Press "Enter" to skip to content

Azərbaycada səhiyyə tarixi əli i nsanov

Digər elm sahələrində olduğu kimi ərkivanlılar səhiyyə sahəsində də bir sıra uğurlara əl atmışlar. Təəssüf ki, biz Ərkivanın səhiyyə tarixi haqqında ən intektual hesab etdiyimiz həkimlərdən belə dolğun məlumat ala bilmədik. Sovet hökumətindən öncə Ərkivanda həkim olubmu? İlk dəfə bu peşəni özünü sənət seçənlər kimlər olub? İlk həkim məntəqəsi harada yaranıb? Bu və buna bənzər suallara biz hələlik cavab ala bilməmişik. Buna görə, hələlik ərkivanlı həkimlər barədə əlimizdə olan ilkin məlumatları sizə təqdim edirik:

Səhiyyə Tarixi

Digər elm sahələrində olduğu kimi ərkivanlılar səhiyyə sahəsində də bir sıra uğurlara əl atmışlar. Təəssüf ki, biz Ərkivanın səhiyyə tarixi haqqında ən intektual hesab etdiyimiz həkimlərdən belə dolğun məlumat ala bilmədik. Sovet hökumətindən öncə Ərkivanda həkim olubmu? İlk dəfə bu peşəni özünü sənət seçənlər kimlər olub? İlk həkim məntəqəsi harada yaranıb? Bu və buna bənzər suallara biz hələlik cavab ala bilməmişik. Buna görə, hələlik ərkivanlı həkimlər barədə əlimizdə olan ilkin məlumatları sizə təqdim edirik:

“Alimlər” bölməsində qeyd etdiyimiz kimi 4 ərkivanlı tibb sahəsində alimlik adını qazanıb. Onlardan ən ucada dayanan Tibb Elmləri Doktoru olmuş Əvəz Cəbiyevdir. Tibb sahəsində 2-ci tibb elmləri doktoru adını qazanmaqMəhərrəməli Niftullayeva nəsib olub. Bu sırada tibb sahəsi üzrə fəlsəfə doktorları adını qazananlar sırasında Zülfüqar Cəbiyevin, Həsənağa Qəmbərovun, Vaqif QurbanovunQoşqar Şiriyevin adlarını çəkə bilərik. Səhiyyə sistemində idarəçilik sahəsində aşağıdakıların adını çəkə bilərik: Rasim Əzizov – Masallı Səhiyyə şöbəsinin müdiri olmuş, hazırda Masallı MX-nin poliklinikasının müdiridir.

Seyfəddin Məmmədov – Masallı Ağ Ciyər Xəstəlikləri Xəstəxanasının müdiri olmuşdur.

Kamal Vəkilov – Masallı Sanitar Epidemioloji Stansiyasının rəisi olmuşdur.

Cəmiyyət

Respublikamızın sosial-iqtisadi inkişafı cəmiyyət həyatının bütün sahələrində olduğu kimi səhiyyə sistemində də öz müsbət nəticələrini vermişdir. Müasir dövrümüzdə səhiyyənin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və digər irimiqyaslı tədbirlər həyata keçirilib. Bütün bu uğurlar səhiyyənin dünya standartları üzrə inkişafına, onun dünyanın qabaqcıl ölkələrinin səhiyyə sisteminə ardıcıllıqla inteqrasiya edilməsinə zəmin yaradan amillərdir.

Ölkədə səhiyyə sahəsində aparılan islahatlar, Prezident İlham Əliyevin Sərəncam və tapşırıqlarına əsasən, tikilib istifadəyə verilən, yenidən qurulan tibb ocaqları Azərbaycan səhiyyəsinin inkişafının bu gün ən yüksək səviyyədə davam etdiyini göstərir. Müxtəlif aspektlərdən səhiyyədə aparılan uğurlu islahatlar əhalinin sağlamlığının təminatına, onun tam şəkildə dünya standartları səviyyəsində qurulmasına istiqamətlənib. Azərbaycanda müasir tibb avadanlığı və cihazlarla təchiz olunmuş 700-ə yaxın səhiyyə müəssisəsinin əhalinin istifadəsinə verilməsi insan sağlamlığına ayrılan diqqətin bariz nümunəsidir. Bu gün ölkəmizdə “Talassemiya” Mərkəzi, Milli Onkologiya Mərkəzinin Uşaq Klinikası, Respublika Uroloji Klinik Xəstəxanası, ən son texnologiyalarla təchiz olunmuş diaqnostika mərkəzləri və s. əhaliyə lazımi xidmət edir. Hər növ müasir tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş xəstəxanalar dünya standartlarına uyğunlaşdırılıb. Yeni istifadəyə verilən, təmir və bərpa olunan səhiyyə ocaqlarına dünyanın inkişaf etmiş ölkələri olan Almaniya və İsveçrə kimi ölkələrdən avadanlıqlar gətirilir.

Hazırda ölkəmizdə 33 minədək həkim, 54 minə qədər tibb işçisi əhalinin sağlamlığı keşiyində dayanır.

Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yenilənməsi daim diqqət mərkəzindədir. Ölkə rəhbərliyinin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitin ildən-ilə artırılması tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə xidmətin səviyyəsinin yüksəlməsinə imkan yaradır.

Səhiyyə sahəsində bir sıra dövlət proqramlarının reallaşdırılmasında respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır. Belə ki, Fond diabetli, talassemiyalı xəstələrə qayğı və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunması işinin yaxşılaşdırılmasında bir çox böyük layihələrə imza atıb.

Bu gün bütün dünyanı bürüyən koronavirus pandemiyası dövründə virusun diaqnostikası və müalicəsi üçün zəruri olan laborator testlər, bəzi tibbi avadanlıqlar və ləvazimatlar ölkəyə gətirilib. Testlərin aparılması üçün ölkədə çoxsaylı laboratoriya fəaliyyət göstərir. Koronavirus pandemiyası dövründə Azərbaycan səhiyyə sisteminin dayanıqlılığı, həkimlərimizin bacarığı və fədakarlığı bir daha isbatlandı.

Pandemiya dövründə Azərbaycandan 80-dən çox xarici ölkəyə maliyyə və humanitar yardım göstərilib, eyni zamanda, beynəlxalq təşkilatlara, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianə verilib.

Eyni zamanda Azərbaycana COVİD-19-a qarşı ən etibarlı vaksinlər gətirilib və əhalinin ödənişsiz əsaslarla peyvəndlənməsi işləri aparılır.

Hazırda ölkədə tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün, həmin xidmətlərə əhalinin əlçatanlığını təmin etmək məqsədi ilə İcbari tibbi sığortanın tətbiqi həyata keçirilir. Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs yaradılmışdır.

İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tibb müəssisələrinin idarəedilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi məqsədi ilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs yaradılmışdır.

Похожие статьи

  • Azrbaycada shiyy tarixi li i nsanov

    Vətən tarixi Qadın kürəkəni ilə qeyri-ənənəvi halda cinsi əlaqədə olarkən onda qıcolma baş verib. Bu vaxt qadın dişləri ilə kürəkəninin cinsi orqanına…

  • Azerbaycan tarixi en gedim zamanlaldan

    Azerbaycan tarixi en gedim zamanlaldan Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz sıra dağlarinin cənub-şərq yamacında Quruçay çayının sol sahilində…

  • Azərbaycan tarixi mehman abdullayev bdu 2-ci hissə

    Masallıı ensiklopediyası” – 20-ci yazı. Şərəfə İnzibati Ərazi Dairəsi (Tan yenidən işlənib) 1928-ci ildə Masallı rayonunun Şərəfə kəndində doğulub….

  • Azərbaycan tarixi üzrə qaynaqları

    Kollektiv. Azərbaycan tarixi üzrə qaynaqlar (1989) Kökləri miladdan qabaq III-II minilliklərdən gələn Dədə Qorqud boylarında türkçülük, azərbaycançılıq…

  • Azərbaycanın dövlət və hüquq tarixi

    Müstəqilliyin bərpası və Azərbaycanı tanıyan ilk 5 DÖVLƏT İnsan hüquqlarının qorunmasına müstəsna əhəmiyyət verən ümummilli liderimizin 1998-ci ildə…

Comments are closed, but trackbacks and pingbacks are open.