Azərbayca eldənizlər atabəylər sülaləsinin hakimiyyəti düvründə
Atabəy
Azərbayca eldənizlər atabəylər sülaləsinin hakimiyyəti düvründə
Atabəylər Memarlıq Kompleksi Azərbaycanda Atabəylər (Eldənizlər) sülaləsinin hakimiyyəti dövründə inşa edilmişdir (1136-1225). Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəniz olmuşdur. Tarixi mənbələrin məlumatına görə Şəmsəddin Eldəniz qıpçaq əsilli idi və bir qul alverçisi onu 40-cı qul kimi almışdır. Qıpçaqların adətinə görə 40 qul alana 40-cı qul pulsuz verilirdi. Qul kimi səlcuqlar tərəfindən alınan Şəmsəddin Eldəniz müəyyən bir dövrdən sonra Böyük Səlcuq soltanı II Mahmudun sarayında xidmət göstrərir.
Soltan Toğrul (1132-1135) Eldənizi kiçik oğlunun tərbiyəçisi – Atabəyi seçır. Soltan Məsud (1135-1152) 1136-cı ildə Arranı ikta olaraq Eldənizə verir və o paytaxtı Bərdə olmaqla Arranın hakimi olur. Bununla Şəmsəddin Eldəniz Atabəylər dövlətinin əsasını qoymuş olur.
Azərbaycanda Atabəylər sülaləsinin hakimiyyəti dövründə bir sıra tarix-memarlıq abidələri inşa edilmişdir ki, bunlardan Naxçıvan şəhərində memar Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən inşa edilmiş abidələr xüsusi əhəmiyyət kəsb edir:
Şah sarayı (Eldənizlər sarayı) – dövrümüzə gəlib çatmamışdır,
Dövlətxana (darülmülk) – dövrümüzə gəlib çatmamışdır,
Cümə məscidi – dövrümüzə gəlib çatmamışdır,
Böyük mədrəsə – dövrümüzə gəlib çatmamışdır,
Qoşa minarəli baştaq – dövrümüzə ancaq təsviri çatmışdır.
Möminə xatun türbəsi – XII-ci əsrdə Memar Əbubəkr oğlu Əcəmi tərəfindən tikilmiş və Atabəylər memarlıq kompleksinə daxil olan abidədir. Abidəni Atabəy Cahan Pəhləvan anası Möminə xatunun xatirəsini əbədiləşdirmək üçün tikdirmişdir.
Yusif ibn Küseyr türbəsi – Xalq arasında «Atababa günbəzi» adı ilə məşhur olan, 800 yaşlı bu türbə Naxçıvan şəhərinin mərkəzi hissəsində yerləşir. Əsrlərin təsiri nəticəsində türbə son dərəcədə dağılmış bir vəziyyətdə idi.
Əsrimizin 50-ci illərin sonu və 60-cı illərin əvvəllərində aparılmış bərpa işləri nəticəsində türbənin dağılmış hissələri düzəldilmiş, mühəndis qurğuları möhkəmləndirilmişdir. Yusif Küseyr oğlu türbəsi memorial-xatirə abidələrinin ən gözəl nümunəsidir. Naxçıvan memarlıq məktəbinə xas olan bişmiş kərpicdən tikilmiş bu abidə quruluş etibarilə səkkizbucaqlı olub, damı piramidaşəkilli kərpic günbəzli örtüklə örtülmüşdür. Daxildə isə türbənin günbəzi çatmatağşəkilli günbəzlə örtülmüşdür. Beləliklə, bu türbədə biz ikiqat günbəz quruluşunun ən görkəmlisini və bizim zəmanəmizə qədər əvvəlki şəklini mühafizə etmiş yeganə bir nümunəsini görürük. Türbənin səthi müxtəlifşəkilli həndəsi ornamentlə bəzənmişdir. Kiçik kərpicdən quraşdırılmış bu ornament gəc məhlulu ilə tavalar şəklində bütövləşdirilərək səthlərin üzərində bərkidilmişdir.
Türbənin yalnız yan və qərb tərəfə baxan səthi başqa şəkildə quraşdırılmışdır. Burada binanın çatmatağşəkilli giriş qapısı vardır. Türbə iki hissədən: yeraltı sərdabə və yerüstü hissələrdən ibarətdir. Hər iki hissə quruluşu etibarilə səkkizbucaqlıdır. Binanın kürsülüyünün hündürlüyü – 54 sm, kürsülüyündən yuxarı 7,2 m-dir. Türbənin içərisində, yuxarı kamerasının döşəməsində düzəldilmiş səkkizbucaqlı deşik onun altında yerləşən sərdabəyə açılır. Sərdabənin damı mürəkkəb günbəz təşkil edir. Günbəzin təpəsi kəsilmiş səkkizbucaqlı xonça ilə tamamlanır. Türbənin qapısı üstündə kufi xətlə ərəbdilli yazıda göstərilir ki, «türbə xacə, hörmətli rəis, mömin Zəkiyuddin, islamın cəmalı, şeyxlərin başçısı Yusif bin Küseyyirindir» və hicri 557-ci il tarixi göstərilir. Göstərilmiş tarixə əsaslanaraq demək olar ki, abidə 1162-ci ildə tikilmişdir. Yazıda türbənin sifarişçisinin adı qarşısında «Xacə», «hörmətli rəis» (Ər-rəis Əl-əcl) şeyxlərin başçısı kimi ifadələrə təsadüf edilir ki, bu da onun şəhər cəmiyyəti içərisində tutduğu mövqeyini göstərir. Qapıdan sol tərəfdəki başqa kitabədə isə belə məlumat verilmişdir: «Əməli Əcəmi bin Əbu-Bəkr Əl-bənnam Ən-Naxçıvani». Yəni bu işi «Naxçıvan memarı Əbu-Bəkr oğlu Əcəm» görmüşdür. Tikintinin pərvazısının altında kufi dəst-xəttilə «Qurani-Kərim»dən ayələr verilmiş kitabələrdən ibarət geniş yazılı xətt keçir. Mətni etibarilə kitabə «Yasin» surəsinin «Fatihə»sidir. («Sifati subutiyyə», «Təşəhüd» və «Tohid»). Yusif Küseyr oğlu türbəsi həcm etibarilə bir o qədər də böyük tikinti olmasa da, memarlıq bəzəyi nisbətən sadə olsa da, lakin özünün ümumi kompozisiyasının aydınlığı və hissələrinin mütənasibliyi etibarilə və eləcə də inşaat işlərinin diqqətlə aparılması cəhətdən gözəl bir memarlıq abidəsidir.
Bu gün həmin abidələr dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub, son 21 ildə muxtar respublikada 60-dan çox tarix və mədəniyyət abidəsi əsaslı təmir və bərpa edilib, 1200-dən çox abidə qeydə alınaraq pasportlaşdırılıb. Həmin abidələr arasında Naxçıvan memarlıq məktəbinin inciləri olan türbələr xüsusi yerə malikdir. Bu türbələrin beynəlxalq miqyasda tanıdılması üçün işlər davam etdirilir.
Məhz dövlətimizin səyi nəticəsində Atabəylər Memarlıq Kompleksi də “Naxçıvan Məqbərələri” tərkibində 30 sentyabr 1998-ci ildən UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin siyahısına daxil edilmişdir.
Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.
Azərbayca eldənizlər atabəylər sülaləsinin hakimiyyəti düvründə
Azərbaycan Atabəylər dövləti və ya Eldənizlər dövləti qüdrətli Səlcuqlu imperiyası zəifləməyə başlayanda yarandı.
Dövlət 1136-cı ildə qurulub. Atabəylərin ərazisinə Azərbaycan, İraq, Türkiyə və şimali-qərbi İranı əhatə edən Azərbaycan torpaqları daxil idi. Sülalənin əsasını qıpçaq türkü, Səlcuq atabəyi Şəmsəddin Eldəniz qoyub.
Ölkə.Az bu gün dövlət başçısı, qul ikən sultana çevrilən Eldənizdən bəhs edəcək.
Kim idi Eldəniz?
Orta əsr mənbələrinin çoxu Şəmsəddin Eldənizin gənclik illərinə aid yalnız cüzi məlumatlar verir , həm də bu məlumatlar bir-birinin eynidir. Yalnız daha sonrakı müəlliflər- Mirxond (1433-1498) “Rövzət əs-səfa” və onun nəvəsi Xondəmir (1475- 1536) “Həbib əs-siyar” əsərində Eldənizin gəncliyi haqqında bir qədər ətraflı məlumat verib.
Mirxond yazır: məlumatli tarixçilər xəbər verirlər ki, qıpçaqların ölkəsində qədim çağlarda belə bir adət var idi: əgər hər hansı bir tacir birdəfəyə 40 qul alsaydı, satıcı ondan yalnız otuz doqquzunun pulunu alır, qırxıncını pulsuz verirdi. Belə olmuşdu ki, Sultan Mahmudun hakimiyyəti dövründə (1118-1131) bir qul alverçisi 39 qulu satıb, qırxıncı qul üçün pul götürməmişdi. Həmin qul dayöndəmsiz və çirkin Eldəniz olub. Tacir qulları arabalara dolduraraq, İraqa gətirmişdi. İlin isti vaxtları idi, buna görə də karvan yalnız gecələr yol gedirdi. Eldəniz alınan qullardan ən kiçiyi idi. Yolda o, üç dəfə yuxulu halda arabadan düşmüşdü. İki dəfə onu qaldırıb arabaya qoyublar, üçüncü dəfə isə tacir, onsuz da bu qula görə pul ödmədəyindən, əmr edir ki, onu yolda qoysunlar. Eldəniz səhər ayılanda, karvanın izi də qalmamışdı. Axşam vaxtı o, karvanı haqlayanda, taciri heyrət bürümüşdü. Mirxondun rəvayətinə görə, İraqda bu qulları sultanın vəziri Əbu Hamid Əli ibn Əhməd əs-Sümeyrəmi tacirdən satın alır. Ancaq Eldənizi almaqdan imtina edir. Eldəniz ağlayır və vəzirdən xahiş edir ki, onu da götürsün. Vəzir razılaşır, Eldəniz diribaşlığı və fərasəti ilə tezliklə ağasının rəğbətini qazanır. Hicri təqvimi ilə 516-cı ilin səfər ayında (may, 1122) ismaililər vəzir Sümeyrəmini Həmədanda öldürürlər. Onun bütün var-dövlətini sultan müsadirə etdirir . Eldəniz də sultanın xidmətinə keçir. Sultan onun bacarığını görüb, tərbiyəsini Əmir Nəsrə tapşırır. Bir müddətdən sonra Eldəniz heç bir sahədə öz tay-tuşlarından geridə qalmırdı, əksinə, at çapmaqda, ox atmaqda onları arxada qoyurdu. Tezliklə onu sultan mətbəxinə başçı (əlhivan salar) qoydular .Burada Eldəniz öz sahmançılığını və iş aparmaq bacarığını göstərdi. O, bu vəzifəsində ikən Sultan Mahmudu ölüm yaxaladı.
Karyera nərdivanı
Sultan II Toğrulun hakimiyyəti dövründə (1132-1135) Eldəniz sultanın şəxsi məmlükləri sırasına keçirildi və o, vəzifə pillələrində sürətlə irəli getdi. Sultanın bütün ömrü boyu məsləhətçisinə çevrilən qadını Mömünə xatın ona xüsusi iltifat göstərirdi. Eldəniz onun göstərişlərinə əməl edərək heç bir vaxt saray münaqişələrinə qarışmır və bir-birilə kəskin ədavət aparan əmirlərin hər hansı bir dəstəsinin tərəfini saxlamırdı. Sultan Eldənizin sadiqliyini qiymətləndirdi və onu əmir rütbəsinədək qaldırdı. Bir qədər sonra sultan II Toğrul Eldənizi azyaşlı oğlu Arslan şaha atabəy təyin etdi. Sultan II Toğrul öləndə isə yeni Sultan Məsud (1135-1152) Şəmsəddin Eldənizi II Toğrulun dul qadnı ilə evləndirdi. Həmin qadından (Mömünə xatından) onun iki oğlu – Nüsrətəddin Məhəmməd Cahan Pəhləvan və Müzəffərəddin Osman Qızıl Arslan və bir qızı oldu, qızın adı naməlum qalır. 1136-cı ildə Sultan Məsud Arranı atabəy Eldənizə iqta torpağı verdi və o, Bərdəyə öz iqamətgahına yola düşdü. Eldəniz burada yerli əmirləri tezliklə öz tərəfinə çəkdi, sultan xidmətinə asılılıqdan çıxdı, saraya nadir hallarda gəlməyə başladı. Yavaş- yavaş o, bütün Azərbaycana yiyələndi və xırda əmirlikləri özünə tabe etdirdi.
Atabəy
Cüzcaninin (açıq-aydın yanlış) dediyinə görə, guya Şəmsəddin Eldəniz “öz imperiyasının öz qulları arasında bölüşdürən” Böyük Sultan Səncərin məmlükü idi. Bu qullar “atabəy” adı daşıyırdılar. Azərbaycanın və İraqın taxt-tacını Səncər atabəy Eldəniz əs-Səncəriyə verdi. O, Azərbaycan ərazisini öz hakimiyyəti altına alıb, çoxlu işlər gördü və bu ölkədə onun fəaliyyətinin izləri hələ də qalmaqdadır.” Şəmsəddin Eldəniz İraq sultanlığı taxtı uğrunda gedən mübarizə nəticəsində baş verən çoxlu ara müharibələrində iştirak edirdi. Azərbaycana göndəriləndən sonra isə o, taxt-tacın hər hansı bir iddiaçısının fəal tərəfdarı olmayıb. “O gücləndi, bütün böyük hökmdarları əzdi və çoxlarını özünə tabe etdi, türkmənlərin qiyamçı başçılarını tamamilə darmadağın dağıtdı. O, Arran ölkəsindəki çaxnaşmalara son qoydu. Bu mürəkkəb dövrü qələmə alan naməlum erməni müəllifi qeyd edir ki, tarixin bu dövrü “qorxunc və müharibələrdə qələbə çalan, çox dolaşıq qəsdlərin mahir bilicisi, onların rəhmsiz peyğəmbəri böyük xəlifə Eldənizin hakimiyyəti ilə əlamətdardır. Bu xüsusiyyətlərinə görə, o, öz xalqı arasında tam ehtiram sahibidir və məşhurdur. O, çox ölkələri fəth etdib, bununla yanaşı, o, xoş xasiyyəti və sülhsevərliyi ilə məziyyətlənir. Onun hakimiyyəti illərində ölkələrin çoxunda asayiş hökm sürürdü . Mənbələrdən görünür ki, Şəmsəddin Eldəniz bu həyəcanlı dövrdə irəli getməsinə kömək edən döyüşçü və siyasətçi keyfiyyətlərinə malik idi. Sultan sarayının bu sadiq xidmətçisi təmkinliliyi və şəraiti qiymətləndirmək bacarığı ilə fərqlənir, sakitcə öz vaxtını gözləyirdi. Mənbələr onun fəaliyyətinin birinci dövründən danışarkən sultana və onun ailəsinə sədaqətini qeyd edirlər. Eldəniz müstəqil hakim və atabəy olanda, onun əmirlərlə işləri yoluna qoymaq bacarığı önə çıxır; bu mənada Mxitar Qoşun Arrandakı çaxnaşmalara son qoyulmasına aid məlumatı bizim üçün xüsusilə qiymətlidir. Əmirlərin çıxışları nəticəsində Süleyman şah taxtdan salınıb öldürülən zaman, qəsdin təşkilatçıları Eldənizə müraciətlə xahiş etdilər ki, öz oğulluğu Arslan şahı İraq sultanlığı taxtına çıxarmaq üçün Həmədana gətirsin. Bu barədə məktubla müraciət edən əmirlərin ittifaqının başında qüdrətli və nüfuzlu Şərafəddin Müvəffəq Qord-Boz dayanırdı. O və Eldəniz hələ sultan Məsudun məmlük olduğu vaxtlardan yaxın dost idilər və hər ikisinin nisbəsi əlMəsudi idi . Hicri təqvimi ilə 555-ci ilin zülqədə ayında (noyabr, 1160) atabəy Eldəniz 20 minlik ordunun başında Arslan şahla Həmədana gəldi . Burada onları dövlətin bütün əyanvə əmirləri (Reyin hakimi İnancdan başqa) qarşıladılar və təntənəli mərasimdən sonra Arslan şaha tac qoydular. Sultanın hakimiyyəti altında olan bütün yerlərdə onun adına xütbə oxundu.
Böyük Atabəy və çəkişmələr
Bu gündən Şəmsəddin Eldəniz “Böyük atabəy” (atabəy əl-əzəm) adlanmağa başlandı, onun böyük oğlu və sultanın ana tərəfdən qardaşı Nüsrətəddin Cahan Pəhləvan sultanın əmir-hacibi oldu, ikinci oğlu Müzəffərəddin Osman Qızıl Arslan isə sultan ordularının ali baş komandanı (əmir-sipəhsalar əlkəbir) təyin edildi. Eldəniz özünün bürün əmirlərini dövlətdə yüksək vəzifələrə təyin etdi . Bu dövrdən başlayaraq, atabəy Eldənizin bütün fəaliyyəti yeni dövlət hakimiyyətinin nüfuzunun möhkəmləndirilməsinə yönəldildi. İraq sultanlığının tərkibinə daxil olan vilayətlərin və ölkələrin bütün hakimləri, o cümlədən, onun bütün vassalları Sultan Arslan şaha və Böyük atabəyə sədaqət andı içdilər. Ara müharibələri bir müddət dayandı və mənbələrin yazdıqlarına görə, xalq “haqq – ədalət və sakitlik” içərisində yaşamağa başladı. Atabəy Şəmsəddin Eldəniz dövlətin müqəddəratının həlledicisi və əsil hakimi idi. Sultan Arslan şah Atabəyin iradəsinin müti icraçısı idi. Onun sultanlıq şərəfi ancaq bununla məhdudlaşırdı ki, adına pul kəsilir və xütbə oxunurdu . Bununla belə əvvəllər ona tabe olan bütün ərazilərə tam nəzarət etməsə də, güclü dövlət hakimiyyətinin varlığı ilk növbədə iri əyalətlərin hakimlərini və Səlcuqların rəqibi Bağdad xəlifəsini qane etmirdi. Beləki, Arslan şah sultan taxtına çıxarıldı, bundan sonra Eldəniz Bağdada elçi heyəti göndərib, xəlifə Müstənciddən orada yeni sultanın adına xütbə oxunmasını tələb etdi. Ancaq Xəlifə Arslan şahı sultan kimi tanımaqdan imtina edib, yeni mübarizənin qızışdırılması üçün əlverişli vaxtı gözləməyə başladı. Belə ki, Səlcuqilər arasında Sultan taxtına Reyin nüfuzlu əmiri İnancın başçılığı altında bir qrup əmirin müdafiə etdiyi başqa iddiaçılar da var idi. Xəlifənin vəziri İbn Hübeyrə narazı hakimlərə müraciət edib, onları Sultan Arslan şaha və Böyük atabəy Eldənizə qarşı çıxmağa təhrik edirdi. O, Rey hakimi İnanca, Marağa hakimi Nüsrətəddin Arslan-Aba ibn Ağ-Sunqur Əhmədiliyə (1133- 1174), Fars hakimi atabəy Sunqur ibn Mədud Salquriyə (1148-1161), Qum hakimi Sökmən ibn Qaymaza, Ərdəbil hakimi Ağ Quşa, Qəzvin hakimi Alp Arquna bu cür çağırışla məktub göndərdi. Sultan taxtına iddiaçılardan biri – Mahmud şah, Məhəmməd ibn Mahmudun oğlu, Marağada, oranın hakiminin yanında olurdu, başqa bir iddiaçı isə – o da, Mahmud şah adlanırdı, ancaq Məlik şah ibn Mahmudun oğlu idi , Fars hakiminin yanında İstəhrdə yaşayırdı. İbn Hübeyrə hər iki əmirə təklif etdi ki, xütbəni öz qəyyumluqlarında olan iddiaçıların adına oxutdursunlar və Eldənizin üzərində qələbə çaldıqdan sonra Bağdadda da yeni sultanın adına xütbə oxutduracağına söz verdi. Nüsrətəddin Arslan-Aba və Sunqur da qəyyumluqlarında olan iddiaçıların şərəfinə beş dəfə sultan növbəsi çaldırıb, onların adına xütbə oxutdurmağa başladılar. Əmirlər birləşənə kimi Eldəniz onların hiylələrini bildi. İlk növbədə, hicri təqvimi ilə 556-cı ilin şaban ayının 9-da (3.08.1161) şahzadə Mahmud şah ibn Məhəmmədin tərəfdarları Həmədan yaxınlığında darmadağın edildi. Eldəniz Reyi tutdu və oranı Cahan Pəhləvana iqta kimi verdi. Rey hakimi İnanc, Sultan Arslan şahdan vassal asılılığını qəbul etməyə və öz qızı İnanc xatını Cahan Pəhləvana ərə verməyə məcbur oldu . Bunun ardınca Qum və Ərdəbil hakimləri sultanın tərəfinə keçdilər. Sultan və atabəy onların üzrxahlığını qəbul edib, bağışlanmaları haqqında təliqənamə yazdılar. Onlar Həmədanda sultan xidmətinə girdilər, onların əyalətlərindən yığılan gəlir və xərac sultan xəzinəsinə gəlirdi . Bundan sonra Qəzvin hakimi Alp Arqun məğlub edildi və Qəzvin sultanın mülklərinə qatıldı. Daha sonra Eldəniz Marağa hakimi Nüsrətəddin Arslan-Abaya elçi göndərib, şahzadə Mahmud şah ibn Məhəmmədin verilməsini və özünün də sultan xidmətinə gəlməsini tələb etdi. Ancaq Nüsrətəddin bu tələbi yerinə yetirməkdən boyun qaçırdı və bildirdi: “Sultan mənim yanımda yaşayır!” Onda atabəy Eldəniz Cahan Pəhləvanın başçılığı altında ordu toplayıb, Marağa hakimi Nüsrətəddinə qarşı göndərdi. Nüsrətəddin yardım üçün Xilat hakimi şah-ərmən Seyfəddin Bək-Teymur ibn II Sökmənə (1128-1183) müraciət etdi və o da ordusunu köməyə göndərdi. Səfidrud çayındakı döyüşdə Cahan Pəhləvan uduzdu və Həmədana qaçdı. Eldəniz və onun xələflərinin Marağa hakimi ilə münasibətləri uzun illər gərgin qalmış, yalnız Qızıl Arslan Marağa hakimini özünə tabe etdirə bilmişdi. Burası da qeyd edilməlidir ki, Marağa hakimi yalnız və yalnız vassal asılılığını qəbul etməklə öz borcunu bitmiş hesab edirdi. Eldənizin bir düşməni də – Fars hakimi Sunqur ibn Mədud qalırdı. Eldəniz İraq sultanlarının bir vassalı kimi ondan tələb etdi ki, Sultan Arslan şahın adına pul kəsilsin və xütbə oxunsun. Sunqur bu tələbi yerinə yetirməkdən imtina etdi vəbildirdi: “Arslan şahın torpaqlarını (mülklərini) xəlifə mənə iqta pay torpağı veribdir və mən də onlara yiyələnmək üçün oraya yollanacağam.” Eldəniz Farsın üzərinə yürümək üçün artıq qoşuna əmr vermişdi, ancaq 1161-ci ildə Sunqur ibn Mədud vəfat etdi və qardaşı Zəngi ibn Mədud (1162- 1175) onun yerinə Farsın hakimi oldu. Müəlliflərdən birində Zəngi ibn Modudun sultandan və atabəy Eldənizdən vassal asılılığı qəbul etməsinin ətraflı təsviri qalmışdı: “Sultan və Atabəy əmir Zəngiyə çağırış vərəqəsi göndərdilər. Onun ürəyini qorxu götürdü və onlara cavab verdi: “Mən sultanın məmlükü və onun quluyam! Mən onun əmrinə qarşı çıxanlardan və ona tabelikdən boyun qaçıranlardan deyiləm. Bəli! Mənim qardaşım səhv hərəkətə yol vermişdi, Allah da sultana görə ondan elə intiqam aldı ki, onun həyatı üzüldü və o, ölümün dadını anladı. Mən qorxuram ki, bundan ötrü sultanın və atabəy Eldənizin ürəyində mənə qarşı kin qalmış olsun və mən istəyirəm ki, özüm üçün təhlükəsizlik əldə edim və bundan arxayın olum ki, sultanın qulluğuna gəlim”. O, öz elçisi ilə onların hər ikisinə hədiyyələr və bəxşişlər, nadir şeylər, bütün növlərdən olan müxtəlif geyimlər, həbəş qulamlarından olan xacələr, Qatif və başqa ərəb ölkələrindən alınmış ərəb atları göndərirdi və çalışırdı ki, onun xahişinin yerinə yetirilməsi haqqında elçi vasitəsi ilə ona iltizam versinlər. Elçi atabəy Zənginin yanına gələndən sonra o, səliqə-sahmanla hazırlıq gördü və qoşunu ilə birlikdə sultanın qulluğuna yollandı. Həmin vaxt sultan İsfahanda idi. Atabəy Eldəniz isə Zənginin qərargaha yaxınlaşdığını bilib, bütün ordunun təcili və tam silahlanmasına əmr verdi. Əmr yerinə yetirildi və qoşun yol boyunca düzləndi. Zənginin gələcəyi yerdə sultanla birlikdə qalan atabəy Eldənizdən başqa, bütün əmirlər onu qarşılamağa çıxmışdı. Zəngi sultanın yerləşdiyi yerə yaxınlaşıb təntənənin möhtəşəmliyini və əzəmətini gördü. Bu, onu qorxutdu və ağlını sarsıtdı. Onlar sultana yaxınlaşanda əmirlər və haciblər atlardan endilər, ona tələsməyi əmr etdilər. O tələsdi, onun ruhunu dəhşət və itaət bürüdü, ürəyi isə dondu. Atabəy Eldəniz bunu sezən kimi, öz atını ona sarı tərpətdi və haciblər Zəngiyə işarə ilə bildirdilər ki, bu Atabəydir. O istədi ki, atabəyin atının dırnaqları altındakı torpağı öpsün, ancaq atabəy buna imkan vermədi. O, atını Zənginin yanına sürüb, atın üstündə onu qucaqladı. Bu zaman Zəngi onun əllərindən öpdü və dedi: “Mənim ağam! Mən razılaşmaya əsasən sənin yanına qulluğa gəlmişəm!” Sultan Zəngini Farsa və onun nahiyyələrinə hakim təyin etdi, ona əmr etdi ki, ədalətli və insaflı olsun, rəiyyətə edilən zülmün qarşısını alsın. Farsın hakimi əvvəllərdə olduğu kimi, vergini ödəməyi davam etdirdi, Sultan Arslan şahın və atabəy Eldənizin adı ilə pul kəsdirməyə başladı . Çox çəkmədi ki, Ərdəbil hakimi Nüsrətəddin Ağ Quş öldü. Eldəniz onun oğlu Məhəmməddən Ərdəbili və onun ətraf əyalətlərini aldı, onları öz vəliəhdi Cahan Pəhləvanın mülklərinə qatdı, Məhəmməd ibn Ağ Quşa onun əvəzində Həmədanın Bərucird əyaləti verildi .
Dövlət qurmağa doğru
Bu addım, şübhəsiz, Atabəylər sülaləsinin Azərbaycanda yerləşən mülklərinin əsas ərazisini genişləndirməyə yönəldilmişdi. Azərbaycanda torpaq əldə etmək üçün Eldəniz sultanlığın paytaxtı sayılan Həmədanın çox mühüm əyalətini vassala vermişdi. 1167-ci ildə atabəy Eldəniz Mosula elçi göndərib, sultanın adına xütbə oxutdurmağı, pul kəsdirməyi, əvvəllər Səlcuq sultanlarına nə göndərilirdisə, onları sultana da göndərməyi tələb etdi. Onlar tabeçilik və itaətlə cavab verdilər: Sultan Arslan şah ibn Toğrulun adına Mosulda və onunla qonşu vilayətləri Diyarbəkir və əl-Cəzirədə xütbə oxumağa başladılar, ona hədiyyələr göndərdilər. Bunların arasında məxmər, cins atlar, Bizans qatırları və Misirdə, Dəməşqdə hazırlanmış müxtəlif geyimlər var idi. Qütbəddin Mədud ibn Zəngi ilə atabəy Şəmsəddin Eldəniz arasındakı dostluq möhkəmləndi və onlar əl-ələ verib, Sultan Arslan şah ibn Toğrulun qulluğunda dayandılar . Bu gətirilən sitatdan görünür ki, Eldəniz belə bir halda öz dövlətinin mövqeyini möhkəmləndirmək üçün Mosul hakimlərinin Səlcuqilərə münasibətdə formal vassallıq münasibətlərindən necə istifadə edib. Axı, məhz Mosul atabəyi Sultan Məsudun Abbasi xəlifələrinə qarşı mübarizəsində əsas qüvvələrdən biri olub. Mosul atabəyi ilə sülh münasibətləri Eldənizin hakimiyyəti altında olan şərq və cənub-şərq ərazilərində hərəkəti üçün əl-qolunu açdı. Hicri təqvimi ilə 563-cü ildə (17.10.1167-4.10.1168) Kirmanın hakimi Toğrul şah öldü və onun oğlanları arasında hakimiyyət uğrunda mübarizə başladı. Toğrul şahın ortancıl oğlu II Arslan şah qaçıb Həmədana -Sultan Arslan şah və atabəy Eldənizin qulluğuna gəldi. Onlar onun xahişini qəbul etdilər. Bu haqda əl-Hüseyni belə yazır: “Atabəy onu ucaltdı, ona hörmət və ehtiram göstərdi, onu təmin etdi. Eldəniz onu öz evinə qaytarmaq üçün hazırlığa başladı. Onun üçün lazımı miqdarda qoşun müəyyənləşdirdi və onlara muzd verdi. O, bu qoşunlara Həmədan valisi əmir Cəmaləddin Məhəmməd ibn Ağ Quşu başçı təyin etdi. Atabəy onun bayrağı altında ən cəsarətli qəhrəmanları və təcrübəli süvariləri göndərdi. Əmir Hicri təqvimi ilə 564-cü ildə Həmədandan yola düşdü. O, paytaxtın yerləşdiyi Cüvaşirə çatanda oranın hakimi qaçdı və əmir Cəmaləddin Məhəmməd təntənə ilə şəhərə girdi. Qala ona təslim edildi, o da Sultanın və atabəy Eldənizin göstərişinə görə oranı Kirmanın hakiminə təhvil verdi. ” II Arslan şah əmirə dedi: “Mən sultanın bu ölkədə canişiniyəm (naib), buna görə də qoşunun muzdu veriləndən sonra nə qalsa, onu sultana göndərəcəyəm. Özümə heç nə saxlamayacağam”. Bu barədə o, özü sultana və atabəy Eldənizə yazdı . Xuzistan hakimi Şimlə də atabəy Eldənizin vassalı idi. Bağdadda Sultan Arslan şahın adına xütbə oxunmasına xəlifənin etirazından sonra Şimlə Eldənizin göstərişi ilə hərəkət edib Bağdadın hüdudlarına hücum etdi və xəlifə Müstənciddən Bəsrə ilə Vasit arasındakı bir sıra torpaqları ona güzəştə getməsini tələb etdi. O bilirdi ki, bu torpaqları iqta kimi Sultan Arslan şahdan və atabəy Eldənizdən alıb. Xəlifədən bu torpaqlara yiyələnmək üçün fərman istədi. Yalnız bir neçə aydan sonra xəlifə qoşunları Şimləni tutduğu torpaqlardan çıxartmağa müəssər oldu . Beləliklə də, atabəy Şəmsəddin Eldəniz Qafqaz dağlarından İran körfəzinə qədər uzanan nəhəng bir ərazini öz hakimiyyətinə tabe etdirdi. Eldənizin hakimiyyətində olan ərazi Tiflis qapılarından Məkranadək uzanırdı. O, Azərbaycan, Arran, Şirvan, Cibəl, Həmədan, Gilan, Mazandaran, İsfahan və Reyə yiyələnmişdi. Mosul, Kirman və Fars atabəyləri, Şirvan, Xuzistan, Xilat, Ərzən ər-Rum və Marağa hakimləri Eldənizin adına (daha sonra xəlifə və sultanın adına) pul kəsdirib, xütbə oxutduran vassallar idilər. Əl-Hüseyni belə yazır: “Atabəy Eldəniz əsil hökmdar idi. Əmrləri o verir, iqta torpaqlarını paylayır, dövlət xəzinəsinə nəzarət edirdi, Sultan Arslan şah ibn Toğrulun isə ancaq adı hökmdar idi.” Şəmsəddin Eldənizin adları çəkilən nüfuzlu şəxslərdən, o cümlədən, atabəylərin üzərində sultandan sonra ikinci siyasi hakimiyyət mövqeyi onun fəxri “Böyük atabəy” (atabəy əl-əzəm) adında da öz əksini tapmışdı. Beləliklə də, araşdırılan dövrün ən böyük dövlət xadimi atabəy Eldənizin fəaliyyəti, birliyi, nisbi də olsa, ara mübarizələrinin zəiflədilməsi yalnız atabəyin sərəncamındakı hərbi qüdrətə, ehtiyat mənbələrinə və onun nüfuzuna görə əldə edilə bilən dövlətin – İraq sultanlığının mərkəzi hakimiyyətinin möhkəmlənməsinə imkan yaratdı. Eldəniz bir növ ikili hakimiyyətin yaradıcısı oldu: Hicri təqvimi ilə555 – ci ildə (1160-cı il)o, İraq sultanlığında hakimiyyəti öz əlinə aldığı vaxtdan etibarən dövlət başçısı rolunu “formal”icra etməklə səlahiyyəti bitmiş bir şəxsə çevrildi. Qoşunların başçısı, vəsaitlərin sərəncamçısı, nəhayət, vassalların həqiqi süzerini Atabəy idi. Belə bir vəziyyət, şübhəsiz ki, hakim sinfin əksəriyyətinin mənafeyinə, hər şeydən əvvəl o qədər dəböyük olmayan iqta sahiblərinin və varlı şəhərlilərin mənafeyinə uyğun gəlirdi. İri hərbi qüvvələrin cəlb olunduğu daimi ara mübarizələri, güman ki, mülklərdən gəlirlərin müntəzəm alınmasını çətinləşdirir və yalnız iri əyalətlərəsahib olan, varlanmağa, öz mülklərini genişləndirməyə ümid edən əmirlər üçün əlverişli idi. Ali hakimiyyətin – sultanın adından fəaliyyət göstərmək imkanı qazanmış Eldəniz öz mövqeyindən sülalə mülkiyyətlərini genişləndirmək üçün istifadə edirdi. Ancaq güclü rəqiblərə – Mosul və Fars atabəylərinə münasibətində,həmçinin, ucqar ərazilərin hakimlərinə münasibətdə Atabəy onların vassal asılılığını tanıması ilə kifayətlənirdi. Mənbələr Eldənizin hakimiyyəti dövründə ara didişmələrinin zəiflədiyi haqqında məlumat verirlər. Bunu da Eldənizin güclü siyasətinin nəticəsi hesab etmək olar.
Comments are closed, but trackbacks and pingbacks are open.