Press "Enter" to skip to content

Azərbaycan demokratik cümhuriyyəti dövründə dil məktəb və tədris problemləri

Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin bütün kitablarını, avadanlığını və vəsaitini vaqonlara doldurub 1918-ci il sentyabrın 1-də Qazax şəhərinin 9 kilometrliyində olan Ağstafa stansiyasına gətirmişdilər. Bütün bu işlər F.B.Köçərlinin rəhbərliyi və bilavasitə iştirakı ilə görülmüşdü. Sentyabrın 17-də seminariyada dərslər başlanmış, Firudin bəy Köçərli Qori Seminariyasının məzunları Y.Qasımov, İ.Vəkilov, Ə.Hüseynov, M.Hüseynovu müəllim sifəti ilə seminariyaya cəlb etmişdi.

Azərbaycan demokratik cümhuriyyəti dövründə dil məktəb və tədris problemləri

Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin “Azərbaycan dili və nitq mədəniyyəti” kafedrasının əməkdaşları və Kitabxanaçılıq-informasiya fakültəsinin tələbələrinin iştirakı ilə “Azərbaycan Xalq Cümhuriyyəti dövründə dil problemləri” mövzusunda tədbir keçirilib.

Tədbirin təşkilatçısı, Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının dosenti Ofelya Piriyeva ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) varisi olmasını dəfələrlə bəyan etməsini, prezident İlham Əliyevin 2018-ci ilin Respublikamızda “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi ilə bağlı sərəncamını xatırladıb. O, AXC-nin yaranması tarixinin önəmindən, həmin dövrdə olan dil problemlərindən bəhs edib.

Daha sonra çıxış edən tələbələr – Sadiq Əhmədli, Fidan Mirzəyeva, Rəbiyyə Hümbətli, Məhəmməd Mustafayev AXC-nin fəaliyyət göstərdiyi iki il ərzində Azərbaycan dilinin dövlət dili kimi inkişafından, onun təhsil və tədrisdə yeri, məktəblərin milliləşdirilməsi məsələlərindən bəhs edib, həyata keçirilən islahatlarda danışıb, ali təhsil müəssisələrinin flaqmanı olan Bakı Dövlət Universitetinin Cümhuriyyət dövründə təsis edildiyini bildiriblər.

Tədbir Kitabxanaçılıq və informasiya fakültəsi tələbələrinin hazırladığı bədii hissə ilə davam edib.

Sonda tələbələrdən Şəms Əliyeva, Arzu Abbasova və Sabrina Ələkbərova AXC-yə həsr olunmuş şeirlər səsləndiriblər.

Azərbaycan demokratik cümhuriyyəti dövründə dil məktəb və tədris problemləri

Azərbaycan Demokratik Cümhuriyyəti dövründə xalq maarifi

Böyük Oktyabr sosialist inqilabından sonra parçalanmış Rusiya imperiyasının ucqarlarından olan Zaqafqaziyada xüsusi qurum – Zaqafqaziya hökuməti – Zaqafqaziya Komissarlığı (noyabr 1917 – mart 1918) yaradıldı. 1918-ci il aprelin 28-də Zaqafqaziya Seymi Rusiyadan asılı olmayan Azərbaycan, Gürcüstan və Ermənistanı birləşdirən Zaqafqaziya Demokratik Federativ Respublikasını elan etdi. Zaqafqaziya Demokratik Federativ Respublikası dərhal xüsusi nazirliklər, o cümlədən də Maarif Nazirliyi � təsis etdi.

Xoyski F ə t ə li xan İ sg ə nd ə r o ğ lu (7.12.1875 – 19.06.1920) Zaqafqaziya Demokratik Federativ Respublikas ı n ı n ilk maarif naziri olmu ş dur .

1918-ci ildə müvəqqəti Zaqafqaziya hökuməti dağıldı. Gürcüstan müstəqil respublika elan olundu. Bundan sonra ilk mərkəzi Gəncə şəhəri olan Azərbaycan Demokratik Cümhuriyyəti elan edildi. Bu tarixi hadisə Azərbaycanda baş verən ictimai-siyasi mübarizələrin tarixi nəticəsi idi.

Dövrün milli mətbuatında mövcud gerçəklikdən narazılıq, etiraz və şikayət notları gələcək istiqlal konsepsiyasının əsası kimi müəyyənləşirdi. Milli təfəkkürə, qan yaddaşına, soykökə qayıdış, milli oyanış, xalqın varlığında qaynayan azadlıq istəyi artıq gerçək həqiqətə çevrilirdi. Azərbaycanda fəaliyyət göstərən � bir sıra partiyalar həqiqətə çatmaq naminə birləşərək Azərbaycan vətəndaşının ictimai mübarizələr səhnəsinə atılmasını başlıca vəzifə sayırdı.

Bu vəzifənin reallaşması isə millətin milli müstəqilliyə malik olmasını tarixi zərurətə çevirmişdi. M.Ə.Rəsulzadənin çıxardığı siyasi-fəlsəfi nəticə belə idi: “Milli müstəqilliyə malik olmayan bir millət azadlıq və haqqını qoruya bilməz”.

Artıq bu tarixi-siyasi arzu reallaşmışdı. 28 may 1918-ci ildə milli müstəqilliyini elan edən Azərbaycan hökumətinin fəaliyyətində mühüm yer tutan başlıca istiqamətlərdən biri ölkənin ərazi bütövlüyünü qorumaqdısa, digəri yeni əsasda, tarixi dəyərlər və təcrübə zəminində xalq maarifi qurmaq idi.

30 iyun 1918-ci ildə respublikada xalq maarifini, məktəb təhsilini qaydaya salmaq, milli ali, orta və ibtidai məktəb şəbəkəsi yaratmaq, mövcud məktəbləri milliləşdirmək məsələlərini həll edəcək qurum kimi Xalq Maarif Nazirliyinin (XMN) ştat cədvəli və əsasnaməsi hökumətə təqdim edildi.

Həmin ilin 2 avqustunda təsdiqlənmiş Əsasnaməyə görə, aşağıdakı strukturda nazirlik yaradıldı: I. Nazir. II.Nazir müavini. III.Naziryanı şura (buraya nazir, nazir müavini, şöbə müdirləri, dəftərxana müdiri, iclaslara dəvət olunan mütəxəssislər, elm nümayəndələri daxil idi). Nazir şurası aşağıdakı məsələlərə baxırdı: a)qanunverici müəssisələrə təqdim olunacaq qanun layihələrinin hazırlanması; b)respublikada tədris-maarif işini və elmin inkişafını təmin edə biləcək tədbirlərin işlənib hazırlanması; c)nazirliyin bütün müəssisələrinin illik pul smetası; ç)nazirliyin bütün idarə və tədris müəssisələrinin illik hesabatı; d)nazirin şuranın müzakirəsinə təqdim etdiyi bütün işlər və məsələlər. IV. Məktəbləri idarə edən üç şöbə – ali və orta, ixtisas təhsili sahələri şöbələri. Hər şöbəyə şöbə müdiri rəhbərlik edirdi ki, onların da vəzifələrinə aşağıdakılar daxil idi: a)məktəblərin inzibati və pedaqoji təftişi; b)məktəblərin yenidən təşkili, yeni məktəblərin açılması, köhnə məktəblərin ləğvi haqqında planların və smetaların işlənib hazırlanması; c)işə qəbul və azad olanların nazirə təqdimi; ç)xidmətçilərin təyini və azad edilməsi. V.Nazirliyin dəftərxanası.

ADC-nin ilk xalq maarifi naziri Nəsib bəy Yusifbəyli olub.

Azərbaycan Demokratik Cümhuriyyətinin təhsil sahəsində həyata keçirdiyi ilk tədbirlərdən biri hökumətin 1918-ci il 27 iyun tarixli qərarı ilə Azərbaycan (türk) dilinin dövlət dili elan edilməsi idi. Azərbaycan hökuməti ilk günlərdən başlayaraq, milli kadrların hazırlanmasına, bu sahədə təhsilin tamamilə yenidən qurulmasına xüsusi əhəmiyyət verirdi. Nazirliyin təhsil sahəsində həyata keçirdiyi ilk və ən mühüm tədbirlərdən biri məktəblərin milliləşdirilməsi oldu.

Azərbaycan Cümhuriyyəti hökumətinin 1918-ci il 28 avqust tarixli qərarına əsasən, bütün ibtidai tədris müəssisələrində təhsil şagirdlərin ana dilində aparılmalı, dövlət dili olan Azərbaycan dilinin tədrisi isə məcburi surətdə həyata keçirilməli idi. Ali, ibtidai və orta tədris müəssisələrində dərslər dövlət dilində aparılmalı idi. Azərbaycan dilini bilməyən şagirdlər üçün 3-cü və 4-cü siniflərdə Azərbayan dili şöbələri açılmalı və burada Azərbaycan dili elə intensiv � tədris olunmalı idi ki, iki ildən sonra həmin şagirdlər artıq bu dildə təhsillərini davam etdirə bilsinlər.

Cümhuriyyət hökumətinin həyata keçirdiyi tədbirlər nəticəsində artıq 1919-cu ilin əvvəllərində Azərbaycanda dövlət hesabına 23 orta ixtisas təhsili məktəbi və 637 ibtidai məktəb fəaliyyət göstərirdi.

Müəllimlər seminariyaları istisna olmaqla, 1919-20-ci tədris ilində Azərbaycanın orta məktəblərində 9611 şagird təhsil alırdı ki, onların da 3115 nəfəri azərbaycanlı idi. Xalq təhsilini milli zəmin üzərində yenidən qurmaq üçün ixtisaslı müəllim kadrları və dərs vəsaitlərinə böyük ehtiyac var idi. O dövrdə Azərbaycanda mövcud müəllim kadrları və dərs vəsaiti heç də kifayət qədər deyildi. Vəziyyətdən başlıca çıxış yolu Türkiyədən müəllim kadrları dəvət etmək idi. � XMN məktəbləri dərs vəsaitləri ilə təmin etmək məqsədilə xüsusi komissiya yaratmışdı. Həmin komissiyanın fəaliyyətinə o dövrün görkəmli pedaqoqları Hüseyn Cavid, Mahmud bəy Mahmudbəyov, Abdulla Şaiq, Cəmo Cəbrayılbəyli, Səməd bəy Acalov, Fərhad Ağazadə, Abdulla bəy Əfəndizadə və b. cəlb edilmişdilər.

1919-cu il sentyabrın 18-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qərarı ilə xalq məktəbləri üçün Türkiyədən dərs kitabları almaq məqsədilə Xalq Maarifi Nazirliyinə bir milyon manat vəsait ayrılmışdı.

Azərbaycan Demokratik Cümhuriyyəti hökuməti və Xalq Maarifi Nazirliyi ölkədə Bakı Dövlət Universitetinin, Əkinçilik İnstitutu və Dövlət Konservatoriyasının təsis edilməsi barədə məsələ qaldırdı. Bunlardan ancaq birini – Bakı Dövlət Universitetini açmaq mümkün oldu.

ADC dövründə ibtidai təhsil şəbəkəsinin genişləndirilməsi mümkün oldu. 1919-cu ildə ölkədə dövlət hesabına 15 ali ibtidai məktəb fəaliyyət göstərirdi.

Bakı, Gəncə, Şuşa , Nuxa (Şəki), Zaqatala və Qazaxda yaşlılar üçün xüsusi kurslar açıldı.

Xalq maarifinin milli konsepsiyada təşkili ön plana çəkildi; ümumi icbari təhsil layihələri hazırlandı; kənd və şəhərlərdə yeni məktəblər açıldı. Məktəbin tərəqqisinin müəllimlərlə bağlı olduğunu dərk edən nazirlik milli məktəblər üçün müəllim hazırlanması probleminin həllini darülmüəllimlər şəbəkəsinin genişləndirilməsində görürdü.

Artıq 1919-cu ildə Azərbaycanda 23 dövlət orta təhsil müəssisəsi vardı: 6 kişi, 4 qadın gimnaziyası, 5 realnı məktəb, 3 müəllimlər seminariyası, 3 “Müqəddəs Nina” qız məktəbi, politexnik məktəb və kommersiya məktəbi. Bakı Qadın Seminariyası kişi seminariyasına çevrildi, orada təhsil alanlar üçün (40 nəfər idi) pansion açıldı.

1918-1919-cu illərdə Gəncə Müəllimlər Seminariyası milliləşdirilmiş, Bakıda Darülmüəllimin və Darülmüəllimat, Nuxada Darülmüəllimin açılmış, Zaqatala, Ağdam və Şuşada belə tipli müəssisələrin yaradılması nəzərdə tutulmuşdu.

Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin bütün kitablarını, avadanlığını və vəsaitini vaqonlara doldurub 1918-ci il sentyabrın 1-də Qazax şəhərinin 9 kilometrliyində olan Ağstafa stansiyasına gətirmişdilər. Bütün bu işlər F.B.Köçərlinin rəhbərliyi və bilavasitə iştirakı ilə görülmüşdü. Sentyabrın 17-də seminariyada dərslər başlanmış, Firudin bəy Köçərli Qori Seminariyasının məzunları Y.Qasımov, İ.Vəkilov, Ə.Hüseynov, M.Hüseynovu müəllim sifəti ilə seminariyaya cəlb etmişdi.

Cümhuriyyət dövründə maarif sahəsində fəaliyyət təkcə bunlarla məhdudlaşmırdı. Tədqiqatların nəticələrində qeyd olunur: Azərbaycan Demokratik Cümhuriyyəti zamanı Xalq Maarifi Nazirliyi bir tərəfdən xalqın gələcəyini təmin edə biləcək ürfan ordusunun hazırlanması üçün ali, orta və ibtidai məktəblər açır, kurslar təşkil edir, digər tərəfdən nəşriyyat – tərcümə komissiyasının köməyi ilə dərsliklər, tədris vəsaitləri hazırladıb çap etdirirdi.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin təhsil sahəsində uğurlu tədbirlərindən biri də təhsil tariximizdə ilk dəfə olaraq dövlət səviyyəsində məktəbəqədər tərbiyə müəssisələrinin nümunəsini yaratması idi. Bu dövrdə peşə-ixtisas təhsili müəssisələri şəbəkəsinin təşkili, yaxud mövcud olanların inkişaf etdirilməsi sahəsində də konkret addımlar atıldı.

Az ə rbaycan Xalq C ü mhuriyy ə ti h ö kum ə ti v ə parlamenti t ə kc ə m ü mk ü n olanlar ı n deyil , h ə tta o zamana g ö r ə m ü mk ü ns ü z say ı lan bir ç ox ü mummilli probleml ə rin h ə llind ə real add ı mlar atm ış, yaxud da tariximizin ondan sonrak ı d ö vrl ə rind ə h ə yata ke ç irilmi ş ç oxsayl ı maarif , t ə hsil , m ə d ə niyy ə t m ə s ə l ə l ə rinin t ə m ə lini , ə sas ı n ı qoymu ş, g ö r ü l ə c ə k bir ç ox i ş l ə rin ilkin layih ə l ə rini haz ı rlam ış, ideya ə saslar ı n ı vermi ş dir .

Azərbaycanda dövlət universitetinin açılması haqqında rəsmi qanun 1919-cu il sentyabrın 1-də Azərbaycan Parlamenti tərəfindən qəbul olunmuşdur. Tarix-filologiya, fizika-riyaziyyat, hüquq və tibb fakültələri olacaq ali məktəbdə ilk dərslər həmin il noyabrın 15-də başlamışdır.

Ali təhsil sahəsində ADC-nin fəaliyyəti təkcə Bakı Dövlət Universitetini yaratmaq, bu yolla ölkə üçün yüksək ixtisaslı kadrlar hazırlamaq məsələsini həll etməklə məhdudlaşmamışdır.

Xaricdə ali təhsilli mütəxəssis hazırlığı məsələsi dövlət və hökumət səviyyəsində müzakirə obyekti oldu.

“Azərbaycan Parlamenti 1919-cu il sentyabrın 1-də Bakıda dövlət universitetinin açılması haqqında qanunla bərabər, 1919-20-ci tədris ilində dünyanın müxtəlif ali məktəblərində dövlət hesabına təhsil almaq üçün 100 nəfər azərbaycanlı gəncin xaricə göndərilməsi haqqında � da qərar qəbul etdi. Bunun üçün 7 milyon manat vəsait ayrıldı. Avropa ali məktəblərinə göndərilən hər tələbəyə 400 frank təqaüd təyin olundu və 1000 frank yol xərci ayrıldı. Dövlət hesabına təhsil alacaq tələbələr ali məktəbi bitirdikdən sonra dörd il icbari qaydada Azərbaycan hökumətinin təyinatına əsasən göndərildiyi yerdə işləməli idilər”.

Deməli: a) Azərbaycanda XIX əsrin ortalarından tarixi ənənələr zəminində dünyəvi – milli təhsilə maraq və meyil olmuş, bu işdə maarifçilik hərəkatı mühüm rol oynamışdır; b) XX əsrin əvvəllərində sosial-siyasi, ictimai-iqtisadi sahələrdə oyanış və intibah ümummilli hərəkatın faktorlarına çevrilmiş, nəticədə dünyəvi təhsili qurub inkişaf etdirmək üçün müəllim kadrları hazırlığı vacib və ümdə amil sayılmışdır; c) bu niyyətlə orta ixtisas səviyyəli pedaqoji kadr hazırlayan seminariya və məktəblərin açılması istiqamətində xüsusən ADC zamanında uğurlu addımlar atılmış, “dünyəvi dövlət, dünyəvi təhsil və mədəniyyət prinsipləri ardıcıl həyata keçirilmişdir”.

Azərbaycan müəllimi.- 2010.- 28 may.- S.1, 8.

Comments are closed, but trackbacks and pingbacks are open.