Press "Enter" to skip to content

Microsoft Word metodik vesait

tədbirlərin meyvə-tərəvəzlərin keyfiyyətinin qiymətləndirilməsində ekspres

Azrbaycan dili 8 metodik vsait

GPS.AZ izləmə sistemi ilə siz real vaxt rejimində nəqliyyatın aşağıdakı parametrlərinə nəzarət edə bilərsiniz

Nəqliyyatın olduğu ərazi

GPS.AZ izləmə sistemi ilə siz real vaxt rejimində nəqliyyatın olduğu ərazini, onun sürətini, keçdiyi məsafəni, iş rejimini izləyə və yanacaq sərfinə nəzarət edə bilərsiniz.

Sistemin funksionalı məhdudlaşdırıcı zonaları təyin etmək və onların hüdudlarından kənara çıxma hallarına nəzarət etmək, 30-dan çox göstəricidən (məsafə, motosaat, dayanacaq, gediş, yanacaq sərfi və s. haqqında) ibarət hesabatları almaq və lazımi formata salmağa imkan verir.

Nəqliyyatın monitorinqi sisteminin iş prinsipi GPS/GLONASS peyklərinin köməyi ilə hərəkətdə olan obyektlərə nəzarət etməkdən və şirkətimizin ölkənin aparıcı məlumat mərkəzlərində yerləşən xüsusi serverlərində məlumatın işlənməsindən ibarətdir. Peyk izləmə sistemindən alınan məlumatları həm müştərilərimizi avtonəqliyyatın olduğu yer haqqında daim məlumatlandırmaq imkanı verən on-line rejimdə, həm də avtoparkın bütün əvvəlki dövr üzrə işinin effektivliyinə nəzarət etmək üçün hər zaman müraciət edə biləcəyiniz şəxsi kabinetdən “Gedişlərin tarixi” bölməsində izləmək mümkündür.

Microsoft Word metodik vesait

edilməsi istiqamətində yeni üsulların tətbiqinə ehtiyacı artırır.

Pomidorun keyfiyyət göstəricilərinin təyin olunmasında klassik üsullarla

yanaşı, müasir cihazların tətbiqindən də istifadə olunmalıdır.

Pomidor məhsulun əsas xarakterik göstəricilərindən biri onun tərkibində

olan quru maddənin miqdarıdır. Təzə pomidorun tərkibində quru maddənin

miqdarı 4,5%-dən az olmamalıdır. Onu təyin etmək üçün müasir refraktometrdən,

elmi tədqiqat işlərində isə xüsusi termostatlardan istifadə olunmalıdır. Çünki,

refraktometrlə yalnız pomidorun tərkibindəki həll olan quru maddələrin miqdarı

Bu xarakterik göstərici təkcə təzə pomidor xammalında deyil, onun emalı

məhsulları olan tomat pürelərində, tomat şirələrində, müxtəlif qatılıqlı tomat

pastalarında mütləq təyin olunması vacib şərtdir. Çünki bu göstərici hazır

məhsulun hesabatında yüksək əhəmiyyətə malikdir.

Qatılaşdırılmış tomat məhsullarında özlülüyün təyin olunması da mühüm

əhəmiyyət kəsb edir. Digər göstəricilərdən pomidorda və emalı məhsullarında

ümumi turşululuğun və fəal turşululuğun təyin edilməsidir. Ümumi turşululuq

kimyəvi üsulla, fəal turşululuq pH isə pH metr və potensiometrik cihazların

köməyi ilə təyin edilir.

Pomidor məhsullarında rəngin təyin olunması da xüsusi əhəmiyyət kəsb

edir. Çünki istehlakçı əldə etmək istədiyi məhsulun xarici görünüşünə daha çox

diqqət yetirir. Bu səbəbdən də məhsulun rənginin təyin olunması və izahı

istehlakçının zövqünü yüksəldir. Müasir şəraitdə pomidor məhsullarının rəngi

Aqtron E-5 və Xanter kalorimetri cihazlarının vasitəsi ilə təyin olunur.

Pomidor xammalı və emalı məhsullarının digər xarakterik göstəriciləri

fiziki-kimyəvi üsulların köməyi ilə həyata keçirilir.

Ekoloji təmiz və keyfiyyətli tərəvəz məhsullarının istehsalının

yüksəldilməsi, əhalinin ərzaq təhlükəsizliyinin təmin olunmasına metodik vəsaitdə

göstərilən üsulların düzgün və səmərəli tətbiqi ilə nail olmaq olar. Eyni zamanda

insanların sağlamlılığının təminatında müsbət rol oynayar.

Quru maddənin təyin olunması

Quru maddəni həll olma qabiliyyətinə görə suda həll olan və həll olmayan

iki yerə bölürlər. Həll olmayan quru maddə əsasən hüceyrə divarları və

toxumaların mexaniki elementləri olan sellüloza, protopektin, həll olmayan azotlu

birləşmələr, mineral duzlar, nişasta, yağda həll olan piqmentlər və cüzi miqdarda

hələ tədqiq olunmayan kompanentlərdən ibarətdir. Həll olmayan quru maddənin

meyvə tərəvəzlərin tərkibində miqdarı 2-5% təşkil edir.

Bunların bir qismi insan orqanizmi tərəfindən mənimsənilmir. Lakin bu o

demək deyildir ki, onlar qida ərzaqları komponentləri kimi, dəyərsiz hesab

olunmalıdır. Misal üçün, sellüloza insan mədəsində həll olmur, ancaq

bağırsaqlarda qidanın hərəkətinə və şirələnməsinə səbəb olur. Digər tərəfdən

onların iştirakı, qidanın tərkibində olan başqa komponentlərin həzmini

yaxşılaşdırır. Eyni zamanda həmin maddələr toxumaların mexaniki

möhkəmliliyinin, onların sıxlığının və qabığının rənginin müəyyən olunmasına

yardım göstərir. Həll olan quru maddələrin meyvə-tərəvəzlərin tərkibində miqdarı

5%-dən 18%-ə qədər intervalında dəyişir. Onların ümumi miqdarının müəyyən

olunması refraktometr cihazı vasitəsi ilə həyata keçirilir. Bu cihazın iş prinsipi

polyarizələnmiş işıq şüasının məhluldan keçərək sınmasının göstəricisinə əsaslanır.

Həll olan quru maddələrə karbohidratlar, azotlu maddələr, turşular, aşı və

fenol mühitli maddələr, pektin maddələrin həll olan formaları və vitaminlər,

fermentlər, mineral duzlar və bir sıra tədqiq olunmamış birləşmələr aiddir.

Meyvə və tərəvəzlərin seleksiya prosseslərində-tətbiq olunan aqrotexniki

tədbirlərin meyvə-tərəvəzlərin keyfiyyətinin qiymətləndirilməsində ekspres

refraktometrik metodun rolu əvəzsiz və perspektivlidir. Bütün bunları nəzərə

alaraq, bütün tomat məhsullarının tərkibində olan quru maddələrin miqdarının

refraktometrik üsulla təyin olunması daha məqsədəuyğundur. Bu üsulun digər

üstünlüyü ondan ibarətdir ki, bu üsul asan və tez başa çatır. Digər üstünlüyü ondan

ibarətdir ki, bunu açıq tarla sahəsində də istifadə etmək mümkündür.

İşin metodikası

İşə başlamazdan əvvəl, refraktometrin sıfr nöqtəsi yoxlanılır, sonra tədqiq

olunacaq nümunənin quru maddəsinin %-lə müəyyən olunmasına başlayırlar.

Bunun üçün refraktometrin yuxarı işıqlandırıcı prizması açılaraq yuxarı qaldırılır,

aşağı ölçü prizmasının səthi üzərinə şüşə çubuqla 2-3 damla sınağı keçirilən

mayedən əlavə edərək, yuxarı işıqlandırıcı prizmanı aşağı salaraq bağlanır. Sonra

ölçmə əməliyyatı həyata keçirilir.

Bunun üçün işıq şüası refraktometrin aşağı və ya yuxarı prizmasının

pəncərəsinə istiqamətləndirilir və okulyarda görüş dairəsinin tam işıqlandırılması

Bundan sonra okulyar refraktometrin üzərində mövcud olan yarıq boyu

hərəkət etdirilərək işıq kölgəsinin sərhəddi, okulyarda olan punktirli vizir xətti ilə

üst-üstə düşsün. Sonra cihazın şkalasında işıq kölgəsinin keçdiyi sərhədi qeyd

Şəkil 1. Refraktometrin okulyarının görmə sahəsi

Təyin etmə qurtardıqdan sonra prizmanın üst səthi filtr kağızı ilə silinərək

distilə suyu ilə yuyulur.

tomat məhsullarının quru maddəsinin təyin edərkən, əzilmiş

kütlədən götürülən nümunə tənzif materiala bükülməklə sıxılaraq

bir neçə damla prizmanın üzərinə salınr. Unutmaq olmaz ki, ilk

damcını istifadə etmirlər.

Refraktometrin göstəricisinin düzgünlüyünü, sıfr nöqtəsini distilə olunmuş

C temperaturda yoxlayırlar. Əgər işıq kölgəsinin sərhəddi şkala

üzərindəki, sındırma göstəricisi və ya quru maddə, şkalası ilə uyğun-

dursa, deməli refraktometrin göstəricisi düzgündür. Vizir xəttindən kənarlaşmışsa,

xüsusi asarla refraktometri normal vəziyyətə gətirilir.

Refraktometrin iş prinsipi ətraf mühitin temperaturunun 20

hesablanmışdır. Bu səbəbdən də, tədqiq olunan maddənin sındırma göstəriciləri bu

temperatura uyğun hesablanır. Quru maddənin qatılığın 15-dən 30

temperaturda ölçmək olar. Ancaq nəticə mövcud olan cədvələ uyğun

hesablanmalıdır. Yəni təyin etmə 20

C-dən aşağı temperaturda aparılmışsa, onda

alınan nəticədən cədvəldə göstərilən düzəliş çıxılmalı, əgər 20

temperaturda aparılmışsa onda cədvəldə göstərilən düzəliş, alınan nəticənin üzərinə

Cədvəl 1

Refraktometrin göstəricilərin temperatur düzəlişləri

Quru maddənin miqdarı, %

5 10 15 20 30 40 50 60 70 75

təyin olunmuş quru maddənin miqdarından çıxılması tələb olunan fərq

0,25 0,27 0,31 0,31 0,34 0,35 0,36 0,37 0,36 0,36

0,21 0,23 0,27 0,27 0,29 0,31 0,31 0,32 0,31 0,29

0,16 0,18 0,20 0,20 0,22 0,23 0,23 0,23 0,20 0,17

0,11 0,12 0,14 0,14 0,15 0,16 0,16 0,15 0,12 0,09

0,06 0,07 0,08 0,08 0,08 0,09 0,09 0,08 0,07 0,05

təyin olunmuş quru maddənin miqdarına əlavə olunması tələb olunan fərq

0,06 0,07 0,07 0,07 0,07 0,07 0,07 0,07 0,07 0,07

0,12 0,14 0,14 0,14 0,14 0,14 0,15 0,14 0,14 0,14

0,18 0,20 0,20 0,21 0,21 0,21 0,23 0,21 0,22 0,22

0,24 0,26 0,26 0,27 0,28 0,28 0,30 0,28 0,29 0,29

0,30 0,32 0,32 0,34 0,36 0,36 0,38 0,36 0,36 0,37

0,36 0,36 0,39 0,41 0,43 0,43 0,46 0,44 0,43 0,44

0,43 0,46 0,46 0,48 0,50 0,51 0,55 0,52 0,50 0,51

0,50 0,53 0,53 0,55 0,58 0,59 0,63 0,60 0,57 0,59

0,57 0,60 0,61 0,62 0,66 0,67 0,71 0,68 0,65 0,67

0,64 0,67 0,70 0,71 0,74 0,75 0,80 0,76 0,73 0,75

Refraktometrik metodla şəkərlərin təyini

Refraktometrik metodla şəkərlərin təyini saxarozanın suda məhlulunun

qatılılığı ilə onun sındırma göstəricisi arasındakı asılılığına əsaslanır. Məhlulun

qatılığı nə qədər yüksək olursa, sındırma göstəricisidə böyük olur.

Refraktometrik metodla qatılaşdırılmış qidalarda şəkərlərin təyini

metodunun mahiyyəti onunla bağlıdır ki, tədqiq olunan sulu məhlulun sındırma

göstəricisi təyini zamanı refraktometrin prizmasında olan temperatur qeyd olunur

və distilə suyunun sındırma göstəricisindən istifadə etməklə təcrübənin

temperaturu nəzərə alınaraq (cədvəl 2) şəkərlərin miqdarı faizlə təklif olunan

formula ilə hesablanır.

Təyin etmənin metodikası

Əvvəlcədən xırdalanmış orta nümunədən tərəzidə 0,01q dəqiqliklə 10-25q

çəkərək götürülür. Çəkilən nümunə, həcmi 100ml olan şkalası kolbaya köçürülür.

Sonra kolbanın içərisinə həcminin -ü qədər distilə suyu əlavə olunur. Kolbanın

içərisindəki nümunə ilə distilə suyunun qarışığı 20 dəqiqə müddətində tez-tez

çalxalamaqla saxlanılır. Sonra kolba ölçü xəttinə qədər distilə suyu ilə doldurulur.

Kolbadakı ümumi məhlul yaxşı qarışdırılaraq, başqa quru kolbaya filtirdən

keçirilərək yığılır. Sonra süzüntüdən şüşə çubuqla səliqəli olmaqla 2-3 damcı

refraktometrin prizmasına salınır və onun sındırma göstəricisi təyin edilir. Eyni

zamanda termometrin göstəricisi də qeydə alınır. Kolbada olan ümumi məhlulda

şəkərlərin miqdarı x, faizlə aşağıdaki formula ilə hesablanır.

– təyin olunan məhlulun sındırma göstəricisi;

n – distilə olunmuş suyun təyin olunan temperaturda sındırma

K – təyin olunan məhsulda sındırma göstəricisinin, faizlə şəkərə

K-əmsalı aşağıdakı formula ilə təyin olunur:

G-arbitraj üsulla təyin olunan

şəkərlərin miqdarıdır %-lə

Comments are closed, but trackbacks and pingbacks are open.