Press "Enter" to skip to content

Azərbaycan dili tədrisinin aktual problemləri qurbanov

Bununla da ADU-da keçirilən “Xarici dillərin tədrisinin aktual problemləri” Respublika konfransının plenar iclası başa çatıb. Konfrans bölmələrdə öz işini davam etdirir.

ADU-da “Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda konfrans keçirilir

Azərbaycan Dillər Universitetində (ADU) “Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda Respublika elmi-praktiki konfransı öz işinə başlayıb.

ADU-nun Ictimaiyyətlə əlaqələr Departamentindən publika.az-a verilən məlumata görə, k onfransın plenar iclasında Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov konfrans iştirakçılarını salamlayaraq hər il ənənəvi olaraq keçirilən konfransın əhəmiyyətini qeyd edib. Rəhbərlik etdiyi universitetin Azərbaycanın təhsil sistemində özünəməxsus yer tutduğunu vurğulayan rektor burada gedən prosesləri yeni ideyaları inkişaf etdirmək, elmdə mütərəqqi fikirləri üzə çıxarmaq baxımından yüksək qiymətləndirib. Universitetdə prioritet istiqamətlərdən birinin müəllim peşəsini inkişaf etdirmək, müəllim yetişdirməklə bağlı təkliflərin irəli sürmək olduğunu söyləyən S. Seyidov bu məsələ ilə bağlı Azərbaycanın müxtəlif orta və ali məktəbləri ilə fikir mübadiləsi apardıqlarını bildirib. Rektor S. Seyidov Ümummilli lider Heydər Əliyevin müəllimə, təhsilə və elmə verdiyi qiymətin əsas olduğunu vurğuladı: “Ümummilli liderin siyasəti və prezidentimizin apardığı düzgün siyasət elm və təhsil istiqamətində də öz bəhrələrini verməkdədir”.

Rektor Səməd Seyidov rəhbərlik etdiyi ali təhsil ocağının əsasının məhz 1973-cü ildə Heydər Əliyevin sərəncamı əsasında qoyulduğunu konfrans iştirakçılarının diqqətinə çatdırdı. O, Ümummilli liderin Azərbaycanda xarici dillərin öyrənilməsində əvəzsiz xidmətlərinin olduğunu da deyib: “Heydər Əliyevin bu addımı onun dahi, uzaqgörən bir şəxsiyyət olduğunu bir daha sübut edir”.

İki gün davam edəcək konfransın plenar iclasında Təhsil Nazirliyinin Elm və Ali təhsil şöbəsinin Tələbələrə dəstək və mübadilə proqramları sektorunun müdiri Sülhəddin Gözəlov çıxış edərək artıq ənənə halını alan əhəmiyyətli konfransda iştirak etməkdən məmnunluğunu ifadə edib. İnformasiya cəmiyyətində yaşadıqlarını deyən S. Gözəlov indiki dövrdə yalnız gənc nəslin deyil, orta nəslin də xarici dil bilməyinin vacibliyindən danışıb. S. Gözəlov xarici dil tədrisinin keyfiyyətinin yüksəldilməsi baxımından konfransın əhəmiyyətini vurğulayıb. O, Azərbaycanda xarici dil mütəxəssislərinin yetişməsində Azərbaycan Dillər Universitetinin vacib rol oynadığını bildirib. Təhsil Nazirliyinin nümayəndəsi həyata keçiriləcək “Sabah” layihəsindən söz açdı. Bildirib ki, yeni tədris ilində 8 ali təhsil müəssisəsində “Sabah” qrupları fəaliyyətə başlayacaq. O, ADU-nun da bu 8 təhsil ocağından biri olduğunu və bu qrupların 52 ixtisas üzrə yaradılcağını diqqətə çatdırıb. S. Gözəlov ADU-nun professor-müəllim heyətinin potensialından istifadə olunacağını da sözlərinə əlavə edib.

Bakı Dövlət Universitetinin (BDU) Elmi işlər üzrə prorektoru, professor Aydın Kazımzadə çıxış edərək Dillər Universitetində olmaqdan məmnunluğunu bildirib. A. Kazımzadə BDU və ADU arasında birgə əməkdaşlıq haqqında sazişin olduğunu xatırladaraq, universitetlərin əməkdaşlıq etdiyini vurğulayıb. O, BDU-da xarici dil müəllimlərinin attestasiyasının aparılmasında Dillər Universitetinin mütəxəssislərinin yaxından iştirak etdiyini qeyd edib.

Qafqaz Universitetinin Tədris işləri üzrə prorektoru, professor Cihan Bulut dil öyrənmənin üstünlüklərindən danışıb. Mədəniyyətlərarası dialoq əsrində dil bilmədən fəaliyyət göstərməyin mümkünsüzlüyündən danışan prorektor konfransın keçirilməsində əməyi olan hər kəsə öz təşəkkürünü bildirib.

Plenar iclasda ADU-nun müəllimləri Fatma Qurbanzadə “Müxtəlif dillərdə və janrlarda ellipsisin koqnitiv əsası”, Lalə Rzayeva “Qrammatik metaforanın tədrisində qarşıya çıxan çətinliklər”, Nərminə Zərgərova “İngilis dili fakültələrində akademik yazı fənninin tədrisində qarşıya çıxan çətinliklər”, Nigar Zeynalova “Tələbələrin müstəqil işinin Moodle sistemində təşkili” və Rəna Fərəcova “Rəqəmsal dövrdə ingilis dilinin tədrisi zamanı qarşıya çıxan problemlər” mövzularında məruzə edib .

Bununla da ADU-da keçirilən “Xarici dillərin tədrisinin aktual problemləri” Respublika konfransının plenar iclası başa çatıb. Konfrans bölmələrdə öz işini davam etdirir.

Əvvəlki xəbər

Azərbaycanlı hakim UEFA-dan təyinat aldı

Azərbaycan dili tədrisinin aktual problemləri qurbanov

Mayın 11-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin yaranmasının 80 illiyinə həsr olunmuş “Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda respublika elmi-praktik konfransı işə başlayıb.

Modern.az xəbər verir ki, iki gün davam edəcək konfransın plenar iclasında çıxış edən ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev konfransın xarici dillərin tədrisi kimi önəmli bir məsələyə həsr olunduğunu bildirib və onun əhəmiyyətindən bəhs edib. O, Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarovun illik hesabatından sitat gətirərək müasir dövrdə iş tapmaq üçün öz ixtisasını dərindən bilmək, informasiya texnologiyalarından istifadə etmək və ən az iki xarici dil bilmək kimi vacib komponentləri diqqətə çatdırıb. “Dil bilmək insana bir çox sahələrdə kömək edir”-deyən Ə.Abdullayev müasir dövrdə dil öyrənmənin forma və metodlarının dəyişməsindən söz açıb. O, ADU-nun Azərbaycanda ənənəvi dil sahəsində ilk müəllim hazırlayan ali təhsil müəssisəsi olduğunu ön plana çəkib və universitetin tələbələrinin bir çox xüsusiyyətlərinə görə digər ali məktəb tələbələrindən fərqləndiyini bildirib. Konfransın əsas məqsədinin qloballaşma dövrü prizmasından dil tədrisinin aktual məsələlərinin müzakirə edilməsi olduğunu söyləyən Ə.Abdullayev hər il bu konfransı təşkil edərkən xarici dilin necə tədris edilməsi və tələbələrə nəyin təlqin olunması kimi məsələlər haqqında müzakirələr aparıldığını və bunun müxtəlif formalarda ən optimal variantlarının axtarıldığını vurğulayıb.

Plenar iclasda ADU-nun Ümumi dilçilik kafedrasının professoru Fəxrəddin Veysəlli “Dilöyrətmədə anlam konsepsiyası”, universitetin müəllimi Aytən Kazımova isə “Qeyri-ixtisas fakültələrində “İşgüzar ingilis dili”nin tədrisində İKT-dən istifadə qaydaları” mövzusunda məruzə ilə çıxış ediblər.

Qeyd edək ki, “Xarici dillərin tədrisi və İKT”, “Xarici dillərin tədrisi və kommunikativ səriştəlilik”, “Müasir linqvistik paradiqmlər və xarici dillərin tədrisi”, “Təlim materialının mənimsənilməsi psixolinqvistik problem kimi” adlı 4 bölmədə keçirilən konfransda ümumilikdə 197 məruzə dinləniləcək. Plenar iclasdan sonra konfrans öz işini bölmə iclaslarında davam etdirir. Konfransın yekununda isə bölmə rəhbərlərinin hesabatları dinləniləcək və yekun sənəd qəbul olunacaq.

Modern.az

Похожие статьи

  • Azərbaycan dili ali təhsil üçün

    Azərbaycan dili ali təhsil üçün Dövlət İmtahan Mərkəzi (DİM) mayın 26-da ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydalarına əsasən…

  • Azərbaycan dili və ədəbiyyatı tədrisi jurnalı

    Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalı mədəni-ictimai nəşr kimi maraqla oxunur Rektor qeyd edib ki, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən…

  • Azərbaycan dili dim

    Azərbaycan dili dim Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən,…

  • Azərbaycan dili 4 iş dəftəri

    Azərbaycan dili 4 iş dəftəri “Qafqazinfo” məsələylə bağlı təhsil üzrə ekspert Kamran Əsədovun fikirlərini də öyrənib. Ekspert bildirib ki, məktəblərdə iş…

  • Azərbaycan dili 2 yuklə

    Azərbaycan dili 2ci sinif qayda Rzayeva tarafından Azərbaycan dili Lügətlər və Müasir Tətbiqlər Vasitəsilə Söz Ehtiyatını Artırmaq Hər bir dili öyrənmək…

Comments are closed, but trackbacks and pingbacks are open.