Press "Enter" to skip to content

Niqt mədəniyyətinin ümumi və xüsusi məsələləri. Dil, nitq və nitq fəaliyyət

Azərbaycan dili dərsi

Azrbaycan dili v nitq mdniyytinin sasları

Azərbaycan dili dərsi

NİTQ MƏDƏNİYYƏTİ

1. NITQ MƏDƏNIYYƏTININ ANLAYIŞI. Nitq mədə-niy-yəti dedikdə, hər şeydən əvvəl, filologiyanın dildən ünsiyyət vasitəsi kimi istifadə qaydalarını elmi əsasda öyrənən sahəsi nəzərdə tutulur. Nitq mədəniyyəti anlayışından bu və ya digər nitq təzahürünün keyfiyyətini bildirmək üçün də istifadə edilir.
Nitq mədəniyyətinin konkret predmetini müəyyənləşdirmək (məsələn, fonetika, qrammatika və s. predmeti kimi) çox çətindir və bu sahə bir növ predmetsiz sahədir. Çünki burada bu və ya digər dil faktı, hadisəsi yox, üsullar, qayda-qanunlar sistemi öyrənilir.
Nitq mədəniyyəti dilçilik elminin praktik sahəsidir və filologiya elminin nəzəri göstəriciləri məhz nitq mədəniyyətində təcrübi əhəmiyyət qazanır.
2. NITQ MƏDƏNIYYƏTI MILLI MƏDƏNIYYƏTIN TƏR–KIB HISSƏSIDIR. Mil-lətin mədəniyyətinin göstərici-lərin-dən biri də gözəl nitqdir (həm şifahi, həm də yazılı nitq nəzərdə tutulur). Gözəl nitq üçün birinci növbədə aşağıdakılar tələb olunur:
a) dilin özünün səmimiliyi, ifadə imkanlarının genişliyi (Azərbaycan dilinin fonetik, leksik və qrammatik quruluşu buna tam imkan verir);
b) həmin dildən istifadə edənlərin hazırlığı, yə`ni dilin səmi-miliyindən, ifadə imkanlarının genişliyindən faydalanmaq vər-dişlərinin inkişaf etməsi.
3. NITQIN DÜZGÜNLÜYÜ, DƏQIQLIYI VƏ IFADƏ-LI-LIYI. Nitq mədəniyyətinin əsas şərtləri bunlardır: 1) nitqin düzgünlüyü; 2) nitqin dəqiqliyi; 3) nitqin ifadəliyi.
Düzgün nitq o nitq forması və ya təzahürü hesab olunur ki, orada dilin fonetik, qrammatik və leksik və s. qayda-qanunları po-zulmasın. Nitqin düzgünlüyü nitq mədəniyyətinin birinci şərtidir. Bu zaman məsələ belə qoyulur: düzgündür, ya düzgün deyil? Məs: “Qapını vurmaq” düzgün deyil, “qapını döymək” düzgün-dür.
Nitqin dəqiqliyi – fikrin ifadəsi üçün bilavasitə tələb olunan dil vasitəsini (sözü, ifadəni, cümləni və s.) tapmaqla müəyyən edilir. Məs: “qış gəlir” düzgündür, ancaq dəqiq deyil. “Qış düşür” həm düzgün, həm də dəqiqdir.
Nitqin ifadəliliyi dedikdə, ən müvafiq, ən uğurlu dil vasitəsini tapıb işlətmək başa düşülür. Qeyd etmək lazımdır ki, nitqin ifadəliliyini onun dəqiqliyindən fərqləndirmək bir o qədər də asan deyil. Məs: “O, ömrünü boş-boşuna keçirdi” cümləsi həm düz-gün, həm də dəqiqdir, ancaq ifadəli deyil. “O, ömrünü yelə verdi” isə daha ifadəli və gözəldir.
4. NITQ MƏDƏNIYYƏTININ ÜMUMI (ICTIMAI) VƏ XÜSUSI (FƏRDI) MƏSƏLƏLƏRI. Nitq mədəniyyətinin elə məsələləri vardır ki, ümumi (ictimai) xarakter daşıyır. Bu o deməkdir ki, nitqin düzgünlüyü bütövlükdə cəmiyyətdən tələb olunur. Demək, dilin qayda- qanunlarına hamı riayət etməlidir. Dilin fonetik tərkibini, düzgün tələffüz və yazılış qaydalarını, cümlənin quruluşunu hamı eyni cür qavrayır. Əgər belə olmasaydı, dil öz əsas vəzifəsini – ünsiyyət funksiyasını yerinə yetirə bilməzdi.
Nitq mədəniyyətinin elə məsələləri də vardır ki, bunlar xüsusi (fərdi) səciyyəlidir. Bu o deməkdir ki, hamı eyni cür dəqiq danışıb yazmır, yaxud hamının nitqi gözəl (ifadəli) deyil. Həm də nitqin gözəlliyi hərədə bir cür təzahür edir.
Nitq mədəniyyətinin ümumi məsələləri ilə xüsusi məsələləri birbaşa bir-birinə bağlıdır və bunları eyni zamanda həll edən nitq sahibinin nitqi əsl nitq mədəniyyəti nümunəsi hesab olunur (düzgünlük, dəqiqlik və ifadəlilik).
5. DIL, NITQ VƏ NITQ FƏALIYYƏTI. Dil – ünsiyyət va-si-təsi olub, mücərrəd işarələr sistemindən ibarətdir. Hər bir dilin özünəməxsus quruluşu, ifadə imkanları vardır ki, bunun nəticəsində müəyyən ifadə formaları və üsullar meydana çıxır.
Nitq – ünsiyyət prosesidir. Nitq bu və ya digər mə`lumatın (informasiyanın) ifadə təbiətinə uyğun olaraq dilin ifadə imkanları əsasında meydana çıxır.
Dil əsasdır, nitq isə ondan törəmədir. Dil tarixən çox az dəyişikliklərə uğrayır, nitq isə ona nisbətən dəyişkəndir.
Nitq fəaliyyəti – nitqin təzahürü üçün lazım gələn ictimai, psixoloji və fizioloji aktların sistemidir.
Dil ünsiyyət vasitəsi, nitq isə ünsiyyət prosesidir.
6. ƏDƏBI DIL. NITQ NORMALARI. Tarixən müəyyənləş-miş möhkəm qayda-qanunlara tabe olub, xalqın, millətin ümumi, nümunəvi ünsiyyətinə xidmət edən nitq forması dilçilikdə ədəbi dil adlanır.
Ədəbi dilin (nitqin) tabe olduğu qayda-qanunların sisteminə ədəbi dilin (nitqin) normaları deyilir. Norma-müəyyən dövrdə sözün fonetik tərkibi və leksik mə`nasının, cümlənin qrammatik quruluşunun bu və ya digər dil kollektivində obyektiv (hamı tərəfindən qəbul olunan) şəkildə fəaliyyətidir.
Ədəbi dilin iki təzahür forması var: 1) şifahi ədəbi dil və 2) yazılı ədəbi dil.
7. MÜASIR AZƏRBAYCAN ƏDƏBI DILININ NOR-MA-LARI. Dilin daxili quruluşunu onun fonetikası, leksikası (lüğət tərkibi) və qrammatikası təşkil edir. Müasir dilimizin normaları da buna uyğundur. Bunlar aşağıdakılardır.
1) Fonetik norma. Söz ümumxalq dilində müxtəlif variantlarda işlənsə də, ədəbi dildə ancaq bir cür yazılır və tələffüz olunur.
Sözün ədəbi dildəki tələffüz qaydası orfoepik norma adlanır. Orfoepik norma orfoepiya lüğətlərində, orfoqrafik norma isə orfoqrafiya lüğətlərində əks olunur.
Həm orfoepik, həm də orfoqrafik normalar dilin fonetik quruluşu, xüsusilə onun xarakterik əlaməti olan ahəng qanunu ilə müəyyən edilir.
Fonetik normaya əməl olunması, yə`ni sözün düzgün tələffüz və yazılışı şəxsin savadlılığının və ədəbi dili mənimsəməsinin ən mühüm göstəricisidir.
2) Leksik norma. Leksik norma hər bir şəxsdən sözün mə`-na-sına bələd olmağı, onu düzgün, yerində işlətməyi tələb edir.
Söz öz yerində işlənmirsə, demək, fikir düzgün ifadə olunmur və nitq mədəniyyətinin tələbi pozulur.
Ədəbi dildə söyüşlərə, loru, yaxud kobud sözlərə yer verilmir. Leksik norma funksional üslublara görə fərqlənir. Bədii üs-lubda obrazlı sözlər, ifadələr işləndiyi halda, elmi üslub üçün bu, xa-rakterik deyil, yə`ni elmi üslubda daha çox terminlərdən istifadə olunur.
Sözdən düzgün istifadə ilə yanaşı, nitq mədəniyyəti tələb edir ki, o, eyni zamanda dəqiq və ifadəli olsun. Bunlar leksik normaya aid olan elementlərdir.
3) Qrammatik norma. Qrammatik norma sözlər və cümlələr arasındakı əlaqələrin nitqdə düzgün qurulmasını tələb edir. Qram-matik normalar dedikdə, əsasən, aşağıdakılar nəzərdə tutulur:
a) miqdar saylarından sonra gələn isimlər təkdə işlədilir: məs: on qələm, yüz uşaq və s.
b) adlara əvvəl kəmiyyət, sonra mənsubiyyət, daha sonra hal, ondan sonra isə xəbərlik şəkilçisi artırılır. Məs: şəgird-lər-imiz-in-dir; qohum-lar-ınız-dan-am və s.
c) fe`l köklərinə əvvəl tə’sirlik, sonra növ, daha sonra şəkil, ondan sonra isə şəxs-xəbər əlaməti (şəkilçisi) artırılır. Məs: gül-dür-ül-məli-dir; yaz-ış-a-q və s.
ç) mübtəda ilə xəbər cümlədə şəxsə, müəyyən dərəcədə isə kəmiyyətə görə uzlaşır. Məs: Mən şagird-əm; Onlar getdi-lər və s.
d) cümlədə əvvəl mübtəda, sonra tamamlıq, daha sonra xəbər gəlir; tə`yin izah etdiyi cümlə üzvündən əvvəl, zərflik isə, əsasən, xəbərdən əvvəl işlənir. Məs: Həsən tarixi filmlərə həvəslə baxırdı.
Beləliklə, ədəbi dilin normaları müəyyən tarixi mərhələdə bir sistem olaraq fəaliyyət göstərir. Ədəbi dilin normalarını əməl etmək nitq mədəniyyətinin ən mühüm şərtidir.
8. DILIMIZIN TƏKIBINDƏ ÖZƏLLƏŞMƏ MEYL-LƏ-RI. Müasir Azərbay-can dilinin tərkibində 60-cı illərdən (XX əsr) başlayaraq özəl-ləş-mə meylləri müşahidə olunur.
Özəlləşmə üç yolla gedir: 1) Hər hansı söz ustasının qədim mənbələrdən, xalq dilindən söz götürməsi, yaxud mövcud oxşarlıq əsasında söz yaratması yolu ilə; 2) cəmiyyətin özündə müəy-yən hadisə ilə bağlı yeni sözlərin yaranması yolu ilə; 3) Türk dillərinin tə`siri ilə.
Dilimizdə sözlərin türkləşdirilməsi prosesi əvvəllər də olmuş, bu gün işlətdiyimiz bir sıra sözlər (qurultay, bildiriş, görün-tü, başqan, seçki, ildönümü və s.) belə yaranmışdır. Son zaman-larda da bu qayda ilə qeyri-türk mənşəli qarşılıqları ilə paralel işlənən bir sıra sözlər, leksik vahidlər yaranmışdır. Məs: əyləc (tormoz), dönüm (mərhələ), dürlü (müxtəlif), qaynaq (mənbə), çağdaş (müasir), yüzillik (əsr), durum (vəziyyət), özəlləşmə (xüsusiləşmə) və s.
9. NITQ NORMALARININ TARIXLIYI. Norma tarixi kate-qoriyadır və zaman keçdikcə dəyişikliklərə uğraya bilir. Məs: 30-cu illərə qədər Azərbaycan ədəbi dilinin fonetikasında sağır nun (N1) adlı bir səs var idi və bu səs xüsusi hərflə göstərilirdi. Hazırda bu səs fonetik normativliyini itirmişdir.
Bir neçə il bundan əvvəl ədəbi dildə fəal işlənən sosializm, kolxoz, sovxoz, partkom və s. sözlər fəal nitq prosesindən yavaş-yavaş çıxmaqda, dilə yeni-yeni sözlər gəlməkdədir.
10. NITQ ISTISNALARI. Normanın mövcudluğunu istis-na-larsız təsəvvür etmək mümkün deyil.
Müasir ədəbi dilimizdə istisnalar – qeyri-normativ hallar, əsasən, normanın tarixi hərəkətinin – təkamülünün nəticəsi kimi aşağıdakı hallarda meydana çıxır:
1) artıq öz dövrünü keçirmiş nitq vahidləri bu və ya digər üslubda “ilişib” qalır;
2) yeni meydana çıxan nitq vahidləri bir müddət normativləşmir.
11. NATIQLIK SƏNƏTI. Nitqi mövcud ədəbi normalara uyğun (düzgün) olmaqla yanaşı, həm də dəqiq və gözəl (ifadəli) olan adam-lar natiq adlanırlar. Natiqlik müəyyən peşakarlıq tələb edən sənətdir. Bir fəaliyyət sahəsi olaraq natiqlikdən bəhs edən elm sahəsi natiqlik sənəti və ya ritorika adlanır.
Natiqlik sənətinin əsas tələbləri aşağıdakılardan ibarətdir:
1) Düzgün, dəqiq və gözəl (ifadəli) danışmaq;
2) Dinləyicilərin (auditoriyanın) səviyyəsini, xarakterini nəzərə almaq, yə`ni auditoriya üçün anlaşıqlı olmaq;
3) Nitqin intonasiyasına, ritminə fikir vermək və bu deyilənlərin tələblərinə uyğun bədən, baş, əl-qol hərəkətləri etmək;
4) Mümkün qədər yığcam danışmaq, mətləbdən uzaqlaşmamaq və dinləyiciləri yormamaq;
5) Nitqə (çıxışa, mühazirəyə və s.) əvvəlcədən hazırlaşmaq, sonra isə təhlil edib konkret nəticələr çıxarmaq.
Natiqliyin aşağıdakı sahələri mövcuddur: 1) bədii natiqlik; 2) akademik natiqlik; 3) siyasi natiqlik; 4) inzibati-idarə natiqliyi; 5) işgüzar natiqlik.
12. JESTLƏR. Natiqlik sənətinin mühüm şərtlərindən biri əl-qol hərəkətlərindən – jestlərdən nitqin ritm və intonasiyasına uy-ğun şəkildə istifadə etməkdir. Jestlər nitqin tə`sirini artırır, ona emosionallıq verir. Ancaq yersiz əl-qol atmaq məqbul sayılmır. Bu, nitqin tə`sirini artırmaq əvəzinə, azalda bilər.
13. MIMIKA. Nitq prosesində üz əzələlərinin mə`nalı hərəkəti (təəccüb, narazılıq, sevinc və s. emosiyalar ifadə etməsi) mimika adlanır. Mimika nitqin anlaşılmasında, sözün ciddi, yaxud kinayə, ironiya ilə deyilməsini başa düşməkdə mühüm rol oynayır.
Jestlə mimika mükəmməl nitqdə bir-birini tamamlayır və vahid psixofizioloji akt kimi çıxış edir. Şifahi ədəbi dil bunlarsız mümkün deyil.
14. NITQ ETIKETLƏRI. Hər xalqın milli təfəkkürünə uyğun olaraq müxtəlif müraciət üsulları vardır ki, bunlara nitq etiketləri, yaxud yarlıqları deyilir. Nitq prosesində bu etiketlərə əməl etmək həm nitq, həm də insani mədəniyyətin göstəriciləri sayılır. Bunlar aşağıdakılardır:
1. Müraciət etiketləri. Müsahib yaşca böyük olduqda, yaxud ortada tanışlıq olmadıqda ona “Siz” deyə müraciət olunur. Bu, bizim xalqımızda çox qədim adətdir. Bu qayda bütün müraciət formalarında gözlənilir. Məs: bağışlayın, əyləşin, buyurun, lütfən sözünüzə davam edin və s. Bundan başqa Bəy! cənab! Qardaş! Dərdin alım! və s. bu kimi müraciət formaları da vardır.
Müraciət etiketləri rəsmi (məs: cənab hakim! və s.) və qeyri- rəsmi (məs: Oğlum! və s.) olmaqla iki yerə ayrılır.
2. Görüşmə etiketləri. Salam! Salam-əleyküm! Xoş gördük! Gün aydın! Axşamınız xeyir! Xoş gəlmisiniz! və s.
3. Ayrılma etiketləri. Xudahafiz! Əlvida! Sağ olun! Allah amanında! Uğur olsun! Yaxşı yol! Xeyrə qənşər gedin! Uğurlu yol! Görüşənə qədər! və s.
4. Təbrik etiketləri. Təbrik edirəm! Gözünüz aydın! Mübarək olsun! və s. (Hamısının cavabında: sağ olun!)
5. Alqışlar. Allah kömək olsun! Yastığınız yüngül olsun! Allah rəhmət eləsin! və s.
6. Qarğışlar. Allah öldürsün! Gözün tökülsün! və s.
7. Söyüşlər. Səni yerə soxum! Üzünə tüpürüm! və s.
Nitq etiketlərindən yerli-yerində istifadə olunması ünsiyyətin normal gedişinə, anlaşmaya kömək edir, səmimi münasibətlər yaradır.

webmaster:CahidKaz ı mov

Используются технологии uCoz

Niqt mədəniyyətinin ümumi və xüsusi məsələləri. Dil, nitq və nitq fəaliyyət.

Nitq mədəniyyətinin ümumi (ictimai) xarakter daşıyan məsələləri vardır. Bu o deməkdir ki, nitqin düzgünlüyü bütövlükdə cəmiyyətdən tələb olunur. Demək, dilin qaydaqanunlarına hamı riayət etməlidir. Dilin fometik tərkibini, düzgün tələffüz və yazılış qaydalarını, cümlənin quruluşunu hamı eyni qavrsayır. Əgər belə olmasaydı, dil ünsiyyət funksiyasını yerinə yetirə bilməzdi. Nitq mədəniyyətinin xüsusi (fərdi) səciyyə daşıyan məsələləri də vardır. Yəni hər kəs dəqiq danışıb yazmır, yaxud hər kəsin nitqi ifadəli deyil, nitqin gözəlliyi hər kəsdə bir cür təzahür edir. Nitq mədəniyyətinin ümumi məsələləri ilə xüsusi məsələləri birbaşa bir- birinə bağlıdır və bunları eyni zamanda həll edən nitq sahibinin nitqi əsl nitq mədəniyyəti nümunəsi hesab olunur (düzgünlük, dəqiqlik və ifadəlilik) Dil, nitq və nitq fəaliyyəti. Dil mücərrəd işarələr sistemindən ibarət olan ünsiyyət vasitəsidir. Dünyada olan hər bir dilin özünəməxsus tərkib hissəsi, daxili sistemi, quruluşu vardır. Dil ünsiyyət vasitəsidir, ondan fərqli olaraq nitq isə ünsiyyət prosesidir. Dil ümumi, nitq isə fərdidir. Yəni dil hamıya aiddir, hamıya eyni cür xidmət göstərir, nitq isə hərədə bir cür meydana çıxan prosesdir. Nitq hər bir fərdin dilə bələdliyi səviyyəsində özünəməxsus formada əmələ gəlir. Dil əsasdır, nitq isə ondan törəmədir. Dil tarixən az dəyişikliyə uğrayır, lakin nitq dilə nisbətən dəyişkəndir. Əsrlər öncə də dilimiz Azərbaycan dili idi, lakin əsrlər öncəki Azərbaycan türklərinin nitqi – yazısı, danışığı indikindən fərqli olub. Nitqin ortaya çıxması üçün lazım olan ictimai, psixoloji və fizioloji aktların sistemi nitq fəaliyyəti adlanır. Ünsiyyət vasitəsi olan dilin ünsiyyət prosesi olan nitqə çevrilməsi mürəkkəb, çoxtərəfli hadisədir, bunun ictimai, psixoloji, fizioloji tərəfləri vardır. Nitq bunların qarşılıqlı əlaqəsi nəticəsində fəaliyyət göstərir. Əgər biri danışır, yazırsa, o, hər hansı dildən istifadə edir. Onun hər hansı dildən istifadə üsulu, təcrübəsi. obyektiv tələbləri nəzərə alması nitq fəaliyyətini təşkil edir.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

Comments are closed, but trackbacks and pingbacks are open.