Press "Enter" to skip to content

Azerbaycanin əhalisi

Respublikada ən kiçik kəndlər isə Dahar (İsmayıllı rayonu), Əlməkolu (Siyəzən rayonu), Gənzə (İsmayıllı rayonu), Qızqayıtdı (Neftçala rayonu), Pirəqanım (İsmayıllı rayonu) kəndləridir.

Azərbaycanın ən böyük və kiçik kəndləri – SİYAHI

Azərbaycanda ümumi əhalinin sayı 10 milyona yaxınlaşır. Lent.az-ın məlumatına görə, modern.az Dövlət Statistika Komitəsininə istinadən məlumat yayıb. Hazırda ölkə əhalisinin 53 faizi şəhər, 47 faizi isə kənd yerlərində yaşayır. Azərbaycan Respublikasının tərkibinə 66 inzibati rayon, 77 şəhər, 258 qəsəbə və 4257 kənd yaşayış məntəqələri daxildir.

Müstəqillikdən sonra zavod və fabriklərin bağlanması, kənd təsərrüfatında yaranan tənəzzül nəticəsində bir çox insan iş yerlərini itirib. Onlar dolanışıq üçün əsas çıxış yolunu xaricə, xüsusən Rusiyaya getməkdə tapıblar. Bir çox rayon və kəndlərin əhalisi isə Bakıya və Sumqayıta gəlib. Nəticə etibarı ilə Azərbaycan kəndləri boşalıb. Bu səbəbdən də hazırda şəhərlərdə yaşayanların sayının rəsmi statistikada göstəriləndən xeyli çox olduğunu söyləyə bilərik.

Düzdür, son illər bu proses xeyli səngiyib, amma kəndlərdən axın hələ də davam etməkdədir. Səbəb isə yenə də iş yerlərinin olmamasıdır.

Buradan qaynaqlanaraq, Modern.az Azərbaycanda əhalisinin sayına görə ən böyük və ən kiçik kəndin hansılar olduğunu araşdırıb.

Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, Azərbaycan Respublikasında keçirilmiş əhalinin son siyahıyaalınmasının (2009-cu il aprel ayının 13-dən 22-dək) yekunlarına əsasən, əhalisinin sayına görə ən böyük kəndlər Nehrəm (Babək rayonu), Masazır (Abşeron rayonu), Əyyublu (Tovuz rayonu), Aşağı Quşçu (Tovuz rayonu), Cəhri (Babək rayonu) kəndləridir.

Respublikada ən kiçik kəndlər isə Dahar (İsmayıllı rayonu), Əlməkolu (Siyəzən rayonu), Gənzə (İsmayıllı rayonu), Qızqayıtdı (Neftçala rayonu), Pirəqanım (İsmayıllı rayonu) kəndləridir.

Ən böyük və ən kiçik kəndlərdə nə qədər adamın yaşadığını öyrənmək isə mümkün olmayıb. Məlumatda qeyd edilib ki, yaşayış məntəqələrinin ərazilərinə dair statistik məlumatlara Dövlət Statistika Komitəsi malik deyil.

Qeyri-rəsmi məlumata görə, əhali sayının ən az məskunlaşdığı kəndlərdə 3-4 nəfər yaşayır. İsmayıllı rayonunun Pirəqanım kəndində isə cəmi 2 nəfərin yaşadığı bildirilir.

Azerbaycanin əhalisi

Əhali haqqında məlumatların əldə edilməsi üçün ilk mənbə əhalinin siyahıyaalınmalarıdır.
Əhalinin sayının cari hesablanması 2009-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasının yekunları əsasında aparılmış və hər il bu ərazidə doğulanların və daimi yaşamaq üçün gələnlərin sayı əhalinin sayına əlavə edilmiş, ölənlərin və bu ərazidən köçənlərin sayı isə əhalinin sayından çıxılmışdır. 2019-cu ildə keçirilmiş əhalinin son siyahıyaalınmasının yekunları hazır olduqdan sonra isə əvvəlki siyahıyaalmadan ötən dövrlər üzrə əhalinin sayı və tərkibinə dair müvafiq dəqiqləşdirmələr aparılacaqdır.
Əhali yaşayış yerlərinə görə şəhər və kənd əhalisinə bölünür. Şəhər yerlərinə şəhərlər və qəsəbələr aid edilir, qalan bütün yaşayış məntəqələri isə kənd yerləri sayılır.
Təhlilin məqsədindən asılı olaraq müxtəlif yaş qruplarından istifadə olunur..
Əhalinin orta illik sayı – müvafiq ilin əvvəlinə və sonuna olan əhalinin sayının riyazi yolla hesablanmış orta sayıdır.
Yaş – həyatda tamam olmuş yaşların, bir yaşdan kiçik uşaqlar üçün ayların, 1 aylığa qədər uşaqlar üçün isə günlərin sayıdır. Yaş tərkibi haqqında məlumatlar siyahıyaalmalar zamanı sorğu yolu ilə əldə edilir. Bu məlumatlar ayrı-ayrı yaşlar üzrə X yaşdan X+1 yaşadək əhalinin sayının hərəkəti metoduna uyğun cari hesablamalar yolu ilə müəyyən edilir. Demoqrafik hadisələrin cari qeydiyyatına dair məlumatlar hesablamalar zamanı nəzərə alınır.
Doğulanlar və ölənlər haqqında məlumatlar Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələri tərəfindən tərtib edilən doğum və ölüm haqqında aktlarda olan məlumatların statistik cəhətdən hər ay təhlil edilməsi əsasında əldə edilir. Doğulanların sayına yalnız diri doğulanlar daxil edilir.
Əhalinin təbii artımı – təqvim ilində diri doğulanların sayı ilə ölənlərin sayının fərqinə bərabərdir.
Doğumun ümumi əmsalı – uşaq doğumunun intensivliyini müəyyən edən göstəricidir, müəyyən bir müddətdə diri doğulanların sayının əhalinin orta illik sayına nisbəti ilə ölçülür. Əhalinin hər 1000 nəfərinə hesablanır.
Ölümün ümumi əmsalı – əhali arasında ölümün intensivliyini müəyyən edən göstəricidir. Təqvim ilində, müvafiq olaraq ölənlərin sayının əhalinin orta illik sayına nisbətidir, əhalinin hər 1000 nəfərinə hesablanır.
Təbii artımın əmsalı – əhalinin təbii artımı nisbi göstəricilərlə də səciyyələndirilə bilər. Əhalinin təbii artımının əhalinin orta illik sayına bölünməsi ilə və ya doğumun və ölümün ümumi əmsallarının fərqi ilə əhalinin hər 1000 nəfərinə hesablanır.
Ümumi nəsilvermə (fertillik) əmsalı – ümumi nəsilvermə əmsalı reproduktiv dövr ərzində 15-49 yaşda bir qadının orta hesabla neçə uşaq doğa bildiyini göstərir.
Bu əmsal doğumun yaş əmsallarının hər yaş intervalının uzunluğuna vurulub toplanmaq yolu ilə hesablanır (bir illik əmsallar üçün vuruq birə, beş illik əmsallar üçün beşə və s. bərabərdir). Nəticədə cəm 1000-ə bölünür, yəni bu göstərici orta hesabla bir qadın üçün hesablanır.
Brutto-təkrar istehsal əmsalı – reproduktivlik dövründə bir qadının orta hesabla doğduğu qız uşaqlarının sayını və doğulan uşaqların müəyyən vaxtdan sonra yeni valideyn nəsli ilə əvəz edilməsini göstərir. Bu göstəricinin hesablanma-sında ölüm amili nəzərə alınmır, yəni reproduktiv dövrün sonuna qədər anaların və doğulan qız uşaqlarının sağ qalma ehtimalı qəbul edilir.
Əhalinin təkrar istehsalının brutto-əmsalı doğumun nəsilvermə əmsalı kimi hesablanır, lakin ondan fərqli olaraq hesablamada yalnız qızlar nəzərə alınır. Adətən doğulan qızların xüsusi çəkisi qadınların bütün yaşlarında təqribən 0,488-ə bərabər götürülür.
Netto-təkrar istehsal əmsalı – brutto-təkrar istehsal əmsalından fərqli olaraq, netto təkrar istehsal əmsalının hesablanmasında ölüm amili nəzərə alınır (həyat cədvəllərindən istifadə olunur). Netto təkrar istehsal əmsalı ana nəslinin qızların analıq yaşına çataraq yeni nəsil ilə əvəz olunmasını xarakterizə edir. Adətən əmsal orta hesabla bir qadın üçün hesablanır. Bu göstərici 1000 qadın üçün də hesablana bilər.
Əgər bu əmsal 1,0-a bərabərdirsə, onda doğum və ölüm nisbətləri əhalinin sadə təkrar istehsalını təmin edir. Əgər netto-təkrar istehsal əmsalı 1,0-dan az və ya çoxdursa, bu o deməkdir ki, əhalinin təkrar istehsalı daralmış (yəni uşaq nəslinin sayı valideyn nəslinə nisbətən azlıq təşkil edir) və ya geniş (sayca uşaq nəsli valideyn nəslinə nisbətən çoxluq təşkil edir) təkrar istehsaldır.
Körpə ölümünün əmsalı – bir yaşadək (0 yaşda) körpələrin ölümünü səciyyələndirir. Körpə ölümünün səviyyəsi ölümün ümumi əmsalından fərqli olaraq bir yaşadək körpələrin ölüm hallarının onların orta illik sayına nisbəti kimi deyil, diri doğulanların ümumi sayına nisbəti ilə hesablanır.
Belə hesablama, həmçinin 5 yaşadək (0-4 yaş qrupu) ölən uşaqlara da şamil olunur və uşaq ölümünün səviyyəsini müəyyən edir.
Ölümün səbəbləri haqqında informasiya mənbəyi ölümə səbəb olmuş xəstəlik, bədbəxt hadisə, qətl, özünəqəsd və digər xarici təsirlərlə əlaqədar olaraq həkim (və ya feldşer) tərəfindən tərtib olunan ölüm haqqında şəhadətnamələrdəki qeydlərdən ibarətdir.
Ölüm haqqında məlumatların səbəblər üzrə kodlaşdırılması və işlənməsi xəstəliklərin, zədələr və ölümün səbəblərinin X Baxılış Beynəlxalq Təsnifatına uyğun aparılır.
Ölümün səbəblərinə görə ölüm əmsalları – göstərilən ölüm səbəblərindən il ərzində ölənlərin sayının bu yaşda əhalinin orta illik sayına bölünməsi yolu ilə təyin edilir. Ölümün ümumi və yaş əmsallarından fərqli olaraq, əhalinin 100 min nəfərinə, 1 yaşadək körpələr üçün isə 10 min nəfər diri doğulana görə hesablanır. Əhalinin yaş tərkibində müxtəlifliyin təsirini aradan qaldırmaq üçün ölümün standartlaşdırılmış əmsalları hesablanır.
Doğulanda gözlənilən ömür uzunluğu (0 yaş üçün) – doğulanların hər birinin orta hesabla yaşaya biləcəyi illərin sayını göstərir. Burada, doğulanların bütün ömrü boyu ölümün səviyyəsinin hər yaş qrupu üzrə göstəricinin hesablandığı ildəki səviyyədə dəyişməz qalacağı şərti qəbul edilir. Doğulanda gözlənilən ömür uzunluğu həyat cədvəllərinin hesablanması nəticəsində alınır.
Nikah – kişi və qadının bir-birinə və uşaqlara qarşı hüquq və vəzifələrini müəyyənləşdirən münasibət formasıdır. Ər və arvad arasında hüquqi münasibət, onların nikahlarının Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələrində qeyd etdirilməsidir.
Əhalinin təbii hərəkətinin cari statistikası yalnız hüquqi cəhətdən qeyd olunmuş nikahları nəzərə alır. Əhalinin siyahıyaalınmasında isə rəsmi qeydə alınıb-alınmamasından asılı olmayaraq, faktiki nikahda olanlar hesaba alınır.
Nikahın ümumi əmsalı – qeydə alınmış nikahların sayının əhalinin orta illik sayına olan nisbətidir, əhalinin hər 1000 nəfərinə hesablanır.
Boşanma (nikahın pozulması) – birlikdə yaşayan ər-arvadın nikahlarının son hüquqi ləğvi tərəflərə təkrar nikaha daxil olmaq hüququ verir. Nikahın pozulma faktı Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələrində qeydiyyata alındıqdan sonra pozulmuş hesab olunur.
Boşanmanın ümumi əmsalı – gösətərilən dövr ərzində boşanma saylarının həmin dövr ərzində əhalinin orta illik sayına nisbətidir. Əhalinin hər 1000 nəfərinə hesablanır.
Azərbaycan Respublikası ilə MDB dövlətləri və digər xarici dövlətlər arasında miqrasiya haqqında məlumatlar əhalinin daimi yaşayış yerinə görə qeydiyyatı zamanı Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat İdarəsi tərəfindən tərtib olunan gəlmə (getmə) miqrantların statistik qeydiyyat vərəqəsinə qoşulan kəsmə talonlarda və Dövlət Miqrasiya Xidməti tərəfindən təqdim olunan “Azərbaycan Respublikasında olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında” 1-№-li (Miqrasiya) rüblük (illik) rəsmi statistika hesabatı formasında olan məlumatların statistik işlənməsi nəticəsində əldə edilir.
Gələnlər – daimi yaşayış üçün ölkəyə giriş icazəsi almış şəxslərin sayı, gedənlər isə – daimi yaşamaq üçün ölkədən getmək icazəsi almış şəxslərin (Azərbaycanda daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər daxil edilməklə) sayı deməkdir.
«Gələnlər» və «gedənlər» anlayışları miqrasiyanı xarakterizə edir, çünki eyni şəxs daimi yaşayış yerini il ərzində bir neçə dəfə dəyişə bilər.
Miqrasiya artımı (azalması) – təqvim ilində gələnlərlə gedənlərin sayı arasındakı fərqdən ibarətdir.

Elektron xəritə
Demoqrafik və sosial statistika
İqtisadi statistika
Ətraf mühit və digər sahələr
Statistik məlumatlar sizi qane edirmi?

Bəli
Qismən
Xeyr

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Ünvan: AZ 1136 Azərbaycan Respublikası, Bakı, İnşaatçılar prospekti, 81

Tel: (+994 12) 377 10 70
Faks: (+994 12) 538 24 42
E-poçt: sc@stat.gov.az
Qaynar xətt:
(+994 12) 377 10 70, 33-00
Mətbuat xidməti:
(+994 12) 377 10 70, 22-66
Vətəndaşların müraciətləri ilə bağlı əlaqə:
(+994 12) 377 10 70, 22-38
Saytdakı məlumatlardan istifadə edərkən
istinad etmək zəruridir.
İstifadə sayğacı

© 2002-2023. Saytın idarə olunması Dövlət Statistika Komitəsinin İnformasiya texnologiyaları şöbəsi tərəfindən həyata keçirilir.

Comments are closed, but trackbacks and pingbacks are open.