Press "Enter" to skip to content

Azerbaycan’da Turizm

Azərbaycanın təbii sərvətləri, rəngarəng iqlimi, zəngin tarixi-mədəni irsi turizmin inkişafına və ölkəyə daha çox turistin cəlb edilməsinə imkan yaradır. Turizm sahəsi həm regionların inkişafı, həm də ölkənin iqtisadi potensialının möhkəmlənməsi, Azərbaycanın imici, dünyaya inteqrasiyası üçün çox mühüm bir vasitədir.

Xankəndi

Bu gün dünya iqtisadiyyatının ən gəlirli və sürətlə inkişaf edən sahələrindən biri turizmdir. Təsadüfi deyil ki, tükənməyən gəlir mənbəyini itirməmək üçün dünya ölkələri bir-birilə rəqabətdədir və daha çox turist cəlb etməyə çalışırlar. Turizmin inkişafı yalnız bir sektoru deyil, bütövlükdə bütün sahələri əhatə edir. Bu, yeni iş yerlərinin yaradılması və daha çox sayda insanların işlə təmin olunması deməkdir.

Azərbaycanın təbii sərvətləri, rəngarəng iqlimi, zəngin tarixi-mədəni irsi turizmin inkişafına və ölkəyə daha çox turistin cəlb edilməsinə imkan yaradır. Turizm sahəsi həm regionların inkişafı, həm də ölkənin iqtisadi potensialının möhkəmlənməsi, Azərbaycanın imici, dünyaya inteqrasiyası üçün çox mühüm bir vasitədir.

Turizmlə bağlı ölkənin inkişaf strategiyası ümumilikdə iqtisadiyyatının gücləndirilməsinə böyük töhfə verir. Son illər turizm sahəsində, ilbəil ölkəyə gələn turistlərin sayında dinamika müşahidə edilir. 2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 191 ölkəsindən 2.4 milyon xarici qonaq gəlib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 9.6% çoxdur. Bu, göstərir ki, turizm sahəsində stabil və dinamik inkişaf var.

Ölkəyə gələn turistlərin gəlişi önəmlidir. Lakin digər faktorlar da, onların xərcləmələri də önəmlidir. Yəni turistlər ölkəyə gəldiyi zaman nə qədər vəsait xərcləyir.

Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov bildirib ki, burada əsas məsələ turistlərə təklif edilən xidmətlərin çoxluğu və onların əlçatanlığıdır.

“Bir turist ölkəyə gəldiyi zaman az pul xərcləyirsə, demək ona təklif edilən xidmətlər azdır. Turist ölkəyə asudə vaxtını səmərəli keçirməyə və pul xərcləməyə hazır gəlir. Dövlətin, turizm sənayesinin üzvlərinin əsas vəzifəsi ondan ibarət olmalıdır ki, turist bu vəsaiti çox rahatlıqla, incinmədən xərcləsin və ölkəyə valyuta daxil olsun. Turizm ölkəyə valyuta daxil olması baxımından ən vacib sahələrdən biridir. Bu baxımdan əsas məqsədimiz ondan ibarətdir ki, daha çox vəsait xərcləmək potensialı olan, sosial iqtisadi vəziyyəti yaxşı olan ölkələrin seçilməsi prosesində aktiv iştirak edək. Bu gün ölkəyə gələn turistin ortalama xərci 800-1000 manat arasında dəyişir. Qonşu ölkələrlə müqayisədə Azərbaycana gələn turist daha çox vəsait xərcləyir. Təbii ki, biz bununla kifayətlənmirik. Çünki ölkənin potensialı daha çox turisti qəbul etməyə hazırdır”.

Turistin gəlişi ilə yanaşı, onun ölkədən məmnun qayıtması da vacibdir. 2015-ci ildə lisenziyaların ləğvi turizm sənayesində canlanma yaratdı. Bu gün üçün Azərbaycanda 3 mindən çox turizm şirkəti var. Amma kəmiyyətin artması ilə yanaşı, keyfiyyətin artması da mühüm əhəmiyyət daşıyır.

K. Qasımov qeyd edib ki, hazırda turizm şirkətlərinin sistemləşməsi prosesi gedir. Onun sözlərinə görə, ilin sonuna qədər yaradılacaq turizm reyestrində həmin şirkətlər də qeydiyyatdan keçəcək və kateqoriyalara bölünəcəklər.

“Kateqoriyalar onların göstərdiyi xidmətin çeşidi və səviyyəsinə görə müəyyən olunacaq. Bu sahədə dövlət nəzarətini faktiki olaraq gücləndirmək üçün turizm şirkətləri mülki məsuliyyət sığortasına cəlb ediləcəklər. Bu sığorta vasitəsilə onların yerli və xarici turistlər qarşısında öhdəlikləri təmin ediləcək. Bundan əlavə, turistlə birbaşa ünsiyyətdə olan siravi vətəndaşlar, insanlardır. Əslində həmin ölkə ilə bağlı fikri onlar formalaşır. Bunlar bir turistin məmnunluğu üçün vacib elementlərdir. Əgər ölkəyə gələn turist məmnun qayıtmasa, bu artıq neqativ effekt verir. Xırda neqativ hal bir şəxsin deyil, ölkənin imici ilə bağlı mənfi haldır. Ölkənin uzun illər apardığı siyasətə mənfi təsir edə bilir. Bu baxımdan Dövlət Turizm Agentliyi vətəndaşlarla bu münasibətin qurulması addımını vacib hesab edir. Bəzi hallarda insanlar gələn turistin onun həyatına təsiri barədə aydın fikrə sahib olmur. Bunun iqtisadi geridönüşünü normal şəkildə insanlara çatdırırıq və artıq onlar da qəbul edirlər. Turizm əslində birbaşa məşğulluğun artırılması və vətəndaşların işlə təmin olunması baxımından vacib elementdir və insanların bunu real həyatında hiss etməsi sadəcə bir qədər vaxt çəkir”.

K.Qasımovun sözlərinə görə, ölkədə turizmin inkişafı, dövlət reyestrinin yaradılması, infrastrukturun formalaşdırılması və s. məsələlər yeni işlənən Turizm haqqında qanunda nəzərdə tutulub və qanun layihəsi yaxın müddətdə ictimai müzakirəyə çıxarılacaq. Qanun layihəsinin qəbulundan sonra turizm mühitində daha aktiv canlanma müşahidə ediləcək.
Son illər ölkədə turizmlə bağlı infrastrukturun formalaşdırılması baxımından xeyli uğurlu işlər görülüb. Otellərin, mehmanxanaların sayı artılıb. Bundan əlavə, sahibklarlara verilən güzəştli kreditlərin daha da optimallaşdırılması, investisiya təşviqi sənədlərin daha da əlçatan olması istiqamətində işlər aparılır.

Turizm sənayesinin inkişafı müsbət dinamika üzərində gedir. Bu gün bölgələrin turizmin siyasətinin formalaşdırılması, turizm potensialının araşdırılması üçün Destinasiya Menecmenti Təşkilatları yaradılır. Destinasiya Menecmenti Təşkilatları regionların turizm potensialını daha effektiv istifadə etmək, regional turizmin təbliğatını aparmaq, bununla da uzunmüddətli davamlı iqtisadi inkişafa nail olmaq məqsədilə yeni idarəetmə modeli olaraq fəaliyyət göstərir.

Quba və Şəkidə artıq Destinasiya Menecmenti Təşkilatları yaradılıb. Növbəti istiqamət olaraq Gəncə Destinasiya Menecmenti Təşkilatı yaradılacaq. Cənub zonasının turizm potensialını inkişaf etdirmək üçün Lənkəranda da Destinasiya Menecmenti Təşkilatının yaradılması planlaşdırılır. Bundan əlavə, Aranın turizm potensialı öyrəniləcək.
Ölkədə fəaliyyət göstərən otellərin ulduzlarına uyğun xidmət göstərib-göstərməməsi ilə bağlı yoxlamalar həyata keçiriləcək. Bunun əsasında isə otellərə verilən ulduzlara yenidən baxılacaq. Ulduzların verilməsi ilə bağlı artıq qaydalar Nazirlər Kabinetinə göndərilib. Bu isə otellərin turistlərə daha yaxşı xidmət göstərməsinə imkan yaradacaq.

Həmçinin ölkəyə gələn turistin təhlükəsizliyinin təmin edilməsi, onun müraciət edib şikayət və ya məlumatlamasını təmin etmək üçün ölkədə turizm polisi yaradılır.

Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiya şöbəsinin müdiri Məhəmməd Muradov bildirib ki, Azərbaycanda yaradılacaq turizm polisi Turistlərə Yardım Mərkəzinin tərkibində olacaq.

“Bu mərkəz özündə 3 əsas komponenti birləşdirir. Birincisi, ölkə boyu turistlərin zəng edə biləcəyi vahid qaynar xəttin olması, ikincisi online portalın yaradılmasıdır. Turistləri maraqlandıran suallar və cavablar mərkəzin əməkdaşları ilə birbaşa canlı ünsiyyət, online kommunikasiya imkanları ilə təqdim olunacaq. Üçüncü məqam fiziki məkanla bağlıdır. Bununla əlaqədar Bakının mərkəzində ofis fəaliyyət göstərəcək. Turizm polisi isə Daxili İşlər Nazirliyinin əməkdaşlarından seçiləcək. Onlar turistlərə yardım edəcəklər. Əsasən dil baryeri olmayan işçilər seçiləcək, biz tərəfdən isə onlara treyninqlər keçiriləcək. Layihənin tətbiqi üçün ilkin mərhələdə 20-25 polis əməkdaşı seçiləcək”.

Turistlərin Azərbaycanda daha yaxşı vaxt keçirməsi, onların problemlərlə qarşılşamaması üçün görülən işlər davam etdirilir. Həmçinin onların ölkəyə cəlb edilməsi üçün xarici ölkələrdə də işlər aparılır.

Ölkənin turizm potensialının təşviqi, turizm məhsullarının dünya turizm bazarına çıxarılması, satışının təşkili və ölkəyə turist axınının artırılması məqsədilə müxtəlif ölkələrdə nümayəndəliklər açılır. Bu gün Dövlət Turizm Agentliyinin 7 ölkədə – Almaniiya, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Çin, Hindistan, Rusiya və Gürcüstanda turizm nümayəndəliyi açılıb. Rəsmi turizm nümayəndəliklərinin fəaliyyəti həmçinin Azərbaycana aid seminarların, eləcə də yerləşdiyi regionlardakı və Azərbaycandakı turizm və səyahət şirkətlərinin əməkdaşlıq etməsi üçün görüşlərin təşkil edilməsi, Azərbaycanın beynəlxalq sərgilərdə təmsil olunmasına dəstək verilməsi və koordinasiya işlərini həyata keçirərək ikitərəfli əlaqələrin stimullaşdırılmasına xidmət edəcək.

Bundan əlavə, bir sıra ölkələrdə – ABŞ, Rusiya, Böyük Britaniya, Sinqapur, Çin, Cənubi Koreya, Yaxın Şərq ölkələrində Azərbaycanın turizm potensialı tanıdılır, ölkəmiz dünyanın bir sıra ölkələrində beynəlxalq turizm sərgilərində təmsil olunur.

“Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə qeyd edildiyi kimi, mövcud imkan və potensialdan səmərəli istifadə etməklə Azərbaycanın 2025-ci ilədək həm regionda, həm də digər dünya ölkələri arasında cəlbedici turizm məkanlarından birinə çevrilməsi başlıca hədəflərdən biridir. 2025-ci ildən sonrakı dövr üzrə perspektiv isə Azərbaycanı dünyada turistlərin ən çox üstünlük verdikləri 20 turizm məkanından birinə çevirmək, mövcud turizm ehtiyatlarından səmərəli istifadə göstəricilərinin maksimuma çatdırılmasını təmin etməkdir.

Aytən Zəhra
PS: Yazı Dövlət Turizm Agentliyi tərəfindən elan edilmiş müsabiqəyə təqdim edilir.

Azerbaycan’da Turizm

Azerbaycan’da Turizm , Günümüz dünyasında ülkelerin ekonomik gelişimi için neredeyse sanayi kadar önemli konumda olan turizm ülke bütçelerine çok ciddi yapabilmekte. Azerbaycan için de turizm ülke gelişimi için önemli bir noktada ve her geçen gün yapılan turizm yatırımlarıyla bu ülkede tatil yapacaklara, seyahat edeceklere çok çeşitli imkanlar sağlamakta.86 bin metre kara yüz ölçümüyle Kafkasya’nın en büyük ülkelerinden olan Azerbaycan’da geniş bir coğrafyada akan ırmaklar, Azerbaycan’ın yeşil tabiatında yer alan Gök-Göl, Maral Gölü, Gobustan çamur volkanları, Bakü ve Nabran bölgelerinde bulunan kumlu çimenlikler bu doğayla içiçe geçmiş ülkenin en önemli turizm noktalarının başında gelmektedir.

Azerbaycan’a seyahat edeceklerin dikkatini çeken en önemli noktalardan birisi de ülkede yetişen 4.500 çeşit bitkinin yarattığı doğa turizmi. Azerbaycan’ın zengin florası ve bu yeşil doğada yaşayan 15 binden fazla hayvan türüyle eşsiz bir tabiat merkezidir. Ayrıca Hazar Denizi’ne olan 825 km kıyısıyla bu bu kıyılarda yer alan tatil noktalarıyla deniz tatili için de eşsiz bir imkan sunmaktadır. Azerbaycan doğası dışında binlerce yıla uzanan geçmişiyle de tarih turizmi için dünya üzerinde ki ender tarih turizmi destinasyonlarından birisidir.

Tarihi Mimarilerin Önemi

Azerbaycan toprakları içerisinde 6 binden fazla tarihi mimarı anıtlar bulunmakta ve bu anıtlar her yıl ülke turizmine milyonlarca turist çekmektedir. Dünyanın en bilinen tarihi yolu olan Büyük İpek Yolu da Azerbaycan topraklarından geçmektedir. Tüm bu doğa ve tarihi değerleriyle Azerbaycan dünya turizminde en çok tercih edilen ülkelerin başında gelmektedir.

Azerbaycan ve Yüksek Turizm

Azerbaycan tarih boyunca birçok eski uygarlığa ev sahipliği yapmıştır. Örneğin, bölge Kafkasyalı Avarlar, Rumlar, Ermeniler ve Kürtler tarafından işgal edilmeden önce bir zamanlar Kafkas Arnavutları tarafından iskan edilmişti. Daha sonra, birkaç Türk ve İran göçebe kabilesi bölgeyi işgal etti ve birkaç farklı milletin oluşumuna neden oldu. 1225 yılında Selçuklu Türkleri Azerbaycan’ın kontrolünü ele geçirdiler ve 1250 yılına kadar Harezm Türkleri tarafından fethedilene kadar yönettiler. Harezm Türkleri, Timur Hanedanlığı olarak bilinen yeni bir Türk istilası dalgasına başlayan Timurlenk tarafından 1386’da devrildi. Ancak, Timur yönetimi 1507’de Safevi Hanedanlığı tarafından devrildi. Safevi Hanedanlığı, Afşar Hanedanlığı’nı kuran Nadir Şah tarafından devrildikleri 1722 yılına kadar Azerbaycan’ı kontrol etti. Afşar Hanedanı, 1826’da Kaçar Hanedanlığı tarafından devrildiklerinde, 1912’de Azerbaycan Demokratik Cumhuriyeti tarafından devrildiklerinde hüküm sürdüler.

Petrol rezervleri, Azerbaycan’ın zaman içinde modern bir ülke haline gelmesine izin verdi. Aslında Azerbaycan, yaklaşık 1 milyar varil kanıtlanmış petrol rezervi ile Avrasya’nın en büyük petrol tedarikçilerinden biridir. Bu onların OPEC’in kurucu üyelerinden biri olmasının yanı sıra Avrasya’nın en zengin ülkelerinden biri olmalarını sağladı. 1991 yılında Sovyetler Birliği’nden bağımsızlığını kazanan Azerbaycan, özelleştirmeyi ve serbest girişimi teşvik eden politikalar uygulamaya başladı. Bu, ülkelerini daha da modernize etmelerine izin veren bir ekonomik patlama ile sonuçlandı. Bol doğal kaynakları ve güçlü ekonomileri sayesinde şu anda bölgelerindeki en istikrarlı ülkelerden biri olarak kabul ediliyorlar.

Azerbaycan, dünyanın her yerinden insanları çeken birçok doğal ve insan yapımı turistik cazibe merkezine sahiptir. Azerbaycan’da her yıl kampçıları ve yürüyüşçüleri çeken birkaç dağ ve nehir vardır. Ayrıca ayılar, tilkiler ve geyikler gibi bazı benzersiz yerel vahşi yaşamlara ev sahipliği yapan birkaç doğal parka sahiptir. Ayrıca, her yıl tarih meraklılarını cezbeden, ülkelerinin dört bir yanına dağılmış anıt mezarlar ve anıtlar gibi birçok antik yapı bulunmaktadır. Azerbaycan’da ayrıca geniş metal işleme kaynakları ve vasıflı işgücü nedeniyle her yıl hem turistleri hem de iş adamlarını çeken büyük bir metal işleme endüstrisi vardır.

Genel olarak, Azerbaycan derin tarihi kökleri ve önlerinde heyecan verici bir geleceği olan güzel bir ülkedir. doğal kaynakları ve stratejik konumu nedeniyle. Tatilde deneyimlemek için yeni bir şeyler arayan herkesin ilgisini çekecek birkaç cazibe merkezi var. Eski uygarlıklarla veya doğayı keşfetmekle ilgilenen herkes, Azerbaycan’da ilginç bir şeyler bulacağından emin olabilir!

“>Adres “>Te. No.
“>Katip Mustafa Çelebi Mavi Han İstiklal Caddesi No: 49 D:kat:5, 34433 Taksim/İstanbul “>(0212) 709 87 09

Похожие статьи

  • Azrbaycanda turizm inkişafı

    Azərbaycanda turizmin inkişaf istiqamətləri geniş və çoxsahəlidir 2002-ci ildən etibarən hər il Bakıda Beynəlxalq Turizm Sərgisinin (AİTF) keçirilməsinin…

  • Azerbaycanda turizm ve rekreasiya xidmetleri

    Turizm haqqında Azərbaycan Respublikasının Qanunu 7.3. Dövlət turizm orqanı turizm sənayesində rəqabət mühitinin inkişaf etdirilməsi məqsədilə turizm…

  • Azerbaycan turizm cografiyasi

    Azerbaycan da Turizm – Tourism in Azerbaijan Bakü’nün güneybatısında bulunan Gobustan Milli Parkı , kaya oymalarıyla ünlüdür. Park, bölgenin antik…

  • Azerbaycanın mdb y siyasi inteqrasiyası

    Azerbaycanın mdb y siyasi inteqrasiyası Bu zərurəti tam aydınlığı ilə dərk edən Azərbaycan hökuməti 1993-cü ilin axırlarından başlayaraq həm Şərq və…

  • Azərbaycanda turizm

    Azərbaycanda turizm Ölkəmizin dünyada turizm ölkəsi kimi tanınması üçün geniş imkanlar mövcuddur. Müstəqil Azərbaycanın neft strategiyasının əsasını…

Comments are closed, but trackbacks and pingbacks are open.