Press "Enter" to skip to content

Azərbaycan dili

3)Fel köklərinə əvvəl təsirlik, sonra növ, şəkil, daha sonra isə şəxs (xəbərlik) şəkilçiləri artırılır: dayan-dı-rıl-ma-lı-dır; döy-üş-çü-lər-imiz-in-dir

Опытные
онлайн-репетиторы

Инфоурок › Иностранные языки › Статьи › Müasir Azərbaycan ədəbi dili dünyanın inkişaf etmiş dillərindən biri kimi mükəmməl, sabit normalara malikdir. Həmin normalar müəyyən tarixi təkamülün məhsuludur. Dilin daxili quruluşunu onun səs tərkibi (fonetikası), leksikası (lüğət tərkibi) və qrammatik

Müasir Azərbaycan ədəbi dili dünyanın inkişaf etmiş dillərindən biri kimi mükəmməl, sabit normalara malikdir. Həmin normalar müəyyən tarixi təkamülün məhsuludur. Dilin daxili quruluşunu onun səs tərkibi (fonetikası), leksikası (lüğət tərkibi) və qrammatik

Azərbaycan ədəbi dilinin normaları

Müasir Azərbaycan ədəbi dili dünyanın inkişaf etmiş dillərindən biri kimi mükəmməl, sabit normalara malikdir. Həmin normalar müəyyən tarixi təkamülün məhsuludur. Dilin daxili quruluşunu onun səs tərkibi (fonetikası), leksikası (lüğət tərkibi) və qrammatikası təşkil edir. Ədəbi dilin normaları da bunlara uyğundur:

Fonetik norma özü iki yerə bölünür:

Orfoqrafik və orfoepik normalar dilin fonetik və qrammatik (morfoloji) normaları əsasında yaranır. Azərbaycan dilinin iltisaqi tipə aid olması onun ədəbi normalarının xarakterini, tipologiyasını müəyyən edir. Sözün ədəbi dildəki tələffüz variantı orfoepik norma adlanır. Bu normalar orfoepiya lüğətində əks olunur. Sözün ədəbi dildəki yazılış variantı orfoqrafik norma adlanır. Bu normalar orfoqrafik lüğətlərdə təsbit olunur.

Leksik norma

Azərbaycan dilinin lüğət tərkibi çox zəngindir. Dünyanın başqa inkişaf etmiş ədəbi dilləri kimi, Azərbaycan ədəbi dilində də leksik normanın keyfiyyətini milli sözlər müəyyən edir. Leksik norma hər kəsdən sözün mənası və ya mənaları ilə yaxşı tanış olmağı, onu yerində, düzgün işlətməyi tələb edir. Belə ki, dildəki sözlər tarixi inkişaf sayəsində müəyyən mənaya malik olur. Sözün lüzumsuz şəkildə mətnə daxil edilməsi nitq nöqsanıdır. Söz onun üçün xarakterik olan mənada işlənmirsə, demək, fikir düzgün anlaşılmayacaq, beləliklə, nitq mədəniyyətinin leksik normasi pozulacaq. Ədəbi dildə loru, kobud söz və ifadələr işlədilməməlidir. Leksik norma dialekt sözlərində, varvarizm və vulqar sözlərin islənmsəində diqqətli olmağı tələb edir. Sözdən düzgün istifadəsi ilə yanaşı, onun dəqiq, yerinə görə ifadəli və emosional işlədilməsi də leksik normanın tələblərindəndir.

Qrammatik norma

Müasir Azərbaycan ədəbi dilinin qrammatik norması ümumxalq dilinin iltisaqilik prinsipinə əsaslanan qrammatik quruluşunu əks etdirir. Qrammatik norma sözlər və cümlələr arasındakı əlaqlərin nitqdə düzgün qurulmasını tələb edir, onu normaya salır. Müasir ədəbi dilimizin qrammatik normalarını təxminən aşağıdakı kimi qruplaşdırmaq olar:

1)İsimlərə əvvəl cəm, sonra mənsubiyyət, hal şəkilçiləri və s. artırılır: kəndli-lər-imiz-in

2)Təyini müəyyən miqdar sayı olan isim təkdə işlənir: on uşaq, üç dəftər

3)Fel köklərinə əvvəl təsirlik, sonra növ, şəkil, daha sonra isə şəxs (xəbərlik) şəkilçiləri artırılır: dayan-dı-rıl-ma-lı-dır; döy-üş-çü-lər-imiz-in-dir

4)Mübtəda ilə xəbər arasında şəxsə, qismən də kəmiyyətə görə uzlaşma gözlənilir: Sən sagirdsən. Onlar sagirddirlər.

Azərbaycan dili

Azərbaycan Respublikasının və Rusiya Federasiyasının Dağıstan Respublikasının rəsmi dövlət dili / From Wikipedia, the free encyclopedia

Azərbaycan Respublikası ərazisində bu dilin cüzi fərqlənən 4 dialekti vardır:

  1. Şərq dialekti — Quba, Şamaxı, Bakı, Muğan və Lənkəran dialektləri
  2. Qərb dialekti — Qarabağ və Qarabağətrafı rayonların dialektləri
  3. Şimal dialekti — Şəki və Zaqatala-Qax dialektləri
  4. Cənub dialekti — Naxçıvan, Ordubad, İrəvan dialektləri [7]

Azərbaycan dili geneoloji bölgüyə əsasən türk dillərinə mənsubdur. Başqa dil qruplarında olduğu kimi, bu qrupa daxil edilən dillər də bir-birinə leksik, morfoloji və sintaktik cəhətdən çox yaxındır. Dialektlər bir-birindən fonetik xüsusiyyətlərinə görə fərqlənirlər.

Ənənəvi-morfoloji və ya tipoloji təsnifat baxımından Azərbaycan dili iltisaqi (aqlütinativ) dillər qrupuna daxildir. İnsirafi (flektiv) dillərdən fərqli olaraq Azərbaycan dilində bütün söz kökləri leksik və qrammatik mənası olan müstəqil sözlərdir, qrammatik mənalar və qrammatik əlaqələr isə həmişə söz kökündən və əsasından sonra gələn təkmənalı (monosemantik) şəkilçilər vasitəsilə ifadə edilir.

Comments are closed, but trackbacks and pingbacks are open.