Press "Enter" to skip to content

Azərbaycan millisinin legionerləri təlim-məşq toplanışı üçün Bakıya gəlib

Azərbaycan legionerlərinə əvvəlcə qrup halında başçılıq edirdilər: Abbas bəy Atamalıbəyov, Əbdürrəhman bəy Fətəlibəyli-Düdənginski və Fuad Əmircan. [6] “İrtibat Heyəti”-nin — Ferbindunqştabın hərbi, mülki və diplomatik şöbələri fəaliyyət göstərirdi. [11] Hərbi şöbəyə Ə. Düdənginski, mülki işə F. Əmircan, diplomatik sahəyə isə A. Atamalıbəyov rəhbərlik edirdi. [11] Birinci iki şöbənin müxtəlif bölmələri vardı. Hərbi şöbədə hərbi əsirlərlə bağlı məsələlərə Rəhim Babayev, legion məsələlərinə polkovnik (albay) İsrafil İsrafilov, xüsusi hissələrə (SS-in milli birləşmələri) İslam Əliyev baxırdı. Mülki şöbədə azərbaycanlı fəhlələr məsələsi bölməsinə Səbzəli Məmmədov, azərbaycanlı mütəxəssislər bölməsinə Cümşüd Məmmədov, radioveriliş bölməsinə Ənvər Qazıyev rəhbərlik edirdi. [11] Diplomatik şöbə isə Xarici İşlər Nazirliyi ilə müxtəlif tədbirlərin keçirilməsi və azərbaycanlıların işlədiyi müxtəlif alman müəssisələrindəki problemləri həll etmək istiqamətində fəaliyyət göstərirdi. [11]

Azerbaycan Legionu – Wikipedia

Azərbaycan legionu (alm. Aserbaidschanische Legion ‎) — Verxmatın xarici hərbi bölüklərindən biri. İkinci dünya müharibəsinin başlanması ilə formalaşan Azərbaycan legionları çətin şəraitdə olmalarına baxmayaraq, Azərbaycanın milli müstəqilliyinin qazanılmasına, Almaniya hökuməti tərəfindən tanınmasına çalışmışdır. İkinci dünya müharibəsi illərində Almaniyada fəaliyyət göstərən Azərbaycanın ayrı-ayrı siyasi xadimlərinin və nüfuzlu hərbçi-legionerlərinin köməyi ilə minlərlə yurddaşının həyatı xilas edilmişdir.

Azərbaycan legionerlərinin 1943-cü ildə Berlində Milli Azərbaycan Qurultayının keçirilməsi mühüm tarixi-hadisə olmuşdur. Belə ki, həmin qurultayda Azərbaycanın müstəqil dövlət olması fıkri xüsusi vurğulanmışdır. 1945-ci ilin martında Azərbaycan legionerlərinin böyük fəaliyyəti nəticəsində Almaniya Azərbaycanın müstəqilliyini tanımışdır.

Mündəricat

  • 1 Tarixi
    • 1.1 Zəmin
    • 1.2 Yaranması
    • 1.3 Döyüşlərdə iştirakı
    • 1.4 1943-cü ildə Berlində Milli Azərbaycan Qurultayının keçirilməsi
    • 1.5 Azərbaycan legionerlərinin mətbuat fəaliyyəti
    • 1.6 İkinci dünya müharibəsindən sonrakı illərdə fəaliyyəti

    Zəmin

    İkinci dünya müharibəsinin ilk illərindən hərbi əsirlər və mülki əhali də daxil olmaqla könüllü dəstələr yaradılmağa başladı. Müharibənin ilk aylarında həmin könüllülərdən, əsasən, arxa cəbhədə sürücü, atsaxlayan, mətbəx işçisi və müxtəlif sahələrdə istifadə edirdilər. Döyüş bölgələrində isə onlar patronlar daşıyır, rabitə və minatəmizləmə işlərində çalışırdılar. İlkin fəaliyyət dövründə alman hərbi hissələrindəki belə könüllüləri “xivi” (Almancanın qısaldılmış forması “Nilvswillige” — könüllü köməkçilər, daha dəqiqi – “köməyə hazır olanlar”) adlandırırdılar və müharibənin sonunadək onları belə də çağırdılar. [2] 1942-ci ilin sonlarına qədər belə xivilər Şərq cəbhəsindəki alman hissələrində əhəmiyyətli dərəcədə hiss olunurdular. Qeyd olunmalıdır ki, Xivilərin hüququ artdıqca onlar legionerlər — könüllülər, könüllü vuruşanlar olaraq qəbul edilməyə başladı.

    Yaranması

    Qüds müftisi Məhəmməd Əmin Əl-Hüseyni azərbaycanlı legionerlərlə görüş zamanı

    Türk-tatar əsirlərindən milli legionlar yaratmaq fikrini iki türk generalının xüsusi rolu olmuşdu və 1941-ci ilin oktyabrında bu planın müsbət həyata keçirilməsində cəhdlər göstərmişdilər. Həmin generallardan biri tanınmış hərbçi Nuru Paşa, digəri isə general Hüsnü Əmir Ərkilət idi. [3] Almanlar hərbi əsirlərlə iş aparmaq məqsədi ilə ayrı-ayrı xalqların mühacirətdəki liderləri ilə də əlaqələr qururdular. Bundan ötrü Şərq Nazirliyi tərkibində müvafiq komissiyalar yaradılırdı. Komissiyaların məqsədi əsirlərin siyahılarını tutmaq, onları gələcək günlər üçün işlərə hazırlamaq idi. Bununla əlaqədar, almanlar hələ ötən illərdən Almaniyada fəaliyyət göstərmiş mühacir liderlərə xüsusi önəm verirdilər. İdil-Ural türklərindən olan Əhməd Teymur xatırlayırdı:

    Məsələn, İdil-Ural işini mən, (sonralar Əbdürrəhman Şəfi Almaz) yürüdürdüm, Azərbaycan işinə Mehmet bəy (Məhəmməd Əmin Rəsulzadə), Şimali Qafqaz işinə Əli xan Qantəmir və dostları baxırdı. Türkistanlı əsirlərlə ilgilənmək üzrə komisyona alınan Vəli Qəyyum xan isə Mustafa Çokay gəldikdən sonra onun müavini olaraq çalışmalarını davam etdirdi. Bundan başqa, komisyonda gürcü və erməni işlərini yürüdən üzvlər də vardı. Komisyon üzvləri arasında səmimi bir qardaşlıq və dostluq havası hökm sürürdü. Hər kəs bu savaşa millətləri qurtuluşa götürəcək böyük bir savaş olaraq baxırdı.’ [4]

    Azərbaycan legionlarının yaradılması ilə bağlı ABŞ-da nəşr edilən “Üçüncü Reyxin xidmətində olan xarici imkanlar” kitabında da qeyd olunmuşdur:

    Türk legionlarının yaradılması ideyası Türkiyə ordusu Baş Qərargahının generalı Ərkilətə məxsusdur. Belə ki, 1941-ci ilin payızında Hitlerlə onun Şərqi Prussiya iqamətgahında görüşən generalın təklifi Hitleri maraqlandırmışdı. Türkiyəni öz tərəfınə çəkməyə çalışan Hitler 1941-ci ilin noyabrında Türkistan legionunun yaradılmasına razılıq verdi. Alman ordusunun tamamilə məxfı olan 1941-ci il, 3 dekabr tarixli əmri ilə daha çox – müsəlman Qafqaz, gürcü və erməni legionları formalaşdırılmağa başladı. Sonradan müsəlman-Qafqaz legionu şimali-qafqazlı və azərbaycanlı olmaq üzrə iki yerə ayrıldı. 1942-ci ilin ortalarında onlara daha ikisi əlavə edildi: Krım tatarları və Povoljye tatarları.’ [5]

    Lakin mühacirlərin Almaniya hökuməti təmsilçiləri ilə danışıqları heç də uğurlu getmirdi. Xüsusən, şimali qafqasiyalı, gürcüstanlı və azərbaycanlılar öz ölkələrinin müstəqilliyini irəli sürdüyündən almanlar tərəfindən qəbul edilmirdi. [6] Belə olduqda, Azərbaycan təmsilçisi Məhəmməd Əmin Rəsulzadə və şimali qafqazlı Səid Şamil Almaniyadan çıxıb getmək məcburiyyətində qalmışdılar. Lakin fon Mende çətinliklə də olsa, M. Ə. Rəsulzadəni müvəqqəti olaraq saxlaya bilmişdi. [6]

    1941-ci ilin avqustundan fəaliyyətə keçən komissiya düşərgələrdəki əsirlərlə görüşməyə başladı. [6] İdil-Ural komissiyasına (buraya tatarlar, başqırdlar, çuvaşlar və fin xalqlarının nümayəndələri daxil idi) Əhməd Teymur, Türkistan komissiyasına özbək Vəli Qəyyumxan, Şimali Qafqaz komissiyasına Əli xan Qantəmir, Azərbaycan komissiyasına isə Məhəmməd Əmin Rəsulzadə daxil idi. [6] Bundan əlavə, Gürcüstan və Ermənistan üçün də müvafiq komissiyalar vardı. Ümumi komisyon Başqanı isə NSDAP-ın (Milli Sosialist Almaniya Fəhlə Partiyası) SA batalyonundan şturmbanfürer Geybel adlı bir alman idi. [6]

    Polşanın Rodom şəhərində formalaşan Azərbaycan legionerləri haqqında məlumata Belorusiya Respublikasının Dövlət Təhlükəsizlik Komissarı L. Çanavanın 1943-cü ildəki 25 iyun raportunda da rast gəlmək mümkündür. [6] Raportda göstərilirdi ki, Azərbaycan milli legionu 5 min nəfəri əhatə edən 5 taburdan ibarətdir və Yedlino stansiyası yaxınlığında yerləşmişdir. [7]

    İlk azərbaycanlı əsirlər digər xalqlardan olanlarla birgə alman oberleytenant Baron fon Qoubenin başçılığı altında Zaporojya yaxınlığındakı 444 saylı təhlükəsizlik diviziyasında birləşdirildi. [8] Sonra onlardan alman zabitlərinin rəhbərliyi altında Türkistan taburu yaradıldı və bu sonradan 444 saylı türk taburu adını aldı. [8]

    1941-ci ilin sonlarına yaxın alman zabit Mayer Mader Özbəkistanın mühacirətdə olan siyasətçisi Vəli Qəyyumxanı da cəlb edərək qırmızı ordunun əsir düşmüş əsgərlərindən türk mənşəli mübarizə dəstəsi yaratdı və onlar təxribat işlərinə cəlb edildilər. [6] Az sonra Azərbaycandan və digər bölgələrdən olan türk mənşəliləri də bu işə yaxınlaşdırıb yeni dəstələr yaratdılar. [6]

    1942-ci ilin fevralın 18-dən rəhbəredici orqan Şərq legionlarının komandir və ya qərargahı adlandırıldı. Şərq legionlarının komandanları xidməti baxımından rütbə sırası ilə düzülürdülər və onların başlıca vəzifəsi müxtəlif millətlərdən olan hərbi əsirlərdən gücləndirilmiş hərbi taburlar yaratmaq idi. [6] Türkistan, Qafqaz, sonradan formalaşan Azərbaycan legionları məhz Mayer-Maderin yaratdığı hissələrin davamı kimi qurulmaqda idi və 1942-ci ilin fevralın 19-dan bunların hamısı birləşdirildi. [6]

    1942-cı ilin aprelində Fridrix Vemer fon Şulenburq Fransa, İtaliya, Balkanlar, Türkiyə və İsveçrədə yaşayan mühacirləri Berlinə dəvət etdi. [9] Həmin ilin aprelin sonu və mayın əvvəllərində Berlinin məşhur “Adlon” mehmanxanasında bir toplantı keçirildi. [9] Toplantıda aşağıdakı şəxslər iştirak edirdi: “Azərbaycanlı — Məhəmməd Əmin Rəsulzadə, Xəlil Xasməmmədov və fuad Əmircan; şimali qafqasiyalı — Səid Şamil, Heydər Bammat və Əli xan Qantəmir; gürcülərdən — Spiridion və Leo Kereselidze, Daşa Vaçanadze, Zurab Avaiaşvili v b.”. [9] Bu toplantının mühacirlərlə işbirliyi qurması baxımından böyük əhəmiyyəti vardı.

    Şərq Nazirliyində professor fon Mendenin başçılıq etdiyi SSRİ millətləri üzrə Baş İdarə fəaliyyət göstərirdi. [6] Bu idarənin nəzdində isə Qafqaz işləri üzrə idarə yaradılmışdı. [6] Burada Qafqazdan olan ayrı-ayrı xalqları əhatə edən — azərbaycanlı, gürcü, erməni, Şimali Qafqaz və Kalmık şöbələri vardı. Bu şöbələrin başlıca məqsədi müxtəlif sahələr üzrə gələcəkdə istifadə məqsədi ilə kadrlar hazırlamaqdan ibarət idi. [6] Bundan ötrü Polşanın Keits şəhərində yığma düşərgə, Almaniyanın Vüsturau, Tsitenxorst və Vutzets yaşayış məntəqələrində qapalı tədris düşərgələri təşkil edilmişdi. [6] Noyruppin şəhəri yaxınlığındakı “Vüsturau” düşərgəsində daha çox azərbaycanlılar yerləşdirilmişdi. [6]

    Almaniyada Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə Milli Azərbaycan Komitəsi də yaradılmışdı. Rəsulzadə bu münasibətlə yazırdı:

    Döyüşlərdə iştirakı

    Azərbaycan legionunun Varşava üsyanının yatızdırılmasında iştirakı, 1944-cü il avqust

    Azərbaycan legionerlərinə əvvəlcə qrup halında başçılıq edirdilər: Abbas bəy Atamalıbəyov, Əbdürrəhman bəy Fətəlibəyli-Düdənginski və Fuad Əmircan. [6] “İrtibat Heyəti”-nin — Ferbindunqştabın hərbi, mülki və diplomatik şöbələri fəaliyyət göstərirdi. [11] Hərbi şöbəyə Ə. Düdənginski, mülki işə F. Əmircan, diplomatik sahəyə isə A. Atamalıbəyov rəhbərlik edirdi. [11] Birinci iki şöbənin müxtəlif bölmələri vardı. Hərbi şöbədə hərbi əsirlərlə bağlı məsələlərə Rəhim Babayev, legion məsələlərinə polkovnik (albay) İsrafil İsrafilov, xüsusi hissələrə (SS-in milli birləşmələri) İslam Əliyev baxırdı. Mülki şöbədə azərbaycanlı fəhlələr məsələsi bölməsinə Səbzəli Məmmədov, azərbaycanlı mütəxəssislər bölməsinə Cümşüd Məmmədov, radioveriliş bölməsinə Ənvər Qazıyev rəhbərlik edirdi. [11] Diplomatik şöbə isə Xarici İşlər Nazirliyi ilə müxtəlif tədbirlərin keçirilməsi və azərbaycanlıların işlədiyi müxtəlif alman müəssisələrindəki problemləri həll etmək istiqamətində fəaliyyət göstərirdi. [11]

    Düdənginskinin fəallığı ilə “Azərbaycan Milli Birlik Məclisi” də formalaşırdı. [11] Azərbaycan Milli Birlik Məclisinin tərkibinə aşağıdakılar daxil idi: Ə. Düdənginski, Abbasqulu Abbasov, Vəli Ələkbərov, İslam Əliyev, Abbas bəy Atamalıbəyov, Rəhim Babayev, Ceyhun Hacıbəyli, Balakişiyev, Hacı Hacınski, Cahangirbəy Balakişiyev, Hacı Hacınski, Cahangirbəy Kazımbəyov, Cəlil İsgəndərli, İsrafil İsrafilov, Ənvər Qazıyev, Məcid Qarsalanlı, Nuşibəy Zülqədərov, Cabbar Məmmədov, Cümşüd Məmmədov, Murbaxan Məmmədov, Səbzəli Məmmədov, Fərman Məmmədov, Orucov, Süleymanov, Zahid Xoyski, Fuadbəy Əmircan və s. [11]

    Azərbaycan legionunun əsas bazaları Polşa və Almaniya ərazilərində yerləşirdi. [6] Sonralar isə legionu Polşanın Rodom məntəqəsindən Fransanın cənubunda yerləşən Rodess şəhərinə köçürdülər. [6] 1944-cü ildə Azərbaycan legionerlərindən Ə. Düdənginskinin, İ. İsrafilovun, R. Babayevin, T. Məmməd və Ə. Qazıyevin fəallığı ilə “İrtibat Qərargahı”-nın (Ferbindunqştabın) Paris filialı yaradıldı. Paris filialına Nuşibəy Zülqədərov, Rza Tağıyev və Əlibəy Hacınski daxil oldular. 1944-cü ildə Parisin almanlardan azad edilməsindən sonra Paris filialı da buraxıldı. Azərbaycan legionunun bir hissəsi məhv edildi, bir hissəsi isə ingilis-amerikan qoşunlarına təslim oldu. [12]

    Azərbaycan legionerlərinin başlıca qərargahı Polşa ərazisində yerləşirdi. Legionerlərin ümumi sayının 36 mindən 65–70 minədək olduğu göstərilməkdədir. [13] Legionerlərin sol qollarında üç rəngli Azərbaycan bayrağı və ay-ulduz həkk olunmuş fərqlənmə nişanı vardı. [14] Bəzi hissələrdə isə papaqlarına əyri xəncər vururdular. Bundan əlavə, almanlar ayrıca qafqazlılar üçün igidliyə görə I, II, III dərəcəli gümüş ulduzlar təsis etmişdilər. Eyni zamanda, aldığı yaranın dərəcəsinə görə də onlara gümüş və bürünc medallar verilirdi. [15] Bundan əlavə, Ə. Fətəlibəylinin başçılıq etdiyi Azərbaycan Milli Birlik Məclisi tərəfindən 1944-cü ildə iki orden ilə də təsis olunmuşdu: “Azərbaycan İstiqlaliyyəti” və “Boz Qurd”. [15] Hərbi döyüşlərdə xüsusi fərqlənənlər bu ordenlərlə mükafatlandırılırdı. Bəzi alman zabitləri də bu ordenlərlə təltif edilmişdi. [15]

    Azərbaycanlı legionerlər alman dilini bilmədiyindən ayrıca tərcüməçilər qrupu da fəaliyyət göstərirdi. [8] Hələ 1942-ci ilin sentyabrın 7-də hərəsi 10 nəfərdən ibarət olan azərbaycanlı, gürcü, türkistan dilli tərcüməçilər qrupu yaradılmışdı və onlara əlavə alman dili dərsləri keçirilirdi. [8] Legionerlər arasında dini-maarifçilik işini aparmaq məqsədi ilə Təbliğat Baş İdarəsi Drezden şəhərində “Molla kursları” təşkil etmişdi. [8] Bu kurslarda SSRİ-dən olan bütün müsəlman xalqlarının nümayəndələri təmsil olunurdu. 1942-ci ilin 27 avqustunda legionlarda dini məsələləri tənzim edən xüsusi diviziya yaradılmışdı. [8] Dini məsələlərə aid bütün işləri obermolla Cumabəyov tənzimləyirdi. O, həm də diviziya mollası səlahiyyətinə malik idi. [8] Digər obermolla Paşayev isə Azərbaycan legionlarına məsul idi. Bundan əlavə, onlara tabe olan hər bir taburda da obermollalar vardı. Azərbaycanlıların (eləcə də bütün müsəlmanların) ibadət vaxtlarında onlar hərbi təlimlərdən azad olunurdu. [8]

    Eyni zamanda, azərbaycanlılara 1942-ci ilin dekabr ayında Qurban bayramının, 1943-cü ilin yanvarında məhərrəmliyin və 1943-cü ilin martında isə Novruz bayramının keçirilməsinə icazə verilmişdi. [8] Bundan əlavə, ölülərin kəfənə bükülməsi, qibləgah istiqamətində dəfn edilməsi, qəbirüstü daşının düzəldilməsi müsəlmanların ixtiyarına verilmişdi. [8]

    1942-ci ilin payızından Polşa və Ukraynada formalaşmış legionerlərin döyüş taburlarından da Qafqaz və Stalinqrad ətrafındakı döyüşlərdə istifadə etdilər. Azərbaycanlılardan ibarət olan 804-cü tabur almanların 49-cu dağ korpusunun 4-cü dağ atıcı diviziyasına göndərildi. [6] Həmin diviziya Qafqazda Suxumi istiqamətindəki yüksək dağ rayonlarında hərəkət edirdi. [6]

    Nalçik və Mozdok istiqamətlərində olan döyüşlərdə əsasən 111-ci Azərbaycan taburu vuruşurdu. [6] General-leytenant Qrayfenberqin məlumatında digər taburlarla yanaşı azərbaycanlılardan təşkil edilmiş 804-cü və 805-ci taburların da meşəlik rayonlarda ayrı-ayrı dəstələrə qarşı uğurlu döyüşləri qeyd olunurdu. [6] Məhz belə uğurlu döyüşlərdən sonra ayrı-ayrı taburlara “alman forması daşımaq şərəfi” nail olurdu. [6] İlk döyüşlərdə azərbaycanlılardan təşkil edilmiş 804, 805, 806, 807 saylı taburlar xüsusi olaraq fərqlənmişdilər. [8] Artıq 1943-cü ilə qədər Şərq legionları qərargahının rəhbərliyi ilə Polşa ərazisındə 8 azərbaycanlı taburu yaradılmış və onlar Hərbi komandanlığa təhvil verilmişdi. [8] Qısa zaman müddətində isə burada bütövlükdə 53-ə qədər hərbi hissə yaradılmışdı. Bununla belə qərargahda yalnız döyüşən taburlar yaradılmırdı, eyni zamanda, ordu qərargahının tələblərinə uyğun olaraq ayrı-ayrı türk işçi taburları da formalaşırdı. Sonradan yaradılan türk taburları əsasən 162-ci piyada diviziyasının sərəncamına göndərilirdi. [6]

    Türkistan legionu öz sıralarında Orta Asiya xalqlarını — özbəkləri, qazaxları, qırğızları, türkmənləri, qaraqalpaqları və tacikləri birləşdirirdi. [16] Gürcü legionu — gürcüləri, abxazları, adıgeyləri, çərkəsləri, kabardinləri, balkarları və qaraçayları, Qafqaz legionu isə — azərbaycanlıları, dağıstanlıları, inquşları və çeçenləri öz sıralarına toplamışdı. [16] 1942-ci ilin avqustun 2-də Qafqaz legionu Azərbaycan legionu adlandırıldı və digər dağlı xalqların nümayəndələri isə Şimali Qafqaz legionu adı ilə Vesolda yerləşdi. [16] Bundan əlavə, 1942-ci ilin avqustun 15-də yaradılan Volqa tatarları legionuna isə Povoljye tatarları, başqırdlar, marilər, mordvinlər, çuvaşlar və udmurtlar cəlb edildilər. [16]

    1942-ci ilin son baharında erməni legionerləri üsyan etdiyindən və bir qismi Ukrayna partizanlarının tərəfınə keçdiyindən Adolf Hitlerin digərlərinə də inamı azalmışdı. [17] Erməni və gürcülərlə müqayisədə Hitler müsəlmanlara daha çox üstünlük verdiyini bildirirdi. [17] Almanların müşahidələrinə görə etibarsızlıq və sürüşkənlik baxımından birinci planda ermənilər, sonra gürcülər, ikinci planda Volqa tatarları ilə türkistanlılar dayanırdı. [17] Azərbaycanlılarda və şimali qafqazlılarda belə hallara çox az təsadüf olunurdu. [17]

    Bəzi hallarda isə azərbaycanlı legionerlər alman zabit və əsgərlərinə silah çevirirdilər. Belə hadisənin qarşısını almaq üçün almanlar 1943-cü il oktyabrın 8-də Krımda Sultanovka kəndində 9 nəfər legioneri qətlə yetirdilər. [7] Qətlə yetirilənlər aşağıdakılar idi:

    • Həsən Əbdüləzimov — kapitan, 2-ci tabur komandiri, əsli Naxçıvanlıdır;
    • Məmməd Məmmədov — leytenant, əsli Tovuzdandır;
    • Məmmədiyyə Xəlil oğlu Əfəndiyev — hərbi həkim, əsli Zaqataladandır;
    • Hacı Səfərov — leytenant, Dağıstanın Kurax rayonu;
    • Sədulla Karitov – hərbi texnik, Lək rayonu, Dağıstanlı;
    • Mirzə Əliyev — baş serjant, Bakı;
    • Əli Əliyev — kiçik leytenant, əsli Naxçıvanlıdır;
    • Hacı Məmmədov — serjant, əsli Salyanlıdır;
    • Hüseyn Malamodov

    SS-Vaffen qrup Türkistan bölüyünün döyüşcüsü Rüstəm Əliyev, 1943-cü il

    Azərbaycanlı könüllülərin ilk uğurlu döyüşlərindən biri Qafqaz bölgəsində Qaraçay türklərinin yaşadığı ərazilərdə olmuşdu. Ruslara qarşı vuruşan azərbaycanlı əsgərlər ilk azad etdikləri kəndin adını “Zəfər kəndi” qoymuşdular. Bu döyüşdən sonra azərbaycanlı əsgərlər yüksək rütbəli alman zabitinin təşəkkürünü qazanmışdılar. Döyüşlərdə xüsusilə fərqlənən Fətəlibəyli Düdənginski böyük şücaət göstərən azərbaycanlı və Qafqasiyalı türk dəstələrinə belə müraciət etmişdi:

    Dəstəyə başçılıq edən alman zabiti Şarnberq bu qəhrəmanlıqdan vəcdə gələrək “bravo-əhsən, aslanlar” söyləmiş və məhz həmin döyüşçülərin çoxunun toplandığı taburu “Aslan” adlandırmış, Fətəlibəyli isə tabur komandiri olmuşdu. [6] Qafqaz cəbhəsindən Krıma çəkilərkən yetmiş azərbaycanlı mücahidlə birgə alman albayı Şarnberq də şəhid olmuşdu. [6]

    “Onlar türklərdir” xatirə kitabında azərbaycanlı legionerlərin döyüşdəki qəhrəmanlığı belə təsvir olunurdu:

    Artıq alman komandanlığının etimadını qazanmışdıq. Bizi cəbhəyə göndərdilər. Mənəviyyatımız bir daha möhkəmlənmiş oldu. Diviziya komandanlığı qəsəbəyə doğru gələn hər iki yolu müəyyənləşdirdi və yeni bir hücum planı hazırlamağa başladı. Diviziya komandiri əmr verdi, hazırlıq işlərimizi bir gündə qurtardıq və ertəsi gün hələ tamamilə təmizlənməmiş olan minalı yollar arasından hücuma başladıq. Ruslar çaşmışdılar. Buna baxmayaraq, üstünlük bunların tərəfində olduğuna görə yerlərini tərk etmək istəmirdilər. Dəhşətli bir döyüşdən sonra əsgərlərimiz irəlilədilər və düşmənlə üzbəüz vuruşmağa başladılar. Döyüş şiddətlənincə, Stalin strategiyasının yeni bir formasının şahidi olduq. Rus topçuları bütün döyüş sahəsini topa tutdular və artıq biri digərinin sahəsinə daxil olmuş hər iki tərəfin qüvvələrini ləğv etmək istədilər. Bu halda üçlü təyyarə eskadrası yardımımıza gəldi. “Messer”lər düşmən batareyasını bir neçə dəqiqədə susduraraq, rəsmi keçid etmiş kimi döyüş sahəsi üzərindən uçub keçdilər. O dəqiqə maşınların səs və gurultuları da düşməni vahiməyə saldı. Ruslar artıq məğlub olmuşdular. Biz düşmənlərdən bir qismini məhv edərək bir xeyli irəliləmiş və döyüş həyəcanı içində iki düşmən qüvvəsinin arasına soxulmuşduq. Qırmızı həriflər fürsət tapıb hər iki tərəfdən üzərimizə hücum etdilər. Dərhal süngülərimizi taxdıq və rusların “ura” bağırtılarına qarşı “Allah” – deyə hayqırdıq. Türkün “Allah, Allah” sədası qarşısında rusun “ura” bağırtıları elə sönük və zəif idi ki. Bu qanlı döyüşdə ruslar məğlub oldular, bir çox rus zabiti və əsgərlərini əsir aldıq. Diviziya komandanı bütün yüksək hərbi rütbəlilərlə bərabər bizi təbrik etməyə gəldi. Soydaş aslanlarımı alman dostlarımıza təqdim etdim və yeni hərbi formaları ilə əsgi çar ordularını andıran rus əsgərlərini də onlara göstərdim. Dostlarımız və düşmənlərimiz dərin bir heyrət içində idilər. Çünki, rusları məğlub etmiş olan aslanlar, dünən “yoldaş” deyə həqarət etdikləri türk uşaqları idi. Almanlar heyrət edirdilər. Çünki, hünər göstərən həmin əsgərlər dünənə qədər “Untermanş” (“ən aşağı adam”) – deyə onların istehza etdikləri əsirlərdi.’ [18]

    Azərbaycan legionerlərinin yüksək döyüş bacarığı və qorxmazlığı haqqında Berlində çap edilən “Siqnal” qəzetində də çoxlu məlumatlar dərc olunurdu:

    Aslan sözünün azərbaycanca mənası şir deməkdir. 1943-ci ilin yazında, bu söz bütün Kubanda şərəf və qəhrəmanlıq rəmzinə çevrildi. Cəbhənin bu bölgəsindəki döyüşlərdə fərqlənən mayor Fətəlibəylinin başçılıq etdiyi Azərbaycan taburu döyüşçülərini “Aslan” adlandırırdılar. Mayor isə indinin özündə belə həyəcanını gizlətmədən bu qəhrəman günləri xatırlayır. Yüksək şərəf rəmzi hücum nişanıdır. Yalnız əlbəyaxa döyüşdə müstəsna bacarıq və kişilik göstərənləri həmin nişanla təltif edirlər. Kuban çöllərində azərbaycanlı döyüşçüləri şərqli könüllülərdən birinci olaraq ilk belə hücum nişanlarına layiq görüldülər. Belə nişanlardan biri mayorun da döşündən asılıb.’ [19]

    Azərbaycanlı legionerlərin geyimi, qidalanması Sovet ordusundakından olduqca yüksək idi. [6] Azərbaycan legionlarında olan əsgər və zabitlər Azərbaycan milli marşlarını, mahnılarını, vətən, millət duyğulu şerləri ifa edirdilər. Əsgi legionerlərdən birinin yaddaşında həmin marşlardan biri belə qalmaqdadır:

    Bombalar partlar, toplar guruldar,

    Haydı əsgərlər, haydı irəli.
    Haydı əsgərlər, Şərqə gedəlim,
    Şərqin ellərini azad edəlim.
    Şərqin elləri fəryad eləyir,
    Hər zaman bizdən imdad gözləyir,

    Haydı əsgərlər, haydı irəli.

    1943-cü ildə Berlində Milli Azərbaycan Qurultayının keçirilməsi

    1943-cü ilin noyabrın 6-da Almaniyanın Berlin şəhərindəki “Kayserof” mehmanxanasında Milli Azərbaycan Qurultayı keçirildi. [21] Azərbaycan Milli Qurultayının keçirilməsində əsas təşəbbüskar Ə. F. Düdənginski idi. Belə ki, o, Almaniyadakı müxtəlif azərbaycanlı qurumların nümayəndələrilə danışıqlardan sonra, həmin qrupların birləşdirilib vahid orqan yaradılması ideyasını Vermaxt qərargahında irəli sürür və bu fikir qəbul edilir. SSRİ-yə və bolşevizmə qarşı yönələcək bu birləşmədən Almaniya dövləti də öz maraqlarına uyğun faydalanmaq istəyirdi. [6] Bu məqsədlə də Almaniya hökuməti Azərbaycan Milli Qurultayının keçirilməsinə şərait yaratdı. [6]

    Avropanın müxtəlif ölkələrindən dəvət olunmuş azərbaycanlılar, cəbhələrdən, döyüş bölgələrindən gələn əsgər və zabitlər, qonaqlar Milli Azərbaycan Qurultayının keçirildiyi ilk günü salona toplaşmışdılar. [6] Mehmanxana salonu çoxlu sayda adamlarla dolmuşdu. Salon üçrəngli milli Azərbaycan və Almaniya bayraqları ilə bəzədilmişdi. [6] Qurultaya Berlindən gəlmiş nümayəndə Tuqay bəy ayağa qalxaraq ağsaqqallardan birinin tədbiri açmasını xahiş etdi. Sürəkli alqışlar altında tanınmış Azərbaycan hərbçisi, bir zamanlar Gəncə üsyanına başçılıq etmiş Cahangir bəy Kazımbəyli kürsüyə qalxıb Milli Azərbaycan Qurultayını açıq elan etdi. [6] Cahangir bəy öz çıxışında qurultayın milli istiqlal tarixində oynadığı mühüm rol və əhəmiyyətini qeyd etdikdən sonra, tədbirin çağırışına təşəbbüs edən vətəndaşlara və milli məsələlərin həllinə imkan yaradan dost almanlara toplantıdakılar adından təşəkkürünü bildirərək dedi:

    Azərbaycan Ordusunun köhnə bir zabiti olaraq mən, o ordunun davamçıları olan qəhrəman legionerlərimizin nümayəndələrini salamlamaqdan böyük bir zövq duyuram. Azərbaycan xalqı bir çox dəfələr öz milli hüququnu silah ilə müdafiə etmək məcburiyyətində qalmışdır. Cavad xanın milli istiqlal uğrundakı qəhrəman mübarizəsi, bolşevizmə qarşı edilən Gəncə, Şəki, Zaqatala, Qarabağ üsyanları və digər bir çox silahlı çıxışlar azadlıq yolunda aparılan bu mübarizələrin parlaq nümunələridir. Bu gün də bizim qəhrəman legionerlərimiz, Böyük Almaniyanın müzəffər ordusu ilə çiyin-çiyinə, yalnız öz istiqlaliyyəti üçün deyil, eyni zamanda bəşər mədəniyyətinin mühafizəsi üçün mübarizə edirlər. Bolşevizmə qarşı mübarizə hər millətin müqəddəs borcudur və biz azərbaycanlılar bu borcumuzu yerinə yetirməkdən böyük bir xoşbəxtlik hiss edirik.

    Vətəndaşlar! Hərb qəti bir mərhələyə girir və biz, millətlərin taleyini həll edəcək olan hadisələrə hazır olmalıyıq. Aramızda milli birlik və intizam yaratmaq bizim üçün ən lazımlı bir vəzifədir. Bu məsələdə qurultayımız öz sözünü söyləməlidir. Biz daima öz milli hüququmuz uğrunda mübarizə etdik və edəcəyik. Bu mübarizə üçün biz, bütün xalqın etimadını qazanan avtoritetli və qüvvətli bir təşkilata malik olmalıyıq. Bu günkü toplantımızın əsaslı məsələlərindən biri bu milli təşkilatı qurmaq olacaqdır. Ona görə qurultayımızı idarə etmək üçün vətəndaşların bir Rəyasət Heyəti seçmələrini rica edirəm. [22]

    Azərbaycan millisinin legionerləri təlim-məşq toplanışı üçün Bakıya gəlib

    Azərbaycan millisinin legionerləri təlim-məşq toplanışı üçün Bakıya gəlib Azərbaycan yığmasının 5 legioneri UEFA Millətlər Liqasının oyunlarına hazırlıq məqsədi ilə təşkil olunmuş təlim-məşq toplanışı üçün Bakıya gəlib.

    25 May , 2022 15:14

    https://static.report.az/photo/c1446bc2-7b0f-33f6-8de2-338c5f941873.jpg

    Azərbaycan yığmasının 5 legioneri UEFA Millətlər Liqasının oyunlarına hazırlıq məqsədi ilə təşkil olunmuş təlim-məşq toplanışı üçün Bakıya gəlib. Bu barədə “Report”a AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla məlumat verib. Onun sözlərinə görə, Almaniyanın “Ertsgebirge” klubunda çıxış edən Dmitri Nazarovdan başqa bütün legionerlər hazırlıq prosesi üçün ölkəyə çatıb. 32 yaşlı hücumçunun gecə saatlarında paytaxtda olacağı gözlənilir. Baş məşqçi Canni De Byazi 15 oyunçudan ibarət ilkin siyahısında 6 legioner yer alıb. Nazarovdan başqa, Qazaxıstan “Turan”ından Emil Balayev, Polşanın “Visla” (Plotsk) komandasından Anton Krivotsyuk, Türkiyə “Bursaspor”undan Namik Ələskərov, İngiltərə “Vulverhempton”una məxsus olan Renat Dadaşov və Zaqreb “Dinamo”su ilə Xorvatiya çempionu olan Mahir Emreli də toplanışa dəvət alıb. Qeyd edək ki, iyunun 3-də Qazaxıstanın, iyunun 6-da Belarusun qonağı olacaq Azərbaycan yığması iyunun 10-da Slovakiyanı, 3 gün sonra isə Belarusu qəbul edəcək.

    Azərbaycan legionerləri

    (+994 12) 493 30 77

    • Fəlsəfə
    • Tarix
    • Azərbaycan tarixi
    • Sosiologiya
    • Etnoqrafiya
    • İqtisadiyyat
    • Dövlət və hüquq
    • Siyasət. Siyasi elmlər
    • Elm və təhsil
    • Mədəniyyət
    • Kitabxana işi
    • Psixologiya
    • Dilçilik
    • Ədəbiyyatşünaslıq
    • Folklor
    • Bədii ədəbiyyat
    • İncəsənət
    • Kütləvi informasiya vasitələri

    Azərbaycan legionerləri

    Abunə

    Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

    Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

    Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

    Bannerlər

    Əlaqə

    Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
    Nizami küçəsi 58

    Tel.: (+99412) 596-26-13

    İş vaxtı:
    Bazar ertəsi – Cumə: 9:00-18:00
    Fasilə: 13:00-14:00
    İstirahət günləri: Şənbə, Bazar

    Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
    Məlumatlardan istifadə zamanı istinad vacibdir.

    Похожие статьи

    • Azərbaycan xalq cümhuriyyəti dövrünün iqtisadiyyatı

      Azərbaycan Xalq Cümhuriyyəti Lakin istər daxili, istərsə də xarici siyasət sahəsində kəskin milli mənafe ziddiyyətlərinin olması Zaqafqaziya Seymi və…

    • Azərbaycan xalq cümhuriyyəti

      Azərbaycan xalq cümhuriyyəti Məhz Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində Azərbaycan Respublikasının dövlət müstəqilliyi qorunub saxlanıldı və…

    • Azərbaycan xalq cwmhuriyyəti ensiklopediyası i cild

      Samir Asadli`s Blog 10 iyul 1918 – Azərbaycan və türk (Osmanlı) hərbi qüvvələri (Qafqaz İslam Ordusu) Kürdəmir yaxınlığındakı döyüşdə daşnak-bolşevik…

    • Azərbaycan xalq cümhuri yyəti

      Azərbaycan Xalq Cümhuriyyəti – DÖVLƏTÇİLİK ƏNƏNƏLƏRİNİN DAVAMI KİMİ 27 iyun 1918 – Xalq Cümhuriyyətinin hökuməti “Dövlət dili haqqında” qərar qəbul edib….

    • Azərbaycan xalq cumhuriyyəti 1918-1920

      Azərbaycan xalq cumhuriyyəti 1918-1920 Xarici ölkələrə təhsil almağa göndərilən gənclər Azərbaycan Xalq Cümhuriyyəti Rusiya imperiyanın dağılması ilə…

Comments are closed, but trackbacks and pingbacks are open.