Press "Enter" to skip to content

Category: Şeirlər

Dünyada heç belə qırğın olarmış?!
İnsan da insanı parçalayarmış?!
Düşmən bu cür açdı öz iç üzünü,
Tanıtdı dünyaya onlar özünü.

ŞEİRLƏR

Sənsən parlayan ulduz
Keçəl, kosa, bahar qız.
Qoyma gəl bizi yalqız,
Novruz, gəl ha, Novruz, gəl.

Novruzun tərifi | Novruz haqqında şeir

  • ŞEİRLƏR
  • 3 mart 2023, 13:59

Novruzun tərifi şeiri

Novruz gəlir yurduma
Yer-Göy necə şad olur.
Küskün düşən ürəklər –
Könüllər abad olur.

Yaşıllaşıb yenə də,
Təbiət cuşa gəlib.
Nə xoşdur Vətənimə
Bayramlar qoşa gəlib.

Sənə qurbanam, Ana! | Analar haqqında gözəl bir şeir

  • ŞEİRLƏR
  • 2 mart 2023, 19:22

Sənə qurbanam, Ana!

Mən səni səslədim, mənə can dedin,
Can deyən dilinə qurbanam, ana!
Odlu ürəyini sən qurban dedin,
Odlu ürəyinə qurbanam, ana!

Deyirdin, nə zaman yaşa dolarsan,
Boyuna baxaram mənsə doymadan.
Gəlib baxacaqsan söylə bəs haçan?
Baxan gözlərinə qurbanam, ana!.

Ana şeiri | 8 Mart üçün şeir

  • ŞEİRLƏR
  • 2 mart 2023, 13:06

Bu gün 8 mart günü,
Bu gün sənin bayramın
Təbrikini qəbul et,
Sənə candan yananın

Həyatımın mənası
Aynasısan sən ana
Mənə həyat bəxş edib,
Böyütdün yana-yana

Səməni | Novruza aid şeir

  • ŞEİRLƏR
  • 1 mart 2023, 14:17

Səməni şeiri

Ey səməni, saxla məni
Hər il göyərdərəm səni.
Ayaq basdın ölkəmizə,
Bol-bol şənlik gətir bizə.

Çatır-çatır yansın ocaq,
Şadlıq etsin oğul-uşaq.
Sünbül saçlı tarla, əkin
Parıldasın qızıl təkin.

ANA | Uşaqlar üçün Ana şeiri

  • ŞEİRLƏR
  • 28 fevral 2023, 13:34

Ana şeiri

Əziz ana, can ana,
Gözəl mehriban ana!
Böyütdükcə bizi sən
Dən düşür saçlarına.

***
Qəhrəmanlar anası,
Sevimli, əziz qadın.
Bizim ana Vətənlə,
Qoşa çəkilir adın.

Novruz bayramı | Novruza aid şeir

  • ŞEİRLƏR
  • 28 fevral 2023, 12:46

Novruz bayramı

Gəlib Novruz bayramı,
Yandırmışıq biz şamı.
Tonqallar alışıbdır,
Sevincimiz daşıbdır.

Fərəhlənir uşaqlar,
Papaq atır qoçaqlar.
Hər evdə aş dəm alır,
Şənlik göyə ucalır.

“Anacan” | 8 Marta aid gözəl şeir

  • ŞEİRLƏR
  • 27 fevral 2023, 21:41

«Anacan» şeiri

Çox mübarək, anacan.
Bu sevimli bayramın.
Yüksəlmisən əməklə,
Dillərdədir ad-sanın.

Layla çaldın sübhədək,
Beşiyimin başında.
Sən ömrümə mayaksan,
Olsam neçə yaşında.

“8 Martdır” | 8 Mart Qadınlar Gününə aid şeir

  • ŞEİRLƏR
  • 27 fevral 2023, 10:20

“8 Martdır”

8 martdır anacan
Lap tezdən oyanmışam
Əllərimdə gül çiçək
Qarşında dayanmışam.

Xocalı soyqırımına həsr olunmuş şeir | Elşən Məmmədov

  • ŞEİRLƏR
  • 26 fevral 2023, 23:21

Xocalı soyqırımına aid şeir.

O fevral gecəsi şaxtalı bir gün,
Əsası qoyuldu ən böyük zülmün.
Xocalı qırğını,Xocalı hüznü,
Vətən ağrısıdır bu matəm günü.

Dünyada heç belə qırğın olarmış?!
İnsan da insanı parçalayarmış?!
Düşmən bu cür açdı öz iç üzünü,
Tanıtdı dünyaya onlar özünü.

Category: Şeirlər

Sensizliye öyret meni, Unutdur baxışlarını, Qara gözünü, qaşlarını.. Sil gözünün yaşlarını, Demedim ki kövrelt meni, Sensizliye öyret meni.. Bir ac quşam, bax densizem, Özge yerde, çemensizem, Gör neçe

Sevgi Şeirleri – Sevgi Şeirləri

Sevgi | March 11, 2018

Ferqli şairlere aid birbirinden maraqlı ve sevgi dolu, mehebbet dolu sevgi şeirleri, sevgi şeirləri sizin üçün topladıq.

Sevgi Şeiri

Sevgi | March 11, 2018

Yüz mizrab vurmuşam bir sarı sime, Olmuşam bir neğme hevesinde men. Yüz dünya vermişem bir tebessüme, Bir sevgi almadım evezinde men. Yene yol gedirem men aram-aram, Her gülün

Nişan üzüyüm

Sevgi | March 27, 2013

Sen dostmu geldin ömrüme menim, Sol elime qonaq gelenim Ay menim qelbime geden yoluma, Qefil qonaq gelen nişan üzüyüm Sen keçmişimin derd ortağısan Menim bu günümün can sirdaşısan

Görüş

Sevgi | September 26, 2009

Görüş zamanını gözləyən ürək Sevincdən böyüyüb döyünür yaman, Elə bir çıxacaq indi köksündən, Fikirimdən çıxmayır həmin o canan.

Məhəbbət

Sevgi | September 26, 2009

Məhəbbət adlanan bir odlu dərd var, İnsan həyatına qəm, kədər qatar, Bir insan könlünü özgəyə versə, Bu acı dərd onun qəlbində yaşar.

Səndən uzaqlarda

Sevgi | September 26, 2009

Səndən ayrıldığım on gün olsa da, Lakin hər günümü bir il sanmışam. Hər axşam yananda göylərin şamı Hicrində od tutub mən də yanmışam.

Sənin üçün

Sevgi | September 26, 2009

İlk səni gördüyüm günü “ad günüm” saydım, Səninlə görüşən gün iməkləyirdim. Sevdiyimi deyəndə təzəcə dil açırdım, Sevdiyini biləndə uçmağa çalışırdım.

Sənsiz

Sevgi | November 17, 2008

Sən gedəndən artiq neçə il keçib Hələ də özümə gəlməmişhem mən Qəlbimə adını necə yazmışam, Elə də qalıbdı,silməmişəm mən.

MƏN AZƏRBAYCANLIYAM

Polad Həşimov
Yenə Azərbaycana
Çökdü qara buludlar
Şehidim qurban getdi
Bu yurda bu torpağa Ağlama ey mərd ana
Möhkəmliyini qoru
Övladın qurban getdi
Ağlama ey mərd ana Polad Həşimov kimi
Oğullarımız getdi
“Vətən sağ olsun deyib”
Öz canlarından keçdi Onlar bizlərə görə
Həyatlarından keçdi
Evindən eşiyinden
Ailərindən keçdi Bəyən Bəyən

By: Zəhra Heydərova on 02/10/2020
at 12:16 axşam

Ey vətən ana vətən Bəyən Bəyən

By: Leyla on 21/11/2020
at 1:49 axşam

Salam mahnısı var Bəyən Bəyən

By: Nicat on 24/11/2020
at 8:40 axşam

cox sagolun Bəyən Bəyən

By: esger on 01/12/2020
at 6:24 axşam

Qartal kimi göy üzündə şığıyar
Aslan kimi yer üzündə şah olar
Bizdə hünər, bizdə qeyrət şərəf var
Qalmayacaq yad əllərdə yurdumuz
Çox güclüdür qüvvətlidir ordumuz
.. ..
Şah İsmayıl Fatehlərdi kökümüz
Biz qayıdaq özümüzə özümüz
Birdir bizim əqidəmiz, sözümüz
Ölüm deyil qələbədir sonumuz
Çox güclüdü qüvvətlidi ordumuz
.. ..
Biz gedirik öldürməyə ölməyə
Düşmənlərin ürəyini bölməyə
Nankorları yer üzündən silməyə
Bu səmtədir niyyətimiz yolumuz
Çox güclüdü qüvvətlidi ordumuz
.. ..
Vətən üçün atılarıq biz oda
Vətənsizlik cox ağırdı dünyada
Bayrağımız sançılacaq Şuşada
Yönəlibdi o yerlərə yonumuz
Çox güclüdü qüvvətlidi ordumuz
.. ..
Qarabağın indi gözü yoldadı
Qubadlının həsrəti var dardadı
Qurban Aslan zəfərimiz yoldadı
Buna şahid lələ təpə və Tovuz
Çox güclüdü qüvvətlidi ordumuz
.. .. Qurban Aslan
31.08.2020 Saat 20:25 Bəyən Bəyən

By: Şair Qurban Aslan on 13/01/2021
at 3:12 axşam

Похожие статьи

  • Azərbaycan müəllimi qəzeti

    Azərbaycan müəllimi 11 Mart 2023 12:33 Facebook Вы используете браузер, который Facebook не поддерживает. Чтобы все работало, мы перенаправили вас в…

  • Azərbaycan respublikasının konstitusiyası 2019

    Azərbaycan respublikasının konstitusiyası 2019 “Minatəmizləməyə dair informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan…

  • Azərbaycan iqtisadiyyatı.

    Azərbaycan iqtisadiyyatı Yaxın vaxtlarda Azərbaycanda toyuq əti və yumurtanın qiymətində bahalaşma ola bilər. xəbər verir ki, bu barədə Bizim.media-ya…

  • Azərbaycan tarixi 7cildlik

    AZƏRBAYCAN TARİXİ”NİN V CİLDİ ÇAPDAN ÇIXMIŞDIR Tariximizin ana qaynaqlarından sayılan «Kitabi Dədə Qorqud» boylarında Əmən bəyin Ərəbistana gedib…

  • Azərbaycan xalq nağılları

    Erotik xalq nağılları, yaxud uşaqlarımız nə oxuyur? FOTO Tatarıstan Respublikası qubernatorluğa çevrilir – AÇIQLAMA Balaca rəssamların Azərbaycan xalq…

Comments are closed, but trackbacks and pingbacks are open.