Press "Enter" to skip to content

Azərbaycan boyakarlığı

Azərbaycan Milli İncəsənət Muzeyinin Kitabxana müdiri Tacəddin İmanov

Azərbaycan boyakarlığı

Cümə axşamı | 16 Fevral, 2023

Azərbaycan Milli İncəsənət Muzeyinin tərkibində fəaliyət göstərən şöbələr, onun özü kimi zamanın süzgəcindən keçərək bu günümüzə gəlib çıxmışlar. Bu şöbələrin yaradılmasında bir çox görkəmli şəxsiyyətlər və incəsənət fədailəri öz töhfələrini verərək müasir, bugünkü əzəmətli duruma gəlməsinə rəvac vermişlər. Onların sırasında zəngin ədəbiyyatın, maraqlı məlumatların toplandığı qiymətli kitabxana da fəaliyyət göstərir. Burada toplanmış elmi arxiv sənədlərindən kitab fondunun muzeyin ilk pionerlərindən olduğu bəlli olur.

1936-cı ildə Xalq Komissarları Soveti tərəfindən imzalanmış sərəncama əsasən Azərbaycan Dövlət İncəsənət Muzeyinin yaradılması qərara alınmışdır. Muzey ilk vaxtlar Hacı Zeynalabdin Tağıyevin malikanəsi, indiki Milli Azərbaycan Tarixi Muzeyinin binasında yerləşirdi. 1937-ci ildən onun rəsmi açılışı baş tutmuşdur. Arxiv sənədlərində muzeyin kitabxanasının adı ilk dəfə 22 fevral 1937-ci ildəki daxili əmrlər kitabında öz əksini tapır. Buradan bəlli olur ki, “İncəsənət” şöbəsinin Azərbaycan Dövlət Muzeyindən ayrılması ilə əlaqədar olaraq kitabxananın qəbulu üzrə komissiya yaradılır. Komissiyanın tərkibinə tanınmış rəssamlardan Əzim Əzimzadə, İsmayıl Axundov, heykəltəraş Pinxos Vladimiroviç Sabsayın daxil olduğu qeyd olunur.

Hal-hazırda muzeyin kitabxanasında Azərbaycan təsviri incəsənətində satirik janrın və kitab qrafikasının əsasını qoymuş görkəmli fırça ustası Ə. Əzimzadənin yaradıcılığını əks etdirən bir çox kataloq, buklet və kitablar yer alır. Bunlar içərisində tanınmış Azərbaycan sənətşünaslarından Mürsəl Nəcəfovun müəllifi olduğu “ Xalq rəssamı Əzim Əzimzadə” adlı kitabı xüsusi qeyd etmək olar. Çünki bu kitabda Ə. Əzimzadənin həyat və yaradıcılığı müfəssəl şəkildə təfsir olunmuşdur.

Sabsay Pinxos (Pyotr) Vladimiroviçin isə özü Ukraynanın Odessa şəhərində anadan olsa da həyat və yaradıcılığının çox hissəsini Azərbaycana həsr etmişdir. O, Azərbaycan SSR Xalq rəssamı və sovet heykəltəraşı kimi incəsənətə öz töhfələrini vermişdir. Muzeyin kitabxanasında Sabsay haqqında kitab, albom və kataloqlar mövcuddur ki, tanınmış heykəltəraş – rəssam haqqında ətraflı məlumatları özündə toplamışdır.

Təsviri sənətimizin zənginləşməsində yaddaqalan töhfələr bəxş etmiş İsmayıl Axundov əsasən kitab qrafikası və illüstrasiyaları ilə məşhurdur. Yaradıcılığının ikinci dövründə isə Azərbaycanın məşhur teatr və kino rejissoru və aktyoru, SSR Xalq artisti, bir zamanlar “Azərbaycanfilm” kinostudiyasının direktoru olan Ədil İsgəndərovun dəvətilə Azərbaycan teatrlarında quruluşçu rəssam kimi çalışmağa başlayır, elə ilk addımlarının uğurlu olduğu üçün bu fəaliyyəti davam etdirərək səhnə əsərlərinə xüsusi canlılıq verib, teatrlarımızın çiçəklənməsində böyük xidmətlər göstərir.

Bu sənət məbədində daim Azərbaycan və dünya incəsənətinə, görkəmli rəssamların yaradıcılığına həsr olunmuş sərgilər keçirilir. Muzeydə keçirilən sərgilərin hər birinin kataloqları kitabxanada mövcuddur. Hətta burada xarici və yerli rəssamların, heykəltəraşların və digər sənətkarların əsərlərinin əks olunduğu nəşrlərin toplandığı “Kataloqlar” bölümü vardır.

Azərbaycan Milli İncəsənət Muzeyinin iki tarixi tikilidə – “De Burun sarayı” “Mariinski Qadın Gimnaziyası”nın binalarında yerləşir. Elə muzeyin kitabxanası da əvvəllər gimnaziya üçün inşa olunmuş binalarda yerləşir. Hal-hazırda kitabxanada ümumilikdə 10000-dək kitab, kataloq və dövrü jurnallar vardır. Nəinki təsviri incəsənət, ümumiyyətlə burada bütün incəsənət növlərinə aid yeni və qədim dövrü əhatə edən kitabları görmək olar. Bu kitabların hər biri ayrı-ayrılıqda inventarlaşdırılıb və məxsus olduğu incəsənətin növünə görə kitab rəflərinə düzülmüşdür. Bunlar: “Dekorativ-tətbiqi sənət”, “Azərbaycan boyakarlığı”, “Qrafika”, “Azərbaycan qadın rəssamları”, “Dünya muzeyləri”, “Yerli muzeylər”, “Xalçaçılıq”, “Nəzəriyyə”, “Memarlıq”, Qərb incəsənəti”, “Şərq incəsənəti”, “Fransa incəsənəti”, “İtaliya incəsənəti”, “Yunan incəsənəti”, musiqi və kino bölmələrinə ayrılmışdır. Muzeyin kitabxanasının digər kitabxanalardan fərqlənməsinin başlıca səbəbi isə onun “Nadir kitablar” bölməsi adlanan qədim dövr incəsənət nümunələri ilə bağlı kitabların yerləşdiyi ayrıca fondunun olmasıdır. Hal-hazırda muzeyin kitabxanasında 600-dən çox nadir kitab qorunub saxlanılmaqdadır. Bu kitabların hər biri bəşər incəsənətinin tərəqqisinə işıq tutur və ölkələrin incəsənət mərhələlərini əks etdirir, incəsənətin necə yaranması, inkişaf mərhələləri haqqında aydın fikir formalaşdırır.

Bu kitablardan ən uzaq tarixdə çap olunanı 1822-ci il nəşri olan Bernard de Montfaucon “L`antiquite Expliquée et represéntée en figure” (Fransızca – “Antik dövr rəqəmlərlə açıqlayır və təmsil edir”) kitabıdır. Bu kitabın kitabxanamızda 5 cildi mövcuddur. Hər cild isə 2 hissəyə ayrılaraq 10 ayrı kitabda toplanmışdır. Kitabda adından da göründüyü kimi antik dövr ölkələrinin dini inancları, mədəniyyəti və incəsənəti haqqında geniş tarixi faktlarla məlumat verilir. Kitabda, hətta Antik Yunan Roma və Misir mədəniyyətinə uyğun olaraq müxtəlif maraqlı illüstrasiyalar da verilmişdir. Muzeyin kitabxanasında digər nadir yazı nümunələri də vardır ki, dünya incəsənəti və tarixindən müfəssəl, dolğun məlumatlar verir.

Kitabxana şöbəsi öz fəaliyyətini yalnız daxili tədbirlərin keçirilməsində deyil, beynəlxalq əhəmiyyətli tədbirlərdə iştirakı ilə də göstərir. Ən son tədbirlər içərisində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Nizami Gəncəvi ili münasibətilə 2021-ci il 6-10 oktyabr tarixlərində “Baku International Book Fair” beynəlxalq kitab sərgisində layiqincə təmsil olunaraq sertifikat qazanmasını qeyd etmək olar. Bu tədbirin, xüsusilə ələmətdar olmasının əsas səbəbi isə Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, professor Çingiz Fərzəliyevin “Vərqa və Gülşa” kitabının ilk dəfə burada təqdimatının keçirilməsi oldu. Kitab Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə nəşr edilib. Bu nəşr nümunəsi Məsihinin “Vərqa və Gülşa” poeması əsasında Azərbaycan miniatür məktəbinin nümayəndəsi Əbdülmömin Məhəmməd əl-Xoyinin çəkdiyi və hal-hazırda Topqapı Sarayı Muzeyində qorunan 71 miniatürü əsasında hazırlanıb. Əsərdə olan hadisələr, səhnələr animasiya filmini xatırladacaq tərzdə, izahlı şəkildə öz əksini tapmışdır. Onu da vurğulamaq yerinə düşər ki, Əməkdar incəsənət xadimi, professor Çingiz Fərzəliyevin bu ilk və sonuncu kitabı deyil. Natürmort haqqında hər şey” (2004), “Portret haqqında hər şey” (2005), “Mənzərə haqqında hər şey”, (2006), “Azərbaycan Rəngkarlığı. Antologiya”(2007), “Azərbaycan Dövlət İncəsənət Muzeyi” (2010), “Azərbaycan el sənəti” (2013) və XX əsr Azərbaycanın təsviri sənətində tanınan 45 görkəmli incəsənət xadiminin yaradıcılığını əks etdirən “Sərvət” silsiləsindən 36 kitabı (2014) da bu sıraya daxil etmək olar. Onlar Azərbaycan Milli İncəsənət Muzeyinin kitabxanasına daxildir, muzeyin işçilərinin və müraciət edən bütün oxucuların istifadəsinə verilir.

Beləliklə, bu yazıda Azərbaycan Milli İncəsənət Muzeyinin kitabxanasının yaranma tarixindən və bugünkü günümüzdə olan inkişafından danışıldı. İstedadlı, ziyalı insanların burada çalışması və müstəqil dövlətimizin apardığı siyasət, mədəni irsə göstərdiyi qayğı nəticəsində Azərbaycan Milli İncəsənət Muzeyi dünya standartlarına tam cavab verən bir muzeyə çevrilmişdir.

Azərbaycan Milli İncəsənət Muzeyinin Kitabxana müdiri Tacəddin İmanov

Azərbaycan boyakarlığı

� � � � Qəlblərdə yaşayacaq rəssam

� � Azərbaycan boyakarlığı özünün zənginliyi və yaradıcı şəxsiyyətlərinin çoxcəhətliliyi, həmçinin mövzu və janr diapazonunun genişliyi ilə fərqlənir. Azərbaycanın Xalq rəssamı Kamil Nəcəfzadənin yaradıcılığı buna parlaq misaldır. Bu rəssam müharibədən sonra yaradıcılıq yoluna qədəm qoymuş Azərbaycan rəssamlarındandır.

�� Kamil Nəcəf oğlu Nəcəfzadə 1929-cu il dekabr ayının 29-da Lənkəranda tacir ailəsində anadan olmuşdur. 1948-ci ildə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirmiş, 1949-cu ildə professional təhsilini Moskvada, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda davam etdirmişdir. İnstitutun rəssamlıq fakültəsini bitirdikdən sonra – 1955-ci ildə vətənə dönən Nəcəfzadə C.Cabbarlı adına �Azərbaycanfilm� kinostudiyasında quruluşçu-rəssam kimi çalışmağa başlamışdır. 40 ildən artıq yaradıcılıq ömrünü kinoya həsr edən rəssam �Azərbaycanfilm�-in fəxri olan bir çox filmlərin yaradılmasında iştirak etmişdir.

�� Elə vaxt olurdu ki, o, eyni zamanda iki film üzərində işləməli olurdu. Bəllidir ki, quruluşçu rəssamın kinodakı işi həm məsuliyyətli, həm də olduqca diqqət və dəqiqlik tələb edir. Kamil Nəcəfzadə böyük professional idi. O, kinostudiyada işlədiyi son illərədək nə şəxsən özünə, nə də onun işinin nəticələrinə cavabdeh olan şəxslərə azacıq da olsa, güzəştə yol vermirdi.

�� Bütün yaradıcılığı dövründə rəssamın nə qədər eskiz çəkdiyinin say-hesabını heç kəs bilmir. Bu gün az sayda tək-tək eskizlər rəssamın emalatxanasında saxlanılır. Eskizlərin əsas hissəsi məhv olmuşdur, lakin az miqdarda bizə gəlib çatmış bu eskizlər Kamil Nəcəfzadənin həssas bədii intuisiyasına və yüksək peşəkarlığına əsaslı surətdə dəlalət edir.

�� K.Nəcəfzadənin kinostudiyadakı ilk işi Azərbaycan kinematoqrafı tarixində bir mərhələ filmi olmuşdur. Bu – 1957-ci ildə M.Qorki adına kinostudiya ilə müştərək çəkilmiş �Bir məhəlləli iki oğlan� filmidir. Ssenari müəllifləri Alla Beqiçeva və türk yazıçısı və dramaturqu Nazim Hikmətdir.

�� K.Nəcəfzadənin kinodakı növbəti işi Azərbaycan kinematoqrafında ən məşhur ekran əsərlərindən biri – rejissor Tofiq Tağızadənin �Uzaq sahillərdə� (1958) filmidir. İ.Qasımovun eyniadlı povestinin motivləri əsasında çəkilmiş film II Dünya müharibəsi zamanı, İtaliyada partizan dəstəsində döyüşən Mehdi Hüseynzadənin qəhrəmanlıqları haqqındadır. Demək olar ki, bu filmdən başlayaraq, rəssamın eskizləri müstəqil bədii dəyər kəsb etməyə başlamışdır. Başqa sözlə, bu eskizlər bitkin qrafika əsərləri kimi qəbul oluna bilər.

�� K.Nəcəfzadənin iştirak etdiyi ilk filmlərdə artıq rəssamın müşahidə qabiliyyəti, detallara olan dəqiq, lakin ehtiyatlı diqqəti özünü büruzə verir. �Bir məhəlləli iki oğlan� kinolentində rəssam köhnə Bakının koloritini yaratmağa müvəffəq olmuşdu. Analoji motiv digər bir əlamətdar filmdə – �Bir cənub şəhərində� (1969) meydana çıxdı. Bu kinolentdə qaldırılmış problem 1960-cı illər üçün səciyyəviydi: sadə insanın şəxsi psixoloji və mənəvi problemləri ədəbiyyatda, teatrda, təsviri incəsənətdə çox geniş yayılmış bir mövzu idi.

�� Rəssamın bilavasitə boyakarlıq texnikasını virtuoz tərzdə istifadə etməsindən az sonra daha ətraflı söhbət açılacaq. Lakin kinoeskizlərdə də boyakarlıq formasının əsl ustalıq maestriyasını görməmək mümkün deyil. K.Nəcəfzadə böyük ustalıqla bu və ya digər dövrü asanlıqla stilizə edir. Söhbət yalnız predmet sırasından getmir, hansı ki, şübhəsiz, uyğun olan �yerin və zamanın dahisi�-nin əsasını təşkil edir. Burada başqa, daha böyük mövhumdan danışılır ki, bunu müdiriyyətin sadəcə olaraq bir imzası ilə təmin etmək mümkün deyildir. Bu elə bir istedaddır ki, genetik olaraq bəzi insanlara mənsub olur və gərgin əmək bahasına müvəffəqiyyətlə inkişaf edir. Kamil Nəcəfzadə sənəti asanlıqla və çox təbii surətdə lazımi dövrə uyğunlaşır. Sanki onun üçün bu və ya digər dövrün əhval-ruhiyyəsini yaratmaq – nəfəs almaq qədər təbiidir. Məsələn, �Bizi bağışlayın� (1979) filmi üçün yaradılmış (yaxud layihələşdirilmiş) interyerlər.

�� Kamil Nəcəfzadənin kino yaradıcılığında əsl dramatizmlə dolu bir çox kompozisiyalar vardır. Bu, �Sən niyə susursan� (1966) və �Dörd bazar günü� (1975) filmlərinə aid ayrı-ayrı səhnələrdir. Rəssam dəfələrlə tarixi mövzulu filmlər üzərində işləməli olmuşdu. Bunlar �Səmt küləyi�, �Qızıl uçurum�, �Atları yəhərləmək vaxtıdır� kinolentləridir. Ölkəmizin tarixinin müxtəlif dövrlərinə həsr olunmuş bu filmlər rəssamın qarşısında yeni-yeni məsələlər qoyurdu. Bu məsələlər də çox vaxt tədqiqatçı xarakter daşıyırdı.

�� Həmçinin, nəzərə almaq lazımdır ki, özünün kinoda çox sıx məşğul olmasına baxmayaraq, K.Nəcəfzadə aktiv və məhsuldar surətdə dəzgah boyakarlığı və qrafika sahəsində işləyirdi. O, Azərbaycanda, Sovet İttifaqının müxtəlif şəhərlərində və xaricində keçirilən müxtəlif sərgilərin iştirakçısı idi.

�� Xarici tematika K.Nəcəfzadənin yaradıcılığında böyük yer tutur. 1958-ci ildən başlayaraq, rəssam dəfələrlə xarici ölkələrə səfərlər etmişdir. Sonra, o, aldığı təəssüratlara əsasən qrafika və boyakarlıq əsərlərindən ibarət silsilələr yaradırdı ki, onlar Bakıda, Moskvada və digər şəhərlərdə sərgilənirdi.

�� Rəssam bir çox ölkələrə səfər etmişdir. Onun əsərlərinin içərisində elələri vardır ki, Fransa, İngiltərə, ABŞ, Kanada, Türkiyə, Rumıniya və başqa ölkələrin adamlarını və görkəmli abidələrini əks etdirir. K.Nəcəfzadə 1982-ci ildə Vyetnama səfərini xüsusi rəğbətlə xatırlayırdı.

�� Elə təsəvvür yaranır ki, rəssam Yer kürəsinin coğrafi cəhətdən bir-birindən uzaq nöqtələrində olarkən sırf görmə informasiyası ilə yanaşı, qeyri-iradi olaraq hansısa bir enerji impulsunu, bir dərəcəni tuta bilirdi. Onun köməyi ilə də müəllifin bədii təfəkkürü bu, yaxud digər yaradıcılıq növünə qoşulurdu.

�� K.Nəcəfzadə 2011-ci il iyun ayının 29-da qısa sürən xəstəlikdən sonra vəfat etdi. Bu münasibətlə Azərbaycanın Respublikası Prezidentinin imzaladığı nekroloqda deyilir: �Tanınmış rəssam, gözəl pedaqoq və qayğıkeş insan Kamil Nəcəf oğlu Nəcəfzadənin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır�

�� sənətşünaslıq doktoru

�� Mədəniyyət.- 2011.- 1 iyul.- S. 5.

Comments are closed, but trackbacks and pingbacks are open.