Press "Enter" to skip to content

Bakı Kitab Mərkəzində “Azərbaycan Xalça Muzeyi” kitabının təqdimat mərasimi keçirilib

Xalça sənəti Qobustan qaya rəsmləri, Möminə Xatun məqbərəsi, Şəki Xan sarayı, Miniatür sənəti kimi Azərbaycanın bəşəriyyətə bəxş etdiyi ən böyük sərvətlərdən biridir. Xalça həm memarlıq, həm rəssamlıq, həm ədəbiyyat, həm də musiqi ilə bağlı bir sənətdir. At çulu, məfrəş, heybə kimi xalçaçılıq sənəti nümunələri həm məişət, həm də sənət əsəri kimi çox qiymətli nümunələrdir. Bildiyimə görə, dünyada ən qədim xalça Altayda tapılıb və onun tədqiqatçısının fikrincə, vaxtilə Azərbaycan ərazisində olan Midiya mənşəlidir. Dünyanın ən böyük Şeyx Səfi xalçası Təbrizdə şah Təhmasibin vaxtında toxunub və indi London muzeyində nümayiş olunur. Dünyanın müxtəlif muzeylərində Qarabağ, Şirvan, Quba, Təbriz xalçası görəndə onu vətənimizin bir simvolu kimi qəbul edirik.

Latviyalı nazir Azərbaycan Xalça Muzeyində olub

Bakı. 3 dekabr. REPORT.AZ/ Bakıda səfərdə olan Latviyanın rifah naziri Uldis Auqulinin başçılıq etdiyi nümayəndə heyəti dekabrın 3-də Azərbaycan Xalça Muzeyində olub. Muzeyin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Azərbaycan Xalça Muzeyinin direktoru Röya Tağıyeva qonaqlara xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi haqqında ətraflı məlumatlar verib. Bildirilib ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən muzeyin kolleksiyası unikal gözəlliyin, materialın, yaratma texnikasının və xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir. Vurğulanıb ki, muzeyin “Qızıl fondu”nu xovlu xalçalar təşkil edir. Muzeyin kolleksiyasında xovsuz xalçaların da nadir nümunələri saxlanılır. Burada Azərbaycanın 7 əsas xalçaçılıq məktəbinin – Bakı, Quba, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbrizin xalça nümunələri təqdim olunur. Xalçalar xalqın həyatını əks etdirən insan, heyvan, quş, bitki ornamentləri ilə səciyyəvi üslubda bəzədilib. Qeyd olunub ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib və həmin tarix ölkəmizdə Azərbaycan Xalçası Günü kimi qeyd edilir. Maddi-mədəni irsimizlə yanaşı, muzey binasının orijinal görünüşü, ekspozisiya zallarının qeyri-adi quruluşu da qonaqlarda xoş təəssüratlar oyadıb.

Bakı Kitab Mərkəzində “Azərbaycan Xalça Muzeyi” kitabının təqdimat mərasimi keçirilib

Xalça sənəti Qobustan qaya rəsmləri, Möminə Xatun məqbərəsi, Şəki Xan sarayı, Miniatür sənəti kimi Azərbaycanın bəşəriyyətə bəxş etdiyi ən böyük sərvətlərdən biridir. Xalça həm memarlıq, həm rəssamlıq, həm ədəbiyyat, həm də musiqi ilə bağlı bir sənətdir. At çulu, məfrəş, heybə kimi xalçaçılıq sənəti nümunələri həm məişət, həm də sənət əsəri kimi çox qiymətli nümunələrdir. Bildiyimə görə, dünyada ən qədim xalça Altayda tapılıb və onun tədqiqatçısının fikrincə, vaxtilə Azərbaycan ərazisində olan Midiya mənşəlidir. Dünyanın ən böyük Şeyx Səfi xalçası Təbrizdə şah Təhmasibin vaxtında toxunub və indi London muzeyində nümayiş olunur. Dünyanın müxtəlif muzeylərində Qarabağ, Şirvan, Quba, Təbriz xalçası görəndə onu vətənimizin bir simvolu kimi qəbul edirik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Xalq yazıçısı Anar noyabrın 22-də Bakı Kitab Mərkəzində “Azərbaycan Xalça Muzeyi” kitabının təqdimat mərasimində söyləyib.

Muzeyin 50 illiyinə həsr olunmuş 400 səhifəlik Azərbaycan, rus və ingilis dillərində nəşr olunmuş kitabın ayrı-ayrı bölmələrinin müəllifləri Şirin Məlikova, Kübraxanım Əliyeva, Mira Məmmədxanova, Aytən Əhmədova, Gülzadə Abdulova, həmçinin Aygün Abbasova və Qoşqar Qoşqarlı milli xalça sənətinin ən müxtəlif nümunələri haqqında məlumat veriblər. Onlar qeyd ediblər ki, kitabda muzeyin tarixi, zəngin kolleksiyasının ən gözəl nümunələri, xalçaların müxtəlif növləri, dekorativ-tətbiqi sənətin ayrı-ayrı sahələri, eləcə də xalça sənətinin inkişafında xüsusi rolu olan görkəmli sənətkarlar haqqında dolğun məlumatlar verilib.

Nəşrdə muzeyin eksponatlarının şəkilləri ilə yanaşı, onun tarixini əks etdirən arxiv fotoları və sənədləri illüstrativ materiallar əsasında verilib. “Azərbaycan Xalça Muzeyi” kitabında muzeyin sərgi işi, beynəlxalq əlaqələri və Qarabağın işğalından sonra Milli Xalça Muzeyində müvəqqəti olaraq fəaliyyət göstərən Şuşa filialına həsr olunan bölmələr də var.

Mədəniyyət naziri Əbülfəs Qarayev çıxışında xalça sənəti ilə ədəbiyyat, poeziya arasında bir bağlılıq olduğunu diqqətə çatdıraraq təqdimat mərasiminin Bakı Kitab Mərkəzində olmasını təbii hadisə hesab etdiyini bildirib. O, Xalça Muzeyinin yaranma tarixini xatırladıb və xalq yaradıcılığı növü olan xalça sənətinin bəşəriyyətin ən qiymətli sərvətlərindən biri kimi qorunduğunu deyib. Nazir sürpriz bir məlumatı da tədbir iştirakçılarının nəzərinə çatdırıb: “Xalça Muzeyi elə tikilib ki, nə vaxtsa Xəzərdə suyun səviyyəsi qalxsa, onda bu muzey də bir gəmi kimi suyun üzərinə qalxacaq və qədim sənətin nümunələri bəşəriyyətin ən qiymətli xəzinələrindən biri kimi fəlakətlə üzləşməyəcək”.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti, Əməkdar artist Nərgiz Kərimova və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fərid Quliyev Üzeyir Hacıbəylinin ”Arşın mal alan” operettasından ariya ifa ediblər.

“Azərbaycan Xalça Muzeyi” kitabının təqdimat mərasimində Muzeyin texnologiya şöbəsinin əməkdaşlarının hazırladığı xovlu və xovsuz xalça nümunələri təqdim olunub, şəddə və çətən toxuması üzrə ustad dərsləri keçirilib. Mərasim yeni toxunan xalçanın adət-ənənəyə uyğun şəkildə dəzgahdan kəsimi ilə yekunlaşıb.

Похожие статьи

  • Azerbaycan xalcha kitab

    Azerbaycan xalcha kitab Azərbaycan xalq-tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq xalqın milli mədəniyyəti tarixində özünəməxsus yer tutur….

  • Azerbaycan xalca kitab

    Azerbaycan xalca kitab Kitab AMEA-nın A.Bakıxanov adına Tarix institutunun qərarı ilə çap olunub. Kitabın müəllifi professor Vidadi Muradovdur. Tarix…

  • Azerbaycan xalca letif kerimov

    Azerbaycan xalca letif kerimov Gəncə xalçaları seyrək ilməli, qalın tüklü, həndəsi ornamentli, orta ölçüsü isə seçilir. Bu xalçaların toxunuşunda əsasən…

  • Azerbaycan dili 2 kitab

    Учебник Azerbaycan dili 2-ci sinif Мировой бестселлер! Вся легендарная вселенная DC Comics под одной обложкой! Это уникальное издание впервые предоставит…

  • Azerbaycan nitq medeniyyetinin tarixi

    Nitq mədəniyyəti/Natiqlik sənətinin yaranma tarixi Bu gün bizim gənclərin şəxsiyyət kimi, gələcəyin lideri kimi formalaşmasında nitq mədəniyyətinə…

Comments are closed, but trackbacks and pingbacks are open.