HUAWEI şirkətinin yeni planşeti Azərbaycan dilində əlyazma mətnləri tanıyır
Azərbaycanda ilk dəfə olaraq, dilimizin adlar sistemində işlənən bütün şəxs adlarının izahlı lüğəti hazırlanıb.
Azərbaycan dilində şəxs adlarının yazılış forması təkmilləşdirilib
Azərbaycanda ilk dəfə olaraq, dilimizin adlar sistemində işlənən bütün şəxs adlarının izahlı lüğəti hazırlanıb.
Trend-i buradan izləyin
Bakı. İlhamə İsabalayeva – Trend:
Azərbaycanda ilk dəfə olaraq, dilimizin adlar sistemində işlənən bütün şəxs adlarının izahlı lüğəti hazırlanıb.
Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova Trend-ə bildirib ki, “Azərbaycan dilində səxs adlarının izahlı lüğəti” adlanan və artıq nəşr olunmaq üzrə olan yeni kitaba 6000-ə yaxın ad daxil edilib. Kitabda adların izahı ilə yanaşı, onların düzgün yazılış formaları da göstərilib.
S.Sadıqova deyib ki, bəzi adların yazılışı ilə deyilişi arasında müəyyən fərqlər yaranır.
Orfoqrafiya prinsiplərinə əməl olunmaması baxımından bəzi adların yanlış yazıldığını deyən S.Sadıqova qeyd edib ki, şəxs adlarının yazılışı ümumi orfoqrafiya qaydaları ilə bağlı olsa da, şəxs adlarının sırf özünəməxsus yazılış qaydaları da mövcuddur.
O, əlavə edib ki, Füzuli adı “F(i)zuli” kimi tələffüz edilsə də, Füzuli, Bəs(d)i kimi tələffüz olunan ad isə Bəsti kimi yazılmalıdır. İki sadə şəxs adının birləşməsindən əmələ gəlmiş adlar bitişik yazılmalıdır: “Məsələn, Məmmədəli, Əbdüləziz, Əliheydər, Həsənəli, Cəfərqulu, Qulamhüseyn, İbrahimxəlil, Əbdüllətif, Məlikməmməd və s. Mürəkkəb şəxs adlarından iki sait qoşalaşdıqda birinci sözün son saiti yazılmır. Məsələn, Əli+Əsgər /Ələsgər/, Mirzə+Əli /Mirzəli/, Əli+Abbas /Əlabbas/, Əli+İsa /Əlisa/ və s.. Qoşa samitli adlarda isə hər iki qoşa samit yazılır: Nurəddin, Seyfəddin, Camaləddin, Şəmsəddin, Feyzulla, Seyfulla, Nəsrulla, Nəsibulla, Qeybulla, Beydulla, Elməddin”.
S.Sadıqova bildirib ki, tərkibində “ağa”, “xan”, “bəy”, “mirzə”, “hacı”, “seyid”, “soltan”, “xanım” sözləri olan mürəkkəb şəxs adları bitişik yazılır. Komissiyanın sədr müavini belə adlara misal kimi Ağaverdi, Əlimirzə, Xanbaba, Mehdixan, Əlibəy, Mirzəli, Hacıbala, Soltansəlim, Kiçikxanım, Seyidəhməd və s. göstərib.
O, kitaba gülüş doğuran adların daxil edilmədiyini də söyləyib: “Təəssüf ki, bir sıra valideynlər vəzifələrini unudaraq övladlarına Stəkan, Şüşəbənd, Türmə, Cinayətkar, Məstan, Kəniz, Kündə, Dilənçi, Külək, Məlumat, Meyxoş, Qaçmaz, Bütöv, Rahat, Şikayət, Kommunist, Marlen, Traktor, Kombayn kimi adlar veriblər. Gülüş doğuran belə adlar kitaba daxil edilməyib. Dilimizə uyğun olmadığı üçün Maqomed adı da adların siyahısından çıxarılıb. Bu ad yalnız Məmməd və Məhəmməd adı kimi verilib”.
HUAWEI şirkətinin yeni planşeti Azərbaycan dilində əlyazma mətnləri tanıyır
Əvvəlki nəslin qurğuları ilə müqayisədə planşet daha məhsuldar prosessor, yüksəkkeyfiyyətli ekran və müasir lakonik dizayna malikdir. MatePad 11 təkmilləşdirilmiş HUAWEI Share “Multiscreen” funksiyasını dəstəkləyir, ikinci nəsil HUAWEI M-Pencil stilusuna, maqnit klaviatura və mausa qoşula bilir.
HUAWEI MatePad 11 Adreno 650 qrafik modullu 8-nüvəli Qualcomm Snapdragon 865 prosessoru ilə təchiz olunub və 6 GB operativ yaddaşa malikdir. Bu 120 Hs-dək ekran yenilənmə tezliyi ilə ilk Huawei planşetidir. Ekran az enerji istehlak etməklə animasiya və dinamik videoların rəvan şəkildə canlandırılmasını təmin edərək tezliyi göstərilən kontentə uyğunlaşdırır.
HUAWEI MatePad 11 Harman Kardon ilə birlikdə hazırlanan güclü stereo sistemə malikdir. Dörd yüksək amplitudalı dinamik həcmli real səslənməni, Histen 7.0 texnologiyası isə basların gücləndirilməsi və səsin örtülməsinin yaxşılaşdırılmasını təmin edir. Bundan əlavə, planşet hətta səs-küylü yerlərdə və güclü küləkdə belə videozəng etməyə və rahatlıqla ünsiyyət qurmağa imkan verən intellektual səs-küy azaltma sistemi ilə dörd mikrofonla təchiz olunub. Keyfiyyətli şəkillər üçün f/1.8 diafraqmalı 13 MP-lik əsas kamera və f/2.0 diafraqmalı 8 MP-lik ön kamera mövcuddur.
Kadrların dəyişdirilmə tezliyinin adaptasiya texnologiyası sayəsində planşet əlavə enerji yığmadan uzun müddət işləyə bilir. Akkumulyator 12 saat ərzində video izləməyə imkan verir. Matepad 11 planşetində əvvəlcədən quraşdırılmış tətbiqlərin kifayət qədər geniş siyahısı mövcuddur. Məsələn, onlardan biri əlyazma şəklində qeydlər aparmağa imkan verir, proqram isə bu qeydləri rəqəmsal şəklə salır. Bu funksional şagirdlər və mühazirə yazan tələbələr və ya iclas və tədbirlər zamanı qeyd aparan işçilər üçün xüsusilə faydalıdır. Qeyd etmək lazımdır ki, proqram Azərbaycan dilində interfeysi dəstəkləyir və mətni tanıyır. Bundan əlavə, bu, xarici dilləri öyrənən zaman kömək edir, çünki proqram səhvləri düzəldir və yanlış yazılan sözləri göstərir.
Planşet dərsdə və işgüzar fəaliyyətdə hesablamalar üçün xüsusi kalkulyatorla da təchiz olunub. O, əlyazmanı tanıyır və rəqəmsal formata çevirir. Nümunə və ya düsturun yazılışında səhvləri düzəltmək üçün bütün misalı yenidən yazmaq lazım deyil – yalnız yanlış hissənin üstündən xətt çəkib düzəliş etmək kifayətdir. Üstəlik MatePad 11 planşetində animasiya, rəsmçəkmə, sənaye dizaynı üçün xüsusi tətbiqlər və s. quraşdırılıb.
Planşet ən fərqli vəziyyətlərdə qurğu ilə qarşılıqlı əlaqəni təmin edən Huawei şirkətinin HarmonyOS 2 əməliyyat sistemi əsasında işləyir. Aşağıda yerləşən dokla yenilənmiş iş masası tez-tez istifadə olunan və yeni açılan tətbiqlərə çıxışı sürətləndirir. İnterfeysin fərdi şəkildə tənzimlənməsi üçün faydalı məlumatları əks etdirən vidcetlər mövcuddur.
Onlar bildirişləri, təqvimdə yaxın zamanda keçiriləcək tədbirləri, hava proqnozunu, bloknotdan qeydləri və bir çox məlumatları müvafiq tətbiqləri açmadan bilavasitə iş masasında görməyə imkan verir. İstifadəçi onların xarici görünüşünü və ölçülərini tənzimləyərək, şəxsi iş masasını yarada bilər.
Cihaz 10 sentyabr 2021-ci il tarixindən Baku Electronics və Kontakt Home mağazalar şəbəkəsində açıq satışa buraxılacaq. Planşeti alanlara Huawei FreeBuds 4i qulaqcıqları, [email protected] tətbiqinə 2 aylıq pulsuz abunəlik və Yandex Music tətbiqinə 90 günlük pulsuz abunəlik hədiyyə olunacaq.
Comments are closed, but trackbacks and pingbacks are open.