Битва при Нахичевани (1406)
XV əsrin sonunda Azərbaycanın şəhər və kəndlərində məhsuldar qüvvələrin inkişafına əngəl olan feodal dağınıqlığı mövcud idi. Ağqoyunlu dövləti ərazisində iri torpaq mülkiyyətinin-soyurqalın genişlənməsi mərkəzi hakimiyyətin zəifləməsinə, şah xəzinəsinə daxil olan gəlirlərin azalmasına gətirib çıxardı, çünki soyurqal sahibləri vergilərdən azad olub, həm də soyurqal ərazisində inzibati-məhkəmə imtiyazından istifadə edirdilər. Soyurqal sahibləri əslində dövlətin mərkəzləşdirilməsi üçün təhlükə təşkil edirdilər. Beləliklə, dövlətin nəzarət etdiyi torpaq fondu xeyli azalırdı.
Azərbaycan Səfəvi dövlətinin yaranması
XV əsrin sonunda Azərbaycanın şəhər və kəndlərində məhsuldar qüvvələrin inkişafına əngəl olan feodal dağınıqlığı mövcud idi. Ağqoyunlu dövləti ərazisində iri torpaq mülkiyyətinin-soyurqalın genişlənməsi mərkəzi hakimiyyətin zəifləməsinə, şah xəzinəsinə daxil olan gəlirlərin azalmasına gətirib çıxardı, çünki soyurqal sahibləri vergilərdən azad olub, həm də soyurqal ərazisində inzibati-məhkəmə imtiyazından istifadə edirdilər. Soyurqal sahibləri əslində dövlətin mərkəzləşdirilməsi üçün təhlükə təşkil edirdilər. Beləliklə, dövlətin nəzarət etdiyi torpaq fondu xeyli azalırdı.
Torpaqların feodal və iri torpaq sahibkarlarının əlində cəmləşməsi prosesi davam edir və feodal separatizmi güclənirdi. Dövlət torpaqlarının və buna uyğun olaraq xəzinəyə daxil olan vergilərin kəskin surətdə azalması Ağqoyunlu dövlətində mərkəzi hakimiyyətin iqtisadi əsasını sarsıtmışdı. XV əsrin sonunda şəhərlilərin və kəndlilərin vəziyyəti ağırlaşmışdı. Kənd təsərrüfatında məhsuldarlığın aşağı düşməsi, tez-tez baş verən taun epidemiyası kəndlilərin kortəbii çıxışlara çevrilmiş narazılığının artmasına səbəb oldu. Azərbaycanda şəhər əhalisinin (xüsusilə tacirlərin və sənətkarların) vəziyyəti də ağır idi. Hələ Elxanlı dövründə tətbiq edilmiş və şəhərlilərin əsas vergisi olan tamğanın məbləğinin qəti müəyyənləşdirilməməsi şəhər iqtisadiyyatının güclənməsinə mane olur, istehsalın inkişafını ləngidirdi. Feodal müharibələri zamanı şəhər bazarları bağlanılır, ərzağın qiyməti artırılır, şəhərlərdən fövqəladə vergilər alınırdı ki, bu da aclar və yoxsullar kütləsinin sayını artırırdı.Uzun Həsən və onun varisləri dövründə aqrar sahədə islahat təşəbbüsünün uğursuzluğu, feodal istismarının daha da güclənməsi əhalinin narazılığını son həddə çatdırdı.
Bu isə öz əksini Şiəliyin geniş yayılmasında tapdı.Azərbaycanda bir çox ictimai təbəqələr ölkəni böhran vəziyyətindən çıxarmaq, vergi sistemində qayda yaratmaq, feodal müharibələrinə son qoymağa qabil olan güclü, yeni, vahid dövlət qurmaq ideyasına tərəfdar idilər. Avropa və Asiyada Osmanlı işğalları hər iki qitənin qarşılıqlı iqtisadi əlaqələrinə ağır zərbə vurdu. Osmanlı sultanlarının gömrük siyasəti Azərbaycanın iqtisadi vəziyyətinə mənfi təsir göstərdi və xüsusilə Venesiyanın vasitəçiliyi sayəsində Avropa ilə ipəkçilik bölgələrinin qızğın ticarətini ləngitdi. Bu vəziyyət ipək ticarəti hesabına yaşayan tacirlərin, habelə öz məhsullarının satış bazarında məhrum olmuş toxucu-sənətkarların müflisləşməsinə gətirib çıxardı. Azərbaycan Osmanlı işğalı təhlükəsi qarşısında qaldı. Məhz Osmanlı imperiyası tərəfindən, qərbdən gözlənilən təhlükə ölkənin müdafıə etməyə qabil olan güclü dövlətin yaradılmasını zərurətə çevirmişdi. Xarici siyasi amil Azərbaycan Səfəvilər dövlətinin yaradılması prosesini xeyli sürətləndirdi. İqtisadi baxımdan daha çox inkişaf etmiş Cənubi Azərbaycan vilayətləri yeni dövlətin mərkəzi oldu.
1499-cu ilin avqustunda Ərdəbil şeyxlərinin varisi hesab olunan, Lahicanda yerli hakimin sarayında gizlədilmiş gənc İsmayıl və onun tərəfdarları çıxış etmək üçün əlverişli məqamın yetişdiyini anladılar. Şeyx Heydərin oğlu çox gənc idi və atasının silahdaşlarının, yaxın tərəfdarlarının məsləhətinə əməl edirdi. Onun əsas tərbiyəçisi və qəyyumu Hüseyn bəy Lələ olmuşdur. Əbdüləli bəy Dədə (Dədə bəy Talış), Xadim bəy Xəlifə (Xülafə bəy), İlyas bəy Ayqutoğlu (Xınıslı), Qarapiri bəy Qacar, Rüstəm bəy və Bayram bəy (hər ikisi Qaramanlı tayfasından idi) onu müşayiət edirdilər.
XV əsrin sonlarında qızılbaşların vəzifəsi “Səfəviyyə” təriqətinin müridlərini qısa müddət ərzində öz bayraqları altında toplamaq idi. Onlar Deyləmdən keçərək Taroma yetişdilər. Bu müddət ərzində Şamlı və Rumlu tayfalarından olan dəstələr onlara qoşuldular. Qızılbaşların sayı 1500 nəfərə çatdı. İsmayıl Taromdan Xalxala, sonra isə Ərdəbilə hərəkət etdi. Lakin yerli Ağqoyunlu hakimləri İsmayıla Ərdəbildə qışlamağa imkan vermədilər. İsmayıl şəhəri tərk etməli oldu. İsmayılın dəstəsi şimala hərəkət edərək (1499-cu ilin sonu – 1500-cü ilin başlanğıcı) Astara bölgəsindəki Ərcüvana gəldi. Burada Ağqoyunlu Əlvəndin və Şirvanşah Fərrux Yəsarın casusları İsmayılı məhv etməyə cəhd göstərdilər. Lakin qızılbaş rəhbərlərinin sayıqlığı sayəsində bu qəsdlər baş tutmadı. Salnamədə deyilir ki, bu ilin qışı çox sərt idi. Soyuğun şiddətindən quşlar uça bilməyərək yerə düşürdülər. İsmayıl müridlərinə qardan böyük qala tikdirdi, oraya adamlar qoyaraq hərbi məşqlər keçirdi.Qızılbaş rəhbərləri Kiçik Asiyanın Ağqoyunlu hakimiyyəti altında olan Ərzincana Göyçə gölü yolu ilə getməyi qərara aldılar. Yürüşə hazırlaşmaq çağırışı ilə qabaqcadan tərəfdarlara müraciət edilmişdi. Dəstə Göyçə gölünün cənub sahilinə yola düşdü. Burada Qaraqoyunlu Cahanşahın nəvələrindən biri olan Sultan Hüseyn Barani İsmayılı aldadaraq məhv etməyə cəhd göstərdi. Lakin qızılbaş rəhbərləri öz şeyxlərini onun yanına buraxmadılar və Çuxursəd (İrəvan vilayəti) istiqamətində hərəkət etdilər.
Mənbələrdə bu zaman İsmayılın qoşununda qaradağlıların, talışların, ərəşlilərin, habelə zülqədərlilərin dəstələrinin olduğu qeyd edilir. Şoragöl bölgəsində Doqquz Ulam adlı yerdə Qaraca İlyas Bayburdlu Kiçik Asiyadan olan qızılbaş dəstəsi ilə İsmayıla qoşuldu. İsmayılın dəstəsi qızılbaş Ustaclı tayfasının yaşadığı məntəqəyə, Arazın mənbəyinə, Mingöl yaylağına çatdı. İsmayıl həmin tayfa ilə birlikdə Tərcan bölgəsindəki Sarıqaya yaylağına getdi. İsmayılı müşayiət edənlər qərbə doğru yeriyərək Ərzincana yetişdilər. Burada 1500-cü ilin ortalarından İsmayılın bayrağı altında Şamlı, Ustaclı, Rumlu, Təkəli, Zülqədər, Əfşar, Qacar, Varsaq adlanan Qızılbaş tayfalarının, habelə Qaradağ (Qaracadağ) sufilərinin 7 minlik qoşunu toplanmışdı.
Ərzincanda keçirilmiş müşavirədə zərbəni Səfəvilərin əsas düşməni olan Şirvanşah Fərrux Yəsara qarşı yönəltmək qərara alındı. Qızılbaş şiələrin nəzərində Şirvanşahlar Şeyx Cüneydin və Heydərin ölümünün əsas səbəbkarı – “qatilləri” idi. 1500-cü ilin payızında İsmayıl Ərzincandan Şirvana doğru hərəkətə başladı. Kür çayını keçmiş İsmayılın qoşunu şəkililərin dəstəsi ilə qarşılaşdı və qızılbaşlar onları asanlıqla darmadağın etdilər.
Qızılbaşların yaxınlaşması xəbəri Şamaxı əhalisinin əksəriyyətini Qəbələdə gizlənmiş Şirvanşahın ardınca şəhərdən çıxmağa vadar etdi. İsmayıl heç bir müqavimətlə qarşılaşmadan Şamaxını ələ keçirdi və Şamaxı yaxınlığındakı Gülüstan qalasına yollandı. İsmayıl 1500-cü ilin sonunda burada, qalanın ətəyində, Cəbanı adlanan yerdə döyüşə girməyə məcbur oldu. Fərrux Yəsarın qoşununda təxminən 20 min atlı və 6 min piyada vardı. Onlar sayca qızılbaşlardan azı iki dəfə üstün olsalar da, qızılbaşlar mənəviyyatca möhkəm və mətin idilər. Şeyxlərinə (İsmayıla) Allah kimi səcdə edən müridlər ölümə sevinclə gedirdilər, salnaməçilərin dediyinə görə, onlar “qurban olduğum, sadağa olduğum, pirim, mürşidim”, “Allah, Allah” qışqıraraq döyüş meydanına atılırdılar. Bu döyüşdə iştirak edən Qızılbaş sərkərdələrindən aşağıdakıların adları çəkilir: Abdin bəy Şamlı, Hüseyn bəy Lələ Şamlı, Məhəmməd bəy Ustaclı, Əhməd bəy Sufioğlu Ustaclı, Bayram Qaramanlı, Qılınc bəy Qaramanlı, Qaraca İlyas Bayburdlu, İlyas bəy Xunuslu, Sultanşah bəy Əfşar, Xəlil bəy (Möhrdar) Əfşar, Hüseyn bəy (Süfrəçi) Əfşar, Piri bəy (Pərvanəçi) Əfşar, Lələ Məhəmməd Təkəli, Bəkir bəy Çakirli, Piri bəy Qacar, Salman bəy Həzin Zülqədərli.
Vuruşmanın əvvəlində Şirvan süvarilərinin hücumu nəticəsində Qızılbaşların döyüş nizamı hər iki cinahda pozuldu. Lakin piyada Şirvan dəstələrinin hücumu mərkəzdə duran İsmayılın atlıları tərəfındən qarşılandı. Salnaməçilər xəbər verirlər ki, İsmayıl hələ gənc ikən ön sıralarda vuruşur, şəxsi nümunəsi ilə öz tərəfdarlarını döyüş ruhunu yüksəldirdi. Bu, İsmayılın tarixdə məlum olan ən qanlı döyüşlərindən biri idi. Şirvan qoşunu darmadağın edildi, qaçmağa üz tutdu, Fərrux Yəsar isə həlak oldu.
İsmayıl Bakını tutmaq üçün göndərdiyi sərkərdələrin cəhdlərinin uğursuz olduğunu görərək, 1501-ci il yazın əvvəlində qışladığı Mahmudabaddan Bakıya doğru hərəkətə başladı. Müasirin məlumatına görə, Qızılbaş əmirlərinin əhatəsində şəhərə yaxınlaşmış İsmayıl qala divarlarını, bürcləri, darvazanı gəzib nəzərdən keçirdi Bakı qalasına hücumun böyük tələfata və çətinliklərə səbəb olacağını başa düşən qızılbaşlar şəhərlilərin həyatı və əmlakının təhlükəsizliyinə söz verdilər, qalanın dinc yolla təslim olunması üçü bakılılara müraciət etdilər. Bakının müdafiəsinə Fərrux Yəsarın oğlu Qazi bəyin arvadı başçılıq edirdi. Qazi bəyin özü isə şəhərdə yox idi. Bu qadın təslim olmaq haqqında Qızılbaş elçisinin tələbinə rəd cavabı verdi və onun edam olunmasını əmr etdi. Bakı darğası Əbülfət bəy qadının yanına gəldi, onu qızılbaşların cavab tədbiri ilə hədələdi. Cəsarətli qadın şəhərin təslim edilməsini məsləhət görən darğanın da edam olunmasına sərəncam verdi.
Bakı qalasını üç tərəfdən Xəzər dənizi, qurudan isə divar boyunca uzanan və xarici təhlükə zamanı su ilə doldurulan dərin, enli xəndək əhatə edirdi. Bakını xarici aləmlə əlaqələndirən üç darvaza dənizə, biri isə quruya açılırdı. Bakılıların inadlı müqaviməti Qızılbaş əmirlərini qalanı hücumla almağa məcbur etdi. Qoşunun qala xəndəklərindən asanlıqla keçə bilməsi üçün qızılbaşlar onları torpaq və daşla doldurdular. Atılmış lağım sayəsində qala bürclərindən biri dağıldı, qızılbaşlar şəhərə girə bildilər. Şəhərliləri məhv olmaqdan qorumaq istəyən Bakı əyanlarının bir dəstəsi əllərində Quran İsmayılın hüzuruna gəldilər və şəhərə aman verilməsini xahiş etdilər. İsmayıl Bakıya daxil olmuş qızılbaşlara qətl və qarəti dayandırmaq əmrini verdi. O,şəhərdən qiymətli daşları, çox zəngin qızıl ehtiyatı olan Şirvanşahlar xəzinəsini ələ keçirdi, Şirvanşahların məqbərəsini dağıdaraq Bakını tərk etdi və Gülüstan qalasına doğru irəlilədi. Lakin burada mühasirə uzandı. Ağqoyunlu Əlvəndin Təbrizdən böyük qüvvə ilə yola düşməsi barədə həyəcanlı məlumat alındı, qızılbaşlar mühasirədən əl çəkməli oldular.
Beləliklə, illik xəracı toplamaq üçün buraya qabaqcadan öz nümayəndələrini təyin etmiş qızılbaşlar Şirvan hüdudlarını tərk etdilər. Şirvanşahlar dövləti ağır zərbəyə məruz qaldı, lakin aradan getmədi. Bu zaman otuz minlik qoşunla Naxçıvana gəlmiş Əlvənd İsmayılın Kür çayını keçməsinə yol verməmək üçün özünün hərbi rəisini – Mahmud Qaracanı Gəncə və Qarabağa yolladı. Qızılbaşlar Kür çayını Cavad yaxınlığında müvəffəqiyyətlə keçdilər, tezliklə Naxçıvana doğru irəlilədilər.
Əlvəndin göndərmiş olduğu qüvvələr yolüstü İlyas bəy tərəfindən məhv edildi. Əlvənd İsmayıla Şirvana qayıtmaq və həmin vilayətin idarəsi ilə kifayətlənmək tələbi ilə məktub göndərdi, lakin rədd cavabı aldı. Ağqoyunlu hakimi Naxçıvandan şimal-qərbə doğru hərəkət etmiş, döyüşə hazırlaşdığı Şərur düzündə dayanmışdı. İsmayıl Araz çayının cənub sahili boyunca irəlilədi, Naxçıvan bölgəsində çayı keçdi və düşmənin qarşısına çıxdı. Burada 1501 -ci ilin ortalarında onlar arasında döyüş baş verdi. Əlvənd sayca qat-qat üstünlük təşkil edən qoşununun döyüş meydanından qaçmasına mane olmaq üçün dəvələri bir-biri ilə zəncirlətmiş, onları cəbhə arxasında yerləşdirməyi əmr etmişdi. Lakin bu tədbirlərin də köməyi olmadı. Ağqoyunlu qoşunu darmadağın edildi və vahimə içərisində qaçmağa üz qoydu. Onlar arasında Ərzincana qaçmış Əlvənd də var idi.
1501-ci ilin payızında İsmayıl təmtəraqla Təbrizə daxil oldu, adına xütbə oxutduraraq sikkə zərb etdirdi və Azərbaycanın taxt-tacına yiyələndi. Beləliklə, 1501-ci il Səfəvilər dövlətinin mövcudluğunun əzəli kimi qiymətləndirilir. Səfəvilər dövləti yarandığı gündən etibarən Azərbaycan torpaqlarını (Şirvan, Qarabağ, Naxçıvan, Muğan və Qızılüzən çayına qədərki Cənubi Azərbaycanı) əhatə etmişdi. Lakin siyasi vəziyyət şah İsmayılın qarşısında daha geniş vəzifələr qoydu. Məğlub olmuş Əlvəndin qardaşı, Fars və İraqi Əcəmin hakimi olan Murad Ağqoyunlu Həmədanda böyük qoşun topladı. 1503-cü il iyunun 21-də Həmədan yaxınlığındakı Almaqulağı adlı yerdə Ağqoyunlularla Qızılbaşlar arasında döyüş baş verdi. Sayca üstün olmasına baxmayaraq, Ağqoyunlu ordusu darmadağın edildi. Fars və İraqi Əcəmin böyük bir hissəsi qızılbaşlarınəlinə keçdi. Beləliklə, Ağqoyunlu dövlətinə son qoyuldu. I Şah İsmayıl özünü babası Uzun Həsənin qanuni varisi hesab edir və dövlətini Ağqoyunlu sərhədləri daxilində bərpa etməyə can atırdı.
1503-cü ildə İsmayıl Şiraz, İsfahan, Kaşan və Qum şəhərlərini, 1504-cü ildə isə Yəzdi ələ keçirdi. Sonra İsmayıl Qərbə (Kiçik Asiyaya) doğru hərəkət edərək, 1506-1507-ci illərdə Suriya sərhədlərinə çıxdı, Uzun Həsənin vətəni olan Diyarbəkirə yiyələndi və Bağdadla birlikdə bütün İraqi Ərəbi ələ keçirdi (1508). Artıq 1510-cu ildə bütün İran vilayətləri Səfəvilər dövlətinə birləşdirilmişdi.
Ədəbiyyat:
Azərbaycantarixi.III cild
İradə Nuriyeva.Azərbaycan tarixi qədim dövrlərdən zəmanəmizədək
YAZAR: Zeynəb Hüseynzadə
HƏMÇİNİN BAX: Avar xaqanlığının Avropadakı fəthləri
HƏMÇİNİN BAX: Tehsilim.org/kitab-en-sedaqtli-dostdur/
- ← Avar xaqanlığının Avropadakı fəthləri
- Relyef və İqlim →
Битва при Нахичевани (1406)
Битва при Нахичевани — битва между Кара-Коюнлу под руководством Кара Юсуфа и империей Тимуридов под руководством внука Тимура Абу Бакра бин Миран Шаха 14 октября 1406 года. Кара Юсуф решительно победил Тимуридов в этой битве и захватил Тебриз, административный центр провинции Азербайджан.
Предпосылка
После поражения в битве при канале Алгами в 1402 году Кара Юсуф бежал в Египет, где был заключен в тюрьму до 1405 года. После смерти Тимура Мамлюкский султан Фарадж ан-Насир освободил султана Ахмеда Джалаира и Кара Юсуфа. Будучи в тюрьме, они договорились, что, если они останутся живыми, Ахмеду достанется Ирак, а Кара Юсуф получит Азербайджан. В то время Азербайджан находился под управлением сына Миран Шаха — Умара Мирзы бин Миран Шаха, а в Багдаде был его брат Абу Бакр бин Миран Шах. Братья были соперниками, что привело к возвращению султана Ахмеда Джалаира, взявшего Багдад после поддержанного им из штаб-квартиры в Хиллахе восстания в конце 1405 года.
Гражданские войны Тимуридов начались в Мавераннахре после смерти Тимура. Халиль-Султан, сын Миран-шаха, уже находился в Самарканде — он и объявил себя правителем. Для поддержки своего сына Халиль-Султана Миран Шах вместе с Абу Бакром бин Миран Шахом двинулся с войсками в сторону Самарканда. Единственной противостоящей силой был Шахрукх в Герате, который прошёл до Амударьи, но повернул назад, услышав известие о поддержке Халила Султана из Азербайджана.
Когда армия Тимуридов ушла в Трансоксиану, Тебриз остался под командованием Умара Мирзы бин Миран Шаха. Шах Ширвана Ибрагим I и другие правители (Джагирлу Туркмен при Бистаме Джагире, правителе Ардебиля; Сайед Ахмед Теймури, правитель Шеки; Яр Ахмед Караманлы, вождь караманлинского племени и правитель Карабаха) восстали против Умара Мирзы бин Миран Шаха. Ибрагим спровоцировал беспорядки в Гяндже и с помощью союзников захватил Карабах. В то же время восстало Грузинское царство, и царь Георгий VII, по словам историка Мирхондa, «послал послов, чтобы выразить послушание и подчинение Ибрагиму». В битве на реке Кура они разбили армию Умара Мирзы бин Миран Шаха, который покинул Тебриз. Ибрагим I взял город в мае 1406 года. Но в июне 1406 года он узнал о прибытии на границу султана Ахмеда Джалаира. Ибрагим I бежал обратно в Ширван, а Ахмед Джалаир без сопротивления взял Тебриз.
Битва
Когда Халиль-Султан утвердился правителем Империи Тимуридов, его брат Абу Бакр бин Миран Шах вернулся со своей армией в Азербайджан и изгнал войска султана Ахмеда Джалаира из Тебриза. 14 октября 1406 года в Нахичевани у реки Арас он встретился с шедшими на Тебриз войсками Кара-Коюнлу под командованием Кара Юсуфа. Подробности битвы до нас не дошли, но Тимуриды потерпели серьезное поражение, и Кара Юсуф одержал победу.
Последствия
Кара Юсуф стал могущественным правителем в регионе и сразу же основал свою цитадель, заключив союзы с другими туркменскими племенами, такими как Бистам Джагир. Он занял Солтанию, Ардебиль и Мераге, значительно увеличил население Тебриза. Это позволило Кара Юсуфу в 1408 году встретить контратаку Тимуридов, которые намеревались вернуть Азербайджан, но потерпели неудачу.
Литература
- Faruk Sümer. Kara Koyunlular (Başlangıçtan Cihan-Şah’a kadar). I. cilt Türk Tarih Kurumu Basım Evi — Ankara — 1967 (тур.)
- Nuriyeva İradə Tofiq qızı. Azərbaycan tarixi (ən qədim zamanlardan-XXI əsrin əvvəllərinədək). — Bakı: Mütərcim, 2015. — 336 səh. (азерб.)
- Qızılbaşlar tarixi. Tərcümə və şərhlər M. Ə. Məhəmmədinindir. — Bakı, «Azərbaycan» nəşriyyatı. 1993 —48 s. (азерб.)
Comments are closed, but trackbacks and pingbacks are open.