Press "Enter" to skip to content

2022-ci ilin ən gözəl mənalı sözləri

Ağlı səndə olmayanı ürəyində daşımaq ən ağır yükdür.

Mənalı sözlər

Mənalı sözlər axtaranlar üçün ən ideal menali soz siyahısını aşağıdakı kimi seçərək sizlərlə paylaşırıq. Siz də ən çox bəyəndiyiniz sözləri bizimlə bölüşərək siyahımızın genişlənməsinə kömək edə bilərsiniz.

Həvəsiniz üçün heç kimin qüruru, duyğuları ilə oynamayın. Bu torpağın üstü varsa birdə altı var unutmayın…

Bilməklə bilməmək arasında bir tək doğru vardır; düşünmək..

Sevgini ürəyində tut. Onsuz bir həyat, çiçəksiz bir bağça kimidir.

Səni xəyallarına çatdıracaq ən önəmli şey, cəsarətindir.

Sabah öləcəyimizi bilsək, bütün inciklikləri unudarıq; amma biz sonsuza qədər yaşayacaqmış kimi qırıcı və qürurluyuq.

Xoşbəxt var-dövləti olan deyil,dövlətə ehtiyacı olmayandır.

Zamanında bir addım atmayan insan sonradan 100 addım atmaq məcburiyyətində qalacaq.

Ağıllı adam ağlını işlədər. Daha ağıllı adam başqalarının da ağlından istifadə edər.

Vərəqə toxunan qələm kibritdən daha çox yandıra bilər.

Bir şeyi yadda saxla, bəzən istədiyin şeyi əldə etməmək, istədiyin bir hadisənin baş verməməsi, sənə uğurla nəticələnə bilər.

Kimsə sənə cavabın vermək istəmədiyin sualı verirsə, gülümsə və cavab ver : ” Nəyə görə bunu bilmək istəyirsən ? “

Əgər istedad illər keçdikcə təkmilləşirse, deməli o əsl sınaqdan çıxmışdır, o həqiqi və böyükdür; əgər ehtiras və həyat eşqinin çoxluğundan parlayırsa, onda əhəmiyyətsiz və aldadıcıdır.

Sevgi gözləmədiyin anda yaranan hisslerdəndir…

Qadınlar gülə bildikləri zaman gülər, istədikləri zaman ağlarlar .

Dahilərdən Menali sozler

Dahilər tərəfindən deyilən ən qiymətli menali sozler aşağıdakılardır. Hər birinin müəllifi sözün qarşısında qeyd edilmişdir

Pulsuz pendir yalnız siçan tələsində olur. ( Əhməd Şərif İzgörən )

Sadəlik və sadəlövhlük çox vaxt qarışıq salınır, halbuki biri ürəyin təmizliyindən, o biri ağlın zəifliyindən irəli gəlir. – Əbu Turxan

Günəş ölkələri aydınladır, sözlər milləti. ( Cəmil Meriç )

Pulu, evi, əmlakı itirmək o qədər də acınacaqlı deyil, çünki bütün bunlar insanınkı deyil. Acınacaqlısı insanın öz həqiqi mülkünü – ləyaqətini itirməsidir. ( Epiktet )

Başqalarındandaha üstün olmaq önəmli deyildir. Əsas önəmli olan, dünənki SƏNDƏN daha üstün olmaqdır. ( Hind atalar sözü )

Qaranlıqdan qorxan bir uşağı bağışlamaq asandır, həyatın gerçək faciəsi yetişkinlərin, böyüklərin işıqdan qorxmasıdır. ( Platon )

Yanlışın ən təhlükəlisi doğruya ən yaxın olanıdır. Çünki, doğruyla bu yanlış bir-birinə qarışdırılır. Buna görə də bunun insanları aldatmaq ehtimalı yüksəkdir. ( Nəcməddin Ərbakan )

Arxamdan Danışmağa Davam Et…
“Çünki qarşıma çıxacaq qədər böyük deyilsən”…

Ağıllı öz uğursuzluqlarının səbəbini özündə, nadan isə başqalarında axtarır. ( Konfutsi )

Keçmiş bir fəlakətə kədərlənmək bir yenisini dəvət etmənin ən asan yoludur. ( Uilyam Şekspir )

İnsafla yaşayan mərddir, kişidir,
İnsaflı olmamaq namərd işidir.
( Nizami Gəncəvi )

Arzu elə bir şeydir ki, heç doymaq bilməz; bir çox insanların həyatı, arzuları doyurma yollarını axtarmaqla keçər. ( Aristotel )

Derin menali sozler

Doğulduğunuzla yaşamağı öyrənmək bir prosesdir, iştirakdır, həyatınızın yoğrulmasıdır.

Elmdə inanmaq istəyənlər üçün kifayət qədər işıq, kor olmaq istəyənlər üçün kifayət qədər kölgə var.

Dünən gülümsəyirdim, bu gün də gülümsəyirəm və sabah da gülümsəyəcəm. Çünki həyat nələrəsə ağlamaq üçün çox qısadır.

Zaman keçdikcə daha yaxşı başa düşürsən. Heç bir şeyi əvvəlki qədər sevə bilməyəcəyini!

Həyatın dəyəri uzun yaşamaqda deyil, yaxşı yaşamaqdadır.

Görməkdən qorxduğum xəyallarım vardı, söyləməyə qorxduğum hisslərim vardı, yazmaqdan qorxduğum şeirlərim vardı, indisə itirməkdən qorxduğum sən varsan.

Birinin gözünə baxmaq, onun yuxularına girməyi gözə almaq deməkdir. Sevmək qabiliyyətin yoxdursa, sevə bilmərsən.

Kiçik şeylərə çox əhəmiyyət verənlər böyük işlər görə bilməyənlərdir.

Ey könlümün sol tərəfi, səni ağlıma qoydum, ağlım almadı. Ürəyimə qoydum, sənə doymadı.

Xoşumuza gələn yalanları ovuc dolusu uduruq, lakin acı həqiqətləri qurtum-qurtum içirik.

Mənə elə gəlir ki, qadın heç vaxt kişiyə onu sevdiyini deməməlidir. Qoy onun parıldayan gözləri desin bunu.

Sevəcəksənsə, tək qaldığında ağılına gələni deyil, heç ağılından çıxmayanı sevəcəksən.

Dostun kədərinə kədərlənə bilərsən. Bu Asandır; amma dostun uğuruna sevinə bilmək, möhkəm bir xarakter tələb edir.

Cəhənnəm insan həyatında sevginin bitdiyi yerdir.

“Yaxşı ki”lərin “kaş ki”lərindən artıq olsun bu həyatda. Çünki, zamanı geri qaytarmaq üçün saatın əqrəbi ilə oynamaq fayda verməz.

İçimdə ikinci bir insan kimidir səni sevmək səadəti.

Sənə necə davranmalarını istəyirsənsə, sən də başqalarına elə davran. Lakin, ilk yaxşı davranışı sən et.

Nə qədər bilirsənsə bil, söylədiklərin qarşındakının anlayacağı qədərdir…

Dəstəyə ehtiyacın olanda, adətən heç kimə lazım olmursan. Amma əslində sən daim heç kimə lazım deyilsən. Sadəcə bunun fəqrinə yalnız dəstəyə ehtiyacın olanda varırsan.

Bəzi insanların danışacaq qədər zəkaya, ya da susacaq qədər ədəbə sahib olmaması, həyatdan soyumam üçün kafi bir səbəbdir.

Heyat haqqinda menali sozler

Həyat haqqında mənalı sözlər üçün aşağıdakı siyahıya göz ata bilərsinzi. Ən sevdiyiniz sözlərin hansılar olduğunuda bizimlə bölüşərsiniz ☺️

Həyat bir velosipedə minmək kimidir. Pedalı çevirməyə davam etdiyiniz müddətcə düşməzsiniz.

Həyatda nə istədiyinizə qərar verin; Uğura nail olana qədər heç vaxt əl çəkməyin.

Əhəmiyyətsiz saydığımız ən adi hadisələr bəzən həyatımızı cəhənnəmə döndərə bilər.

Həyat hər gedənin ardınca qaçmağa dəyməz bilməlisən. Sən gələcək olanları gözlə, gedəcək olan varsa, qoy getsin.

Həyatdır bu; vaxt gələr hər şey bir anda son olar. Həyatdır bu; son dediyin an, hər şey yenidən can tapar.

Həyat bəzən insanları bir-biriləri üçün nə qədər çox şey ifadə etdiklərini anlasınlar deyə ayırır.

Bu həyatda bir az da biz gülək dedik, təbəssümlər kədəri silmədi. Bu dərdlə yaşanılmaz ölək dedik, ölüm belə vəfasızmış gəlmədi.

Silgi istifadə etmədən şəkil çəkilən sənətə həyat deyilir.

Həyatda ediləcək o qədər səhv var ki, eyni səhvi etməkdə israr etməyin mənası yoxdur…

Həyatdan qəfil hədiyyələr gözləməkdən əl çək, həyatın özü bir hədiyyədir.

Yaxşı iş görməkdə əziyyət çəksən, əziyyət keçəndən sonra yaxşılıq qalar; pis iş görüb ləzzət çəksən, ləzzət gedər, pislik qalar. ( Nəsirəddin Tusi )

Kədərin başqalarını güldürə bilər, amma gülüşün başqalarını kədərləndirməməlidir. ( C. Palahniuk )

Heç səhv etməyən insan, heç bir şey etməyən insandır.
Və həyatda ən böyük səhv, özünü səhvsiz sanmaqdır. ( Yunus Əmrə )

Mənalı sözlər sizlər üçün toplanaraq paylaşılmışdır. Əlavələrinizi rəylər vasitəsi ilə bizimlə bölüşsəniz sizin adınızdan siyahıya əlavə edəcəyik. Təşəkkürlər.

2022-ci ilin ən gözəl mənalı sözləri

Həyatımızı əks etdirən mənalı, gözəl, qısa, whatsapp statusda paylaşmaq üçün ən yaxşı sözləri, aforizmləri, hikmətli sözləri bir məqalədə topladıq.

Mənalı sözlər, cümlələr yazılı şəkilləri telefonunuza yükləyərək dostlarınızla, whatsapp statusda, instagram hesabınızda paylaşa bilərsiniz.

Ən gözəl sözlər 2022

Hər sözü bəyan etməyə gərək yoxdur. Bir baxış min söz edər baxışdan anlayana.

Mən səni susayacaq qədər, sən mənə susayacaq qədər, sənin məni susduracağın qədər sevdim.

Yanında olduğumda dəyərimi bilməzsən, dəyərimi bildiyin zaman məni yanında tapmazsan.

Mənimlə ömür keçərmi ki dedim. “Səninlə keçirməyə ömür yetərmi?” dedi. Bax buna bir ömür yetdi.

Bir duamız var, bir də duyanımız. Qalanı vacib deyil.

İnsan bəzən bilmədiyi üçün deyil, ədəb bildiyi, səbr etdiyi üçün susar.

Dürüst olmaqdan qorxma, itirəcəyin yanlış insanlar olar.

İnsanları fərqləndirən bağışladıqları, güclü edən səbr etdikləri, özü edən isə vaz keçdikləridir.

Yaxşılar heç vaxt itirmir, itirilir.

Bir ara insanları anladığımı sandım. Sonra isə sandığımı anladım.

Söylənmiş ən gözəl sözlər

Yaxşı şeylər inandıqda, daha yaxşı şeylər səbr etdikdə, ən yaxşı şeylərsə təslim olmadıqda baş verər.

Həyat çox qəddar müəllimdir. Əvvəlcə imtahan edir, sonra dərs verir.

Özünü yorma. Qoy həyatına yoldaşlıq etmək istəyənlər səninlə gəlsin.

Peşman deyiləm. Yalnız dön arxana bax. Nə üçün nələrdən əl çəkdin. Nələr qala-qala nəyi seçdin.

Səhv bildiyin yolda hər kəslə getməkdənsə, düz bildiyin yolda tək get.

Sevgi külək kimidir, görə bilməzsən, ancaq hiss edə bilirsən.

Bu günün yaxşı vaxtları sabahın kədərli düşüncələridir.

Gözlərim bağlıdır bir payız axşamında. İsti sinəsinin qoxusunu içimə çəkirəm, gözlərimdən xoşbəxt sahillər keçir. Eyni günün odu vurur sularına.

Sənin üçün ölmək də olar, amma mən sənin üçün yaşayacağam.

Sevgi. Tanrının insana verdiyi böyük bir nemətdir. Bəzilərinin əlində həba, bəzilərinin əlində vəfa olar.

“Haqqını halal et” deməyimə baxma. Həyatını haram edənə haqq halal edilməz.

Heç bilmədiyim qoxun üçün darıxmışam.

Səbr imtina etmək deyil, ümidi təxirə salmaqdır.

Ürək insanın qibləsidir. Nə olar, qırmayın.

Gəldiyin yeri unutsan, gedəcəyin yer bunu sənə xatırladacaq.

Qəzəb uğursuzluğun son sığınacağıdır.

Sevgini ürəyində saxla. Onsuz həyat çiçəklər öləndə günəşsiz bir bağa bənzəyir.

Mənzərəyə can atırsansa, yamacda yorulmağı gözə almalısan.

Hər şey göründüyü kimi olsaydı, ovcuna aldığın dəniz suyu mavi olardı.

Səni xəyallarına qovuşduracaq əsas şey cəsarətindir.

Fırtına nə qədər güclü olsa da, qağayı sevdiyi dənizdən vaz keçməz.

Sevginin əksi nifrət deyil, laqeydlikdir. Sənətin əksi çirkinlik deyil, maraqlanmamaqdır. Həyatın əksi ölüm deyil, laqeydlikdir.

Həyatımı yalnız mən dəyişə bilərəm. Bunu mənim əvəzimə heç kim edə bilməz.

Həyat həqiqətən sadədir, amma biz həyatı çətinləşdirməkdə israrlıyıq.

Bəziləri böyük doğulur, bəziləri böyüklük qazanır, bəzilərinə isə böyüklük özü gəlir.

Həyat nağıl kimidir, nə qədər uzun olduğu deyil, necə gözəl yaşandığıdır.

Üzümüzün və gözümüzün rəngindən asılı olmayaraq, göz yaşlarımızın rəngi eynidir.

Sevgi çox qısadır, amma unudulması çox çətindir.

İlk görüşdə də, son görüşdə də sənə aşiq olacağam.

Ən böyük qələbə yıxılmamaq yox, hər dəfə yıxıldıqda ayağa qalxa bilməkdir.

Yatağımız olacaq, yumşaq, gözəl qoxulu. Məzar kimi dərin bir divanımız olacaq; gözəl çiçəklərin bəzədiyi iqlimlər kimi.

Yenidən yaşamaq şansım olsaydı, oturub köhnə səhvlərimi saymazdım. Mükəmməl olmağa çalışmazdım, ürəyimi rahat buraxardım. Heç vaxt olmadığım qədər istəkli, coşğulu olardım. Buna biraz da ciddiyyət qatardım.

Sanki xoşbəxtliyin açarları və kədərlə dolu bir sabahın qeyri-müəyyənliyi sənin əlindədir. Səni sevirəm də, sevmirəm də. Sevgimin iki canı var. Bunun üçün həm səni sevirəm, həm də sevmirəm.

Qar dənəcikləri bir-birinə zərər vermədən səyahət etməyin mümkün olduğunu necə də gözəl söyləyir.

Gözlərində iki dəlisov ağac gördüm, gülüşdən, mehdən, qızıldan iki ağac. Hərəkətdəydilər. Sənə heç nə demək istəmədim.

Hamını sev, bəzilərinə etibar et, heç kimə səhv etmə.

Səbəblərimi xatırlamadan nəticələri xatırlamaq çətindir.

Dağınıq bir masa dağınıq ağla işarədir. Bəs boş masa nəyə işarədir?

İnsan, həqiqətən nə olduğunu inkar edən yeganə varlıqdır.

Mükəmməl insan axtarmağı dayandırın. Sizə lazım olan tək şey sizə sahib olduğu üçün özünü xoşbəxt hesab edən birisidir.

Biz axtardığımız şeyik. O həmişə oradadır və əgər ona vaxt ayırsaq, özünü bizə tanıtdırar.

Ən kiçik inam toxumu xoşbəxtliyin ən böyük meyvəsindən daha yaxşıdır.

Ömür boyu yalnız bir dəfə aşiq olduğumuzu söyləyirlər, amma bu doğru ola bilməz. Sənə hər dəfə baxanda yenə aşiq oluram.

Həqiqi mənliyimizin ən dərin imkanlarını yerinə yetirməyimizə imkan verən seçimlər etməliyik.

Yalnız olmaq azadlığı sərxoşedicidir.

İki növ kasıb insanlar var: birlikdə kasıb olanlar və tək kasıb olanlar. Birincisi həqiqi kasıblar, digərləri şanssız insanlardır.

Dəyişiklik əbədi, ölümsüzlük qalıcıdır.

İnam, parçalanmış bir dünyanın işığa çıxacağı gücdür.

Doğulduğunuzla yaşamağı öyrənmək bir prosesdir, iştirakdır, həyatınızın yoğrulmasıdır.

Sevgidən qorxmaq həyatdan qorxmaqdır və həyatdan qorxanlar artıq üç dəfə ölüblər.

Elmdə inanmaq istəyənlər üçün kifayət qədər işıq, kor olmaq istəyənlər üçün kifayət qədər kölgə var.

Hisslərlə çəkilən hər portret baxıcının deyil, sənətkarın portretidir. Ölüm həyatdakı ən böyük itki deyil. Ən böyük itki yaşayarkən içimizdə ölənlərdir.

Mükəmməl olmadığımı bilirəm və mükəmməl olmaq üçün yaşaya bilmərəm. Məni barmaqlarınızla göstərməyə başlamazdan əvvəl əllərinizin təmiz olduğundan əmin olun!

Həyat bir kitabdır və hələ oxumadığım minlərlə səhifə var.

Xoşbəxtliyin nədən ibarət olduğunu axtarmağa davam etsəniz, heç vaxt xoşbəxt olmayacaqsınız.

Həyatın mənasını axtarırsınızsa, heç vaxt yaşamayacaqsınız.

Ortada ikimizə aid bir hekayə var və bu hekayədə mən şairəm, sən şeir.

Dünən gülümsəyirdim, bu gün də gülümsəyirəm və sabah da gülümsəyəcəm. Çünki həyat nələrəsə ağlamaq üçün çox qısadır.

Bəzi insanlar yağışı hiss edər, digərləri isə sadəcə islanar.

Bir arzum var: sonsuzadək sevəcəyim birini tapmaq. Təkcə əllərimlə deyil, qəlbimlə də ona toxunmaq.

O günlərdən bir külək əsər, ümidlərin səni tərk edər, o baxışları səndən gizlədər, qaranlıq bir kədər.

Həyat aldığın qədər bir nəfəsdir, həyat qaldığın qədər bir qəfəsdir, həyat daldığın qədər bir həvəsdir.

Gözlərim torpaq olacaq, amma ürəyim həmişə sevgi qoxacaq.

Zaman keçdikcə daha yaxşı başa düşürsən. Heç bir şeyi əvvəlki qədər sevə bilməyəcəyini!

Məni səhv başa düşdün. Unuda bilmədim yox, unutmadım. Bilərək və istəyərək!

Allah, bizə haldan anlayanı göndər, hal bilməyənlərə sözümüz qalmayıb.

Həyatda ən böyük izzət heç vaxt yıxılmamaqda deyil, hər yıxılanda ayağa qalxmaqdadır.

Getdiyin yollardan bir də gedə bilərsən, xatirələrdənsə əsla.

Sevmək hesab işi deyil, sevmək güvənmək və aid olmaqdır.

Unutma, sənin külə çevirdiyin qəlbə bir başqası üfürüb can verə bilər.

Həyatın dəyəri uzun yaşamaqda deyil, yaxşı yaşamaqdadır.

Görməkdən qorxduğum xəyallarım vardı, söyləməyə qorxduğum hisslərim vardı, yazmaqdan qorxduğum şeirlərim vardı, indisə itirməkdən qorxduğum sən varsan.

Həqiqət insanların ölçüsü ilə deyil, insanları həqiqət ölçüsü ilə tanıyın.

“Xoşbəxtliyi sabaha buraxmaq, keçməzdən əvvəl çayın dayanmasını gözləməyə bənzəyir və bilirsən ki, çay heç vaxt dayanmır.” – Qranj

Yalan zəka işidir, dürüstlük isə cəsarət. Yalan danışmağa zəkan çatmırsa, cəsarətindən istifadə edib dürüst ol.

Nəhəng əsərlər yaratmaq üçün qarışqa kimi işləmək lazımdır.

Sevgi dodaqdakı bir söz deyil, gözlərdən axan yaşdır. Məqsəd sevgilisi üçün ölmək deyil, uğrunda öləcək sevgili tapmaqdır.

Zəhmətsiz zənginlərin, kitabsız alimlərin, sərmayəsi din olanların bələdçisi şeytan olar.

Qadın sözü kişi yumruğundan sərtdir. Çünki biri dişlərini dağıdar, digəri xəyallarını.

Sən çarə axtardıqda o bəhanə axtarırsa, söylənəcək bir şey qalmayıb.

  • Gözəl sözlər – whatsapp statusda paylaşmaq üçün gözəl sözlər

Ən gözəl sevgi sözləri

İnanıram ki, hər kəs ömründə bir dəfə möcüzə yaşamaq hüququna malikdir. Sevgilim, mənim möcüzəm sənsən.

Biz bir-birimizin həyatına girə bilməyən və çıxa bilməyən iki nəfərik.

Sevgi, səni gördüyüm və ya səsini eşitdiyim an ürəyimin atların ayaq səsi kimi döyünməsidir.

Birinin gözünə baxmaq, onun yuxularına girməyi gözə almaq deməkdir. Sevmək qabiliyyətin yoxdursa, sevə bilmərsən.

Gecədən utancaq bir ürək daşıyıram. Sənə aşiq olduğumu ölsəm də deyə bilmərəm.

Məsələn, insanların sizin haqqınızda nə düşündüyünə əhəmiyyət verməməklə ömrünüzü uzada bilərsiniz. – Bukovski

Bəlkə bir gün evlənəcəyik, bəlkə övladımız olacaq. Mənə bənzər şair, sənə bənzər şeir olar.

Cənnət bizə aşiq bir insanla səbr verir.

Bəzən evlənməyi düşünürdüm, sonra yenidən düşünürdüm.

Heç kimin izləmədiyi kimi rəqs et, heç vaxt məyus olmayacaqsan kimi sev, yer üzündəki cənnət kimi yaşa.

Bir qadının gözəlliyi gözlərində görülməlidir, çünki bu, qəlbə açılan sevginin yaşadığı yerdir.

Heç bir ruhun ağrısı sənin dərdindən az deyil.

  • 45 Ən Gözəl Sevgi sözləri, Sevgi mesajları

Ən mənalı sözlər

Uğur istədiyini əldə etmək, xoşbəxtlik isə əldə etdiyini sevməkdir.

Don Kixot olmaq üçün yola çıxan bir çox insan Sanço Panço olaraq evə döndü.

Kağıza toxunan qələm kibritdən daha çox yanğın çıxarar.

Qarşılaşdığım hər insan məndən hansısa müstəvidə daha bacarıqlıdır, deməli, hər kəsdən öyrənəcəyim nəsə var.

Nə qədər bilirsən bil, danışdıqların qarşındakının anladığı qədərdir.

Təhsilin kökü acı, meyvəsi şirindir.

Kitablar itmiş başların abidəsidir.

İllərin mənə öyrətdiyi şeylərdən biri də budur: xoşbəxtliyi tapmısansa, sorğulama.

Fikir ver, tısbağa ancaq başını çıxarıb təhlükə duyduqda irəliləyir.

Birini çox sevdikdə, sənə min dəfə yalan danışsa da, ona hamıdan çox inanmaq istəyirsən.

Ailəsi ilə vaxt keçirməyən kişi heç vaxt əsl kişi ola bilməz.

Məni öldürməyən hər şey məni daha da gücləndirir.

Həyat ovucundakı su kimidir; nə qədər saxlamağa çalışsan da, o axıb gedər.

Ölümün bizi harada gözlədiyi bəlli deyil, ən yaxşısı, biz onu hər yerdə gözləyək.

  • Aforizmlər – gözəl, təsirli və mənalı sözlər

Gözəl və düşündürücü sözlər

Dağınıq bir masa qarışıq ağılın əlamətidirsə, boş masa nəyə işarədir?

Özünü səhv hekayədə tapmısansa, oradan ayrıl.

Həyat sadədir, hərgah biz onu mürəkkəbləşdirmək üçün hər şey edirik.

Ustadan soruşurlar ki, bu sevgidir, yoxsa nifrət, o, “nifrət” cavabını verib əlavə edir; çünki saxta deyil.

İnsanların yollarını azdıqda daha sürətli qaçmaları ironik bir vərdişdir.

Siyasətdə iştirak etməyi rədd etmənin cəzalarından biri aşağılar tərəfindən idarə olunmaqdır.

Axmağın sevgisi ayı sevgisidir – kini sevgidir, sevgisi kinder.

Ayaqda ölmək diz üstdə yaşamaqdan yaxşıdır.

Kiçik şeylərə çox əhəmiyyət verənlər böyük işlər görə bilməyənlərdir.

Həyatınızın keyfiyyəti, həyatınızdakı insanların keyfiyyəti ilə müəyyən edilir.

Köynəyin ilk düyməsi səhv bağlandıqda digər düymələr də səhv bağlanar.

Dünyanın əsl sirri görünməzdə deyil görünəndədir.

Böyük sıçrayış etmək istəyirsinizsə, bir neçə addım geri qayıtmalısınız. Dününü yaşamaqla bu gün sabaha gedir. Bertolt Brecht

Hz. Mövlana sözləri

Yaxşını axtar, doğrunu axtar, gözəli axtar, ancaq qüsuru axtarma.

Əyrini özündə axtaran həqiqəti qəlbində tapar.

Ürək hansı tərəfə işarə edirsə, digər duyğu orqanları o tərəfə qaçar.

Çiçək olub ətrafı rəngləndirməyə söz ver, torpaq olub səni üzərində saxlayan tapılar.

Minarədən yıxılanın da parçaları tapılar, könüldən düşənin isə əsla.

Ey könlümün sol tərəfi, səni ağlıma qoydum, ağlım almadı. Ürəyimə qoydum, sənə doymadı.

Uğrunda fədakarlıq etmədiyin sevgini ürəyinə yük etmə.

Əsl yar yaradandır, qalanları yaralayandır.

  • İslami sözlər – İslam dininə aid ən gözəl sözlər

Ən yaxşı söz soxucu sözlər

Təcrübəli satıcı axtaran mağazalara köhnə dostlarımın adını verirəm. Satmaqda həqiqətən təcrübəlidirlər.

Bir insanın yaşayıb yaşamadığını bilmək üçün nəbzinə deyil, ləyaqətinə bax.

Nə qədər zəngin olursan ol, yeyə bildiyin qədər yeyərsən.

İnsanlar yalnız qiyməti bilirlər, dəyəri deyil.

Qadının proqnozlaşdırdığı, kişinin əmin olduğundan daha doğrudur.

Etibar ruha bənzəyir, tərk etdiyi bədənə heç vaxt qayıtmaz.

Ürəyin nə ilə doludursa, dodaqlarından onlar tökülər.

Dahiliyin də bir həddi var, axmaqlığınsa əsla!

  • Söz soxucu sözlər, Ən sərt atmacalı sözlər, Şəkilli soxucu sözlər

Sərt sözlər 2022

Heç kimin arxasınca qaçma, sevən insanlar yan-yana gedərlər.

Kor deyiləm, amma istəməsəm burnumun ucundakını belə görmərəm.

Söyüşü mən də sevmirəm, amma şərəfsizlik edənə təşəkkür edə bilmərəm.

Zəifəm, ağlayıram, ağrılı yaralarım və qüsurlarım var, buna görə insanam.

Yüz dəfə yıxılsam da başqalarına badalaq vermərəm. Mən qalib yox, insan olmaq istəyirəm.

Bir qadının göz yaşları axıtmasına həmişə soğan səbəb olmur, bunu bir “xiyar” da edə bilər.

Həyata at eynəyi ilə baxmağa davam edirsənsə, kiminsə sənə “hoşş” deməsinə üzülmə.

Ən gülməli aforizmlər

Bir pişiyin özünü inkişaf etdirməsinə nə deyilir – pişiksəl inkişaf.

Barış Mançonun laz dostuna yazdığı mahnı hansıdır? – Yaz, dostum.

Mona Liza portretinin niyə bu qədər sevildiyini indi anlayıram. Qadın heç danışmır…

Gözəllik salonundan çıxan qız eqo partlayışı yaşayır, bərbərdən çıxan oğlan isə evə getməyin ən qısa yolunu axtarır.

Körpənizin altına etməsini istəmirsinizsə, tərsinə çevirin, üstünə etsin.

Eşq alma yeməklə başlayar, halva yeməklə bitər.

Yeni doğulmuş uşağa “Əhliman” adını vemək nəyə lazımdır? Uşaq həyata sanki 35 yaşında başlayır.

Biz uşaqkən gizlənpaç oynayırdıq, mən hər kəsi tapırdım.

Qadınlar 30 yaşadək trip, 30 yaşdan sonra isə çəkələk atırlar.

Ən ağır sözlər

Ayaqqabının fahişəsi ayağı arxadan vurur.

Bıçaq istəyirsənsə, kürəyimdəkilərdən istifadə edə bilərsən.

İkiüzlü insan bazar piştaxtası kimidir: yaxşıları önə qoyur, arxası isə çürükdür.

Kral olsan nə yazar, gedəcəyin 2 metrlik məzar.

Şərəfi qədər danışmaqlarını istəsəm, sonsuzadək susacaq insanlar var.

Bəzi insanlara verəcəyin ən böyük dəyər adlarını böyük hərflə yazmaq olar.

Bizi çıxılmaz vəziyyətə salıb “yaxşı yol” dedilər.

Sevmədiyimiz yollara sevdiklərimizə görə düşdük…

Sevgiliyə gözəl sözlər

Hər səhər oyandıqda düşündüyüm ilk nəsnə, hər gecə xəyalımda canlanan son nəsnəsən.

Çölə yağış, ürəyimə həsrət, fikrimə sən… Üçünüz burada nə edirsiniz?

Balıqlar bir-birinə toxunmaz, sevgilərini ürəklərində hiss edərlər. Mən də sənə toxuna bilmirəm, çünki ürəyimdəsən.

Uzaqlıqlar kiçik sevgiləri yox edir, böyükləri ucaldır. Küləyin şamı söndürüb, ocağı alovlandırdığı kimi…

Önümə xəritə qoyub bir yer seçməyimi istəsələr, sən olan şəhəri seçərəm.

Yalnız səninlə məhv oluram və yalnız səninlə toparlanıram.

Gecələr səni sevdiyim qədər uzun olsaydı, əsla günəş doğmazdı. Mən sənə aşiqəm, uğrunda öləcək qədər aşiqəm.

Dostlara və sevgililərə aid sözlər

Heç kimi qırmıram, dözürəm və görürəm ki, özüm parça-parçayam.

Rakını görən suyu, qadını görən yatağı düşünür… Nə içməyi, nə də sevməyi bilən var.

Rola girsəm də bəzən heç nə məni güldürmür. Eybi yox, çünki məni heç bir dərd öldürmür.

Bizdən kim olduğumuzu soruşma, biz həyata əhəmiyyət verməyənlərdənik. Bizdən həyatın nə olduğunu soruşma, biz biz həyat dəryasında üzənlərdənik.

Bizi bahalı çayçılarda tapa bilməzsən, biz dost şərabı içənlərdənik. Bizdən dostun kim olduğunu soruşma, biz dost uğrunda ölənlərdənik.

Hər quyudan özüm çıxdım, nə ip sallayanım oldu, nə əl uzadanım. Buna görə qürurumu və məğrurluğumu qısqanırlar.

  • Eşq sözləri – Whatsapp statusda paylaşmaq üçün gözəl eşq sözləri

Gözəl dini sözlər

Zaman imanı xilas etmək zamanıdır.

Özlərini həqiqətlə məşğul etməyənlər xurafata qapılmağa məhkumdurlar.

Sevgiliyə verilən ən yaxşı hədiyyə imanla dolu sədaqətdir.

Mənə yaxın olanlar soyumdan yox, yolumdan gələnlərdir.

Allahım, mən başımı sənə doğru əydikcə, sən bu başın heç kimin qabağında əyilməsinə qoymursan.

Şam olmaq asan deyil. İşıq saçmaq üçün əvvəlcə yazmaq lazımdır.

Haqsızlıq edən haqsızlığa uğrayandan daha bədbəxtdir.

Dünya – var kimi görünən bir yalan, Allah – yox kimi görünən bir gerçəkdir.

Ölüm ən sonda gəliir, biz yenə də “tezdir” deyirik.

Ağılın dəstəmazı elmlə, qəlbin dəstəmazı sevgiylə alınar.

Allahım, məni arxamca qiybət edənlərlə deyil, ruhuma Fatihə oxuyanlarla rastlaşdır.

  • Dini sözlər – İslam dinində söylənilmiş ən gözəl kəlamlar

Ən gözəl mənalı sözlər

Yalnız olmaq zəif olmaq demək deyil, layiq olduğunu gözləyəcək qədər güclü olmaq deməkdir.

Sevgi iki nəfərin küçə davasına bənzəyir, çünki həmişə yad bir adam gəlib ayırır.

Ruhunuza yaxın birinin olmadığına üzülməyin. Bəlkə də bənzərsiz bir ruha sahibsiniz.

Sevgi bu qədər gözəldirsə, gör sevgini yaradan nə qədər gözəldir.

Müharibəni varlılar başlayır, kasıblar ölür.

Özünü tənha hiss edən adam üçün hər yer səhradır.

Bu heyvan elə vəhşidir ki, onun öhdəsindən ancaq insan gələ bilər.

Ustaddan sevgini, yoxsa nifrəti üstün tutduğunu soruşurlar. Usta nifrəti üstün tutduğunu deyir və əlavə edir ki, nifrətin saxtası olmaz.

Təsirli sözlər

Dünyanın necə kiçik olduğunu “səni dünyalar qədər sevirəm” deyib tərk edənlərdən öyrəndim.

Ən çox incitdiyimiz insanlar məhz elə sevdiklərimizdir.

Susmaq da bir cür cavabdır. İnsan qısa cümlələr qurursa, uzun yorğunluqları vardır.

İnsanın ən böyük səhvlərindən biri də doğru zamanı səhv şəxslərlə doldurmaqdır.

Yağmur olsan, minlərlə damla arasında tutardım səni. Çünki qorxuram torpaq aldığını geri verməyə…

Mən bütün varlığımla aşiq oluram və sonda görürəm ki, bu sevgidən islanan təkcə özüməm.

Ağlı səndə olmayanı ürəyində daşımaq ən ağır yükdür.

Gəncliyimi dilənçi illərə sədəqə verdim.

Xoşbəxt olmaq istəyirsənsə kimsədən nəsə gözləmə.

Üzdüyüm ümidlərdən yelkənlər düzəltdim, amma sənin yoxluğunda nə gedə bildim, nə də qala bildim.

Tənha olmaq pis qəlbə sahib olmaqdan yaxşıdır.

İnsanlar sevdikləri şeyi məhv etməyi, sonra isə məhv etdiklərini yenidən sevməyi xoşlayırlar.

Gedənin arxasından nöqtə qoyun ki, gələn böyük hərflə başlasın.

Tənhasınızsa, deməli, Allah size pis insanlardan qoruyur.

Göz yaşlarıyla yuyulan üzdən təmiz üz yoxdur.

Ən yaxşı motivasiya sözləri

Heç vaxt vaz keçməyin, məğlub olanlar vaz keçənlərdir.

İstiqaməti olmayan gəmiyə küləyin nə faydası?!

Uğur bir səyahətdir, hədəf deyil.

İnsanlar arasında fərq azdır. Ancaq bu fərq böyük fərqliliyə yol açır.

Edə biləcəyimiz hər şeyi etsəydik, bu, özümüzü də heyrətləndirərdi.

İşləyənlər pislik etməyə vaxt tapmazlar. İşləməyənlər isə özlərini pislikdən qoruya bilməzlər.

Ən yaxşı Whatsapp statusları

Ağlı qısa olana uzun cavab verilməz.

Yaxşı ki, xəyallarımızı basdırırlar.

Ürəyinə aparan bilet ver mənə, pəncərə kənarı yox, can kənarı olsun.

Ey tənhalıq, hər gecə qoynumda necə də gözəl uyuyursan…

Kaş ki, uşaqkən bu qədər çox xoşbəxt olmayıb yarısını da indiyə saxlayardım. Arada lazım olur.

Ən gözəl dərman əllərindi.

Alnımdan öp ki, ora adın yazılsın.

Varlıdan “haradan aldın”, kasıbdan “haradan tapdın” deyə soruşarlar.

Səninlə digər tərəfdə də qarşılaşmamaq üçün sənə haqqımı halal edirəm.

Qarşı tərəf axmaqdırsa, telefonun ağıllı olmağının nə xeyri?!

Sözlər məqaləsini davamı olaraq:

  • Instagram sözləri – Ən yeni Instagram Status, Hekayə sözləri
  • Whatsapp statusda paylaşmaq üçün qəmli mesajlar və yazılı şəkillər yüklə

Comments are closed, but trackbacks and pingbacks are open.