BAKININ ÖDƏNİŞSİZ ÇİMƏRLİKLƏRİ 2018
İstiqamət: Bilgəh kəndi
Xankəndi
AzVision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşı Mirsalam Qəmbərov deyib. O, bildirib nazirliyin müvafiq qurumu bütövlükdə Xəzər dənizinin Azərbaycana mənsub olan sahil və çimərlik zonalarında mütəmadi olaraq ekoloji vəziyyətin monitorinqi həyata keçirir.
“Götürülmüş su və dib çöküntülərinin nümunələri üzərində analitik, mikrobioloji və ekotoksikoloji təhlillər aparılır. Çirklənmənin səbəbləri müxtəlifdir: Xəzərə yönəlmiş axarlar və insanların istirahət etdiyi zaman yaratdıqları ekoloji yük”.
M.Qəmbərov bildirib ki, ETSN tərəfindən Abşeron yarımadasının kanalizasiya şəbəkəsi olmayan Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı qəsəbələrinin sahil zolağında, “Amburan” çimərliyi, eləcə də Novxanı və Corat bağlarının sahil boyu ərazilərində müvafiq standartlara cavab verən modul tipli çirkab təmizləyici qurğular quraşdırılıb, həmin axarların bir yerə toplanması üçün tədbirlər həyata keçirilir, çirkab suları təmizləndikdən sonra isə dənizə axıdılır.
Nazirlik rəsmisi, həmçinin Bakının ən təhlükəli çimərlikləri barədə məlumat verib: “Xəzər sahil zolağında aparılan monitorinqlərin nəticələri deməyə əsas verir ki, qeyd olunan ərazilərdə çimərlik sahələri mövsüm üçün yararlıdır. Lakin Sumqayıt, Qaradağ rayonu Sahil qəsəbəsinin “Sahil” və Səbail rayonunun “Şıx” çimərliklərində aparılmış monitorinqlərin nəticələrinə görə orada zərərli maddələrin miqdarı normadan artıq olduğu müəyyən edilib. Bu səbəbdən qeyd olunan çimərliklərdn istifadə məqsədəuyğun deyil. Hazırda Xəzər dənizinin sahil zolağı və çimərlik ərazilərində ardıcıl və davamlı monitorinq işləri davam etdirilir”.
BAKININ ÖDƏNİŞSİZ ÇİMƏRLİKLƏRİ 2018
Xəzər sahilində Şıxov, Novxanı, Mərdəkan, Zaqulba, Nardaran, Şüvəlan, Pirşağı kimi çimərliklər var. Onlardan ən məşhur olan Mərdəkan və Novxanı çimərlikləridir. Bu gün Sizlərə ödənişsiz sərbəst üzə biləcəyiniz çimərliklərdən həmçinin oraya necə gedə biləcəyiniz haqqında danışacayıq.
1. “Mayak Beach” çimərliyi
İstiqamət: Şuvəlan kəndi
2. “Qızıl qum” və “Pirşağı” çimərlikləri
İstiqamət: Pirşağı kəndi (Bakı dəmir yolu stansiyasından 34 km)
3. “Həyat İstirahət Mərkəzi”-in ərazisində yerləşən çimərlik
İstiqamət: Pirşağı kəndi (Bakı dəmir yolu stansiyasından 34 km)
4. Nardaran kəndinin ərazəsində yerləşən çimərlik
İstiqamət: Nardaran kəndi (Bakı şəhərin mərkəzindən 25 km şimalda)
5. “Buzovna” çimərliyi
İstiqamət: Buzovna kəndi, Apşeron yarımadası
6. Bilgəh Kardiolojı Mərkəzinin ərazisində yerləşən çimərlik
İstiqamət: Bilgəh kəndi
7. “Primorski” çimərliyi
İstiqamət: Mərdəkan kəndi
8. “Ləman Ailəvi Istirahət Mərkəzi”-in ərazisində yerləşən çimərlik
İstiqamət: Novxanı kəndi
9. “Sunset Novxani” çimərliyi
İstiqamət: Novxanı kəndi
10. “Katamaran Beach Novxanı” çimərliyi
İstiqamət: Novxanı kəndi
11. “Alma Beach&Club” çimərliyi
İstiqamət: Novxanı kəndi
12. “Neptun Beach Novxanı” çimərliyi
İstiqamət: Novxanı kəndi
13. Şıxov kəndinin ərazisində yerləşən çimərlik
İstiqamət: Şıxov kəndi (Bakı şəhərin mərkəzindən 13 km cənuba)
Sizinlə həmçinin avtobus marşrutlarının siyahısını paylaşırıq:
№107 – “Koroğlu” stansiyasından Buzovna kəndində yerləşən çimərliyə;
№108 А – Goradil və Fatmai kəndlərinə;;
№141 – Mərdəkan kəndinin “Primorski” çimərliyinə;
№171 – Nardaran kəndinin See Breeze istirahət mərkəzinə;
№172 -“Koroğlu” stansiyasından Bilgəh kəndində yerləşən çimərliyə;
№173, №179 – Pirşağı kəndinin çimərliyinə;
№185 – “Qızıl qum” sanatoriyasına;
№210 – Türkan bağ evlərinə.
Qeyd edək ki, bu çimərliklərdə şezlonglar, çadırlar və masaların kirayə xidmətləri 5 manatdan başlayır.
Dünyanın ən heyrətamiz və təhlükəli çimərlikləri – FOTOLAR
Günəşli yay havası, dəniz və çimərlik. Mənalı istirahət etmək üçün daha nə lazımdır? Lakin planetimizdə bir çox yerlər yalnız kənardan çox cazibəli görünür. Əslində isə onların bir çoxu ölüm saçır.
Day.Az AZƏRTAC-a istinadən planetimizdəki ən təhlükəli sahilyanı bölgələri təqdim edir. Bu yerlərdə siz ölüm təhlükəsi ilə üzləşə bilərsiniz.
Qadağan olunmuş Sentinel adası
Hind okeanının Benqal körfəzində – Andaman arxipelaqının arasında kiçik Şimali Sentinel adası var. Bu adaya getmək olduqca çətindir. Heç bir balıqçı sizi asanlıqla oraya aparmağa razı olmaz. Amma kimsə balıqçını yola gətirərək adaya gedərsə, elə qumun üzərində onlarla metr məsafədə ölümdən qaçmağa çalışacaq. Çünki qısa müddətdən sonra bədənində ox yaraları hiss edəcək. Yaralı səyahətçi ona ox atan hirsli “sərhədçiləri” görməyəcək. Hücumlar cəngəlliklərdən və heç bir xəbərdarlıq olmadan gələcək.
Burada dünyanın ən qeyri-qonaqpərvər xalqlarından biri – sentinellilər yaşayır. Heç kim onların sayını dəqiq bilmir və nədən bu qədər aqressiv olduqlarını da anlamır. Ehtimal edilir ki, aborigenlər bu vaxtadək oddan istifadə etmir, onların kinli olması isə keçmişdə yaşadıqları acı təcrübə ilə bağlıdır. Bu regionda Britaniya müstəmləkəçiləri çoxlu qəddarlığa yol veriblər və yerli əhalinin əcnəbilərə, xüsusən ağdərililərə qarşı nifrətinə səbəb olublar. Hindistan öz yurisdiksiyası altında olan Şimali Sentinel əhalisini assimilyasiya etmək istəmir və onların hüquqlarını qoruyur.
Skeletlər adasında ideal çimərlik
Afrikanın cənubunda yerləşən Skeletlər adasında ucsuz-bucaqsız qumluqlar o qədər “ölüdür” ki, hər hansı zülal orqanizmi çox asanlıqla bir çox yırtıcıların yeminə çevrilir. Burada tez-tez şirlərə, çaqqallara və qəbireşənlərə rast gəlmək olar. Sularda isə köpək balıqları qaynaşır. Adama elə gəlir ki, bu yırtıcılar üçün adada yem tapmaq çətindir. Amma onları balıqlarla qıdalanan suitiləri cəlb edir. Bu ərazidə onların sayı həddindən çoxdur.
Lakin insanlar okeandan uzaqdakı dəniz məməlilərinin əhatəsində olsa belə, onları yenə də ölüm gözləyir. Ətrafda, hətta 10 kilometrlərlə məsafədə içməli su tapa bilməyəcəksiniz, yağışlar isə bir neçə ildən bir yağır. Şübhəsiz ki, burada ucsuz-bucaqsız və mənzərəli qumluqlar, təlatümlü okean və qəzaya düşmüş gəmilərin qalıqları ecazkar panorama yaradır. Amma adaya yollanmaq sizin həyatınız bahasına başa gələ bilər. Qitə tərəfindən gəldiniz zaman yolunuz o qədər də dost olmayan ölkələrdən keçəcək. Bu ölkələrdə silahlı münaqişələr davam edir. Dəniz tərəfdən isə adaya yollanmağa cəhd etməsəniz yaxşıdır. Gəmilərin parçalanmış korpusları ətrafa dağılıb, onların bir çoxu qatı duman və soyuq su axını nəticəsində istiqamətini itirərək sualtı qayalara çırpılıb. Yeri gəlmişkən, kiçik qayıqda adaya yollanmaq mümkün deyil, çünki dalğaların gücü sizi sahilə atacaq.
Sakit okeanın qərb hissəsində çoxlu sayda mərcan adaları – atollar yerləşir. Onların çox qəribə forması var, səthi yumşaq qumlarla örtülmüş bu çimərliklər zahirən göz oxşayır. Eyni zamanda, dəniz heyvanlarının minillik “əməyini” də unutmaq olmaz. Onlar bu gözəlliyin yaranması üçün əsrlərboyu səy göstəriblər. Bu adalardan biri çox cazibəli ada malikdir. Amma Bikini adlanan adada üzərinizdə paltar olmadan qumların üzərində gəzmək məsləhət görülmür. 60 il bundan əvvəl Bikini adasında 67 nüvə sınaqlarından sonuncusu həyata keçirilib. Lakin hətta uzun müddət keçməsinə baxmayaraq, adada gəzmək təhlükəlidir. Burada uzun müddət yaşayan insanlar normadan 6 dəfə çox olan radiasiya fonu ilə üzləşə bilərlər. Şübhəsiz ki, bu qədər radiasiya dozası insanı birdən-birə öldürmür. Lakin adada uzun müddət qalan turistlər yaxın illərdə xərçəng xəstəliyinə tutula bilərlər. Ən təhlükəlisi isə, küləyin sovurduğu tozu udmaqdır. Çünki bu tozla birlikdə ağciyərə daxil olan radioaktiv hissəciklər daxili orqanların fəaliyyətinə daha mənfi təsir göstərir.
Ölümdən də pis ola biləcək vəziyyət
Qorxulu və təhlükəli çimərliklərin heç də hamısı ekzotik ölkələrdə yerləşməyib. Onların bəzilərinə Avropada da rast gəlmək olar. Böyük Britaniyanın Steytes kəndi yaxınlığında yerləşən çimərlik bir çox turistləri cəlb edə bilər. Lakin bu sahillər öz populyarlığı, habelə iqlim amilləri ucbatından Yer kürəsinin ən çirklənmiş yerlərindən biridir. Çoxlu məişət tullantılları və digər zəhərli maddələr dənizi çimmək üçün əlverişsiz etməklə yanaşı, qumları da təhlükəli edir. Belə ki, suya girdiyiniz zaman siz çoxlu bakteriya infeksiyaları ilə yoluxa bilərsiniz. Qumun üstündə ayaqyalın gəzmək isə hətta kiçik yara olan ayağınızın irinləməsinə səbəb olacaq. Zərərçəkənlər ölüm təhlükəsi ilə üzləşməyəcək, amma ongünlük səpkili qızdırma və ya bir həftəlik diarreya sizi buraya səyahət etmənizə peşman edəcək.
Dünyanın bir çox ölkələrində də analoji məkanlar mövcuddur. Məsələn, Hindistandakı Mumbay ştatında Çoupatti Biç çimərliyində olduğu kimi. Buradakı bir çox çimərliklər həddindən artıq zərərlidir. Dominikan Respublikasındakı El Qrinqo çimərliyindəki qumluqda gəzinti isə, təkcə sizin müxtəlif yaralara məruz qalmağınızla deyil, həmçinin ciddi dozada kanserogen maddələr və ağır metallar qəbul etməyinizlə nəticələnə bilər. Bu rayondakı çoxsaylı kimya və farmasevtika zavodları bugünədək öz zəhərli tullantılarını sahilə axıdır. ABŞ-dakı çimərliklər də ekoloji fəlakətlərdən qurtula bilməyib. Kaliforniyadakı Poçe-Biç bir neçə il ard-arda avtomobil və aqrosənaye tullantılarının zərərli təsirinə məruz qalıb. Ekologiya təşkilatları uzun illər boyu onların acı nəticələrini aradan qaldırmalı olacaqlar.
Avstraliyanın şərqində yerləşən Freyzer adası dünyanın ən bol qumlu sahillərindən biridir. Onun təbiəti möcüzəli və mənzərəlidir. Qum təpələri yuxarıya doğru 240 metr yüksəkliyə qalxır və ekvatorial meşələrlə örtülüdür. Onların arasında çoxlu kiçik “asma” göllər mövcuddur. Sakit okeana doğru uzanan 100 kilometrlik sahil olduqca cəzbedicidir. Lakin burada dalğalara çox yaxınlaşmaq məsləhət görülmür. Freyzerin ətrafında çoxlu sayda kubomeduzalar, xüsusən meduza İrukanciləri var. Bu dəniz canlıları isə heç də sizin rastlaşmaq istədiyiniz növdə heyvanlar deyil. Onların hücumu turistlərin okeanın isti suyu içərisindəki rahat istirahətini fəlakətə çevirə bilər.
Məsələ burasındadır ki, bu canlıların bədəni şəffafdır və onların 1 metr uzunluğunda iynəli burunları var. Onları suda və ya qumun üzərində görmək mümkün deyil. İrukancilərin iynəsindəki zəhər təsirini tədricən göstərir və sizi sancdıqda bunu hiss etmirsiniz. Lakin bir neçə dəqiqədən sonra bədəninizdə ard-arda iflic effektləri baş verir. Eyni zamanda, başağrısı, aşağı və yuxarı ətrafların əzələlərində və daxili orqanlarda dəhşətli ağrılar, mədə bulantısı başlayır. Bundan sonra ürək-damar xəstəlikləri – taxikardiya və hipertoniya baş qaldırır. Bütün bunlar isə ağciyərdə və beyində problemlərlə və ən sonda ölümlə nəticələnir. Ümumiyyətlə, Avstraliyada çoxlu zəhərli ilanlar, o cümlədən dəniz canlıları var. Freyzer adasından başqa kubomeduzaların müxtəlif növlərinə bu qitənin digər sahilyanı bölgələrində də rast gəlmək olar.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Похожие статьи
-
Azərbaycan (tarixi ərazi) 1937-ci ildə Sovet Azərbaycanının IX qurultayında Azərbaycan hökümətinin Baş naziri Rəhmanov yeni Sovet konstitusiyasına dair…
-
Azərbaycan muzeyləri Bakıda, eyni zamanda Müasir incəsənət muzeyi, Miniatür kitab muzeyi, Bakının vizit kartı hesab edilən Qız qalası, Qala tarixi…
-
Azərbaycan qəhrəmanlıq dastanlarında fiziki tərbiyə məsələləri
Fiziki tərbiyənin mahiyyəti və məqsədi, Fiziki tərbiyənin vəzifələri, Fiziki tərbiyənin vasitələri Məsələn, müntəzəm olaraq müvazinət hərəkətləri ilə…
-
V sinif. Azərbaycan tarixi. BSQ № 2 Azərbaycan xalqı bu geniş ərazidə yaşayan türk etnoslarından və qonşu ölkələrdən gəlib burada məskunlaşan türkdilli…
-
Azərbaycan uşaq ədəbiyyatı Klassik Azərbaycan ədəbiyyatımızda da uşaq ədəbiyyatı nümunəsi kimi səciyyələndirə biləcəyimiz bədii nümunələr çoxdur. Qədim…
Comments are closed, but trackbacks and pingbacks are open.