Leksikologiya. Sözün leksik və qrammatik mənası
Hərəkət – isimdir, nə? sualına cavab verir, sadədir, ümumidir, mücərrədir, mübtəda, tamamlıq və xəbər vəzifəsində işlənə bilər.
sözün leksik və qrammatik mənası
-
1. Sözün məzmunu ifadə etdiyi ilkin məna onun leksik mənasını təşkil edir. Sözün leksik mənası əşyaları, əlamət və keyfiyyətləri, miqdarı, hərəkətləri, istiqaməti və s.-i təsəvvürdə canlandırır, onlar barədə dəqiq anlayış yaranmasına imkan verir.
Hansı sözlərin leksik mənası var? Söz deyilərkən söhbətin nədən getdiyi anlaşılırsa, deməli, bu sözün leksik mənası var. Yəni ağıla gələn ilkin təsəvvür məhz sözün leksik mənasıdır.
Məsələn:
Yarımada – üç tərəfi su ilə əhatə olunmuş torpaq sahəsi.
Kitab – məlumat almaq üçün istifadə olunan vəsait.
Qələm – yazı yazmaq üçün hər hansı materialdan hazırlanmış, içliyi olan əşya.
Sözlərin leksik mənası izahlı lüğətlərdə verilir (azleks). Azərbaycan dilinin dördcildlik izahlı lüğətində dilimizin lüğət tərkibindəki əksər sözlərin leksik mənası şərh olunmuşdur.
Azərbaycan dilində əsas nitq hissələrinin leksik mənası olduğu halda, köməkçi nitq hissələrinin, şəkilçilərin, hissəciklərin müstəqil leksik mənası olmur.
Yaxşı, sözün leksik mənasını necə izah etmək olar?
1. Sözün məzmununu, əlamət və xüsusiyyətlərini izah etməklə.
Məsələn:
Tala – meşənin, ağaclığın arasındakı kiçik açıqlıq.
Meşə – çoxlu ağac, kol, bitkilər olan geniş ərazi.
Balıq – pulcuqlarla örtülmüş, qəlsəmələri, üzgəcləri olan su canlısı.
2. Sözün sinonimini göstərməklə.
Məsələn:
Xəsis – simic, qıymaz.
Sərgüzəşt – əhvalat, hadisə, macəra.
3. Sözün antonimi göstərməklə
Məsələn:
Zəfər – məğlubiyyətin əksi.
Bədbin – nikbinliyin əksi.
4. Sözü əmələ gətirən hissələri izah etməklə. Bu yolla, əsasən, düzəltmə və mürəkkəb sözlərin leksik mənalarını izah etmək olar.
Məsələn:
Bəstəboy sözünü götürək. “Boy”un mənası aydındır, ”bəstə” sözü isə fars dilində “bağlı” sözü ilə yanaşı, həm də bir qədər alçaq mənasını da verir. Bəstəboy məhz bu ikinci məna ilə bağlıdır. Dilimizdə “alçaqboylu” mənasında işlənir.
Bədbin. “bəd” fars dilində “pis”, “bin” isə “görmək” mənası verir.
Dilimizdə bu söz “ümidsiz, küskün, hər şeyə imkansız baxan” mənasında işlənir.
sözün qrammatik mənası dedikdə nəzərdə tutulur:
1. Sözün hansı nitq hissəsinə mənsub olması.
2. Bir nitq hissəsi olaraq hansı xüsusiyyətlərə malik olması.
3. Hansı sintaktik vəzifə daşıya bilməsi.
Məsələn:
1) bacarıq (isimdir, nə? Sualına cavab verir, düzəltmədir, mücərrəddir, ümumidir, mübtəda, tamamlıq və xəbər vəzifəsində işlənə bilər)
2) yazılmaq (feildir, düzəltmədir, təsirsizdir, məchul növdədir və s.)
3) savayı (qoşmadır, fərqlənmə mənası yaradır, çıxışlıq halda olan sözdən sonra gəlir)
4) -çı (şəkilçidir, 4 cür yazılandır, leksik şəkilçidir, şəxs mənası verən isim yaradır və s.)
Həm əsas, həm də köməkçi nitq hissələrinin, həm də şəkilçilərin qrammatik mənası olur.
Leksikologiya. Sözün leksik və qrammatik mənası.
Bizi əhatə edən aləmdə hər bir əşya, hərəkət, əlamət, hadisə və s. müəyyən bir sözlə ifadə olunur. Bu sözlər dilin lüğət tərkibini təşkil edir. Dilin lüğət tərkibindəki sözlərin cəmi leksika (yunanca leksis -söz, ifadə deməkdir) adlanır. Dilçiliyin leksikasını öyrənən bölməsi leksikologiya adlanır. Leksikologiyada sözlərin mahiyyəti, onların formaca və məzmunca əmələ gətirdiyi qruplar, sözlərin mənşəyi və işlənmə dairəsi öyrənilir.
Sözün leksik və qrammatik mənası
- Sözün məzmununu, əlamət və xüsusiyyətlərini izah etməklə: pərvanə – işığa, oda can atan kiçik kəpənək.
- Sözə yaxmmənalı sözlər (sinonimlər) seçməklə: xəsis – simic.
- Sözə əks mənalı sözlər (antonimlər) seçməklə: sevinc – kədər.
- Sözün hissələrini izah etməklə. Bu yolla, əsasən, düzəltmə və mürəkkəb sözlərin leksik mənalarım izah etmək olar. Bədbin – dilimizdə bu söz «ümidsiz, küskün, hər şeyə inamsız baxan, gələcəyə inanmayan» mənasında işlənir. «Bədbin» sözünün əks mənası «nikbin»dir. «Bəd» sözü fars dilində «pis», «bin» isə «görmək» mənasındadır.
Sözün leksik mənası ilə yanaşı qrammatik mənası da olur. Sözün qrammatik mənası onun hansı nitq hissəsi olduğunu, bir nitq hissəsi olaraq hansı xüsusiyyətlərə malik olmasını, hansı sintaktik vəzifə daşıya bilməsini bildirir.
Hərəkət – isimdir, nə? sualına cavab verir, sadədir, ümumidir, mücərrədir, mübtəda, tamamlıq və xəbər vəzifəsində işlənə bilər.
Həm əsas, həm köməkçi nitq hissələrinin, həm də şəkilçilərin qrammatik mənası olur.
sürətlə getmək, ötüb keçmək
Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.
Comments are closed, but trackbacks and pingbacks are open.