Press "Enter" to skip to content

Könüllü pensiya fonduna üzv olmaq üçün necə müraciət edə bilərəm?

Milli.Az Trend-ə istinadən bildirir ki, Fondun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib ki, pensiya alanlara və pensiya təyinatı ilə bağlı müraciət etmək istəyən şəxslərə göstərilən xidmətlərin səviyyəsinin artırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun strukturunda aparılan dəyişikliklərlə əlaqədar aşağıdakı kateqoriyadan olan pensiya alan şəxslərin pensiya işləri Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının səlahiyyətlərinə verilib:

DSMF güzəştli və xüsusi şərtlərlə pensiya təyin olunan şəxslərə müraciət etdi

Dövlət Sosial Müdafiə Fondu (DSMF) Abşeron, Sumqayıt, Qubadlı, Mingəçevir, Gəncənin Nizami və Kəpəz rayon (şəhər) nümayəndəlik və filialları istisna olmaqla, digər nümayəndəlik və filialları üzrə güzəştli və xüsusi şərtlərlə pensiya təyin olunan şəxslərə müraciət edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Fondun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib ki, pensiya alanlara və pensiya təyinatı ilə bağlı müraciət etmək istəyən şəxslərə göstərilən xidmətlərin səviyyəsinin artırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun strukturunda aparılan dəyişikliklərlə əlaqədar aşağıdakı kateqoriyadan olan pensiya alan şəxslərin pensiya işləri Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının səlahiyyətlərinə verilib:

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən əmək şəraitinə görə güzəştli pensiya təyin edilmiş şəxslər;

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavələr müəyyən edilməsi ilə pensiya təyin edilmiş şəxsələr, o cümlədən:

xüsusi rütbəli şəxslər (prokurorluq, ədliyyə işçiləri və s.);

Milli Məclisin deputatları;

Mərkəzi Seçki Komissiyasının və Hesablama Palatasının üzvləri;

Ədliyyə orqanlarının mülki işçiləri;

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinin əhatə dairəsinə düşən digər şəxslər.

Abşeron, Sumqayıt, Qubadlı, Mingəçevir, Gəncənin Nizami və Kəpəz rayon və şəhərləri istisna olmaqla DSMF-nin digər şəhər və rayonlardakı nümayəndəlik və filialları üzrə qeydiyyatda olan, müvafiq kateqoriyaya aid olan şəxslərin əmək pensiyaları ödənişi 2020-ci ilin oktyabr ayından etibarən hər ayın 14-16-sı aralığında həyata keçiriləcək.

Qeyd olunan əmək pensiyası kateqoriyasının əhatə dairəsinə düşən Fondun Abşeron, Sumqayıt, Qubadlı, Mingəçevir, Gəncənin Nizami və Kəpəz rayon (şəhər) nümayəndəlik və filialları istisna olmaqla, Fondun digər rayon (şəhər) nümayəndəlik və filiallarından pensiya alan şəxslərin və pensiya təyinatı ilə bağlı müraciət etmək istəyən şəxslərin əlavə sualları olduğu təqdirdə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına aşağıdakı telefonlardan hər hansı biri vasitəsilə müraciət edə bilərlər: (012) 563-55-46; (012) 563-55-47; (012) 563-55-34.

Milli.Az

Könüllü pensiya fonduna üzv olmaq üçün necə müraciət edə bilərəm?

Mən bilmək istəyirəm ki, mənə nə qədər pensiya düşər? 1990 ci ildən işləyirəm. Ümumi 37 il iş stajım var.

Cavab: Pensiyanın məbləği şəxsin topladığı pensiya kapitalından asılıdır. Hazırda 2006-cı il tarixədək yığılan stajın hər ilinə 813 manat pensiya kapitalı hesablanlır. Pensiyanın məbləğini müəyyən etmək üçün 2006-ci il tarixdən sonra yığdığınız pensiya kapitalı ilə 2006-də toplayaraq üm144-ə bölünür.

Sualı göndərən: Emin İbadzadə
Tarix: 14.11.2021 23:53
Salam . Yaşa görə minimum pensiya məbləği nə qədərdir ?

Cavab: Salam, yaşa görə əmək pensiyasının minimum həddi 200 manatdır. Növbəti ildən həmin məbləğin 240 manata çatması gözlənilir

Sualı göndərən: Əli Əliyev
Tarix: 11.11.2021 18:08
Mənim anamın 63 yaşı var 17 il iş stajı var ona pensiya düşür?

Cavab: Yaşa görə əmək pensiyası üçün tələb olunan staj 25 ildir. Qeyd olunan staj olmadığı halda şəxs yaşa görə sosial müavinətlə təmin edilir.

Comments are closed, but trackbacks and pingbacks are open.