Press "Enter" to skip to content

Azerbaycanin xarici ticaret elaqeleri 2018 yanvar-dekabr

13:15 12-09-2015

Yanvar-may aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 12068,6 milyon dollar olub

2018-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 160 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 95 ölkəyə məhsul ixrac olunub, 150 ölkədən idxal olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2018-ci ilin yanvar-may aylarında xarici ticarət dövriyyəsi 12068,6 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 8213,3 milyon dollar, idxalın dəyəri 3855,3 milyon dollar təşkil edib, nəticədə 4358,0 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2017-ci ilin yanvar-may ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 35,4 faiz, real ifadədə isə 3,1 faiz, o cümlədən ixrac 2,8 faiz, idxal 3,8 faiz artıb.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, ixracın 22,4 faizini İtaliyaya, 8,3 faizini İsrailə, 7,6 faizini Türkiyəyə, 5,8 faizini Tayvana (Çinin əyaləti), 5,3 faizini İndoneziyaya, 4,8 faizini Kanadaya, 4,4 faizini Almaniyaya, 4,0 faizini Çexiyaya, hər biri 3,4 faiz olmaqla Gürcüstan və Rusiyaya, 3,2 faizini Portuqaliyaya, 3,0 faizini Hindistana, 2,7 faizini ABŞ-a, hər biri 2,5 faiz olmaqla Fransa və İspaniyaya, qalan 16,7 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,4 faizi Rusiya, 15,8 faizi Türkiyə, 10,2 faizi Çin, 7,6 faizi Almaniya, 4,8 faizi ABŞ, 4,2 faizi Ukrayna, 3,4 faizi İtaliya, 3,0 faizi İran, 2,7 faizi Belarus, 2,4 faizi Birləşmiş Krallıq, 28,5 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

Azerbaycanin xarici ticaret elaqeleri 2018 yanvar-dekabr

Azərbaycanın xarici ticarətinin də vəziyyəti pisləşir

13:15 12-09-2015

CƏMİYYƏT

“Neftin ucuzlaşdığı bir vaxtda qeyri-neft sektorunun iqtisadiyyata dəstək verə bilməməsinin ağır nəticələri yaşayırıq. Qeyri-neft sektorunun inkişafının əsas lokomotivi ixracın gücləndirilməsi ola bilər. Ancaq xarici ticarətdə bu istək hələki reallıqdan çox uzaqdır”. Bunu iqtisadçı-ekspert Samirp Əliyev dünən özünün facebook sosial şəbəkəsindəki səhifəsində yazıb.

O qeyd edib ki, Dövlət Gömrük Komitəsinin 7 aylıq statistik məlumatlarına görə, ixracda qeyri-neftin payı 13%-ə yüksəlib: “Halbuki uzun müddət bu göstərici 7%-dən çox olmayıb. Qeyri-neftin ilk baxışdan artım kimi görünən payı əslində həcmcə azalıb. Yəni 2014-cü ilin yanvar-iyul aylarında qeyri-neft sektorunun ixracı $991 milyon dollar olduğu halda bu ilin müvafiq dövründə $4 milyon azalaraq $987 milyona düşüb. Qeyri-neftin payının artması isə neft sektorunun ixracının 2 dəfəyədək azalması ilə bağlıdır.
Ümumən götürdükdə xarici ticarətin vəziyyəti gekdikcə pisləşir. 7 aylıq nəticələrə görə, müsbət saldo azalır və ixracla idxalın artıq “görüşmək” ehtimalı da artır. 2014-cü ilin 7 ayında ixrac ixdaldan 2,7 dəfə çox olduğu halda bu ilin müvafiq dövründə üstünlük 41.5%-ə enib. Yəni ixrac $13,3 milyarddan $7,5 milyarda düşüb, idxal isə $4,9 milyarddan $5,3 milyarda qalxıb. Yanvar-iyul aylarında müsbət saldo $8,4 milyarddan $2,2 milyarda düşüb.
İxracın azalmasının əsas səbəbi təbii ki, neftin dünya bazarlarında ucuzlaşmasıdır. Ötən ilin 7 ayı ilə müqayisədə xam neft ixracı dəyər ifadəsində 43,6%, neft məhsulları 40,3%, təbii qaz 31,8% azalıb. Ancaq azalma qeyri-neft sektorunda da baş verib. Yeyinti məhsullarından çay ixracı 43,7%, bitki və heyvan mənşəli piylər və yağlar 30,3%, şəkər 7,4%, spirtli və spirtsiz içkilər 32,3% azalıb. Sənaye məhsullarından isə plastmassa və onlardan hazırlanan məmulatlar 19%, gön və aşılanmış dəri 36,9%, qara metallar 43,7% azalıb. Yeganə artım meyvə-tərəvəzdə (0,8%), kimya sənayesi məhsulları (66,9%) və alüminium məmulatlarında (10,85%) qeydə alınıb.
Azərbaycanın ixracında MDB ölkələrinin mövqeyi bu il pisləşib və ümumilikdə 43% azalma olub. Rusiyaya ixrac 40%, Belarusa 51,4%, Qazaxıstana 63%, Qırğızıstana 84%, Özbəkistana 70%, Ukrayna 65% azalıb. Azalma Avropa İttifaqında da baş verib və bunun əsas səbəbi neftin ucuzlaşmasıdır”.
Sənan Mirzə

Похожие статьи

  • Azrbaycanın xarici ticarti

    Azrbaycanın xarici ticarti Qeyd olunub ki, yanvar-iyul aylarında Azərbaycan Avropa İttifaqı (Aİ) ölkələri arasında ən çox İtaliyaya məhsul ixrac edib….

  • Azərbaycan xarici iqtisadi əlaqələri

    AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ SUVARMA kənd təsərrüfatının inkişafını dəstəkləyir AZƏRBAYCAN SƏMƏRƏLİ ƏMƏKDAŞLIQ AİB Azərbaycanın zəngin…

  • Azrbaycanda xarici iqtisadi laqlr

    Azərbaycanı regionun siyasi və iqtisadi güc mərkəzinə çevirən siyasət – ANALİZ Qarabağ bölgəsində böyük quruculuq və bərpa işləri başlayır. Burada yeni…

  • Azerbaycanin beynelxalq elaqeleri

    Azərbaycan və Avropa Komissiyası beynəlxalq maliyyə qurumları ilə əlaqələri müzakirə edib Müştəri ilə şirkət əlaqələrinin qurulması Şirkətə müştəri ilə…

  • Azərbaycan respublikasının gömrük məcəlləsi 2018

    Azərbaycan respublikasının gömrük məcəlləsi 2018 Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük…

Comments are closed, but trackbacks and pingbacks are open.