Press "Enter" to skip to content

Azərbaycanın ən bahalı məktəbləri – İllik təhsil haqqı 61 min manat – SİYAHI

11. Oxbridge Academy

Azadlıq Radiosu, Meydan TV və Azadlıq qəzetinin saytlarının bloklanmasına dair məhkəmə davam edib

Səbayel rayon məhkəməsində Azadlıq qəzeti, Azadlıq radiosu, Meydan TV, Turan telekanalı və Azərbaycan saatı verilişinin yerləşdirildiyi internet ehtiyatlarının bloklanması iddiası ilə məhkəmə prosesi davam etdirilib.

Proses zamanı iddiaçı tərəf Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi sübutlar təqdim edib.

Prosesin sonunda hakim iddiaçı tərəfdən növbəti məhkəmə prosesi üçün “tələbin dəqiqləşdirilməsi, sübutların nəzərdən keçirilməsini” istəyib, məhkəmə zalında olan müxbirimiz deyir.

Növbəti proses mayın 3-ü keçiriləcək.

“Konkret sənədlər təqdim edildi.. Nazirliyin nə istədiyi bəlli deyil, bütün proses boyu Baş Prokurorluğa istinad etdi,”, Azadlıq qəzeti və Azadlıq.info saytının nümayəndəsi, hüquqşünas Səməd Rəhimli BBC Azərbaycancaya deyib.

Səməd Rəhimli iddiaları “əsassız” adlandıraraq məkhəmə prosesinə üçüncü tərəf kimi Baş Prokurorluğun cəlb edilməsi və liqvistik ekspertiza ilə bağlı vəsatət verildiyini deyib.

Hakim bu vəsatətlərə növbəti məhkəmə prosesində baxılacağını bildirib.

BBC Azərbaycancanın müxbiri Günel Səfərova deyir ki, məhkəmə qarşısında hüquq müdafiəçiləri, xarici səfirliklərin nümayəndələr və vətəndaşlar toplanıb.

Məhkəmə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin (ETM) iddiasına əsasən keçirilir.

Aprelin 27-ə təyin olunmuş ilk məhkəmə iclası ETM-ın nümayəndəsinin etibarnaməsini gətirməməsinə görə təxirə salınmışdı.

ETM-in məhkəməyə müraciətində iddia edilir ki, bu media qurumları “Azərbaycan Respiblikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ictimai sabitliyin pozulmasına yönələn destruktiv hərəkətlərə yol verilməsinin, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışlar edilməsinin, radikal dini qurumların qanunsuz fəaliyyətlərinin təbliğ edilməsinin və yayılması qadağan edilən digər informasiyaların yerləşdirilməsinin dövlətin və cəmiyyətin qanunla qorunana maraqlarına təhdid” yaradıb.

Lakin media qurumları bu ittihamları təkzib edirlər.

Azərbaycanın ən bahalı məktəbləri – İllik təhsil haqqı 61 min manat – SİYAHI

Azərbaycanda dövlət məktəblərində orta təhsil pulsuzdur. Lakin ölkəmizdə orta təhsil verən pullu lisey və gimnaziyalar var. Bu liseylərdə təhsillə yanaşı qiymətlər də yüksək səviyyədədir.

Milli.Az bku.ws-yə istinadən bildirir ki, siyahı belədir:

1. Müasir Təhsil Kompleksi

Azərbaycan bölməsi- 12 000
Xarici bölmə- 16 000

2. Bakı Oksford Məktəbi

11 800 AZN- 14 160 AZN arasında dəyişir

3. ABC – Azərbaijan British College

İbtidai təhsil- 15 400 AZN
Orta təhsil- 16 400 AZN

4. “XXI Əsr” Beynəlxalq Təhsil və İnnovasiya mərkəzi

Azərbaycan bölməsi – 8000 AZN
Rus bölməsi- 10 000
İngilis dili- 12 000

5. Sabis Sun İnternational School

İbtidai təhsil-11 500 (əlavə olaraq, transfer üçün 775 AZN, Dərslik 460 Azn, məktəbli geyimi üçün isə 400-500 AZN, qeydiyyat üçün isə 1250 AZN ödəniş etməli olcaqsınız)
Orta təhsil-11 900 (əlavə olaraq, transfer üçün 775 AZN, Dərslik 930 Azn, məktəbli geyimi 400-500 AZN, qeydiyyat üçün isə 1250 AZN ödəniş etməli olcaqsınız)

6. Avropa Azərbaycan Məktəbi

Məktəbəqədər hazırlıq – 7250 AZN
1-4-cü siniflər- 9950 AZN
5-9-cu siniflər- 12 000 AZN
10-11 siniflər- 14 000 AZN

7. Xəzər Universitetinin “Dünya məktəbi”

Azərbaycan, Rus bölmələri üçün
1-9-cu siniflər- 7500 AZN
8-ci sinif- 8000
9-11-ci siniflər- 8500 AZN

İngilis dili bölməsi üçün
1-4-cü siniflər- 9500 AZN
5-9-cu siniflər- 11 000 AZN

İB Diplom Proqramı X-XI siniflər
Dünya məktəbinin şagirdləri üçün – 12 000 AZN
Digər məktəbin şagirdləri üçün – 14 000 AZN

8. Azərbaycan Beynəlxalq Məktəbi (“TISA International School of Azerbaijan”)

P1- 11 480 $
P2- 23 880 $
P3-P8- 36 000 $ (61 min AZN)
M1-M5- 36 000 $
DP1-DP2- 36 000 $

9. “İdrak ” liseyi

1-9- cu siniflər üçün – 7 000 manat

10-11-ci siniflər üçün – 8 500 manat

Sumqayıt filialında – 4 000 manat

10. Baku modern school (MİL lisey)

Azərbaycan bölməsi:
1-4 siniflər- 8500 AZN
5-8 siniflər- 10 000 AZN
9-11 siniflər- 13 000 AZN

İngilis dili:
1-4 siniflər- 10 000 AZN
5-8 siniflər- 13 000 AZN
9-11 siniflər- 15 000 AZN

11. Oxbridge Academy

1-6 sinif- 6 500 USD
7-9 sinif – 7 800 USD
10-11sinif- 9100 USD
12-13 sinif – 11 700 USD

Qeyd edək ki, dünyanın ən nüfuzlu ali məktəblərindən sayılan Harvard universitetində orta illik təhsil haqqı 40 min dollardır.

Milli.Az

Похожие статьи

Comments are closed, but trackbacks and pingbacks are open.