Press "Enter" to skip to content

Mən gedirəm, ağlama. Rəşid Behbudovun sənəti və şəxsiyyəti” miniatür kitabının təqdimatı keçirilib

Xalq yazıçısı deyib ki, kitabın Miniatür Kitab Muzeyində təqdimatı olduqca əlamətdar bir hadisədir. Çünki muzeydəki kitabların doğurduğu əhval-ruhiyyə, onların zərifliyi, buradakı səliqə-sahman, gözəllik Rəşid Behbudov sənəti və şəxsiyyəti ilə üst-üstə düşür.

Xankəndi

11 il əvvəl, 23 Aprel 2002-ci- ildə Bakı şəhərinin tarixi hissəsində,XIV əsr memarlıq abidəsi Şirvanşahlar Sarayının yaxınlığında dünyanın ilk və hələki yeganə miniatür kitab muzeyinin açılışı baş tutdu.

Açılış gününün məhz bu günə düşməsi təsadüfi deyil. 23 aprel 1616-cı ildə dünya ədəbiyyatının klassikləri, dahi yazıçılar Vilyam Şekspir, Migel Servantes və İnqa Qarsilaso dela Veqa vəfat ediblər. Bunun xatirəsinə 1996-ci ildən bəri YUNESKO-nun qərarı hər il 23 aprel dünyada beynəlxalq kitab və müəllif hüquqları günü kimi qeyd olunur.

Bu gün muzeyin 145 kv. m ərazisində 37 şüşə vitrində dünyanın 71 ölkəsində nəşr olunmuş 5200 miniatür kitab sərgilənir. Sərgidə ən nadir kitablar Yaponiyanın “Tolpan” nəşriyyatının 2 × 2 mm formatında 3 mikro kitabı hesab edilir.

” Miniatür kitab toplamaq ideyası necə yarandı?” sualına muzeyin direktoru, mədəniyyət xadimi Salahova Zərif bu cür cavab verib:

-Tamamilə gözlənilmədən. 1982-ci ilin noyabrında Moskvada, Ümumittifaq Könüllü kitab həvəskarları Cəmiyyətində mənə İ.Krılovun 1835 ildə nəşr olunmuş təmsillər toplusunu 23 rubla almağa təklif edirlər. O zamanlar üçün bu bahalı əyləncə idi, lakin mən ödənişi edib kitab üçün anbara getdim. Elə orda da ilk dəfə mini kitab gördüm. O gündən mənim kolleksiyam toplanmağa başladı. Bu illər ərzində mən 6500-dən çox miniatür kitab toplamışam.Sovet meyyarlarında görə mini kitabın formatı 100 × 100 mm., Avropa standartlarına görə isə bu ölçü 58 × 76 mm hesab edilir.

Zərif Salahova həmçinin qeyd etdi ki,də muzeyin kolleksiyasının çox hissəsi ianələr vasitəsilə inkişaf edib. Bütün dünyada insanlar muzeyin saytını ziyarət edir, yazıb, kitab göndərirlər. Bir çoxları özləri gətirir kitabları, Venesueladan olan iş adamı kimi. O, muzeyə Venesuela və Kolumbiyada nəşr olunmuş 29 kitab hədiyyə edib. Muzeyə həmçinin Bakıya gələn Çin, İtaliya və Bolqarıstan səfirləri də kitab hədiyyə ediblər. Muzeyin ən qədim kitabı – XVII əsrdə nəşr olunmuş Qurandır.

Bundan əlavə, 1985-ci ildən Zərif Salahova özü də mikrokitablar nəşr etdirir və onları xaricdə nəşr olunan miniatürlər kitablara dəyişir. İndiyədək Zərifə xanım tərəfindən Azərbaycan və Rusiya da daxil olmaqla xarici ölkələrin görkəmli siyasət, ədəbiyyat, incəsənət və elm adamlarının adı ilə bağlı 100-dən çox miniatür kitab nəşr etdirilib.

Z.Salahovanın şəxsi kolleksiyasının miniatür kitablarının sərgiləri Kabildə (1988), Istanbulda (1991), Hayfada (1994), Çində (1995), Moskvada (1997 və 2003), Kiyevdə (2000), Sidneydə (2000), Maynzda (2003), Ankarada (2005), Parisdə (1999 və 2006), Səudiyyə Ərəbistanında (2007), Londonda (2009), Minskdə (2009), Şanxayda (2010), Pekində (2011), Havanada (2011) və əlbəttə muzeyin yaradılmasından əvvəl dəfələrlə M.F. Axundov adına Milli Kitabxanada Bakıda keçirilib.

Qeyd edim ki, ziyarətçilər bütün dünyadan toplanan geniş kitab kolleksiyasına pulsuz baxa bilərlər,çünki bu gözəl muzeyə giriş azaddır.

Leyla Murad
Foto Elnur Abdullanındır

“Mən gedirəm, ağlama. Rəşid Behbudovun sənəti və şəxsiyyəti” miniatür kitabının təqdimatı keçirilib

Dekabrın 11-də Miniatür Kitab Muzeyində Xalq Yazıçısı Elçinin “Mən gedirəm, ağlama. Rəşid Behbudovun sənəti və şəxsiyyəti” miniatür kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, kitabda Elçinin dünya şöhrətli ifaçı Rəşid Behbudov haqqında xatirələri, onunla söhbətləri, eləcə də ifaçının bənzərsiz sənət dünyası ilə bağlı düşüncələri, fikirləri yer alıb.

Tədbirdə Miniatür Kitab Muzeyinin yaradıcısı və təsisçisi, Əməkdar Mədəniyyət İşçisi Zərifə Salahova rəhbərlik etdiyi muzeyin uğurlarından və təqdim olunan kitabın məziyyətlərindən söz açıb. Bildirib ki, miniatür kitab Azərbaycanın estrada və opera müğənnisi, SSRİ Xalq Artisti Rəşid Behbudova həsr olunub. Prezident İlham Əliyevin dünya şöhrətli müğənni Rəşid Behbudovun 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı imzaladığı müvafiq Sərəncama uyğun olaraq ölkəmizin bütün bölgələrində silsilə tədbirlərin keçirildiyi bu günlərdə belə bir kitabın işıq üzü görməsi olduqca təqdirəlayiq haldır.

Diqqətə çatdırılıb ki, kitab Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Miniatür Kitab Muzeyi tərəfindən “İndiqo” mətbəəsində nəfis şəkildə yüz nüsxə tirajla çap olunub. Ölçüsü 38×45 mm olan bu kitab 136 səhifədən ibarətdir. Azərbaycan dilində işıq üzü görən kitabda 41 ağ-qara fotoşəkil yer alıb. Xüsusi zövqlə hazırlanmış kitabın forzasında Azərbaycanın xəritəsi əks olunub.

Təqdimat mərasimində Xalq Yazıçısı Elçin bildirib ki, Prezident İlham Əliyevinin imzaladığı müvafiq Sərəncam əslində bütün Azərbaycan xalqının Rəşid Behbudov şəxsiyyətinə və sənətinə sonsuz hörmətinin, sevgisinin, məhəbbətinin ifadəsidir.

Xalq yazıçısı deyib ki, kitabın Miniatür Kitab Muzeyində təqdimatı olduqca əlamətdar bir hadisədir. Çünki muzeydəki kitabların doğurduğu əhval-ruhiyyə, onların zərifliyi, buradakı səliqə-sahman, gözəllik Rəşid Behbudov sənəti və şəxsiyyəti ilə üst-üstə düşür.

Elçin Əfəndiyev vurğulayıb ki, Rəşid Behbudovun 100 illik təntənəli yubileyinə çox ciddi hazırlaşırıq. Düşünürəm ki, o tədbir bütün Rəşidsevərlərin ürəyincə olacaq.

Tədbirdə Əməkdar Jurnalist Elmira Əliyeva Elçinin yaradıcılığından, əsərlərinin üslub və xüsusiyyətlərindən danışıb. Bildirib ki, “Mən gedirəm, ağlama. Rəşid Behbudovun sənəti və şəxsiyyəti” miniatür kitabını oxuyarkən Rəşid Behbudovu yenidən kəşf etdim.

Tədbirdə Xalq Artisti Vasif Babayev, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova, tanınmış jurnalist Qalina Mikeladze və keçmiş neft sənayesi naziri Kamil Akimov çıxış edərək Rəşid Behbudov sənətinin əlçatmazlığından və miniatür kitabının bənzərsizliyindən söz açıblar.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev vurğulayıb ki, Rəşid Behbudovun 100 illiyinə həsr edilmiş möhtəşəm tədbirin 2016-ci ilin ilk yarısında keçirilməsi planlaşdırılır. Həmin ərəfədə görkəmli sənətkarın heykəli də hazır olacaq.

Miniatür Kitab Muzeyinin reallaşdırdığı layihələri yüksək qiymətləndirən nazir deyib ki, İçərişəhərə gələn bütün qonaqlar bu muzeyi ziyarət edir.

Təqdimatı keçirilən nəşrin də böyük əhəmiyyət daşıdığını vurğulayan Ə.Qarayev bildirib ki, bu miniatür kitab hər bir oxucuya bir daha Rəşid Behbudov sənətinin və şəxsiyyətinin böyüklüyü haqqında çox dəyərli məlumatlar verəcək.

Rəşid Behbudovun ailəsi adından tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən Kamil Şahverdiyev “Mən gedirəm, ağlama. Rəşid Behbudovun sənəti və şəxsiyyəti” miniatür kitabını böyük sənətkar haqqında yazılan ən dəyərli nəşrlərdən hesab edib.

Təqdimat mərasimi çərçivəsində “Azərbaycanım” Beynəlxalq Jurnalının redaksiya şurasının sədri Zərifə Salahova və nəşrin baş redaktoru Emil Nəsirli tərəfindən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevə “Azərbaycanın qüruru” ordeni təqdim olunub. Mükafat jurnalin redaksiya şurasının qərarı ilə təsis edilib.

Sonra Miniatür Kitab Muzeyinin yaradıcısı və təsisçisi, Əməkdar Mədəniyyət İşçisi Zərifə Salahovaya Azərbaycan Kütləvi İnformasiya Vasitələrinin Həmkarlar Birliyi və “İntervyü”-“İntervyü xəbər” nəşr evinin redaksiya heyətləri adından “Qızıl qələm” və “Xalqın nüfuzlu ziyalısı” fəxri media mükafatları təqdim olunub.

Comments are closed, but trackbacks and pingbacks are open.