Azərbaycan ədəbiyyatı tarixi iv cild
nəşrinin birinci cildi çapdan çıxıb
“Rus ədəbiyyatı tarixi” Azərbaycan dilində
Filologiya üzrə elmlər doktoru, Bakı Slavyan Universitetinin (BSU) professoru Telman Cəfərovun (Vəlixanlı) müəllifi və tərtibçisi olduğu “Rus ədəbiyyatı tarixi” adlı ali məktəblər üçün dərs vəsaiti (I cild) nəşr olunub.
BSU-dan bildirilib ki, “Mütərcim” nəşriyyatında çap olunan kitabda qədim və XVIII əsr rus ədəbiyyatına aid əsas əsərlər təhlil edilir, rus ədəbiyyatında türk-slavyan əlaqələrinin təsvirinə, avrasiyaçılıq ideyalarına xüsusi diqqət yetirilir. Göstərilən dövrlərə aid rus ədəbiyyatından tərcümələrin kifayət qədər olmamasını nəzərə alaraq, professor T.Cəfərov tədris vəsaitinə müxtəlif janrlarda əsərlərin və ya onlardan parçaların tərcümələrini də daxil edib.
Vəsaitin müntəxəbat hissəsində təqdim olunan əsərlərin bir qismi (“Kazan tarixi” və V.Karamzinin “Rus dövlətinin tarixi”indən parçalar, A.Kantemir, M.Lomonosov, Q.Derjavin və A.Sumarokov yaradıcılığından poetik nümunələr) müəllif tərəfindən dilimizə ilk dəfə tərcümə edilib. Bununla yanaşı, kitaba tanınmış ədəbiyyatşünaslar Abuzər İsmayılov, Rüstəm Kamal və Hüseyn Şərifin tərcümələri daxil edilib.
Bakı Slavyan Universitetinin 75 illik yubileyi ərəfəsində nəşr olunan kitabı müəllif müasir Azərbaycan filologiyasının zənginləşməsində, bir neçə nəsil Azərbaycan filoloqlarının hazırlanmasında xüsusi xidmətləri olmuş professorlar Məmməd Tağıyev, Murtuz Sadıxov, Həbib Babayev, Firudin Hüseynov, Bəşir Əhmədovun və dünyasını dəyişmiş digər müəllimlərinin xatirəsinə həsr edib.
Rus ədəbiyyatı tarixinin qədim və XVIII əsr dövrühəm də onunla maraqlıdır ki, burada ümumtürk tarixi, türk xalqları və etnoslarının mövcud olduqları tarixi-mədəni areal, onlara məxsus maddi-mədəni irs və dəyərlər, eləcə də Böyük Çöl (Poloves) və Türküstan, tarixi Azərbaycan torpaqları, Səfəvilər dövləti, xanlıqlar, Osmanlı imperiyası ilə bağlı məlumatlar sistemli şəkildə, ədəbi mərhələlər üzrə təqdim olunur. Böyük Avrasiya dövləti kimi Rusiyanın formalaşması və genişlənməsində Çingizxan imperiyasının parçalanması nəticəsində yaranmış xanlıqların, eləcə də Osmanlı imperiyasının rolunu sübut edən ədəbi əsərlərin təhlilinə (“Qaliç-Volın salnaməsi”, “Aleksandr Nevskinin hekayəti”, “Mehmet Sultan hekayəti”, “Kazan tarixi”, səfir povestləri, səyahətnamələr və s.) xüsusi önəm verilir.
Bu kateqoriyaya aid digər yazılar
Azərbaycan ədəbiyyatı tarixi iv cild
� Azərbaycan ədəbiyyatı tarixi � 10 cildlik
nəşrinin birinci cildi çapdan çıxıb
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda bir neçə ildir ki , 10 cilddən ibarət çoxcildlik �Azərbaycan ədəbiyyatı tarixi � nin hazırlanmasına başlanılmışdır. Nəzərdə tutulmuş 10 cildlikdə ədəbiyyatımızın bütün dövrlərini əhatə edən mərhələlər üzrə icmallar veriləcək, onun inkişaf və zənginləşməsində xüsusi xidmətləri olan ədəbi simalar haqqında oçerklər təqdim ediləcəkdir. Artıq �Azərbaycan ədəbiyyatı tarixi � çoxcildliyinin birinci cildi çapdan çıxmışdır. Bu cild qanunauyğun olaraq tarixi-xronoloji aspektdə ilkin olan və yazılı ədəbiyyatın inkişafında əsas mənbə rolunu oynayan � Şifahi xalq ədəbiyyatı�na həsr edilmişdir . Akademik İsa Həbibbəylinin �Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri� adlı genişhəcmli tədqimatı ilə başlayan kitabda milli ədəbiyyatımızın mifoloji qaynaqları, zəngin şifahi xalq ədəbiyyatı örnəkləri, mənşə etibarilə etnosdan bədii təfəkkür baxım ından eposa qədərki təkamül prosesləri və aşıq yaradıcılığı yüksək elmi-nəzəri səviyyədə yazılmış oçerklər əsasında oxuculara çatdırılır.
Cilddə professor Məhərrəm Qasımlının şifahi xalq ədəbiyyatımızın ümumi mənzərəsini sistemli şəkildə canlandıran �Azərbaycan folkloru � adlı oçerkindən başlayaraq , onun ayrı-ayrı janrları tanınmış alimlərin araşdırmalarında xronoloji ardıcıllıqla təqdim olunur . Folklora yeni yanaşma tərzi sərgiləyən, milli-tarixi kimlik amilini , mənəvi-mədəni sərvətimizin mahiyyətini önə çəkən kitabda � mifologiya ( Arif Acaloğlu ), arxaik folklor janrları, mərasim folkloru , əmək nəğmələri (Bəhlul Abdulla ), qədim türk eposu ( Nizami Cəfərov, Kamil Vəliyev), oğuznam ə lər (Əfzələddin Əsgər), �Kitabi-Dədə Qorqud � ( Tofiq Hacıyev), xalq gülüşü , qaravəllilər ( Muxtar İmanov ), dastanlar (Məmməd Hüseyn Təhmasib, Məhərrəm Qasımlı), bayatılar, qam-şaman kompleksi , ozan-qopuz ənənəsi, aşıq sənəti, aşıq mühitləri (Məhərrəm Qasıml ı), � Koroğlu � eposu ( Nizami Cəfərov, Məmməd Əliyev, İsrafil Abbaslı), lətifələr (Təhmasib Fərzəliyev, Muxtar İmanov ), nağıllar, atalar sözü və məsəllər, tapmacalar ( Oruc Əliyev), əfsanələr, rəvayətlər, aşıq rəvayətləri ( Aynur Xəlilova), xalq dramları, uşaq folkloru ( Ramazan Qafarl ı), meydan tamaşaları ( Azad Nəbiyev) ilə bağlı dəyərli araşdırmalar təqdim olunmuş , aşıq sənətinin görkəmli nümayəndələri olan ustad aşıqlara � Qurbani (Qəzənfər Kazımov), Aşıq Alı (Məmməd Əliyev), Aşıq Ələsgər ( İslam Ələsgər), Abbas Tufarqanl ı, Sarı Aşıq, Xəstə Qasım, Abdalgülablı Valeh , Molla Cuma , Aşıq Hüseyn Bozalqanlı, Aşıq Şəmşir (Məhərrəm Qasımlı), Aşıq Hüseyn Şəmkirli (Sədnik Paşa Pirsultanlı, Məhərrəm Qasımlı), Mikayıl Azaflı (Qəzənfər Paşayev ) � ayrıca oçerklər həsr edilmi şdir . Həmçinin Azərbaycan folklorunun öyrənilməsi, toplanılması və nəşr edilməsi məsələləri, folklorşünaslığımızın inkişafında böyük xidmətləri olan alimlərin bu istiqamətdəki fəaliyyətləri tədqiqata cəlb olunmuş , ayrı-ayrı folklorşünaslarımız haqqında y ığcam məlumatlar verilmişdir (�Folklorşünaslıq� (Qəzənfər Paşayev , İsrafil Abbaslı, Aynur Xəlilova)). �Azərbaycan ədəbiyyatı tarixi � nin birinci � � Şifahi xalq ədəbiyyatı� cildinin Baş redaksiya və Redaksiya şuraları aşağıdakı tərkibdə müəyyənləşdirilmişdir:
Baş redaksiya şurası: akademik Akif Əlizadə (sədr), akademik İsa Həbibbəyli ( baş redaktor ), akademik Teymur Kərimli, professor Məhərrəm Qasımlı.
Redaksiya şurası: akademik İsa Həbibbəyli ( baş redaktor ), professor Məhərrəm Qasımlı (məsul redaktor ), fil.ü.f.d ., dosent Aynur Xəlilova (məsul katib ), professor Qəzənfər Paşayev , professor Əlizadə Əsgərli.
Folklorşünaslığımızın elmi təcrübə və nəticələrinə əsaslanan, kollektiv elmi-yaradıcılıq məhsulu olan fundamental �Azərbaycan ədəbiyyatı tarixi � nin I cildi Azərbaycan folklorunun öyrənilməsi üçün böyük əhəmiyyətə malik olan mühüm elmi mənbədir.
Hazırda �Azərbaycan ədəbiyyatı tarixi � 10 cildlik nəşrinin �Azərbaycan yazılı ədəbiyyatının ortaq başlanğıc dövrü � nü əhatə edən ikinci cildi çapa təqdim olunmuşdur .
Ədəbiyyat qəzeti.- 2018.- 8 dekabr.- S.32.
Azərbaycan ədəbiyyatı tarixi iv cild
2022-12-29 13:03:00
“Azərbaycan ədəbiyyatı tarixi” kitabı yenidən çap edildi-ADPU-dan TÖHFƏ
Böyük Türk alimi İsmayıl Hikmətin 1928-ci ildə Azərbaycanda nəşr olunan iki cildlik “Azərbaycan ədəbiyyatı tarixi” kitabı yenidən işıq üzü görüb. Kitabın ərsəyə gəlməsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin dörd böyük aliminin əməyi var. Nəşrin ideya müəllifi filologiya elmləri doktoru, professor, universitetimizin Beynəlxalq Əlaqələr üzrə prorektoru, əməkdar müəllim Mahirə Nağıqızı, transliterasiya və tərtib edənləri, “Ön söz”, “İzah və qeydlər”in müəllifləri filologiya elmləri doktoru, professor , əməkdar müəllim Təyyar Salamoğlu və Cəlilabad filialının dosenti, filologiya üzrə fəlsəfə doktoru Yədulla Dadaşlı, elmi redaktoru filologiya elmləri doktoru, professor, əməkdar müəllim Yaqub Babayevdir. Kitab “İLĞIM ƏDVİYYATLARI”nın sponsorluğu ilə “Elm və təhsil” nəşriyyatında nəşr olunub. Universitetimizin Elmi Şurasının 14 sentyabr 2022-ci il tarixli qərarı ilə çap edilib elmi ictimaiyyətə təqdim olunan bu kitab XIII-XVII əsrləri əhatə edən zaman kəsiyindəki Azərbaycan ədəbiyyatının öyrənilməsi üçün ilk mötəbər və sistemli elmi mənbədir. Əsər transliterasiya edilərkən müəllifin üslubuna toxunulmamış , mətn olduğu kimi saxlanmışdır. Kitabda İsmayıl Hikmətin şəkli, tərcümeyi-halı, əsərin yeni nəşrinin ideya müəllifinin “Hər şey Nəsimidən başladı” adlı yazısı, tərtibçi alimlərin “İsmayıl Hikmətin “Azərbaycan ədəbiyyatı tarixi” və ədəbiyyat tarixçiliyimizin bəzi metodoloji problemləri” adlı geniş müqəddimə, hər cild üçün ayrı “izah və qeydlər” də yer alıb. Xüsusi vurğulamaq istəyirik ki, professor Təyyar Salamoğlu və dosent Yədulla Dadaşlının yüz otuz səhifəlik “Ön söz” ü Azərbaycanda İsmayıl Hikmətin elmi fəaliyyətinə dair tədqiqatların sırasını zənginləşdirən monoqrafik və metodoloji xarakterli araşdırmadır. Qeyd edək ki, İsmayıl Hikmətin türkçülük konsepsiyası ilə yazılmış “Azərbaycan ədəbiyyatı tarixi” əsəri XX əsrin 20-30-cu illərində sovet rejiminin antitürk siyasətinin qurbanı olmuş, nəşrindən dərhal sonra kəskin tənqidlərə məruz qalmış, gözdən salınıb. Buna görə də uzun illər orta əsrlər ədəbiyyatımıza dair çox zəngin ilk mənbələr əsasında yazılmış bu sistemli tədqiqat ədəbiyyat tarixçiliyimzdə layiq olduğu yeri tuta bilməmişdir. Düşünürük ki, Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmləndiyi , türk xalqlarının birliyi uğrunda dövlətlərimizin mübarizə apardığı müasir dövrümüzdə kitabın yenidən nəşri çox böyük elmi və hətta siyasi əhəmiyyət kəsb edir. İdeya müəllifinin də yazdığı kimi: “İnanırıq ki, ilk nəşrindən yüz ilə yaxın bir müddətin keçdiyi bu kitabın yeni nəşri ədəbi-elmi ictimaiyyətimizin tərəfindən maraqla qarşılanacaq, mütəxəssislərimiz orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqində bu dəyərli əsərdən səmərəli və obyektiv şəkildə faydalana biləcəklər”. ADPU-nun müəllimi Məhrux Dövlətzadə.
Похожие статьи
-
Текст книги Azərbaycan türklərinin ədəbiyyatı tarixi 1054-cü ildə Azərbaycanın oğuz türklərinin yaratdığı Səlcuqilər dövlətinin tərkibinə daxil olması…
-
Azərbaycan ədəbiyyatı tarixi altı cilddə
Azərbaycan ədəbiyyatı tarixi”nin üç cildinin təqdimatı olub – FOTOLAR Cilddə professor Məhərrəm Qasımlının şifahi xalq ədəbiyyatımızın ümumi mənzərəsini…
-
Azərbaycan ədəbiyyatı elektron kitabxana
Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana Asiya xalqlarının nağıl və əfsanələri Azərbaycan ədəbiyyatı elektron kitabxana Həmid Nitqi (Aytan)….
-
Azərbaycan tarixi dərslik cümlədən aqrar, biologiya, baytarlıq təbabəti və təbabət elmlərinin intensiv və X sinif Azərbaycan tarixi və Ümumi tarix…
-
Azərbaycan tarixi və coğrafiyası
Azərbaycan tarixi və coğrafiyası Antarktida materiki 1820-ci ilin yanvarında rus səyyahları F. Bellinshauzen və M. Lazarev tərəfindən kəşf edilmişdir….
Comments are closed, but trackbacks and pingbacks are open.