Press "Enter" to skip to content

Azərbaycan cənub dəhlizi layihəsi

Qeyd edək ki, Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəməri sisteminin Genişləndirilməsi (CQBKG), TANAP və TAP layihələri təşkil edir. Bu boru kəmərləri zənciri Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan “Cənub Qaz Dəhlizi” vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr qaz nəqli planlaşdırılır. Bu gündən “Şahdəniz-2” üzrə Türkiyəyə ilk kommersiya qazının tədarükünə başlanılıb, 2020-ci ilədək isə Avropaya çatdırılması nəzərdə tutulur.

Azərbaycan cənub dəhlizi layihəsi

Lorem ipsum dolor sit amet. Lorem ipsum dolor sit amet. Lorem ipsum dolor sit amet. Lorem ipsum dolor sit amet. Lorem ipsum dolor sit amet. Lorem ipsum dolor sit amet. Lorem ipsum dolor sit amet. Lorem ipsum dolor sit amet.

Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsi üzrə maliyyə öhdəliklərinin 80 faizini icra edib

14:02 – 30 Июнь 2018

30 iyun, Fineko/abc.az. Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsi üzrə maliyyə öhdəliklərinin 80 faizini icra edib. Əfqan İsayev bildirib ki, “Cənub Qaz Dəhlizi” layihəsi üzrə QSC-nin 2020-ci ilə kimi (daxil olmaqla) payına düşən layihə xərcləri 11,4 milyard ABŞ dolları təşkil edir. Bu ilin may ayının sonuna artıq 9,1 milyard dollar, yəni təqribən 80 faizi investisiya edilib.

Qeyd edək ki, Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəməri sisteminin Genişləndirilməsi (CQBKG), TANAP və TAP layihələri təşkil edir. Bu boru kəmərləri zənciri Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan “Cənub Qaz Dəhlizi” vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr qaz nəqli planlaşdırılır. Bu gündən “Şahdəniz-2” üzrə Türkiyəyə ilk kommersiya qazının tədarükünə başlanılıb, 2020-ci ilədək isə Avropaya çatdırılması nəzərdə tutulur.

Mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib və Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vurulub. İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. TAP boru kəmərinin isə 2020-ci ildə istismara verilməsi gözlənilir. TAP layihəsi üzrə işlərin – mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla ümumilikdə 74 faizdən çoxu icra edilib.

Xatırladaq ki, “Cənub Qaz Dəhlizi” QSC Azərbaycan Respublikası Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 2014-cü il fevralın 25-də imzaladığı Sərəncam əsasında yaradılıb və səhmlərinin 51 faizi dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49 faizi isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.

Azərbaycan cənub dəhlizi layihəsi

Cənub Qaz Dəhlizi layihəsi qlobal əhəmiyyətli layihədir. Azərbaycan bu layihə ilə Avropa İttifaqı ölkələrinə böyük töhfə verib. Azərbaycan qazının Avropaya nəql olunması yenilikdir. Bu layihə onun iştirakçısı olan dövlətlər arasında əməkdaşlığın gücləndirilməsinə gələcəkdə də töhfə verəcək.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə söyləyib.

Azərbaycanın regionda bir çox mühüm enerji layihələri həyata keçirdiyini xatırladan dövlətimizin başçısı deyib ki, dünyadakı bütün aparıcı maliyyə qurumları bu enerji layihələrinin icrasında Azərbaycanla yaxından əməkdaşlıq edib. Bu il Azərbaycan öz dövlət büdcəsindən bu enerji layihələrinə maliyyə ayırıb.

“Lakin biz Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yenidənqurma və bərpa işlərinə daha çox maliyyə ayırmışıq. Digər xarici təşkilatların da əsasən maliyyə yardımını həmin ərazilərdə həyata keçirilən bərpa işlərinə yönəldilməsini alqışlayardıq”, – deyə Prezident İlham Əliyev vurğulayıb.

Похожие статьи

  • Azərbaycan iqtisadiyyatı bbu

    Azərbaycan iqtisadiyyatı bbu 12 avqust, Fineko/abc.az. 2021 ilin 7 ayında Azərbaycanda 47 262,3 mln. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə…

  • Azərbaycan türkiyə ticarət

    Azərbaycan-Türkiyə ticarət münasibətlərinin daha da inkişafı müzakirə edilib (FOTO) Türkiyə prezidenti deyib ki, iki ölkə arasında ticarət dövriyyəsi…

  • Azərbaycan respublikası dövlət neft şirkəti socar 2018

    Azərbaycan Respublikası Dövlət Neft Şirkəti – SOCAR Nəzarətin olmadığı şəffaflıq və məhdud hesabatlılıq Category : SOCAR SOCAR; SOCAR; SOCAR (empresa…

  • Azərbaycan qaz ehtiyyatları

    Azərbaycan qaz ehtiyyatları Ölkə.az-ın məlumatına görə, bu barədə SOCAR-ın 2020-ci il üzrə “Davamlı İnkişaf Hesabatı”nda bildirilib. Azərbaycan qaz…

  • Azərbaycan iqtisadiyyati

    Azərbaycan iqtisadiyyatı 2010-cu ildə ölkədə qaz hasilatı 26,3 milyard kub metr səviyyəsinə çatıb ki, bunun 7,1 milyardı (27,4 faizi) Azərbaycan…

Comments are closed, but trackbacks and pingbacks are open.