Press "Enter" to skip to content

Azerbaycan tarixi test toplusu

a) Manna ərazisində məskunlaşmışdılar b) Mannanın əsasını qoymuşdular c) Assuriyanı işğal etmişdilər d) Atropatenanın yerli əhalisi hesab olunurdular e) II Sarqonun qoşunlarını məğlub etmişdilər.

Azərbaycan tarixi fənnindən test imtahanı sualları. Variant A

Variant A
1. Hansı variant düzgün göstərilmişdir?

a) İudaizm – Tövrat , b) İslam – İncil, c) Xristianlıq – Avesta,

d) Zərdüştlük – Quran, e) Büdpərəstlik – Qrişna.
2. Numizmatika tarixə köməkçi fənn kimi nədən bəhs edir?

a) Qəqədim pullardan, b) qədim xalqlardan, c) qədim tarixdən,

d) qədim insanlardan, e) qədim şəhərlərdən.
3. Uyğunluq pozulmuşdur:

a) Kəlbəcərdə – Əliköməktəpə, Gillidağ, b) Naxçıvanda – Qazma, Kültəpə, c) Qazaxda – Daşsalahlı, Damcılı d) Qarabağda – Azıx, Tağlar, e) Lerikdə – Buzeyr.

4. Variantlardan orta paleolitə aid olanını seçin:

a) Axirət dünyasına ilk dəfə olaraq inam yarandı; ulu icma tədricən parçalanmağa başladı.

b) “Ağıllı insan” tipi yarandı; qəbilə icması meydana gəldi.

c) Anaxaqanlıq meydana gəldi; səsli nitq yarandı.

d) Əhali oturaq həyata keçdi.
5. İnsanlarda “Qoşa nigah” vərdişləri ibtidai icma quruluşunun hansı dövründə meydana gəldi?

a) Eneolitdə, b) Paleolitdə, c) Mezolitdə, d) Neolitdə, e) Tunc dövründə.

6. Əkinçilikdə süni-suvarmanın tətbiqi hansı ibtidai icma quruluşu mərhələsinə təsadüf edir?

a) Erkən Tunca. b) Eneolitə, c) Son tunca, d) Neolitə, e) Orta tunca,

7. Üst paleolit dövrünə aid deyil:

a)“Neandertal insan” yaranıb, b) Bu dövrdə iqlim mülayimləşmiş, flora və fauna zənginləşmişdi c) Bu dövr qalıqlarına Qarabağ və Qazax bölgələrində rast gəlinib, d) E.ə 40-12 minillikləri əhatə edib, e) Qəbilə quruluşu formalaşıb.

8. E.ə III minilliyin ikinci yarısından e.ə II minilliyin sonuna qədər davam etmişdi:

a) Orta tunc, b) Üst paleolit, c) Erkən tunc, d) Mezolit, e) Neolit.

9. Göstərilənlər aiddir:

— Əhalinin yoxsul və varlılara ayrılması gücləndi

— Süni suvarma şəbəkələri genişləndi

— E.ə II-I minillikləri əhatə edir.

a) Son tunc, b) Neolit, c) Mezolit, d) Erkən tunc, e) Paleolit.
10. İbtidai insanlar vəhşi heyvanlardan qorunmaq və qida əldə etmək üçün nə etdilər?

a) birgə yaşamağa başlamışdılar, b) Oddan istifadə etməyə başlamışdılar, c) silahlar düzəltməyə başlamışdılar, d) ox və kamandan istifadə etməyə başlamışdılar e) Qəbilə quruluşunu yaratmışdılar.

11. Uyğun variantı seçin:

1. Erkən Tunc. 2. Orta Tunc. 3. Son Tunc.

A. Siklopik tikililər meydana gəldi. B. Əhali dağətəyi və dağlıq zonalarda məskən saldı.

C. “Köçmə maldarlığı” meydana gəldi.

a) 1C, 2B, 3A, b) 1A, 2B, 3C, c) 1B, 2C, 3A, d) 1B, 2A, 3C e) 1C, 2A, 3B
12. Alt paleolitə aid olanı seçin:

1. Anaxaqanlıq 2. Ibtidai icma sürüsü 3. Tayfa ittifaqı 4. “Azıx adamı” 5. Qəbilə quruluşu.

a) 2,4,5 b) 2,3,4 c) 1,5,4 d) 1,2,3 e) 5,3,1.
13. İkinci ictimai əmək bölgüsü nəticəsində:

a) Sənətkarlıq digər sahələrdən ayrıldı, b) Maldarlıq müstəqil peşəyə çevrildi, c) Sənətkar-tacir qrupu ayrıldı, d) Əkinçilik maldarlıqdan ayrıldı, e) Boyalı qablar mədəniyyəti yarandı.

14. Quruçay mədəniyyəti aiddir:

a) Alt paleolitə, b) Orta paleolitə, c) Üst paleolitə, d) Son Tunca, e) Mezolitə.

15. Azərbaycan ərazisində ibadət evlərinin aşkar edildiyi düşərgələr hansı ibtidai mərhələyə aiddir?

a) Erkən Tunca, b) Son Tunca, c) Mezolitə, d) Orta Paleolitə, e) Neolitə.

16. Xronoloji ardıcılığı düzün:

1. Kür-Araz mədəniyyəti 2. II Böyük ictimai əmək bölgüsü 3. Süni suvarma şəbəkələrinin genişlənməsi 4. Neolit inqilabı. 5. İlk metalın əldə edilməsi

a) 4, 5, 1, 2, 3 b) 5, 4, 3, 2, 1 c) 3, 1, 4, 5, 2 d) 3, 5, 4, 1, 2 e) 4, 5, 2, 1, 3
17. Duluşçuluq məhəlləsi və duluş sobaları tapılmışdır:

a) kültəpədən b) qobustandan c) əliköməktəpədən d) babadərvişdən e) şəkərtəpən

18. Azərbaycanda “ağıllı insanın” formalaşması başa çatdı:

a) üst paleolitdə b) orta paleolitdə c) orta tuncda d) erkən tuncda e) alt paleolitdə.

19. Toxuculuq və saxsı qablar kəşf olunmuşdu:

a) neolitdə b) mezolitdə c) orta pareolitdə d) erkən paleolitdə e) alt paleolitdə

20. Toxa əkinçiliyi xış əkinçiliyini əvəz etdi:

a) erkən tuncda b) mezolitdə c) son tuncda d) eneolitdə e) dəmir dövründə

21. Azərbaycan ərazisində hansı dövrdə süni suvarma artmış və iri kanallar yaranmışdır:

a) orta tuncda b) neolitdə c) eneolitdə d) paleolitdə e) erkən tuncda.

22. Variantlardan hansı dəmir dövrünə aiddir?

a) sinifli cəmiyyətin yaranması b) xış əkinçiliyinin meydana gəlməsi c) ovçuluğun yaranması

d) mübadilənin yaranması e) toxa əkinçiliyinin meydana gəlməsi.

23. Azərbaycan tarixini öyrənmək üçün hansı qaynaq və mənbələrdən istifadə olunur?

a) arxeoloji və yazılı mənbələrdən b) heyvan və bitgi qalıqlarından

c) qəbir, qayaüstü abidələrdən və yazılı mənbələrdən d) qədim yaşayış məskənlərindən

e) arxeoloji və qəbir abidələrindən.
24. Zərdüştlüyün baş məbədi Atropatenanın hansı şəhərində idi?

a) Qazaka b) Persol c) Kabala d) Suz e) Partav

25. “Epiqrafiya tarixə köməkçi elm sahəsi kimi nədən bəhs edir?

a) qədim şəkli yazılardan b) qədim xalqların həyatından c) qədim pullardan

d) qədim insan quruluşundan e) qədim şəhərlərdən.
26. “Etnoqrafiya” sözünün mənası:

a) xalqları öyrənirəm b) dilləri öyrənirəm c) yazı yazıram

d) dinləri öyrənirəm e) şəkil çəkirəm.
27. Kuti dövlətinə aid deyil:

a) Aratta dövləti ilə əsrlər boyu mübarizə aparmışlar. b) Mesopotomiyaya dəfələrlə yürüş etmişdir

c) E.ə XII əsrdə sonuncu hökmdarı Tirikana qarşı üsyan baş vermişdir d) Mesopotomiyada 100 ilə qədər hakimiyyətdə olmuşdular e) Akkad dövləti ilə hərbi münaqişədə olmuşdur
28. Uyğun variantı seçin:

1. Kuti a. Urmiyanın cənub-şərqi

2. Aratta b. Urmiyanın cənubu

3. Lullubi c. Urmiyanın qərbi və cənub-qərbi

a) 1c, 2b, 3a b) 1b, 2a, 3c c) 1a, 2b, 3c d) 1a, 2c, 3b e) 1c, 2a, 3b.
29. Xronoloji ardıcıllığı müəyyən edin:

1. Mannada hakimiyyətin irsi olması, 2. Kuti dövlətinin yaranması, 3. Kutilərin Akkad dövlətini məğlubiyyətə uğratması, 4. Assur hökmdarı III Tiqlaqpalasarın Mazamua vilayətini tutması 5. Manna dövlətinin süqutu.

a) 2,3,4,1,5 b) 1,2,3,4,5 c) 2,3,4,5,1 d) 3,1,2,5,4 e) 5,2,3,1,4.
30. Lullubi tayfalarını vahid hakimiyyət altında birləşdirən hökmdar: a) İmmaşqun b) Naram- Suen c) Satuni d) Anubani e) Enridavazi

31. E.ə. 2-ci minilliyin əvvəlində Urmiya gölü ətrafında Lullubi və Kuti tayfalarından sonra hakimiyyətə gəlmiş sülalələr:

a) Turukki və Sular b) Skiflər c) Saklar d) Kimmerlər e) Mannalılar
32. İranzuya qarşı baş verən üsyandan neçə il sonra Ahseriyə qarşı üsyan oldu.

a) 69 b) 29 c) 39 d) 49 e) 23

33. Aratta və Mannanın oxşar tərəfi:

a) Urmiya gölü ətrafında yaranmaları b) e.ə III minillikdə yaranmaları c) Şumer dövlətini məğlib etmələri d) Şımali Azərbaycan ərazisində yaranmaları e) təkallahlılığa sitayiş etmələri.
34. Manna dövlətinə aid deyil:

a) Midiya dövlətini süquta uğratmışdır

b) Hakimiyyətdə türk sülaləsi idi

c) E.ə. VIII əsrin II yarısında hakimiyyət irsi olmuşdu

d) E. ə .IX əsrdə yaranmışdır

e) Burada mərkəzləşmiş dövlət qurulmuşdu.

35. Xronoloji ardıcıllığı müəyyən edin:

1. Qaumatanın hakimiyyəti ələ keçirməsi 2. Araz çayı yaxınlığındakı döyüşdə II Kirin öldürülməsi 3. Əhəməni imperiyasının süqutu 4. Qavqamela döyüşü 5. II Kirin Astiaqı məğlub edərək yeni dövlət qurması.

a) 5,2,1,4,3 b) 5,1,3,4,2 c) 1,3,2,5,4 d) 3,2,5,1,4 e) 2,1,3,4,5.
36. Sak və Kuti ölkələrinin hökmdarı Titulunu daşıyırdı:

a) Tuqdamme b) İranzu c) II Sarqon d) Ahseri e) Anubani.

37. E.ə 719-cu il və e.ə 716-cı il Manna tarixinə aiddir:

a) Manna hökmdarının hakimiyyətdən getməsi b) hakimiyyət I Rusanın əlaltılarının gəlməsi

c) akkadların yürüşünə məruz qalmaları d) Kimmer, Skif, Sakların axınına məruz qalmalrı

e) hakimiyyətə fars mənşəli hökmdarların gəlməsi.

38. Manna hökmdarlarının hakimiyyət ardıcıllığını müəyyən et?

a) İranzu, Aza, Ulussun, Axşeri, Ualli b) İranzu, Axşeri, Ulusun, Aza, Ualli c) İranzu, Aza, Axşeri, Ulussun, Ualli d) Aza, İranzu, Ulussun, Axşeri, Ualli e) İranzu, Ualli, Axşeri, Ulussun, Aza.

39. İskitlər hansı illərdə Midiyada ağalıq etmişdir?

a) e.ə 653-625 b) e.ə 656-617 c) e.ə 599-504 c) e.ə 578-555 e) e.ə 670-634.

40. Əhəməni imperiyasının yaranması ilə II Kirin Araz çayından şimalda yaşayan massagetlər üzərinə hücumu arasında neçə il fərq var?

a) 20 b) 30 c) 37 d) 45 e) 23

41. Sak, Skif və Kimmerlərin oxşarlığı:

a) Manna ərazisində məskunlaşmışdılar b) Mannanın əsasını qoymuşdular c) Assuriyanı işğal etmişdilər d) Atropatenanın yerli əhalisi hesab olunurdular e) II Sarqonun qoşunlarını məğlub etmişdilər.

42. Kimmer, Skif, Sak tayfaları nəyə inanırdılar:

a) Coxallahlılığa b) Zərdüştliyə c) Təkallahlılığa d) Xristianlığa e) Atəşpərəstliyə

43. İskit padşahlıqı süqut etdi:

a) E.ə VI əsrdə b) E.ə.V əsrdə c) Eramızın ilkin illərində d) E.ə.IV əsrin sonu e) E.ə. VII əsrdə

44. Midiyanın əsasını qoymuşdu:

a) Deyok b) Kiaksar c) Axşeri d) II-Kir e) Astiaq

45. Midiya dövlətinin mövcudluğuna necənci ildə kim tərəfindən son qoyulmuşdur:

b) E.ə.634-ci ildə Assur hökmdarı Aşurbanipal tərəfindən

c) E.ə. 330-cu ildə Makedoniyalı İskəndər tərəfindən

d) E.ə. 650-ci ildə Mannalı Axseri tərəfindən

e) E.ə.323-cü ildə Atropat tərəfindən.
46. II Sarqonun Mannaya hücumu ilə Aşşurbanipalın Mannaya hücumu arasında neçə il fərq var?

a) 66 b) 71 c) 68 d) 84 e) 61.

47. “Kerifto” adlı yerdən aşkar edilən memarlıq abidəsi nəyi sübut edir?

a) Atropatena mədəniyyətinə yunan yazı və əsəatirlərinin təsirini b) Mannada çoxallahlığın mövcud olduğunu c) Atropatena dövlətinin Roma əsarətində olduğunu d) Atropatenada atəşpərəstliyin əsas din olduğunu e) Atropatenada Assur yazılarının təsirinin olduğunu.

48. Variantlardan biri II Kirə aid deyil:

a) Makedoniyalı İskəndərlə mübarizə apardı. b) Özünü Midiya şahı elan etdi c) Babilistanı işğal etdi d) Ekbatana şəhərini paytaxt elan etdi e) İran dövlətinin əsasını qoydu

49. E.ə IV əsrin ikinci yarısında baş vermişdir:

a) Bariaksın üsyanı b) İran dövlətinin yaranması c) Midiyanın süquti

d) Mannanın süqutu e) Maqneziya vuruşması.
50. Xronoloji ardıcıllığı müəyyənləşdir:

1. Qavqamela döyüşü 2. Şuandahul və Durdukka şəhərlərindəki üsyan 3. Maqneziya döyüşü

4. Atəşpərəstliyin yaranması 5. Atropatena ilə Roma dövlətləri arasındakı döyeşlər.

a) 2,4,1,3,5 b) 2,4,3,1,5 c) 1,3,2,5,4 d) 5,1,3,2,4 e) 3,5,2,4,1.

51. Atropatena dövlətini idarə edirdi:

a) Padşah b) Xalq yığıncağı c) Ağsaqqallar şurası d) Yerli canişinlər e) varlı quldarlar.

52. Quamata dövlət çevrilişi etdi:

a) II Kambis Misir səfərində olarkən b) III Dara İskəndərə məğlub olduqdan sonra c) I Dara öldükdən sonra e) II Kirin Tomrisə məğlib olmasından sonra.

53. Atropatena haqqındakı variantlardan biri yanlışdır:

a) Hegemon-klassik quldar dövləti idi b) Mədəniyyətinə Yunan mədəniyyətinin təsiri olmuşdur

c) Dövləti Atropat yaratmışdır d) Orduya padşah özü rəhbərlik edirdi e) Bir müddət Selevkilərdən asılı vəziyyətdə olmuşdur.
54. Atropatenada “Maq” kimlərə deyilirdi?

a) din xadimlərinə b) qullara c) iri feodallara d) azadlara e) iri quldarlara.

55. Göstərilənlərdən hansı Atropatena hökmdarı olmayıb?

a) Artaban b) Atropat c) Artobazd d) Artobazan e) Ariobarzan.

56. Bizim eranın 20-ci ilinə aiddir:

a) Atropatena dövlətinin Parfiyanın Arşakilər sülaləsinin hakimiyyəti altına keçməsi. b) Parfiya dövlətinin Roma imperiyasına məğlub olması c) Albaniya dövlətinin Alanların hücumuna məruz qalması d) Maqneziya döyüşündə selevkilərin romalılar tərəfindən məğlub edilməsi e) Roma sərkərdəsi Antoninin Faaspaya hücum etməsi

57. Xronoloji ardıcıllığı düzün:

1. Pompeyin Albaniyaya yürüşü 2. Roma imperatoru Neronun Albaniyaya yürüşə hazırlaşması

3. Qobustan kitabəsində romalıların izləri 4. Roma imperatoru Adrianın Albanlarla dostluğu.

a) 1,2,3,4. b) 3,2,4,1 c) 1,3,2,4 d) 4,1,3,2 e) 4,3,2,1

58. Roma sərkərdəsi Pompeyin və Antoninin yürüşləri zamanı Albaniyanı hansı hökmdarlar idarə edirdi?

a) Oroys, Zober b) Oroys, Kozis c) Kozis, Vaçe d) Vaçe, Oroys e) Kozis, Zober.

59. Sasani hökmranlığı zamanı Albaniyada ərəblərin “iqta”sını əvəz edən torpaq mülkiyyət forması hansı idi.

a) xostak. b) patrik c) şinakan d) xaraq e) dastakert

60. E.ə VI Əsrə aiddir:

a) Azərbaycanda vahid xalqın yaranması prosesinin başlanması b) İranzuya qarşı üsyan c) II Sarqonun Mannaya yürüşü d) Mannanın süqutu e) Aratta dövlətinin yaranması.

61. E.ə I əsrə aiddir:

a) Pompeyin Albaniyaya yürüşü b) Alanların Azərbaycana yürüşü c) Qavqamela döyüşünün baş verməsi d) Massagetlərin Albaniyaya yürüşü e) Maqneziya döyüşünün başverməsi.

62. Katakomba abidələri aşkar edilmiş şəhərlər:

1. Mingəçevir 2. Naxçıvan 3. Salyan 4. Şəki 5. Qəbələ.

a) 1,5 b) 1,4 c) 2,3 4) 3,4 e) 5,2
63. III əsrin ortalarına qədər davam etmişdir:

a) Roma – Alban əlaqələri b) Makedoniya – Alban əlaqələri c) Parfiya – Roma müharibəsi

d) İran – Makedoniya müharibəsi e) II Sarqonun Urartuya yürüşləri.
64. Atropatena və Albaniya dövlətləri yarandı:

a) Midiya dövlətinin süqutu nəticəsində b) İskəndərin imperiyasının parçalanması nəticəsində

c) Maqneziya döyüşü nəticəsində d) Selevki imperiyasının parçalanması ilə e) İran dövlətinin yaranması ilə.
65. E.ə I əsrin 30-cu illərinə aiddir:

a) romalıları yenidən şərqə yürüşü b) şüşə qabların istehsalı c) yeni pulların istifadəyə verilməsi d) su dəyirmanlarından istifadə edilməsi e) katakomba qəbirlərinin yaradılması.

66. Kür çayı sahilində döyüş baş verdi:

a) romalılarla albanlar arasında b) romalılarla alanlar arasında c) selevkilərlə atropatenalılar arasında d) yunanlarla albanlar arsında e) makedoniyalılarla iranlılar arasında.

67. Üzük möhürlərdən istifadə edirdilər:

1. Sənədləri təsdiq etmək üçün 2. Məhsulların qablarını möhürləmək üçün 3. Dəblə ayaqlaşmaq üçün 4. Zadəgan olduqlarını sübut etmək üçün.

a) 1,2 b) 2,3 c) 3,4 d) 1,4 e) 2,4
68. Xronoloji ardıcıllığı müəyyən edin:

1. Amid döyüşü 2. Sanatürkün erməni çarlığına yürüşü 3) Dizirav döyüşü

4. Erməni çarlığının süqutu.

a) 2,1,3,4 b) 4,2,1,3 c) 1,3,2,4 d) 3,1,4,2 e) 2,3,1,4.

69. Atropatenada mövcud olan əsas vergilər:

a) xaraq, gezit b) dastakert, xostak c) xaraq, dastakert d) gezit, cizyə e) xüms, zəkat

70. Məzdəkilərlə bağlı olan variantlardan yanlış olanı göstərin:

a) Xeyri şər üzərində qələbəsinin mümkünsüzlüyünü qeyd edirdilər. b) İnsanlar arasında əmlak bərabərliyi yaratmaq istəyirdilər c) Əmlakı varlılardan alıb yoxsullara paylayırdılar d) Ədalətli cəmiyyəti mübarizə yolu ilə yaratmaq istəyirdilər e) Ədalitli cəmiyyəti qurmaq istəyirdilər

71. Azərbaycanda feodal münasibətləri nə vaxt meydana gəlib?

a) III-V əsrləsdə b) III-IV əsrlərdə c) II-III əsrlərdə d) IV-V əsrlərdə e) V-VI əsrlərdə.

72. Erkən orta əsrlərdə Azərbaycana olmuş türk axınları hansı millətin adı ilə bağlıdır?

a) hunların b) kimmerlərin c) alanların d) skiflərin e) xəzərlərin

73. Sasanilərin köçürmə siyasətinin məqsədləri nədən ibarət idi?

1. özlərinə etnik dayaq yaratmaq istəyirdilər b) xəzinənin yükünü yüngülləşdirmək üçün imperiyada yeksək maaş alanları köçürmək istəyirdilər c) xristian dininin təbliğinə qarşı güclü dayaq yaratmaq istəyirdilər d) torpaqsız İran kəndlilərini münbit torpaqlarla təmin etmək istəyirdilər.

a) 1,4 b) 1,3 c) 2,4 d) 2,3 e) 1,2
74. Natural təsərrüfat nədir?

a) bazarla əlaqəsi olmayan, bütün zəruri təsərrüfat mallarının malikanə daxilində istehsal olunduğu təsərrüfat b) bazarla əlaqəsi olan, bütün zəruri tələbat mallarının malikanə daxilində istehsal olunduğu təsərrüfat c) bazarla əlaqəsi olmayan, zəruri təlabat mallarının malikanədən kənarda istehsal olunduğu təsərrüfat d) bazarın rol oynamadığı, bütün istehsalın satış üçün hazırlandığı təsərrüfat e) insanların özlərinin ehtiyacını ödəmək üçün əldə etdiklərinin bir hissəsinin bazar üçün istehsal olunduğu təsərrüfat.

75. Xristianlığı dövlət dini elan etmiş Alban hökmdarı kimdir?

a) Urnayr b) Cəsur Vardan c) Mömin Vaçaqan d) Sanatürk e) I Vaçe

76. Albaniyada xırda və orta torpaq sahibləri necə adlanırdı?

a) azatlar b) patriklər c) maliklər d) icmalar e) rəncbərlər.

77. Albaniyada kəndlilər necə adlanırdı?

a) şinakan b) rəiyyət c) rəncbər d) azat e) xostak

78. Albaniyada hakimiyyətdə olmuş sülalələrin ardıcıllığını göstərin:

a) arani, massaget-arşaki, mehrani b) arşaki, arani, mehrani c) mehrani, arani, arşaki

d) massaget-arşaki, mehrani, arani e) arani, arşaki, məzyədi.
79. Orta əsrlərdə “İerarxiya” nə idi?

a) feodal nərdivanı. b) xüsusi vəzifə c) kəndli sinfi d) döyüş strategiyası e) feodal rütbəsi

80. Roma ordusu ilə Albanlar arasında baş vermiş “Kür” vuruşması ilə “Qanıx” döyüşü arasında neçə il fərq var?

a) 1 b) 10 c) 3 d) 7 e) 17.

81. Alban hökmdarı II Vaçe və III Mömin Vaçaqanı birləşdirirdi:

a) xristian dini etiqadını təbliğ etmələri b) atəşpərəstlik ehkamlarını müdafiə etmələri

c) Albaniyanın Roma ilə ittifaqına meyl etmələri d) xəzərlərin hücumunu dəf etmələri

e) Romaya qarşı mübarizədə sasanilərlə birgə iştirak etmələri.

82. Girdiman qalası kimin zamanında tikilmişdir?

a) Vardan b) Cavanşır c) II Vaçe d) III Vaçaqan e) Urnayr

83. Xronoloji ardıcıllığı müəyyən edin:

1. Mehranilərin Albaniyada hakimiyyətə gəlməsi 2. Sasanilərin süqutu 3. Mani hərəkatı

4. Məzdəkin edamı 5. Aquen kilsə məclisi.

a) 3,5,4,1,2 b) 1,3,2,5,4 c) 2,4,3,1,5 d) 4,3,5,2,1 e) 5,1,2,4,3.

84. Sasani dövləti ilə Alban dövlətinin oxşarlığı:

a) əhalisinin dörd təbəqəyə bölünməsi b) Atropatenanı işğal etmələri c) eyni vaxtda yaranmaları d) türk dilli sülalə tərəfindən idarə olunmaları e) Pompeyin hücumuna məruz qalmaları.

85. Bizim eranın V əsrinə aiddir:

a) Aquen kilsə məclisi b) Amid döyüşü c) Dzirav döyüşü

d) Məzdəkin edamı e) Mehranilərin Albaniyada hakimiyyətə gəlməsi.
86. Urnayrın Amid və Dzirav döyüşlərində Sasanilər tərəfindən vuruşmasının səbəbi:

1. sasani hökmdarının hörmətini qazanaraq erməni çarlığından pay almaq 2. alban torpaqlarının bütövlüyünü qorumaq 3. erməni dəstələrinin Albaniyaya qarşı qəsbkarlığına son qoymaq

4. ölkə baş qaldırmış qiyamları yatırmaq.

a)2, 3, b) 4,3 c) 1,4 d) 2,4 e) 1,3

87. III əsrə aid deyil:

a) Sanatürkün yürüşü b) Parfiyanın süqutu c) Atropatenanın Sasanilərin tərkibinə qatılması d) Sasani dövlətinin yaranması e) Albaniyanın Sasani dövləti tərkibinə qatılması.

88. Xəlifə Əlinin zamanımda əsas diqqət yönəldilirdi:

a) xərac yığılmasına deyil, torpağı səmərəli əkib becərməyə b) iri feodallardan əlavə vergilərin alınmasına c) torpağın əkilib əkilməməsindən asılı olmayaraq xərac toplanmasına d) əhalinin bütün vergilərdən azad olunmasına e) xristianlardan can vergisinin alınmasına.

89. VII əsrin 60-cı illərinin əvvəlləri və VIII əsrin 90-cı illərinin oxşarlığı.

a) xəzərlərin Azərbaycana hücumu b) xəzərlərin Albaniyaya hücumu c) ərəblərin Dərbənddən şimala hücumu d) sasanilərlə ərəblər arasında döyüşlər e) Sasani dövləti tərkibində üsyanların baş verməsi.

90. Alban hökmdarı Cavanşır Albaniyaya qayıtdıqdan sonra ərəblərə qarşı ittifaqa girdi:

a) Bizansla b) xəzərlərlə c) Roma ilə d) Sasani dövləti ilə e) səlcuq türkləri ilə.

91. Xronoloji ardıcıllığı müəyyən edin:

1. Kadisiya döyüşü 2. Cavanşırın xəlifə Müaviyyə ilə görüşməsi 3. Mehranilərin süqutu

4. Girdiman dövlətinin yaranması.

a) 4,1,2,3, b) 3,1,2,4 c) 4,3,1,2 d) 1,2,3,4 e) 2,4,3,1.

92. Ərəblərlə Sasanilərin yeritdikləri siyasətin oxşar cəhətləri:

1. Köçürmə siyasəti həyata keçiriblər 2. Eyni əsrdə süqut ediblər 3. Roma ilə müharibə aparıblar 4. Can vergisi alıblar.

a) 1,4 b) 1,3 c) 2,4 d) 1,2 e) 2,3.
93. Həmədan döyüşü ilə Kadisiyyə döyüşünün oxşarlığı:

1. VII əsrin 30-cu illərində baş verməsi 2. ərəblərin məğlub olması 3. Sasanilərin məğlub olması 4. xəzərlərin qalib gəlməsi 5. eyni əsrdə olması.

a) 3,5 b) 1,3 c) 1,2 d) 2,4 e) 2,5
94. Xəlıfə Müaviyyənin Cavanşırə güzəştə getməsinin səbəblərinə aid deyil:

1. Albaniyanın strateji coğrafi mövqeyi 2. Xilafətin Bizansa qarşı mübarizəsində Cavanşırın ərəblərə kömək etməsi 3. Cavanşırın şəxsi nüfuzu 4. Ərəblərin Cavanşırdən gələcəkdə xəzərlərə qarşı istifadə etmək istəməsi.

a) 2,4 b) 1,3 c) 2,3 d) 1,4 e) 1,2.
95. Göstərilənlər hansı torpaq mülkiyyəti üçün xarakterikdir:

—- Dövlət tərəfindən orduda göstərdiyi sədaqətli xidmətə verilirdi.

—- Sahibinin şəxsi mülkiyyətinə çevrilir və nəsildən nəsilə keçirdi.

a) bağışlanan iqta b) icarəyə verilən iqta c) dastakert d) xərac e) mülk

96. Ərəb ağalığı zamanı “Bərid” nə idi?

a) poçt xidməti b) dövlət orqanı c) vergi növü d) mülkiyyət forması e) dini idarə

97. Ərəb ağalığı zamanı “Mövliya” kimlərə deyilirdi?

a) yerli əyanlara b) Xristianlara c) Azərbaycanda məskunlaşmış ərəblərə d) varlı əyanlara e) atəşpərəstlərə.

98. Azərbaycanda nigah bağlanmasından, ölü basdırılmasından, novruz bayramı keçirilməsindən belə vergi alanərəb xəlifəsi kim idi?.

a) Əl-Mənsur b) Əl-Mötəsim c) Əl-Mömin d) Harun-ərRəşid e) Müaviyyə.

99. Xilafət ağalığı zamanı “Amil” kimlərə deyilirdi?

a) vergilərin yığılmasına nəzarət edən əmir müavininə b) şəhər hakiminə c) iri torpaq sahibinə d) vəzirə e) məhkəmə işlərinə baxana.

100. II Bələncər vuruşması ilə ərəblərin Albaniyanın müstəqilliyinə təmamilə son qoyması arasında neçə il fərq var?

a) 52 b) 53 c) 152 d) 78 e) 155.

101. Savalan vuruşması ilə Xürrəmilərin ərəblərə qarşı ikinci üsyanı arasında neçə il fərq var?

a) 78 b) 108 c) 75 d) 88 e) 107

102. Sasani şahı ilə ərəb xəlifəsinin Cavanşirə münasibətdə oxçarlığı:

a) ona hörmət və ehtiram göstərib, hədiyyələr vermələri b) Bizansa qarşı onunla ittifaqa girmələri

c) onu qoşuna sərkərdə təyin etmələri d) xəzərlərə qarşı Cavanşırdən istifadə etmələri e) ölkə daxilindəki üsyanları yatırmaqda Cavanşırdən istifadə etmələri.
103. 653-cü ilə aiddir:

a) İkinci Bələncər döyüşü b) Dərbənd səddinin tikilməsi c) Ərdəbil müqaviləsi

d) Nəhavənd döyüşü e) Birinci Bələncər döyüşü.
104. Xronoloji ardıcıllığı düzün:

1. Ərəblərin Azərbaycanda əhalini, mal-qaranı siyahıya alması 2. Albaniyanın süqutu

3. II Bələncər döyüşü 4. Kadisiya döyüşü 5. Sasanilərin süqutu.

a) 4,5,3,2,1 b) 5,4,3,2,1 c) 4,5,2,3,1 d) 5,4,3,1,2 e) 4,3,5,1,2.

105. VII əsrin 40-cı illərinə aid deyil:

a) Ktesifon döyüşü b) Ərdəbil əhalisinin ərəblərə qarşı yenidən üsyan qaldırması

c) I Bələncər döyüşü d) Nəhavənd və Həmədan döyüşləri e) Ərəblərin Dərbənddən şimala ilk hücumu.
106. Yerli əhalidə ərəblərə qarşı münasibətdə mülayimləşməyə səbəb olan amillərə daxil deyil:

a) əhalinin bütün vergilərdən azad edilməsi b) xilafətin Azərbaycandan topladığı vergilərin və töycülərin miqdarının sasanilərinkindən dəfələrlə az olması c) adamların şəxsiyyətinin və mülkiyyətinin qorunması d) xalqın ərəblərə qədərki yadelli basqınlardan əziyyət çəkməsi

e) dağıdıcı Sasani-Bizans müharibələrinin xalqa vurduğu zərbə.
107. VIII əsrə aid deyil:

a) Xürrəmilərin ikinci üsyanı b) Albaniyanın daxili müstəqilliyinin ərəblər tərəfindən ləğv edilməsi c) Xaricilərin üsyanı d) Beyləqanda Müsafirin başçılığı ilə üsyan e) Babəkin anadan olması.

108. Ərəb sərkərdəsi Buğa Əbu Musa üsyanını yatırmışdır:

a) hiylə işlədərək b) onu danışıqlarla öz tərəfinə çəkərək c) yerli əyanların xəyanətindən istifadə edərək d) üsyan iştirakçılarının bir qismini öz tərəfinə çəkərək e) böyük hərbi qüvvə tətbiq edərək.

Azerbaycan tarixi test toplusu

1. Tarixga yordamchi bo�lgan epigrafika fani nimani o�rganadi? 2. Tangalarni tadbiq etish bilan shug�ullanuvchi fanni aniqlang. 3. Odamlarning Qadim o�tgan zamonlarda yashagan manzilgohlarida qazishma ishlarni kimlar amalga oshiradilar? 4. Yevropada o’rta asrlar tarixi qaysi asrlarni o’z ichiga oladi? 5. O�rta asrlar kishilik jamiyati Yevropada nima deb atalgan? 6. Qaysi asrlar Yevropa tarixiga xalqlarning buyuk ko�chishi nomi bilan kirgan? 7. German qabilasi vandallar harbiy Rim imperiyasiga qarashli Qaysi hududda o�z davlatlariga asos solganlar? 8. O�rta Osiyoda o�rta asrlar tarixi qaysi asrlarni o�z ichiga oladi? 9. “O�zlikni anglash tarixni bilishdan boshlanadi. haqqoniy tarixni bilmasdan esa o�zlikni anglash mumkin emas” bu fikr kimga tegishli? 10. Ilk o�rta asrlarda mulkdor tabaqa nima deb yuritilgan? 11. V asrning o�rtalariga kelib Mavoraunnahrdagi ekin maydonlarining asosiy qismi kimlar qo�lida edi? 12. Qoraqalpoqlarning birlashuvida muxim ro�l o�ynagan shaxsni aniqlang? 13. Sirdaryobuyi Qoraqalpoqlari Eshimxon boshchiligida qoraqalpoq xonligiga birlashtirilgan yilni aniqlang? 14. Qozoq xoni Abulxayrxon tarkibida qoraqolpoq vakilari xam bo�lgan o�z elchilarini Peterburgga jo�natgan vaqtni aniqlang? 15. Elbarsxon davrida Orolbo�yi o�zbeklari va Qoraqalpoqlar Xiva xonligi hokimiyatini tan olgan yilni aniqlang? 16. X. Kolumb ekspedisiyasi 1492 yil 12 oktyabrda qaerga yetib keldi? 17. A. Vespuchchi (1454-1512) Portugaliya ekspeditsiyasi tarkibida Braziliya qirg�oqlarini tadbiq etgan yilni aniqlang. 18. 1515 yildan boshlab Amerika nomi qaysi davlat xaritalarida uchray boshladi?

Comments are closed, but trackbacks and pingbacks are open.