Press "Enter" to skip to content

Azərbaycan dilində kitablar

Yazıçı, filosof və mütəfəkkir şəxsiyyəti ilə cəmiyyətin aynasına çevrilən, dövrünün ən böyük qələm ustadlarından olan L. N. Tolstoyun bu kitabda 5 hekayəsi yer alır. Bu hekayələr insanın həyatdakı qayə və vəzifələrinə, qarşısıalınmaz güc olan sevgiyə, fitrətindəki işığa, eyni zamanda tamah və gözütoxluq, qəzəb və şəfqət kimi ziddiyyətli xüsusiyyətlərə yenidən nəzər salmağımızı təmin edir…

Azərbaycan dilində kitablar

Kitabın üz qabığındakı ərəbcə yazıda Muhəmməd peyğəmbərin (ona salam olsun): “Alimlər peyğəmbərlərin varisləridirlər” – sözü yazılmışdır.

İslam Tarixi (I cild)

İslamın meydana çıxması, formalaşması və yayılması müasir dövr tədqiqatçılarının ən çox müraciət etdikləri mövzulardan biri olmuşdur. Bu mövzu ictimai və siyasi yönlərilə bir çox dəfə araşdırılmış və mövzuya dair çox sayıda əsər qələmə alınmışdır. Sözü gedən mövzuya dair kifayət qədər köklü tədqiqatlar olduğu üçün bu sahədə qələm alınmış hər hansı bir əsər tarix elminə xüsusi bir yenilik qazandırmaya bilər. Bu səbəbdəndir ki, oxucuya təqdim etdiyimiz bu əsəri araşdırmacı tarixçilik tərzində deyil, daha çox öyrədici, praqmatik tərzdə qələmə almağa üstünlük verdik.

Səhih Dua və Zikrlər (Müsəlmanın qalası)

Bu kiçik kitabçada müsəlmanlar arasında daha çox yayılan və yalnız səhih hədislərdə olan dua və zikrlər qeyd edilmişdir. Həmçinin ərəbcə oxuya bilməyən insanlar üçün bir neçə surənin azərbaycanca yazılışını qeyd etmişik. Transkripsiyada ərəbcə olan sözün oxunuşunda uzatmanı bildirmək üçün hərfdən sonra gələn iki nöqtə, ondan əvvəl gələn hərfin bir hərf uzadılması deməkdir. Məsələn,
“Lə: ilə:hə illəllah”, yəni “lə” sözündən sonra “ə” hərfi bir hərf uzadılır, və ya “ru:hi:” sözündə “u” və sonda olan “i” səsi bir hərf uzadılır. Uca Allah bu kiçik kitabçanın ərsəyə gəlməsində köməklik göstərən hər bir kəsin əməl dəftərini savablarla doldursun! Allah müsəlmanları bu kitabça ilə faydalandırsın!

Əzəmətli Quranın Təfsiri – İbn Kəsir (II cild)

Həqiqətən, təfsir elmi mövzu və məqsəd baxımından ən fəzilətli və şərəfli elmlərdən biridir. Belə ki mövzusu Uca Allahın kəlamları olan bu elmi öyrənməkdə məqsəd Allahın ayələrinin mənasını açıqlamaq və bəyan etməkdir. Uca Allah bizə Quranı nazil etmiş və ayələrini başa düşüb tədəbbür etməyi və əməl etməyi buyurmuşdur. Uca Allah buyurur: “Bu Mübarək Kitabı, insanların onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün sənə nazil etdik” (“Sad”, 29).

Quran oxumağa giriş

Əlinizdə olan bu kitab bir çox kitablara müraciət edilərək hazırlan­mışdır. Məqsədimiz Qurani­Kərimi öyrənmək istəyənlər üçün sadə və asan oxunulan bir kitab hazırlamaqdır. Kitabda olan qaydaların rahat başa düşülməsi üçün hərf ləri bəzən rəngli qeyd etmişik.

Azərbaycan dilində kitablar

Əməkdar jurnalist Yunis Orucovun “NARGİN – saralmış kədər” romanında Birinci Dünya Müharibəsinin gedişində Nargin Adasında əsir tutulan minlərlə türk həbçisinin taleyindən, onların işgəncələrlə dolu ağır həyatından, Azərbaycan xalqının, ziyalılarımızın və milyonçuların əsirlərin adadan qaçırılaraq xilas edilməsi yolunda göstərdiyi fədakarlıqlardan bəhs edilir. Roman tarixi faktlar əsasında qələmə alınıb və Azərbaycan-Türkiyə qardaşlığının tərənnümü baxımından olduqca əhəmiyyətlidir.

CAVAD XAN OĞLU UĞURLU XANIN HEKAYƏTİ

Kitabda Azərbaycan tarixinin ən mübariz hökmdarlarından olmuş, öz mücadiləsi uğrunda şəhadətə ucalmış Gəncə xanı Cavad xanın oğlu Uğurlu xanın həyat və mübarizə yolundan bəhs olunur. Müəllif öz əsərini arxiv materialları əsasında ərsəyə gətirmiş, 23 ildən artıq uzun müddət ərzində nəhəng Çar imperiyasına qarşı mübarizə aparan Uğurlu xanın bədii obrazını mənbələr işığında yarada bilmişdir. Xüsusən gənc nəsildə vətənpərlik və mübarizlik ruhunun formalaşması baxımından əsərin böyük əhəmiyyəti vardır.

XƏMSƏDƏN HEKAYƏLƏR

Azərbaycan ədəbiyyatının təkrarolunmaz nümayəndəsi Şeyx Nizami Gəncəvi dünyaya öz adına layiq bir xəzinə – “Xəmsə” toplusunu miras qoymuşdur. Nizami “Xəmsə”də yer verdiyi hekayə və əhvalatlarla cəsarəti, hünəri, mərdliyi, doğruluğu tərif etməklə yanaşı, xəyanəti, yalanı, zülmü, acgözlüyü, ədalətsizliyi tənqid edir, hər kəsə ibrət dərsi verəcək gücdə bir-birindən parlaq nümunələr sərgiləyir. Daim haqqa, ədalətə, doğruluğa səsləyən mütəfəkkir-şair bu hekayələrində insanları qəflət yuxusundan oyanmağa, mənəviyyata, şəfqətə və sevgiyə çağırır. Daha geniş oxucu kütləsinə xitab etməsi üçün, kitabımızda yer alan hekayələrin dili sadələşdirilərək nəsrə çevrilmişdir.

İNSANI YAŞADAN NƏDİR?

Yazıçı, filosof və mütəfəkkir şəxsiyyəti ilə cəmiyyətin aynasına çevrilən, dövrünün ən böyük qələm ustadlarından olan L. N. Tolstoyun bu kitabda 5 hekayəsi yer alır. Bu hekayələr insanın həyatdakı qayə və vəzifələrinə, qarşısıalınmaz güc olan sevgiyə, fitrətindəki işığa, eyni zamanda tamah və gözütoxluq, qəzəb və şəfqət kimi ziddiyyətli xüsusiyyətlərə yenidən nəzər salmağımızı təmin edir…

KÖNÜL DÜNYASI

Kitabda AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin “Füyuzat” jurnalında dərc olunan silsilə məqalələri təqdim olunur. Müəllif ədəbi-fəlsəfi və aktual mövzulara həsr edilən məqalələrində insan, kainat, yaradılış, özünüdərk, milli ruh və digər mühüm məsələlər haqqında təəssüratlarını oxucularla bölüşür. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

TƏMSİLLƏR, HEKAYƏLƏR

XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Qasım bəy Zakir Şərq ədəbiyyatının ən gözəl nümunələrini yaradan söz ustalarından biri kimi şöhrət qazanmışdır. Ədib şifahi xalq yaradıcılığının zəngin mənbələrindən istifadə etməklə Azərbaycan xalq təmsillərini və hekayələrini özünəməxsus şəkildə yenidən qələmə almışdır. Q.Zakirin kiçikyaşlı uşaqlar üçün yazdığı təmsilləri əxlaqi-tərbiyəvi xarakter daşıyır. Onlarda yoldaşlıqda vəfalı olmaq, ağıllı nəsihətlərə qulaq vermək, zəhmətkeşlik kimi gözəl insani xislətlər təbliğ, yaltaqlıq, yalançılıq, xəyanət isə tənqid olunur. Bütün insanlararası münasibətlərdə səbirli, sadiq, tədbirli olmaq isə kitabımızda yer alan, daha böyükyaşlı uşaqlar üçün nəzərdə tutulan hekayələrin əsas qayəsini təşkil edir.

QU QUŞU

Dünya şöhrətli yazıçı L. N. Tolstoy daha çox romanları ilə tanınsa da, həm də gözəl hekayələr müəllifidir. Onun hekayə yaradıcılığının bir qismini balaca oxucular üçün qələmə aldığı uşaq hekayələri təşkil edir. “Qu quşu” toplusunda yer alan hekayələrin hər birinin mövzusu, ideyası tərbiyəvi, öyrədici əhəmiyyət daşıyır. Bu hekayələrdə dürüstlük, dostluq, sədaqət kimi müsbət keyfiyyətlərlə yalançılıq, acgözlük, hiyləgərlik kimi mənfi xarakterlər qarşılaşdırılır.

QOCA DƏNİZÇİNİN HEKAYƏTİ

İngilis ədəbiyyatının parlaq nümayəndəsi Samuel Teylor Koleric dünya şöhrətli yazıçı, filosof və ədəbi tənqidçidir. Onu dünya ədəbiyyatının zirvəsinə daşıyan “Qoca dənizçinin hekayəti” əsəri həyat və ölüm arasında qalmağa məhkum olmuş bir dənizçinin dramatik, eyni zamanda əsrarəngiz səyahətinin hekayəsidir. Ortayaşlı məktəblilər və böyüklər üçün nəzərdə tutulan bu əsərdə qeyri-adi fantastik ünsürlər yer alsa da, ideyası mənəvi-əxlaqi və öyrədici əhəmiyyət daşıyır.

ANAMIN NAĞILLARI

Yazıçı-mütəfəkkir Əzizə Cəfərzadənin qələmə aldığı “Anamın nağılları” kitabında müəllifin qələmə aldığı nağıllar əsasən onun anasının vaxtilə söylədiyi, xalq yaradıcılığına, milli köklərə bağlı nağıl və əfsanələrdən ibarətdir. Məlumdur ki, nağılların əksəriyyəti, adətən, xoşbəxt sonluqla bitir. Ancaq sizə təqdim etdiyimiz bu nağılların heç də hamısının sonu gözlədiyimiz kimi deyil. Onların hər biri özünəməxsus şəkildə tamamlanır və burada hədəf xoşbəxt sonluqdan daha çox nağılların tərbiyəvi-əxlaqi məzmunudur. Oxucular bu nağıllardan ibrətamiz dərs, müsbət örnəklər almaqla yanaşı, eyni zamanda xalqımızın tarixindən, milli-mənəvi dəyərlərdən süzülüb gələn bir çox nümunələrlə də tanış olacaqlar. Nağıllar arasında yeri gəldikcə verilən bayatılar, ağılar, laylalar bu kitaba xüsusi rəng qatmaqla özünəməxsusluğunu ortaya qoyur. Kitab orta və böyükyaşlı uşaqlar üçün nəzərdə tutulmuşdur.

Похожие статьи

Comments are closed, but trackbacks and pingbacks are open.