Press "Enter" to skip to content

Mumi tarix 7-ci sinif

Aprelin 2-si Beynəlxalq Uşaq Kitabı günüdür. Uşaq ədəbiyyatının məhz bu tarixə təsadüf etməsinin maraqlı tarixçəsi var. Aprelin 2-də məşhur nağılçı Hans Xristian Andersen anadan olub. Beynəlxalq Uşaq Kitabı Gününün məhz bu tarixdə qeyd olunması alman yazıçısı Yella Lepmanın təklifi ilə reallaşıb.

Tarixi Günlər

Aprelin 2-si Beynəlxalq Uşaq Kitabı günüdür. Uşaq ədəbiyyatının məhz bu tarixə təsadüf etməsinin maraqlı tarixçəsi var. Aprelin 2-də məşhur nağılçı Hans Xristian Andersen anadan olub. Beynəlxalq Uşaq Kitabı Gününün məhz bu tarixdə qeyd olunması alman yazıçısı Yella Lepmanın təklifi ilə reallaşıb.

1967-ci ildən başlayaraq Uşaq Kitabları üzrə Beynəlxaq Şuranın təşəbbüsü və qərarı ilə 2 aprel bütün dünyada Beynəlxalq Uşaq Kitabı Günü kimi qeyd olunur.

“Balaca Nobel mükafatı”

Onu da qeyd edək ki, Yella Lepman 1953-cü ildə uşaq ədəbiyyatı üzrə “Balaca Nobel mükafatının” — Hans Xristian Andersen mükafatının təsis edilməsini də təklif edib. Həmin ildən etibarən məşhur nağılçının adını daşıyan bu mükafat dünya uşaq ədəbiyyatının ən maraqlı incilərinin müəlliflərinə, dünyanın 20 ölkəsindən 23 yazıçı və uşaq kitabları üçün rəsm çəkən 17 illüstrasiyaçı — rəssama təqdim olunub.
Davamı →

Uşaqların Beynəlxalq Müdafiəsi Günü

  • Tarixi Günlər
  • 1 iyun 2017, 11:09

Uşaqların Beynəlxalq Müdafiəsi Günü 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan «Qadınların Beynəlxalq Konfransı»nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.

Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Bu bayramla yanaşı BMT -nin Baş Assambleyası tərəfindən 20 noyabr tarixində Ümumdünya Uşaqlar Günü də qeyd olunur.
Davamı →

Milli kino günü

  • Tarixi Günlər
  • 2 avqust 2016, 17:48

Bu gün Azərbaycan Kinosu Günüdür. Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra – 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı «Bibiheybətdə neft fontanı yanğını», “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, «Qafqaz rəqsi» xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərin müstəqil nümayişini təşkil etmişdir. Həmin gün milli kinonun yaranma günü sayılır.Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı — Azərbaycan Kinosu Günü kimi qeyd olunur.Ötən əsrin əvvəllərində «Pate», «Pirone», «Filma» kimi xarici kino şirkətləri Bakıda filiallarını açaraq film istehsalı ilə məşğul olublar. 1916-cı ildə yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında “Neft və milyonlar səltənətində”, 1917-ci ildə isə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında “Arşın mal alan” qısametrajlı bədii filmləri çəkilib.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumət bir çox mədəni-siyasi islahatlar keçirib. Xarici aləmlə diplomatik, mədəni–iqtisadi əlaqələr dünya kinosunun ilk nümunələrinin Bakıya gətirilməsinə və ictimai baxışlara təkan verib. Bunun nəticəsində Bakıda kinematoqrafiya həvəskarlarının sayı artmağa başlayıb. 1918-ci ildə onlar “Kinematoqrafiya və teatr qulluqçuları şurası”nda birləşiblər.
Davamı →

Qərənfil inqilabı

  • Tarixi Günlər
  • 25 aprel 2015, 11:07

25 aprel 1975ci ildə Portuqaliyada ən məşhur “gül” inqilablarından biri- qərənfil inqilabı baş verdi. Gözəl qızın əsgərin üstünə qərənfil atmağımı, yoxsa əhalinin silaha qarşı qərənfil ilə çıxmağı inqilabın belə ad olmasına səbəb olub? Doğurdan mı, bu o qədər də vacibdi?! Təbii ki, yox! Həqiqətən də, dünya tarixində ən unikal hadisələrdən biri baş verdi. Koloniyalara malik ən yaşlı imperiya və ən uzunömürlü Avropa diktaturası demək olar ki, qan tökülmədən devrildi. Qərənfil inqilabı nəticəsində cəmi 4 nəfər dünyasını dəyişmişdi. Çilidəki qanlı hadisələr, Vyetnamdakı müharibələrin fonunda bu qədər qurban gözə belə dəymirdi.

Milad bayramı

  • Tarixi Günlər
  • 28 dekabr 2014, 12:44

Milad bayramı hər il İsa peyğəmbərin doğulmasının qeyd edilməsi üçün, əsasən 25 dekabrda keçirilən, geniş mədəni ənənələri olan və bütün dünyada həm də qeyri-xristian olan milyonlarla insan tərəfindən qeyd edilən bayramdır. Xristian liturgik ilinin mərkəzində dayanan bayram, özündə Advent, Kristmastidin on iki günü və on ikinci gecə ayinlərini birləşdirir. Müasir dövrdə Milad bir çox ölkələrdə ümummilli bayram səviyyəsində qeyd olunur, həmçinin, bir çox qeyri-xristian xalqlar da bu bayramı qeyd edirlər. Baxmayaraq ki, müasir tarixçilər İsa peyğəmbərin doğulması hadisəsinin e.ə. 7-ci və ya 2-ci illər arasında baş verdiyini deyirlər, bu hadisənin ay və gün tarixi dəqiq bilinmir.Onun doğulması haqqında dörd Kanonik İncildən yalnız ikisində məlumat verilir. IV əsrin əvvəllərində Qərb Kilsələri Miladı 25 dekabrda qeyd etməyə başladılar, daha sonra isə bu təqvim Şərq kilsələri tərəfindən də qəbul edildi , lakin, bəzi Şərq kilsələri, Miladı Yuli təqvimi ilə 25 dekabrda qeyd edirlər, ki, müasir Qriqori təqvimi ilə bu tarix yanvar ayına təsadüf edir. Milad tarixi erkən xristianların İsanın doğulduğuna inandıqları gün seçilmiş və ya əvvəllər politeist dinlərin festivallarının (məs. Qədim Roma politeizmində Qış festivalı) vaxtına uyğunlaşdırılmışdır; daha sonra isə “İsanın həqiqət günəşi olması” haqqında Bibliya məlumatı ilə əsaslandırılmışdır.
Bayram ənənələri müxtəlif ölkələrdə paqan, xristianlıqdan əvvəlki və xristianlıq ənənələri, həmçinin folklor mənşəli müxtəlif ayinlər əsasında formalaşmışdır. Müasir bayram ənənələrinə hədiyyə vermə, Milad musiqisi və tamaşaları, Milad açıqcalarının verilməsi, kilsə mərasimi, xüsusi yemək, Milad ağacı, Milad işıqları, doğulma səhnələri, girlandalar, çələnglər, zınqırovlar da daxil olmaqla Milad bəzəkləri daxildir. Həmçinin bayrama xas olan, Milad ərəfəsində uşaqlara hədiyyələr paylayan və sabit görünüşü olan Milad ata, Müqəddəs Nikolay, Şaxta baba, Santa Klaus, Körpə İsa kimi fiqurlar da vardır. Hədiyyə bağışlama və digər ənənələrinə görə, Milad həm xristian, həm də qeyri-xristian ölkələrində iqtisadiyyata ciddi təsir göstərərk, canlanma və inkişafa səbəb olur.
Ardı →

Beynəlxalq Tanqo Günü

  • Tarixi Günlər
  • 13 dekabr 2014, 20:52

Dekabrın 11-i argentinalı məşhur müğənni və kino aktyoru, «Tanqo kralı» Karlos Qardelyanın ad günündə Beynəlxalq Tanqo Günü (International Day of Tango) qeyd olunur. Bu, fəlsəfəsi daimi mübarəyə əsaslanan rəqsin bayramıdır.
Tanqoda həyat bütün çalarları ilə təcəssüm edir, onun mərkəzində isə Qadın və Kişi dayanırlar. Onların qarşılıqlı münasibətləri, ehtiras, konflikt, güzəştləri, qısqanclıq və nifrəti — insan həyatının əsasını təşkil edən hisslərdir.
Davamı →

Mart soyqırımı

  • Tarixi Günlər
  • 31 mart 2014, 19:13

1918-ci ildə ermənilərin törətdiyi soyqırımı nəticəsində on minlərlə dinc azərbaycanlı əhali — qadın, uşaq, qoca yalnız milli mənsubiyyətlərinə görə vəhşicəsinə qətlə yetirilib, yaşayış yerləri yandırılıb, talan edilib, milli mədəniyyət abidələrimiz, dini ibadət yerləri dağıdılıb.

Azərbaycanın ayrı-ayn bölgələrində olduğu kimi, ermənilər Bakıda da kütləvi qırğınlar törədiblər. 1918-ci il martın 28-də ermənilərin başladığı soyqırımı aktı üç gün davam edib. Bu üç gün ərzində təkcə Bakıda otuz mindən çox dinc əhali ermənilər tərəfindən xüsusi amansızlıqla qətlə yetirilib.

Beynəlxalq Qadınlar Günü

  • Tarixi Günlər
  • 8 mart 2014, 00:07

Bu gün 8 martdır.
Kişilər qadınları təbrik edirlər.
Lakin təbrik edilən və edənlər görəsən niyə məhz 8 Martın bayram olduğunu bilirlərmi?
Məncə yox.

157 il əvvəl idi
Yəni 1857-ci ilin 8 Martı..
Məkan ABŞ, Nyu York.
40 min toxucu qadının çalışdığı fabrikdə tətillər başlayır.
Qadınlar daha yaxşı əmək şəraiti istəyirlər.
Fabrikdə iş dayanır.
Polis fabrikə hücum edir.
Qadınlar fabrikə qapanır.
Qəfildən yanğın başlayır.

Qara Qarayev- doğum günü

  • Tarixi Günlər
  • 5 fevral 2014, 18:26

5 fevral görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev döğum günüdür. O, 1918- ci ildə anadan olmuşdur.

SSRİ Xalq artisti (1959), Stalin mükafatı laureatı (1946, 1948), Lenin mükafatı laureatı (1967), Sosialist Əməyi Qəhrəmanı (1978), Lenin, Oktyabr İnqilabı və Qırmızı Əmək Bayrağı ordenlərinin laureatı, SSRİ Ali Sovetinin deputatı, AMEA-nın akademiki. Müharibədən sonrakı dövr Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndələrindən biridir.

Qara Qarayev 1982–ci il ma yın 13-də Moskva şəhərində dünyasını dəyişmişdir. Bakıda dəfn olunmuşdur. Bəstəkar Fərəc Qarayevin atasıdır. Həkim-pediatr Mürsəl Qarayevin qardaşıdır. Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin əmisidir.

Davamı →

İnsan Hüquqları Günü

  • Tarixi Günlər
  • 10 dekabr 2013, 15:56

1948-ci il dekabrın 10-da BMT Baş Məclisi “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə” qəbul etdi. Bu sənədin qəbul edilməsində məqsəd insan hüquqlarını və bütün ölkələrin əməl etməli olduqları normaları müəyyən etmək idi. «Bəyannamə»ni qısa bir müddətdə dünya ölkələrinin böyük əksəriyyəti, hətta ən qəddar diktaturalar belə imzalamışdılar. “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə” müxtəlif sosial-iqtisadi quruluşlu dövlətlərin insan hüquqlarının müdafiəsi sahəsində əməkdaşlıq imkanlarını nümayiş etdirmiş mühüm beynəlxalq sənəddir. O, dünya dövlətlərinin konstitusiya və qanunlarına da öz müsbət təsirini göstərir.
Ardı →

Ümumi tarix 7-ci sinif

Məktəbli dost!
VI sinif tarix dərslərindən bilirsən ki, odun əldə edilməsi, metalın
kəşfi əmək alətlərinin təkmilləşməsinə səbəb oldu. Qədim insanların
təsərrüfat həyatı zaman keçdikcə dəyişdi. Cəmiyyət təbəqələrə: qul
sahiblərinə və qullara ayrıldı. Bununla da ibtidai icma quruluşu
dağıldı. Quldarlıq quruluşu ilə quldar dövlətlər yarandı. Quldarlıq
quruluşu qul sahibi və qul arasındakı münasibətlərə əsaslanırdı.
İmperiyaların ərazisi genişləndikcə qulların sayı artır, qul əməyinin
məhsuldarlığı isə azalırdı. Çünki qulun öz əməyinə marağı yox idi.
Zaman keçdikcə qul əməyi cəmiyyətin inkişafına mane olmağa
başladı. Buna görə də Qədim dünyanın quldar dövlətləri bir-birinin
ardınca dağılırdı. Qul sahibləri öz qullarına müəyyən güzəştlər etməli
oldular. Onların öz əməyinə marağını artırmaq üçün qullara torpaq
payı ayırır, əmək alətləri saxlamağa və ailə qurmağa icazə verirdilər.
Zaman keçdikcə qul əkinçi kəndliyə, ağa isə torpaq sahibinə
çevrilirdi. Kəndli əldə etdiyi gəlirin böyük hissəsini torpaq sahibinə
verməli idi. Məhsulun bu hissəsi vergi adlanırdı. Kəndli ilə sahibkar
arasındakı münasibətlər vergi və torpaq münasibətlərinə əsaslanırdı.
III—V əsrlərdə şərq ölkələrində yeni təsərrüfat münasibətləri
yarandı. Quldarlıq quruluşunu feodalizm əvəz etdi.
Böyük təsərrüfat sahələri, münbit torpaqlar şərq xalqlarının
həyatının sürətlə dəyişməsinə şərait yaradırdı. Çin, Hindistan,
Azərbaycan və İranda feodal münasibətləri formalaşdı. Feodalizm
quruluşu torpaq sahibi olan feodallar və onların torpaqlarında çalışan
kəndlilərin iqtisadi münasibətləri üzərində yaranıb inkişaf edirdi.
Feodalizm dövrü şərti olaraq erkən (V—XI əsrlər), inkişaf etmiş və
ya klassik (XI—XV əsrlər) və son (XV—XVII əsrlər) feodalizm
dövrlərinə bölünür.
Əziz dost, sən bu dərslik vasitəsilə orta əsrlərdə mövcud olmuş
feodal dövlətlərin təsərrüfatı və idarəetmə formaları barədə
məlumat alacaqsan. Bu dövlətlərin siyasi həyatında böyük rol
oynamış tarixi şəxsiyyətləri tanıyacaqsan. Dünyanın mədəni irsinə
böyük töhfələr vermiş xalqlar və onların yetirdiyi görkəmli simalarla
yaxından tanış olacaqsan. Ümid edirik ki, bu dərslik sənin üçün
yalnız bilik mənbəyi olmayacaq, həm də sənin müstəqil
araşdırmalarında istiqamətverici rol oynayacaqdır.

FEODALİZM ŞƏRQDƏN BAŞLADI
1. XALQLARIN BÖYÜK KÖÇÜ
Bəs sonrakı hadisələr
necə inkişaf etdi? «Xalqların böyük köçü»nün başlanmasına səbəb olan hunlar tarixdə
nə kimi rol oynadılar?
«Xalqların böyük köçü»nün başlanması. Avrasiya materikində türk tayfalarının
yaşadığı torpaqlar kontinental iqlimə malik ərazilərdir. Burada çöl və səhralar zaman
keçdikcə bö – yüyür. Bu isə otlaq sahələrinin azalmasına səbəb olur.
Erkən orta əsrlərdə də əsas məşğuliyyəti maldarlıq olan türk tayfaları qərbə yürüş
etdilər. Həmin tayfaları ümumilikdə hunlar adlandırırdılar. Bu köçün siyasi və sosial
səbəbləri də var idi. Əhalinin artımı və tayfalar arasında siyasi çəkişmələr də hunların
köç etməsinə böyük təsir göstərdi. Tarixə «Xalqların böyük köçü»nün başlanğıcı kimi
düşmüş bu yürüş eramızın IV əsrindən başlayaraq VI əsrə qədər davam etmişdir.
Sən VI sinifdən bilirsən ki, Qərbi Roma imperiyasının süqut
etməsi ilə Qədim dünya tarixi başa çatmışdır. Bəs necə oldu
ki, qüdrətli Roma imperiyası zəiflədi və parçalandı?
Yadındadırsa, Roma Papası hunların başçısı olan böyük türk
hökmdarı Atilladan Romanı dağıtmamağı xahiş etmiş, Atilla
da bu xahişi yerinə yetirmişdi.
Hunlar qərb
hunları Atilla
Katalaun döyüşü
Ağ hunlar
Eftallılar dövləti
Ağsuvar xan

«Xalqların böyük
köçü»- nün
başlanması nə üçün
hunlarla
əlaqələndirilir?
Hunların böyük bir qismi İdildən (Volqadan) qərbə doğru yayıldı. Onların təsiri altında
alanlar, qotlar və digər xalqlar da Mərkəzi və Qərbi Avropaya köç etdilər. Avropada
quldarlıq quruluşu feodal münasibətləri ilə əvəz olundu.
Hunların digər bir hissəsi Ön Asiya istiqamətində hərəkət edərək Qafqaz dağlarını aşdı.
Dərbənd keçidi vasitəsilə Azərbaycana, mənbələrdə deyildiyi kimi, «Odlar ölkəsinə»
gəldi və bizim xalqımızın tərkibinə daxil oldu. Böyük bir hun birliyi isə Qərbi Türküstan
ətrafına köçdü.
Qərbi Hun dövlətinin meydana gəlməsi. Qərbə doğru hərəkət edən hunlar Don
sahilində alanları məğlub etdilər. Sonra onlar Don çayını keçib Azov ətrafı əraziləri,
Şimali Qafqazı ələ keçirdilər. Krımda hunlar ostqot tayfaları ilə üzləşdilər.
Hal-hazırda hunların
adı hansı dövlətin
adında əksini
tapmışdır?
371-ci ildə baş vermiş bir neçə döyüş hunların qələbəsi ilə nəticələndi. Dunay çayının
sahillərinə gələn hunl ar burada məskunlaşmış digər qot tayfalarını da məğlub edərək
Pannoniyada (indiki Macarıstan ərazisinin qərbi) yerləşdilər. Bununla da Cənub-Şərqi
Avropanın bir hissəsi hunların tabeliyinə keçdi.

Atillanın hakimiyyəti dövründə Hun dövl
əti qüdrətli imperatorluğa çevrildi.
İmpe- ratorluğun sərhədləri şərqdə
Volqa çayından qərbdə Reyn çayına,
cənubda Balkan yarımadasından
şimalda Baltik sahillərinə qədər böyük
bir ərazini əhatə edirdi. Bu im ı
peratorluğun ərazisinə müasir
Rumıniya, Macarıstan, Avstriya, Çexiya,
Slovakiya, Cənubi Rusiya və
Almaniyanın bir hissəsi daxil idi.
Atillanın ordusunda hunlarla yanaşı, bir
çox tayfa və xalqların döyüşçüləri
vuruşurdular. Hər bir tayfanın Atillanın
yanında nümayəndəsi var idi. Qərb
dövlətlərində yaşayan əhal i bu
sərkərdəni «Tanrı qırmancı Atilla»
adlandırırdı.
Avropa mənbələrində Atillanın
şəxsiyyəti haqqında yazılır ki, Atil la
möhkəm iradə və xarakterə, iti ağıla
malik idi. O, düşməninə qarşı amansız,
silahdaşları ilə münasibətdə alicənab
və xeyirxah olmuşdur.
Bizansla münasibətlər. Bizans Qərbi Hun
imperatorluğu ilə bağl adığı barışıq şərt l ərini pozur,
illik vergini əskik ödəyir və gecikdirir, qaçqınları
himayə edirdi. 447-ci ildə Atilla yenicə təşkil olunmuş
ordusu ilə Bizansa yürüş etdi. Yolu üzərindəki bütün
şəhərləri ələ ke ı çirdi və Konstantinopolu mühasirəyə
aldı. Bizans imperatoru ölkəni xilas etmək üçün təcili
olaraq Atillanın yanına elçi göndərdi, Atillanın tələb
etdiyi bütün şərtlərə əməl edəcəyini bildirdi. Elçilər
çox ağır şərtlərlə sülh müqaviləsi imzaladılar.
Katalaun döyüşü. Atillanın əsas məqsədlərindən biri
Qərbi Roma imperiyasını tabe etmək idi.
«Tanrı qırmancı»
anlayışını açıqla.
Atillaya bu ad nə üçün
verilmişdi?

«Tanrı qırmancı»
anlayışını açıqla.
Atillaya bu ad nə üçün
verilmişdi?

Azərbaycan 18-ci əsrdə. Azərbaycan xanlıqları

XVIII əsrin I yarısında Azərbaycan ərazisində ölkənin sonrakı taleyinə çox ciddi və həm də mənfi təsir göstərmiş bir sıra ictimai-siyasi xarakterli hadisələr baş verdi. Azərbaycanda gedən tarixi proseslər Cənubi Qafqazda, İran, Türkiyə və Rusiyada cərəyan edən hadisələrlə sıx bağlı idi. Bu dövrdə Səfəvilər dövlətinin tam tənəzzülü ilə əlaqədar Cənubi Qafqaz ərazilərinə yiyələnmək uğrunda İran-Türkiyə qarşıdurması yenidən gücləndi. Tarixi hadisələrin gedişinə təsir edən mühüm amillərdən biri də Rusiyanın bu regiondakı siyasi və iqtisadi marağının artması idi. Rusiya özünün inkişaf etməkdə olan iqtisadiyyatını xammalla təmin etmək, Volqa-Xəzər ticarət yolunu inkişaf etdirib genişləndirmək məqsədilə Xəzəryanı vilayətlərə yiyələnməyə can atırdı və digər dövlətlərin, ilk növbədə Türkiyənin həmin ərazilərdəki nüfuzunun artmasına hər vasitə ilə mane olmağa çalışırdı. Azərbaycan faktiki olaraq 3 dövlətin — İran, Türkiyə və Rusiyanın mənafelərinin toqquşduğu məkana çevrilmişdi. Ölkə ərazisi mütəmadi olaraq bu dövlətlərin arasında nüfuz dairələrinə parçalanırdı və təbii ki, belə bir vəziyyət Azərbaycanın tarixi-siyasi coğrafiyasına əsaslı təsir edirdi.
Hələ 1722-ci ildə I Pyotrun yürüşü nəticəsində Xəzərin bütün qərb və cənub-qərb sahilləri rus qoşunları tərəfindən zəbt olunmuşdu. 1723-cü ildə isə türk qoşunları Cənubi Qafqaza daxil oldu. Nəticədə, 1724-cü ildə Rusiya ilə Türkiyə arasında bağlanan müqaviləyə görə, Cənubi Qafqaz ərazisi iki dövlətin arasında nüfuz dairəsinə bölündü. Əsrin 30-cu illərində Azərbaycan ərazisi Türkiyə və İran arasında gedən yeni mübarizələrin obyektinə çevrildi. 1732-ci ildə Rəşt şəhərində bağlanmış Rusiya-İran müqaviləsinə əsasən Rusiya, Osmanlı imperiyası ilə müharibə təhlükəsi meydana çıxdığından, 1723-cü ildə öz tərkibinə aldığı Gilan, Mazandaran və Astarabad əyalətlərini İrana qaytardı. 1735-ci il Gəncə müqaviləsinin — traktatının şərtlərinə görə Türkiyə ilə müharibəyə hazırlaşan Rusiya Kür çayından şimalda yerləşən Azərbaycan torpaqlarından da İranın xeyrinə əl çəkdi. Bu müqavilələr Azərbaycan ərazisinin müxtəlif hissələrə bölünməsinə zəmin yaradırdı.
Nadirin hakimiyyətə gəlməsi və fəaliyyəti Azərbaycan torpaqlarının parçalanması prosesinə ikitərəfli və əsaslı təsir göstərdi. Düzdür, o, Qarabağın məlikliklərini — Vərənd, Çilaberd,Gülüstan, Dizaq və Xaçın ərazilərini Gəncə bəylərbəyliyinə tabe etdi və sonra isə səfəvilərin inzibati bölgüsünə əsasən mövcud olan Qarabağ, Şirvan, Çuxur-Səəd və Təbriz bəylərbəyliklərini ləğv edərək, əslindən Azərbaycan adı altında vahid inzibati bölgü yaratdı. Vahid Azərbaycanın mərkəzi Təbriz, hakimi isə Nadirin qardaşı İbrahim oldu. Həmin tədbirlər ölkənin tarixi-siyasi coğrafiyası baxımından müsbət qiymətləndirilməlidir. Lakin onun dövründə baş vermiş sonrakı hadisələr Azərbaycanın parçalanmasına gətirib çıxardı. Nadirin hakimiyyətinin ortalarında Azərbaycanın müəyyən hissəsi Gürcüstana verildi. Kaxetiya hakimi Teymuraz 1743-cü ildə Şirvanda yalançı Sam-Mirzənin başçılığı ilə Nadirə qarşı qalxmış üsyanı yatırdığından, Nadir bunun əvəzi olaraq Teymurazı Kaxetiya çarı təyin etdi və üstəlik ona Kartli ərazisindən Araqv mahalını və əvvəllər Gəncə bəylərbəyliyinin tərkibində olan Borçalı və Qazax mahallarını verdi. Bilindiyi kimi, XVIII əsrin II yarısında Qazaxda azərbaycanlıların sultanlığı yaranır, Borçalı isə indiyə kimi Kaxetiyanın tərkibində qalmaqda davam edir. Digər tərəfdən, Nadirin öldürül-məsindən sonra (1747) onun dövləti süquta uğradı və bundan əlavə, ayrı-ayrı vilayətlərdə, o cümlədən, Azərbaycanda ciddi parçlanma baş verdi.
Ümumiyyətlə götürüldükdə, XVIII əsrin I yarısında Azərbaycanın siyasi həyatı çox rəngarəng olmuş və bu dövr tarixi-siyasi coğrafiya baxımından aşağıdakı səciyyəvi cəhətlərə ma-likdir:
1. Səfəvilərin hakimiyyətinin sonuna (1736) kimi Azərbaycan ərazisi bəylərbəyliklərə (4 bəylərbəyliyə) bölünmüşdü;
2. Şirvan (Xəzəryanı sahələr istisna olmaqla) 1721-1735-ci illərdə İran əsarətindən azad olub müstəqilliyə nail olsa da, osmanlı Türkiyəsinin nominal asılılığında qalırdı.
3. Azərbaycanın Xəzəryanı əraziləri çar Rusiyasının tərkibinə daxil olmuşdu (1722-1735);
4. İstanbul müqaviləsinə əsasən (1724) Azərbaycan ərazisi Türkiyə ilə Rusiya arasında bölünmüşdü;
5. Rəşt (1732) və Gəncə (1735) müqavilələrinə görə, Xəzəryanı ərazilər Rusiyanın nüfuz dairəsindən İranın nüfuz dairəsinə keçmişdi;
6. 1736-cı ildə səfəvilər dövründəki bəylərbəylik sistemi ləğv edilmiş və 4 bəylərbəylik birləşdirilərək vahid Azərbaycan vilayəti yaradılmışdı;
7. Qarabağ məliklikləri Gəncə ərazisinə tabe edilmişdi;
8. Azərbaycanın Borçalı və Qazax əraziləri Nadir şah tərəfindən Kaxetiya çarı Teymuraza verilmişdir;
9. Nadirin ölümündən sonra ölkədə parçalanma prosesi şiddətlənmiş və Azərbaycan 30 hissəyə ayrılmışdır.
XVIII əsrin II yarısı da Azərbaycanın tarixi-siyasi coğrafiyası baxımından xüsusi dövrdür. Bir tərəfdən Azərbaycan öz müstəqilliyinə nail olur, qonşu dövlətlərin, imperiyaların nüfuzundan çıxa bilir, digər tərəfdən onun heç də geniş olmayan ərazisində çoxsaylı müstəqil feodal dövlətləri — xanlıqlar və başqa dövlət qurumları təşəkkül tapır; Azərbaycan öz daxili birliyini, vahidliyini itirir, feodal çəkişmələrinin, ara müharibələrinin meydanına çevrilir. Son nəticə isə çox acınacaqlı olur: daxili feodal çəkişmələrindən istifadə edən İran və Rusiya Azərbaycanı iki hissəyə parçalamağa nail olurlar və hərəsi bir hissəyə sahib duraraq hökmranlığa başlayır.
Azərbaycanın XVIII əsrin II yarısındakı ərazisi səfəvilər dövründəki ərazisindən çox da fərqlənmir. Yeganə fərq şimali-qərb istiqamətdə Borçalı ərazisinin itirilməsi idi. Ölkənin sahəsi təxmini hesablamalara görə 380.000 kv.km. idi. Bilindiyi kimi, səfəvilər dövrü Azərbaycanı daha çox ərazini (təx. 400.00 kv. km) əhatə etmişdir. Xanlıqlar dövrü kimi tanınan həmin dövrdə, daha doğrusu XVIII əsrin 40-cı illəri — XIX əsrin I rübündə Azərbaycan ərazisində 20 xanlıq, 5 sultanlıq və 5 məliklik fəaliyyət göstərmişdir. Onların çox az bir qismi əvvəllər mövcud idisə, əksəriyyəti əsrin ortalarında təşəkkül tapmış, bəzisi uzun müddət (hətta 1922-ci ilədək), bəzisi isə qısa müddətdə (30 ildən artıq) fəaliyyət göstərmişdir. Sonralar tarixi ədəbiyatda Azərbaycanın Cənub və Şimal xanlıqları kimi tanınan həmin feodal dövlətləri barədə qısa məlumatın şərhi onların ərazisini, hüdudlarını, inzibati-ərazi bölgüsünü müəyyənləşdirməyə imkan verir. Bununla bərabər tarixi ədəbiyyatda Azərbaycan xanlıqlarının ərazisi barədə müxtəlif, həm də bir-birindən fərqli məlumatlar mövcuddur. Çoxcildlik «Azərbaycan tarixi»ndəki (III cild) məlumatın və xəritənin daha elmi olduğunu nəzərə alaraq xanlıqların ərazisinin və hüdudlarının həmin məlumata uyğun müəyyənləşdirilməsi məqsədəuyğun hesab olunmuşdur.

Azərbaycanın cənub xanlıqları

  • Təbriz xanlığı(XVIII əsrin ortaları — 1780) Xoy, Ərdəbil, Qaradağ, Sarab və Marağa xanlıqları və Urmiya gölü ilə həmsərhəd idi. Təbriz, Güney və Mərənd mahallarına bölünmüşdü. Mərkəzi Təbriz şəhəri idi. İlk vaxtlarda Xalxal və Ərdəbil əyalətləri də Təbriz xanlığına tabe olmuşdur. Təbriz xanlığı digərlərinə nisbətən zəif idi. 1780-ci ildə xanlığın fəaliyyətinə son qoyuldu və onun ərazisi Xoy xanlığının tərkibinə qatıldı.
  • Ərdəbil xanlığı(1747-1820) Talış, Qaradağ, Təbriz, Marağa xanlıqları və Gilan vilayəti ilə hüdudlanırdı. Mərkəzi Ərdəbil şəhəri olan bu xanlığın ərazisinə inzibati baxımdan Ərdəbil, Aşağı Mişkin, Yuxarı Mişkin, Arşaq (Ərşə), bəzi vaxtlarda isə Vilgic, Astara və Ucarrud (Ucarlu) mahalları daxil idi. Əsası şahsevən tayfa başçısı Bədir xan tərəfindən qoyulmuşdur. Xanlıq bir müddət Quba xanlığının, sonra Qarabağ xanlığının vassalına çevrilir. Əsrin əvvəllərində şahsevənlər 4 qola ayrılırlar və Ərdəbil, Mişkin, Talış və Qaradağda ayrı-ayrılıqda fəaliyyət göstərməyə başlayırlar. Xanlığın fəaliyyətinə 1820-ci ildə son qoyulmuşdur.
  • Marağa xanlığı(1747-1826) cənubda Saqqız mahalı, şimalda Təbriz, qərbdən Urmiya, şərqdə Ərdəbil xanlıqları ilə sərhədlənirdi. Mərkəzi Marağa şəhəri olan bu xanlığın tərkibinə Marağa, Təkab, Sayınqala, Əcəbşir, Qaraağac, Binab və Miyandab mahalları daxil idi. Xanlığı Qarabağın Cavanşir elinin bir qolu olan Müqəddəm tayfasının nümayəndələri idarə edirdi. 1826-cı ildə İran qoşunu hücum edərək xanlığın fəaliyyətinə son qoydu və ərazisini öz tərkibinə qatdı.
  • Maku xanlığı(1747-1922) Xoy, Naxçıvan, İrəvan xanlıqları, qərbdə isə Osmanlı imperiyası ilə həmsərhəd idi. Mərkəzi Maku şəhəri olan bu xanlıq 30 kəndi birləşdirirdi. Əsası Əhməd sultan (1747-1778) tərəfindən qoyulmuşdur. Maku əyaləti Çuxur-Səəd bəylərbəyliyinə tabe olan yarımmüstəqil sultanlıqlardan ibarət idi və bayat tayfasından olan hakimlər tərəfindən idarə olunurdu. Maku xanlığı ən uzun fəaliyyət göstərmiş xanlıqdır. Onun fəaliyyətinə 1922-ci ildə İran qoşunu tərəfindən son qoyuldu.
  • Qaradağ xanlığı(1748-1813) Kazım xan tərəfindən təsis edilmişdir. Ərazisi Lənkəran, Ərdəbil, Təbriz, Xoy, Naxçıvan, Qarabağ və Cavad xanlıqları ilə hüdudlanırdı. Mərkəzi Əhər şə-həri olmuşdur. Tərkibinə 18 mahal daxil idi (Unqut, Kərmədüz, Çələbiyan, Keyvan, Arazbar, Dizmar, Üzüm-dil, Həsənob, Kələybər, Hüseyneyli, Yaft, Qara curru, Do-dangə, Çardangə, Diklə, Bədbostan, Horat). Qaradağ xanlığı bir müddət Qarabağ xanlığının təsirinə düşür, sonra Kərim xan Zəndə (1761) və Ağa Məhəmmədşah Qacara (1791) tabe olur. 1813-cü il müqaviləsinə görə İranın tərkibinə qatılır və xanlığın fəaliyyətinə son qoyulur.
  • Sarab xanlığı(1747-1828) Ərdəbil və Təbriz xanlıqları ilə həmsərhəd idi. Ərazisi Həştəri, Gərməli və Sarab mahallarına bölünmüşdü. Mərkəzi Sarab şəhəri idi. Əsası şəqaqi tayfasının başçısı Əli xan tərəfindən qoyulmuşdu. Xanlığın ərazisi əvvəlcə Qacarlar dövlətinin tərkibinə qatıldı və 1828-ci ildə xanlıq ləvğ olundu.
  • Xoy xanlığı(1747-1828) Maku, Naxçıvan, Qaradağ, Təbriz, Urmiya xanlıqları və Türkiyə ilə sərhədlənmişdi. Tərkibində Xoy, Salmas, Avacıq, Qotur, Ələnd, Çaldıran, Çors, Qaraqoyunlu, Sökmənabad, Dərgah mahallarını birləşdirirdi. Mərkəzi Xoy şəhəri idi. Əsasını dümbülü tayfa başçıları qoymuşlar. Xoy xanlığı Türkmənçay müqaviləsinə (1828) görə İranın tərkibində qaldı və fəaliyyətinə qacarlar son qoydular.
  • Urmiya xanlığı(1747- 1797) şimalda Xoy xanlığı, şərqdə Urmiya gölü və Marağa xanlığı, cənubda və qərbdə Kürdüstan və Osmanlı imperiyası ilə həmsərhəd olmuşdur. Mərkəzi Urmiya şəhəri idi. İnzibati baxımdan Mərgəvər, Tərkəvər, Bərdəsur, Bəradost, Sumay, Ənzəl, Dəşt, Uşnu, Sulduz, Döl, Nazlı, Bəykişili, Rözə və Urmiya mahallarına bölünmüşdü. Əsası Urmiyanın irsi hakimi olan əfşar tayfa başçısı Fətəli xan Əfşar tərəfindən qoyulmuşdu. 1797-ci ildə xanlıq İran taxtına çıxan Fətəli şahın tabeliyinə düşmüş və onun fəaliyyətinə son qoyulmuşdur.

Azərbaycanın şimal xanlıqları

  • Qarabağ xanlığı(1748-1822) Kür və Araz çayları arasında mövcud olmuşdur. Şəki, Gəncə, İrəvan, Naxçıvan, Qaradağ, Cavad və Şamaxı xanlıqları ilə hüdudlanırdı. Mərkəzi Şuşa şəhəri idi. İnzibati baxımdan 21 mahala bölünmüşdü (Çalbayır, Kəbirli, Cavanşir, Zəngəzur, Mehri, Bərgüşad, Qafan, Qaraçarlı və s.). Pənahəli xan Cavanşir tərəfindən təsis olunmuşdur. Onun dövründə Bayat, Şahbulaq qalaları tikilmiş, Əsgəran qalası möhkəmləndirilmiş,Şuşa (Pənahabad) şəhərinin əsası qoyulmuşdur. Xanlıq 1805-ci ildə Rusiyanın himayəsinə keçmiş və 1822-ci ildə çar fərmanı ilə ləğv edilmişdir. Qarabağ xanlığı Azərbaycan xanlıqlarının ən qüdrətlilərindən olmuşdur.
  • Şəki xanlığı(1743-1819) Azərbaycanın şimal-qərbində yerləşirdi. Gürcüstan, Dağıstan, İlisu sultanlığı, Quba, Qarabağ, Gəncə və Şamaxı xanlıqları ilə həmsərhəd olmuşdur. Mərkəzi Şəki idi. Təsisçisi Hacı Çələbi xan olmuşdur. Şəki xanlığı Azərbaycanın ən iri xanlıqlarından olmuş və onun ərazisi 8 mahala — Şəki, Ərəş, Ağdaş, Alpaut, Padar, Qutqaşen, Xaçmaz və Bum mahallarına bölünmüşdür. Qəbələ və Ərəş sultanlıqları da Şəki xanlığından asılı idilər. Şəki xanlığı 1805-ci ildə Kürəkçay müqaviləsinə görə rəsmən Rusiyaya birləşdirilmişdi və 1819-ildə çar fərmanına əsasən ləğv olunaraq ərazisi Rusiyanın əyalətinə çevrildi.
  • Quba xanlığı(1726-1806) Azərbaycanın şimali-şərqində mövcud olmuşdur. Hələ 1724-cü ildə Quba əyaləti Rusiyanın tərkibinə daxil edilmişdi və Hüseynəli xan onun hakimi təyin olunmuşdu. Əyalətin paytaxtı əvvəl Xudat, 1735-ci ildən isə Quba şəhəri olmuşur. Hüseynəli xan əsrin ortalarında Quba əyalətini müstəqil xanlıq elan etdi. Xanlıq şərqdə Xəzər dənizi, şimalda Dərbənd xanlığı və Tabasaran əraziləri, qərbdə Şəki xanlığı, cənubi-qərbdə Şamaxı, cənubda Bakı xanlığı ilə həmsərhəd idi. Tərkibində Quba, Rustov, Buduq, Xınalıq, Bərmək və s. mahallar vardı. Gülhan, Altıpara, Doqquzpara, Şabran və s. torpaqlar Quba xanlığının mülkləri idi. Quba xanlığı öz qüdrəti ilə seçildiyindən bəzən Dərbənddən Salyana (əsrin 60-cı illərində) kimi ərazilər onun nüfuz dairəsində olmuşdur. Quba xanlığı 1806-cı ildə Rusiyaya ilhaq olundu və Quba əyalətinə çevrildi.
  • Bakı xanlığı(1747-1806) Abşeron yarımadasında mövcud idi və onun tərkibinə 39 kənd daxil idi. Ərazisi çox kiçik (eni 30-40, uzunluğu 75 verst) olmuşdur. Şamaxı və Quba xanlıqları ilə sərhədə malik idi. Paytaxtı Bakı şəhəri olmuşdur. Onun əsasını 1 Mirzə Məhəmməd qoymuşdur. 1806-cı ilin oktyabrın 3-də Rusiyaya birləşdirilmiş və sonra ləğv edilmişdir.
  • Dərbənd xanlığı(XVIII əsrin ortaları — 1806) Azərbaycanın şimali-şərqində fəaliyyət göstərmişdir. Qaraqaytaq usmiliyi, Tabasaran, Qazıqumuq və Quba xanlığı ilə sərhədlənirdi. Paytaxtı Dərbənd şəhəri olmuşdur. Xanlığın əsasını Məhəmməd Hüseyn xan qoymuşdur. Xanlığın ərazisi, xüsusilə Dərbənd şəhəri əlverişli coğrafi-strateji mövqedə yerləşirdi. Xanlıq 40 il Quba xanlığından asılı olmuşdur. Onun fəaliyyətinə 1806-cı ildə son qoyulmuş və Rusiyanın əyalətinə çevrilmişdir.
  • Gəncə xanlığı(XVIII əsrin ortaları — 3.01.1804) Murovdağ silsiləsindən Kür çayına kimi olan əraziləri əhatə edirdi. Şəki, Qarabağ, İrəvan xanlıqları, Qazax və Şəmşəddil sultanlıqları və Gürcüstanla həmsərhəd idi. Paytaxtı Gəncə şəhəri olmuşdur. İnzibati baxımdan Gəncə, Samux, Kürəkbasan, Şəmkür və Ayrım mahallarına bölünmüşdü. Banisi ziyadoğlular nəslindən II Şahverdi xan idi. Görkəmli xanlarından olan Cavad xan 1804-cü il yanvarın 3-də Sisianovla döyüşdə öldürüldükdən sonra xanlığın ərazisi Rusiyaya ilhaq olundu.
  • Irəvan xanlığı(XVIII əsrin ortaları — 1828) Ararat düzənliyini, Göycə gölünün cənub və şərq tərəflərini, Araz çayının qərbini əhatə edirdi. Gəncə, Qarabağ, Naxçıvan, Maku xanlıqları, Qazax sultanlığı, Osmanlı imperiyası və Gürcüstanla həmsərhəd olmuşdur. Mərkəzi İrəvan şəhəri idi. İnzibati baxımdan 15 mahala bölünmüşdü: Qırxbulaq, Zəngibasar, Qarnibasar, Vedibasar, Şərur, Suran, Dərək, Saatlı, Tala, Seyidli-Axaclı, Sərdarabad, Gərni, Abaran, Dərəçiçək və Göycə. Təsisçisi Həsənəli xan olmuşdur. Bir müddət Kartli-Kaxeti çarlığının təsirinə düşmüş, sonra Qacarın, Gülüstan müqaviləsinə görə İranın, Türkmənçay müqaviləsinə əsasən Rusiyanın tərkibinə qatılır və onun əyalətinə çevrilir.
  • Lənkəran (Talış) xanlığı(XVIII əsrin ortaları — 1826) Ərdəbil, Qaradağ, Cavad, Salyan xanlıqları, Xəzər dənizi və Gilan vilayəti ilə hüdudlanmışdı. Mərkəzi əvvəl Astara, sonra Lən-kəran şəhərləri olmuşdur. Tərkibində 11 mahal — Asalim, Gərqənrud, Astara, Vilgic, Zuvand, Çayiçi Lənkəran, Driğ, Uluf, Dəştvənd (Ərkivan), Ucarud və Səfidəşt mahalları vardı. Lənkəran, Astara, Qızılağac kimi ticarət mərkəzlərinə malik idi. Xanlığın əsasını səfəvi nəslindən olan ərdəbilli Seyid Abbas qoymuşdur. Xanlıq 1800-cü ildə Rusiyanın nüfuz dairəsinə düşmüş və 1826-cı ildə çar fərmanı ilə ləğv edilmişdir.
  • Naxçıvan xanlığı(1747-1828) Zəngəzur sıra dağlarından Araz çayına kimi olan əraziləri əhatə edirdi. Mərkəzi Naxçıvan şəhəri olan bu xanlıq Qarabağ, Qaradağ, Xoy, Maku və İrəvan xanlıqları ilə həmsərhəd olmuşdur. Tərkibində Naxçıvan, Əlincəçay, Mavazıxatın, Dərələyər və s. mahallar vardı. Xanlıq Kəngərli tayfasının başçısı Heydərqulu xan tərəfindən təsis edilmişdir.Xanlığın ərazisi Gülüstan müqaviləsinə görə (1813) İranın tərkibində qalsa da, Türkmənçay müqaviləsinə (1828) əsasən Rusiyaya birləşdirildi və onun əyalətinə çevrildi.
  • Salyan xanlığıson vaxtlara qədər «Salyan sultanlığı» kimi tanınırdı və qonşu xanlıqların tərkibində göstərilirdi. Lakin son tarixi ədəbiyyatda onun Kür çayının mənsəbində kiçik xanlıq olduğu bildirilir. Xanlıq şərq tərəfdən Xəzər dənizi, şimaldan Şamaxı xanlığı, qərbdə Cavad xanlığı və cənubda Talış xanlığı ilə sərhədlənirdi.
  • Cavad xanlığı(XVIII əsrin ortaları — 1813) Kür ilə Arazın qovuşduğu yerdə mövcud olmuşdur. Şamaxı, Qarabağ, Qaradağ, Lənkəran və Salyan xanlıqları ilə hüdudlanırdı. Mərkəzi Cavad şəhəri (iki çayın birləşdiyi yerdə) olmuşdur. Xanlığın əsasını şahsevən tayfasından Həsən xan qoymuşdur. Quba xanlığından asılı olmuş (1768) və onun tərkibində Rusiyaya birləşdirilmişdir.
  • Şamaxı xanlığı(1748-1820) Bakı, Quba, Şəki, Qarabağ,Cavad və Salyan xanlıqları ilə həmsərhəd idi. Paytaxtı bir müddət Ağsu (Yeni Şamaxı) və sonra Şamaxı şəhəri olmuşdur. Əsasını Hacı Məhəmməd xan qoymuşdur. Xanlıq 1805-ci ildə Rusiyanın nüfuzuna düşmüş və 1820-ci ildə çar fərmanına əsasən ləğv edilmişdir. Şamaxı xanlığı həm də Şirvan xanlığı kimi tanınır. Bir müddət Şamaxı xanlığı ərazisində 2 xanlıq — mərkəzi Ağsu olan Yeni Şamaxı və mərkəzi Şamaxı olan Köhnə Şamaxı fəaliyyət göstərmişdir.
  • Qazax sultanlığıAzərbaycanın şimal-qərbində mövcud olmuş və səfəvilər dövründə Qarabağ (Gəncə) bəylərbəyliyinin tərkibində idi. Qazax sultanlığında qazax (qazaxlar) tayfası yaşayırdı. Onlar bu ərazidə irsi hakimiyyətə malik idilər. Qazax sultanlığı Nadir şah tərəfindən Kartli çarı Teymuraza verilmiş, sonralar bir müddət Şəki xanlığının tərkibində olsa da (1752) əsrin sonlarında gürcü çarı II İraklinin vassallığına keçdi və 1801-ci ildə Gürcüstanın tərkibində Rusiyaya birləşdirildi. Sultanlıq 1819-cu ildə ləğv edildi və ərazisində Qazax məntəqəsi yaradıldı.
  • Şəmşəddil sultanlığıZəyəm mahalı və ondan qərbdəki ərazilərdə — sonralar Şəmşəddil mahalı adlanan ərazidə mövcud olmuşdur. Həmin ərazi I Şah İsmayılın dövründən Zülqədər tayfasının bir qolu olan Şəmşəddil (Şəmsəddin) tayfasının irsi vilayəti hesab olunurdu. 1743-cü ildə sultanlıq Qazax və Borçalı əraziləri ilə birlikdə Qarabağ bəylərbəyliyindən alınıb Kartli çarı Teymuraza verildi. Sonralar onun ərazisi Qazax ilə birləşdirildi və Qazax-Şəmşəddil sultanlığı adlandı və bu tərkibdə Rusiyaya ilhaq edildi (1801, Gürcüstanın tərkibində). 1819-cu ildə ləğv olundu və Şəmşəddil məntəqəsinə çevrildi.
  • Ərəş sultanlığıtəqribən indiki Yevlax və Ağdaş rayonlarının bir hissəsini, Mingəçevir şəhərinin ərazisini əhatə edirdi. XVIII əsrin 50-ci illərində Şəki xanlığının vassalına çevrilmiş və 1795-ci ildə Ərəş sultanlığı ləğv edilərək mahal kimi Şəki xanlığına qatılmışdır.
  • Qəbələ sultanlığıAzərbaycanın şimalında mövcud olmuş, onun ərazisi şimaldan Böyük Qafqazın cənub yamacı, şərqdə Göyçay, qərbdə Əlican çayı ilə əhatə olunurdu. Şəki xanlığına daxil idi. XVIII əsrin sonlarından Qəbələ mahalı adlanırdı və mahal Şəki xanlığının naibləri tərəfindən idarə olunmuşdur.
  • Ilisu sultanlığıXVI əsrin II yarısından — XIX əsrin ortalarına kimi (təx. 300 il) fəaliyyət göstərmişdir. Mərkəzi İlisu (Qax rayonunda) idi. Sultanlıq şimaldan və şərqdən Qafqaz dağları, qərbdən Qanıq çayı, cənubi-şərqdən Şəki xanlığı ilə həmsərhəd idi. Əhalisi azərbaycanlılar, saxurlar, avarlar, muğallar, yengiloylar və s. ibarət idi. 1807-ci ildə Rusiyaya birləşdirildi və 1830-cu ildə Car-Balakən inzibati dairəsinə qatıldı. Daha sonralar (1840-cı illərdə) İlisu sultanlığının ərazisi Gürcüstan-İmeretiya quberniyasına daxil edildi və nəhayət, 1844-cü ildə sultanlıq ləğv olundu.
  • Car-Balakən camaatlığı —Azərbaycanın şimali-qərbində ata xətti ilə qohum nəsillərdən -toxumlardan olanların ittifaqından ibarət idi. Tərkibinə Car, Balakən, Katex, Tala, Muxax və Cənik camaatlıqlarında birləşən kəndlər daxil idi. Camaatlıq 1803-cü ildə Rusiyaya birləşdirildi və ərazisində Car-Balakən vilayəti təşkil olundu.
  1. Dizaq məlikliyiorta əsrlərdə Qarabağın dağlıq hissəsində kiçik feodal hakimliyi olmuşdur. Səfəvilər dövründə Qarabağ bəylərbəyliyinin, XVIII əsrin ortalarından Qarabağ xanlığının vassalı idi. 1813-cü ildə Qarabağın tərkibində Rusiyanın nüfuzuna keçirilmişdir.
  2. Vərəndə məlikliyiorta əsrlərdə Qarabağın dağlıq hissəsində yaranmışdı və səfəvilər dövründə Qarabağ bəylərbəyliyinə daxil idi. XVIII əsrin ortalarında Qarabağ xanlığının vassalına çevrilir.
  3. Xaçın məlikliyihələ XII əsrdə Qarabağın dağlıq hissəsində yaranmışdı və yerli alban hakimləri tərəfindən idarə olunurdu. Səfəvilər dövründə Qarabağ (Gəncə) bəylərbəyliyinə daxil olan Xaçın məlikliyi XVIII əsrin ortalarında Qarabağ xanlığının vassalına çevrilir və 1813-cü ildə həmin xanlığın tərkibində Rusiyaya birləşdirilir.
  4. Gülüstan məlikliyiXVIII-XIX əsrlərdə Qarabağın dağlıq ərazisində yerləşirdi. Mərkəzi əvvəllər İncəçayın yuxarı hövzəsindəki Talış kəndi, sonralar isə Gülüstan qalası olmuşdur. Sə-fəvilər dövründə Qarabağ bəylərbəyliyinin, sonra isə Qarabağ xanlığının tərkibində olmuşdur. 1813-cü ildə Qarabağ xanlığının tərkibində Rusiyaya ilhaq olundu.
  5. Crabert (Carabert, Cerabert, Çilləbürt) məlikliyiorta əsrlərdə Qarabağın dağlıq hissəsində yaranmış kiçik feodal hakimliyi idi. Mərkəzi Crabert qalası olmuşdur. Səfəvilər dövründə Qarabağ bəylərbəyliyinin, XVIII əsrin II yarısında Qarabağ xanlığının vassalına çevrilmişdir və sonuncunun tərkibində Rusiyaya ilhaq edilmişdir (1813).

Похожие статьи

  • Azerbaycan huquq tarixi

    Azerbaycan huquq tarixi Prezident İlham Əliyev müharibənin gedişində dəfələrlə bəyan etdi ki, “dünyada heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz….

  • Azerbaycan tarixi 1 cild

    Azerbaycan Tarixi – Wikipedia Təxminən e.ə. I minillikdə Midiya tayfa ittifaqı meydana gəlir və artıq e.ə. 7-ci yüzilliyin 1-ci yarısında bir dövlət kimi…

  • Azərbaycan tarixi 6 cild

    Azərbaycan tarixi 6 cild Xarici tarixçi alimlər və orta əsr səyyahlar yanlışlığa yol verərək, əksər hallarda Dərbənddən İran körfəzinə qədər torpaqları…

  • Azerbaycan tarixi en gedim zamanlaldan

    Azerbaycan tarixi en gedim zamanlaldan Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz sıra dağlarinin cənub-şərq yamacında Quruçay çayının sol sahilində…

  • Azerbaycan tarixi xanliqlar

    Azerbaycan tarixi xanliqlar Azərbaycanın cənub-şərqində Talış dağları, Xəzər dənizi və Muğan düzü arasında Talış xanlığı yerləşirdi. Xanlığın banisi…

Comments are closed, but trackbacks and pingbacks are open.