Press "Enter" to skip to content

Azərbaycan turizm üçün möhtəşəm ilə hazırlaşır VİDEO

– bir və ya bir neçə unikal təbii-müalijəvi sərvətlərə malik olmalıdır;

Azərbaycanda turizmin vəziyyəti

İqtisadi islahatların həyata keçirilməsində iqtisadi və sosial mexanizmlərin formalaşması, dinamikası və proqnozlaşdırılması, xüsusi tədqiqat obyekti kimi təhlili, islahatların əsaslandırılması və onun reallaşması zamanı meydana çıxan sosial nəticələrin qiymətləndirilməsi aktuallıq baxımından mühüm əhəmiyyət kəsb edir. Müstəqillik əldə etmiş Azərbayjan Respublikasının qarşısında duran strateji məqsəd ölkənin bazar iqtisadiyyatına keçməsilə bağlı qarşıya çıxan bir sıra sosial-iqtisadi problemlərin həllində onun mütərəqqi formalarından səmərəli istifadə yollarını müəyyən etməkdir. Turizm haqqında Azərbayjan Respublikası qanunu Azərbaycan Respublikasında turizm bazarının hüquqi əsaslarının bərqərar edilməsinə yönəldilmiş dövlət siyasətinin prinsiplərini, turizm fəaliyyətinin əsaslarını müəyyən edir və turizm sahəsində meydana çıxan münasibətləri tənzimləyir, sosial-iqtisadi inkişafı təmin edən vasitələrdən biri kimi turizm ehtiyatlarından səmərəli istifadə olunması qaydasını müəyyənləşdirir.

Turizm və sosial-mədəni servis xidməti fəaliyyət növü kimi əhalinin asudə vaxtının səmərəli istifadə edilməsinə, ekskursiya, səyahət və turist marşrutlarının təşkilinə, həmçinin turistlərin başqa xidmət növlərindən istifadənin gücləndirilməsinə təkan verir. Turizm xidmətləri bilavasitə turist təşkilatlarının fəaliyyətinin nətijəsidir. Turizm xidməti əməyin spesifik xüsusiyyətlərini və məzmununu müəyyənləşdirən milli iqtisadiyyatın müstəqil sahəsidir. Turizmdə əmək məhsuldarlığının artım sürəti üçün xidmətin səviyyəsinin yüksəldilməsi, əməyin təşkili və stimullaşdırılmasının forma və üsullarının təkmilləşdirilməsi, turizm və sosial-mədəni servis xidmətlərinin təşkilinin yenidən qurulması zəruridir.

Ölkəmizin dünyada turizm ölkəsi kimi tanınması üçün geniş imkanlar mövcuddur. Müstəqil Azərbaycanın neft strategiyasının əsasını qoyan «Əsrin müqaviləsinin» imzalanmasının 8 ili tamam olmasına iki gün qalmış – 2002-ji il sentyabrın 18-də Bakı şəhərində Bakı-Tbilisi-Jeyhan ƏİBK-nin tikintisinin təməli qoyuldu və bu layihə müvəffəqiyyətlə başa çatdırıldı. Bu layihənin davamı olaraq «Avropa-Qafqaz-Asiya» (TRASEKA) nəqliyyat dəhlizi proqramı çərçivəsində 1998-ji il setyabr ayının 7-8-də 32 dövlətin və 13 beynəlxalq təşkilatın rəsmi nümayəndələrinin iştirakı ilə Bakı şəhərində tarixi İpək Yolunun bərpası üzrə beynəlxalq konfrans keçirildi və burada Avrasiya nəqliyyat dəhlizi üzərində yerləşən ölkələrin inkişafı, onların təbii ehtiyatlarının mənimsənilməsi, iqtisadi potensialdan daha da səmərəli istifadə olunması, ticarətin, turizmin və iqtisadi əməkdaşlığın genişlənməsi üçün etibarlı zəmin yaradan saziş imzalandı. 2007-ji il 7 fevral tarixində Azərbaycan dünya nəqliyyat-kommunikasiya sisteminə mühüm töhvə kimi qiymətləndiriləcək uğura imza atdı: Möhtərəm prezidentimiz İlham Əliyev cənablarının səyi nəticəsində Tiflis şəhərində Azərbayjan, Gürjüstan və Türkiyə hökumət rəhbərləri arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsi ilə bağlı əldə olunmuş razılaşma bütövlükdə Jənubi Qafqaz və orta Asiya regionlarının uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsi baxımından vacib əhəmiyyət kəsb edir. Son illər Azərbaycanda turizm sahəsində beynəlxalq əlaqələrin təşkili və inkişaf etdirilməsi, turizm imkanlarının təbliği, milli turizmin inkişafı və turizm infrastrukturlarının yeniləşməsi sahəsində konkret istiqamətlər müəyyənləşdirilib. Azərbaycanın qədim tarixə malik olması, Xəzər dənizi sahilində yerləşməsi, tarixi abidələrlə zənginliyi, dünyanın 11 iqlim qurşağından 9-nun burada mövcudluğu və insanların qonaqpərvərliyi turizmin inkişaf etdirilməsinə geniş imkanlar yaradır. Ölkəmizdə 12 təbii və tarixi qoruq, 17 müvəqqəti qoruq və ovçuluq təsərrüfatı mövjuddur. Müxtəlif regionlarda 6 mindən artıq memarlıq və mədəniyyət abidələri qorunub saxlanılır. YUNESKO tərəfindən qeydiyyata alınan «İçəri şəhər», Qız qalası, Şəki Xan sarayı, Möminə Xatun Türbəsi və digər mədəniyyət abidələri artıq bütün dünyada məhşurdurlar. Dövlət proqramı bütün sərvətlərdən səmərəli istifadə etməklə, turizmi inkişaf etdirməyi qarşıya məqsəd qoymuşdur. Eyni zamanda Azərbayjanda turizmi inkişaf etdirmək məqsədilə aşağıdakı əsas vəzifələr qarşıya qoyulmuşdur: turizm sahəsində sahibkarlığı, ilk növbədə kiçik və orta sahibkarlığı inkişaf etdirməklə rəqabətə davamlı turizm bazarını yaratmaq; turistlərə xidmətin keyfiyyətinin yüksəldilməsini, onun beynəlxalq standartlara uyğunluğunu təmin etmək; turizm fəaliyyətinin dövlət tənzimlənməsini həyata keçirmək; turizmdən dövlət və yerli büdcələrə daxil olan vəsaitin həcmini artırmaq; turizmin infrastrukturunu, onun maddi-texniki bazasını möhkəmlətmək; turizm müəssisələrinin beynəlxalq turizm proqramlarında iştirakı üçün əlverişli şərait yaratmaq, xarici investorları turizm sferasına jəlb etmək. Bu vəzifələrin hər birinin yerinə yetirilməsi gərgin və məsuliyyətli əmək tələb edir.

Azərbayjanda turizm sahəsi üzrə dövlət siyasətini həyata keçirən Mədəniyyət və Turizm Nazirliyi turizm sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirir. Azərbaycan Respublikası hökuməti ilə 16 ölkə – Türkiyə, Pakistan, Özbəkistan, Qırğızıstan, Çin, Polşa, İtaliya, Gürcüstan, Ukrayna, Rumıniya, Bolqarıstan, Belarus, Yunanıstan, Moldova, Qazaxıstan və Qətər hökumətləri arasında turizm sahəsində əməkdaşlıq haqqında sazişlər imzalanıb. Azərbayjan bir sıra beynəlxalq və regional təşkilatlarda, o cümlədən Ümumdünya Turizm Təşkilatı, İslam Konfransı Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Beynəlxalq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM, MDB üzv dövlətlərinin Turizm Şurası və digər regional təşkilatlar ilə turizm sahəsində əməkdaşlıq edir. 2006-sı il İslam Konfransı Təşkilatının turizm nazirlərinin V Konfransının Azərbayjanda keçirilməsi və Turizm üzrə Bakı Deklorasiyasının qəbul olunması Azərbaycanda turizm sektorunun inkişafı, infrastrukturun dünya standartları səviyyəsində qurulması üçün böyük əhəmiyyət kəsb edir.

Son illər beynəlxalq turizmin inkişafı, respublikamızda turizm şirkətlərinin və mehmanxanaların sayının artması, ölkəmizdə turizm sektorunun dünya standartlarına uyğun səviyyədə inkişaf etdirilməsi Azərbaycanın dünya turizm bazarına inteqrasiyası istiqamətində aparılan ardıjıl işlərdəndir.

Respublikamızda 28 dövlətin səfirlik və diplomatik nümayəndəlikləri fəaliyyət göstərir. Bakı şəhərində 20 aviakompaniyanın, 35 bank və 21 sığorta şirkətlərinin xidmətlərindən istifadə olunur. Son illər ərzində turizm sahəsində sahibkarlığın inkişaf etdirilməsi məqsədilə bir sıra normativ-hüquqi sənədlər qəbul edilmişdir. 2001-ci ildə ölkədə fəaliyyət göstərən turizm şirkətlərinin sayı 18 olduğu halda, bu gün onların sayı 215-dən artıqdır. Azərbaycanda mehmanxanaların sayı 2001-ci ildə 149, 2002-ji ildə 173, 2003-jü ildə 203, 2004-jü ildə 233, 2005-ji ildə 266, olduğu halda, bu gün Azərbaycanda 289 mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektləri mövjuddur. 2001-ci ildən bu günə kimi 137 mehmanxana və mehmanxana tipli turizm obyekti tikilərək, istifadəyə verilmişdir. Yerləşdirmə obyektlərindəki çarpayıların ümumi sayı 20880 təşkil edir ki, bunun da 7260-ı Bakı şəhərinin payına düşür. Mehmanxanaların xidmət səviyyəsinin öyrənilməsi və beynəlxalq standartlara uyğun qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə «Turist-ekskursiya xidmətinin sertifikatlaşdırılması»nın keçirilməsi qaydaları təsdiq edilmişdir. Bu qaydalara əsasən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkəmizdə fəaliyyət göstərən mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərinin təsnifatı aparılır. Bu günə qədər 39 mehmanxana – Bakı şəhərində 25, digər şəhər və regionlarda 14 mehmanxana təsnifatdan keçmişdir və göstərdikləri xidmətə uyğun dərəjələrə layiq görülmüşlər.

Mehmanxanaların istismarından 2004-cü ildə əldə edilən gəlir 271 mlr. 632,6 mln. manat, 2005-ji ildə 665 mlr. 10,9 mln manat gəlir vergisi, ƏDV və digər vergilərdən büdjəyə daxil olmalar 2004-cü ildə 30 mlrd. 473,6 mln. manat, 2005-ci ildə 94 mlr. 41, 1 mln manat təşkil etmişdir.

Azərbaycanda mütəmadi olaraq beynəlxalq tədbir və toplantıların keçirilməsini, respublikaya turist səfərlərinin ildən-ilə artımını nəzərə alaraq mehmanxanaların ilboyu istismarı beynəlxalq standartlara uyğun təmin olunur. Azərbaycana səfər edən xarici vətəndaşların sayı 2002-ci ildə 834373 nəfər, 2003-cü ildə 1013811 nəfər, 2004-cü ildə 1348655 nəfər, 2005-ci ildə 1177277 nəfər, 2006-cı ilin birinci yarım ili ərzində 1126815 nəfər təşkil etmişdir. Xarici ölkələrə gedənlərin sayı 2002-ci il 1141014 nəfər, 2003-cü ildə 1376303 nəfər, 2004-cü ildə 1473476 nəfər, 2005-ci ildə 1829765 nəfər təşkil etmişdir.

Turistlərin sayı 2002-ci ildə 428397 nəfər, 2003-cü ildə 629753 nəfər, 2004-cü ildə 785911 nəfər, 2005-ci ildə 865255 nəfər, 2006-cı ilin birinji yarısında 923195 nəfər təşkil etmişdir.

Ölkənin regionlarında turist zonalarının və marşrutlarının təşkil edilməsilə bağlı 7 marşrut istiqamətində proqramlar hazırlanmışdır. Bu marşrutlara aşağıdakılar daxildir:

Ümummilli liderimiz Heydər Əliyevin 27 avqust 2002-ci il sərənjamı ilə «Azərbaycan Respublikasında 2002-2005-ci illərdə Turizmin İnkişafına dair Dövlət Proqramı»nın təsdiq olunması ölkəmizdə turizm ehtiyatlarından səmərəli istifadə edilməsi yollarını müəyyənləşdirdi və respublikamızın beynəlxalq turizm arenasına çıxması üçün geniş imkanlar yaratdı.

Turizm fəaliyyətinin ərazi təşkili ərazinin təbii-rekreasiya sərvətlərinin mövjudluğu şəraitində mümkün olur. Bu sərvətlərin dəyəri və ehtiyatlarından asılı olaraq, müxtəlif səviyyəli kurortların təşkilindən danışmaq olar. Bunların hər birinə hazırlıq səviyyəsi, sənədlərin təsdiqi və qərarların qəbulu xasdır. Burada təbii müalicəvi sərvətlərin axtarılması və ekspert qiymətləndirilməsi, iqlimin müalijəvi xüsusiyyətləri haqqında məlumatın olması ilk addım ola bilər. Qeyd edək ki, ərazinin turist rekreasion sənədlərinin hazırlanması işinin təşkilinin sifarişçisi qeyri-dövlət və kommersiya strukturları ola bilər. Lakin müvafiq dövlət orqanların ijazəsi ilə ilk növbədə aşağıdakı sənədlər hazırlanmalı və müzakirə edilməlidir:

– ərazinin təbii-rekreasiya amillərinin keyfiyyəti haqqında elmi nətijələr;

– təbii-rekreasiya sərvətlərin ehtiyyatı haqqında ekspert nətijə;

– müalijə-sağlamlıq zonası, ərazisinin və onun hüdudları daxilindəki təbii sağlamlıq sərvətlərinin vəziyyəti haqqında dövlət ekologiya və sanitar-epidemioloci ekspertizanın nətijələri;

– profil dəyişmə, yerdəyişmə və bağlanması lazım olan təbii-rekreasiya ərazisi hüdudlarında yerləşən sənaye, kənd təsərrüfatı və başqa müəssisələrin siyahısı;

– ərazinin topoqrafik planı, onların istehsalçıları haqqında məlumatlar.

Sənədlərə müəyyən müddət ərzində Mədəniyyət və Turizm Nazirliyinin rayonlararası ekspert şöbəsi tərəfindən baxılır. Hökumət qərarının qəbulundan sonra texniki-təşkilati tədbirlər həyata keçirilir:

– təbii-rekreasiya sərvətlərin yenidən öyrənilməsi;

– sərhədlərin qoyulması və istehlak rejimi layihəsinin işlənilməsi;

-ərazidə sərvətlərin müəyyən olunması və vəziyyəti üzərində müşahidənin təşkili;

-ərazini əlverişli ekoloji və sanitar-epidemioloci vəziyyətdə saxlamaq, təbiəti qorumaq işlərin həyata keçirilməsi.

Turizmin ərazi təşkili zamanı bu əraziyə aşağıdakılar aid olmalıdır:

– bir və ya bir neçə unikal təbii-müalijəvi sərvətlərə malik olmalıdır;

– bu sərvətlərin lazımi ehtiyatına malik olmalıdır;

– kurort tikintisi üçün geniş və münasib sahəyə malik olmalıdır;

– ekoloji və sanitar-epidemioloji normalara uyğun gəlməlidir;

– digər texniki təjhizat mənbələrinə malik olmalıdır.

Daha sonra təbii-rekreasiya zonasının fəaliyyətdə olan zonaya çevrilməsi prosesi gedir. Məhz bu mərhələdə investorların maraqları reallaşır. Bura aşağıdakı mərhələlər daxildir:

1. Ərazinin planlaşdırılması və sanatoriya-kurort sahəsinin inkişafı nəzərə alınmaqla, turist-rekreasiya və kurort kompleksinin baş planı hazırlanır.

2. Cəlb olunan investisiyalar, büdjə, qeyri-büdcə vəsaitləri hesabına istirahət müəssisəsi və obyektlərinin iş layihəsi və tikintisi başlanır.

3. Ərazinin əhəmiyyətli turist-kurort zonası kimi tanınması haqqında sənədlər hazırlanır:

– fəaliyyətdə olan turist-kurort obyektlərinin siyahısı;

– təbii-müalicə sərvətlərinin vəziyyəti haqqında balneoloji və onların ehtiyatları haqqında ekspert nətijələri;

– təbii müalijəvi və başqa təbii sərvətlərin, ərazinin vəziyyəti haqqında dövlət ekoloji və sanitar-epidemioloci tədqiqatların nəticələri.

Ölkəmizdə turizm xidməti üçün çox əlverişli şərait var. Bu ondan irəli gəlir ki, respublikamızın hər cür təbii iqlim, landşaft şəraiti, iqtisadi imkanları və turizm obyektləri mövcuddur.

Turizmin inkişaf etdirilməsi əhalinin həyat səviyyəsinin yüksəldilməsində və xarici iqtisadi əlaqələrin möhkəmlənməsində də mühüm rol oynayır. Ölkəmizdə mineral suların, müalicə nefti və palçığın olması kurort yerlərinin əhəmiyyətini artırmaqla yanaşı, buraya turist axınını da gücləndirir. Xəzər dənizi sahilləri, Quba-Xaçmaz, Lənkəran-Astara, Şəki-Zaqatala, Gəncə-Qazax iqtisadi rayonları turizmin inkişaf etdirilməsi üçün çox yararlıdır. Məhz bu zonalara turist axını daha çoxdur. Bundan əlavə, müxtəlif arxeoloji, tarixi-memarlıq abidələri, incəsənət obyektləri də xarici turistləri cəlb edir.

Ölkəmizdəki turistlərin əksəriyyətini Avropa ölkələrindən, qonşu dövlətlərdən və ABŞ-dan gələnlər təşkil edir.

Azərbaycanda turizmin inkişaf etdirilməsi üçün geniş imkanlar yaradılır və turistlərə xidmət yüksək səviyyədə təşkil olunur.

Turizmin inkişafı üçün yeni Dövlət Proqramı hazırlanır. Bu proqramda turizm üçün lazımi infrastrukturun yaradılması, mövcud infrastrukturun inkişafı, turizmin müxtəlif sahələrinin genişləndirilməsi nəzərdə tutulur.

Ötən il ölkəmizdə turistlərin sayı 1.177 277 nəfər olmuşdur ki, bunlardan 865-i daxili, 255 xarici turistlərdir. Onların sayı ilbəil çoxalmaqda davam edir.

“Euronews.com”: Azərbaycan turizm üçün möhtəşəm ilə hazırlaşır VİDEO

Azərbaycan turizm üçün möhtəşəm ilə hazırlaşır. Avropa ilə yeni hava əlaqələri qurur, milyonlarla səyahətçinin görməli yerləri ziyarət etməsinə və ölkənin füsunkar mənzərəsindən həzz almasına imkan yaratmaq üçün viza təminatını asanlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə “Euronews.com” internet portalında dərc olunan reportajda bildirilir.

Almaniyanın paytaxtı Berlində keçirilən, dünyanın ən böyük turizm yarmarkalarından olan ITB sərgisi ilə bağlı yayımlanan reportajda qeyd olunur ki, ITB 50 ildən artıqdır turizm sektorunda nüfuzlu sərgilərdən biridir.

“Euronews”un müxbiri Siril Fourneris turizm dünyasını bu il üçün nələr gözlədiyini öyrənmək məqsədilə martın 7-dən 9-dək davam edən “ITB Berlin 2023”-də iştirak edib. Sərgiyə qatılan ekspertlər beynəlxalq turizm aktivliyinin pandemiyadan əvvəlki səviyyələrə çata biləcəyini proqnozlaşdırırlar. Siril Fournerisin hazırladığı reportajda Səudiyyə Ərəbistanı, Yaponiya, Mərakeş, Britaniya, Gürcüstan və Azərbaycanın turizm potensialından bəhs olunur. Bildirilir ki, Azərbaycan turizm üçün möhtəşəm ilə hazırlaşır. Avropa ilə yeni hava əlaqələri qurur, milyonlarla səyahətçinin görməli yerləri ziyarət etməsinə və ölkənin füsunkar mənzərəsindən həzz almasına imkan yaratmaq üçün viza təminatını asanlaşdırır.

Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmidf “Euronews”a açıqlamasında deyib: “Biz Azərbaycandakı biomüxtəlifliklə fəxr edirik. Çoxlu müxtəlif landşaftlar, yeni iqlim zonaları var. Bir çox yeni layihələrə start vermişik, təcrübə qazanmışıq, ötən illərdə yeni otellər açılıb. Buna görə də ölkədə turizm sənayesi çox aktivdir”.

Comments are closed, but trackbacks and pingbacks are open.