Press "Enter" to skip to content

Dünya miniatür sənətinin məşhur imzası

“Xəmsə”nin əlyazmasına daxil edilmiş iri formatlı on dörd miniatür XVI əsrin ən görkəmli rəssamları tərəfindən işlənmişdir. Bu rəssamlar Sultan Məhəmməd, Ağa Mirək Mirzə Qiyas, Mir Müsəvvir, Mirzə Əli, Mir Seyid Əli və Müzəffər Əlidir. Qiymətli əlyazmanın səhifələrindən birində əsərin üzünü köçürən rəssam Şah Mahmud Nişapurun belə bir qeydi var: “Ruzigarın gözü belə şey görməmişdir”. Bu unikal nüsxədəki ən gözəl miniatürlərdən biri, “Məcnun Leylinin çadırı yanında” əsəri Mir Seyid Əlinin barmaqlarının məhsuludur. Gözəl rəssamın dünyanın digər muzeylərində saxlanılan başqa əsərləri – “Leylinin elçiliyi”, “Musiqi məclisi”, “Bəhram Gur və çoban” miniatürləri də yüksək sənətkarlıq nümunələridir.

Moğol (Baburşah) miniatür sənəti Azərbaycan-Hindistan əlaqələri kontekstində

Mogulian miniature art in the context of Azerbaijan-India relations In the article India-Azerbaijan relations in the Middle Ages are considered in the context of miniature art development. Special role of Tabriz miniature school in the development and formation of India’s Mogulian miniature school are investigated. Noted that, miniature works besides as art, cause interest from historical and ethnographic perspective as well. Examples of miniature art which demonstrated in the world’s famous museums and exhibition halls are considered as contribution of turkish-islamic culture to the civilitation and element of high culture. Моголское миниатюрное искусство в контексте отношениях Азербайджан-Индия В статье средновековые отношения Индии-Азербайджан рассматриваются в контексте развития миниатюрного искусства. Исследуются особая роль Тебризской миниатюрной школы в становление и в развитие Могольской миниатюрной школы в Индии. Миниатюрные произведение производит интерес не только как пример искусство, а так же с этнографической и с исторической точки зрения. Примеры Тебризкой миниатюрной школы, которые выставляются в самых известных музеях мира и выставках оцениваются как вклад турецко-исламской культуры в цивилизацию и элемент высокой культуры.

Read Article Now Download PDF

Read Article Now Download PDF

Dünya miniatür sənətinin məşhur imzası

Bu dövrdə Azərbaycanın paytaxtı Təbriz şəhəri Yaxın və Orta Şərqdə əsas mədəniyyət mərkəzinə çevrilmişdi. Təbrizdə Şah İsmayıl və Təhmasibin saray kitabxanasında böyük ustad Sultan Məhəmmədin rəhbərliyi altında böyük bir istedadlar nəslini təmsil edən şəxslər cəmlənmişdi.
Bu dövrdə, həmçinin Təbriz miniatür məktəbinin klassik ədəbiyyatla əlaqəsi genişlənməkdə idi. Təbriz rəssamları məşhur klassiklərin əsərlərinə gözəl illüstrasiyalar işləməklə bənzərsiz sənət nümunələri yaradırdılar. Şərqin iki dahi əsəri olan – “Şahnamə” və “Xəmsə”ni bənzərsiz miniatürlər bəzəməkdə idi. Belə nümunələrin bəziləri bu gün də dünyanın məşhur muzeylərini bəzəyir.

Təbriz rəssamlıq məktəbi eyni zamanda, dünya mədəniyyətinə də bir çox istedadlar bəxş etmişdir. Belə istedadlardan biri də azərbaycanlı miniatürçü rəssam Mir Seyid Əlidir. Onun yüksək dəyərə malik əsərləri indi dünyanın böyük kitabxana və muzeylərini bəzəyir.
Təbriz miniatür məktəbinin banisi olan Sultan Məhəmmədin davamçısı olan Seyid Əli Londonda Britaniya muzeyində saxlanan Nizami “Xəmsə”sinin əlyazmasına işlənmiş illüstrasiyaların müəlliflərindən biridir. Həmin əlyazma 1539-1543-cü illərdə Şah Təhmasibin sarayı nəzdində fəaliyyət göstərmiş kitabxanada işlənmişdir. Peşəkar mütəxəssislər həmin nüsxəni bütün dövrlərin və xalqların ən mükəmməl bədii əlyazması, Şərqin kitab sənətinin ən qiymətli incisi hesab edirlər. Əlyazmanın titul səhifələri incə naxışlarla işlənmiş, səhifələrin kənarlarında qızıl suyu ilə işlənmiş təsvirlər çəkilmişdir.

“Xəmsə”nin əlyazmasına daxil edilmiş iri formatlı on dörd miniatür XVI əsrin ən görkəmli rəssamları tərəfindən işlənmişdir. Bu rəssamlar Sultan Məhəmməd, Ağa Mirək Mirzə Qiyas, Mir Müsəvvir, Mirzə Əli, Mir Seyid Əli və Müzəffər Əlidir. Qiymətli əlyazmanın səhifələrindən birində əsərin üzünü köçürən rəssam Şah Mahmud Nişapurun belə bir qeydi var: “Ruzigarın gözü belə şey görməmişdir”. Bu unikal nüsxədəki ən gözəl miniatürlərdən biri, “Məcnun Leylinin çadırı yanında” əsəri Mir Seyid Əlinin barmaqlarının məhsuludur. Gözəl rəssamın dünyanın digər muzeylərində saxlanılan başqa əsərləri – “Leylinin elçiliyi”, “Musiqi məclisi”, “Bəhram Gur və çoban” miniatürləri də yüksək sənətkarlıq nümunələridir.

Miniatürçü rəssam Mir Müsəvvirin oğlu

Seyid Əlinin istedadı doğulduğu ailədən gəlirdi. O, XVI əsrin əvvəllərində yaşayıb-yaratmış məşhur miniatürçü rəssam Mir Müsəvvirin ailəsində dünyaya gəlib. Böyük sənətkar yaxşı təhsil görmüş və Cüdai təxəllüsü ilə lirik şeirlər yazmışdı. İbtidai sənət təhsilini atasından alan rəssam daha sonra bu sənətin incəliklərini mənimsəmişdi. O, həmçinin şah kitabxanasında öz ustalığını artırmışdı. Bu həmin dövrdü ki, orada Behzad, Sultan Məhəmməd, Ağa Mirək Mirzə Qiyas kimi sənətkarlar çalışırdı. Seyid Əli də bu zaman o sənətkarların yanında gözəl bir məktəb keçir. Otuzuncu illərdən başlayaraq o, artıq müstəqil fəaliyyət göstərirdi. Yuxarıda söz açılan əlyazma üçün miniatür çəkməyin ona həvalə olunması da artıq rəssamın bir sənətkar kimi yetişdiyindən xəbər verirdi.

Başqa bir şöhrətli Azərbaycan rəssamı, şair və təzkirəçi Sadiq bəy Əfşar rəssam haqqında yazırdı: “Mir Seyid Əli öz işinin ustası sayılan və mərhum Şah Təhmasibin kitabxanasında çalışan rəssamlardan Mir Müsəvvirin oğlu idi. Mir Seyidin özü incə nəqqaş və gözəl müsəvvir (rəngkar) idi. Xırda bir mübahisə ucundan o, Azərbaycanı tərk edərək, Hindistana getmiş və Cəlaləddin Əkbərin vaxtında böyük şərəfə və şöhrətə layiq görülmüşdü” (Vikipedia).

İstedadlı rəssamın atası Mir Müsəvvirin yaradıcılığı barədə olduqca çox az məlumat var. Müasir günümüzə onun cəmi bir miniatürü gəlib çatıb. Yazılı mənbələrdən məlum olur ki, Mir Müsəvvir də Sultan Məhəmməd kimi xəttatlıq və təsviri sənətlə maraqlanan Şah Təhmasibin müəllimlərindən olub. Bu dövrdə xalçaçılıq, rəssamlıq və miniatür əsərləri ilə sıx əlaqədə inkişaf etməkdə idi. Bu dövrdə sürətlə inkişaf edən Təbriz miniatür və rəssamlıq məktəbi ənənələri sonradan bir sıra məktəblərin, o cümlədən İsfahan rəssamlıq məktəbinin yaranmasına yol açmışdır.

Məlumata görə, Osmanlı yürüşləri ilə əlaqədar öz doğma yurdundan uzaq ölkələrə üz tutmuş Mir Seyid Əli xaricdə də nüfuzlu bir xəttat kimi tanınmışdır.

O dövrdə böyük Moğollar sülaləsindən olan hind imperatoru Humayun vətənindən qovulduğu müddətdə Təbrizdə I Şah Təhmasibin sarayında yaşayırdı. O, saray kitabxanasının və bədii emalatxanaların işi ilə tanış olduqdan sonra Hindistana qayıdanda belə bir nümunəni öz sarayında da yaratmaq qərarına gəlir. Humayunun diqqəti daha çox Mir Seyid Əlinin üzərində cəmləşir. O hələ Təbrizdə ikən rəssama Əmir Həmzə dastanına miniatürlər çəkməyi sifariş verir.

16 cildlik “Əmir Həmzə” dastanının rəhbəri

Humayun taxtını geri qaytarandan sonra Mir Seyid Əli və bir sıra başqa rəssamları öz yanına çağırır. Beləliklə, Mir Seyid Əli Hindistana gedir. Burada o, təbrizli rəssam Səməd Şirazi ilə birlikdə “Teymurun evi” adlı məşhur pannonu yaradır. Bu əsərdə də Teymurilər sülaləsinin nümayəndələri təsvir olunmuşdur. Humayun həmin əsərə görə ona “Nadir ül mülk Humayun şahi” ləqəbini vermişdir. Bundan sonra o, Seyid Əlini “Əmir Həmzə” dastanının 16 cilddə nəzərdə tutulan və 2400 illüstrasiya ilə bəzədilməli olan unikal əlyazmasının işlənməsinə ümumi rəhbər təyin etmişdir. Yazılı qaynaqlarda qeyd edilir ki, həmin kitabın köçürüldüyü vərəqlərin ölçüsü az qala bir metrə çatırdı. Kitabın hər cildi xüsusi hazırlanmış sandıqda saxlanılırdı. Bu qiymətli əlyazmanın üzərində Mir Seyid Əlinin rəhbərliyi ilə 30-dan artıq rəssam işləmişdi. Amma şahidlərin söylədiklərinə görə, hələ 1570-ci ildə Mir Seyid Əli Məkkəyə ziyarətə gedərkən kitabın yalnız 4 cildi hazır idi.

Seyid Əlinin imzası Azərbaycan, İran və Hindistan kimi ölkələrin bədii sənət tarixinə əbədi yazılmışdır. Onun yaradıcılığının və təmsil etdiyi Təbriz rəssamlıq məktəbinin Hindistanda Moğol miniatür məktəbinin yaranmasına təkan verdiyi danılmaz gerçəkdir. Bu baxımdan, Təbriz rəssamlarından Şah Qulu Təbrizi, Vəlican, Kamal Təbrizi kimi sənətkarlar da Türkiyə miniatür sənətinin inkişafında mühüm rol oynamışlar.

Milli.Az

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Похожие статьи

  • Azərbaycan bölgələrində miniatür sənəti

    Azərbaycan bölgələrində miniatür sənəti S.Fərəcov Azərbaycan bölgələrində miniatür sənəti Söz sənətindən ilmələrə Orta əsrlərdə ədəbi nümunələr miniatür…

  • Azərbaycan miniatürləri

    Miniatür haqqında Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə…

  • Azərbaycan ədəbiyyatı qısa şəkildə

    Azərbaycan ədəbiyyatı/Azərbaycan yazılı ədəbiyyatının qədim nümumələri Bu dövrdə rus və Qərb şərqşünasları və şairləri ilə yaxından tanış olan, onlardan…

  • Azərbaycan dili tarixi

    Azərbaycan dili/Giriş Azərbaycan ədəbi dili öz 800 ilə yaxın inkişafı müddətində iki böyük dövrü əhatə edir. Əski dövr adlandırılan birinci dövr XIII…

  • Azərbaycan dili qaydalar

    Azərbaycan dili qaydalar 2. Daha çox osmanlı (indiki türk) və əski Azərbaycan dilinin ənənəsinə söykənən ədəbi dil yaratmaq meyli. Bu “Füyuzat” və…

Comments are closed, but trackbacks and pingbacks are open.