Press "Enter" to skip to content

Yaqub Mahmudov

Bizim eranın ilk yüzilliklərində ölkə əhalisinin əksəriyyətini təşkil edən və hərbi-siyasi cəhətdən daha

Azerbaycan tarixi yaqub mahmudov

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Azərbaycan: qısa dövlətçilik tarixi

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

Yaqub Mahmudov

Azərbaycanlılar Altay dil ailəsi türk qrupunun oğuz qoluna mənsub olan Azərbaycan dilində danışırlar.

[Avropa] irqin xəzər [kaspi] tipinə aid olunurlar. Müsəlmandırlar.

Azərbaycanlıların soyköklərində başlıca olaraq kuti, lullubi. turuk (turukku), hürri, kimmer, iskit (skit,

skif), sak, hun, bulqar, xəzər, barsil, peçeneq, suvar, qıpçaq, habelə başqa türk və qeyri-türk etnosları iştirak

etmiş, oğuz türkləri (ağqoyunlular, qaraqoyunlular, səlcuqlar və b.) bu prosesdə həlledici rol oynamışlar.

Azərbaycanlıların sayı təqribən 60 milyondur: o cümlədən Azərbaycan Respublikasında – 8 milyondan çox,

Cənubi Azərbaycanda və İranın digər bölgələrində – təqribən 35 milyon.

Azərbaycan ərazisinin Avropanı Asiya ilə, Rusiyanı Yaxın və Orta Şərqlə əlaqələndirən çox mühüm

hərbi-strateji mövqedə yerləşməsi, həm də zəngin yeraltı və yerüstü sərvətlərə malik olması Azərbaycan

xalqının tarixi müqəddəratında dərin iz buraxmışdır. Ayrı-ayrı tarixi dövrlərdə Azərbaycan torpaqlarını işğal

etməyə və burada möhkəmlənməyə çalışan böyük dövlətlərin (İran-Əhəməni dövləti, İran-Sasani dövləti, Bizans

imperiyası, Ərəb xilafəti, Rusiya imperiyası, SSRİ və b.) azərbaycanlıları assimilyasiyaya uğradıb yox etmək və

Qafqazı azərbaycanlılardan «təmizləmək» siyasəti nəticəsində daim təqiblərə, repressiyalara, sürgünlərə,

soyqırımlarına məruz qalan azərbaycanlılar müxtəlif dövrlərdə doğma yurdlarını tərk etməyə məcbur olmuş,

dünyanın müxtəlif ölkələrinə səpələnmişlər.

Hazırda azərbaycanlılar doğma vətənləri olan Azərbaycan Respublikası (Şimali Azərbaycan)Cənubi

Azərbaycanla yanaşı, aborigen əhali kimi toplu halda, ən qədim zamanlardan başlayaraq İranın müxtəlif

bölgələrində, Iraq, Şərqi Anadolu, Gürcüstan (əsasən ölkənin cənub-şərqindəki tarixi Borçalı mahalı ərazisində),

Dağıstan və başqa yerlərdə də yaşayırlar.

XIX əsrin əvvəllərində Rusiya imperiyasının Cənubi Qafqazda apardığı işğalçılıq müharibələri və

müstəmləkəçilik siyasəti nəticəsində azərbaycanlılar öz ata-baba torpaqlarından – Türkiyə və İran ilə həmsərhəd

olan Qərbi Azərbaycan torpaqlarından zorla sürgün olunmuş, həmin ərazidə 1828-ci ildə «Erməni vilayəti»,

1918-ci ildə isə erməni dövləti yaradılmışdır.

Müxtəlif tarixi dövrlərdə doğma Vətəndən didərgin salınmış azərbaycanlılar, həmçinin Türkiyə, Rusiya

Federasiyası, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan, Ukrayna, Belarus, Litva, Latviya,

Estoniya və başqa ölkələrdə də yaşayırlar. Ayrı-seçkilik siyasəti və ağır təqiblər nəticəsində Cənubi Azərbaycan

və İranın digər bölgələrində yaşayan azərbaycanlılar daha böyük kütlələrlə Avropa, Amerika, Yaxın və Orta

Şərq ölkələrinə, habelə müxtəlif Afrika ölkələrinə və Avstraliyaya mühacirət etməyə məcbur olmuşlar. Hazırda

bir çox Avropa, Asiya və Amerika ölkələrində çoxsaylı azərbaycanlı diasporları fəaliyyət göstərir.

Azərbaycanlıların vahid xalq kimi formalaşması prosesi şimaldan Baş Qafqaz dağları, cənubdan

Sultaniyyə – Zəncan – Həmədan hüdudları, qərbdən Şərqi Anadolu və Göyçə gölü hövzəsi də daxil olmaqla

Alagöz dağ silsiləsi, şərqdən isə Xəzər dənizi ilə əhatə olunan tarixi Azərbaycan torpaqlarında baş vermişdir.

Azərbaycan ərazisi, bu diyarın dünyanın ən qədim insan məskənlərindən biri olduğunu sübut edən

arxeoloji abidələrlə son dərəcə zəngindir. Azıx, Tağlar, Damcdı, Daşsalahlı, Qazma, Tamtama, Buzeyir

mağaralannda, habelə Şimali və Cənubi Azərbaycanın başqa çoxsaylı arxeoloji abidələrində aşkar olunan

qiymətli tapıntılar, o cümlədən 300-400 min il bundan əvvəl yaşamış Aşöl dövrünə aid qədim insanın (Azıx

adamı və ya Azıxantrop) çənə sümüyü Azərbaycanın ibtidai insanların formalaşdıqları əraziyə daxil olduğunu

sübut edir. Bu nadir tapıntıya görə Azərbaycan ərazisi «Avropanın ən qədim sakinləri» xəritəsinə daxil

Dünyanın ən qədim insan məskənlərindən biri olan Azərbaycanın əhalisi hələ Qədim daş dövründən

(paleolit) başlayaraq yüksək mədəniyyət yaratmışdır. Orta daş dövrü (mezolit)Yeni daş dövrlərində

(neolit) Azərbaycan əhalisi artıq oturaq həyata keçmiş, əkinçilik, maldarlıq, müxtəlif sənət növləri ilə məşğul

olmağa başlamışdır. Arxeoloji qazıntılar zamanı Şimali və Cənubi Azərbaycanda tapılmış zəngin maddi

mədəniyyət nümunələri, xüsusilə taxıl qalıqları, əkinçiliklə bağlı əmək alətləri və məişət avadanlığı, müxtəlif

növ sənətkarlıq məhsulları azərbaycanlıların dünyanın ən qədim oturaq mədəniyyət yaratmış xalqlarından biri

Azərbaycanlılar dünyanın ən qədim dövlətçilik ənənələrinə malik olan xalqlarındandır. Azərbaycan xalqı

təqribən 5 min illik dövlətçilik tarixinə malikdir. Azərbaycan ərazisində ilk tayfa birlikləri, dövlət qurumları

hələ e.ə. IV minilliyin sonu – III minilliyin əvvəllərində yaranmışdır. Eramızdan əvvəl I minillikdə və bizim

eranın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarmda Manna, İskit (Skit, Skif) və Massaget şahlıqları,

Albaniya Atropatena kimi qüvvətli dövlətlər mövcud olmuşdur. Bu dövlətlər Azərbaycanın etnik-siyasi

tarixində, ölkə ərazisində vahid xalqın təşəkkülü prosesində mühüm rol oynamışlar.

III əsrdə Azərbaycanı Sasani-İran imperiyası, VII əsrdə isə Ərəb xilafəti işğal etdi. Ərəb mənbələrinin

məlumatları «Azərbaycanın qədimdən türklər ölkəsi olduğunu» təsdiq edir. Bu məlumatlar, eyni zamanda,

Azərbaycan xalqının qəhrəmanlıq eposu olan «Kitabi-Dədə Qorqud» dastanların-akı tarixi faktlarla da üst-üstə

düşür. Çünki hələ ərəb işğallarından əvvəl, «Peyğəmbərin zamanına yaxın» Dədə Qorqud dastanları bütün

Azərbaycan torpaqlarında yayılmaqda idi.

Sasani-İran və ərəb işğalçıları III-VII əsrlərdə Azərbaycana İranın və Ərəbistanın içərilərindən çoxlu İran

və ərəb mənşəli əhali köçürüb gətirdilər. Gəlmə əhali ölkənin mühüm hərbi-strateji əhəmiyyətə malik olan

məntəqələrində və ən münbit torpaqlarında yerləşdirildi. Yadellilər Azərbaycanın yerli əhalisini əridib yox

etmək siyasəti yeritdilər. Lakin, təqribən 600 il davam etmiş İran və ərəb ağalığı Azərbaycan xalqının təşəkkülü

prosesini dayandıra bilmədi. İşğalçıların yerli əhalini assimilyasiyaya uğratmaq siyasəti yeritməsinə

baxmayaraq, uzun tarixi dövr ərzində Azərbaycanın, şimallı-cənublu, bütöv halda həmin imperiyaların

tərkibində olması nəticəsində, ölkənin bütün bölgələri arasında daxili əlaqələr, ilk növbədə ticarət əlaqələri

genişləndi. Azərbaycanın şimal və cənub, şərq və qərb bölgələri arasında etnik-siyasi və mədəni birliyin

yaranması yolunda mühüm irəliləyiş baş verdi. Bununla yanaşı, İran və ərəb işğalçılarına qarşı uzun sürən birgə

azadlıq mübarizəsi də ölkənin türk və qeyri-türk əhalisini daha sıx birləşdirdi, onların qaynayıb-qarışmasına

müsbət təsir göstərdi. Vahid xalqın yaranması prosesi sürətləndi.

Bizim eranın ilk yüzilliklərində ölkə əhalisinin əksəriyyətini təşkil edən və hərbi-siyasi cəhətdən daha

mütəşəkkil və daha qüvvətli olan türk etnosları vahid xalqın təşəkkülü prosesində mühüm rol oynayırdılar.

Azərbaycanın türk etnosları içərisində oğuz türkləri üstünlük təşkil edirdilər. Qədim türklər, o cümlədən ilk

oğuzlar ümumtürk məkanının tərkib hissəsi olan Cənubi Qafqaza, o cümlədən Azərbaycan ərazisinə qədim

türklərin «Dəmir qapı» adlandırdıqları Dərbənd keçidi vasitəsilə, habelə Böyük Qafqazın başqa dağ

aşırımlarından keçərək yayılmışdılar. Oğuz müqəddəsi Dədə Qorqudun qəbrinin Dərbənddə olması barədə ilk

mənbələrin məlumatları, Dərbəndin qala qapılarından birinin Dədə Qorqudun mənsub olduğu Bayat elinin (oğuz

tayfası bayatların) adı ilə «Bayat qapısı» adlanması bunu sübut edir. Qədim türklər, o cümlədən oğuzlar

ümumtürk məkanının şimalı ilə cənubunu, yəni Qıpçaq düzü ilə Cənubi Qafqazı əlaqələndirən bu mühüm keçidi

– «Dəmir qapını» daim öz əllərində saxlamağa çalışırdılar. Çox sonralar, İran-Sasani işğallarından sonra (indinin

özündə də) yadellilərin «Dərbənd» adlandırdıqları bu keçidin qədim türk adını Azərbaycan xalqı öz şifahi

ədəbiyyatında – nağıllarında, dastanlarında, bayatılarında «Dəmir qapı Dərbənd» kimi qoruyub saxlamışdır.

Oğuz türklərindən olan ağqoyunluların ən qüdrətli hökmdarı Uzun Həsənin (1453-1478) hökmü ilə Əbu

Bəkr əl-Tehrani əl-İsfahaninin yazdığı «Kitabi-Diyarbəkriyyə» adlanan oğuznamədə verilən faktlar da oğuz

türklərinin, o cümlədən xalqımızın soykökündə duran ağqoyunlu və qaraqoyunluların Azərbaycanın, həmçinin

Cənubi Qafqazın və Ön Asiyanın ən qədim sakinlərindən biri olduğunu sübut edir. Göstərilən müəllif Uzun

Həsənin böyük babası – Ağqoyunlu dövlətinin banisi Qara Yuluk Osman bəyin nəsil şəcərəsini bir-bir

araşdıraraq, nəhayət, Oğuz xaqana çatdırır. Oğuz xaqanın başçılıq etdiyi böyük türk dövlətinin tərkibinə daxil

olan əraziləri sadalayır və bütün oğuz türklərinin kökündə duran bu böyük hökmdarın, yəni Oğuz xaqanın

Göyçə dənizi ətrafında vəfat etdiyini göstərir.

Azərbaycanın Oğuz xaqanın başçılıq etdiyi dövlətin tərkibinə daxil olması və böyük xaqanın özünün də

dənizi ətrafında vəfat etməsi bu diyarın ən qədim oğuz məskənlərindən biri olduğunu sübut

«Kitabi-Diyarbəkriyyə»nin müəllifi Oğuzun nəvəsi xanlar xanı Bayandır xaqanın da «Qarabağ qışlağı və

Göyçə dənizi yaylaqlarında ömür sürdüyünü», burada «böyük bir qurultay çağırıb, məmləkəti oğlanları arasında

qabiliyyətlərinə görə bölüşdürdükdən sonra Allahın dəvətini qəbul edərək vəfat etdiyini» yazır.

Əbu Bəkr əl-Tehrani əl-İsfahani təsdiq edirdi ki, Qara Yuluk Osman bəyin 20-ci babası Sunqur bəy

Məhəmməd peyğəmbərin müasiri idi. O, Alagöz və Göyçə dənizi yaylaq-ları tərəfdəki sərhədlərdə ölkəyə

basqın edən yadellilərə qarşı müharibələr aparmış və döyüşlərdən birində həlak olmuşdu. Qara Yuluk Osman

bəyin 14-cü babası Şəktur xan isə Əlincə qalası uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmiş, onu düşmənlərin

Hazırda Ermənistan Respüblikasının ərazisində olan Göyçə dənizinin adını ermənilər dəyişdirərək «Sevan» adlandırmışlar.

əlindən geri almışdı. Xəlifə Harun ər-Rəşidin müasiri olan Qıpçaq xan da Əlincə qalasına hücum edən

yadellilərlə müharibələr aparmış, onları məğlubiyyətə uğradaraq qalanı azad etmişdi.

Beləliklə, «Kitabi-Dədə Qorqud» dastanları ilə səsləşən, Məhəmməd peyğəmbərin zamanına yaxın,

onun dövründə və Xilafət işğalları zamanı cərəyan edən hadisələrlə, həmçinin ərəb mənbələrinin

məlumatları ilə üst-üstə düşən bu faktlar real tarixi həqiqəti əks etdirir.

Türk tayfaları, başqa xalqlar və etnik qruplardan fərqli olaraq, Azərbaycanın bütün ərazisinə – həm

şimalına, həm də cənubuna yayılmışdılar və çoxluq təşkil edirdilər. Buna görə də türk dili Azərbaycan

ərazisində yaşayan azsaylı xalqlar və etnik qruplar arasında başlıca ünsiyyət vasitəsinə çevrilməkdə idi. Türk

dili, həm də Azərbaycanın şimal və cənub torpaqları arasında birləşdirici, əlaqələndirici rol oynayırdı. Bu amilin

o zaman vahid xalqın təşəkkülü prosesində çox mühüm rolu vardı. Çünki bəhs olunan dövrdə bütün Azərbaycan

ərazisini əhatə edən vahid dini görüş – təkallahlı din hələ yox idi. Zərdüştlük, atəşpərəstlik, Günəşə, Aya, Göyə,

ulduzlara, torpağa, suya və s. sitayiş davam etməkdə idi. Qədim türklərin tək Allahı olan Tanrıya sitayiş –

tanrıçılıq hələ başqa dini görüşləri sıxışdırıb tamamilə aradan qaldıra bilməmişdi. Ölkənin şimalında – Albaniya

ərazisinin bəzi yerlərində xristianlıq yayılmaqda idi. Lakin müstəqil Alban kilsəsi öz təsirlərini Azərbaycanın

şimal torpaqlarına yaymağa çalışan erməni-qriqorian missionerlərinə və gürcü kilsəsinə qarşı kəskin mübarizə

şəraitində fəaliyyət göstərirdi.

VII əsrdə Azərbaycanda İslam dininin qəbul olunması vahid xalqın və dilin təşəkkülünə güclü təkan

verdi, bu prosesin sürətlənməsinə həlledici təsir göstərdi. Türk və qeyri-türk etnosları arasında dini birliyin

yaranması onların yayıldığı bütün Azərbaycan ərazisində vahid adət-ənənələrin təşəkkülünə, qohumluq

əlaqələrinin genişlənməsinə, qaynayıb-qarışma prosesinin daha da dərinləşməsinə səbəb oldu.

İslam dini, eyni zamanda, onu qəbul etmiş bütün türk və qeyri-türk etnoslarını Cənubi Qafqazı bütöv

halda xristianlığın təsir dairəsinə salmağa çalışan Bizans imperiyasına, habelə onun himayə etdiyi erməni –

qriqorian missionerləri və gürcü feodallarına qarşı vahid türk-islam bayrağı altında birləşdirdi.

Bununla belə, təkallahlı dinlərə sitayiş edənləri müsəlmanlaşdırmaq İslamın prinsiplərinə zidd olduğu

üçün ərəb işğalları dövründə Şimali Azərbaycanın (Albaniyanın) qərb-dağlıq rayonlarında yaşayan xristian

əhalinin bir qismi İslam dininin təsir dairəsindən kənarda qaldı. Beləliklə, ölkədə dini ayrılıq baş verdi: çoxluq

təskil edən və ölkənin bütün ərazisinə yayılmış olan müsəlman əhali; bir də azlıq təşkil edən və əsasən Şimali

Azərbaycanın qərb sərhədlərində (əsasən dağlıq və dağətəyi bölgələrdə) yaşayan xristian albanlar. Elə bu

vaxtdan da erməni-qriqorian missionerlərinin və gürcü kilsəsinin Albaniyanın qərbində yaşayan xristian əhalini

öz dini-siyasi təsir dairələrinə salmaq uğrunda mübarizəsi daha da gücləndi. Azərbaycan islamla xristianlıq

arasında ən kəskin qarşıdurma məntəqəsinə çevrildi. Zaman keçdikcə, Şimali Azərbaycanın qərb bölgələrinin, o

cümlədən Qarabağın dağlıq bölgələrinin xristian əhalisi qriqorianlaşdırılmağa və erməniləşdirilməyə başladı.

Tiflisə qədər uzanıb gedən Şimal-Qərbi Azərbaycan torpaqlarının alban-xristian əhalisini isə gürcü kilsəsi öz

təsir dairəsinə salmağa çalışırdı.

Xilafət tənəzzülə uğradıqdan sonra – IX əsrin ortalarından başlayaraq Azərbaycanın qədim dövlətçilik

ənənələri yenidən dirçəldi. Azərbaycanda yeni siyasi dirçəliş başlandı: Sacilər, Şirvanşahlar, Salarilər,

Rəvvadilər, ŞəddadilərŞəki hakimliyi kimi yerli dövlətlər yarandı. Azərbaycan türk dili bütün ölkə ərazisində

əsas ünsiyyət vasitəsinə çevrildi.

IX əsrin 70-ci illərinin sonlarından başlayaraq yarım əsrdən çox davam edən bir tarixi dövr ərzində (879-

941) Azərbaycan torpaqlarının hamısının vahid Azərbaycan türk dövlətinin – Sacilər dövlətinin tərkibində

olması bütün ölkə miqyasında iqtisadi və mədəni əlaqələrin daha da dərinləşməsinə, etnik fərqlərin aradan

qalxmasına və vahid Azərbaycan türk xalqının formalaşması prosesinin sürətlənməsinə müsbət təsir göstərdi.

Sacilər dövləti özünün ən qüdrətli çağlarında Zəncandan Dərbəndə, Xəzər sahillərindən Ani və Dəbil şəhərlərinə

qədər geniş əraziləri əhatə edirdi. Bütün Azərbaycan torpaqları Sacilər dövlətinin tərkibinə daxil idi. Sacilərin

Bizans imperiyası tərəfindən himayə olunan və şərqə – Azərbaycana doğru istiqamətləndirilən erməni və gürcü

feodallarını məğlub edərək özlərindən asılı hala salmaları Azərbaycanın ərazi bütövlüyünün, dövlətçiliyinin

qorunub saxlanılmasında, ölkə ərazisində etnik-siyasi birliyin daha da möhkəmlənməsində mühüm rol oynadı.

Məhz bu dövrdə Azərbaycan və ümumtürk ədəbiyyatının şah əsəri olan «Kitabi-Dədə Qorqud» dastanlarının,

demək olar ki, bütün Azərbaycan torpaqlarında yayılması prosesi başa çatdı.

Beləliklə, 600 ilə qədər davam edən Sasani-İran və ərəb əsarətindən sonra yerli dövlətlərin (Sacilər,

Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər, Şəki hakimliyi) yaranması, bütün ölkə ərazisində İslam dininin

rəsmi dövlət dini olması Azərbaycan xalqının etnik təkamülündə, vahid dilin və mədəniyyətin təşəkkülündə

mühüm rol oynadı.

İslam dini, eyni zamanda, Azərbaycanı idarə edən ayn-ayrı feodal sülalələrinin tez-tez bir-birini əvəz

etdiyi şəraitdə, bütün Azərbaycan əhalisinin – həm xalqımızın təşəkkülündə başlıca rol oynayan müxtəlif türk

tayfalarının, həm də onlarla qaynayıb-qarışmaqda olan qeyri-türk etnoslarının yadelli qəsbkarlara qarşı vahid

qüvvə halında birləşməsində də mütərəqqi rol oynadı. Məhz bunun nəticəsində Ərəb xilafətinin zəifləməsindən

istifadə edən Bizans imperiyası və onun havadarlıq etdiyi erməni-gürcü təcavüzkarlarından ibarət vahid xristian

qüvvələrinin Azərbaycan torpaqlarını işğal etmək planları puça çıxdı. Xəzər dənizi vasitəsilə tez-tez basqınlar

edən slavyan-rus müdaxiləçiləri də Azərbaycanda möhkəmlənə bilmədilər. Ümumi düşmənlərə qarşı

mübarizədə sıx birləşməyin zəruriliyi, vahid dinin – İslam dininin qaynayıb-qarışmaya, qohumlaşmaya, ümumi

adət və mərasimlərə yol açması etnik-siyasi birliyi daha da möhkəmləndirdi.

Bununla belə, Ərəb xilafətinin tənəzzülündən sonra yaranmış Azərbaycan dövlətlərindən heç birinin uzun

tarixi dövr ərzində ölkənin bütün ərazisini əhatə edən vahid, davamlı və qüdrətli dövlətə çevrilə bilməməsi

nəticəsində ölkədə uzun sürən siyasi sabitlik də yaranmadı. Nəticədə, bu zaman Xilafətin zəifləməsindən

istifadə edərək İslama qarşı vahid cəbhədə birləşib hücuma keçən Bizans imperiyası və onun müdafiə etdiyi

erməni – gürcü feodallarından ibarət vahid xristian bloku özünün bütün zərbəsini Azərbaycana qarşı çevirdi.

Azərbaycan xalqı ağır tarixi sınaq qarşısında qaldı. Məhz bu dövrdə – XI əsrin ortalarında Yaxın və Orta Şərq

tarixində mühüm dönüş dövrü başlandı. Orta Asiyadan Aralıq dənizi sahillərinə və Dərbənd keçidindən İran

körfəzinə qədər geniş əraziləri əhatə edən Böyük Səlcuq imperatorluğu yarandı. Azərbaycan növbəti oğuz-türk

dövlətinin – Böyük Səlcuq imperatorluğunun tərkibinə daxil edildi.

Səlcuq dövrü Azərbaycanın və Azərbaycan xalqının tarixi müqəddəratında həlledici rol oynadı. Sultan

Alp Arslanın Məlazgird vuruşmasında (26 avqust 1071-ci il) Bizans imperiyasının hərbi qüvvələrini darmadağın

etməsilə türk-islam birliyi Azərbaycanı ələ keçirməyə çalışan Bizans imperiyası və onun müdafiə etdiyi erməni-

gürcü feodallan üzərində qəti qələbə çaldı. Bizans imperiyasının Cənubi Qafqazda möhkəmlənmək siyasəti və

bu xristian dövlətinə arxalanaraq Azərbaycanın qərb torpaqlarını ələ keçirməyə çalışan erməni və gürcü

feodallarının qəsbkarlıq planları puça çıxdı. Cənubi Qafqazı bütünlüklə xristianlığın təsir dairəsinə salmaq planı

baş tutmadı. Xristian amili, ümumiyyətlə, Cənubi Qafqazda tənəzzülə uğradı.

Səlcuq axınları nəticəsində oğuz-türk tayfaları, qəti olaraq, bütün Cənubi Qafqazda və Ön Asiyada başlıca

etnik-siyasi amilə çevrildilər. Türk-islam amili bütün Yaxın və Orta Şərqin, o cümlədən Qafqazın bundan

sonrakı tarixində uzun müddət müəyyənedici rol oynadı.

Səlcuq axınları zamanı oğuz türklərinin yeni-yeni toplumları Azərbaycanda məskən saldılar. Eyni kökdən

olan və İslamı qəbul etmiş oğuz-səlcuq türkləri ilə Azərbaycan türkləri tez bir zamanda qaynayıb qarışdılar.

Azərbaycan xalqının təşəkkülü prosesi başa çatdı. Azərbaycan türk dili bütün Cənubi Qafqazda, o cümlədən

Azərbaycan ərazisində başlıca ünsiyyət vasitəsinə çevrildi. Sadə və tez anlaşılan Azərbaycan türk dili məhdud

dairədə fəaliyyət göstərən xırda-məhəlli dilləri, həmçinin ərəb və fars dillərini sıxışdıraraq bütün ölkə

miqyasında canlı ümumxalq dilinə çevrildi. El sənətkarlarının – ozanların (aşıqların) oba-oba, oymaq-oymaq

gəzib yaydıqları şifahi xalq yaradıcılığı nümunələri, çox keçmədən, hamının başa düşdüyü doğma Azərbaycan

türk dilində nadir ədəbi nümunələrin meydana gəlməsi üçün zəmin yaratdı.

Böyük Səlcuq imperatorluğunun süqutundan sonra dirçələn və qüvvətlənən yerli Azərbaycan dövlətləri –

Şirvanşahlar və Eldənizlər (Atabəylər) dövlətləri Azərbaycan xalqının dövlətçilik ənənələrinin davam

etdirilməsində mühüm rol oynadılar.

Yaxın və Orta Şərqin ən qüdrətli dövlətinə çevrilən Azərbaycan Eldənizlər dövləti Azərbaycan xalqının

etnik-siyasi tarixində, Azərbaycan dilinin təsir dairəsinin daha da genişlənməsində xüsusilə böyük rol oynadı.

Azərbaycan türklərinin, Azərbaycan türk dili və mədəniyyətinin yayıldığı ərazi daha da genişləndi.

Beləliklə, Ərəb xilafətinin tənəzzülündən sonra – IX əsrin ortalarından başlayaraq Qafqazda, habelə bütün

Yaxın və Orta Şərqdə türk-islam dövlətlərinin (Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər, Şəki

hakimliyi, Səlcuqlar, Eldənizlər, Monqollar, Elxanilər (Hülakular), Teymurilər, Osmanlılar,

Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar və s.) rolu artdı. Azərbaycan uzun zaman bu

dövlətlərin əksəriyyətinin mərkəzi vilayəti, Təbriz isə paytaxtı oldu.

XV-XVIII əsrlərdə Şərqin geniş ərazili Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi və Əfşar imperiyaları bilavasitə

Azərbaycan-türk sülalələri tərəfindən idarə olunurdu. XVIII əsrin sonlarından etibarən İranı da Azərbaycan

sülaləsi olan Qacarlar idarə etməyə başladılar. Bu mühüm amil Azərbaycanın daxili və beynəlxalq əlaqələrinə

müsbət təsir göstərir, azərbaycanlıların hərbi-siyasi təsir dairəsini, Azərbaycan dilinin fəaliyyət meydanını

genişləndirir, Azərbaycan xalqının maddi və mənəvi mədəniyyətinin tərəqqisinə əlverişli şərait yaradırdı.

XVIII əsrin II yarısında Azərbaycan xırda dövlətlərə – xanlıqlara parçalandı. Ölkənin hərbi-siyasi tənəzzül

dövrü başladı. Bundan istifadə edən Qacarlar İranıRusiya imperiyası Azərbaycanı öz aralarında qanlı

müharibələr meydanına çevirdilər. Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Azərbaycan

iki imperiya arasında bölüşdürüldü: Ölkənin şimalı (Şimali Azərbaycan) Rusiyaya, cənubu (Cənubi

Azərbaycan) isə Qacarlar İranına qatıldı. Bununla Azərbaycan torpaqları kimi, Azərbaycan xalqı da iki hissəyə

parçalandı. Nəticədə Azərbaycan xalqının şimalda ruslaşdırılması, cənubda isə farslaşdırılması dövrü başlandı.

Xalq həm şimalda, həm də cənubda işğalçılara qarşı azadlıq mübarizəsi tarixinə qədəm qoydu.

Rusiya imperiyası Türkmənçay müqaviləsindən (1828) sonra Şərqə doğru daha da irəliləmək, isti

dənizlərə yol açmaq üçün azərbaycanlıları Qafqazdan sıxışdırıb çıxarmaq siyasəti yeritməyə başladı. Bunun

üçün ilk növbədə Cənubi Qafqazın xristian əhalisinə – Azərbaycandakı xristian albanlara və gürcülərə arxalandı.

İşğalçılar Azərbaycanda möhkəmlənmək üçün ölkənin xristian-alban əhalisindən istifadə etdi.

Beləliklə, Cənubi Qafqazda, İslam dininin yayılmasından təqribən 1200 il keçdikdən sonra xristian amili

yenidən dirçəldildi. Rusiyadan Azərbaycan ərazisinə xristian əhalinin köçürülüb gətirilməsinə cəhd göstərildi.

İlk zamanlar bu siyasət baş tutmadıqda Rusiya Cənubi Qafqazda özünə dayaq yaratmaq üçün işğal etdiyi

Azərbaycan torpaqlarına, xüsusən Qarabağın dağlıq rayonlarına, keçmiş İrəvan və Naxçıvan xanhqlarının

ərazisinə qonşu ölkələrdən kütləvi sur erməni əhalisi köçürdü. Türkiyə və İran ilə həmsərhəd olan Qərbi

Azərbaycan torpaqlarında – keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisində «Erməni vilayəti» yaradıldı

(1828). Bununla Azərbaycan torpaqlarında gələcək erməni dövlətinin əsası qoyuldu.

Rusiya, yuxarıda göstərilənlərlə yanaşı, 1836-cı ildə müstəqil Alban kilsəsini də ləğv etdi və onu erməni

qriqorian kilsəsinin tabeçiliyinə verdi. Bununla Azərbaycanın qədim əhalisi olan xristian albanların

qriqorianlaşdırılmasına və erməniləşdirilməsinə daha əlverişli şərait yaradıldı.

Rusiya imperiyasının məqsədli surətdə həyata keçirdiyi bu tədbirlər nəticəsində ermənilərin

azərbaycanlılara qarşı yeni ərazi iddialarının əsası qoyuldu. Bütün bunlarla kifayətlənməyən çar Rusiyası daha

çirkin siyasətə də əl atdı: ermənilər silahlandırılaraq türk-müsəlman əhali üzərinə qaldırıldı və azərbaycanlılara

qarşı kütləvi soyqırımları törədilməsinə başlandı. Eyni zamanda, Rusiyadan Azərbaycana xristian əhalisinin

köçürülməsi prosesi də sürətləndirildi.

Mahiyyətcə eyni cür siyasət Qacarlar İranı tərəfindən Azərbaycanın cənubunda da həyata keçirilirdi.

Nəticədə Azərbaycan xalqının həm şimalda, həm də cənubda azadlıq mübarizəsi gücləndi. Əvvəllər

Azərbaycana yiyələnmək üçün öz aralarında qanlı müharibələr aparmış tarixi düşmənlər olan Rusiya və İran

dövlətləri azərbaycanlıların azadlıq mübarizəsinə qarşı bir-birinin etibarlı müttəfiqinə çevrildilər. Bütün bunlara

baxmayaraq Azərbaycan xalqı Rusiya və İran işğalçılarına qarşı istiqlal mücadiləsini dayandırmadı, özünün

müstəqil dövlətini dirçəltmək üçün dəfələrlə üsyan qaldırdı, şəhidlər dalınca şəhidlər verdi.

Birinci Dünya müharibəsi dövründə (1914-1918) azərbaycanlılar həm şimalda, həm də cənubda öz milli

dövlətçilik ənənələrini dirçəltmək üçün ayağa qalxdılar. Şimali Azərbaycanda azadlıq mübarizəsi misli

görünməmiş faciələrlə nəticələndi. Bakıda hakimiyyəti ələ keçirən S.Şaumyanın daşnak-bolşevik hökuməti

1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı dəhşətli soyqırımı həyata keçirdi. Qardaş Türkiyə

Azərbaycana kömək əlini yetirdi. Azadlıq hərəkatı qalib gəldi. 1918-ci il mayın 28-də Şimali Azərbaycanda

Şərqdə ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Cənubi Azərbaycanda isə

müstəqil Azadıstan dövləti quruldu. Lakin bolşevik Rusiyası və İran

içərisində boğdu. Ölkədə Rusiya və İran əsarəti yenidən bərpa olundu. Sovet Rusiyası tərəfindən işğal olunan

Şimali Azərbaycan torpaqlarının bir hissəsində – şərqində Azərbaycan Sovet Sosialist Respublikası (1920),

Şimali Azərbaycanın qərb torpaqlarında isə əvvəlcə Ermənistan Respublikası (1918), sonra isə Ermənistan

Sovet Sosialist Respublikası (1920) yaradıldı. Beləliklə, bolşeviklərin hakimiyyəti dövründə Rusiya Türkiyə ilə

həmsərhəd olan əzəli Azərbaycan torpaqlarında ermənilərin möhkəmləndirilməsi – bufer xristian dövləti

yaradılması yolunda daha bir addım atdı.

Sovet hakimiyyəti dövründə Şimali Azərbaycanda bolşevik əsarətinə qarşı müqavimət hərəkatı yeni

mərhələyə qədəm qoydu. Gəncə, Qarabağ, Şəmkir, Zaqatala, Şəki və başqa yerlərdə xalq bolşevik işğalçılarına

qarşı ölüm-dirim mübarizəsinə qalxdı. Sovet-müstəmləkə rejiminə qarşı xalq üsyanları sonraları da davam etdiş

Bolşeviklərə qarşı silahlı üsyana qalxmış Göynük (Şəki) üsyançıları kütləvı surətdə vəhşicəsinə gülləbaran

edildilər (1930). Azadlığa can atan xalq qanlı qırğınlara, repressiyalara, sürgünlərə məruz qaldı. 1945-ci ildə

Azərbaycanın cənubunda yaradılmış Milli Hökumət də mürtəce İran rejimi tərəfindən devrildi.

Azərbaycanlılarm şimallı-cənublu öz doğma vətənlərindən kütləvi surətdə zorla köçürülməsi dövrü başlandı.

1948-1953-cü illərdə azərbaycanlıların öz ulu vətənlərindən – Şimali Azərbaycanın qərb rayonlarından

(Ermənistan Sovet Sosialist Respublikası ərazisindən) kütləvi surətdə sürgün olunmasına başlandı. Ermənilər

Şimali Azərbaycanın qərb torpaqlarında (indiki Ermənistan Respublikası ərazisində) daha da möhkəmləndilər.

Onların həmin ərazidə sayca üstünlüyü təmin olundu. İranın Pəhləvi rejimi isə zahirən «dini birlik» siyasəti

yeridir, üzdə «müsəlman» və «iranlı» anlayışlarını ön plana çəkir, əslində isə Cənubi Azərbaycanla Şimali

Azərbaycan arasında, habelə digər qardaş türk xalqları arasında dini-məzhəb ayrılığı salmağa, Azərbaycan

dilində təhsili qadağan etməklə azərbaycanlıları bir xalq kimi əridib yox etməyə çalışırdı (İranın mürtəce

dairələri bu siyasəti indi də davam etdirirlər).

SSRİ-nin dağılması prosesində Şimali Azərbaycan keçmiş sovet məkanının ən qüvvətli xalq azadlıq

hərəkatı mərkəzlərindən birinə çevrildi. Qanlı Qorbaçov rejimi və onun Azərbaycanda bir-birini əvəz edən

əlaltıları Azərbaycan xalqının mübarizə əzmini qıra bilmədilər. 1988-1989-cu illərdə yüz minlərlə azərbaycanlı

ata-baba torpağından – Qərbi Azərbaycandan (Ermənistan SSR ərazisindən) zorla sürgün olundu. Beləliklə,

Qərbi Azərbaycanın azərbaycanlılardan «təmizlənməsi» prosesi başa çatdırıldı.

1990-cı ilin 19-20 yanvarında təpədən-dırnağadək ən müasir silahlarla silahlanmış sovet qoşunları_

Bakıya yeridildi. Silahsız xalqa vəhşicəsinə divan tutuldu. İşğalçılara qarşı ümumxalq nifrəti daha da alovlandı.

Nəticədə Şimali Azərbaycanda – tarixi Azərbaycan torpaqlarının bir hissəsində Azərbaycan dövlətçiliyi yenidən

dirçəldi. Müstəqil Azərbaycan Respublikası yarandı (18 oktyabr 1991). Rusiyanın buna yol vermək istəməyən

imperiyapərəst dairələri yenidən «erməni kartı»na əl atdılar. Ermənistan-Azərbaycan qarşıdurması və süni

yaradılmış «Dağlıq Qarabağ problemi» daha da qızışdırıldı. Ermənistan Azərbaycana qarşı təcavüzkar

müharibəyə qaldırıldı. Rusiya erməni təcavüzkarlarına hər cür kömək göstərdi. Cənubi Azərbaycanda azadlıq

hərəkatı başlayacağından ehtiyat edən İran rejimi üzdə «müsəlman qardaşı» olan Azərbaycan Respublikasına

tərəfdar olduğunu bildirdi, əslində isə erməni təcavüzkarlarını müdafıə etdi. Nəticədə Azərbaycan Respublikası

ərazisinin 20 faizi işğal olundu. Bir milyondan çox azərbaycanlı öz vətənində qaçqına çevrildi. Azərbaycanın

ənənəvi düşmənləri müstəqil Azərbaycan dövlətini bu dəfə də qan içində boğmaq planı hazırladılar. Daxildəki

sabitlik pozuldu. Etnik toqquşma və vətəndaş qarşıdurması reallaşdı. Vətəndaş müharibəsinin ilk güllələri atıldı.

Qardaş qanı axıdıldı. Cəbhədə məğlubiyyətlər bir-birini əvəz etməyə başladı. Azərbaycanın siyasi cəhətdən

parçalanıb yox edilməsinə və daşnakların «Böyük Ermənistan» yaratmaq planlarının reallaşdırılmasına yol

açıldı. Ölkə tarixinin bu ağır fəlakət anında Azərbaycan xalqı XX yüzilliyin dahi siyasətçisi Heydər Əliyevi

hakimiyyətə gətirdi. Təcrübəli siyasətçi az vaxt içərisində Azərbaycanın tarixi düşmənlərinin bədnam planlarını

alt-üst etdi: ölkədə sabitlik yaratdı, cəbhədə atəşkəsə nail oldu, Azərbaycan ona qarşı yaradılmış informasiya

blokadasını yardı, öz ərazi bütövlüyünün sülh yolu ilə bərpa olunması uğrunda mübarizə dövrünə qədəm qoydu.

Eyni zamanda, geniş daxili islahatlar həyata keçirilməsinə başlandı. Hazırda demokratiya və sərbəst iqtisadiyyat

yolunu seçən Azərbaycan Respublikası olduqca mürəkkəb beynəlxalq şəraitdə öz müstəqilliyini qoruyub

saxlayır və ərazi bütövlüyünün bərpa olunması uğrunda mübarizə aparır.

Hazırda dünya birliyində öz layiqli yerini tutan Azərbaycan xalqı yeni milli dirçəliş dövrünə qədəm

qoymuşdur. Heydər Əliyev yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin başçılıq etdiyi Azərbaycan

Respublikası Cənubi Qafqazın lider dövlətinə çevrilmişdir. Dünyanın bütün qitələrinə səpələnmiş 60 milyonluq

Azərbaycan xalqı hazırda ümumdünya və ümummilli proseslərdə yaxından iştirak edən təsirli qüvvəyə

Azərbaycan xalqı bəşəriyyətə Tomiris, Atropat, Cavanşir, Babək, Yusif ibn Sac, Şəmsəddin Eldəniz, Qara

Yusif, Cahanşah, Sara xatun, Uzun Həsən, Şah İsmayıl Xətai, Şah Abbas, Nadir şah Əfşar, Pənahəli xan

Cavanşir, Hacı Çələbi xan, Ağa Məhəmməd şah Qacar, Əlimərdan bəy Topçubaşov, Məhəmməd Əmin

Rəsulzadə, Fətəli xan Xoyski, Nəriman Nərimanov kimi böyük dövlət xadimləri, Bəhmənyar, Nizami Gəncəvi,

Həsənoğlu, Səfiəddin Urməvi, Qazi Bürhanəddin, Nəsirəddin Tusi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli,

Molla Pənah Vaqif, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə (Axundov), Mirzə Ələkbər Sabir, Cəlil

Məmmədquluzadə, Hüseyn Cavid, Səməd Vurğun, Rəsul Rza, Məhəmməd Hüseyn Şəhriyar, Üzeyir Hacıbəyov,

Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov kimi neçə-neçə nadir dühalar bəxş etmişdir.

Azərbaycan xalqı XX yüzillikdə dünya tarixinə dahi siyasətçi və böyük dövlət xadimi, Azərbaycan

dövlətçiliyinin xilaskarı Heydər Əliyevi bəxş etmişdir.

Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin yeritdiyi müdrik daxili və xarici siyasət sayəsində

Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycan Respublikası hazırda dünyanın ən sürətlə inkişaf edən

Dünyanın bütün ölkələrinə səpələnmiş 60 milyonluq Azərbaycan xalqı yeni İntibah dövrünə qədəm

Comments are closed, but trackbacks and pingbacks are open.