Azərbaycan dilində söz yaradıcılığı kitabı
Leksik şəkilçilər ahəng qanununa uyğun olaraq, əsasən, iki və dörd cür yazılır. Lakin belə şəkilçilər sırasında bir cür yazılanları da var: -daş, -kar, -xana, -dar, -stan, -şünas, -zadə, -keş.
Qiyasbəyli M. N. Azərbaycan dilində morfoloji söz yaradıcılığı: düzəltmə sözlərin lüğəti (1987)
▶▶▶▶▶Pulsuz yüklə◀◀◀◀◀ ? Yandex ?
Related posts:
- Гаркавец А. Н. Кыпчакский словарь (2023)
- Тихонов Д. И. Хозяйство и общественный строй уйгурского государства X-XIV вв. (1966)
- Насилов В. М. Язык тюркских памятников уйгурского письма XI-XV вв. (1974)
- Тугушева Л. Ю. Уйгурские деловые документы X-XIV вв. из Восточного Туркестана (2013)
- Насилов В. М. Древнеуйгурский язык (1963)
- Щербак А. М. Грамматический очерк языка тюркских текстов X-XIII вв. из Восточного Туркестана (1961)
- Ming Hanedanı Tercüme Odası. İdikut sözlüğü (2012)
- Turcologica Upsaliensia: an illustrated collection of essays (2020)
- Serkan Şen. Orhon, Uygur ve Karahanlı metinlerindeki meslekler bağlamında eski türk kültürü. Doktora tezi (2007)
- Hanife Gezer. Karahanlı Türkçesi temel söz varlığının eski Türkçeden Karluk grubu lehçelerine anlam incelemesi. Doktora tezi (2019)
Sözün tərkibi. Söz yaradıcılığı
Sözün mənalı hissələri kök və şəkilçidir. Kök sözün ayrılıqla işlənə bilən və əsas mənanı ifadə edən hissəsidir.
Şəkilçi sözün ayrılıqda işlənə bilməyən və yalnız kökə qoşulmaqla müəyyən məna daşıyan hissəsidir. Azərbaycan dilində kök əvvəl, şəkilçi sonra gəlir.
Şəkilçilər iki cür olur: leksik və qrammatik şəkilçilər.
Leksik şəkilçilər qoşulduqları söz köklərdən yeni sözlər düzəldir: dəmir — dəmir+çi
Qrammatik şəkilçilər isə sözün ancaq formasını dəyişdirir. Qrammatik şəkilçilərin hamısı bizim dilimizə məxsusdur. Onlar söz birləşmələri və cümlələrdə sözləri bir-birinə bağlamağa xidmət göstərirlər.
İsimlərdə cəm, hal, mənsubiyyət, şəxs şəkilçiləri, sifətin dərəcə şəkilçiləri, felin təsriflənən və təsriflənməyən formalarla bağlı şəkilçiləri, zaman və şəxs şəkilçiləri qrammatik şəkilçilərdir.
Şəkilçilər bir, iki və dörd cür yazılır.
Leksik şəkilçilər ahəng qanununa uyğun olaraq, əsasən, iki və dörd cür yazılır. Lakin belə şəkilçilər sırasında bir cür yazılanları da var: -daş, -kar, -xana, -dar, -stan, -şünas, -zadə, -keş.
Qrammatik şəkilçilər də ahəng qanununa uyğun olaraq həmişə iki və dörd cür yazılır: -lar, -lər; -dan, -dən; -ın, -in, -un, -ün; -dı, -di, -du, -dü
İki cür yazılan şəkilçilərin tərkibində yalnız iki açıq sait iştirak edir: a, ə. Digər açıq saitlər (e, o, ö) şəkilçilərdə ona görə iştirak etmir ki, əsl Azərbaycan sözlərində həmin səslər sözün birinci hecasından sonrakı hecalarında işlənmir.
Şəkilçilərin əvvəlində gələn y, n, s samitləri bitişdirici samitlər adlanır. Onlar saitlə bitən sözlərə saitlə başlanan şəkilçilər artırdıqda işlənir:
işlə-y-əcək, körpü-n-ün, xala-s-ı.
SADƏ VƏ DÜZƏLTMƏ SÖZLƏR
Sadə sözlər kökdən, yaxud kök və qrammatik şəkilçilərdən ibarət olur: kitab, kitab+lar, kitab+lar+dan
Köklərə qoşularaq onlardan yeni mənalı sözlər əmələ gətirən şəkilçilər leksik şəkilçilər adlanır: məktəb+li, qış+laq, baş+la(maq)
Leksik şəkilçilərlə əmələ gələn sözlərə düzəltmə sözlər deyilir.
Leksik şəkilçi qəbul edən söz leksik şəkilçi ilə birgə sözün başlanğıc formasını yaradır. Sözlər bütün lüğətlərdə başlanğıc formasında olur. Sözlərin quruluşca növü, hansı nitq hissəsinə aid olması da onların başlanğıc formasına görə müəyyən edilir.
SÖZ YARADICILIĞININ ƏSAS ÜSULLARI
Morfemika — sözlərin tərkibindən, onların quruluşundan bəhs edən bölmədir. Dilin mənalı hissələri, yəni kök, leksik və qrammatik şəkilçilər ayrı-ayrılıqda morfem adlanır.
Leksik şəkilçilər yeni mənalı sözlər yaradır.
Qrammatik şəkilçilər sözlərin formasını dəyişir.
Dildə yeni sözlər bir neçə yolla yaranır:
- Leksik — sözlərin öz əvvəlki mənasından fərqli olan yeni məna kəsb etməsilə: Ay (Yerin peyki) və ay (30 gün)
- Morfoloji — söz köklərinə leksik şəkilçilər artırmaqla.
- Sintaktik yol — iki və daha artıq sözün birləşməsilə.
EYNİKÖKLÜ SÖZLƏR
Eyni bir kökdən əmələ gələn sözlər eyniköklü sözlər adlanır. Eyniköklü sözlər düzəltmə olmaqla yanaşı, onların kökü eyni nitq hissəsi və eyni söz olmalıdır:
baş — başçı, başlıq, başla(maq), başlanğıc; əl — əlcək, ələk, ələ(mək).
Eyniköklü sözlərin özünə gəldikdə isə onlar həm eyni bir nitq hissəsinə, həm də müxtəlif nitq hissələrinə aid ola bilir: bağ — bağça, bağlıq, bağban (hamısı isimdir);
yağ — yağlı (sifət), yağla (fel).
MÜRƏKKƏB SÖZLƏR
Söz yaradıcılığının digər mühüm bir vasitəsi iki və daha artıq sözün birləşməsi ilə yeni mənalı sözlərin əmələ gəlməsidir. Bu yolla yaranan sözlər mürəkkəb sözlər adlanır.
Mürəkkəb sözlər müxtəlif yollarla əmələ gəlir:
1) iki müxtəlif mənalı sözün birləşməsi ilə: baramaqurdu, ayaqqabı, yarımada, suiti;
2) yaxın mənalı sözlərin birləşməsi ilə: oğul-uşaq, qoyun-quzu, qapı-pəncərə, toyuq-cücə;
3) antonim sözlərin birləşməsi ilə: gecə-gündüz, böyük-kiçik, tez-gec, az-çox;
4) eyni sözün təkrarı ilə: səhər-səhər, üz-üzə, birdən-birə, yavaş-yavaş.
Yazılışına görə mürəkkəb sözlər iki cür olur: 1) bitişik yazılanlar; 2) defislə yazılanlar.
Bitişik yazılanlar:
- İki müxtəlif mənalı sözün birləşməsindən əmələ gələn mürəkkəb sözlər: istiot, günəbaxan, bağayarpağı, itburnu və s.
- Məcazi mənalı iki sözün birləşməsindən əmələ gələn mürəkkəb sözlər: üzüyola, suyuşirin, gözucu və s.
Defislə yazılananlar:
- eyni sözün təkrarından əmələ gələnlər: yastı-yastı, topa-topa, başdan-başa, gündən-günə;
- yaxın mənalı və ya antonim sözlərdən əmələ gələnlər: dəftər-kitab, taxta-şalban, gəliş-gediş, isti-soyuq;
- tərəflərindən biri ayrılıqda işlənməyən sözlərdən əmələ gələnlər: kağız-kuğuz, əzik-üzük, bəzək-düzək, çör-çöp;
- əvvəlinci hissəsi qeyri sözündən ibarət olanlar; qeyri-adi, qeyri-müəyyən, qeyri-dəqiq və s.
MÜRƏKKƏB ADLARIN YAZILIŞI
Mürəkkəb adların xüsusi isimlərdən fərqi ondadır ki, xüsusi isimlər ayrı-ayrı sözlərdən, mürəkkəb adlar isə söz birləşmələrindən ibarət olur. Mürəkkəb adlara daxildir:
- idarə və təşkilatların adları;
- respublika bayramlarının adları;
- dövlət təltiflərinin adları;
- coğrafi adlar.
Mürəkkəb adlar cümlənin bütöv bir üzvü olur. Mürəkkəb adların yazılışında üç qayda var:
1) Aşağıdakı mürəkkəb adların tərkibində olan bütün sözlərin baş hərfi böyük yazılır:
a) ölkələrin, muxtar respublikaların adlarında; Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası.
b) respublika, şəhər və rayon tabeliyində olan idarə və təşkilatların adlarında; Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bakı Qaz İdarəsi, Babək Rayon Maliyyə Şöbəsi
2. Aşağıdakı mürəkkəb adların tərkibində olan sözlərin ancaq əvvəlincisi böyük hərflə başlanır:
a) məşhur tarixi gün və bayramların adlarında; Novruz bayramı, İyirmi yanvar (20 Yanvar)
b) tərkibində okean, dəniz, çay, göl, meydan, küçə və s. sözlər olan coğrafi adlarda; Sakit okean, Xəzər dənizi, Araz çayı, Baykal gölü, Azadlıq meydanı, İstiqlaliyyət küçəsi
c) dövlət mükafatı və təltiflərinin (orden, medal, nişan) adlarında; «İstiqlal» ordeni, «Şöhrət» ordeni
3. Fəxri adların özək hissəsini təşkil edən bütün sözlər kiçik hərflə yazılır: Azərbaycan Respublikasının əməkdar müəllimi
Mürəkkəb adların bir çoxu, xüsusən ölkə, idarə və təşkilat adları mürəkkəb ixtisarlar şəklində də işlədilir; məsələn,
- BDU — Bakı Dövlət Universiteti
- BMT — Birləşmiş Millətlər Təşkilatı
- MDB — Müstəqil Dövlətlər Birliyi
- AMEA — Azərbaycan Milli Elmlər Akademiyası
Elə mürəkkəb ixtisarlar da var ki, onlar tələffüzə yatmadığından bütöv sözlərlə oxunur: ARSN (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi).
Müəllif: KAMRAN ƏLİYEV
Mənbə: AZƏRBAYCAN DİLİ, abituriyentlər üçün köməkçi vəsait, Bakı — «Elm» — 2011, ISBN 978-9952-453-30-0
- Teqlər:
- mürəkkəb adlar
- , söz yaradıcılğı
- , sözün kökü
- , şəkilçilər
- , Azərbaycan dilinin qrammatikası
Похожие статьи
-
Azərbaycan dilində fars alınmaları
Alınma sözlər Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın. Bölmə I §9. Dil və mədəniyyət….
-
Azərbaycan dilində sözlərin leksik semantik inkişafı
Azərbaycan dilində sözlərin leksik semantik inkişafı Qərbi sarmışdı dumanlar, sislər, Acılar duydu içindən Azər. Özləyib Şərqi, həmən çıxdı yola, Bəlkə…
-
Azərbaycan dilində qrammatik sinonimlik bakı 1985
İMADƏDDİN NƏSİMİNİN DİVANINDA QRAMMATİK ARXAİZMLƏR İş vaxtı: Bazar ertəsi – Cumə: 9:00-18:00 Fasilə: 13:00-14:00 İstirahət günləri: Şənbə, Bazar…
-
Azərbaycan dilində durğu işarələri
Kateqoriya: Durğu işarələri İstifadə olunmuş mənbələr: Azərbaycan Milli Elmlər Akademiyası Yazı mədəniyyətinin üç əsas şərti var: bunlardan birincisi…
-
Azərbaycan dilində kitablar Yazıçı, filosof və mütəfəkkir şəxsiyyəti ilə cəmiyyətin aynasına çevrilən, dövrünün ən böyük qələm ustadlarından olan L. N….
Comments are closed, but trackbacks and pingbacks are open.