Press "Enter" to skip to content

Elxan elatli kitablari yukle

CƏHƏTİNİZİ BİZİMLƏ MÜƏYYƏN EDİN , TƏHSİLƏ AİD REKLAM BLOGU VƏ ONLAYN KİTABLAR , DƏRSLİKLƏR , KURİKULUM TESTLƏRİ , MƏNTİQ TESTLƏRİ , İNFOMATİKA TESTLƏRİ , ABİTURİENT , blogreklamedu , HAZIRLIQ KURSLARI , 2017-2020

TƏHSİL KOMPASI

CƏHƏTİNİZİ BİZİMLƏ MÜƏYYƏN EDİN , TƏHSİLƏ AİD REKLAM BLOGU VƏ ONLAYN KİTABLAR , DƏRSLİKLƏR , KURİKULUM TESTLƏRİ , MƏNTİQ TESTLƏRİ , İNFOMATİKA TESTLƏRİ , ABİTURİENT , blogreklamedu , HAZIRLIQ KURSLARI , 2017-2020

SON YAZILAR

Post Top Ad

  • AZƏRBAYCAN DİLİ
  • BİOLOGİYA
  • COĞRAFİYA
  • FİZİKA
  • İBTİDAİ SİNİF
  • İNFORMATİKA
  • İNGİLİS DİLİ
  • KİMYA
  • RİYAZİYYAT
  • TARİX
  • MƏNTİQ
  • KURİKULUM
  • DÖVLƏT QULLUĞU
  • MÜƏLLİMLƏRİN İŞƏ QƏBULU
  • HAZIRLIQ KURSLARI
  • REPİTİTORLAR
  • DƏRSLİKLƏR
  • BƏDİİ ƏDƏBİYYAT -PDF
  • BƏDİİ ƏDƏBİYYAT PDF 2
  • HÜQUQ ƏDƏBİYYATI -PDF, Yüklə
  • ONLAYN KİTABLAR VƏ DƏRSLİKLƏR – YÜKLƏ – PDF
  • KİTAB GÖNDƏR
  • XƏBƏR
  • ARAŞDIRMA
  • MARAQLI
  • BLOG YAZILARI
  • DÜNYA TƏHSİLİ
  • SƏNƏDLİ FİLMLƏR
  • FORUM
  • Haqqımızda
  • KSQ , BSQ , TESTLƏR

ELXAN ELATLI ” XƏYANƏT ” – PDF – YÜKLƏ

ELXAN ELATLI ” XƏYANƏT ” PDF YÜKLƏ

Bu kitab Azərbaycan milli detektivinin əsas ya­ra­dıcılarından hesab olunan Elxan Elatlının geniş oxucu kütləsi qazanmasında əhəmiyyətli rol oyna­mışdır. Romanda yüksək vəzifə sahibi olan birinin başına gələn ağlasığmaz faciədən bəhs olunur. İn­san xislətinin ayrılmaz ünsürü olan xəyanətkarlıq ön plana çəkilir və bu təəssüfedici hal Qaplan adlı sədaqətli itlə müqayisədə daha qabarıq çatdırılır.

Elxan Elatlının kitabları (PDF yüklə)

Orta təhsilini doğma kəndlərində aldıqdan sonra Bakıdakı Fizika-riyaziyyat təmayüllü Respublika 1 saylı məktəbində davam etdirib. Uşaq yaşlarından ədəbiyyata böyük marağı olub. Kiçik şeirlər və hekayələr yazıb. “Kirpi” jurnalında miniatürləri, rayon qəzetində çoxsaylı məqalələri çap olunub.

1980-1985-ci illərdə BDU-nun mexanika-riyaziyyat fakültəsində oxuyub. 1985-2001-ci illərdə doğulduğu kənddə fizika–riyaziyyat müəllimi, rayon icra hakimiyyətinin ərazi üzrə nümayəndəsi, məktəb direktoru vəzifələrində çalışıb. 2001-ci ildən Bakı şəhərində yaşayır. İndiyədək 28 kitabı işıq üzü görüb ki, onların dördü şeir, ikisi riyazi məntiq, biri qəhrəmanlıq romanı (“Qisas gecəsi”), digəri psixoloji roman (“Mərtəbələr”) və “Xəstə ruhlar” əsəri tarixi-detektiv roman, on doqquzu isə detektiv nəsr əsərləridir. “Xəyanət” romanından sonra detektiv yazıçı kimi tanınmağa başlayıb. İrihəcmli “Qan ləkəsi” romanı və oradakı hadisələrin müəyyən mənada davamı olan “Cəhənnəmdən gələn səs” romanı vətənpərvərlik tərbiyəsi baxımından qiymətli əsərlər hesab oluna bilər.

Elxan Elatlı “Mərtəbələr” PDF

İbrahimi xoşbəxt ailə başçısı, bəxti gətirmiş kişi saymaq olar. Özü ali təhsilli müəllim olsa da, ailəsini daha yaxşı dolandırmaq üçün işini buraxıb taksi sürür. Həyat yoldaşı Fəridə, dərslərini yaxşı oxuyan iki ağıllı övladı və anası ilə birgə ehtiyac içində də olsa, hər halda şad-xürrəm yaşayır. İbrahimə ən çox qol-qanad verən də elə Fəridədir. Orta məktəbdə müəllimə işləyən Fəridə İbrahimi çox sevir, onun ailəsi naminə fədakarlığına, hər əziyyətə qatlaşmasına yüksək dəyər verir. Özü də çətinlikdən, zəhmətdən çəkinmir, güzəranlarını yaxşılaşdırmaq üçün bacardığı hər işin qulpundan yapışır. Amma bu sadə, zəhmətkeş və xoşbəxt ailənin dincliyi uzun sürmür. Bədbəxtlik bu ailəyə Fəridənin Rusiyada yaşayan bacısı Cəmilə ilə birlikdə gəlir. Cəmilənin əri Akif var-dövləti başından aşan iş adamıdır. İki bacının ailəsi bir ay eyni mənzildə yaşamalı olur. Bu bir ayda Fəridə də dəyişir, uşaqları da… Qonaqlar çıxıb gedəndən sonra o zəhmətkeş, gözü-könlü tox və qürurlu müəllimədən, o ağıllı uşaqlardan əsər-əlamət qalmır. Bacısına həsəd aparan, amma Cəmilənin əri Akifi bu mərtəbəyə qaldırmaq üçün neçə yad kişi ilə oturub-durduğunu bilməyən Fəridə evdə hər gün pul davasına çıxır. Uşaqları da “müəllimə” analarına baxıb atalarından üz döndərir. İbrahim çıxış yolu tapmağa çalışır və məşum bir qərar verir…

1962 – Həyatdadır

Elxan Elatlı 1962-ci il 19 dekabrda Şamaxı rayonunun Sis kəndində anadan olub. Orta təhsilini doğma kəndlərində aldıqdan sonra Bakıdakı Fizika–riyaziyyat təmayüllü Respublika 1 saylı məktəbində davam elətdirib. Uşaq yaşlarından ədəbiyyata böyük.

Mir.az-a Dəstək üçün ianə edin!

Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?

Elxan Elatlı “Mərtəbələr” PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

elxan-elatli-mertebeler.pdf

Saytımızdakı kitablar tanıtım məqsədi ilə oxuculara təqdim olunur. Bu kitablar müxtəlif mövzularda və müxtəlif müəlliflər tərəfindən yazılmış əsərlərdir.
Unudulmamalıdır ki, müəlliflərin və nəşriyyatların zəhməti ilə üzə çıxan bu əsərlər bir çox çətin proseslərdən keçərək kitab halına gəliblər. Buna görə də müəlliflərə və nəşriyyatlara dəstək olmaq üçün kitabları almağı tövsiyə edirik.

Comments are closed, but trackbacks and pingbacks are open.