Press "Enter" to skip to content

Hər gün yeni bir kitab

Ünvan: Bakı, Tbilisi prospekti, 76

Qədim Azərbaycan ərazisinə türk tayfalarının yerləşməsi-TARİXİ FAKT

Azərbaycan ərazisi bineyi-qədimdən türk tayfalarının vətəni olub. Bu barədə Sonxeber.az-a tarixçi alim Kərəm Məmmədov məlumat verib.
Qədim dövrlərdən Azərbaycan ərazisində məskunlaşmış kimmer-iskit-sak tayfaları burada öz varlıqlarını qorumaq üçün Əhəmənilərə, Makedoniyalı İskəndərə, daha sonra isə onun varislərinə qarşı mübarizə aparmalı oldular. Dionisi Periegetin yazdığına görə II əsrin II yarısında Azərbaycanın şimal – qərbində yaşayan türklər Makedoniyalı İskəndər tərəfindən Pireneylərdən köçürülmüş iberlərlə amansız savaşlar aparmışdılar”.
Bununla yanaşı Azərbaycana yeni türk tayfalarının axınları da davam edirdi. Belə tayfalardan biri bulqarlar idi. Mənbələrdə eradan əvvəl II əsrin II yarısında bulqarların Böyük Qafqaz dağlarını aşaraq Azərbaycanda məskunlaşdıqları haqqında geniş məlumat verilir. Azərbaycan Respublikasının cənub-şərqindəki Bulqarçay bulqarların burada məskunlaşmaları ilə bağlıdır.
II əsrin II yarısından etibarən Cənubi Qafqaza bulqarların bir qolu olan barsillərin yürüşləri başladı. 198-ci ildə türk tayfalarından olan barsillər Çola (Dərbənd) qapılarından keçərək Kür çayının hər iki sahillərinə yerləşdilər. Alban əsilzadələri ilə barsillər arasında sıx qohumluq əlaqələri yarandı. Barsillərin Azərbaycan ərazisinə növbəti gəlişləri 216 – cı ildə olmuşdu. Onların məskunlaşdıqları Azərbaycan əraziləri latın mənbələrində Bersiliya, ərəb mənbələrində isə Berşaliya (Borçalı) adlandırılır. Barsillərin Azərbaycanın böyük bir hissəsində hökmranlıqları hunların axınlarına qədər davam etmişdir”. Türklərin şəcərə kitabında Toğarmanın oğulları olan on türk tayfası içərisində barsillərin adları 5-ci yerdə çəkilir.
Antik mənbələrdə II əsrdən başlayaraq Azərbaycanda kaspilərlə və albanlarla qonşuluqda yaşayan türk mənşəli hun tayfalarının adları çəkilməyə başlayır. Bu mənbələr hunları “hökmdar iskitlər” adlandırırdılar. Əhəməni mənbələri isə hunların eradan əvvəl VI – V əsrlərdən indiki Azərbaycan ərazisində yaşadıqlarını qeyd edirlər.
226-cı ildə Sasanilər sülaləsindən olan Ərdəşir Parfiya sülaləsi olan Arşakiləri hakimiyyətdən devirərək özünü indiki İran və ona qonşu olan ərazilərin hökmdarı elan etdi. Sasanilərin hakimiyyətə gəlməsilə Cənubi Qafqazda ağalıq etmək uğrunda hunlar,Sasanilər və Roma arasında uzunsürən müharibələr başladı. Arşakilərin Cənubi Qafqazda hakimiyyətdə olan nümayəndələri Sasanilərə qarşı iberlərlə, albanlarla və hunlarla əlbir hərəkət edirdilər.
III-IV əsrlərdə Yuxarı İkiçayarası, Suriya və Cənubi Qafqaz uğrunda Sasanilərlə Roma arasında qanlı müharibələr aparıldı. Bu müharibədə Qafqaz uğrunda mübarizə Sasanilər üçün xüsusi əhəmiyyət daşıyırdı. Bu müharibələrdə iştirak edən üçüncü tərəf isə türklər idilər. Şimalda yaşayan türk tayfalarının axınlarının əsas məqsədləri Azərbaycan türklərinin bu iki imperiya arasındakı mübarizələrdə qorunması idi. IV əsrin əvvəllərində 20 minlik hun ordusu bir tərəfdən Sasanilər, digər tərəfdən romalılar tərəfindən sıxışdırılan Muğan hakimi Sanatürkün çağrışı ilə onun köməyinə gəldi. Van gölü sahillərində yerləşən,Romanın müttəfiqi olan Ərmən hakimliyinin paytaxtı hunlar tərəfindən ələ keçirildi.
387 – ci il Sasani-Roma müqaviləsindən sonra Cənubi Qafqaz Sasanilərin nəzarətinə verilsə də yerli türk tayfalarının müqaviməti, bölgəyə yeni türk axınları ilə yanaşı İranın şərq qonşuluğunda – Orta Asiyada yaşayan türklərin hücumları burada Sasanilərin şəriksiz hökmranlığa nail olmasına əngəl törədirdi.
395 – ci ildə Sasanilərə və Roma imperatorluğuna sarsıdıcı zərbələr endirən hunlar Ön Asiyanın xeyli hissəsi və Cənubi Qafqaz üzərində nəzarəti ələ keçirdilər. Mənbələrin verdiyi məlumata görə bu yürüşə “hökmdar iskitlərin ” nəslindən olan Vasix və Kursix başçılıq edirdilər. İstər Roma, istərsə də Sasanilər türk tayfalarının Azərbaycana davamlı axınları,onların bölgədəki qədim türklərlə qaynayıb qarışmaları nəticəsində bölgədə çoxluq təşkil etmələrindən narahat olur və bu prosesə müqavimət göstərirdilər. Bu məqsədlə Sasanilər Dərbənd səddini inşa etdirmiş və Xəzər sahili boyunca indi tat adlandırılan soydaşlarını yerləşdirmişdilər. Romalılar isə Daryal keçidini möhkəmləndurmiş və hakim olduqları bölgələrdə xristianlığı yaymaqla möhkəmlənmək istəyirdilər.

Mədəniyyət Baxılıb: 9653 Tarix: 14 oktyabr 2019

Şikayətiniz varsa Whatsapp: 051 7028255

DİGƏR MARAQLI XƏBƏRLƏR

“Joker”: Dəli gülüşün faciəsi

Bu payızdan nümayişə çıxarılan “Joker” filmi elə ilk dəqiqələrdən tamaşaçını tamamilə çulğalayaraq unudulmaz təəssüratlar bəxş edir. Bədheybətli süjetinə baxmayaraq, filmdəki aktorların yüksək peşəkarlığı və hərarətli səhnələri tamaşaçıya dərin həyəcanlı anlar yaşadır. Filmin süjeti insan şəxsiyyətini

11 oktyabr 2019

Xərçəng xəstəliyindən əziyyət çəkən tanınmış aktrisamızın SON HALI – FOTO

Əməkdar artist Kübra Əliyevanın yeni fotosu yayılıb. xəbər verir ki, hava limanında çəkilən fotonu aktrisanın oğlu Ayaz Bayramov sosial şəbəkədə paylaşıb. A.Bayramov fotonu anasını Türkiyəyə yola salarkən çəkib. Xatırladaq ki, Kübra Əliyevanın qızı uzun müddətdir ki, Ankara şəhərində yaşayır. Qeyd edə

11 oktyabr 2019

Danimarkada “Azərbaycan” ansamblı fəaliyyətə başladı – FOTO/VİDEO

Danimarkada Azərbaycan musiqilərini təbliğ etmək üçün “Azərbaycan” ansamblı fəaliyyətə başlayıb. Bu barədə -a diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. “Azərbaycan” ansamblı Danimarkada Azərbaycan musiqilərini təbliğ edən, Danimarka Azərbaycan Dostluq Cəmiyyətini

Sevdiyi qıza görə bıçaqlanan XALQ ARTİSTİ

a istinadən Ramiz Novruzov haqda maraqlı yazını təqdim edir. İnsanın müxtəlif hallarının, fərqli ovqatlarının şahidi olandan sonra onun insanlığı haqda təsəvvür formalaşır. Daha doğrusu, təsəvvür belə formalaşarsa düzgün olar. Onu həmişə gülərüzlü, xoşsimalı görmüşəm, amma kövrəlməyinin də şahidi olmuşam

Azərbaycan kəlağayısı və Qarabağ atları İstanbulda – VİDEO

İstanbulda təşkil olunan və dördüncüsü keçirilən IV Etnospor Mədəniyyət Festivalının açılışı olub. 16 ölkənin qatıldığı tədbirin açılış günündə ölkəmizi Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi və Rəqs Ansamblı 50 nəfərlik heyətlə təmsi

“80 illik ömrümdə bir dəfə də olsun əməliyyat olunmamışam” – Teymur əmi

Azərbaycanın xalq artisti, xanəndə Teymur Mustafayev səhhəti ilə bağlı açıqlama verib. xəbər verir ki, o bununla bağlı ATV televiziyasından yayımlanan “Şou Atv” proqramında qonaq olarkən bildirib: “Mən bu 80 illik ömrümdə bircə dəfə də olsun xəstəlik keçirməmişəm, əməliyyat olunmamışam

“O insan məni ana edib, son nəfəsimə qədər. ” -Könül Xasıyevadan etiraf

Azərbaycanın xalq artisti, xanəndə Könül Xasıyeva efirdə etiraf edib. xəbər verir ki, o bununla bağlı müğənni ATV televiziyasından yayımlanan “Şou Atv” proqramında qonaq olarkən bildirib: “Kaş heç vaxt tanımasaydım dediyim insanlar var.Hər birimizin qəlbində yaratdığımız ideal bir sevg

“Fuad Poladov həmin hadisədən sonra çox ağır xəstəliyə tutuldu və vəfat etdi” — Afaq Bəşirqızı – VİDEO

Xalq artisti Afaq Bəşirqızı İTV-də yayımlanan “3D” verilişinin qonağı olub. -ə istinadən xəbər verir ki, öz sözünü deməyi bacaran aktrisa Fuad Poladovun ölümünü teatrdan ayrılması ilə əlaqələndirdi:. “Fuad Poladov haqsızlığı götürmədi. O, öz sözünü deməyi bacaran bir insan idi. Yəni bel

“Adam” filminin “İmza Günü” keçirildi – VİDEO – FOTO

“Aygün Cinema”da “Adam” filminə möhtəşəm, şou proqramlı “İmza Günü” keçirilib. Tədbirdə tanınmış müğənnilərin ifası gələn qonaqları şənləndirdi. “Elin Kursu”nun tələbələrinin möhtəşəm performansları qonaqların diqqətini cəlb edib. “Aygün Cinema”nın rəhbər

Seçilmiş əsərləri (7-ci cild)

Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlının 15 cildlik seçilmiş əsərlərinin 7-ci cildinə iki tarixi romanı daxildir. “Göy Tanrı” adlı romanda miladdan çox-çox əvvəl baş vermiş olaylar, o cümlədən türklərin ulu babaları olan və izləri miflərdə yaşayan Oğuz xanın həyatı, keçdiyi yollar və yaydığı Tanrıçılıq inancı qələmə alınmışdır. “Göy Tanrı”dan fərqli olaraq “Ölüm zirvəsi”ndə Azərbaycanın real tarixi, Gəncə hakimi Cavad xanın Çar Rusiyasının işğalçılıq siyasətinə qarşı dirənişi və qəhrəmanlığı əksini tapmışdır. Dil və üslubca bir-birindən fərqlənən bu əsərləri böyük vətən daşlıq ruhu və yüksək bədiilik keyfiyyətləri birləşdirir.

Oxşar kitablar

Mahmud və Məryəm

Elçin Əfəndiyev

Cild : Yumşaq

Xosrov və Şirin

Nizami Gəncəvi

Cild : Yumşaq

Məni kimin qarğışı tutdu (seçmə şeirlər)

Şamxal Rüstəm

Cild : Yumşaq

Azərbaycan poeziyası seçmə şeirləri

Səməd Vurğun

Cild : Qalın

Ürəkli danış, səhnə sənindir!

Cəlalə Nəzəroğlu

Cild : Yumşaq

Stokda yoxdur

Seçilmiş əsərləri (4-cü cild)

Sabir Rüstəmxanlı

Cild : Qalın

Günəş göy üzünə qayıtmasa

Mahir Rəsuloğlu

Cild : Yumşaq

Yaşamaq haqqı

Anar

Cild : Qalın

Seçilmiş əsərləri (6 – ci cild)

Sabir Rüstəmxanlı

Cild : Qalın

İskəndərnamə

Nizami Gəncəvi

Cild : Yumşaq

Sirlər xəzinəsi

Nizami Gəncəvi

Cild : Yumşaq

Azərbaycan mətbuatı: Gizli nəşrlər

Nəsiman Yaqublu

Cild : Yumşaq

Ağ liman

Anar

Cild : Yumşaq

Ağ qoç, qara qoç (Utopik və antiutopik nağıllar)

Anar

Cild : Yumşaq

Arıların səssizliyi (hekayələr)

Şərif Ağayar

Cild : Yumşaq

Aforizmlər,müdrik nəsihətlər

Əlisa Nicat

Cild : Yumşaq

Yadigar yarpaqlar

Əlirza Xızılı

Cild : Yumşaq

Təhminə və Zaur – Anar

Anar

Cild : Yumşaq

Kağızdan hazırlanmış insanlar

Pera

Cild : Yumşaq

Nəfəs

Ramiz Rövşən

Cild : Qalın

Əli və Nino

Qurban Səid

Cild : Yumşaq

Azərbaycan poeziyası seçmə şeirləri

Bəxtiyar Vahabzadə

Cild : Qalın

Tərəddüdün yaşıdı

Fərid Hüseynli

Cild : Yumşaq

Azərbaycan poeziyası seçmə şeirləri

Cabir Novruz

Cild : Qalın

Rəylər

Rəy yaz

Ünvan: Bakı, Tbilisi prospekti, 76

Abunə olmaqla hər həftə kitablardan və kitab dünyasında baş verən yeniliklərdən xəbərdar ola bilərsiniz.

Comments are closed, but trackbacks and pingbacks are open.