Azərbaycan deputatları rusiya dövlət dumasında
Azərbaycan nefti, neft məhsullarını, təbii qazı, elektrik enerjisini, neft-kimya məhsullarını beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixrac edir
“AZƏRBAYCAN DEPUTATLARI RUSİYANIN DÖVLƏT DUMASINDA (1906-1917-Cİ İLLƏR)”
AZƏRTAC xəbər verir ki, tarix elmləri doktoru, professor Dilarə Seyidzadənin “Azərbaycan deputatları Rusiyanın Dövlət Dumasında (1906-1917-ci illər)” kitabının miniatür nəşri işıq üzü görmüşdür. Kitab Azərbaycan Respublikası Milli Məclisinin sifarişi ilə “Kitab” Cəmiyyəti tərəfindən çapdan buraxılmışdır.
Kitabda XX əsrin əvvəllərində Azərbaycanda cərəyan edən ictimai-siyasi proseslər öz əksini tapmışdır. İri sahibkarlar təbəqəsinin formalaşması fonunda milli şüurun oyanışı, xalqın yüksək təhsil görmüş aparıcı ziyalıları tərəfindən azadlıq və müstəqillik ideyalarının tərənnümü və cəmiyyətə aşılanması məsələlərinin geniş aspekti nəzərdən keçirilir. Məhz Rusiya imperiyasının bütün zümrələrini, bölgələrini, guşələrini bürümüş mövcud üsuli-idarədən narazılıq, ucqarların əhalisinə qarşı açıq-aşkar ayrı-seçkilik siyasətinin doğurduğu kəskin etirazlar çar Rusiyasını ali nümayəndəli orqan kimi Dövlət Dumasını təsis etməyə vadar etmişdi.
Dövlət Dumasına keçirilən seçkilərdə Azərbaycan cəmiyyətinin ən parlaq nümayəndələri Dumaya üzv seçilərək xalqın iradəsini, haqlı tələblərini ali orqanın yüksək tribunasından bütün imperiyaya bəyan etmiş, bu tələblərin arxasında durmuşdular. Azərbaycan nümayəndələri Rusiya parlamentarizminin təşəkkülündə və inkişafında yaxından iştirak edərək parlament fəaliyyətində qiymətli təcrübə qazanmışdılar. Bu təcrübə onlara öz səylərini birləşdirərək qısa müddətdə Azərbaycan Xalq Cümhuriyyətini yaratmağa imkan vermişdir. Milli azadlıq hərəkatının liderləri müstəqil dövlətin rəhbər orqanlarına başçılıq edərək, dövlət hakimiyyətinin ilk addımlarından hələ uğrunda Dövlət Dumasının tribunasından ardıcıl surətdə və inadla mübarizə apardıqları ideyaları həyata keçirməyə başlamışlar.
Nəfis şəkildə çapdan çıxmış miniatür kitabda Rusiyanın Dövlət Dumasında fəaliyyət göstərmiş Azərbaycan deputatlarının fotoşəkilləri, illüstrasiya materialları verilmişdir. Kitab 300 nüsxə tirajla buraxılmışdır.
Azərbaycan deputatları rusiya dövlət dumasında
Milli Məclisin bir qrup deputatı Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasına keçiriləcək seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün sentyabrın 16-dan 20-nə kimi Moskvada səfərdə olacaq.
Milli Məclisdən aia.az-a verilən məlumata görə, deputatlar Mixail Zabelin MDB Parlament Assambleyasının, Nizami Səfərov MDB İcraiyyə Komitəsinin xətti ilə, deputatlar Fatma Yıldırım, Şahin Seyidzadə və Anar Məmmədov isə Azərbaycan parlamentinin müşahidəçiləri qismində Rusiya paytaxtında seçki prosesinin gedişini izləyəcəklər.
Deputatlarımız öncə seçkilərə hazırlığın səviyyəsi ilə maraqlanacaqlar. Səsvermə günü müxtəlif məntəqələrdə seçki prosesini müşahidə edəcək, vətəndaşların fəallığına, səsvermə prosesində seçicilərin hüquqlarının təmin olunmasına diqqət yetirəcək, səslərin hesablanması prosesini izləyəcəklər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Azərbaycan nefti, neft məhsullarını, təbii qazı, elektrik enerjisini, neft-kimya məhsullarını beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixrac edir
Bəşəriyyətin böyük şairi olmaqla Nizami Gəncəvi insanları alicənablığa, ləyaqətə səsləyirdi.
Azərbaycan Qoşulmama Hərəkatında 2019-cu ildə öz üzərinə götürdüyü və 120 dövlətin yekdil qərarı ilə daha bir il- 2023-cü ilədək uzadılmış sədrliyini başa çatdırır.
Nüfuzlu beynəlxalq platforma
Bu gün biz soyuq müharibənin bitməsindən, sonra bu günədək baş vermiş bəlkə də an ciddi Şərq-Qərb qarşıdurmasının şahidi oluruq
Похожие статьи
-
Azərbaycan respublikasının dövlət himni haqqında əsasnamə
Dövlət himni haqqında Əsasnamə III. Azərbaycan Respublikası Dövlət bayrağının və Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası…
-
Azərbaycan respublikasında təhsilin inkişafı üzrə dövlət strategiyası
Azərbaycan respublikasında təhsilin inkişafı üzrə dövlət strategiyası Beləliklə, qabaqcıl təhsil sisteminə əsaslanan strateji istiqamətdə səriştəyə…
-
Azərbaycan və rusiya münasibətləri
Səfir Rusiya-Azərbaycan münasibətlərindən danışdı Azərbaycan və Rusiya arasında humanitar və mədəni əməkdaşlığın inkişafında Heydər Əliyev Fondunun rolu…
-
Azərbaycan respublikasının dövlət rəmzlərinə dair qanunvericilik
Azərbaycan respublikasının dövlət rəmzlərinə dair qanunvericilik Keçən əsrin sonunda milli dövlətçiliyimiz dirçəlmiş, müstəqil Azərbaycan Respublikası…
-
Azərbaycan respublikası dövlət neft şirkəti socar
SOCAR haqqında SOCAR AQŞ təsis edildi Azərbaycan respublikası dövlət neft şirkəti socar Zəngin İrs, Davamlı İnkişaf Son xəbərlər SOCAR AQŞ qabaqcıl…
Comments are closed, but trackbacks and pingbacks are open.