Press "Enter" to skip to content

NİTQ HİSSƏLƏRİ

Mirzə Şəfi Vazeh dilin tədrisi üçün hazırladığı kitabın adını “Kitabi-Türki” qoyurdu, Bakıxanov çoxluğa xitabən “əhalinin dili türkcədir” deyirdi.

Türk dili, yoxsa azərbaycan dili?

1918-ci ilin iyun ayında Azərbaycanda Cümhuriyyət hökuməti dövlət dilinin türkcə olması haqqında qanunu qəbul edir. Romantik etnik millətçiliyin yeni siyasi elita arasında aparıcı mövqeyə malik olduğu şəraitdə bu tamamilə təbii idi, həm də faktiki tarixi reallığı əks etdirirdi.

Yəni, məsələn, məhz ədəbi dilinə görə tariximizin bir parçası hesab etdiyimiz Füzuli bu dili “türkcə” adlandırırdı.

Mirzə Şəfi Vazeh dilin tədrisi üçün hazırladığı kitabın adını “Kitabi-Türki” qoyurdu, Bakıxanov çoxluğa xitabən “əhalinin dili türkcədir” deyirdi.

Axundovdan başlayaraq maarifçilərimiz Azərbaycanda yaşayanların əksəriyyətinin danışdığı dili “türk dili” hesab edirdilər.

Cümhuriyyətdən sonra gələn sovetlərin dövlət dili məsələsinə birmənalı baxışı yox idi.

Türk dilindən azərbaycan dilinə

Moskvada ümumiyyətlə bu anlayışdan tamamilə imtina tərəfdarları, başda Lenin olmaqla, az deyildi. Həm də onsuz da rus dilinin rəsmi statussuz da aparıcı mövqeyini qoruyacağı tamamilə aydın idi.

Amma öz müqəddəratını təyin etmə uğrunda mübarizə aparmış digər imperiya xalqları dil məsələsinə əlahiddə önəm verirdilər. Bu ziddiyyətli yanaşma sovet hökumətinin ilk illərində rəsmi sənədlərdə də özünü büruzə verir.

Fəqət sovetlərin ilk dönəmlərində Azərbaycan SSR-də çoxluğa məxsus yerli dilin adı məsələsində hələ ki, problem yox idi. Cümhuriyyət dövrü ənənəsi davam etdirilirdi.

1921-ci ilinin fevralında Azərbaycan “Revkom”unun əmri ilə bizim dilin rus dili ilə paralel rəsmi kargüzarlıq dili kimi istifadəsi məsələsi qanuniləşdirilir. Bu sənəddə dilimiz “türk dili” kimi tanıdılır.

1922-ci ildə Azərbaycan Sovet Respublikası, Gürcüstan və Ermənistanla Zaqafqaziya Sovet federasiyasında (ZSFSR) birləşir.

ZSFSR-in 1922-ci il konstitusiyasında gerbin təsvirində dilin adı “türk dili” kimi keçir, bu federasiyanın 1925-ci il konstitusiyasında isə rəsmi sənədləşmə dillərindən biri kimi yenə də “türk dili” tanınır.

1922-ci ildə SSRİ-nin yaradılması haqqında müqavilə imzalanır. Müqavilənin 14-cü maddəsində rus, ukrayna, belorus, gürcü, erməni və “türk dili” kimi qeyd olunan bizim dil SSRİ-nin 6 sənədləşmə dilindən biri kimi tanınırdı.

1924-cü ilin iyun ayında isə Sovet Azərbaycanının Mərkəzi İcraiyyə Komitəsi “türk dili”ni bizim respublikada həm də dövlət dili kimi rəsmiləşdirmişdi.

Azərbaycan SSR-in 1927-ci il konstitusiyasında dövlət dili anlayışı olmasa da, respublikanın bayrağının üstündəki yazıları təsvir edərkən yenə də “türk” termini işlədilir.

1937-ci ildə isə vəziyyət kökündən dəyişir. Bu ildə qəbul olunmuş konstitusiyada dövlət dili anlayışı yenə də yer almasa da, artıq təsvirlərdə və məhkəmə dilinə aid maddədə “türk dili” ifadəsi “azərbaycan dili” ifadəsi ilə əvəz edilir.

1956-cı ildə isə “azərbaycan dilinə” qanuni şəkildə rəsmi dövlət dili statusu verilir. Bu status 1978-ci il konstitusiyasında da əks olunur.

Gördüyümüz kimi, “türk dili” anlayışı bir tərəfdən öz dövrünün siyasi ideallarının təcəssümü olmaqla yanaşı, tarixi və faktiki reallığı da əks etdirirdi.

“Azərbaycan dili” məfhumu isə məhz Sovet hökuməti tərəfindən bizlərə təlqin edilmiş anlayışdır, sırf siyası məqsədlərlə tətbiq edilmişdir.

Niyyət etnik Azərbaycan milləti quruculuğu və bizləri Türkiyə təsirindən uzaqlaşdırmaq idi.

SSRİ-dağılandan sonra Cümhuriyyətin, onun atributlarının bərpası və həmçinin etnik türk millətçiliyinin yeni yüksəlişi zəminində 1992-ci ildə dil haqqında qanuna əsasən yenidən bizdə dövlət dilinin adı “türk dili”nə dəyişdirilir.

Lakin Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci ildə qəbul olunmuş konstitusiyada dövlət dilinin adı kimi “azəbaycan dili” ifadəsi qaytarılaraq “türk dili” ifadəsini əvəz edir.

Dilin özü

Maarifçilik dövründə ziyalılarımız arasında bizim dilin adı məsələsində fikir ayrılığı olmasa da, standart dil, ədəbi dil məsələsində ciddi mübahisələr vardı.

Məsələn, “Molla Nəsrəddin”in ilk nömrəsindəki xitabında Mircə Cəlil ana dilimizi “türk dili” adlandırır, amma “Anamın kitabındakı” Səməd Vahid obrazının nümunəsində ədibin, öz dilini qoyub Osmanlı ədəbi dilində danışan azərbaycanlılara mənfi münasibət göstərdiyi bəlli olur.

O vaxt Cəlil Məmmədquluzadə kimi maarifçilərimiz ədəbi dili məmləkətimizdəki vernakulyar, yəni danışıq dili əsasında formalaşdırmağa çağırırdılar.

Bir qism Hüseyn Cavid kimi ədiblərimiz isə Osmanlıda istifadə olunan yazı dilindən ədəbi dil kimi istifadəyə üstünlük verirdilər. Mətbuatda da oxşar vəziyyət yaranmışdı.

Sovetləşmədən sonra isə birinci ideya daha populyar olur və Cəfər Cabbarlı kimi ədiblərimiz tərəfindən təkmilləşdirilərək, fərqli standartlaşmış Azərbaycan türkcəsinin formalaşması yolu davam etdirilir.

Fəqət 1920-1930-cu illər boyu hələ bizdə Osmanlı yazı dilinin qrammatik, leksik və sairə qaydalarının güclü təsirini görmək mümkündür.

1937-ci ildən sonra dilin adının dəyişdirilməsi ilə yanaşı linqvistik islahatlarla özü də ciddi dəyişikliyə məruz qalır. Paralel olaraq Türkiyədə də intensiv dil islahatları aparılır.

Yəni, reallıqda faktiki iki müxtəlif standartlaşdırılmış yazı və nitq dili: türk və azərbaycan dilləri formalaşır.

Urbanizasiyanın, elm və təhsilin, televizyanın təsiri ilə bu qütbləşmə həm şaquli, həm üfüqi istiqamətdə dərinləşir.

Bir az zarafat etsək, “qıçım ağrıdı”, yaxud “filankəs bekardır” kimi ifadələrin məzəli situasiyalar yaratması üçün münbit mühit formalaşır.

Xatırlayıram ki, ilk dəfə türk film və televiziya proqramlarına baxanda çox çətinliklə başa düşürdüm.

Onların bizim standart ədəbi dili başa düşməsi isə yəqin ki, indi də asan məsələ deyil.

Yeri gəlmişkən, islahatların təbiəti səbəbilə bizim standart dil ənənəvi köklərinə daha yaxındır, nəinki Türkiyənin yazı və nitq dili.

Post-sovet dövründə

1995-ci ildə qəbul olunmuş konstitusiyada “azəbaycan dili” məfhumunun bərpası sovetlərin etnik Azərbaycan millətçiliyinə və Türkiyənin mədəni-siyasi təsirindən qorunmaq siyasətinə qayıdış idi.

Lakin ad formal məsələdir. Adı fərqli, özü isə eyni dillər də mövcuddur. Serb və xorvat dilləri var, əlifbaları da fərqlidir, amma mütəxəssislər deyir ki, bunlar tamamən eyni dillərdir.

Yaxud Tacikistanda dövlət dillinin adı “tacik dili”dir (əlifba kirilldir), Əfqanıstan taciklərinin dilinin adı isə “dari” kimi rəsmiləşdirilib.

“Azərbaycan dili” nümunəsindən fərqli olaraq, “tacik” və “dari” terminlərinin dərin tarixi əsasları da mövcuddur, hər ikisi fars dilinin orta əsrlərdə istifadə olunmuş adlarıdır.

Lakin bu gün Tacikistanda, yaxud Əfqanısatnda istifadə olunan standartlaşmış dillər demək olar İrandakı fars ədəbi dilinin eynisidir.

Yəni, indi bizdə də dilimizin rəsmi adı fərqli olsa da, İran Azərbaycanı əhalisinin “türk” adlandırdığlı dillə eynidir.

Amma onlara hal-hazırda Türkiyə standart dili daha güclü təsir etməkdədir, nəinki bizim ədəbi dil.

Elə bizdə də son 25 ildə Türkiyə televizyalarının, elmi və bədii ədəbiyyatının, Türkiyədə ali təhsil alanlarımızın, buradakı türk məktəblərinin rolu və təsiri danılmazdır.

Üstəgəl, bizim standart dilin həmin dövrdə keyfiyyətli məhsul istehsal etmək baxımından tənəzzülü rəqabət potensialını zəiflədib.

Sovet dövründə həmçinin sərhədlərin bağlı olması, qapalı şəraitdə ədəbi “azərbaycan dili”ni gücləndirirdi. Ondan qabaq isə məhz bizim maarifçi ədəbiyyatımız regionun dəb verəni idi.

Hal hazırda həm təsirə açıq, həm rəqabətə davamsızıq. Təhsilimiz, elmimiz, mətbuatımız, ədəbiyyatımız keyfiyyətli dil aşılamaq funksiyanın öhdəsindən hələ ki gəlmir.

Bundan əlavə, əksəriyyət heç oxumur, baxır. Oxumayanların əksəriyyətinin baxdığı da məhz “Kurtlar vadisidir”, “O səs Türkiyədir”, Esra Eroldur və sairə.

Gənc nəsil indi bu dili bizdən qat-qat yaxşı bilir. Amma tendensiya hal-hazırda aşağı-yuxarı bu cür olsa da, davamlı olub-olmayacağını demək çətindir.

Çünki təkrar edək ki, siyasi amil bu məsələdə mühüm rol oynayır, dil isə dinamikdir.

NİTQ HİSSƏLƏRİ

1. NITQ HISSƏLƏRI. Sözlər qrammatik mə’nalarına görə müəy-yən qruplara, yə’ni nitq hissələrinə ayrılır. Azərbaycan dilin-də 11 (on bir) nitq hissəsi var. Bunlar üç qismə bölünür:
1) Əsas nitq hissələri. Əsas nitq hissələri müstəqil leksik mə’-na-ya malik olub, müəyyən əşyanı, əlaməti, miqdarı, hərəkəti və s. bildirir, suala cavab verir, şəkilçi qəbul edir, cümlədə bu və ya digər cümlə üzvü yerində işlənir. Azərbaycan dilində altı əsas nitq hissəsi var: isim, sifət, say, əvəzlik, fe’l, zərf.
2) Köməkçi nitq hissələri. Köməkçi nitq hissələri müstəqil lek-sik mə’naya malik olmur, heç bir suala cavab vermir, heç bir cüm-lə üzvü yerində işlənmir, yalnız qrammatik mə’na daşıyır. Bun-ların sayı dörddür: qoşma, bağlayıcı, ədat, modal sözlər.
3) Xüsusi nitq hissəsi. Dilimizdə nida adlı bir xüsusi nitq hissəsi var ki, o, yalnız hiss-həyəcan bildirir.

1. Əşyaların adlarını bildirən, kim? nə? və bə’zən də hara? sualla-rından birinə cavab olan nitq hissəsinə isim deyilir. Əşya dedikdə bütün varlıqlar nəzərdə tutulur. Varlıqlar isə iki cür olur: göz-lə görünməsi mümkün olan konkret varlıqlar(daş, su, çörək, qələm, ev, maşın və s.) və mücərrəd varlıqlar(xəyal, yuxu, fikir, tarix, elm və s.)
– İnsan bildirən isimlər kim? (ata, uşaq, Əli, bacım, müəllim və s.), cansız əşya və heyvan bildirən isimlər nə? (qələm, quzu, ceyran, ağac, dəftər, maşın və s.), məkan, yer bildirən isimlər isə hara?(Bakı, kənd, dəniz və s.) sualına cavab verir.
Qeyd: İsimlər cümlədə, əsasən, mübtəda və ya tamamlıq, bə’zən də digər cümlə üzvü yerində işlənə bilir.
2) İSMIN QURLUŞCA NÖVLƏRI. İsimlərin quruluşca üç növü olur: sadə, düzəltmə və mürəkkəb isimlər.
Sadə isimlər. Sadə isimlər yalnız bir kökdən, yaxud kök və qra-mmatik şəkilçidən ibarət olur. Məsələn: daş, daşın, daşda, ev, çörək, çay, su, məktəb və s.
3. Düzəltmə isimlər. Söz köklərinə leksik (jözdüzəldici) şəkilçilər artırmaqla yaranan isimlər düzəltmə isimlər adlanır. Mə-sələn: gəmi-gəmicçi,sənət-sənətckar, yaxşı-yaxşıclıq və s. Di-li-mizdə ən çox isimlərin özlərindən və fe’llərdən düzəltmə isimlər əmələ gəlir.
3. İsimdən düzələn düzəltmə isimlər. İsimdən isim düzəltmək üçün, əsasən, aşağıdakı şəkilçilərdən istifadə olunur:
1. –çı4. Bu şəkilçilərlə peşə, sənət, məşğələ və s. mə’naları ifa-də edən isimlər düzəlir. Məs: əmək-əməkçi, dəniz-dənizçi, kömək-köməkçi, dil-dilçi, qulluq-qulluqçu və s.
2. –lıq, -lik, -luq, -lük. Bu şəkilçilərlə keyfiyyət, vəzifə, yer, əşya adı və s. ifadə edən isimlər düzəlir. Məs: rəhbər-rəhbərlik, daş-daşlıq, göz-gözlük, dərzi-dərzilik, qohum-qohumluq və s.
Qeyd: Bu şəkilçilər başqa nitq hissələrindən (sifət, say və əvəzliklərdən də) isim düzəldirlər. Məs: zərif-zəriflik, ağır-ağırlıq, gözəl-gözəllik, az-azlıq, bir-birlik, mən-mənlik və s.
3. –ça2. Bu şəkilçilər vasitəsilə kiçiltmə mə’nalı isimlər əmə-lə gəlir. Məs: dəftər-dəftərçə, meydan-meydança, bağ-bağça və s.
4. -cıq4, -cığaz4. Bu şəkilçilərlə kiçiltmə və əzizləmə məzmunlu isimlər yaranır. Məs: ev-evcik, ev-evciyəz, göz-gözcük, quş -quşcuğaz, daxma-daxmacıq və s.
5. –lı4. Bu şəkilçilər yer münasibəti, familiya, nəsil, sahiblik və s. məzmunlu isimləri yaradır. Məs: kənd-kəndli, at-atlı, Sultan -Sultanlı, sevgi-sevgili və s.
6. –daş. Bu şəkilçi ilə həmrə’ylik və iştirak bildirən isimlər düzəlir. Məs: yol-yoldaş, sirr-sirdaş, əmək-əməkdaş, məslək-məs-ləkdaş və s.
7. –dar. Bu şəkilçi vasitəsilə isimlərdən peşə, əqidə, vəziyyət bildirən isim düzəlir. Məs: əmək-əməkdar, ev-evdar, mal-maldar, hava-havadar və s.
8.-keş. Bu şəkilçi ilə peşə və əlamət məzmunu ifadə edən isim-lər düzəlir. Məs: zəhmət-zəhmətkeş, cəfa-cəfakeş, mala-ma-la-keş və s.
9. –stan. Bu şəkilçidən yer, ölkə bildirən isimlər düzəltmək üçün is-tifadə olunur. Məs: dağ-Dağıstan, gürcü-Gürcüstan, əfqan -Əfqanıstan və s.
Qeyd: Dilimizdə nisbətən az işlənən –iyyət (hakim-ha-kimiy-yət, şəxs-şəxsiyyət), -iyyat (ədəb-ədəbiyyat, kəşf-kəşfiyyat), -at2 (mə’lum-mə’lumat, mühacir-mühacirət), -iyyə (nəzər-nə-zə-riy-yə, fərz-fərziyyə), -i, -vi (Qüds-Qüdsi, Gəncə-Gəncəvi), -izm (Ma-r–ks-Marksizm, material-materializm), -ist (real-realist, ideal-ide-a-list) şəkilçiləri də isimdən isim düzəldə bilirlər.
2. Fe’ldən düzələn isimlər. Fe’ldən düzələn isimlər, əsasən, aşağıdakı şəkilçilər vasitəsilə yaranır.
1. –ış4. Bu şəkilçi vasitəsilə hal-vəziyyət, hərəkət bildirən isim-lər əmələ gəlir. Məs: bax-baxış, gəz-gəziş, göstər-göstəriş, yaşa-yaşayış, yağ-yağış, çağır-çağırış və s.
2. –aq2, -q, -k. Bu şəkilçilər vasitəsilə fe’llərdən müxtəlif mə’-nalı, əsasən əşya adı bildirən isimlər yaranır. Məs: yat-yataq, çök-çökək, döşə-döşək, dara-daraq, ələ-ələk və s.
3. –ıq, -ik, -uq, -ük, -q. Bu şəkilçilərlə yer, bölgü, bilik, ba-carıq bildirən isimlər əmələ gəlir. Məs: tapşır-tapşırıq, min-mi-nik, bil-bilik, qoru-qoruq, bur-buruq, böl-bölük və s.
4. –ım4. Bu şəkilçilər hadisə, ölçü, bacarıq bildirən isimlər ya-radır. Məs: yığ-yığım, biç-biçim, böl-bölüm, öl-ölüm və s.
5. –tı4. Bu şəkilçilərlə hadisə, əşya, əlamət və s. adları bildirən isimlər əmələ gəlir. Məs: bağır-bağırtı, qaral-qaraltı, göyər-gö-yərti, tullan-tullantı və s.
6. –qı, -qu, -ğı, -ğu, -kü, -ki, -gi, gü. Bu şəkilçilərlə alət, vəziyyət və mücərrəd məfhumları bildirən isimlər düzəlir. Məs: çal-çal-ğı, böl-bölgü, səp-səpgi, sor-sorğu, sev-sevgi, duy-duyğu və s.
7. –qın, -ğın, -qun, -ğun, -kin, -gin, -gün, kün. Bu şəkilçilərlə ha-disə və vəziyyət bildirən isimlər yaranır. Məs: bas-basqın, qır-qırğın, yan-yanğın, daş-daşqın, uç-uçqun və s.
8. –ı4. Bu şəkilçi vasitəsilə ölçü, xasiyyət bildirən isimlər yaranır. Məs: ölç-ölçü, qorx-qorxu, sür-sürü, yaz-yazı və s.
9. –ıcı4. Bu şəkilçilər peşə, sənət və s. bildirən isimlər əmələ gə-tirirlər. Məs: sat-satıcı, bil-bilici, qur-qurucu, at-atıcı, yırt-yır-tı-cı, sür-sürücü və s.
Qeyd: Bunlardan başqa nisbətən az işlənən –ar2 (aç-açar, yet-yetər), -caq, – cək (yellən-yelləncək), -ma2 (dol-dolma, vuruş-vu–ruşma), -ın, -in (səp-səpin, ək-əkin, gəl-gəlin), -id, -üd (keç-ke-çid, öy-öyüd), -ınc, -inc, -ünc (qax-qaxınc, sev-sevinc), -acaq, -əcək (çap-çapacaq, gəl-gələcək), -cə (düşün-düşüncə, əylən-əy-lən-cə), -gəc (süz-süzgəc, üz-üzgəc), -ır (gəl-gəlir (qazanc)), -ıc (ayır-ay-rıc), -ıntı4 (qaz-qazıntı, əz-əzinti) şəkilçiləri də fe’llərdən mü-x-tə-lif mə’na ifadə edən isimlər düzəldirlər.
Yadda saxlayın: Fe’ldən isim düzəldən –ğı, -ğu,-gi, -gü, -ğın, -ğun, -gin, -gün şəkilçiləri so-nu cingiltili samitlə bitən fe’llərə (çal-çal-ğı, dur-durğu, sər-sərgi, yor-yorğun, yan-yanğın və s.), -qı, -qu, -ki, -kü, -qın, -qun, -kın, -kün şəkilçiləri isə sonu samitlə bitən fe’l–lərə artırılır (as-asqı, səp-səpki, sürt-sürtkü, seç-seçki, bas-basqın, küs-küskün və s.)
-stan şəkilçisi sonu saitlə bitən isimlərə artırıldıqda bir cür ya-zılır (Gürcü-stan, Qobu-stan və s.) Bu şəkilçi samitlə bitən isim–lərə qoşulduqda ahəng qanununa uyğun olaraq şəkilçinin əv–vəlinə ı,i,u,ü saitlərindən biri artırılır. Məs: kənd-i-stan, Monqol-u-stan, Bolqar-ı-stan, Kürd-ü-stan və s.
4. Mürəkkəb isimlərin əmələ gəlməsi və yazılışı. Mürəkkəb isim-lər, əsasən, aşağıdakı yollarla əmələ gəlir və qeyd olunan şə-kildə yazılır.
1. Müxtəlif mə’nalı iki söz birləşərək yeni mə’na bildirən mü-rəkkəb isim əmələ gətirir. Bu yolla yaranan isimlər bir vurğu al-tın-da tələffüz olunaraq bitişik yazılır. Məs: kəklikcotu=kəkli-ko-tu, ayaqcqabı=ayaqqabı, acaccdələn=ağac-də-lən və s.
2. Mürəkkəb isimlərin başqa bir qismi yaxın mə’nalı, yaxud antonim sözlərin birləşməsindən əmələ gəlir. Bu cür isimlər bir vur-ğu altında tələffüz olunur və defislə yazılır. Məs: dəftər-kitab, yor-ğan-döşək, oğul-uşaq, dost-tanış, isti-soyuq, dərə-təpə və s.
3. Tərəflərindən biri ayrılıqda işlənməyən və ayrılıqda heç bir mə’na verməyən sözlərin iştirakı ilə də mürəkkəb isimlər əmələ gəlir və bu cür isimlər defislə yazılır. Məs: uşaq-muşaq, ağac-uğ-ac, adam-madam, təhər-töhür və s.
4. Təkrar olunan iki fe’lin arasına «ha» və «a» bitişdiriciləri artırmaq vasitəsilə də mürəkkəb isimlər əmələ gəlir və bu isimlər bitişik yazılır. Məs: gəlhagəl, tuthatut, qaçaqaç, basabas və s.
Qeyd: Ağa, bəy, xanım, şah, seyid tipli sözlər mürəkkəb ismin tərkib hissəsi olduqda qoşulduğu sözlə bir vurğu altında deyilərək ona bitişik yazılır. Məs: Ağaxan, Mirhəsən, Balabəy, Xa-nımgül, Şahrza, Seyidəli və s. Həmin sözlər ləqəb, titul, rütbə bildirdikdə, yaxud hörmət mə’nasında işləndikdə mürəkkəb söz-ün tərkib hissəsi olmur və ayrı yazılır. Məs: Şah Abbas, Seyid Əzim, Hacı Mustafa, Müslüm bəy və s.
Dilimizdə bə’zən elə sözlərə təsadüf olunur ki, onlar tarixən iki sözün birləşməsindən əmələ gəlsələr də, hazırda onları tərəflərə parçalamaq mümkün olmadığından belə sözlər sadə söz hesab olunur. Məs: böyürtkən.
5. ÜMUMI VƏ XÜSUSI ISIMLƏR. Eynicinsli bütün var-lıq və hadisələrin ümumi adlarını bildirən isimlər ümumi isimlər ad-lanır. Məs: ev, kitab, adam, dağ, su, çay, dəniz, kənd, balıq, bayram, yay, payız, külək və s.
Ayrı-ayrı şəxslərin və ya tək olması ilə fərqlənən digər varlıqların adlarını bildirən isimlərə xüsusi isimlər deyilir. Xüsusi isim-lərə aşağıdakılar aiddir:
1. Şəxslərin ad və familiyaları (soyadları). Məs: Məmməd, Həsən, Sənubər, Fatma, Muradzadə, Hacıbəyli, Sultanlı, Quliyev, Qaçaq Nəbi, cəfər cabbarlı və s.
2. coğrafi və astronomik adlar. Məs: Lənkəran, Təbriz, Gü-nəş, Mars, Qafqaz, Savalan, Ağdaş və s.
3. Qəzet, jurnal, bədii əsər, gəmi, restoran və s. verilən adlar. Məs: «Azadlıq» (qəzet), «Dəli Kür» (bədii əsər, roman), «Koroğlu» (opera), «Azərbaycan» (gəmi), «Yasəmən» (kafe, restoran) və s.
4. Heyvanlara verilən xüsusi adlar. Məs: Qırat, Alagöz, Top-lan, Gümüş, Pələng və s.
Xüsusi isimlər cümlədəki yerindən asılı olmayaraq böyük hərflə yazılır. Qəzet, bədii əsər, gəmi, kafe və s. verilən xüsusi ad-lar dırnaq işarəsi ilə, qalanları isə dırnaqsız yazılır. Məs: «Səfəvilər» (roman), «Azərbaycan» (qəzet), «Gülnarə» (kafe), Qarıt, Savalan, Qoşqar, Rza və s.
Bə’zən ümumi isimlər xüsusi ismə, bə’zən də xüsusi isimlər ümumi isimlərə çevrilə bilir. Məs: sevinc, kamal, durna sözləri ümu-mi isimlərdir. Bu sözlər insan adı bildirəndə xüsusi ismə çevrilir və böyük hərflə yazılır (Sevinc, Kamal, Durna).
Rentgen, Badamlı sözləri isə əslində xüsusi isimdir. Rentgen alman aliminin adı, Badamlı isə qəsəbədir. Bu sözlər (rentgen – tibbi cihaz, badamlı – mineral su) bə’zən cümlə daxilində ifadə etdiyi məzmuna uyğun olaraq ümumi ismə çevrilir və kiçik hərflərlə yazılır.
Qeyd: Vətən sözü ümumi isimdir, lakin ölkə adı əvəzində işlənəndə böyük hərflə yazılır. Məs: Bizim üçün Vətən (yə’ni Azərbaycan) hər şeydən müqəddəsdir.
Günəş, Yer, Ay sözləri astronomik və coğrafi mə’nalarda işlənərkən böyük hərflərlə, qalan bütün başqa hallarda isə kiçik hərflə yazılır.
6. MÜRƏKKƏB ADLAR VƏ ONLARIN YAZILIŞI. Ay-rı-ayrı sözlərdən ibarət olan adlar xüsusi isim, söz birləşmələrindən ibarət olan ad-lar isə mürəkkəb adlar adlanır. Mürəkkəb adlara aşağıdakılar daxil-dir: 1) İdarə və təşkilat adları, 2) bayramların adları, 3) dövlət təltiflərinin adları, 4) coğrafi adlar.
Mürəkkəb adların yazılmasında üç qayda var:
1. Tərkibində olan bütün sözlərin baş hərfi böyük yazılanlar. Bunlara aşağıdakılar daxildir:
a) Ölkə və muxtar respublikaların rəsmi adları. Məs: Azər-bay-can Respublikası, İran İslam Respublikası, Amerika Birləş-miş Ştatları, Naxçıvan Muxtar Respublikası və s.
b) Respublika, şəhər və rayon tabeliyində olan idarə və təş-ki-lat adları. Məs: Azərbaycan Respublikası Xalq Təhsili Nazir-liyi, Lerik Rayon İcra Hakimiyyəti, Bakı Qaz İdarəsi və s.
2. Tərkibində olan sözlərin ancaq əvvəlincisi böyük hərflə ya-zılan mürəkkəb adlar. Bunlar aşağıdakılardır:
a) Məşhur tarixi gün və bayramların adları. Məs: Ramazan bay-ramı, Novruz bayramı, İyirmi yanvar, Qələbə bayramı və s.
b) Tərkibində çay, dəniz, meydan və s. bu qəbildən sözlər olan mürəkkəb coğrafi adlar. Məs: Sakit okean, Qara dəniz, Alaşar çayı, Gənclər meydanı, Nizami küçəsi, Müəllimlər evi və s.
c) Dövlət mükafatları və təltiflərin (orden, medal, nişan) ad-ları. Məs: Dövlət mükafatı, «Xalq təhsili ə’laçısı» nişanı, İsti-q-lal ordeni və s.
3. Fəxri adların özək hissəsini təşkil edən bütün sözlər kiçik hərflərlə yazılır. Məs: Azərbaycan Respublikasının xalq artisti, Azər-baycan Respublikasının əməkdar incəsənət xadimi və s.
Qeyd: Mürəkkəb adların bir çoxu, xüsusən ölkə, idarə və təşkilat adları mürəkkəb ixtisarlar şəklində də işlədilir. Məs: Azərbaycan EA – Azərbaycan Elmlər Akademiyası, BDU – Bakı Dövlət Universiteti, BMT – Birləşmiş Millətlər Təşkilatı.
Mürəkkəb ixtisarların oxunuşu onların asan və gözəl səslənməsinə görə müəyyən edilir və ixtisarlara qoşulan şəkilçilər həmin sözlərin son saitinin ahənginə uyğun yazılır. Məs: BMT (be-em-te), BMT-də, ATS (a-te-es), ATS-ə və s.
Mürəkkəb adlar sintaktik təhlil zamanı cümlənin bütöv üzvü olur, yə’ni mürəkkəb adlar təhlil zamanı parçalanmır.
7. TƏK VƏ CƏM ISIMLƏR. İsimlər tək və cəm olurlar. İsimlər cəm-də işlənərkən –lar2 şəkilçisini qəbul edir. Məs: uşaq (tək) – uşaq-lar (cəm), dağ (tək) – dağlar (cəm) və s.
–lar2 şəkilçisi iki və ya ikidən artıq olan çoxluğu bildirir. Əşyanın konkret miqdarını bildirmək üçün ismin əvvəlinə müəy-yən miqdar sayı artırılır. Məs: beş dəftər, iki yüz adam və s. Belə hallarda isimlər cəm şəkilçisi qəbul etmir («üç bacı», «iki kitab» yazıldığı və deyildiyi halda, «üç bacılar», «iki kitablar» yazmaq və demək olmaz).
Dilimizdə elə isimlər var ki, onlar mə’naca topluluq bildirir-lər. Məs: camaat – çoxlu adam, xalq – ölkənin əhalisi, sürü – çoxlu qoyun-quzu və s. Belə sözlər toplu isimlər adlanırlar.
Toplu isimlər cümlədə mübtəda yerində işlənəndə xəbər cəm şəkilçisi qəbul etmir. Məs: Xalq ayağa qalxdı. Sürü örüşdən qa-yıtdı («xalq ayağa qalxdılar, sürü örüşdən qayıtdılar» yazmaq və demək olmaz).
8. İSMIN MƏNSUBIYYƏTƏ GÖRƏ DƏYIŞMƏSI. Əşyanın hansı şəxsə mənsubluğunu (aidliyini) bildirən qram-ma-tik şəkilçilərə ismin mənsubiyyət şəkilçiləri deyilir. Mənsubiyyət şəkilçiləri aşağıdakılardır:

Tək cəm
I (mən) – ım4, -m (bizim) -ımız4, -mız4
II (sən) – ın4, -n (sizin) – ınız4, -nız4
III (o) – ı4, -sı (onların) – ı4, -sı4, -ları2

I, II şəxslərə aid mənsubiyyət şəkilçiləri qəbul edən isimlər əşyanın əsasən insana, III şəxsə aid mənsubiyyət şəkilçisini qəbul edən isimlər isə əşyanın həm insana, həm də başqa əşyalara mənsubluğunu ifadə edir. Mənsubiyyət şəkilçiləri bütün hallarda özündən əvvəl gələn və yiyəlik halda işlənən əvəzlik və ya isimlə bağlı olur. Məs:

mənim kitab-ım, quzu-m bizim kitab-ımız, quzu-muz
sənin kitab-ın, quzu-n sizin kitab-ınız, quzu-nuz
onun kitab-ı, quzu-su onların kitab-ı(ları), quzu-su(ları)

İsimlər də fe’llər kimi, şəxsə görə dəyişə bilir. Məs: şagird-əm, şagird-ik, şagird-sən, şagird-siniz, şagird-dir, şagird-dirlər və s.
İsimlərdə həm mənsubiyyət, həm də şəxs şəkilçiləri şəxslə bağ-lıdır, lakin yuxarıdakı misallardan göründüyü kimi bunlar bir-birindən əsaslı şəkildə fərqlənirlər.
9. BƏ’ZI ALINMA SÖZLƏRIN MƏNSUBIYYƏTƏ GÖRƏ DƏYIŞMƏSI. Dilimizdə saitlə bitən bir neçə alınma söz var ki, onların qəbul etdikləri mənsubiyyət şəkilçiləri digər söz-lə-rə artırılan mənsubiyyət şəkilçilərindən bir qədər fərqlənir. Hə-min sözlər bunlardır: tale, mövqe, mənşə, mənafe, mənbə. Bu söz-lərdə mənsubiyyət şəkilçisinin əvvəlində «y» bitişdirici samiti işlənir. Məs:

mənafe-y-im mənşə-y-im
mənafe-y-in mənşə-y-in
mənafe-y-i mənşə-y-i
mənafe-y-imiz mənşə-y-imiz
mənafe-y-iniz mənşə-y-iniz
mənafe-y-i (mənafe-ləri) mənşə-y-i (mənşə-ləri) və s.

10. İSMIN HALLANMASI. İsimlər cümlədə başqa söz-lər-lə əlaqə-yə girərkən müəyyən qrammatik şəkilçilər qəbul edərək dəyişirlər. İsmin belə dəyişməsinə ismin hallanması deyilir. İsmin altı halı var və həmin hallar suallara görə müəyyənləşir.
1) Adlıq hal. Bu halda olan isimlər əşyanın adını bildirir, şə-kilçisi olmur, kim? nə? hara? suallarından birinə cavab olur. Bütün lüğətlərdə isimlər adlıq halda (başlanğıc formada) verilir. Məs: dəmir, dəmirçi, dəmirçilik, ev, evcik, daş, dağ, dağlıq, yazı, yazıçı, yazıçılıq və s.
İsimlər adlıq halda cəm və mənsubiyyət şəkilçiləri ilə də işlənə bilir. Məs: bacı (başlanğıc formada); bacılar (cəm şəkilçisi ilə); bacım (mənsubiyyət şəkilçisi ilə); bacılarım (cəm və mənsubiyyət şəkilçisi ilə).
2) İsmin yiyəlik halı. İsmin yiyəlik halı sahiblik, aidlik, yiyəlik mə’nalarını bildirir. Yiyəlik halda işlənən isim cümlədə özün-dən sonrakı başqa bir isimdən – daha doğrusu, mənsubiyyət şə-kil-çili isimdən asılı olur. Məs: ağac-ın (yiyəlik hal) yarpağ-ı (mən-subiyyət şəkilçili isim), qapının ağzı, yolun kənarı, Adilin kitabı, sənin dəftərin, bizim evimiz və s.
Yiyəlik halın iki forması var:
a) Müəyyənlik bildirən yiyəlik hal. Bu halda isimlər –ın4 (-nın4) şəkilçisini qəbul edir və kimin? nəyin? haranın? suallarından birinə cavab olur. Məs: Məmmədin (kimin?), dəftərin (nəyin?), Bakının (haranın?)
b) Qeyri-müəyyəndik bildirən yiyəlik hal. Bu halda olan isimlər şəkilçisiz olur və nə? sualına cavab olur. Məs: ağac (nə?) yarpağı, dəmir (nə?) qırığı, qonaq (nə?) otağı, çoban (nə?) tütəyi və s.
Qeyri-müəyyənlik bildirən yiyəlik halda olan ismi hal şəkilçisini (-ın4, -nın4) artırmaqla müəyyənlik bildirən yiyəlik hala çevir-mək olur. Məs: maşın təkəri – maşının təkəri, kənd yolu – kən-din yolu və s.
Qeyd: Samitlə bitən isimlər yiyəlik halda –ın4, saitlə bitən isim-lər isə -nın4 şəkilçisi qəbul edir. İkinci şəkildəki «n» samiti iki samit arasında işlənən bitişdirici samitdir.
-ın4 yiyəlik hal şəkilçisi ikinci şəxsin təkinin mənsubiyyət şəkilçisi ilə ononimdir. Məsələn, dəftərin cildi, aşığın sazı (yiyəlik hal); sənin dəftərin, sənin sazın (mənsubiyyət).
3) İsmin yönlük halı. Yönlük hal hərəkətin yönümünü, istiqamətini və ya son nöqtəsini bildirir. İsimlər yönlük halda samit-lə bitən söz köklərində –a2, saitlə bitənlərdə isə –ya2 («y» bitiş-di-ri-ci samitdir) şəkilçisini qəbul edir, kimə?, niyə?, haraya? Sual-la-rın-dan birinə cavab olur. Məs. Murada (kimə?), quzuya (nəyə?), kən-də (haraya?) və s.
Qeyd: Sonu a, ə açıq saitləri ilə bitən isimlər yönlük halda iş-lənərkən tələffüz zamanı həmin saitlər ahəngə uyğun olaraq qa-pa-lı saitlərdən (ı,i,u,ü) birinə keçir. Məs: dərəyə-(dəriyə), Şuşaya-(Şuşuya), kölgəyə-(kölgüyə), torbaya-(torbıya) və s.
4) İsmin tə’sirlik halı. Tə’sirlik hal hərəkətin obyektini, yə’ni hərəkətin hər hansı bir əşya üzərində icra olunduğunu bildirir. Yiyəlik hal kimi, tə’sirlik halın da iki forması var:
a) Müəyyənlik bildirən tə’sirlik hal. Bu halda olan isim müəyyənlik bildirərkən samitlə bitən isimlərdə – ı4, saitlə bitən isimlərdə isə – nı4 şəkilçisini qəbul edir, kimi? nəyi? bə’zən də haranı? suallarından birinə cavab olur. Məs: kitabı (nəyi?), ceyhunu (kimi?), Bakını (haranı?) və s.
b) Qeyri-müəyyənlik bildirən tə’sirlik hal. İsim tə’sirlik halda qeyri-müəyyənlik bildirdikdə şəkilçisiz işlənir və ancaq nə? Sua-lına cavab olur. Məs: Mağazadan kitab (nə?) aldım. Maşın sər-nişin (nə?) daşıyır və s.
Qeyd: Qeyri-müəyyənlik bildirən tə’sirlik halda olan isimlərlə adlıq halda olan isimləri fərqləndirmək üçün aşağıdakıları yadda saxlamaq lazımdır:
a) Tə’sirlik halda qeyri-müəyyənlik bildirən ismi müəyyənlik bildirən isim kimi də işlətmək olur. Məs: Kəndə yol (nə?) çəkdilər – Kəndə yolu (nəyi?) çəkdilər.
b) Tə’sirlik halda qeyri-müəyyənlik bildirən ismi cümlədə fe’l-dən uzaqlaşdırdıqda onu şəkilçisiz işlətmək mümkün olmur. Məs: Futbolçular qapıya top (nə?) vurdular – Futbolçular topu (nəyi?) qapıya vurdular.
c) Tə’sirlik halda qeyri-müəyyənlik bildirən ismin əvvəlinə o, bu əvəzliklərindən biri artırıldıqda həmin isim mütləq şəkilçi qəbul etməli olur. Məs: Həsən kitab (nə?) aldı – Həsən bu kitabı (nəyi?) aldı.
5) İsmin yerlik halı. İsmin yerlik halı əşyanın və ya hərəkətin yerini bildirir, -da2 şəkilçisi ilə düzəlir və kimdə? nədə? harada? sual-larından biri-nə cavab olur. Məs: anada (kimdə?), kağızda (nədə?), dənizdə (harada?) və s.
6) İsmin çıxışlıq halı. İsmin çıxışlıq halı hərəkətin çıxış nöqtəsini, başlanğıc yerini bildirir, -dan2 şəkilçisi ilə düzəlir, kimdən? nədən? haradan? suallarından birinə cavab olur. Çıxışlıq hal mə’-na-sına görə yönlük halın əksini ifadə edir.
Sonu n, m samitləri ilə bitən sözlərdən sonra çıxışlıq hal şəkilçisi (-nan2) şəklində tələffüz olunur. Məs: dostumdan (dostumnan), səpindən (səpinnən) və s.
11. İSIMLƏRIN HALLANMASINA AID MISALLAR.

A. qələm düyü kəpənək qonaq
Y. qələmin düyünün kəpənəyin qonağın
Yön. qələmə düyüyə kəpənəyə qonağa
T. qələmi düyünü kəpənəyi qonağ
Yer. qələmdə düyüdə kəpənəkdə qonaqda
Ç. qələmdən düyüdən kəpənəkdən qonaqdan

Qeyd: Sonu «q» və «k» samitləri ilə bitən çoxhecalı əsl Azər–baycan sözləri hallanarkən yiyəlik, yönlük və tə’sirlik hallarda q-ğ, k-y əvəzlənməsindən «Fonetika» bəhsində mə’lumat verdiyimizdən, burada təkrara ehtiyac görmədik.
12. BƏ’ZI IKIHECALI ISIMLƏRDƏ SON SAITIN DÜŞMƏSI. Dilimizin lüğət tərkibində elə ikihecalı sözlər var ki, onlara saitlə başlanan şəkilçilər artırıldıqda söz kökünün son sa-iti düşür. Məs: isim – ism-in, ism-i, ism-ə və s. Belə sözlər dili-mizdə çox azdır. Bunlar, əsasən, aşağıdakılardan ibarətdir.
1. İsim, qisim, cisim, nəsil, fəsil, şəkil, fikir, ətir, səbir, səfir, qədir, ömür, sinif, eyib, zehin, izin kimi ərəb-fars mənşəli sözlər.
2. Beyin, çiyin, ağıl, qarın, alın, oğul, burun, ağız, boyun kimi əsasən əsl Azərbaycan sözləri.
Ərəb-fars mənşəli yuxarıdakı sözlərə həm hal, həm də mənsubiyyət şəkilçiləri artırdıqda sözün kökündəki son sait düşür. Məs: ömür, ömrün, ömrə, ömrü, ömrün; şəkil, şəklin, şəklə, şəkli, şəklim və s.
Əsl Azərbaycan sözlərinə yalnız mənsubiyyət şəkilçisi artır-dıqda köklərin son saiti düşür. Bu sözlər saitlə başlanan hal şə-kil-çi-ləri qəbul etdikdə söz kökləri dəyişməz qalır. Məs:

Hal şəkilçisi ilə Mənsubiyyət şəkilçisi ilə
Beyin-in quruluşu Uşağın beyn-i
Boyun-un arxası Sənin boyn-un
Çiyin-in əzələsi Onun çiyn-i

İsmin morfoloji təhlil qaydası

1. Sözün hansı nitq hissəsindən əmələ gəlməsi, sualı
2. Başlanğıc forması
3. Quruluşca növü
4. Ümumi və ya xüsusi olması
5. Halı, mənsubiyyət şəkilçisi (əgər varsa), tək və ya cəm olması.

Comments are closed, but trackbacks and pingbacks are open.