Azərbaycan dili və nitq mədəniyyəti adil babayev
Dilin üslubiyyatı dilin üslubu quruluşunu — yəni üslublar sistemini həm sinxron, həm də diaxron planda, nitq üslubiyyatı isə nitq üslublarını, yəni əsas janrlar çərçivəsində kompozisiya sistemini, yaxud ictimai nitqin konstruktiv növlərini öyrənir. Praktik üslubiyyat, şəraitindən, məzmun və məqsəddən asılı olaraq nitqin müxtəlif imkanlarını, nitqin keyfiyyətini öyrənir. O, nitqdə nəyin yaxşı və ya pis olduğunu müəyyən edir.
Üslubiyyat bir termin kimi XX əsrin I rübündə elmə daxil olmuş, əsasən, ədəbiyyatşünaslığa aid edilmişdir. Keçən əsrin 40-cı illərindən başlayaraq dilçilikdə və ədəbiyyatşünaslıqda hegemonluğu ələ alan akademik V.V.Vinoqradov üslubiyyatm müstəqil dil sahəsi olduğunu qətiyyətlə sübut etdi. Alim haqlı olaraq göstərdi ki, bədii üslub məhz bədii dillə yaranır. Buna görə də o dilçilik sahəsi olmalıdır. Amma alim bədii ədəbiyyatın üslubiyyatı (cTHnncTHKa xyao>ı
Nitq mədəniyyətinin əsasları
Müasir dilimizdə işlətdiyimiz mədəniyyət sözü çox geniş anlayış ifadə edir. Bu anlayış yaxşı-pis, müsbət-mənfi sözləri qədər və bəlkə, onlardan daha geniş məna ifadə edir. Mədəni sözü ərəbcə şəhərli deməkdir. İlk əvvəl mədəni-şəhərli insan davranışının və fəaliyyətinin bütün növlərində şəhərdən uzaq bədəviliyə qarşı qoyulurdu. Baqşa sözlə, şəhərlinin hərəkəti, davranışı, danışığı bədəvilərə nisbətən mədəni hesab olunurdu. Sonradan mədəniyyət sözü öz mənasını daraldaraq mədəniyyətsizliyə qarşı qoyuldu. Azərbaycan dilinin izahlı lüğətində bu sözün üç mənası verilmişdir:
1. İnsan cəmiyyətinin istehsalatda, ictimai və mənəvi həyatda əldə etdiyi nailiyyətlərin məcmusu;
2. Xalqın və ya siniflərin müəyyən dövrdə əldə etdiyi nailiyyətlərin məcmusu, belə nailiyyətlərin səviyyəsi // təsərrüfat və ya zehni fəaliyyətin inkişaf səviyyəsi;
3. Savadlılıq, elmilik // mədəni adamın tələblərinə uyğun gələn həyat şəraitinin məcmusu, yaşayış mədəniyyəti.
Bu izahı tam və dolğun hesab etmək olmaz. Çünki, birinci bənddəki insanların istehsalatda və mədəni həyatda əldə etdiyi nailiyyətlərin, uğurların (maliyyə, təsərrüfat və s.) hamısını mədəniyyətə daxil etmək olmaz. 3-cü bənddə isə taftalogiya özünü göstərir: «mədəni adamın tələblərinə uyğun gələn ifadəsi də taftalogiya olub sözün mənasını dolğun əks etdirmir.
Azərbaycan dilində mədəniyyət sözünün bir termin kimi işlənməsi tarixi çox da qədim deyil. Sovet hakimiyyətinin ilk onilliklərində bu söz ərəb mənşəli olduğu üçün onu «Kultura» sözü ilə əvəz etmişdilər. Bu söz latın mənşəli olub cultura sözündəndir. Mənası — Vozdelivanie, tərbiyə, təhsil, inkişaf, hörmət deməkdir».
İnsanın mədəni səviyyəsinin və həyatın inkişafı nəticəsində mədəniyyətin çox çeşidli sahələri yaranmışdır. Məsələn:
1. Dövrlə bağlı: Antik mədəniyyət
2. Millətlə bağlı: Ərəb mədəniyyəti
3. Məkanla bağlı: Kənd mədəniyyəti, şəhər mədəniyyəti, Avropa mədəniyyəti.
Qeyd etmək lazımdır ki, mədəniyyət insan fəaliyyəti ilə bağlı olduğu üçün konkret yerin — məkanın mədəniyyəti anlayışı şərti formada başa düşülür. Məsələn, Avropa mədəniyyəti dedikdə burada yaşayan xalqların mədəniyyəti başa düşülür, yoxsa yerin mədəniyyəti olmaz. Eyni sözləri Fransa mədəniyyəti, İran mədəniyyəti və s. haqqında demək olar.
4. İnsanın həyat və fəaliyyətinin müxtəlif sahələri ilə bağlı müəllim mədəniyyəti, tələbə mədəniyyəti, oxuma mədəniyyəti, səhnə mədəniyyəti, sürücü mədəniyyəti, satıcı-ticarət mədəniyyəti və s..
Bunlardan biri də «insanın atributu» olan danışıq mədəniyyətidir. Danışıqsız insanı təsəvvür etmək olmaz. İnsan ünsiyyət sözündəndir. Əgər lalların əl-hərəkət (doktilo) vasitəsini istisna etsək, insanı danışıqsız təsəvvür etmək olmaz. Hər bir insan cəmiyyətin əsil mənada üzvü olmaq üçün nitqə malik olmalıdır. Tələbə və müəllimlərin içərisində, qurultay iştirakçılrı, deputatlar, böyük və kiçik toplantıların iştirakçıları arasında bircə nəfər də olsun lal adama rast gəlmək olmaz. Çünki burada danışmaq lazımdır. İnsan kiçik yaşlarından danışıq vərdişləri əldə etdiyi zamandan ömrünün sonun qədər öz danışığını təkmilləşdirir. Çünki insan təkcə öz dilinin quruluşunu bilməklə kifayətlənməməlidir. Bunu ən kobud, mədəniyyətsiz adamlar da bilir. Eyni zamanda insan danışdığı insan danışdığı dilin, xüsusilə, ana dilinin incəliklərini bilməli, fikrini gözəl ifadə edə bilməlidir. Burada M.R.Lvovun bir müqayisəsini xatırlatmaq yerinə düşərdi. O yazır: «Bədən tərbiyəsi haqlı olaraq, orta və ali məktəblərdə lazımlı bir fənn kimi qəbul edilir və ona milyardlarla pul xərclənir, ancaq nitq mədəniyyəti qrammatikanın hüdudsuz sahəsinin pərsəng daşı kimi dilçiliyə aid edilir». Dilçilikdə bu məsələ ikinci dərəcəli bir iş hesab edilir. Əslində isə belə olmamalıdır. Qəti şəkildə inanmaq lazımdır ki, nitq mədəniyyəti insan mədəniyyətinin, nitq gözəlliyi insan gözəlliyinin, nitqin təsirliliyi insan nüfuzunun (avtoritetinin) tərkib hissəsidir. Bu səbəbdən də nitq mədəniyyəti dil normaları məcmusu kimi yalnız qrammatika tədris olunan yerlərdə deyil, mühəndislərə, hüquqşünaslara, aviatorlara, həkimlərə də tədris edilməlidir. Onların da öz sahələrində mədəni danışığı təmin edilməlidir. Hər bir adam nitqində özünü təqdim edir. Əgər öz bəlağətli nitqi ilə özünü təqdim edə bilmirsə, nə müəllimin, nə baş nazirin sözünə qulaq asmaz, ona hörmət etməzlər. Əksinə, nitqi gözəl olan adam özünə cəmiyyətdə böyük nüfuz qazandırır. Bu mənada Böyük fars şairi Sədinin sözləri yada düşür:
Ağızdakı dil nədir?
Hünər sahibinin xəzinəsini açan,
Əgər danışmasa, heç kəs bilməz ki,
O zərgərdir, ya saqqızsatan.
Burada çoxlu incə mətləblər vardır. Eyni mövzunu müxtəlif auditoriyada eyni cür şərh etmək olmaz; Eyni mövzunu müəllimlə tələbə eyni cür izah edə bilməz. Yəni bu problem aşağıdakı məsələləri əhatə edir:
1) Kim danışır?
2) Kimə danışır?
3) Hansı şəraitdə danışır?
4) Nə barədə danışır?
5) Nə məqsədlə, nə səbəbə danışır
6) Öz fikrini çatdıra bilirmi, onu başa düşürlərmi?
7) Ona auditoriyanın (dinləyicilərin) münasibəti necədir?
8) Onun nitqini arzu edirlərmi?
9) Danışdığı mövzunu yaxşı bilirmi? və s.
Nitq mədəniyyəti bir sıra problemlə vəhdətdə olub, öz spesifik xüsusiyyətləri ilə onlardan ayrılır. Yəni onları təcrid etmək mümkün olmadığı kimi, eyniləşdirmək də olmaz. Bu problemlər aşağıdakılardır: a) Ritorika — bəlağət; b) Üslub və üslubiyyat; c) Norma.
RİTORİKA
Çox vaxt ritorika (bəlağətli nitq) ilə nitq mədəniyyətini eyniləşdirmişlər. Ritorika — yunanca natiqlik sənəti haqqında elm deməkdir, geniş mənada isə bədii nəsr — bədii oxuma sənəti mənasında işlənmişdir. Qədim yunan və Roma natiqləri S.Çiseron, Kvantilian ritorikanı 5 hissədən ibarət hesab etmişlər: materialın tapılması (seçilməsi); yerləşdirilməsi (ardıcıllıq); sözlərlə ifadəsi (yüksək orta və aşğı üslubda ifadə etmək), habelə sözlərin seçilməsi; yadda saxlamaq (yada salmaq) və nitqin ifadəsi.
Bu qədim sənət növü insanlara böyük hörmət gətirirdi. Sonralar isə V.Hüqodan başlayaraq ritorika gurultulu ifadələr, mənasız sözlər yığını (nycTocnoBua), hay-küy mənasında işlənmişdir. Nitq mədəniyyəti isə başlıca olaraq ritorikanı özündə əks edirir. Başqa sözlə, ritorikasız nitq mədəniyyəti ola bilməz.
ÜSLUB VƏ ÜSLUBİYYAT
Dilçilikdə, ədəbiyyatşünaslıqda, müsiqidə, vokal sənətində, memarlıqda, xalçaçılıqda və insan idrakının, sosial şüurun fəaliyyət göstərdiyi bir sıra sahələrdə üslub (stil) aparıcı xüsusiyyətə malikdir. Stil sözü dünya elmində və mədəniyyətdə üsluba nisbətən daha qədimdir.
Stil termini yunan dilindən latın dilinə keçmiş «Stilus» sözündən olub, çubuq, qələm deməkdir. Sonradan bu söz yazı manerası «Obraz sisteminin bədii təsvir vasitələrinin, yaradıcılıq üsullarının ümumiliyi olub, ideya vəhdəti eyniliyi ilə şərtləndirilir.
Üslub termini isə ərəbcə tərz, ifadə tərzi, üsul mənasındadır.
Ümumiyyətlə götürdükdə, üslub hər şeyin öz «məni»dir. Yəni hər hansı bir kateqoriyadan olan fəaliyyət növünün özünəməxsus keyfiyyət məcmusudur. Hər hansı bir sahənin ilkin inkişaf mərhələsində üslubu ola bilməz. Lap elə dilin özünü götürmüş olsaq, onun ilkin inkişaf mərhələsində hansı üslubundan bəhs etmək olar? Qəbilə dilinin bədii, funksional, elmi və s. üslubundan danışmaq olarmı?
Üslubun yaranması və çoxlu üslubların meydana gəlməsi dilin inkişafı ilə bağlıdır. Bütün dil üslubları dilin inkişaf səviyyəsindən asılıdır. Üslub çox geniş anlayışdır. Bu gün artıq akademik üslub, arxaik üslub, dialoq üslubu, monoloq üslubu, janr üslubu, realist üslub, romantik üslub, funksional üslub, bədii üslub, elmi üslub və s. üslub növləri vardır ki, bunların hamısı dilin öz inkişafı və tarixi durumu ilə bağdıdır. Bundan əlavə, poetik üslub — ayrı-ayrı sənətkarların fərdi üslubu da vardır ki, onlar da bilavasitə dilin tarixi inkişafından asılıdır.
Üslub anlayışının tarixi çox qədimdir. Hələ yunan dilçiliyində Aristotel insan nitqi və onun fəlsəfi problemlərindən danışarkən üslub məsələlərinə toxunurdu. Sonra romalılar üslub anlayışını nitqə tətbiq etdilər. Həm yunanları, həm də romalıları üslub məsələsində bir ümumi cəhət birləşdirirdi. O da hər iki ölkə alimlərinin üslub (stil) terminini ritorika, bəlağətli nitq, geniş mənada natiqlik sənəti kimi başa düşmələri idi.
Böyük yunan alimi Aristotel (e.ə. 384-322) üslub məsələsini nitq mədəniyyəti ilə əlaqələndirərək yazırdı: «Üslubun qiyməti onun aydmlığmdadır… Əgər nitq aydın deyilsə, deməli, o (natiq — A.B.) öz məqsədinə nail ola bilməz. Üslub həddən çox alçaq, həddən çox yüksək olmamalıdır, lakin nitqin mövzusuna uyğun gəlməlidir».
Qədim Romanın məşhur natiqi, yazıçısı, vəkili, görkəmli siyasi xadimi Mark Tulli Siseron (e.ə. 106 — 43) natiqlik sənəti haqqında traktat yazmışdır. Siseronun aşağıdakı sözlərini bilməyən üslubiyyatçı və natiq yoxdur: «Əsil natiq o şəxsdir ki, adi işlər haqqında sadə, böyük işlər haqqında əzəmətlə, orta səviyyəli işlər barədə isə yuxarıdakılar arasında orta mövqe tutan bir üslubla danışmağı bacarsm».
Qədim Hindistanda da üsluba nitq əlaməti kimi baxmışlar. Üslubiyyatı isə nitqi bəzəyən elementlər haqqında təlim kimi qiymətləndirmişlər.
Azərbaycan ədəbiyyatının Nizami, Nəsimi, Füzuli, M.F.Axundov, S.Ə.Şirvani, C.Məmmədquluzadə və başqa görkəmli nümayəndələri bədii və rəsmi üslubun müxtəlif sahələri haqqında qiymətli fikirlər söyləmişlər. Məsələn, M.Füzuli bədii üslublar içərisində qəzələ üstünlük verərək deyirdi:
Qəzəldir səfa bəxşi əhli-nəzər,
Qəzəldir artıran şairin şöhrətini.
Qəzəl de ki, məşhuru-dövran ola,
Oxumaq da, yazmaq da asan ola.
M.F.Axundov bədii üslubun bir çox məsələlərinə toxunmuşdur. O, şeirdə poetikanı əsas amil hesab edərək deyirdi: «Şeir gərək son dərəcə ziyadə ləzzətə bais ola və hüzndə və fərəhdə ziyadə təsirə bais ola. Əgər olmasa, sadə nəzmdir».
Sonra böyük ədib İranın bir sıra şairlərinin əsərlərini tənqid edərək yazır: «. və hərgiz bilmir ki, poeziya nə tövr gərək olsun və hər pərpuç nəzmi poeziya hesab edir. Belə zənn eləyir ki, poeziya ibarətdir bir neçə taqqa-turuqu əlfazı bir vəzni-müəyyəndə nəzmə çəkib axırma qafiyə verməkdən və məhbubları qeyri vaqe süfat ilə tərif etməkdən və baharı və xəzanı qeyri-təbii təşbihat ilə vəsf eləməkdən. Necə ki, Tehranın mütəəxxirin şüərasmdan Qaani təxəllüsündə bir şairin divanı bir növ cəfəngiyyat ilə doludur. Dəxi fəhm edə bilmir ki, poeziyada məzmun gərək ki, məbaratib nəsrdə bəyan olunan məzamindən müəsirtər düşə və ya poeziya gərək ya hekayətə, ya şikayətə şamil ola».1
M.F.Axundov haqlı olaraq belə hesab edir ki, bədii personajın danışıq üslubu onun hərəkətləri ilə həmahəng olmalı, obrazın daxili aləminin açılmasına gömək etməlidir. Ədib Mirzə Ağaya onun pyesləri haqqında verdiyi məsləhətdə deyirdi: «bütün bu əhvalat şirin və təsirli ibarələrlə ifadə edilməlidir. İnşallah bu ibarələrlə sizin qələminizin gücünü görəcəyik. Bu cür edin ki, Sara ismətli və həyalı görünsün. Buna görə də onun anası ilə və başqaları ilə olan bütün danışıqlarını dəyişdirin».
Böyük demokrat C.Məmmədquluzadə istər bədii, istərsə də publisistik yaradıcılığında ana dilinin varlığı, saflığı, xəlqiliyi uğrunda mübarizə aparmışdır. O, həmişə «türkün açıq ana dili»ndə yazmış və bunu öz həmfikirlərindən tələb etmişdir. «Molla Nəsrəddin» və onun ətrafına toplaşan Ə.Haqverdiyev, M.Ə.Sabir, O.F.Nemanzadə, onlarla sıx həmfikir olan F.B.Köçərli və onlarla başqaları ədəbi üslübun xalq qoluna üstünlük verirdilər. Əsrin əvvəllərində «Füyuzat» və «Şəlalə» kimi jurnallar ümumtürk məsələsini qoymaqda nə qədər haqlı idilərsə, doğma Azərbaycan dilini bəyənməməkdə bir o qədər yanılırdılar. «Şəlalə» jurnalının 1913-cü il 2 mart tarixli sayında şəlaləçilərə cavab olaraq «Dil məsələsi» adlı məqalə dərc edilmişdir. Burada deyilir: «Şairin və ya müəllifin yazdığı əsər ancaq o vaxtı fayda verə bilər ki, o əsər «El malı» ola bilə. Bir əsər də «el malı» ola bilmək üçün elin dilində, elin anladığı tərzdə yazılmalıdır. Misal üçün «Şəlalə»nin üçüncü sayında birinci səhifədə «Hirs və təmə» ünvanlı yazılmış məqalənin ilk sətirlərini götürək. Belə qurma dil ədəbi dil ola bilməz. Hər bir qövmün ədibləri və ürəfası tərəfindən o qövmün dilinin ruhuna və qanununa müvafiq yaradılmış, zərifləndirilmiş və sərbəstləndirilmiş (zənginləşdirilmiş — A.B.) dil o qövmün ədəbi dilidir».1 Buraya qədər deyilənlərdən belə bir nəticəyə gəlmək olar ki, üslub anlayışı insan idrakının, insan fəaliyyətinin bütün sahələrini əhatə edir.
Deməli, insan fəaliyyətinin bütün dövrlərində üslub anlayışı bu və ya digər dərəcədə mövcud olmuşdur. Buna görə də çox vaxt üslublar tarixindən bəhs edərkən onu yazıya qədərki və yazı ənənəsindən sonrakı deyə 2 dövrə bölürlər.
«Yazıya qədərki şifahi ədəbi dilin funksional üslubunun tarixi də qədimdir. Bu üslub hər bir dildə uzun illər yazı ənənəsi olmayan şəraitdə yaranır. Mənsub olduğu xalqın tarixinin qədim dövrlərindən təşəkkül tapan ədəbi şöhrət üslubu formalaşdığı prosesdə özünün dil vahidlərindən müxtəlif məqsədlər üçün söz və ifadə seçib işlətmək prinsiplərini yaratmışdır. Bu üslub dilin ictimai vəzifəsini yerinə yetirərkən onun iki mikro üslubu meydana gəlmişdir. Məişət-ədəbi söhbət mikro üslubda ata qayğısı — ana nəvazişi, ata məsləhəti — ana nəsihəti üçün ədəbi səciyyəli söz və ifadələr — dil vahidləri seçilib işlədilmişdir. Rəsmi-ədəbi söhbət üslubunda da müxtəlif müraciətlər, ricalar, xahişlər üçün mədəni söz tərkiblərinə, ifadələrə müraciət olunmuşdur.
Yazıya qədərki Azərbaycan şifahi ədəbi dilində də həm poetik funksional üslub, həm də ədəbi söhbət funksional üslubu fəaliyyət göstərmişdir»
İnsanın iş üslubu, danışıq tərzi, cəmiyyətdəki davranışı üslubun bu və ya digər sahəsi ilə əlaqədardır. İnsan idrakı kamilləşdikcə o, nəyin yaxşı, nəyin pis olduğunu dərk etmiş, özünün bütün fəaliyyətində üslub, tərz, üsul, manera və s. kimi cəhətlərlə bağlı olmuşdur. Buna görə də üslubları öyrənib onları bu və ya digər əlamətlərinə görə qruplaşdırmaq ehtiyacı meydana gəlmişdir. Bu, artıq üslubiyyatm bir elm kimi yaranması demək idi.
ÜSLUBİYYATIN YARANMASI VƏ FORMALAŞMASI
Üslubların özü kimi onları bütöv halda öyrənən üslubiyyat haqqında hamının eyni cür, birmənalı şəkildə qəbul edə biləcəyi fikir yoxdur.
Bizi maraqlandıran dilçilikdəki üslub məsələsidir.
Görkəmli Azərbaycan alimi Ə.M.Dəmirçizadə üslubları öyrənən elm kimi üslubiyyatı belə səciyyələndirir: «Üslubiyyat dilin ifadəlilik vasitələrinin məqsədəuyğun surətdə istifadə edilmə qayda və qanunlarından, xüsusiyyət və əlamətlərindən, ifadə vasitələrinin sistem təşkil etməsi xüsusiyyətlərinə görə formalaşan müxtəlif üslubların əlamətdar cəhətlərindən bəhs edən elmdir».1
Bu tərifi ideal adlandırmaq mümkün olmasa da, hələlik dillə bağlı üslubiyyata verilən ən mükəmməl tərifdir. M.K.Moren və N.N.Teterevnikova isə üslubiyyata belə bir tərif verirlər: «Üslubiyyat — ünsiyyətin müxtəlif şəraitində ifadə etmək üçün dil vasitələrinin seçilməsi və işlədilməsi prinsiplərini öyrənən müstəqil filoloji elmdir».
Bu tərif də əsasən, üslubiyyatı düzgün səciyyələndirir. Amma üslubiyyatı «müstəqil filoloji elm» kimi qəbul etmək, ona dilçilik və ədəbiyyatşünaslıq səviyyəsində müstəqillik statusu vermək demək olardı. Üslubların tarixi qədim olsa da, bir elm kimi üslubiyyatm tarixi XX əsrin 20-ci illərindən başlayır. Üslubiyyatm bir elm sahəsi kimi bünövrəsini Praqa funksional dilçilik məktəbinin banisi görkəmli dilçi Villem Matezius, onun həmkarları V.Skaliçka, F.Travniçek, B.Havranek və başqaları dilin özünü funksional fəaliyyət prosesində götürürlər.
«Praqa dilçilik dərnəyi»nin tezislərində dilin üslubi cəhətlərindən danışılır. Burada ədəbi dil, şeir dili və onların xüsusiyyətlərindən bəhs edilir ki, bu bilgiləri üslubiyyat elminin ilkin qaynaqlarından hesab etmək olar.
«Funksional dilçilik məktəbinə görə, insan fəaliyyətinin məhsulu olmaqla dilin, eyni zamanda məqsəd istiqaməti vardır. Nitq fəaliyyətinin ünsiyyətvasitəsi kimi təhlili göstərir ki, danışanın daha aydın nəzərə çarpan məqsədi ifadədir. Odur ki, linqvistik təhlilə funksional baxımdan yanaşmaq lazımdır. Bu baxımdan, dil də hər hansı bir məqsədə xidmət edən ifadə vasitələri sistemidir^1
Praqa funksional dilçiləri əslində üslubla funksional dil anlayışlarını eyniləşdirirlər. Onlar ədəbi dilin funksiyaları ilə funksional dillər (üslublar — A.B.) arasındakı münasibətləri aşağıdakı kimi qəbul edirlər. Ədəbi dilin funksiyaları: a) kommunikativ dil ifadəsi, b) praktik xüsusi dil ifadəsi, c) nəzəri xüsusi dil vahidləri, ç) estetik dil ifadəsi.; Funksional dillər: a) danışıq, b) kargüzarlıq, c) elmi, ç) poetik.29 30
Dilçiliyin başqa şöbələri kimi, üslubiyyat da öz növbəsində: a) nəzəri və təcrübi; b) ümumi və xüsusi; c) təsviri, tarixi və müqayisəli olaraq üç sahəyə ayrılır. Bu sahələri şərh etmək bizim məqsədimizə daxil deyil.
M.Mikayılov da üslubiyyatı maraqlı şəkildə təsnif edir. Onun fikrincə, dilçilik parametri ilə üslubiyyatı aşağıdakı qruplara ayırmaq mümkündür:
1) ümumi üslubiyyat;
2) xüsusi üslubiyyat;
3) dilin üslubiyyatı;
4) nitqin üslubiyyatı
5) praktik üslubiyyat.
«Ümumi üslubiyyat — ümumiyyətlə, nitq fəaliyyətidir, bütün və ya əksər dillərə aid olan universal məsələləri, xüsusi üslubiyyat isə bu və ya digər konkret dilin üslubu quruluşunu öyrənir.
Dilin üslubiyyatı dilin üslubu quruluşunu — yəni üslublar sistemini həm sinxron, həm də diaxron planda, nitq üslubiyyatı isə nitq üslublarını, yəni əsas janrlar çərçivəsində kompozisiya sistemini, yaxud ictimai nitqin konstruktiv növlərini öyrənir. Praktik üslubiyyat, şəraitindən, məzmun və məqsəddən asılı olaraq nitqin müxtəlif imkanlarını, nitqin keyfiyyətini öyrənir. O, nitqdə nəyin yaxşı və ya pis olduğunu müəyyən edir.
Üslubiyyat bir termin kimi XX əsrin I rübündə elmə daxil olmuş, əsasən, ədəbiyyatşünaslığa aid edilmişdir. Keçən əsrin 40-cı illərindən başlayaraq dilçilikdə və ədəbiyyatşünaslıqda hegemonluğu ələ alan akademik V.V.Vinoqradov üslubiyyatm müstəqil dil sahəsi olduğunu qətiyyətlə sübut etdi. Alim haqlı olaraq göstərdi ki, bədii üslub məhz bədii dillə yaranır. Buna görə də o dilçilik sahəsi olmalıdır. Amma alim bədii ədəbiyyatın üslubiyyatı (cTHnncTHKa xyao>ı
1. «Sistemlər sistemi» olan dilin üslubiyyatı. Bunu o, eyni zamanda «struktur üslubiyyat» da adlandırır. Strüktur üslubiyyat «sistemlər sistemi» kimi dilin vahid daxili quruluşunu, sözlərin, söz sırasının, sistem şəklində olan müxtəlif xüsusi formaların əlaqələrini, qarşılıqlı təsirini öyrənir, aydınlaşdırır və təsnif edir. Eyni zamanda tarixən dəyişkən meylləri, dil üslublarının qarşılıqlı növlərini — funksional üslubları öyrənir. Bundan başqa, sözlərin, söz birləşmələrinin semantik quruluşunda, leksik və qrammatik sinonimlərdə əks olunan incə məna fərqlərini — ekspressivliyi, intonasiyanın keyfiyyətini, sözlərin cümlədə öz yerinə görə işlənmə variasiyalarını öyrənmək də dil üslubiyyatmm vəzifəsidir.
2. Nitq üslubiyyatı. Nitq üslubiyyatı şifahi və yazılı nitqin ictimai cəhətdən şərtlənmiş növlərin, janrlar arasında olan ən incə semantik, ekspressiv üslubi fərqləri, geniş mənada nitqin melodiyasını, intonasiyasını və s. öyrənir.
3. Bədii ədəbiyyatın üslubiyyatı. Bu da bədii əsərlərin dilini öyrənir.
Üslublar, onların növləri Azərbaycanda hələ qədimdən bəlli idi. Bu haqda prof.H.Ə.Həsənovun fikri maraqlıdır: «Azərbaycan ədəbi (yazılı ədəbi) dilin fəal təşəkkül prosesində ikən, ümumən, ədəbi dilin funksional üslublar bölgüsü mütəfəkkir yazıçılarımıza da bəlli idi. Görkəmli Azərbaycan şairi Ə.Xaqaninin hələ 800 ilə əvvəl gəlmə ədəbi dil materiallarına əsaslanaraq verdiyi funksional üslubi bölgü elə Azərbaycan yazılı ədəbi dilinin ilkin formalaşma mərhələsinə də şamil edilə bilər. Ə.Xaqani alim dostu Qütbəddinə yazdığı məktubunda nəsr əsərlərindən və onların üslub xüsusiyyətlərindən bəhs edərək demişdir: «Katiblik (nəsrlə yazmaq) üç növdən artıq deyil: dəbiranə, vaizanə və mühəqqiqanə. Lakin «ibarət/t/lər» və sözlə ifadə oynamaq üslubları çoxdur. Y.Seyidov qeyd edir ki, Xaqaninin bu bölgüsündə 1) «dəbiranə» bədii və rəsmi-kargüzarlıq üslubuna, 2) «vaizanə» dini-didaktik sluba, 3) «mühəqqiqanə» elmi-tədqiqat üslubuna uyğun gəlir».
Ə.Dəmirçizadə müasir Azərbaycan dilinin aparıcı funksional üslublarını, bədii, elmi və ictimai-siyasi terminlərə əsaslanaraq, üç növünü göstərir. Bu cəhətdən Xaqaninin bölgüsü üzrə «vaizanə» dini-didaktik üslub ədəbi dilin «ictimai-siyasi üslub» növünün bir qoludur. Rəsmi-kargüzarlıq anlayışını bildirən üslub qolu da buraya daxildir».
Dilçilikdə üslubiyyat dedikdə, əsasən iki üslubiyyat növü nəzərdə tutulur. Bunlardan birincisi dil vahidlərinin üslubiyya-tıdır ki, onların özləri də müxtəlif yarımqruplara bölünür. Məsələn, fonetik üslubiyyat, leksik üslubiyyat, morfoloji üslubiyyat və sintaktik üslubiyyat. Üslubiyyatm bu bölmələri modallıqla sıx əlaqədardır. Hətta cümlənin aktual üzvlənmə-sində iştirak edən prosodik vasitələr də üslubi fonetikaya aiddir.
Müasir Azərbaycan dilini mükəmməl bilən hər bir adam səslərin uzanması, qısaldılması, vurğu, intonasiya və s. vasitəsilə fonetik üslub yarada bilər.
Hər hansı bir samitin və ya saitin tez-tez təkrarlanması xüsusi üslubi məqam yaradır. Məsələn, S.Rüstəmin «Çapayev» şeirindəki kimi (Ç samiti orada müəyyən ahəng yaradır). Uşaqlar üçün olan yanıltmacların hamısında səslərin təkrarı məqsədyönlü şəkildə ifadəni çətinləşdirir.
S.Rüstəmin «Bahar rəqsi» şeirində iki misrada 3 sait — a, ə, ı təkrarlanır; 20 sait-heca 3 sait hesabına yaranır.
Lənkərandayıq, lənkərandayıq,
Həyəcandayıq, həyəcandayıq.
Eləcə də uşaqlar üçün qurulan yanıltmaclarda: Getdim gördüm bir dərədə iki kar, kor, kürkü yırtıq kirpi var. Burada da k və r samitlərinin təkrarı məqsədyönlü şəkildə qurulmuşdur.
Leksik üslubiyyatda əsas məsələ sözlərin seçilməsidir. Burada da təkrarlar, paronimlər, sinonimlər və s. əsas rol oynayır. Hətta bəzən söz və ifadələrin qarşılaşdırılması da güclü üslubi məqam yaradır. Məsələn,… .Nəuzibillah bir dəqiqəliyə belə güman eləyək: Yer üzündə heç bir din yoxdur, yəni cəmi millətlər dinsizdir. və habelə nə kafir var, nə iman əhli var, nə sünni, nə şiə, nə xaçpərəst, nə bütpərəst, nə erməni Qriqoryan, nə ortodoks, nə rus, nə müsəlman, nə kilsə və nə məscid, nəuzibillah, nə isna əşəri, nə şafeyi, nə həmbəli, hənəfi, babi, malakan, prigun, şeyx, dərviş. (üzr istəyirik).35
Onomastik laydan da üslubi məqsədlər üçün istifadə edilir. Obrazın daxili aləmini açmaq üçün onlara verilən ad və soyadlardan geniş istifadə edilir. Məsələn, Haray Həşirzadə, Lal Dinməzov, Yazıq Fağırzadə kimi ad və soyadlar obrazın xarakterini əvvəlcədən oxucuya məlum edir.
Üslubi morfologiyada müəyyən şəkilçilərin artırılması və ya ixtisarı üslubi xarakter daşıyır. Məsələn, Xalqın düşmənləri xalq düşmənlərini məhv edir. Burada xalq sözünün birincisində yiyəlik hal şəkilçisi vardır. Deməli, düşmənlər də, xalq da konkretdir. İkinci xalq sözündə isə müəyyənlik bildirən yiyəlik hal şəkilçisi yoxdur. Buna görə də həm xalq, həm də düşmən sözləri qeyri-müəyyəndir (yəni uydurmadır).
Dil vahidləri məhz sintaktik səviyyədə geniş fəaliyyət imkanı qazanır. Sintaktik üslubiyyat da dil strukturunun bşqa səviyyə üslublarına nisbətən daha geniş və əhatəlidir. Burada söz sırası, cümlənin məqsəd və avaza görə dəyişməsi, prosodik vasitəlrlə yaranan üslubi məqamlar sintaktik təkrarlar, cümlənin sadələşdirilməsi və s. əsas rol oynayır. Məsələn, Zarafat kənarda qalsın, mən qorxuram ki, İran azərbaycanlıları deyərlər ki, Culfadan başlamış, bir tərəfi Savuç bulaq İran Kürdüstanı: Həmədan, Qəzvin, ta gəldi çıxdı Gilana və Şimal tərəfdə Şura Azərbaycanına qədər, belə bir məmləkətin — ki, adı İran Azərbaycanıdır, — cəmi əhalisinin ana dili türk dilidir və türk dili də olmalıdır.
Azərbaycan dilinin funksional üslubları aşağıdakılardır:
1. Bədii üslub. Burada terminlər işlənmir. Əsas sərt bədiilik -obrazlılıqdır. Növləri — qəzəl, qəsidə, şeir, nəsr, dram və s. üslubu. Bundan əlavə hər sənətkarın öz üslubu olur.
2. Elmi üslub. Burada terminlər əsas yer tutur. Bədiiliyə yol vermək olmaz. Elmi üslubda: monoqrafiya, dərslik, elmi rəy və s.
3. Publisistik üslub. Bu üslub hamının başa düşə biləcəyi şəkildə olmalıdır.
4. Rəsmi-kargüzarlıq üslubu — Dəftərxana sənədləri üslubudur.
5. Natiqlik üslubu. Məruzə, Mühazirə, çıxış.
6. Məişət üslubu. Ailə-məişət üslubu.
7. Epistolyar üslub — Məktublar, intim məktublar, rəsmi məktublar və ədəbi məktublar.
Müəllif: Adil Babayev
Mənbə: Azərbaycan dili və nitq mədəniyyəti (ali məktəblər üçün dərslik). “Gənclik” nəşriyyatı, Bakı,2015. 572 səh.
- Teqlər:
- Azərbayan dili
- , nitq
- , nitq mədəniyyəti
- , müasir Azərbaycan dili
- , dilin üslubiyyatı
- , dilin üslubu
- , bədii ədəbiyyatın üslubiyyatı
- , nitq üslubiyyatı
- , üslub
1938-ci ildə Naxçıvan MR Ordubad rayonu Dırnıs kəndində anadan olmuşdur.
1962-ci ildə ADU-nun filologiya fakültəsinin fərqlənmə diplomu ilə bitirmişdir.
1962-ci ildən bu günə kimi (54 il) Azərbaycan Dillər Universitetində işləyir.
1969-cu ildə namizərlik, 1996-cı ildə filologiya üzrə namizədlik və doktorluq dissertasiyası müdafiə etmişdir.
Filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər birliyinin, Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının, AMEA Orfoqrafiya Komissiyasının üzvüdür.
Dilçilik, ədəbiyyatşünaslıq, jurnalistlik, habelə bədii yaradıcılıqla məşğul olur. İndiyə¬dək onun 20 kitabı, 24 programı, 200-ə qədər müxtəlif xarakterli məqaləsi çap olunmuş¬dur. Ali məktəblər üzrə 4 dərsliyin alternativsiz müəllifidir. 12 nəfər elmlər namizərinin elmi rəhbəri, 3 nəfər elmlər doktorunun məsləhətçisi, 40 nəfərin rəsmi opponenti olmuşdur.
Onun “O qızı hər gün görürsən” pyesi televiziyada dəfələrlə göstərilmişdir.
Ulu öndərin ikinci dəfə hakimiyyətə gəlməsindən bəhs edən “Koroğlunun Çənlibelə qayıdışı” Naxçıvan Dövlət Musiqili Dram teatrında 2008-ci ildən fasiləsiz göstərilir.
“Sarı gəlin” pyesi 1989-cu ildən Azərbaycan televiziyasında göstərilir. İndi Naxçıvanda tamaşaya qoyulmuşdur.
“Apardı sellər Saranı” müəllifin son pyesidir. “Apardı sellər Saranı” pyesi 1918-ci ildə Naxçıvanı Andranik qoşunlarının qırğınından xilas etməsinə həsr edilmişdir.
O, Dilçilik və ədəbiyyatşünaslıq sahəsində məhsuldar çalışır.
Babayev Adil Məhəmməd oğlunun dərc olunmuş əsərlərinin
SİYAHISI
KİTAB.
1. Koroğlunun Çənlibelə qayıdışı. B., 1997.
2. Azərbaycan dili (ali məktəblərin rus bölmələri üçün dərslik). B., 2000. (Rəy K.Babayeva “Yeni Azərbaycan dili” fil.məs. dair №1-2, 2001-ci il).
3. Azərbaycan dili (Türkiyəli tələbələr üçün). Bakı, Mütərcim, 2000.
4. Dilçiliyimizin məbədi. BDU nəşri 2002. (Rəy Ə.Ə.Rəcəbli: ensiklopedik kitab “İqtisadiyyat” qəzeti №3 17-23 yanvar 2003.)
5. Elimizin və elmimizin soyqırımı BDU nəşri B., 2003.
6. Azərbaycan dili (ali məktəblər üçün dərslik). Nurlan, B., 2004.
7. Türksoyun birlik səsi. Monoqrafiya. B., Təhsil, 2006.
8. İtirdiklərimdən tapdıqlarım. Bakı “Təhsil” 2007.
9. Pyеslər (4 pyеs). B., 2014.
10. Koroğlunun Çənlibelə qayıdışı. B., 2010.
11. Koroğlunun Çənlibelə qayıdışı (ingiliscə). B., 2012.
12. Bəkir Çobanzadə. B., Şərq-Qərb, 1998.
13. Professor Adil Babayev – 70 (özüm-özüm haqqında). Biblioqrafiyası. B., Mütərcim, 1998.
14. Azərbaycan dilçiliyinin tarixi. B., 1996. (Rəy. Nizami Cəfərov Azərbaycan dilçiliyinin tarixi. B., 1996; “Xalq qəzeti” 25 iyun 1997).
15. Azərbaycan dili (Türkiyəli tələbələr üçün). B., 1999.
16. “Dilçiliyə giriş”. B., 1992. (Rəylər: a) Qasımov M., Kərimov Y., Faydalı vəsait. “Bilik” qəzeti 1993, №3; b) Vilayət Əliyev. Tələbələrə yeni töhfə “Axtarış” qəzeti. 1993, №8; c) İsmayıl Məmmədov. Orijinal dərslik “Xalq” qəzeti. 1993, №5; ç) Əbulfəz Rəcəbov. “Dilçiliyə giriş”. “Azərbaycan müəllimi” 1994, №17; d) Qara Məşədiyev və İsmayıl Kazımov. Dərsliklərimizi təzələyək “İki sahil” qəzeti. 1994, №10; e) Zərnişan Əhmədova, Nərgiz Ağayeva, İlqar Həmzəyev. Sadə və sanballı dərslik. “E1 qəzeti” 1994, №7). B., 1992.
17. Müasir Azərbaycan dilinin funksional üslubları B., 2002.
18. Azərbaycan dili və nitq mədəniyyəti. Bakı, “Təhsil”, 2007, 622səh.
19. Dilçiliyə giriş (Əlаvələr еdilmiş yеni nəşr). B., Nurlаn, 2012.
PROQRAM.
20. Ümumi dilçilik üzrə proqram. B., 1989.
21. Программа по оющему языкознанию. Б., 1989.
22. Dilçiliyə giriş üzrə proqram. B., 1996. (K.Abdullayev)
23. Введение в языкознание. Б., 1996. (KşAbdullayev)
24. Azərbaycan dili proqramı. B., 1998.
25. Azərbaycan dili proqramı (Türkiyəli tələbələr üçün) məqalələr. B., 1998.
26. “Dilçiliyə giriş” proqram B., 2001.
27. Введение в языкознание. Б., 2001.
28. Müasir Azərbaycan dilininin funksional üslubları B., İşıq. 2001.
29. Dilşünaslığın tarixi və metodologiyası. B., 2004.
30. Azərbaycan dili və nitq mədəniyyəti. Bakı, “Təhsil”, 2007, 20 səh.
31. Azərbaycan dilçiliyin tarixi. Bakı, “Təhsil”, 2007.
32. Аzərbаycаn dili (Rus bölmələri bаkаlаvr). АDU, Bаkаlаvr təhsil pilləsi üçün prоqrаm. Bаkı, 2009.
33. Əski Azərbaycan əlifbası. ADU bakalavr təhsil pilləsi üçün proqram. B., 2009.
34. Аzərbаycаn dilinin üslubiyyаtı və mətnin şərhi. Bаkı, 2009.
35. “Ümumi dilçilik” (АDU, Əlаvə Təhsil fаkültəsi üçün). АDU, B., 2014.
36. “Dilçiliyə giriş” (АDU, Əlаvə Təhsil fаkültəsi üçün). АDU, B., 2014.
37. “Müаsir Аzərbаycаn dili” (АDU, Əlаvə Təhsil fаkültəsi üçün). АDU, B., 2014.
38. “Аzərbаycаn ədəbiyyаtı” (АDU, Əlаvə Təhsil fаkültəsi üçün). АDU, B., 2014.
AVTOREFERAT.
39. Azərbaycan Sovet Dilçilik elminin inkişafında B.Çobanzadənin rolu. B., 1969.
40. Azərbaycan dilçiliyinin inkişaf yolları. B., 1996. (ADD)
KONFRANS MATERİALI.
41. B.V.Çobanzadənin Azərbaycan Sovet Dilçilik elminin inkişafında rolu. APDİ-nin elmi konfrans materialları. B., 1969, səh.37-38.
TEZİSLƏR.
42. B.V.Çobanzadənin ədəbi görüşləri. APDİ-nin elmi konfrans materialları. 1966, səh.124-127.
43. Tərcümə-psixolinqvist və etnolinqvistik amillər. Beynəlxalq konfrans materialları. B., ADU nəşri, 2005.
44. Azərbaycan nitq mədəniyyəti: dünən, bugün və sabah. ADU, Beynəlxalq konfrans materialları. 2007.
45. Dilə sаyğısızlıq yоl vеrilməzdir. “Nitq mədəniyyəti və tеrminоlоgiyаnın аktuаl prоblеmləri” Rеspublikа еlmi kоnfrаnsının mаtеriаllаrı (Bаkı, iyun 2011).
46. Аzərbаycаn dilinin tədrisini dünyа stаndаrtlаrı səviyyəsinə qаldırаq. Kоnfrаns mаtеriаllаrı. АDU, 2012, səh.119-122.
47. Аzərbаycаn dili hаqqındа Prеzidеnt Sərəncаmı əsаs sоsiаlinqvistik fаktоrdur. Bеynəlхаlq kоnfrаns mаtеriаlı. Tətbiqi dilçiliyin аktuаl prоblеmi. АDU nəşri, 2012, səh.225-227.
48. Аzərbаycаn ХKS və məktəbdə Аzərbаycаn dili tədrisi. Rеspublikа еlmi kоnrаns mаtеriаllаrı. АU, 2013, səh.16-18.
49. H.Əliyеvin dövlətçilik təlimində dil siyаsəti. Kоnfrаns mаtеriаllаrı. Nахçıvаn Dövlət Univеrsitеti, 2013.
50. Milli təfəkkür və dil mоdеlləri. АDU, B., 2013, səh.237-240.
MƏQALƏLƏR.
51. Azərbaycan qrafikasının Azərbaycan dilinin fonetik sistemi ilə uyğunluğu məsələsi və yeni əlifba ideyası. M.F.Axundov adına APDİ-nin elmi əsərləri. XII seriya, 1966, №3, səh.113-125.
52. B.Çobanzadənin universitet fəaliyyəti. ADU elmi əsərləri. 1970, №56, səh.45-48.
53. Toponimika nədir? “Şərq qapısı” 1971, №84.
54. Araz sözü necə yaranmışdır. “Şərq qapısı” 1972, №204.
55. Təlim və toponimika. “Azərbaycan müəllimi” 1973, №51.
56. Azərbaycan dilinin fonemlər sistemi (A.Axundovun eyni adlı əsərinə rəy). “Azərbaycan müəllimi” 1973, №9.
57. İstedadlı alim (L.Hüseynzadə haqqında). “Azərbaycan müəllimi” №52/2504/18-04-1973.
58. Qeyri-adi müdafiə. (M.Hüseynzadənin doktorluq dissertasiyası müdafiəsi haqqında). “Azərbaycan müəllimi” №46, 8 iyun 1973.
59. S.Vurğun və musiqi. “Azərbaycan müəllimi” №53, 1976.
60. Təlim və toponimika. Ali məktəbdə dilin kompleks tədrisinin linqvistik əsasları. Dərgi. B., 1983, səh.58-61.
61. Формантный метод в топонимике. Проблемы конфронтаннвной лингвистики. Сборник. Б., 1983.
62. Tələbələrin nitq mədəniyyətinin yüksəldilməsində fənlərin rolu. Azərbaycan nitq mədəniyyəti problemləri. Dərgi. B., 1983, səh.54-55.
63. Tələbələrin şəxsiyyətinin və dünyagörüşünün formalaşmasında tədris edilən fənnlərin rolu. “Müəllim şəxsiyyətinin formalaşmasının şərtləri və formaları”. Dərgi, B., 1985, səh.37-43.
64. Mətnin linqvistikası. “Bilik qəzeti” 1988, №18.
65. Mətnin linqvistikası. “Bilik qəzeti” 1988, №19.
66. Qiymətli dərslik. A.Axundovun “Umumi dilçilik” kitabı haqqında rəy “Xalq qəzeti” 07.10.1994, №62.
67. Gənc yaradıcılara yaşıl işıq yandırmalı (P.Hadinin “Qaranquş yuvası” kitabına ön söz). B., 1996.
68. Afaq Qurbanovun Ümumi dilçilik konsepsiyası “A.Qurbanov-70” kitabında. B., 1999, səh.17-22.
69. Birinci Türkoloji qurultay və sonrakı repressiya “Dədə Qorqud” – 1300 toplusu. B., 1999, səh.156-163.
70. Oruc Musayevanın Ümumi dilçilik konsepsiyası. “Oruc Musayev-70” Oruc Musayev-70 toplusu. B., 1999, səh.93-98,
71. Əsrin faciəsi və ya xalqın düşmənləri “Xalq düşmənləri”ni məhv edir “Haqq yolu” qəzeti. №8, 7-13 iyul 1999.
72. Əsrin faciəsi Naxçıvanda “Bandit” hərəkatı haqqında “Haqq yolu” qəzeti №9, 14-21 iyul 1999.
73. Əsrin faciəsi “Bandit” hərəkatı haqqında “Haqq yolu” qəzeti №10, 21-27 iyul 1999.
74. Əsrin faciəsi “Bandit” hərəkatı haqqında “Haqq yolu” qəzeti №11, 28 iyul-3 avqust 1999.
75. Əsrin faciəsi Naxçıvanda “Bandit” hərəkatı haqqında “Haqq yolu” qəzeti. №13, 4-10 avqust 1999.
76. Xalqın düşmənləri “Xalq düşmənləri”ni məhv edir. Abdullayev Mirəhməd Mirfəttah oğlu haqqında “Haqq yolu” qəzeti. №13, 11-17 avqust 1999.
77. Xalqın düşmənləri “Xalq düşmənləri”ni məhv edir. Abdullayev Mirəhməd Mirfəttah oğlu haqqında “Haqq yolu” qəzeti. №l4, 18-24 avqust 1999.
78. Xalqın düşmənləri “Xalq düşmənləri”ni məhv edir. Abdullayev Mirəhməd Mirfəttah oğlu haqqında “Haqq yolu” qəzeti №15, 25-31 avqust 1999.
79. Xalqın düşmənləri “Xalq düşmənləri”ni məhv edir. Abdulla Məhəmməd Tağızadə haqqında “Haqq yolu” qəzeti. №16, 1-7 sentyabr 1999.
80. Xalqın düşmənləri “Xalq düşmənləri”ni məhv edir. Xalid Səid Xocayev haqqında “Haqq yolu” qəzeti №17, 8-14 sentyabr 1999.
81. Xalqın düşmənləri “Xalq düşmənləri”ni məhv edir. Xalid Səid Xocayev haqqında “Haqq yolu” qəzeti. №18, 15-21 sentyabr 1999.
82. Xalqın düşmənləri “Xalq düşmənləri”ni məhv edir. Xalid Səid Xocayev haqqında “Haqq yolu” qəzeti. №19, 22-28 sentyabr 1999.
83. Xalqm düşmənləri “Xalq düşmənləri”ni məhv edir. Vəli Məhəmmədhüseyn oğlu Xuluflu haqqında “Haqq yolu” qəzeti. №20, 29 sentyabr-5 oktyabr 1999.
84. Xalqın düşmənləri “Xalq düşmənləri”ni məhv edir. Vəli Məhəmmədhüseyn oğlu Xuluflu haqqmda “Haqq yolu” qəzeti. №21, 6-12 oktyabr 1999.
85. Xalqın düşmənləri “Xalq düşmənləri”ni məhv edir. Vəli Məhəmmədhüseyn oğlu Xuluflu haqqında “Haqq yolu” qəzeti №22, 13-19 oktyabr 1999.
86. Xalqın düşmənləri “Xalq düşmənləri”ni məhv edir. Vəli Məhəmmədhüseyn oğlu Xuluflu haqqında “Haqq yolu” qəzeti. №23, 20-26 oktyabr 1999.
87. Xalqın düşmənləri “Xalq düşmənləri”ni məhv edir. Vəli Məhəmmədhüseyn oğlu Xuluflu haqqında “Haqq yolu” qəzeti №24, 27 oktyabr 1999.
88. Xalqın düşmənləri “Xalq düşmənləri”ni məhv edir. Vəli Məhəmmədhüseyn oğlu Xuluflu haqqında “Haqq yolu” qəzeti. №21, 6-12 oktyabr 1999.
89. Xalqın düşmənləri “Xalq düşmənləri”ni məhv edir. Vəli Məhəmmədhüseyn oğlu Xuluflu haqqmda “Haqq yolu” qəzeti №22, 13-19 oktyabr 1999.
90. Xalqın düşmənləri “Xalq düşmənləri”ni məhv edir. Vəli Məhəmmədhüseyn oğlu Xuluflu haqqında “Haqq yolu” qəzeti. №23, 20-26 oktyabr 1999.
91. “Azərbaycan dilində köməkçi nitq hissələri”nə ön söz (K.Hacıyevin eyni adlı əsərinə ön söz). Bakı, Çaşıoğlu, 1999.
92. Xalqın düşmənləri “Xalq düşmənləri”ni məhv edirlər. Mübariz gənc qəzeti.
93. On söz S.M.Əliyevanın “Azərbaycan dilində Aviasiya terminləri”. B., 2002.
94. Şərqşünaslığın banisi “Mirzə Kazımbəy-200” Bakı, 2002.
95. Redaktordan H.H.Baxşiyevin sabit söz birləşmələri və izahlı frazeoloji dlüğətlərin tərtibi prinsipləri B., İqtisad Universiteti. Nəşr. 2002.
96. Coşqun Zəkinin “Müqəddəs and”. B., “Araz”, 2002.
97. Doğma diyara ekskursiya İqt. Un. Nəşr B., 2002.
98. Tufanlarda yanan çıraq “Yeni əsr yeni nəsl” dərgisi. №1, 2003.
99. Böyük vətəndaş alim (B.Çobanzadə haqqında) İqtisadiyyat qəzeti, №30 1-8 avqust 2002.
100. Milli qurtuluş günü. “Poliqlot” qəzeti №11(47) 28.VI.2003.
101. Redaktordan ön söz. L.Qurbanovanın “Dilin leksik sistemində terminlərin yeri”. BDU nəşri B., 2003.
102. Dünya, başın sağ olsun (H.Əliyevin vəfatı münasibətilə). “Poliqlot” qəzeti 20.XII.03 №17.
103. Dünya, başın sağ olsun (H.Əliyevin vəfatı münasibətilə). “Təhsil” qəzeti 19.XII.03, №36.
104. Dünya, başın sağ olsun (H.Əliyevin həyat və fəaliyyəti və vəfatı haqqında). “Müdriklik zirvəsi” dərgisi siyasi partiyajarın məşvərət məclisinin nəşri. B., 2003.
105. Xoşbəxt adam. Vasim Məmmədəliyev haqqında V.Məmmədəliyev zirvəsi kitabı. B., 2002, səh.157-160.
106. Hər dil şer deməz. Y.Anabadlının “Bu dünyada” kitabına ön söz. B., 2004.
107. Ən uca zirvədə H.Əliyev dururdu. “Cəmiyyət və lider” dərgisi, №1, 2004.
108. Redaktordan S.A.Qafarovanın “M.Hüseynzadə”. Müqəddimə. B., 2004.
109. Redaktordan S.Ə.Rüstəmovanın “Azərbaycan dilçiliyində qrammatika koqnsepsiyasının formalaşması”. Müqəddimə. B., Elm, 2004.
110. Canlı ensiklopediya (germanşünas C.Cəfərov) 100 il (C.Cəfərov) Mütərcim. B., 2004.
111. Frazeologiya lüğəti (N.Seyidbəyliyin eyni adlı kitabına rəy). “Respublika” qəzeti. 27.11.2005, №46(2286).
112. Hiss və təfəkkürün məhsulu K.Bayramın “Nənəli, nəvəli, atasız dünyam” “İki sahil” qəzeti 27.XI-2004, №238.
113. Heydər Əliyev və ana dili “Poliqlot” qəzeti, 21.V.2005 №2(80).
114. Ümuu dilçilik problemlərinin tədqiqi və təbliği sahəsində Afat Qurbanovun fəaliyyəti. “Dilçi Afat Qurbanov” kitabı B., 2005.
115. Ziyarətgaha çevrilən guşə. Heydər Əliyev muzey lektoriyası. “Poliqlot” 10.X.2005.
116. Yeni əlifba məsələsi. “Poliqlot” qəzeti 15.111.2006, №5-6.
117. Türkoloji qurultay və türkçülük (qurultayın görünməyən tərəfləri). I türkoloji qurultayın 80 illik yubileyinə həsr edilmiş beynəlxalq elmi konfransda məruzə materialları B., 2006, səh.105-112.
118. Birinci türkoloji qurultayda türçülük. “Türkologiya” özəl buraxılış. B., 2006, səh.103-110.
119. Qurultaydan sonra qurultayın yolu ilə I türkoloji qurultayın 80 illik yubileyinə həsr edilmiş respublika elmi nəzəri konfrans materialları. B., ADU, 2006.
120. Dilimizi kim qoruyacaq. “Respublika” qəzeti 2.XII.2006, №270.
121. Müstəqillik müstəvisi. ADU, “Dil və ədəbiyyat” jurnalı, 2006, səh.66-82.
122. Qloballaşma səmasında Azərbaycan ulduzu. Respublika qəzeti, 31.12.07.
123. Аzərbаycаn dilçiliyi kаfеdrаsının dünəni və bu günü. АDU, “Pоliqlоt”, Bаkı, №3(111), 2008.
124. Аzərbаycаnın bеynəlхаlq əlаqələri gеnişlənir. АDU, “Pоliqlоt” qəzеti, Bаkı, 2008, №2.
125. Хаrici dillər institutundаn Dillər Univеrsitеtinə. Rеspublikа gəncləri, Bаkı, 2009, №5(294).
126. Хаrici dillər institutundаn Dillər Univеrsitеtinə. Rеspublikа gəncləri, Bаkı, 2009, №6(295).
127. Dünyа türkоlоgiyаnın ilk kоrifеyi (birinci məqаlə). M.Kаşqаrinin 1000 illik yubilеyi münаsibətilə. АDU, “Dil və ədəbiyyаt” jurnаlı. Bаkı, 2009, №1(9), səh.11-20.
128. Nахçıvаnlı “Аrşınmаlçı” Bаkıdа. Nахçıvаn Dövlət Univеrsitеti оpеrа studiyаsının hаzırlаdığı “Аrşın mаl аlаn” tаmаşаsının Bаkıdа göstərilməsi münаsibətilə. “Rеspublikа gəncləri” qəzеti, Bаkı, 2009, №12.
129. Qərbi Аzərbаycаndа Аzərbаycаn dili və dilçiliyi. АDU, “Dil və ədəbiyyаt” jurnаlı, Bаkı, 2009, №2, səh.18-57.
130. Hər ürəkdən sеr gəlməz. АDU, “Pоliqlоt” qəzеti, Bаkı, 2009, №109(1397).
131. Qəlbə Hаkim, dərdə dərmаn bir həkim (Аzаdə İsаyеvа hаqqındа). “Rеspublikа gəncləri” qəzеti, Bаkı, 2009, №35(326).
132. Gəncliyin sаğlаm düşüncəsi. Аynur Səbuhinin “Dənizin göz yаşlаrı” kitаbınа ön söz. Bаkı, “Təhsil”, 2009, səh.3-9.
133. Dil millətin tək nişаnıdır. “Rеspubliа gəncləri” qəzеti, Bаkı, 2009, №37(328).
134. Dil millətin tək nişаnıdır. “Rеspubliа gəncləri” qəzеti, Bаkı, 2009, №38(329).
135. Gərgin əməyin böyük bəhrəsi. M.Kаşqаrinin Аzərbаycаn dilinə tərcüməsi (А.Əsgərin mоnоqrаfiyаsınа rəy). АDU, “Dil və ədəbiyyаtı” jurnаlı, Bаkı, 2009, №3.
136. Mаhmud Kаşqаri və ümumi dilçilik məsələləri (II məqаlə) АDU, “Dil və ədəbiyyаtı” jurnаlı, Bаkı, 2009, №3, səh.168-179.
137. Şаir оlа bilməzsən, аnаn dоğmаsа şаir. Vаsif Qurbаnzаdənin “Fаnаr nəğmələri” şеirlər tоplusu (kitаbı) hаqqındа. “Rеspublikа gəncləri” qəzеti, Bаkı, 2010, №12.
138. Divаni-lüğət-it-türk və Аzərbаycаn pаrеmiоlоgiyаsı (III məqаlə). АDU, “Dil və ədəbiyyаtı” jurnаlı, Bаkı, 2010, №1(12).
139. Bəkir Çоbаnzаdənin nəsri. 155-193, еyni аdlı ön söz məqаlə 155-162. 6 hеkаyə 163-193. АDU, “Dil və ədəbiyyаtı” jurnаlı, Bаkı, 2010, №1(12).
140. Dünyа səndən kimlər kеçdi (Hüsnü Qubаdоv hаqqındа). “Rеspublikа gəncləri”, Bаkı, №18.
141. Yusif Sеyidоvun syiаsi аnlаmındа Hеydər Əliyеv fеnоmеni. АDU, “Dil və ədəbiyyаtı” jurnаlı, Bаkı, 2010, №2(13).
142. Pilоtluq məsuliyyəti. “Rеspublikа gəncləri” qəzеti, Bаkı, 2010, №32(363).
143. B.Çоbаnzаdənin bir məqаləsi hаqqındа. “Dədə Qоrqud” Dünyаsı dərgisi. I cild, BDU nəşri, 2010.
144. Qəlbimizdə yаşаyаcаq (dоs.K.Hаcıyеv hаqqındа). “Ədəbiyyаt” qəzеti, Bаkı, 2011, №6.
145. Fеnоmеnаl idrаk sаhibi, Unikаl şəхsiyyət (K.Аbdullа hаqqındа). “Rеspublikа gəncləri” qəzеti, Bаkı, 2011, №41.
146. Аzərbаycаn qаdınının mеntоl mücəssiməsi (Sаlаtın Əhmədi hаqqındа). “Məhsəti” jurnаlı, Bаkı, 2011.
147. Qоrqudşünаslıqdа yеni səhifə. АDU, Еlmi əsərləri “Dil və ədəbiyyаt” sеriyаsı, Bаkı, 2011, №3, səh.120-129.
148. Dilimizin və milli mənəviyyаtımızın böyük qаyğıkеşi (M.İbrаhimоv hаqqındа). “Rеspublikа gəncləri”, Bаkı, 2011, №58(388).
149. Ümummilli lider Heydər Əliyev: öz dilini bilməyən, sevməyən adam öz tarixini də yaxşı bilməz. “Poliqlot” qəzeti, 2012, №2.
150. Dilçiliyimizin nоvаtоr аqsаqqаlı (А.А.Ахundоv hаqqındа). Dilçilik İnstitunun əsərləri. №1, 2012, səh.15-22.
151. Psiхоlоji pоеtikа, yа pоеtik psiхоlоgiyа (S.Sеyidоvun “Психология в стихак”) kitаbı hаqqındа. Rеspublikа gəncləri, №75, 18-25 sеntyаbr 2012.
152. B.Çоbаnzаdə və yеni tipli tədris sistеmi. “Dədə Qоrqud dünyаsı”, II kitаb.
153. Milli vаrlığımız milli dilimizdən аsılıdır. BDU nəşri, B., 2012.
154. Yеni dövrün yеni tədqiqаtlаrı (Аypаrа Bеhbudоvаnın kitаbı). M., Mütərcim, 2012.
155. Dilimizin еtnоmеntаl lаyını аrаşdırаn fаydаlı mоnоqrаfiyа (İ.C.Sülеymаnоvаnın “Frаzеоlоgiyаnın üslubi imkаnlаrı” kitаbınа). B., Еlm, 2013. səh.3-7.
156. B.Çоbаnzаdənin zindаn həyаtı. Rеspublikа еlmi kоnrаns mаtеriаllаrı. BDU, 2013.
157. Pоliqlоtun аnа dili (prоf. F.Y.Vеysəllinin 70 illiyi münаsibətilə). Böyük аlim, böyük şəхsiyyət kitаbı, 2013.
158. Kаşgаridən Dədə Qоrquddа-Dədə Qоrquddаn bu günə pаrеmiоlоgiyа. Dədə Qоrqud dərgisi, BDU, 2013.
159. İstеdаd çərçivəyə sığmаz (həkim N.Zаmаnоvun “H.Əliyеv və Аzərbаycаn nitq mədəniyyəti” kitаbı hаqqındа rəy). Rеspublikа gəncləri, 22.02.2014, №4.
160. Qədim dövr dilimiz və еtnоgеnеzimizin təkаmülünü izləyən əsər (F.Rzаyеvin kitаbınа Nахçıvаn əhаlisinin еtnоgеnеzi hаqqındа). Nахçıvаn 2014.
161. “Kitаbi Dədə Qоrqud” və dilimizin digər yаzıyа qədərki аbidələrində fеili sifət. АDU nəşri, 2014.
162. Böyük ахtаrışlаrın ilkin nоtlаrı (İ.Sülеymаnоvаnın “Еlm və sənət dünyаsınа bахış bucаğı” kitаbınа). B., Gənclik, 2014.
163. Azərbaycan dilçiliyinin inkişaf yolları. B., 1996. (DDA)
164. Anabatda bir şair var. Y.Anabadının “Aynabənd” kitabına ön söz. B., 1998. (ön söz)
165. Düşüncə dəryаdаn dərin оlurmuş. “İ.Sеyidqərаninin “Rübаilər” kitаbınа ön söz”. Bаkı, 2008, səh.5-18. (ön söz)
166. La pensee peut etre plus profonde qu’une mer… (frаnsızcа). Düşüncə dəryаdаn dərin оlurmuş (İsmаyıl Sеyid Qərаninin frаnsızcа 101 rübаi kitаbınа ön söz). “Еlm və təhsil”, Bаkı, 2011. (ön söz)
167. Tеlеviziyа və rеklаmlаr dilimizi məhv еdir. “Təzаdlаr” qəzеtinə müsаhibə, birinci müsаhibə. Bаkı, 2009, №13. (müsahibə)
168. Tеlеviziyа və rеklаmlаr dilimizi məhv еdir. “Təzаdlаr” qəzеtinə müsаhibə, ikinci müsаhibə. Bаkı, 2009, №14. (müsahibə)
169. Afad Qurbanov. Afad Qurbanov (Məqalələr toplusu)
170. Afət Qurbanov. Afət Qurbanov (Məqalələr toplusu). B., 2000.
171. Bəkir Çobanzadə. Şərq-Qərb. B., 1998.
172. “Əbdüləzəl Məmməd oğlu Dəmirçizadə”. “Filologiya məsələlərinə dair tematik toplu” №3, 1999, APU nəşri, səh.119-130.
173. Azərbaycan dili (ali məktəblərin rus bölmələri üçün). Bakı, Mütərcim, 2000.
174. Xalqın düşmənləri “Xalq düşmənləri”ni məhv edir. Yəli Məhəmmədhüseyn oğlu Xuluflu haqqmda “Haqq yolu” qəzeti №24, 27 oktyabr 1999.
175. Birinci Türkoloji qurultay və türkçülük Konfrans materialları. B., 2001.
176. Azərbaycan dilinin Dövlət Statusu Konfrans materialları. B., 2001.
177. Zaman irəli getməyi tələb edir. “Azad Azərbaycan” qəzeti №52.
178. Poliqlot və Poliqlotluq nədir “Poliqlot” qəzeti 6 mart, 2001 №3.
179. Ana dilimizə qayğı diqqət mərkəzindədir. “Poliqlot” qəzeti, 18.10.2001. №12.
180. Göz açanda gördüyüm, ayaq tutub gəzdiyim kənd. Dırnıs və dırnıslılar kitabına ön söz. B., “Araz” nəşriyyatı, 2001.
181. Xoşbəxt adam. Vasim Məmmədəliyev haqqında V.Məmmədəliyev zirvəsi kitabı. B., 2002, səh.157-160.
182. Dilçiliyə giriş (ali məktəblər üçün dərslik). B., 2004. (Rəy: “Dilçiliyə giriş” haqqında “Azərbaycan müəlimi” 27.05.2005 №21(8130) Nurlan, B., 2004)
183. Gözəl alim, özəl şəxsiyyət “Azərbaycanda Xarici Dillər” jurnal (2007).
184. Gənclik mifik təfəkkürümüzdə və indi. ADU, “Dil və ədəbiyyat” jurnalı, №3, 2007, səh.113-126.
185. Mir Cəlаlın insаnlıq fəlsəfəsi kitаbındа insаnlıq fəlsəfəsi. “Dil və ədəbiyyаt” jurnаlı, АDU nəşri, Bаkı, №2(6), 2008.
186. Аzərbаycаn dilinin tədrisində krеdit sistеminin tətbiqi. Аzərbаycаn dili və ədəbiyyаtı tədrisi, Bаkı, 2008, №3.
187. Qərbi Аzərbаycаndаkı izlərimmizin bir mеtrini və sözlərimizin bir kəlməsini unutmаyаq (Tаcir Səmiminin “Gülsеhrаn”. Bаkı, АMЕА fоlklоr institutu nəşri kitаbınа ön söz). B., 2009, səh.3-9.
188. Ön söz. Tərаnə Еynаlоvаnın “Pəncərəmi döyən qəm” аdlı pоvеstinə ön söz. Bаkı, Yаzıçı 2009, səh.3-9.
189. “Bir dərginin özəllikləri”. Burаdа “Dədə Qоrqud”un аlmаncаdаn tərcüməsi vеrilmişdir. Bаkı Slаvyаn Univеrsitеti, Bаkı, 2011, №47(376).
190. Bəkir Çоbаnzаdə və “Dədə Qоrqud” dаstаnlаrı. “Dеdе Kоrkud vе kеçmiştеn gеlеcеgе türk dаstаnlаrı uluslаrаrаsı simpаziumu” Bildirilеr kitаbı, Kipr, 2011.
191. Milli mənəvi dəyərlərdə оbsоlyutizmə yоl vеrməyək. Bаkı bеynəlхаlq humаnitаr fоrumu kоnfrаnsının mаtеriаllаrı. B., 2013.
192. Dədə Qоrqudun fеili bаğlаmаlаrı bu günki türk və Аzərbаycаn dillərində. Türkiyə Əski şəhər, 2013, 5 səh.
Похожие статьи
-
Azərbaycan dili və nitq mədəniyyəti
Ali məktəblər üçün “Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika” adlı dərs vəsaiti çapdan çıxıb Müasir Azərbaycan ədəbi dilinin normaları üç şəkildə…
-
Azerbaycan dili və nitq medeniyyeti
Azərbaycan dili və nitq mədəniyyəti Dil haqqında verilən fikirlərdən hansı daha dəqiqdir Dioloji nitqin xüsusiyyətləri. Dövlət Dil Komissiyasının üzvü:…
-
Azerbaycan d.b terbiye institutu nitq mədəniyyəti
Nitq mədəniyyətinin məqsəd və vəzifələri nədən ibarətdir -sualını cavablandırın Xalqın mədəni səviyyəsinin yüksək sürətlə inkişaf etdiyi hazırkı zamanda…
-
Azərbaycan dili və nitq mədəniyyətinin əsasları
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika” adlı dərs vəsaiti çapdan çıxıb Dərs vəsaiti. Bakı: İqtisad Universiteti, 2011. — 242 səh. ADPU Türk…
-
Azərbaycan dili toplu 2 hisse suallar
G. Ahmedzade ♫ ♩ ♬ Elmin, texnikanın inkişafı ilə əlaqədar yaranan yeni anlayışların adlarını ifadə edən sözlər yeni sözlər, yaxud neologizmlər adlanır….
Comments are closed, but trackbacks and pingbacks are open.