Press "Enter" to skip to content

Azerbaycanın mdb y siyasi inteqrasiyası

Bu zərurəti tam aydınlığı ilə dərk edən Azərbaycan hökuməti 1993-cü ilin axırlarından başlayaraq həm Şərq və Qərb, həm də region ölkələri ilə münasibətləri ayrı-ayrı təsadüfü əlaqələr səviyyəsində sistemli xarici siyasət kursu səviyyəsinə qaldırmaq taktikası seçdi.

siyasielmler

Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri

Posted on Noyabr 24, 2010 by siyasielmler

Azərbaycanda müstəqil dövlət quruculuğu vəzifələri-müstəqilliyin möhkəmləndirilməsi, təhlükəsizliyin, ərazi bütövlüyünün və iqtisadi maraqların təmin olunması və s. özünəməxsus xüsusiyyətlərlə, vəzifə və faktiki gedişlərlə fərqlənən müxtəlif istiqamətli xarici siyasət yeridilməsini tələb edirdi. Ölkənin müstəqilliyinin dönməzliyinə nail olmaq, onu tədricən ənənəvi siyasi təsir dairəsindən çıxarmaq, tarixən formalaşmış xarici iqtisadi, siyasi və mədəni əlaqələrdən müstəqillik mənafeləri üçün səmərəli istifadə etmək, Şərqlə Qərb arasındakı münasibətlər sistemində Azərbaycanın özünənəməxsus yer tutmasını təmin etmək üçün region dövlətlərinin köklü mənafelərinə və maraqlarına toxunmamaq şərtilə çoxşaxəli və tarazlaşdırılmış siyasət həyata keçirilir.

Ilk növbədə regionda böyük təsir gücünə malik olan Rusiya ilə qarşılıqlı əməkdaşlıq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlər qaydaya salındı. İki ölkə arasındakı münasibətləri normalaşdırmaq üçün bütün incəlikləri nəzərə alan yollar, vəsitələr araşdırıldı, hər iki tərəfin mənafeyinə cavab verən iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafı üçün bir sıra təsirli addımlar atıldı.

Müstəqil dövlət quruculuğu prosesində Rusiya ilə əlaqələrdən bəhrələnmək, bəzi imperiyapərəst qurumları bitərəfləşdirmək taktikası Azərbaycanın xarici siyasət kursunda müstəqil bir istiqamət kimi həyata keçirilməyə başlandı. 1993-cü il sentyabrın 6-da Heydər Əliyev Moskvada Rusiya Prezidenti Boris Yeltsin və Rusiyanın başqa rəhbər şəxsləri ilə görüşüb iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması məsələlərini müzakirə etdi, sentyabrın 24-də isə Azərbaycan MDB-yə daxil oldu.

Eyni zamanda, müstəqil dövlətçilik problemlərini həll etmək, bu yolda qarşıya çıxan təzyiqlərə birgə sinə gəlmək, yeni itisadi və dövlətlərarası münasibətlərə uyğun ikitərəfli və çoxtərəfli əlaqələr yaratmaq məqsədilə digər MDB dövlətləri, Ukrayna, Belorusiya, Gürcüstan, Moldava və xüsusən 1993-cü ilin sonuna qədər Azərbaycanla kəskin münasibətlərə malik olan Orta Asiya Respublikaları ilə münasibətlərin köklü şəkildə yenidən qurulması üçün yeni forma və vasitələrdən istifadə edilir.

Həmin dövr üçün Azərbaycanın xarici siyasət fəaliyyətində mühüm əhəmiyyət kəsb edən istiqamətlərdən biri də Qafqaz bölgəsinin dövlətləri və xalqları ilə mehriban qonşuluq münasibətlərinin yaradılması idi. Çünki tarix boyu bu regionda baş verən ictimai-siyasi proseslər bölgə xalqının və dövlətinin bir-birinə qarşı qoyulması yolu ilə gərginləşdirilmiş, Qafqazda ümumi təhlükəsizlik sisteminin yaradılması sahəsində səylərin qarşısı alınmışdır. Yeni şəraitdə Qafqazın təhlükəsizlik problemlərinin və starateji dövlətçilik mənafelərinin eyniliyi, bölgə dövlətlərinin qarşı-qarşıya qoyulması hallarının aradan qaldırılması zərurəti bu yöndə xüsusi xarici siyasət yeridilməsini və region dövlətləri arasındakı hərtərəfli əlaqələri tənzimləyən münasibətlər yaradılmasını tələb edirdi.

1993-cü ilin sonundan etibarən Azərbaycanın xarici siyasətində bu istiqamət xüsusilə aydın parametrlər kəsb etməyə başladı. 1994-cü ildə Ermənistan-Azərbaycan cəbhəsində atəşkəsin əldə olunması, 1996-cı il martın 8-də Azərbaycan respublikasının Prezidenti Heydər Əliyevin Gürcüstana rəsmi səfəri zamanı “Qafqaz bölgəsində sülh, sabitlik və təhlükəsizlik haqqında” Azərbaycan-Gürcüstan Bəyənnaməsinin imzalanması Respublikamızın Qafqazda həyata keçirdiyi xarici siyasətin mühüm uğuru idi. Tiblisidə iki dövlət başçısının imzaladığı birgə Bəyənnamə “Ümumi Qafqaz evi” ideyasının əməli olaraq həyata keçirilməsinin başlanğıcını qoydu.

Azərbaycanın regionundakı sosial-iqtisadi inkişafı və siyasi təkamülə xidmət edən qlobal iqtisadi layihələrin gerçəkləşməsi istiqamətində ardıcıl addımları və sülhsevər siyasəti bu ideyanın reallaşmasına əlverişli zəmin yaratdı. Lakin Ermənistan təcavüzkar siyasəti və regiondakı konfliktlərin həllinin uzanması “Ümumi Qafqaz evi” ideyasının həllini xeyli çətinləşdirdi. Azərbaycan dövlətinin “Ümumi Qafqaz evi” təşəbbüsü bu gün də aktual təşəbbüs kimi gündəlikdə durur və öz həllini gözləyir.

Azərbaycan dövləti özünün bütün inkişafı boyu Yaxın və Orta Şərqin ən nüfuzlu və aparıcı ölkələri olan İran və Türkiyə kimi böyük, nüfuzlu və regionda xüsusi təsir gücü olan dövlətlərlə sıx qarşılıqlı münasibətlərdə olmuşdur. İstər Azərbaycanın hər iki dövlətlə ikitərəfli, istər birgə, istərsədə bu iki dövlətin öz aralarında mövcud olan əlaqələri hər zaman Respublikamızın həm daxili həyatı, həm də beynəlxalq vəziyyətinə öz təsirini göstərmişdir. Ona görə də, müstəqil Azərbaycan diplomatiyası hər iki dövlətlə öz əlaqələrini elə qurmalı idi ki, bir tərəfdən, onların imkanlarından və bölgədə kəsişən maraqlarından Azərbaycan dövlətçiliyinin mühüm problemlərinin həll edilməsində istifadə etsin, digər tərəfdən, Respublikanın inkişafını və maraqların bu iki dövlət arasındakı münasibətlərin təsirindən azad etsin.

Lakin 1993-cü ilin ortalarına qədər Azərbaycanın xarici siyasət kursunda bu mühüm prinsipin əhəmiyyəti lazımınca qiymətləndirilə bilmədi. Tarazlaşdırılmamış xarici siyasət strategiyası Azərbaycanın cənub qonşusu olan İranla münasibətlərinin kəskin siyasi- ideoloji qarşıdurma vəziyyətinə gəlib çıxması ilə nəticələndi.

İran-Azərbaycan münasibətlərinin bütün dövrlərdə yalnız Azərbaycan beynəlxalq vəziyyətinə deyil, həm də Respublikanın daxili həyatına əhəmiyyətli təsir göstərmək imkanlarını nəzərə alan ölkə başçısı İranla gərgin vəziyyətə çatdırılmış siyasi-ideoloji qarşıdurmanı dayandırmaq, münasibətləri mehriban qonşuluq və əməkdaşlıq prinsipləri üzərində yenidən qurmaq, iki ölkə arasındakı əlaqələri bütün mümkün yolla və vasitələrlə yaxşılaşdırmaq üçün 1993-cü ilin ortalarından başlayaraq gərgin və səmərəli iş apardı. Bunun nəticəsində artıq 1993-cü ilin sonu-1994-cü ilin əvvəlində bu qonşu dövlətlə əlaqələrdə dönüş yaratmaq mümkün oldu.

Bundan başqa, Azərbaycan hökuməti Türkiyə ilə münasibətlərin normal, sivil, qarşılıqlı faydalı iqtisadi-siyasi əməkdaşlıq və tərəfdaşlıq müstəvisi üzərinə keçirmək üçün çox ciddi və məqsədyönlü iş apararaq tezliklə müsbət nəticələrə nail oldu. Hər şeydən əvvəl, region dövlətlərini və beynəlxalq qurumları iki ölkə arasındakı münasibətlərin əvvəlki dövrdə olduğu kimi sırf etnik amillər əsasında deyil, iki müstəqil dövlətin beynəlxalq birgəyaşayış normalarına söykənən qarşılıqlı mənafeyi üzərində qurulduğuna inandırmaq mümkün oldu. Bu da Azərbaycanın beynəlxalq münasibətlər sisteminə daha uğurlu inteqrasiyası qarşısında əlverişli imkanlar açdı.

Müstəqil Azərbaycan dövlətinin xarici siyasətinin ən mühüm starteji istiqamətlərdən biri də Qərbin və Şərqin aparıcı ölkələri ilə münasibətlərin tənzimlənməsində, həmin ölkələrlə əməkdaşlıq və tərəfdaşlıq prinsiplərinə əsaslanan qarşılıqlı əlaqələrin qurulmasından ibarət idi. Bunun üçün, ilk növbədə, Azərbaycanın geosiyası mövqeyi və iqdisadi tərəfdaşlıq imkanları obyektiv qiymətləndirilməli, həmin amillərin bəhs edilən ölkələrin iqtisadi və siyasi maraqları ilə uzlaşdırılması yönümündə təsirli addımlar atılmalı idi.

Bu zərurəti tam aydınlığı ilə dərk edən Azərbaycan hökuməti 1993-cü ilin axırlarından başlayaraq həm Şərq və Qərb, həm də region ölkələri ilə münasibətləri ayrı-ayrı təsadüfü əlaqələr səviyyəsində sistemli xarici siyasət kursu səviyyəsinə qaldırmaq taktikası seçdi.

Həyata keçirilən yeni xarici siyasət dünyanın aparıcı dövlətlərinin iqtisadi və siyasi maraqlar sisteminə daxil olan müstəqil Azərbaycan dövlətinə öz təhlükəsizliyi və digər dövlətlərlə qarşılıqlı faydalı əlaqələr yaratması üçün etibarlı beynəlxalq təminat qazanmağa imkan verdi. Müstəqil dövlət quruculuğunun həyata keçirilməsi və onun təhlükəsizliyi üçün daxili amilin müstəqillik iradəsi və əzmi, xarici amilin isə beynəlxalq təminat ilə müəyyənləşdiyi nəzərə alınarsa, onda bu gün müstəqil Azərbaycan dövlətinin qorunması və inkişafını şərtləndirən hər iki amilin təmin edilməsi və möhkəmləndirilməsi yolunda əsaslı addımların atıldığını qeyd etmək olar.

Müstəqillik və dövlətçilik mənafelərini qorumaq, bu sahədə qarşıya çıxan problemləri beynəlxalq aləmin dəstəyi ilə həll etmək üçün Azərbaycan diplomatiyası beynəlxalq və məhəlli təşkilatlarla sıx əlaqələr yaratmaq, beynəlxalq hüquq noramaları və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri ilə tənzimlənən böyük dünya siyasətinə qatılmaq sahəsində də mühüm işlər görmüşdür. BMT, Avropa Birliyi, Avropa Şurası, ATƏT, MDB, İslam dünyası ölkələrini birləşdirən İKT, Yaxın və Orta Şərq ölkələrinin təmsil olunduğu EKO, Qara dəniz ətrafı dövlətləri birləşdirən Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq, məhəlli təşkilatlarla sıx inteqrasiyanın, hərtərəfli münasibətlər qurulmasının yeni yolları və vasitələri müyyənləşdirilmiş və həyata keçirilmişdir.

Ermənistanın təcavüzünün dəf edilməsi, Respublikamızın pozulmuş ərazi bütövlüyünün bərpa olunması və işğalçıların ölkə ərazisindən çıxarılması, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı beynəlxalq aləminin dəstəyinin qazanılması müstəqil dövlət quruculuğunun bütün dövürlərində Azərbaycan diplomatiyasının qarşısında qoyduğu ən mühüm istiqamətlərdən və vəzifələrdən biri olmuşdur. Dağlıq Qarabağ ətrafında yaranmış münaqişənin qanlı tarixi göstərdi ki, beynəlxalq rəyi nəzərə almadan, ayrı-ayrı nüfuzlu beynəlxalq təşkilatların və dövlətlərin dəstəyinə nail olmadan, hərtərəfli düşünülmüş diplomatik iş aparmadan güc tətbiq etməklə bu məsələnin həllinə yönələn hər bir cəhət əvvəlcədən acı nəticəyə və uğursuzluğa məhkumdur. Ona görə də, Azərbaycan diplomatiyası bu dövrdə bütün gücünü müstəqil dövlətimizin dünyada tanınmasına, onun beynəlxalq nüfuzunun artmasına, ictimai-siyasi, iqtisadi və mənəvi həyatın bütün sahələrində dünya birliyinə inteqrasiya olunmasına yönəltmişdir.

Əli-zadə Firdovsi Cavid oğlu Qərb Universitetinin Siyasi elmlər- politologiya fakültəsinin 2-ci kurs tələbəsi (119-cu qrup)

Azerbaycanın mdb y siyasi inteqrasiyası

Azərbaycanın dünyaya inteqrasiyası Heydər Əliyevin adı ilə bağlıdır

Müasir dünyada gedən inteqrasiya prosesləri bütün ölkələri, Yer kürəsinin bütün qitələrini əhatə edir. İnteqrasiyanın bir çox tədqiqatçıları onun yalnız zamanın tələbi deyil, həm də tarixin yenidən kəşf olunmuş qanunu adlandırırlar. Regional və qlobal əməkdaşlığın intensivləşməsi meyillərini Asiyada da, Afrikada da, Amerikada da müşahidə etmək olar. Lakin ən aşkar və əyani inteqrasiya nümunəsini, gerçək tədqiqini tapmış inteqrasiya modelini, əlbəttə ki, hələlik yalnız Qərbi Avropanın timsalında tam mənzərəsi ilə görmək olar. Son əlli ildə dünya birliyinin bütün dövlətlərinə nüfuz edən qarşılıqlı əməkdaşlıq münasibətlərinin əlli il əvvəl təsəvvürə belə gəlməyən nəticələrinə, bəhrəsinə məhz bu məkanda nail olunmuşdur.

İnteqrasiya suveren dövlətlərin daxili və xarici siyasətinə korrektivlər edən, xalqların taleyində dönüş nöqtələrinə təkan verən fenomenə, dünya inkişafının başlıca meyillərinə çevrilmişdir.

XX əsrin sonu – XXI əsrin əvvəlləri dünya elmi ictimaiyyətinin qlobal proseslərə, onun mahiyyətinə, nəzəri əsaslarına və konseptual modellərinə get-gedə artan diqqəti ilə müşayiət olunmuşdur. Müasir dünyada bütün ölkələri əhatə edən inteqrasiya fenomeni, onun suveren milli dövlətə təsirinin nəticələri, yaxın və uzaq ölkələrlə əməkdaşlığın qarşılıqlı faydalı modellərinin axtarışı bu proseslərin obyektiv elmi əsaslarının, hərtərəfli konsepsiyasının müəyyənləşdirilməsinə böyük ehtiyac yaratmışdır.

Müstəqil Azərbaycan dövlətinin yaradıcısı, ümummilli lider Heydər Əliyevin yeni dünya düzənində regional və qlobal inteqrasiyanın strateji xəttini milli inkişafın prioritet istiqamətlərindən biri kimi önə çəkməsi, onu ardıcıl olaraq həyata keçirməsi, bu yöndə aparılan bütün fəaliyyətini müstəqilliyin möhkəmləndirilməsi və Azərbaycanın dünyada özünütəsdiqinə nail olması bu gün hamı tərəfindən qəbul olunmuş gerçəklikdir.

Azərbaycan dövlətinin Avropaya və Avrasiyaya inteqrasiyasının siyasi prinsip və əsasları ulu öndərin alternativi olmayan qalibiyyət kursunun ayrılmaz tərkib hissəsidir. Heydər Əliyevin inteqrasiya xəttinin siyasi, iqtisadi, mədəni, sosial, hüquqi aspektlərinin kompleks elmi təhlili, onun dövlətçiliyin möhkəmləndirilməsinə xidmət edən optimal əməkdaşlıq modelinin hərtərəfli dərk edilməsi mühüm vəzifələrindən biridir.

Son onilliklərdə geniş vüsət alan, getdikcə daha da intensivləşən inteqrasiya, qloballaşma və regional əməkdaşlıq formalarının Azərbaycan üçün əlverişli və sərfəli olan ən optimal modellərini müəyyənləşdirən ulu öndərin siyasi irsinin geniş tədqiqi daim dəyişən dünyada inteqrasiyanın yeni istiqamətləri, formaları kontekstində daha da aktuallıq kəsb edir. Postsovet məkanında inteqrasiya proseslərinin spesifikası, ikitərəfli və çoxtərəfli əməkdaşlığın, regional inteqrasiyanın intensivləşməsi ulu öndərin siyasi irsinin Azərbaycan və dünya ölkələri arasında münasibətlərin təkmilləşməsi baxımından yenidən dərin təhlilini gündəmə gətirir. Dövlət müstəqilliyinin ilk illərindən etibarən dünya birliyinə inteqrasiya istiqamətində kompleks tədbirlər həyata keçirən ümummilli lider Heydər Əliyevin məqsədyönlü siyasətinin prinsipial məqamları Azərbaycan üçün böyük nəzəri-təcrübi əhəmiyyətə malikdir.

Azərbaycanın dünya birliyinə inteqrasiyası, onun regional inteqrasiya qurumlarını yaratmaq, burada təmsil olunmaq prosesində milli inkişaf strategiyasının üzvi tərkib hissəsi kimi qlobal meyillərlə nə dərəcədə uzlaşması, dövlət suverenliyinin müqəddəm şərt kimi, beynəlxalq münasibətlərin bərabərhüquqlu siyasətinin atributu kimi qəbul edilməsi kimi mövzular aspektində araşdırılması bu proseslərin ən səmərəli forma və modellərinin ayırd edilməsinə xidmət edir. Belə ki, müasir beynəlxalq münasibətlərin subyektləri qismində yeni çoxsaylı qurumların meydana gəlməsi “suveren milli dövlət və inteqrasiya proseslərinin siyasi aspekti” problemini həddən çox aktual etmiş, müzakirələrin mərkəzinə gətirmişdir. İnteqrasiya prosesində dövlət, onun roluna, funksiyalarına və vəzifələrinin dəyişməsinə dair fikir müxtəlifliyi çeşidli mövqelər, nəzəri yanaşma və baxışlar doğurmuşdur.

Müasir dövrdə siyasi və iqtisadi inteqrasiya prosesləri, dövlətlərin regional birlik və ittifaqlarının formalaşması geniş vüsət almışdır. Bunun ən parlaq nümunəsi Avropa Birliyidir. Avropada inteqrasiya məsələsinin dünya dövlətləri arasında çoxtərəfli əməkdaşlığın optimal forması olduğunu bu quruma üzv olmaq istəyənlərin sayının artması da sübut edir. Siyasi inteqrasiyanın Avropa modelinə bütün dünyada müşahidə olunan maraq, bu proseslərin nəinki sadəcə şərhini, həm də dərin elmi-konseptual əsaslarının tətbiqini gündəmə gətirir.

Əvvəla, ona görə ki, İkinci Dünya müharibəsindən sonra Qərbi Avropada meydana gələn inteqrasyia prosesləri XX əsrin sonlarına doğru, müasir dünyanın əksər bölgələrinə yayılmağa başlamışdır və hazırda dünya inkişafının səciyyəvi cəhətlərindən birini təşkil edir. Bu proseslərin dərinləşməsi nəinki müasir dövrdə elmin mühüm vəzifələrindən birinə çevrilir, həm də dünya ölkələrinin XX əsrdə təkamül proseslərinin ümumi qanunauyğunluqlarını anlamağa kömək edir.

İkincisi, bu gün Azərbaycan dövləti dünya birliyinə inteqrasiyanı milli inkişafın prioritet istiqamətlərindən biri hesab edir. Yeni dünya düzənində öz yeri və rolunu müəyyən etməyə səylə çalışır. Azərbaycan XXI əsrdə dünya iqtisadiyyatı və siyasətində özünün optimal təsərrüfatlarını müəyyənləşdirmək istiqamətində intensiv siyasi təlimini ardıcıl həyata keçirir.

Ölkəmizdə dövlətin xarici siyasətinin ən mühüm istiqamətlərindən birini, şübhəsiz ki, Avropa ilə əməkdaşlıq təşkil edir. Bu məkanda unikal dövlətlərarası inteqrasiya modeli – Avropa Birliyi təşəkkül tapmışdır.

Üçüncüsü, Azərbaycan həm qlobal, həm də regional iqteqrasiyanın çoxşaxəli şəbəkəsində yaxından iştirak etməyə çalışır. Bu baxımdan beynəlxalq təcrübənin öyrənilməsi, xüsusilə də inteqrasiyanın Avropa modeli öz zənginliyi və çox maraqlı xüsusiyyəti ilə diqqəti cəlb edir.

İnteqrasiya prosesləri ən müxtəlif səpkilərdə – siyasi, iqtisadi, mədəni və digər cəhətlərdən tədqiqatçılar tərəfindən öyrənilir. Keçən onilliklər ərzində inteqrasiyaya münasibətdə çoxlu baxışlar, mövqelər formalaşmışdır. Bunların sistemləşdirilməsi və ümumiləşdirilməsi inteqrasiya proseslərinin nəzəri-konseptual əsaslarının müəyyənləşdirilməsi vəzifəsinə daxildir.

Digər tərəfdən, bu illər ərzində inteqrasiyanın dinamik inkişafı ilə əlaqədar onun praktiki, real tərəfinə dair faktiki materiallarla nəzəri təhlili arasında bir növ uçurum formalaşdırılmışdır.

Müasir dünyanın regional və qlobal inteqrasiya proseslərinin yeni konseptual səviyyədə təhlilinin zəruriliyi, hesab edirik ki, ən azı iki müntəzəm şərt üzərində qurulmalıdır:

1. İctimai inkişaf fasiləsiz, dinamik, obyektiv-tarixi prosesdir;

2. İnteqrasiya ümumi sivilizasion, sosial-siyasi, iqtisadi, geosiyasi, mədəni və digər çoxçalarlı faktların qarşılıqlı təsiri nəticəsində inkişaf edir.

İnteqrasiya proseslərinin istər qlobal, regional, istərsə də lokal aspektlərinin təhlili göstərir ki, burada hər üç səviyyənin əlaqələndirilməsi, ortaya çıxan problemlərin beynəlxalq hüquq və münasibətlər çərçivəsində həlli konsepsiyasının və mexanizminin müəyyənləşdirilməsi gündəmdə duran ən mühüm problemdir.

Avropa daxili inteqrasiya ilə Avropa məkanına inteqrasiya səviyyələri arasında fərqlər, problemlər təbii ki, olmamış deyil. Məhz bu məqamda inteqrasiyanın konseptual əsası ola biləcək müddəaların müəyyənləşdirilməsi önəmlidir.

Konseptual baxımdan, “Avropada siyasi inteqrasiya təcrübəsinin hansı prinsip və cəhətlərindən bəhrələnmək olar” sualına belə cavab vermək olar:

Əvvəla, Avropada inteqrasiya proseslərinin universal və spesifik cəhətlərini ayırd etmək lazımdır. Birincisi, tarixin bütün mərhələlərində, istənilən ölkədə özünü göstərən ümumi inkişaf qanunauyğunluqlarını ifadə edir. İkinci aspekt isə hər bir ölkənin reallığına xas olan konkret xüsusiyyətləri nəzərə almağı tələb edir. Avropa inteqrasiyasının təcrübəsində universal məqam öyrənilə və tətbiq edilə bilər.

İkincisi, Avropada siyasi inteqrasiya prosesləri bir neçə mərhələdən keçmişdir. İlk əvvəl bu proseslərin gedişində ən zəruri məsələlərin həlli önə çəkilmiş, beynəlxalq siyasi və hüquqi münasibətlərin ümumi əsasları müəyyən edilmiş, inteqrasiyanın ilkin bazası təmin edilmişdir.

Belə yanaşıldıqda Avropada inteqrasiyanın prinsip və normalarının universal səviyyəsi aydın nəzərə çarpır. Bu norma və prinsiplər dünya dövlətləri tərəfindən son yarım əsrdə formalaşdırılmış, demək olar ki, bütün dövlətlər tərəfindən qəbul edilmişdir.

Yalnız iqtisadi amilə, iqtisadi fayda və marağa üstünlük verilməsi, inteqrasiyadan irəli gələn obyektiv və subyektiv meyillərin beynəlxalq miqyasda tənzimlənməsinin arxa plana keçirilməsi bütün səyləri təhlükə altına alan, qlobal sabitliyi pozan vəziyyətin yaranmasına səbəb ola bilər.

İnteqrasiya müasir dövrün obyektiv, labüd xarakterli inkişaf meyillərindən biridir. Belə qlobal xarakterli prosesə qoşulan hər hansı bir dünya dövləti ilk növbədə təbii ki, müstəqil, suveren respublika olmalıdır. Azərbaycanın məhz bu cür başa düşülən inteqrasiya münasibətlərinə qoşulması, dünyanın siyasi xəritəsində müstəqil dövlət kimi öz adını əbədi həkk etməsindən, buna ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri sayəsində qlobal cəmiyyətin bərabərhüquqlu subyekti statusunu aldıqdan sonra mümkün olmuşdur. Suveren Azərbaycan dövlətinin dünya birliyinə strateji inteqrasiya kursunun müəyyənləşdirilməsi, ən qısa zamanda həyata keçirilməsi və bu sahədə bütün dünya tərəfindən etiraf edilən tarixi uğurların qazanılması – bütün bunlar o qədər möhtəşəm, misilsiz xarakterli proseslərdir ki, onların təhlili, dərk olunması, milli dövlətin dünyada inteqrasiyasının ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilməsi, strateji xəttinin özünəməxsus cəhətlərinin aşkar edilməsi və təbliği hələ uzun müddət tədqiqatların mövzusunu təşkil edəcəkdir.

Azərbaycanın beynəlxalq aləmlə münasibətlərinin, dünyanın müstəqil dövlətlər ailəsinə inteqrasiyasının aparıcı istiqamətlərini, milli maraqlara xidmət edən suveren inkişaf yolunu müəyyənləşdirərkən ümummilli lidierin hansı prinsiplərə, əməkdaşlığın hansı forma və mexanizmlərinə, inteqrasiyanın mövcud olan nə kimi nəzəri və praktiki modellərinə üstünlük verməsi, onun alternativi olmayan siyasi kursunda inteqrasiya amilinin yeri və rolu, dünya siyasəti üçün nümunə ola biləcək xüsusiyyətləri – bütün bunlar politologiya elmimizdə, ictimai elmin başqa sahələrində də öz dərin təhlilini və təbliğini gözləyən məsələlərindəndir.

Ulu öndərin inteqrasiya xəttinin real nəticələrlə, möhtəşəm uğurlarla bu gün daha yüksək səviyyədə davam etdirilməsini təmin edən amillər ölkəmizin dünyada və regionda inkişaf və inteqrasiya proseslərinin şəksiz liderinə çevrilməsi kimi danılmaz fakt kontekstində geniş araşdırılmasına böyük ehtiyac vardır.

Akademik Ramiz Mehdiyev yazır: “Heydər Əliyevin ölkənin mənafeyinə xidmət edən, dövlətin strateji maraqları üzərində qurulmuş, hərtərəfli düşünülmüş, özünün vəzifə və prinsipləri ilə seçilən bitkin, ardıcıl siyasəti bütün istiqamətlərdə bu gün də özünü doğrultmaqdadır. Azərbaycanın dünya birliyinə inteqrasiyası üçün apardığı çoxşaxəli fəal xarici siyasətin nəticəsidir ki, indi ölkəmiz dünyada gedən siyasi proseslərdə özünə layiqli yer tutmuş, nüfuzlu mövqe qazanmış, bütün dövlətlərlə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığa nail olmuşdur. Qloballaşma dövründə biz inteqrasiyanın əlverişli meyillərindən istifadə etməli, ardıcıl siyasət yeritməliyik. Dövlətlərarası inteqrasiya məkanına, ölkəmizin inkişafına, iqtisadiyyatın modernləşməsinə, cəmiyyətimizin mənəvi-əxlaqi əsaslarının təkmilləşməsinə kömək edən bütün qüvvələri səfərbər etməklə daxil olmalıyıq. Bu gün Azərbaycanın uğurları dünyanın ən qüdrətli dövlətlərinin və nüfuzlu beynəlxalq qurumlarının diqqətini bizə yönəltmişdir”. (R.Mehdiyev Azərbaycan: qloballaşmanın tələbləri, Bakı, 2005, s.335).

Siyasi inteqrasiya iki və ya daha çox siyasi subyektin qarşılıqlı əlaqə və əməkdaşlığı genişləndirməsi, intensivləşdirməsi prosesidir. İnteqrativ prosesin son nəticəsi bir arzu olaraq, yaxud da məntiqi olaraq siyasi birlik, ittifaq və başqa şəkildə təşkilatlanmadır.

Siyasi inteqrasiya prosesi birgə qərarların qəbul edilməsi üçün formal, yaxud da qeyri-formal təşkilatların mövcudluğunu tələb edir. Bundan əlavə, inteqrasiya siyasi subyektlər arasında daha sıx əməkdaşlığın qurulmasını, ən başlıcası isə ümumi maraq və dəyərlərdən çıxış edilməsini nəzərdə tutur.

İnteqrasiyanı həm proses, həm də vəziyyət kimi səciyyələndirilən baxışlar mövcuddur. Siyasi inteqrasiyanın əsas əlaməti, onun iştirakçısı olan dövlətlərin qarşılıqlı münasibətlərdə məsuliyyət daşıdıqlarını, baş verən hər hansı münaqişəli vəziyyəti sülh yolu ilə həll etməyi nəzərdə tutur. Belə götürüldükdə inteqrasiya həm proses, həm də vəziyyət kimi mövcud olur. İnteqrasiya həm dünya təcrübəsi, həm də proses kimi fərqli təhlil, müxtəlif rakurslardan nəzər salmağı tələb edir. Konkret müddəalara gəldikdə isə, aşağıdakıların diqqət mərkəzində saxlanılması vacibdir: inteqrativ təsisat kimi Avropanın təməlində duran prinsiplər və dövlətlərarası münasibətin normaları;

inteqrasiyanın strateji oriyentirləri;

inteqrasiyanın institusional və konstitusional əsasları, qərarların qəbul edilmə mexanizmi və reallaşdırılması üsulları;

inteqrasiya siyasətinin başlıca istiqamətləri və sahələri;

bazar iqtisadiyyatı subyektlərinin inteqrasiya prosesində davranışının ümumi mexanizmləri;

İnteqrasiyanın ictimai-siyasi, sosial mədəni bazası;

ictimai rəyin və sosial təşəbbüsün səfərbər edilməsi üsulları.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, 2004-cü il mart ayının 19-da Slovakiyada “Genişlənən Avropaya doğru: günün yeni mövzusu adlı beynəlxalq konfransdakı çıxışında qeyd etmişdir: “Yeni layihələr və əməkdaşlıq proqramları, milyardlarla dollar dəyərə malik olub müstəqil ölkələrin həm bir-biri ilə, həm də bütövlükdə dünya məkanı ilə daha sıx əlaqələr qurmasına şərait yaradacaqdır. Bu bizim istəyimiz və strateji məqsədimizdir. Azərbaycan öz gələcəyini dünya məkanına daha geniş inteqrasiya edilməsində görür. Biz bu istiqamətdə həlledici addımlar atırıq və mən Avropa və beynəlxalq strukturlarla əlaqələrin daha da möhkəmlənəcəyinə əminəm”.

Ümummilli lider Heydər Əliyevin başçılığı ilə xarici siyasətimizdə əldə olunan uğurlardan ən böyüyü beynəlxalq ictimai rəyin Azərbaycanın xeyrinə dəyişdirilməsi, Ermənistanın işğalçı dövlət kimi rəsmi sənədlərdə tanıdılması və dünya birliyini Azərbaycanın milli maraqlarına, ərazi bütövlüyünə və müstəqil siyasətinə həssaslıqla yanaşmağa inandıra bilməsi olmuşdur.

Azərbaycan dövləti demokratiya yolunu, Avropaya inteqrasiya kursunu seçmişdir. Dövlətimizin başçısı Prezident İlham Əliyev demişdir: “Dünya birliyinə biganəlik siyasəti heç bir yaxşı nəticəyə gətirib çıxara bilməz. Dünyada baş verən proseslər bir-biri ilə çox sıx bağlıdır. Bu reallıqdır və onu nəzərdən qaçırmaq olmaz. Bəli, reallıqları biz mütləq nəzərə almalıyıq, lakin öz taleyimizi özümüz təyin edirik. Azərbaycan müstəqil dövlətdir”.

Azərbaycan hazırkı transformasiya və inteqrasiya şəraitində öz iqtisadi yüksəlişini təmin etmək məqsədilə təbii xammal ehtiyatlarından geniş istifadə etdiyi üçün birinci mərhələdədir. Lakin iqtisadiyyatımızın perspektivləri baxımından sadalanan mərhələlərin mürəkkəb çulğaşmasını təmin edən, bütün imkanları minimal zaman ərzində istifadə etməyə imkan verən dövlət siyasəti yeridir. Respublikamızda əhalinin rifahının yüksəldilməsi kimi mərhələnin başlanğıc götürdüyünü sezməmək mümkün deyildir. İqtisadi dinamikada yalnız xammal yönümlü sahələrin deyil, bütün amillərin, innovasiya, investisiya və digər amillərin optimal kombinasiyasını təmin etmək, milli iqtisadi strategiyamızı fərqləndirən əsas xüsusiyyətlərdəndir.

Bütövlükdə, Azərbaycanda gedən inteqrasiya proseslərində əldə edilən uğurlar, hər şeydən öncə Heydər Əliyevin fenomenal siyasi lider amilinə əsaslanmışdır. İnteqrasiyada iştirak edən və iştirakda maraqlı olan dövlətlərin qarşılıqlı münasibətlərinin, strateji siyasi məqsədləri və prinsiplərinin, inteqrasiyanın siyasi institusional modeli, siyasi qərarların qəbulu və həlli mexanizmlərinin, inteqrasiya siyasətinin ayrı-ayrı istiqamətlərinin konsepsiyasının müəyyənləşdirilməsi, dünya iqtisadiyyatı və siyasətinin ayrı-ayrı subyektlərinin inteqrasiya şəraitində davranışının proqnozlaşdırılması, inteqrasiyanın siyasi və sosial-mədəni kontekstlərinin əlaqələndirilməsi, ictimai rəyin səfərbər edilməsi və onun dəstəyinin təmin edilməsi kimi son dərəcə mürəkkəb məsələlərin eyni zamanda böyük uğurla həlli yalnız bununla izah oluna bilər.

Tarixi inkişafın hər bir mərhələsində inteqrasiyanın potensial hesab olunan resurslarının diaqnozu aparılarkən məlum olur ki, bu resurslar da dəyişikliyə uğrayır. Belə ki, inkişafın əvvəlki mərhələləri üçün hərbi, maddi təsir və təzyiq vasitələri mühüm resurs sayılırdı. Bu gün isə elmi-texniki, iqtisadi, siyasi, intellektual – insan, informasiya, nəqliyyat kommunikasiyaları, enerji resursları ön cərgəyə çıxmışdır.

Müstəqil Azərbaycan dövlətinin liderinin beynəlxalq aləmdə etiraf olunmuş nüfuzu XXI əsrdə də ən başlıca inteqrasiya resursu olaraq qalmaqdadır. Prezident İlham Əliyevin sözləri yeni minillikdə suveren dövlətin inteqrasiya siyasətində çox gözəl əksini tapmışdır: “Müstəqillik yalnız dövlətin atributlarında, rəmzlərdə ifadə olunmur. Müstəqillik hər şeydən əvvəl dövlətin, xalqın maraq və mənafeyinə uyğun müstəqil siyasəti həyata keçirmək deməkdir”.

Azərbaycanlıların indiki nəsli Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıda duran fərqli, yeni vəzifələrin həlli üçün səfərbər olaraq, tariximizdə XXI yüzilliyin yalnız uğur və nailiyyətlər əsri kimi qalması istiqamətində əlindən gələni etməkdədir.

Regionda intensiv inkişafın lideri kimi qəbul edilən Azərbaycan Avropa üçün çox böyük əhəmiyyət kəsb edir. Həm regionda, həm də bütün dünyada sülhün və sabitliyin təmin olunması, təhlükə və təhdidlərə qarşı əməkdaşlıq, beynəlxalq terrorizmə qarşı bir cəbhədən çıxış etmək üçün Azərbaycan Avropaya lazımdır. Öz coğrafi mövqeyinə görə, tarixi-mədəni ənənələrinə görə Azərbaycan Avropanın strateji partnyorudur.

Müasir dünyanın qlobal enerji layihələrinin gerçəkləşdiyi məkan kimi, Şərqlə Qərb arasında nəqliyyat dəhlizinin, qlobal təhlükəsizliyinin təşkili üçün Azərbaycan Avropaya lazımdır. Digər tərəfdən bölgədə demokratik Avropa dəyərlərinin ilk davamçısı, yüksək sivilizasiya və mədəniyyətə malik olması və s. yalnız bizim üçün deyil, Avropa üçün də regionun dinamik inkişaf lideri sayılan ölkəmizlə çoxşaxəli əməkdaşlıqda maraqlı edir. Qarşılıqlı faydalı əməkdaşlıq baxımından Avropa Birliyi bütün sahələrdə: xarici siyasətdə, sülhün və təhlükəsizliyin təmin olunmasında, iqtisadiyyat və mədəniyyətdə, bəşəriyyətin qlobal problemlərinin həll olunmasında, insan hüquq və azadlıqları təminatının təkmilləşməsində və s. strateji tərəfdaş qismində çıxış edir. Bir məsələ diqqət mərkəzində saxlanılmalıdır ki, qarşılıqlı inteqrasiyanın perspektivləri hər iki tərəfin əzmindən asılıdır.

Qarşılıqlı inteqrasiyanın bərabərhüquqlu subyektləri kimi çıxış etmək bu prosesin nüfuzunu daha da artırır. Azərbaycan vətəndaş cəmiyyəti, demokratik və hüquqi dövlət quruculuğu istiqamətində Avropa standartlarına doğru hər gün daha da inamla addımlayır. Lakin öz siyasətini yalnız özü müəyyən edir.

XXI əsrdə Azərbaycanda zamanın inkişafının başlıca meyilləri aşkar təzahür edir. Azərbaycan siyasi, iqtisadi, mədəni özünütəsdiq mərhələsini yeni əməkdaşlıq formalarının yaradılması ilə uğurlu şəkildə tamamlayır.

Müasir dünyanın taleyüklü problemləri elmi-texnoloji vasitələrdən çox sosial-mədəni vasitələrlə çözülə bilər. Qlobal inteqrasiya prosesi şəraitində milli mədəni siyasət keyfiyyət dəyişikliklərinə uğrayır. Sosial-mədəni dinamikanı məqsədəuyğun məcraya yönəltmək üçün mədəni siyasət dəyişikliklərin miqyasına və sürətinə adekvat olmalıdır. Ən mühüm məqam odur ki, yaxın keçmişdə mədəni siyasətdə milli imperativlər aparıcı rol oynayırdısa, bu gün daxili və xarici mədəni siyasət arasında sərhədlər silinir, onların vəhdəti önə keçir. Bu vəhdət mədəni siyasətdə xarici şərtlərin əhəmiyyətinin artmasından xəbər verir.

Azərbaycan tarixən öz coğrafi geostrateji mövqeyi ilə Şərq və Qərb mədəniyyətlərinin qovşaq məkanı olmuşdur. Mədəniyyətimizə xas olan qarşılıqlı təsirlərə açıq olmaq xüsusiyyəti buradan irəli gəlir. Qlobal təsirləri indi duyan bəzi mədəniyyətlərdən fərqli olaraq Azərbaycanda bu proses təbii-tarixi xarakter daşıyır, özünütəcrid variantı bizim mədəniyyətimiz üçün heç vaxt spesifik olmamışdır.

Lakin müasir sosial-mədəni situasiya qeyd olunduğu kimi, tarixin heç bir zamanı ilə müqayisəyə gəlmir. Bu sahədə Heydər Əliyev Fondunun apardığı çoxşaxəli fəaliyyət mədəni məkanda inteqrasiya modeli kimi bütün dünyaya örnək ola bilər. Milli mədəniyyətimiz, mənəvi dəyərlərimiz, folklorumuz, milli musiqimiz Mehriban xanım Əliyevanın fədakar fəaliyyəti nəticəsində qlobal miqyasda təbliğ olunur. Fondun fəaliyyəti yalnız Azərbaycan xalqının tarixi və mədəniyyətini inkişaf etdirmək və yaymaqla bitmir, eyni zamanda bütün dünya xalqlarının mədəni ənənələri və təcrübəsi ilə ətraflı tanışlıq prosesi gedir. Dünyanın ən nüfuzlu mədəniyyət qurumu tərəfindən Heydər Əliyev Fondunun dünya mədəniyyətinə inteqrasiya fəaliyyətinin düzgün elmi əsaslar və siyasət üzərində qurulduğu xüsusi vurğulanır. Deməli, mədəni inteqrasiya modelinin optimal variantı Azərbaycanda artıq müəyyən edilmiş və inkişaf edir. Bu fəaliyyətin bütün cəmiyyət tərəfindən dəstəklənməsi, daha da intensivləşməsi mühüm məsələdir.

Azərbaycanın inteqrasiya prosesinin bərabərhüquqlu iştirakçısı kimi dünya mədəni məkanında öz layiqli yerini tutmasını gerçəkliyə çevirir. Azərbaycan inteqrasiya şəraitinin formalaşdırılması üçün üzərinə düşən bütün missiyanı yerinə yetirir. Suverenlik prinsipi, mədəniyyətlərin bərabərhüquqlu mövcudluğu, mədəni irsin özünəməxsusluğunun qorunması, regional və beynəlxalq səviyyədə informasiya-kommunikasiya texnologiyalarının geniş imkanlarının tətbiq edilməsi fondun fəaliyyətində xüsusi yer tutur.

Bu gün Azərbaycan formalaşan yeni geosiyasi nizama uyğunlaşmaq, dünya iqtisadiyyatında özünəməxsus mövqeyi olan dövlətə çevrilmək istiqamətində səylərini artırır, tarixi inkişafında dünyaya inteqrasiyanın növbəti mərhələsini, yeni dövrünü yaşayır.

Azərbaycanın qarşısında böyük məqsədlər durur. Bunlar dünyanın yalnız siyasi deyil, həm də iqtisadi , elmi, informasiya məkanlarına inteqrasiya amillərini də əhatə edir. Ölkənin geosiyasi vəziyyəti nəzərə alınaraq, hərtərəfli iqtisadi və sosial inkişafın təmin olunması üçün beynəlxalq maliyyə institutları, iqtisadi təşkilatlar, regional birliklərlə əməkdaşlıq genişləndirilir. Bütövlükdə dünya iqtisadiyyatına inteqrasiya prosesini sürətləndirmək üçün tədbirlər görülür. Milli iqtisadi maraqlardan irəli gələn şərtlər əsasında Azərbaycan Ümumdünya Ticarət Təşkilatının tamhüquqlu üzvü olmaq istəyir.

Azərbaycanın Avropa elm-təhsil məkanına inteqrasiyasına xüsusi diqqət yetirilir. Bu gün Azərbaycan regionda və dünyada dinamik inkişafın lideri kimi tanınır. İnkişaf templərinə görə beynəlxalq reytinq agentliklərinin, ekspertlərinin diqqət mərkəzində olan Azərbaycana bu maraq Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti ilə bağlıdır. Müasir dövlətin inkişafının ən mühüm göstəricisi kimi rəqabətə davamlılığa görə Azərbaycan MDB-nin bütün dövlətlərindən irəlidədir. Bu, dövlət başçısının bütün istiqamətlərdə dərin elmi əsaslar üzərində qurulan siyasətinin bəhrəsidir.

İnformasiya cəmiyyətinin inkişaf modelinə keçidin zəruriliyi, yeni intellektual nəslin, yeni elmi elitanın formalaşması istiqamətində verilən sərəncamlar: “Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı” (2006-2010)”, “Gənclərin xaricdə təhsil alması”, “Avropa təhsil məkanına inteqrasiya”, “Elektron Azərbaycan” və digər dövlət proqramları, Prezident İlham Əliyevin bu məsələni strateji prioritetlər sırasına daxil etməsini göstərir.

Son illər ərzində dövlətin qəbul etdiyi bütün qərarlar bu və ya başqa şəkildə Azərbaycanın intellektual potensialının möhkəmləndirilməsi ilə bilavasitə bağlıdır. Savadlı, peşəkar kadrlar məhz təhsilin inkişafı və beynəlxalq təcrübə ilə əldə edilir. Müasir Azərbaycan modernləşməkdə olan demokratik transformasiya, açıq iqtisadiyyat və vətəndaş azadlığı məkanıdır. Şərq ilə Qərb arasında körpü olan Azərbaycan təkcə sivilizasiyaların qovşağu deyil, həm də mühüm geosiyasi və geoiqtisadi amildir. Bütün bunlar istər regionda, istərsə də onun hüdudlarından kənarda bizə olan münasibəti müəyyənləşdirir.

Ölkə prezidenti İlham Əliyev Azərbaycanın dünyaya inteqrasiyasında ilk növbədə kadrlara önəm verir: “İnsan vətənpərvər ola bilər və olmalıdır. Lakin onun bilikləri və ya peşəkarlığı lazımi səviyyədə olmaya da bilər. Bu halda onun Vətənə sədaqəti bizi tam qane edə bilməz. Peşəkarlıq, Vətənə sədaqət və yüksək insani keyfiyyətlər bir-birini qarşılıqlı tamamlamalıdır”.

Bu meyarlar ölkənin indiki vəziyyətində xüsusilə əhəmiyyətlidir. Belə ki, Azərbaycan tarixi inkişafının yeni dövrünü yaşayır. Ümumdünya miqyasında transformasiya, həmçinin regional proseslərin intensivləşməsi şəraitində qlobal iştirakda dövlətin rolu və yeri dəyişir. Yeni dünya nizamı təkcə qarşılıqlı münasibətlərin sərhədlərini və formalarını dəyişmir, həm də insanlar arasında münasibətlərin yeni mədəniyyətini formalaşdırır. Azərbaycanın dünyaya inteqrasiya modelinin qlobal əhəmiyyət kəsb edən dəyərini müəyyənləşdirməyə çalışsaq, deyə bilərik ki, milli dövlətin dünyaya inteqrasiyasının uğur və nailiyyətlərini təmin edə bilən ən mühüm resurs – bütün zamanlar üçün – lider resursudur. İnteqrasiya məkanları “açıq” məzmunlu anlayış olsa da, bu məkanlarda əvvəlcədən məskunlaşmış ölkələr öz qapılarını heç də hamıya taybatay açmır (Türkiyənin Avropa Birliyinə inteqrasiya istiqamətində otuz ilə yaxın göstərdiyi səyləri xatırlayaq). İnteqrasiyaya nail olmaq üçün siyasi, iqtisadi, sosial, mədəni, hüquqi məkanlarda inkişafın sürət və templərinin bir-birinə uyğunlaşdırılması lazımdır. Ona qoşulmaq üçün bu məkanlarda artıq kök salmış ölkələrin qət etdiyi əsrlərə bərabər mərhələləri bir göz qırpımı hesab edilən müddətə qət etmək, bütün sınaqlardan çıxmaq, Azərbaycanın mümkün tərəfdaşlar arasında ən etibarlı, optimal müttəfiq olduğuna inandırmağa qabil olan lider siyasəti çox önəmli rol oynayır.

Dünyaya inteqrasiyanın Azərbaycan siyasətinin digər qlobal əhəmiyyətli nəticəsi – Şərq dövlətlərinin inkişaf modelinə dair ənənəvi baxışlar, nəzəriyyələr sistemini sözün əsil mənasında “alt-üst etməsi”, sarsıtması, onlara yenidən baxılması zərurətini şərtləndirməsi oldu. Şərq inkişaf modelinin ənənəvi mahiyyətinə, ləng və asta inkişaf tempinə malik model – simvoluna dair minillər formalaşmış stereotiplərin laxladılmasına, kökündən dəyişməsinə dövlətimiz nail ola bilmişdir. Prezident İlham Əliyevin simasında regionun və dünyanın ən dinamik inkişaf edən dövləti kimi məntiqi davamını tapan inteqrasiya prosesləri – bu modelin gücü, Qərbin əsrlər boyu alternativsiz hesab edilən inkişaf modeli ilə rəqabətə davamlı olan sintez modelin gücüdür. Ölkəmizin yüksəlişinə bu vaxtadək görünməmiş təkan verilmiş, dünyanın heç bir ölkəsi ilə müqayisə olunmayan artım templəri gerçəkləşir. Bütün bunlar Azərbaycanın qarşısında duran böyük perspektivlərdən xəbər verir.

Milli Məclisin komitə sədri

Похожие статьи

Comments are closed, but trackbacks and pingbacks are open.