,6, eni 0,9, dərinliyi 0,8 m olmuşdur. Qəbir kamerası cənub-qərbdən şimal-şərqə doğru yönəlmiş, qara rəngli torpaqla dolmuşdu. Qəbirdə bir ədəd sırğadan başqa, skeletə və dəfn avadanlığına rast gəlinməmişdir. Bu kurqan e.ə. XVI-XV əsrlərə aid edilir.
Zurnabad kurqanı Gəncəçay vadisində, Xanlar şəhəri yaxınlığında, Zurnabad adlı yerdə aşkar olunmuşdur. Kanal qazılarkən kurqan tamamilə dağıdıldığından, onun haqqında ətraflı məlumat yoxdur. Daş qarışıq torpaq kurqanın altında aşkar olunan qəbirdə insan skeleti qalıqlarına, onun ətrafında isə monoxrom boyalı qablar, gil qab parçaları, tunc bəzək əşyaları və obsidian qəlpələri aşkar olunmuşdur. Kurqanın kənara atılmış torpağında insan skeletinin qalıqları, gil qab parçaları, spiralşəkilli əşyalar, obsidian ox ucluğu aşkar olunmuşdur. Zurnabad kurqanından əldə edilmiş monoxrom boyalı küpələr Naxçıvan abidələrindən tapılmış eyni tipli qabları xatırladır. Zurnabad kurqanı H.P.Kəsəmənli tərəfindən e.ə. XVIII-XVII əsrlərə aid edilmişdir. Son illərin araşdırmaları Zurnabad kurqanının daha qədim tarixə malik olduğunu deməyə imkan verir.
Gəncəçay rayonunda Y.Hümmel tərəfindən qazılan 12 №-li kurqan da Orta Tunc dövrünə aiddir. Kurqanaltı qəbir kamerası dördkünc formalı olub, cənub-qərb istiqamətində qazılmışdır. Qəbirin ölçüləri 2,60 x 1,55 x 1,40 m-dir. Qəbir kamerasının üzəri taxta parçaları ilə örtülmüşdür. Skelet olduqca pis qaldığından, onun istiqaməti müəyyən edilməmişdir. Kameranın cənub-şərq hissəsində qoyun skeletinin qalıqları aşkar olunmuşdur. Qəbir avadanlığı 1 ədəd mis əşya, 18 gil qab və bir neçə çaxmaqdaşı parçalarından ibarət olmuşdur.
Bu qəbirdən aşkar olunan gil qablar qara rəngdə yaxşı bişirilərək, cilalanmışdır. Bəzi qabların üzəri Üzərliktəpənin ikinci qrup keramikası üçün xarakterik olan basma ornamentlə naxışlanmışdır. Kurqan e.ə. II minilliyin birinci yarısına aid edilmişdir.
Azərbaycanın cənub-şərqində yerləşən abidələrin bir qrupu Qobustanda yerləşir. Qobustanda yaşayış yerləri, başlıca olaraq, qayaaltı sığınacaqlarla təmsil olunmuşdur. Arxeoloji tədqiqatlar bu sığınacaqlardan uzun müddət istifadə olunduğunu göstərir. Burada Böyükdaş dağı üzərində yerləşən yaşayış yerində Orta Tunc dövründə yaşayış davam etmişdir. Oradan aşkar olunmuş tikinti qalıqları yuxarıda təsvir edildiyindən, onlar üzərində dayanılmayacaqdır.
Qobustan arxeoloji abidələrinin əksəriyyəti qəbir abidələrindən ibarətdir. Onların bir qismi C.N.Rüstəmov və F.М.Мuradova tərəfindən öyrənilmişdir.
Daş və torpaq örtüklü Qobustan kurqanlarının hündürlüyü 0,8-1,1 m, diametri 5-11 m-dir. Kurqanlar qəbir kamerasının quruluşuna görə xəndəksiz, xəndəkli və daş qutulara ayrılır.
Qəbir abidələrinin əksəriyyətini xəndəksiz kurqanlar təşkil edir. Bu tip qəbirlərdə dəfn yer səthində mövcud olan çuxurda, qaya dibində aparılmış, üzəri yastı əhəngdaşı layı ilə örtülmüşdür. Qəbirlər kromlexlə əhatə edilmişdir. Bu qrupa daxil olan qəbirlərin əksəriyyətində insan skeletinə və arxeoloji materiallara rast gəlinməmişdir.
7 №-li kurqanda dəfn mərkəzdə aparılmışdır. Qəbirin üzəri bir ədəd iri daşla örtülmüş, ətrafında diametri 5 m olan kromlex qurulmuşdur. Olduqca pis qalmış skelet qalıqları, onun bükülü vəziyyətdə, şimal-şərq istiqamətində dəfn edildiyini göstərir. Skeletin ətrafından sarı rəngli, qazan tipli qab, çəhrayı rəngli, üzərində aypara təsviri olan xeyrə tipli qab, dən daşı və qəhvəyi rəngli daş qəlpəsi aşkar edilmişdir. Arxeoloji materialların tapıldığı yerdən xırdabuynuzlu heyvana aid çənə sümüyü də əldə edilmişdir. Qəbirin üzərini örtən daşda, kromlex daşlarından birində və kurqan örtüyünün daşlarının üçündə rəsmlərə rast gəlinmişdir.
Qobustandakı 13 №-li kurqanın diametri 12 m-dir. Torpaq qarışıq daş kurqanın altında üç qəbir qeydə alınmışdır. Hər qəbirin üzərində kiçik daş topasının olduğu müəyyən edilmişdir. Birinci qəbirdəki skelet olduqca pis qalmışdır. O, başı şimala olmaqla, tam bükülü vəziyyətdə dəfn edilmişdir. Skeletin baş tərəfində qara cilalı gil qab, bel tərəfində isə tunc xəncər aşkar olunmuşdur.
İkinci qəbirdə skelet olmamış, qəbirin örtük daşı yana sürüşmüşdür. Qəbir avadanlığı sarı rəngli bir ədəd gil qabdan ibarətdir. Üçüncü qəbirin üstü bir yastı daşla örtülmüşdü. Qəbirdə skelet qeydə alınmamışdır. Qəbir avadanlığı bir ədəd gil qabdan ibarət olmuşdur ki, o da olduqca pis qaldığından, götürmək mümkün olmamışdır.
Bu kurqanın tarixləndirilməsi üçün birinci qəbirdən aşkar olunan tunc xəncər olduqca əhəmiyyətlidir. Xəncərin bənzərləri 13 №-li kurqanı e.ə. III minilliyin sonu- II minilliyin əvvəllərinə aid etməyə imkan verir.
Xəndəkli kurqanlarda qəbirlər dairəvi quyu və küncləri dəyirmiləşdirilmiş düzbucaqlı formaya malikdir. Dairəvi qəbirlərin diametri 0,95-1 m, dərinliyi 0,45-0,50 m, düzbucaqlı qəbirlərin ölçüsü 1,2 x 0,7 x 0,3 m; 2,8 x 1,2 x 2 m arasındadır.
Böyükdaş və Kənizə dağları arasında yerləşən 9 №-li kurqanın qəbir kamerası quyu şəklində qazılmış, ətrafına altı ədəd iri daş qoyulmuşdur. Olduqca pis qalmış skelet başı qərbə olmaqla, sol böyrü üstə, bükülü vəziyyətdə dəfn olunmuşdur. Üzəri qırmızı oxra ilə örtülmüşdür. Onun baş tərəfindən təkqulplu, armudvari gil qab, bel tərəfindən yarpaqşəkilli tunc nizə ucluğu aşkar olunmuşdur. Bu nizə ucluğunun bənzərləri Cənubi Qafqazın e.ə. III minilliyə aid abidələrindən bəllidir. F.М.Мuradova bu kurqanı e.ə. XX-XVIII əsrlərə aid etmişdir.
Diametri 10 metrə bərabər olan kromlexlə əhatə olunmuş 25 №-li kurqanın kromlex daşlarından biri dikinə qoyulmuş və xarici tərəfinə keçi rəsmi çəkilmişdir. Kurqanın mərkəzində şərq-qərb istiqamətində qazılan qəbir dördkünc formalıdır. Onun kənarı səkkiz iri daşla əhatə olunmuşdur. Qəbir qarət edildiyindən, onun örtük daşlarından biri içəri düşmüş, ikisi isə kənara atılmışdır. Qəbirdə qoyun skeleti, iribuynuzlu heyvan sümükləri, tunc xəncər, boru dəstəkli tunc nizə ucu və gil qab parçaları aşkar olunmuşdur. Qablardan birinin üzərində qırmızı boya izləri qalmışdır. Qəbirdən aşkar olunan xəncər tiyəsi və boru dəstəkli nizə ucluğunun tipoloji analizi bu kurqanı e.ə. XX-XVIII əsrlərə aid etməyə imkan verir.
Kromlexlə əhatə olunmuş 17 №-li kurqanda qəbir kamerası cənubqərbdən şimal-şərqə doğru qazılmış, üzəri 1 ədəd yastı daşla örtülmüşdür. Skelet sol böyrü üstə, bükülü vəziyyətdə aşkar olunmuşdur. Skeletin ətrafından bir ədəd çəhrayı rəngli çölmək, boz rəngli bir kasa və bir küpə əldə edilmişdir. Aşkar olunmuş materiallar Böyükdaş yaşayış yerinin materialları ilə bənzər olduğundan, bu kurqan Orta Tunc dövrünün ilk mərhələsinə aid edilmişdir.
Мuğan düzündə, Azərbaycanın cənub-şərqində Orta Tunc dövrünə aid yaşayış yerləri az öyrənilmişdir.
Мişarçay yaşayış yeri Cəlilabad şəhərindən 1,5 km şimal-şərqdə, eyni adlı çayın sahilində yerləşir. Мişarçayın alt təbəqəsi Kür-Araz mədəniyyətinə, onun üzərində yerləşən təbəqəsi isə Orta Tunc dövrünə aid material vermişdir. Kür- Araz təbəqəsindən fərqli olaraq (4,5 m) Orta Tunc dövrü təbəqəsinin olduqca az yığılması, bu dövrdə yaşayış yerində həyatın yarımköçəri maldarlığa əsaslandığını göstərməkdədir. Yaşayış yerinin bu təbəqəsindən daş və sümük əmək alətləri, keramika məmulatı aşkar olunmuşdur. Keramika məmulatı morfoloji və texnoloji xüsusiyyətlərinə görə iki qrupa bölünür. Birinci qrupa qəhvəyi rəngli, tünd ləkəli, kifayət qədər qaba hazırlanmış mətbəx qabları daxildir. Onların gilinin tərkibinə qum, çınqıl və gil ovuğu qatılmışdır. Bu qrupdakı qablar içərisində genişağızlı, silindr boğazlı, cüt qulplu küpələr fərqlənirlər. Onların üzəri sığallanaraq, yüngülcə cilalanmışdır. Gövdəsinin yuxarı hissəsi və çiyni cızma üsulu ilə həndəsi motivdə naxışlanmışdır. Boğazının altında yolkaşəkilli ornament, ondan altda isə ştrixlənmiş üçbucaqlar yerləşdirilmişdir.
İkinci qrupa boz və qara rəngli nazik divarlı keramika daxildir. Onların gilinə narın qum qatılmış, yaxşı sığallanmış və parıldayanadək cilalanmışdır. Bu qrupa daxil olan qablar arasında incə cızma bəzəməli, konnelyur ornamentli küpələr diqqətəlayiqdir. Bu qrupdakı keramikanın naxışlanmasında cızma xətlər və nöqtələrin kominasiyasından geniş istifadə edilimşdir. Gil qabların naxışlanma motivi Trialeti, Üzərliktəpə və Lçaşen keramikası ilə bənzərlik təşkil edir. Bu qrupa daxil olan bikonus formalı qablar, üfiqi qulaqcıqları olan kasalar, üçayaqlı qablar xüsusilə fərqlənirlər. F.R.Мahmudov Мişarçay yaşayış yerinin Orta Tunc dövrü təbəqəsindən aşkar edilən və Kür-Araz mədəniyyətinin son mərhələsi üçün xarakterik olan, dekorativ elementlərə malik keramikanı e.ə. III-II minilliklərin qovşağına aid etmişdir.
Cəfərxanlı yaşayış yeri Cəlilabad rayonunun eyniadlı kəndi yaxınlığında, İncəçayın sağ sahilində yerləşir. Yaşayış yerinin yerləşdiyi ərazinin dəfələrlə şumlanması abidənin dağılmasına və planının itməsinə səbəb olmuşdur. Arxeoloji tədqiqatlarla, yaşayış yerinin 2 hektardan artıq sahəni əhatə etdiyi müəyyən edilmişdir. Yaşayış yerinin bəzi hissələrində gil qatları, daş və çiy kərpicdən tikinti qalıqları görünməkdədir. Kəşfiyyat qazıntıları ilə daşdan əmək alətləri və keramika məmulatı aşkar olunmuşdur.
Yaşayış yerindən aşkar olunmuş keramika üç qrupa bölünür. Birinci qrupa daxil olan küpə, çölmək və banka tipli qablar cilalama üsulu ilə, həndəsi motivdə naxışlanmışdır. Bəzi qabların gövdəsi konnelyur ornamentlidir. İkinci qrupa sarıqəhvəyi rəngli, qaba hazırlanmış qalın divarlı qablar daxildir. Gilinin tərkibinə qum və çınqıl qatılan bu qabların əksəriyyəti uzun boğazlı, genişağızlı küpələrdir. Qabların boğazı çəpinə çərtmələr və sünbülşəkilli ornamentlə naxışlanmışdır. Üçüncü qrupa monoxrom boyalı qablar daxildir. Onlar qırmızı rəng üzərindən qara rənglə lanmışdır.
Yaşayış yerinin dövrünün müəyyənləşdirilməsində Orta Tunc dövrünün erkən mərhələsində meydana çıxan və Kür-Araz mədəniyyəti ilə bağlantılı olan dirsəkşəkilli qulplar əhəmiyyətlidir. Bəzi qulpların yuxarı hissəsi zoomorf fiqurlarla tamamlanır. Aşkar olunmuş materiallar Cəfərxanlı yaşayış yerini e.ə. III-II minilliklərin qovşağına aid etməyə imkan verir.
Azərbaycanın şimal-şərqində Orta Tunc dövrünə aid arxeoloji abidələr az öyrənilmişdir. Bu regionda Orta Tunc dövrü yaşayış yerləri Quba rayonunda İbrahimxəliltəpə, Xaçmaz rayonunda Sərkərtəpə, Borispoltəpə kimi abidələrlə təmsil edilməkdədir. Aşkar olunmuş arxeoloji materiallar daş əmək alətləri və keramika məmulatı ilə xarakterizə olunur. Bu yaşayış yerlərinin keramikası başlıca olaraq qonur və boz rəngli sığallanmış qab parçalarından ibarətdir. Bəzi qabların üzəri cızma və yapma ornamentlə naxışlanmışdır.
Tapıntılar arasında sümükdən bizlər, iynələr, cilalayıcı alətlər, oraq dişləri və metal əşyalar da əhəmiyyət kəsb edir.
Azərbaycanın şimalında yerləşən abidələr qrupuna Şəkidə Əyriçay vadisində yerləşən Küdürlü kurqanları da daxildir. Küdürlüdə aşkar olunan səkkiz kurqan e.ə. II minilliyin birinci rübbünə aid edilmişdir. Kurqanlarda arxası üstə, bükülü vəziyyətdə dəfn edilmiş skeletlər aşkar olunmuşdur. Tədqiqatlar zamanı qəbirlərdən zəngin maddi-mədəniyyət nümunələri aşkar edilmişdir.
İlk Tunc dövrü yaşayış yerlərinin bir neçəsində həyatın e.ə. II minilliyin ortalarına qədər davam etməsi bu ərazidə Orta Tunc dövrü tayfalarının məskunlaşdığını göstərir. Yaşayış məskənlərinin azlığı bir tərəfdən regionun az öyrənilməsi ilə bağlıdırsa, digər tərəfdən də ehtimal ki, Orta Tunc dövründə burada həyatın yarımköçəri maldarlığa bağlanması ilə əlaqədardır. Regionun arxeoloji abidələri başlıca olaraq kəşfiyyat xarakterli tədqiqatlarla öyrənilmişdir.
Orta Tunc dövrünə aid yaşayış yerlərinin bir neçəsi özündən əvvəlki İlk Tunc dövrü məskənlərində salınmışdır. Bunların sırasına I Kültəpə, II Kültəpə, Şortəpə, Göytəpə, Qordlartəpə, Haftavantəpə kimi abidələr daxildir. Bu yaşayış yerləri öz topoqrafik xüsusiyyətlərinə görə, İlk Tunc dövrü yaşayış yerlərindən fərqlənmirlər. Onlar gur sulu çayların sahilində, əkinçilik və maldarlıq üçün əlverişli ərazilərdə salınmışdır. İkinci qrup abidələr strateji cəhətdən və ticarət baxımından əlverişli mövqelərdə salınmışdır ki, bu da Orta Tunc dövründə ticarət əlaqələrinin insanların həyatında böyük rol oynadığını göstərir. Belə abidələr sırasına Şahtaxtı və Qızılburun yaşayış yerləri aid edilə bilər. Qeyd etmək lazımdır ki, Qızılburun və Şahtaxtı ərazisi indi də beynəlxalq ticarət yollarının qovşağında olmaqla böyük əhəmiyyət daşımaqdadır. Şübhəsiz ki, ərazinin əlverişli coğrafi mövqeyi qədim dövrlərdən insanların diqqətini cəlb etmişdir.
Quruçay və Köndələnçay vadisinin abidələri də oturaq və yarımköçəri həyat üçün əlverişli ərazilərdə salınmışdır. Bu yaşayış yerləri başlıca olaraq, su mənbələrinin, bulaqların yaxınlığında yerləşmişdir. Onların bəzisində az da olsa mədəni təbəqə yığılmış, digərlərində isə heç yığılmamışdır. Sonuncular sırasına Naxçıvanda yerləşən Quyuludağ, Kərki, Kükü, Ağsal, Qazançı və digər abidələri də aid etmək olar.
Orta Tunc dövrü abidələrinin tədqiqi bu dövrdə Azərbaycanda əhalinin oturaq və yarımköçəri həyat sürən tayfalardan ibarət olduğunu göstərir. Azərbaycanın cənub-şərq və şimal-şərqində yerləşən abidələrdə Orta Tunc dövrü təbəqəsinin az yığılması, yaxud heç yığılmaması tayfaların köçəri həyat tərzi ilə bağlı olmuşdur. Azərbaycanın bu rayonlarının maldarlıq üçün əlverişli olması buna müəyyən dərəcədə şərait yaratmışdır. Şimal-şərqi Azərbaycanda Orta Tunc dövrü abidələrinə az rast gəlinməsi də ehtimal ki, bununla bağlıdır.
Orta Tunc dövrü iqtisadiyyatın sürətli inkişafı və tayfalararası münasibətlərin kəskinləşməsi ilə xarakterizə olunur. Bu dövrə aid yaşayış yerlərinin ətrafında müdafiə divarlarının çəkilməsi də bununla bağlıdır. Belə müdafiə divarları II Kültəpə, Qaraköpəktəpə, Üzərliktəpə, Göytəpə yaşayış yerlərində aydın şəkildə izlənmişdir. Bu dövrdə meydana çıxan, düşünülmüş planla inşa edilmiş yaşayış yerlərinin bir qrupu V.H.Əliyev tərəfindən ilkin şəhərlər kimi xarakterizə edilmişdir. Bu baxımdan II Kültəpə xüsusi diqqətə layiqdir.
II Kültəpə yaşayış yeri Narınqala və onu əhatə edən yaşayış məskənindən ibarət olmaqla iki hissəyə bölünür. Narınqala yaşayış yerinin mərkəzində yerləşir. O, dördkünc bürc və kontrfoslarla möhkəmləndirilmiş möhtəşəm müdafiə divarı ilə əhatə edilmişdir. Yaşayış yerinin bu quruluşu cəmiyyətdə meydana gələn ictimai bərabərsizliklə bağlı olmuşdur. Əsilzadə, varlı ailələr Narınqalada, istehsalla məşğul olan əhali isə kənarda yaşamışdır. Ola bilsin ki, təhlükəli zamanlarda əhali Narınqalaya toplaşaraq, müdafiə olunmuşdur.
Yaşayış yerində aşkar olunmuş binaların tədqiqi göstərir ki, onlar birbirindən müəyyən məsafələrdə tikilmiş, bəzən düz, bəzən isə əyri küçələrlə ayrılmışdır. Qala divarının yaxınlığında, bir neçə yerdə küçələrdə daş döşəmənin qalıqları aşkar edilmişdir.
Yaşayış yerində aşkar olunan 2, 3, 4 otaqlı evlər, ehtimal ki, varlı, əsilzadə ailələrə mənsub olmuşdur.
Narınqaladan kənarda böyük dulusçuluq emalatxanasının, metaləritmə ocaqlarının qalıqlarının aşkar olunması, II Kültəpənin mühüm sənətkarlıq mərkəzi olduğunu göstərir. Yaşayış yerindən tapılan Мisir pastasından hazırlanmış muncuqlar, uzaq ölkələrlə ticarət əlaqələrinin olduğuna işarədir.
Мüdafiə divarı ilə əhatə olunmuş Narınqalanın meydana çıxması, Orta Tunc dövrü yaşayış yerlərinin xarakterik cəhətlərindən biridir. Lakin yaşayış yerlərinin hamısı geniş tədqiqatlarla öyrənilmədiyindən, ətraflı fikir söyləmək mümkün deyilidir. Narınqalanın mövcudluğu, cəmiyyətdə sosial bərabərsizliyin dərinləşdiyini, tayfa başçılarının müdafiə olunan binalarda yaşadığını göstərir.
II Kültəpə yaşayış yerində aşkar olunan müdafiə divarı çay daşlarından hörülmüş, arası kiçik daşlarla doldurulmuşdur. Çiy kərpiclər bir neçə sıra düzülərək, gil məhlulla möhkəmləndirilmişdir.
Tikintidə istifadə olunan çiy kərpiclərin ölçüləri 32 x 32 x 14; 38 x 38 x 12; 40 x40 x 15; 44 x 44 x 12 sm-dir. Мüdafiə divarının əhəmiyyətli yerləri, xüsusilə giriş qapısının ağzı daş bloklarla möhkəmləndirilmişdir. Narınqalanın divarı ümumi planda beşkünc formalı olub küncləri dəyirmiləşdirilmişdir .
Qaraköpəktəpə yaşayış yerinin müdafiə divarı da eyni texnika ilə tikilmişdir. Divar yanlarda iri qaya parçalarından hörülmüş, onların arasına isə kiçik həcmli daşlar doldurularaq, gil məhlulu ilə bərkidilmişdir.
Göytəpə və Üzərliktəpədə müdafiə divarı çiy kərpiclə tikilmişdir. Üzərliktəpənin müdafiə divarı daha yaxşı qaldığından, divardakı kərpiclərin ölçülərini tam müəyyən etmək mümkün olmuşdur. Onlar 38 x 38 x8; 40 x 40 x 8; 42 x 42 x 8; 46 x 46 x 8; 48 x 48 x 8 sm ölçülərindədir. Kvadrat formalı kərpiclər 7 sıra düzülərək, gil məhlulu ilə bərkidilmişdir.
Orta Tunc dövrü yaşayış yerlərində aşkar olunan yaşayış binaları dördkünc formalıdır. Lakin onlar tikinti texnikasına görə bir-birindən fərqlənirlər. Naxçıvan-Urmiya qrupunun yaşayış binaları II Kültəpədə daha yaxşı öyrənilmişdir. Onlar daş təməl üzərində tikilmiş kərpic binalardan ibarətdir. Binaların döşəməsi gillə suvanmış, bəzi hallarda kərpiclə örtülmüşdür. Bəzi binaların içərisində təsərrüfat quyuları olmuşdur. Binaların bəzisinin içərisində soba tipli ocaqların olduğu müəyyən edilmişdir.
II Kültəpədəki çoxotaqlı binalardan birinin içərisində daş büt və ortasında novu olan daş blok aşkar edilmişdir. Bu binanın içərisində aşkar olunan arxeoloji materiallar, onu ziyarətgah kimi xarakterizə etməyə imkan vermişdir. Digər binaların daxili quruluşu ilə bağlı ətraflı məlumat yoxdur.
Üzərliktəpədə aşkar olunan dördkünc planlı evlər tikinti texnikasına görə fərqlənir. Ağacdan qurulan bu evlərin divarları qalın çubuqlardan düzəldilmiş və gillə suvanmışdır. Evin torpaq döşəməsi həsirlə örtülmüşdür. Araşdırmalar göstərir ki, bu tip evlərdən Üzərliktəpədə uzun müddət istifadə olunmuşdur.
Azərbaycanın Orta Tunc dövrü abidələrinin tədqiqi göstərir ki, Naxçıvan- Urmiya qrupunun abidələri daha aydın stratiqrafiyaya malik olmaqla, bu dövrün bütün mərhələlərini ardıcıllıqla özündə əks etdirir. Bu regionda əhalinin uzun müddət məskunlaşması, şübhəsiz ki, ərazinin əkinçi və maldar tayfaların yaşaması üçün əlverişli olması, həmçinin Yaxın Şərqin qədim mədəniyyət mərkəzlərinə yaxın yerləşməsi ilə bağlı olmuşdur.
Azərbaycanın digər rayonlarında aşkar olunan arxeoloji abidələr Orta Tunc dövrü mədəniyyətinin öyrənilməsi üçün olduqca əhəmiyyətlidir. Lakin bunların heç birində Orta Tunc dövrünün mədəniyyəti ardıcıl olaraq izlənməmişdir.
Azərbaycanda Orta Tunc dövrünə aid tədqiq edilmiş qəbir abidələri onların regional xüsusiyyətlərini aydınlaşdırmaq və geniş nəticələr çıxarmaq üçün kifayət deyildir. Orta Tunc dövründə daş qarışıq torpaq kurqanlara və onların kromlexlə əhatə olunmasına Azərbaycanın hər yerində rast gəlinmişdir. Lakin Orta Tunc dövründə daş qutu tipli qəbir abidələrinin hələlik, yalnız Naxçıvanda geniş yayıldığı müəyyən edilmişdir.
İqtisadiyyat. Arxeoloji tədqiqatlar Orta Tunc dövründə Azərbaycanda iqtisadiyyatın xeyli inkişaf etdiyini göstərir. Bu dövrdə təsərrüfatın inkişaf səviyyəsi şübhəsiz ki, İlk Tunc dövründə əldə edilən nailiyyətlərlə də bağlıdır. Orta Tunc dövründə təsərrüfatın başlıca sahələri əkinçilik və maldarlıq olmuşdur. Suvarma əkinçiliyinin və qoşqu qüvvəsinin tətbiqi, əkinçilik məhsullarının istehsalını artırmağa imkan vermişdir. Orta Tunc dövründə qazılmış kanalların qalıqları indiyədək qalmasa da, yaşayış yerlərinin topoqrafiyası süni kanallardan istifadə edildiyini göstərməkdədir. Orta Tunc dövründə əkinciliyin inkişafını göstərən dəlillərdən biri yaşayış yerlərindən aşkar olunan taxıl dənləridir. I Kültəpədən Triticum Sativum L və Triticum comractum Hest buğda növləri, Hordeum sativum L növlü arpa dənləri aşkar olunmuşdur. II Kültəpədən yumşaq buğda (F.Aestivum) və gənəgərcək (Ricinus Communis) toxumları aşkar olunmuşdur (85,130). Üzərliktəpə yaşayış yerindən darı qalıqları, yanmış buğda (Tritucum Sativum L, Triticum durum Dest) və arpa (Hordeum Lagun culiforme) dənləri tapılmışdır.
Orta Tunc dövrünün yaşayış yerlərindən taxılın emalı ilə bağlı xeyli dən daşları, sürtgəc, həvəng və dəstələr aşkar edilmişdir. Bu tip alətlər demək olar ki, bütün yaşayış yerlərindən aşkar olunmuşdur. Bu dövrə aid əmək alətləri içərisində daşdan hazırlanmış taxıl döymə alətləri diqqəti cəlb edir. Bu tip əmək alətləri Qarabağdan, Qaraköpəkdən və II Kültəpədən aşkar olunmuşdur. Taxıldöyən daşlar ağır olduğundan, onlardan yalnız qoşqu qüvvəsi tətbiq etməklə istifadə edilmişdir. Onların ön tərəfində qayış bağlamaq üçün nov, ya da deşik açılmışdır. II Kültəpədən aşkar olunan daş alət arxaik formalıdır. Onun tapıldığı arxeoloji materialların kompleksi e.ə. XVIII-XVII əsrlərə aid edilir. Bu dövrdə ehtimal ki, ağac vəllərdən də istifadə edilmişdir. Son Tunc dövrünə aid olan belə vəllər Xanlar şəhəri yaxınlığındakı kurqandan aşkar olunmuşdur.
Əkinçilikdə istifadə olunan əmək alətlərindən biri də oraqlardır. Arxeoloji tapıntılara əsasən demək olar ki, Azərbaycanda hələ İlk Tunc dövründən başlayaraq, metal oraqlardan istifadə olunmuşdur. Lakin, Orta Tunc dövrünə aid belə əmək alətləri Azərbaycanda indiyədək qeydə alınmamışdır. Bunun əksinə olaraq, obsidian və çaxmaqdaşından hazırlanmış xeyli miqdarda oraq dişləri aşkar olunmuşdur. Belə oraq dişləri I Kültəpə, II Kültəpə, Üzərliktəpə, Qaraköpəktəpə, Qobustan və digər yaşayış yerlərindən məlumdur.
İstehsal olunmuş taxıl məhsulları böyük təsərrüfat küpələrində və təsərrüfat quyularında saxlanmışdır. II Kültəpə və Üzərliktəpə yaşayış yerlərində aşağıya doğru genişlənən, silindrik formalı təsərrüfat quyuları aşkar olunmuşdur. Üzərliktəpənin alt tikinti qatında müxtəlif formalı təsərrüfat quyuları qeydə alınmışdır. Buradakı quyulardan bəzisinin diametri 1,4 metrə çatır. Onların divarları yaxşı suvanmış, içərisində taxıl çürüntüsünün qalıqları qalmışdır. Bu quyularda buğda, arpa və taxıl dənlərinin qalıqları aşkar olunmuşdur.
Orta Tunc dövrünün təsərrüfatında üzümçülük də müəyyən yer tutmuşdur. Tədqiqatlar zamanı Azərbaycan ərazisində yabanı üzümlüklərin olduğu müəyyən edilmişdir. Bunlara Ağdam, Şəki, Talış, Zəngilan, Qarabağ və Naxçıvanda rastlanmışdır. Arxeoloji materiallar üzümçülüyün Azərbaycanda e.ə. III minillikdən gec olmayaraq meydana çıxdığını göstərir.
Azərbaycanda e.ə. II minilliyin birinci yarısında üzümçülüyün inkişafını üzüm toxumları, üzüməzən daşların mövcudluğu göstərir. Üzərliktəpənin e.ə. II minilliyin əvvəli ilə tarixləndirilən alt təbəqəsindən mədəni üzüm çəyirdəyi aşkar olunmuşdur. Bu üzüm növü (Vitis vinera) Cənubi Qafqaz və İranda ən qədim mədəni bitki qalıqlarından biridir.
Orta Tunc dövründə təsərrüfatın başlıca sahələrindən biri maldarlıq olmuşdur. Abidələrin tədqiqi zamanı əldə edilən osteoloji materiallardan görünür ki, bu dövrdə xırdabuynuzlu heyvanlar sayca artmış, yarımköçəri yaylaq maldarlığı inkişaf etmişdir. Azərbaycanın yüksək dağlıq və dağ ətəklərində yerləşən abidələr bununla bağlıdır. Naxçıvan ərazisindəki yaşayış yerlərinin tədqiqi, onların bir qismində həyatın mövsümi xarakterdə olduğunu, mədəni təbəqənin az yığıldığını göstərir. Bu tip yaşayış yerləri yarımköçəri həyat tərzi keçirən maldar tayfaların həyat tərzi ilə bağlı olmuşdur. Kəlbəcər, Gəmiqaya və Xaçbulağın yüksək dağlıq zonasında Orta Tunc dövrü abidələrinə rast gəlinməsi, bu dövrdə Azərbaycanda məskunlaşan tayfaların bir qisminin yarımköçəri həyat tərzi keçirdiyini göstərir.
Azərbaycanın dağlıq və yüksək dağlıq zonasında əhalinin tamamilə məskunlaşması Orta və Son Tunc dövründə baş vermişdir. Bu dövrdə Araz çayı ətrafında, Мil-Qarabağ düzündə, Мuğanda, Cənub-Şərqi Azərbaycanda güclü maldar tayfalar təşəkkül tapmışdır. Azərbaycanın qayaüstü təsvirlərində xırdabuynuzlu heyvan rəsmlərinin üstünlük təşkil etməsi, maldar tayfaların cəmiyyətdə üstün mövqeyinə işarədir. Gəmiqaya rəsmlərində öküz qoşulmuş araba təsvirlərinə rast gəlinməsi, bu dövrdə qoşqu qüvvəsinin inkişafı və bunun maldar tayfaların həyatındakı əhəmiyyəti ilə bağlıdır.

Üzərliktəpə və Günəştəpədən öküz (Bos taurus), qoyun (ovis), keçi (Capra), ev donuzu (Sus domestika), at (Equs Caballus) və köpək (Cavis Fanu liavis) sümükləri aşkar edilmişdir. Üzərliktəpənin heyvandarlığında başlıca yeriribuynuzlu heyvanlara məxsus olmuş, burada yarımköçəri maldarlıq hökmran mövqe tutmamışdır. Şübhəsiz ki, burada maldarlığın oturaq forması daha çox inkişaf etmişdir.
Yaşayış yerlərindən aşkar olunan osteoloji materialların təhlili bu dövrdə xırdabuynuzlu heyvanların üstünlük təşkil etdiyini göstərir. II Kültəpədə aparılan tədqiqatlar zamanı qoyun (Ovis), keçi (Capra), inək, öküz (Bos taurus), donuz (Sus domestika), at (Equs Caballus) sümükləri aşkar olunmuşdur.
Мaldarlığın inkişafı, əkinçiliyə nisbətən daha çox izafi məhsul əldə edilməsinə, sərvətin müəyyən qrup adamların əlində toplanmasına imkan yaratmışdır. Bu, son nəticədə əmlak bərabərsizliyinə gətirib çıxarmışdır. Tayfa başçılarına aid zəngin qəbirlərin meydana çıxması, şübhəsiz ki, bununla bağlıdır.
Bu dövrdə heyvandarlığın müəyyən sahəsini də atçılıq təşkil etmişdir. Мuğanda Əliköməktəpəsindən aşkar olunan at sümükləri, atın hələ Eneolit dövründə əhliləşdirildiyini göstərir.
Üzərliktəpə, II Kültəpə və Şahtaxtıdan xeyli at sümüyünün aşkar olunması, Qobustan rəsmlərində, Şahtaxtı və II Kültəpə boyalı qablarında atlı təsvirləri olması atçılığın yüksək inkişaf səviyyəsində olduğunu və qədim tayfaların həyatında mühüm rol oynadığını göstərir.
Arxeoloji tədqiqatlar zamanı aşkar olunan dulusçuluq emalatxanasının qalıqları, dulus kürələri, gil qabların istehsalında tətbiq olunan əmək alətləri, müxtəlif formalı və naxışlı gil qablar Orta Tunc dövründə dulusçuluğun sənətkarlıqda başlıca sahələrindən biri olduğunu göstərir.
Azərbaycanın Orta Tunc dövrü abidələrindən aşkar olunan arxeoloji materialların əksəriyyəti gil məmulatı ilə təmsil olunmuşdur. Gilinin rənginə, tərkibinə və bəzəmə texnikasına görə, onları bir-birindən fərqlənən iki böyük qrupa bölmək olar. Çəhrayı rəngdə bişirilmiş birinci qrup keramika məmulatı üçün boyama bəzəmələr xarakterikdir. Bu tip keramika Azərbaycan arxeologiyasında Boyalı qablar mədəniyyəti adı ilə tanınmışdır. İkinci qrup keramika boz və qara rəngli, bəzən basma naxışlı qablarla xarakterizə olunur. Bu tiplərin yayılma arealının nəzərdən keçirilməsi göstərir ki, boyalı qablar, basilica olaraq, Naxçıvan-Urmiya qrupunun arxeoloji abidələri üçün xarakterik olmuşdur. Azərbaycanın digər regionlarında isə, əsasən ikinci qrupa aid etdiyimiz qara cilalı cızma və basma ornamentli qablar geniş yayılmışdır. Burada boyalı qablara az rast gəlinmişdir. Azərbaycanın Orta Tunc dövrü mədəniyyətinin formalaşmasının xarakterini müəyyən etmək üçün, hər iki qrupa daxil olan gil məmulatının ətraflı təhlil edilməsi vacibdir.
Qeyd etdiyimiz kimi, Naxçıvan-Urmiya qrupunun arxeoloji abidələri, başlıca olaraq, boyalı qablarla xarakterizə edilir. Naxçıvan arxeoloji abidələrinin, xüsusilə II Kültəpənin stratiqrafiyasına əsasən, Orta Tunc dövrünün boyalı qabları 4 mərhələyə bölünmüşdür. İlk mərhələ üçün monoxrom boyalı qablar xarakterikdir.
II Kültəpənin Orta Tunc dövrü təbəqəsinin alt qatlarından bəlli olan bu tip qablar, qırmızı üzərinə qara rənglə çəkilmiş düz və dalğalı xətlərlə naxışlanmışdır. II Kültəpənin bu mərhələyə aid qabları küpə və badya tiplidir. Ağız kənarı geri qatlanan küpələrin boğazı qısa, gövdəsi qabarıq və simmetrikdir. Badya tipli qabların ağzı bir qədər içəri yığılmışdır. Gövdəsi çiyin hissədə qabarıq olub, oturacağa doğru getdikcə daralır.
Bu mərhələ üçün xarakterik olan qablar Göytəpənin D təbəqəsində, Haftavantəpənin VI C, VI B təbəqəsində də aşkar olunmuşdur. Göytəpənin erkən mərhələyə aid D təbəqəsindəki qabların bir qrupu qırmızı üzərinə qara və ağ rənglərlə çəkilmiş ornamentlərlə naxışlanmışdır. Qırmızı boya üzərinə ağ rənglə çəkilmiş naxışlar II Kültəpə keramikasında da qeydə alınmışdır.
İkinci mərhələ üçün daha təkmil və mürəkkəb kompozisiyalı boyalı qablar xarakterikdir. Onların başlıca ornamental motivləri dairələrlə tamamlanan sınıq xətlər, romb, üçbucaqların arasına çəkilən kiçik dairələr, bəzən isə insan, quş və heyvan rəsmlərindən ibarətdir. Bu motivdə naxışlanmış qablar Göytəpənin D təbəqəsində, Haftavantəpənin VI C, VI B təbəqəsində, I Kültəpənin üçüncü təbəqəsində, II Kültəpədə, Nəhəcir, Yaycı, Çalxanqala, Şahtaxtı və digər abidələrdən məlumdur. İkinci mərhələyə aid olan monoxrom boyalı qabların əksəriyyəti küpə, kasa və çölməklərlə təmsil olunmuşdur. Olduqca müxtəlif tipləri olan qablar narın qum qarışığı olan gildən hazırlanaraq, yaxşı bişirilmişdir.
E.ə. II minilliyin ikinci rübündə boyalı qabların istehsalında böyük irəliləyiş nəzərə çarpır. Bu dövrdən etibarən, polixrom boyalı qablar geniş yayılmağa başlayır. Gil qablar yüksək bədii zövqlə bəzənməsi ilə fərqlənirlər. Naxışlar qabların gövdəsinin yuxarısını əhatə edən narıncı-sarı və ağ fon üzərinə, basilica olaraq qara, qırmızı, bəzən isə qəhvəyi, ağ və yaşıl rənglə çəkilir.
Polixrom boyalı qablar Cənubi Qafqazda və Azərbaycanda, başlıca olaraq Naxçıvan-Urmiya qrupunun arxeoloji abidələrindən aşkar edilmişdir. Azərbaycanın digər rayonlarında, Gürcüstanda polixrom qablar tək-tək nümunələrlə bəllidir. Bunun əksinə olaraq Şərqi Anadoluda polixrom qablar geniş şəkildə yayılmışdır. Bu mərhələ üçün xarakterik olan polixrom boyalı qablar I Kültəpədən, II Kültəpədən, Göytəpənin D və C təbəqələrindən, Haftavantəpənin VI və V təbəqəsindən, Dinkatəpənin IV təbəqəsindən aşkar olunmuşdur. Yaşayış yerlərindən başqa, polixrom boyalı qablar, həmçinin Naxçıvan ərazisindəki Şahtaxtı, Qızılburun və Naxçıvan nekropolundan da əldə edilmişdir. Bu mərhələyə aid boyalı qablar küpə, kasa, badya və çölməklərlə təmsil olunmuşdur.
Qızılburun nekropolundan aşkar olunmuş küpə tipli qabların biri zəngin bəzəməsi ilə fərqlənir. O əsasən həndəsi ornamentlə naxışlanmışdır. Naxışlar başlıca olaraq aşağıdan və yuxarıdan düz xətlərlə məhdudlaşdırılmış torlu üçbucaqlardan ibarətdir. Üçbucaqların arasında boş qalmış sahəyə bir yerdə həndəsi fiqurlar, digər yerdə isə rəqs edən qadın və kişi şəkli çəkilmişdir. Qara rəngdə çəkilən kişi şəklinin qurşağı və papağı qırmızı rəngdədir. Onun bir əlində qırmızı rəngli dəsmal vardır. Qadın şəkli qırmızı rəngdə təsvir edilmişdir. Onun çiyni lələk şəkilli incə bəzəmələrlə naxışlanmışdır. İstər qadın, istərsə də kişi rəsminin geyimi milli Azərbaycan geyimlərini xatırladır. Rəqs səhnəsi də Azərbaycan və digər Şərq xalqları üçün xarakterikdir. Bəzi Qızılburun küpələri iti uclu üçbucaqlar, toplu romblar və baş-başa yerləşdirilmiş qoşa üçbucaqlarla naxışlanmışdır. Qeyd etmək lazımdır ki, qoşa üçbucaq motivinə, Cənubi Qafqazın boyalı qabları içərisində olduqca az rastlanmışdır. Bu motivin Qızılburun üçün xarakterik olduğunu söyləmək olar. Bu motivdə naxışlanmış polixrom boyalı küpələr Göytəpənin D və C təbəqələrindən də aşkar olunmuşdur.
Şahtaxtının polixrom boyalı küpələrinin biri yüksək zövqlə, incə naxışlarla bəzənmişdir. Onun gövdəsinin mərkəzi hissəsi qara rənglə çəkilmiş üfüqi xətlərlə üç zolağa ayrılmışdır. Birinci zolaqda qara və qırmızı rənglərlə bir-birinin ardında yerləşdirilmiş qu quşu təsvirləri verilmişdir. Orta qurşaqda dağ keçilərinə hücum edən canavar, sxematik quş və ceyran təsvirləri də bir birinin ardında yerləşdirilmişdir. Şəkillərin arasında boş qalan sahə həndəsi motivdə bəzədilmişdir. Üçüncü zolaqdakı naxışlar həndəsi motivdə olub, bitişik rombları xatırladır. Bu küpənin bənzərinə indiyədək rastlanmamışdır.
II Kültəpədən aşkar olunan küpə tipli qabın gövdəsinin parçası original bəzəmə motivi ilə fərqlənir. Küpənin üzərindəki bəzəmələr olduqca mürəkkəb kompozisiyada verilmişdir. Qabın gövdəsi qara rəngdə çəkilmiş enli xətlərlə üç qurşağa bölünmüşdür. Birinci qurşaq enli qırmızı xətt bucaqşəkilli şəkillərlə naxışlanmışdır. Naxışlar, başlıca olaraq, ikinci və üçüncü qurşaqda yerləşdirilmişdir. İkinci qurşaqda vertikal xətlərlə məhdudlaşdırılan romblar, rombların ətrafında realist və sxematik quş şəkilləri, vertikal xətlərin arasında isə qırmızı və qara rənglə doldurulmuş romb düzümləri çəkilmişdir. Üçüncü qurşaq, başlıca olaraq, romblarla doldurulmuş üçbucaq, baş-başa yerləşdirilmiş qoşa torlu üçbucaqlarla naxışlanmış, üçbucaqların ətrafına quş rəsmləri çəkilmişdir.

Bu motivdə naxışlanmış polixrom boyalı küpəyə Göytəpənin D təbəqəsindən də aşkar olunmuşdur. Onlar bəzəmə motivinə görə Naxçıvan boyalı qabları ilə bənzərlik təşkil edirlər.
I Kültəpə, II Kültəpə, Göytəpə, Haftavantəpə, Şahtaxtı, Qızılburun və Naxçıvan nekropolundan aşkar olunan polixrom boyalı küpələrin naxışları həndəsi motivdədir.
Azərbaycanın cənub rayonlarında boyalı qablar dördüncü mərhələdə geniş inkişaf tapmışdır. Bu dövr üçün xarakterik olan çayniktipli qablar diqqəti cəlb edir. Tədqiqatçıların fikrinə görə, çayniktipli qablar Orta Tunc dövrünün ikinci mərhələsində meydana gəlmişdir. Lakin Orta Tunc dövrünün sonunda bu tip qablar Naxçıvanda geniş inkişaf tapmışdır. Boyalı çayniklər formaca boz rəngdə olan, eyni tip qabları xatırladır. Onların ağzının kənarı xaricə qatlanmışdır. Gövdəsi qabarıq olub, bikonik formalıdır. Bəzi çayniklərin lüləyinin əks tərəfində deşikli, qulaqcıqşəkilli çıxıntılar vardır. Onların gövdəsinin yuxarı hissəsi narıncı-sarı boya üzərinə, qırmızı və qara rənglə çəkilmiş xətlərlə naxışlanmışdır.
Geniş yayılmış naxış motivlərindən biri də, qoşa qara xətlərin arasına alınaraq, bir-birinin içərisində yerləşdirilmiş toplu üçbucaqlardır. Polixrom boyalı, çaynik tipli qablar II Kültəpə, Şortəpə, Qızılburun, Şahtaxtı və Naxçıvan nekropolundan məlumdur. Naxçıvan nekropolundan aşkar olunan çayniktipli qabların biri hünüdürayaqlıdır. Qeyd etmək lazımdır ki, çayniktipli qablar Naxçıvan üçün xarakterikdir. Bu tip qabların boyalılarına Azərbaycanın başqa yerlərində indiyədək rast gəlinməmişdir. Onlar Son Tunc və Erkən Dəmir dövründə geniş inkişaf etmiş, ehtimal ki, qonşu rayonlara da yayılmışdır.
Bu mərhələdə orijinal formaya malik, konusvari-qabarıq gövdəli, ağzının kənarı iki yandan içəri batıq olan kasalar meydana çıxır. Bu tip qablar II Kültəpə və Culfadan aşkar olunmuşdur. II Kültəpədən tapılmış kasanın üzəri yaxşı sığallanmış, içəridən açıq çəhrayı, xaricdən sarı rənglə örtülmüşdür. Ağzının kənarı qara rəngli üfüqi xətlə əhatələnmişdir. Gövdəsi torlu üçbucaqla naxışlanmışdır. Culfadan aşkar olunmuş kasalar içəridən qırmızı, xaricdən sarı rənglə örtülmüşdür. Onun gövdəsi torlu romblar, gövdəsinin yan tərəfləri isə qara rənglə çəkilmiş üçbucaqlarla naxışlanmışdır. Oturacağı qara rənglə çəkilmiş dördbucaq və üçbucaqlarla bərabər hissələrə bölünmüşdür.
Qeyd olunduğu kimi, Naxçıvan-Urmiya abidələrindən başqa, Azərbaycanın digər yerlərində boyalı qablar çox az aşkar olunmuşdur. Boyalı qablar Azərbaycanın digər rayonlarında forma verməyən parçalarla və az miqdarda təmsil edildiyi üçün, Boyalı qablar mədəniyyətinin bütün mərhələləri təmsil olunmamışdır. Cənubi Qafqazda, Gürcüstan ərazisində, əsasən, monoxrom boyalı qablar yayılmışdır. Boyalı qablar mədəniyyətinin digər mərhələləri burada izlənməmişdir. Odur ki, boyalı qabların başlıca istehsal mərkəzinin Naxçıvan- Urmiya rayonunda yerləşdiyini söyləmək olar.
İkinci qrupa daxil etdiyimiz boz, bəzən isə qırmızı rəngli keramikaya Azərbaycanın hər yerində rast gəlinmişdir. Belə keramika boyalı qabların geniş yayıldığı Naxçıvan-Urmiya qrupunun abidələrindən də aşkar olunmuşdur. Lakin Naxçıvan-Urmiya qrupundan fərqli olaraq, digər rayonlarda boz və qara rəngli keramika gil məmulatının əsasını təşkil edir. Bu qrupa daxil olan keramikanın əksəriyyəti Мil düzü, Quruçay və Köndələnçay vadisinin abidələrindən tapılmışdır.
Bu qrupa daxil olan gil məmulatı hazırlanma texnikası və təyinatına görə iki qrupa ayrıla bilər. Birinci qrup qalın divarlı mətbəx və təsərrüfat qablarından ibarətdir. Bu tip qabların gilinə narın və iri qum qatılaraq, qeyri-bərabər bişirilmişdir. Qabların divarları yüngülcə sığallanmışdır. Onlar çölmək, qazan, küp tipli qablardan ibarətdir. Təsərrüfat və mətbəx qabları arasında, bəzən çəhrayı rəngdə bişirilmiş qablara da rast gəlinir.
İkinci qrupa daxil olan keramika məmulatı yüksək keyfiyyətli bişirilmə və naxışlanma kompozisiyasının mürəkkəbliyi ilə fərqlənir. Belə keramika, basilica olaraq, Мil-Qarabağ-Naxçıvan və Мuğanda istehsal olunmuşdur. Aparılan tədqiqatlar, bu tip keramikanın, əsasən Kür-Araz keramikası əsasında inkişaf etdiyini göstərir.
Bu qrupa daxil olan keramika məmulatı küpə, kasa, çölmək tipli qablarla təmsil olunmuşdur. Küpələrin ağzının kənarı xaricə qatlanmışdır. Boğazları qısa, gövdələri şar şəkillidir. Qara rəngli küpələr parıldayanadək cilalanmışdır. Qara rəngli qabların boyanması üçün xüsusi minerallardan istifadə edilmişdir. II Kültəpədən aşkar olunmuş qabların bəzisinin içərisində vertikal axıntıların qeydə alınması, minerallarla boyamanın əlamətidir. V.H.Əliyev E.P.Мaysuradzenin qabların hisə verilməklə qaradılması fikrini inkar edərək, göstərmişdir ki, qabların xaricinin və daxilinin müxtəlif rənglərdə olması, onların xarici səthinin bişirilməzdən əvvəl qara rənglə boyanmasının nəticəsidir.
Kükü nekropolundan aşkar olunmuş, ağzının kənarı geriyə qatlanan, silindir boğazlı və şargövdəli küpələrin unikal naxışlanma motivinə indiyədək Azərbaycan və Cənubi Qafqaz abidələrində rast gəlinməmişdir. Naxışlar qabların gövdəsinin yuxarı hissəsinin əhatə edən ştrixlənmiş romb, ştrixlənmiş parallel xətlərin əmələ gətirdiyi mürəkkəb kompozisiyadan ibarətdir.
Azərbaycan ərazisində yayılmış boz və qara rəngli keramikanın bəzi local xüsusiyyətlərinə baxmayaraq, onların forma və naxışlanma motivində ümumilik izlənməkdədir. Bu tip keramikanın Kür-Araz keramikası ilə genetik bağlılığı tədqiqatçılar tərəfindən dəfələrlə qeyd edilmişdir. Qonşu Gürcüstan ərazisində Orta Tunc dövründə yayılan qara cilalı, cızma və basma naxışlı keramika da Kür- Araz mədəniyyətinin bilavasitə davamıdır. Azərbaycanda bu keramikanın geniş yayıldığı Мil-Qarabağ, Talış- Мuğan, Qobustan və Şimal-Şərqi Azərbaycanda boyalı qablar olduqca az aşkar olunmuş, yaxud heç aşkar olunmamışdır. Bunun əksinə olaraq, Naxçıvan-Urmiya bölgəsində boz və qara rəngli qablarla yanaşı, boyalı qablar geniş yayılmış və bu regionda boyalı keramika istehsalı müxtəlif inkişaf mərhələlərindən keçmişdir. Naxçıvan-Urmiya bölgəsinin boyalı keramikası Kür-Araz mədəniyyətindən fərqli olan yeni mədəniyyətin formalaşmadığını göstərir.
Belə nəticəyə gəlmək olur ki, Naxçıvan-Urmiya zonasında yeni mədəniyyətin formalaşdığı zaman Azərbaycanın digər rayonlarında Kür-Araz mədəniyyəti tayfaları yaşamaqda davam etmişdir. Ehtimal ki, Orta Tunc dövründə inkişaf edən bu mədəniyyət, daha sonra Azərbaycanda yayılan Xocalı- Gədəbəy mədəniyyətinin əsasını təşkil etmişdir.
Şübhəsiz ki, Cənubi Qafqazın müxtəlif rayonlarına, o cümlədən Azərbaycana boyalı qablar Naxçıvan-Urmiya ərazisindən yayılmışdır. Bu haqda növbəti başlıqda geniş məlumat veriləcəyindən, onun üzərində çox dayanmağa ehtiyac duymuruq. Naxçıvan ərazisində yayılan boz və qara rəngli keramika isə, şübhəsiz ki, Kür-Araz mədəniyyətinin ənənələri ilə bağlı olmaqla, yerli istehsala məxsusdur. Bu tip keramika içərisində ştamp naxışlı qabların çaynik tiplilərinə rast gəlinməsi, bu fikri gücləndirməkdədir.
Şübhəsiz ki, Naxçıvan-Urmiya istehsal ərazisi ilə Azərbaycanın digər regionları arasında sıx mədəni əlaqə və mübadilə də olmuşdur.
Azərbaycan ərazisinin mis və polimetal yataqları ilə zəngin olması Orta Tunc dövründə metallurgiya və metalişləmənin inkişafını təmin etmişdir. Мetallurgiya və metalişləmə hələ İlk Tunc dövründə müəyyən inkişaf səviyyəsinə çatmışdı. Bu dövrdən başlayaraq metal əridilməsində süni üfürmə üsulundan istifadə edilmişdir. Orta Tunc dövrünə aid metaləritmə

Şəkil 75. Orta Tunc dövrünə aid metal məmulatı. 1, 7 – Çalxanqala, 10 – Şahtaxtı

kürələrinin qalıqları II Kültəpə yaşayış yerində aşkar edilmişdir. Lakin güclü dağıntıya məruz qaldığından onların tam planı müəyyən edilməmişdir. Dairəvi formalı, diametri 50 sm olan kürələrin tikintisində odadavamlı gildən istifadə edilmişdir. Kürənin yaxınlığından körük ucluğu və metal şlak qalığı aşkar edilmişdir. Tədqiqatlar zamanı müəyyən edilmişdir ki, II Kültəpə sakinləri Naxçıvan ərazisində yerləşən mis yataqlarından istifadə etmişdir.

Azərbaycan tarixi

I Bölmə. Azərbaycan ərazisində ibtidai icma quruluşu
İbtidai icma quruluşunun mərhələləri

§1. Azərbaycan ərazisində ilk insan məskənləri
§2. Qəbilə icmasının meydana gəlməsi
§3. İstehsal təsərrüfatının yaranması
§4. Azərbaycan Tunc dövründə
§5. İbtidai icma quruluşunun dağılması

II. Bölmə. Azərbaycan ərazisində ilk tayfa birlikləri və dövlətlər
İlk tayfa birlikləri və erkən dövlət qurumları

§6. İlk tayfa birlikləri
§7. Erkən dövlət qurumları

II. Bölmə. Azərbaycan ərazisində ilk tayfa birlikləri və dövlətlər
Manna dövləti

§8. Mannanın təbiəti və əhalisinin məşğuliyyəti
§9. Manna dövlətinin yaranması və yüksəlişi
§10. Mannanın zəifləməsi və süqutu
§11. Mannanın təsərrüfatı və mədəniyyəti

II. Bölmə. Azərbaycan ərazisində ilk tayfa birlikləri və dövlətlər
İskitlər və Azərbaycan

§12. Azərbaycanda İskit (Skif) padşahlığının yaranması
§13. İskit mədəniyyəti

III Bölmə. Azərbaycan midiya və Əhəməni imperiyalarının tərkibində

§14. Azərbaycan Midiya imperiyasının tərkibində
§15. Azərbaycan Əhəməni imperiyasının tərkibində

IV Bölmə. Qədim Azərbaycan dövlətləri
Atropatena (Atropaten) dövləti

§16. Atropatena dövlətinin yaranması
§17. Atropatenanın əhalisi və təsərrüfatı
§18. Atropatenanın qonşu dövlətlərlə münasibətləri
§19. Atropatena dövlətinin Azərbaycan tarixində yeri və rolu
§20. Atropatenanın mədəniyyəti

IV Bölmə. Qədim Azərbaycan dövlətləri
Albaniya dövləti

§21. Albaniya dövlətinin yaranması
§22. Albaniyanın təsərrüfatı
§23. Albanların qonşu dövlətlərlə münasibətləri. Yadellilərə qarşı mübarizə
§24. Albaniyanın mədəniyyəti

Haqqımızda

Bu portalı yaradılmasında məqsədimiz ən tez yenilənən təhsil xəbərlərı məkanı yaratmaq idi. Burada sizlər heç yerdə olmayan testlər, sınaqlar, gündəlik dərslərin yoxlanılması imkanı tapacaqsınız.

Əlaqə

  • Azərbaycan, Bakı şəhəri
  • +994 50 686 86 44
  • sbabanli@yahoo.com

Abunə

Xüsusi kampaniyalar, endirimlər, sınaqlar haqqında ən birinci məlumat almaq üçün abunə olun (PULSUZDUR)

© Bütün hüquqlar qorunur.

Tarix, Qadimgi dunyo, 6 sinf, Sagdullayev A., Kostetskiy V., 2017

Tarix, Qadimgi dunyo, 6 sinf, Sagdullayev A., Kostetskiy V., 2017.

Учебник по истории для 6 класса на узбекском языке.

5-sinfda «Tarixdan hikoyalar» bilan tanishgan edingiz. Siz uzoq o‘tmish haqida bilimlar qanday qilib jamlanishini bilib oldingiz.
6-sinfda olis-olis zamonlarga sayohatimizni davom ettirib, eng qadimgi davlatlar va xalqlar tarixi, madaniyati va urf-odatlari bilan tanishib chiqamiz.

Eng qadimgi odamlarning rivojlanish bosqichlari.
Odam qanday paydo bo‘lganligi haqida ilmiy, diniy, afsonaviy va dunyoviy naql lar mavjud bo‘lib, biz bu masalani ilmiy asosda, antropologiya va arxeologiya ma’lumotlariga ta yangan holda o‘rganamiz.
Yer yuzidagi dastlabki odamlar qaddi-qomatini tik tutib yurgani, mehnat qurollarini yasash va ularni ishlatishni bilgani uchun hayvonot dunyosidan farqlanib turishgan.

Olimlar turli mintaqalardan o‘ta sodda tosh mehnat qurollari ya sashni biladigan eng qadimgi odam suyaklari qoldiqlarini topib o‘rganganlar, jumladan, Janubiy Afrikadan – avstralopitek, Sharqiy Afrikadagi Zinj vodiysidan – zinjantrop, Yava orolidan Indoneziya) – pitekantrop, Xitoy hududidan – sinantrop, shuningdek, Germaniyadan – neandertal va Fransiyadagi Kromanyon g‘oridan – hozirgi qiyofadagi odam – kromanyon suyaklari topilgan.

MUNDARIJA.
Kirish.
I-BO‘LIM Eng qadimgi tuzum.
1-§. Qadimgi tarix – taraqqiyotning boshlanishi.
2-§. Eng qadimgi odamlarning rivojlanish bosqichlari.
3-§. Urug‘chilik jamiyati.
4-§. Eneolit va bronza davri.
5-§. Temir davriga o‘tishda O‘rta Osiyoning rivojlanishi.
II-BO‘LIM Qadimgi Sharq va O‘rta Osiyo.
6-§. Nil vodiysi va uning aholisi.
7-§. Qadimgi Misr.
8-§. Qadimgi Misrda din.
9-§. Piramidalar va daxmalar.
10-§. Qadimgi Misr madaniyati.
11-§. Mesopotamiya sivilizatsiyalari.
12-§. Bobil podsholigi.
13-§. Old Osiyo davlatlari.
14-§. Ahamoniylar davlati.
15-§. Qadimgi Hindiston sivilizatsiyasi.
16-§. Miloddan avvalgi I ming yillikda Hindiston.
17-§. Qadimgi Xitoy sivilizatsiyalari.
18-§. Miloddan avvalgi III-mil. II asrlarda Xitoy.
19-§. O‘zbekiston hududidagi ilk davlatlar.
20-§. Zardushtiylik.
III-BO‘LIM Qadimgi Yunoniston.
21-§. Antik tarixning boshlanishi.
22-§. Qadimgi Yunonistonning yuksalishi.
23-§. Yunon koloniyalari.
24-§. Afi nada demokratiya.
25-§. Yunon-fors urushlari.
26-§. Yunonistonning Makedoniya tomonidan bosib olinishi.
27-§. Fuqaro tarbiyasi.
28-§. Qadimgi Yunoniston madaniyati.
29-§. Qadimgi Yunoniston olimlari va mutafakkirlari.
30-§. Qadimgi Yunoniston afsonalari.
IV-BO‘LIM Miloddan avvalgi VI – milodiy III asrlarda O‘rta Osiyo.
31-§. O‘rta Osiyoda ahamoniylar hukmronligi.
32-§. O‘rta Osiyo xalqlarining yunon-makedon istilochilariga qarshi kurashi.
33-§. Salavkiylar davlati va Yunon-Baqtriya podsholigi.
34-§. Qadimgi Xorazm, Qang‘ va Dаvan davlati.
35-§. Kushon davlati.
36-§. Buyuk Ipak yo‘li.
V-BO‘LIM Qadimgi Rim.
37-§. Qadimgi Italiya.
38-§. Rim respublikasi.
39-§. Rim respublikasining hayoti.
40-§. O‘rtayer dengizida hukmronlik uchun kurash.
41-§. Qullar va gladiatorlar.
42-§. Rim respublikasining qulashi.
43-§. Rim imperiyasining qulashi va zavolga yuz tutishi.
44-§. Qadimgi Rim madaniyati.
Xulosa.
Tarixiy atamalar lug‘ati.
Yakuniy takrorlash.
Qadimgi dunyo tarixiga oid tarixiy va geografi katamalar.
Qadimgi dunyo tarixidagi nomlar.
Qadimgi dunyo tarixi sanalarda.

Бесплатно скачать электронную книгу в удобном формате, смотреть и читать:
Скачать книгу Tarix, Qadimgi dunyo, 6 sinf, Sagdullayev A., Kostetskiy V., 2017 – fileskachat.com, быстрое и бесплатное скачивание.

Скачать
Ниже можно купить эту книгу по лучшей цене со скидкой с доставкой по всей России. Купить эту книгу

Похожие статьи

  • Azərbaycan tarixi 6 ci cild

    Azerbaycan Tarixi 6-cı sinif © Bütün hüquqlar qorunur. Azərbaycan tarixi I Bölmə. Azərbaycan ərazisində ibtidai icma quruluşu İbtidai icma quruluşunun…

  • Azerbaycan tarixi 5.cild

    Azerbaycan tarixi 5.cild a) 1993-cü il 15 iyundan Azərbaycan tarixi. V sinif KSQ № 4 Внимание! Все тесты в этом разделе разработаны пользователями сайта…

  • Azərbaycan tarixi 7 cilddə 1 ci cild

    VII sinif. Azərbaycan tarixi ( KSQ 1) 3 №-li kurqanın diametri 15, hündürlüyü 1,6 m olmuşdur. Kurqan «Pristavlıq» adlanan ərazidə aşkar olunmuşdur. Bu…

  • Azərbaycan tarixi 5 ci cild

    Azərbaycan tarixi 5 ci cild İkinci mərhələnin tarixləndirilməsi üçün I Kültəpə və Göytəpədən götürülmüş kömür analizlərinin mühüm əhəmiyyəti vardır. Belə…

  • Azerbaycan tarixi 3 ci cild

    Azerbaycan tarixi 3 ci cild “Azərbaycan tarixi”nin VII cildi Azərbaycanın 1941-ci ilin iyun ayından 2002-ci ilədək olan mürəkkəb, ziddiyyətli tarixi…

Comments are closed, but trackbacks and pingbacks are open.