Press "Enter" to skip to content

Tanrıverdi Əzizxan. Azərbaycan dilinin tarixi qrammatikası

1989-cu ildə Özbəkistan onomastikası konfransında iştirak edib. 7–10 oktyabr 2014-cü ildə Türksoy xətti ilə Qazaxıstan Respublikasının Kızılorda şəhərində “Dədə Qorqud türk xalqlarının sələfidir” mövzusunda keçirilmiş beynəlxalq konfransda “Kitabi-Dədə Qorqud” türk xalqlarının ortaq abidəsi kimi” adlı məruzə ilə çıxış edib. Həmin çıxışına görə “Türk Dünyasının Ulu Atası Korkut” medalı ilə təltif olunub.

Ezizxan Tanriverdi – Wikipedia

Əzizxan Vəli oğlu Tanrıverdiyev 1959-cu il yanvarın 1-də Gürcüstan Respublikasının Başkeçid rayonunun Aşağı Qarabulaq kəndində anadan olub. 1973-cü ildə Aşağı Qarabulaq kənd səkkizillik, 1975-ci ildə isə Kirovisi kənd orta məktəbini əla qiymətlərlə bitirib.

1977-ci ildə V.İ.Lenin adına APİ-nin (indiki ADPU) filologiya fakültəsinə qəbul olunub, tələbəlik illərində “C.Cabbarlı” adına təqaüdlə oxuyub, 1981-ci ildə həmin ali məktəbi fərqlənmə diplomu ilə bitirib.

1985-ci ildə V.İ.Lenin adına APİ-nin (indiki ADPU) əyani aspiranturasına (Azərbaycan dilçiliyi kafedrası üzrə) qəbul olunub. 1987-ci ildə aspiranturanı vaxtından 1 il 6 ay əvvəl qurtararaq “XVII-XIX əsr Azərbaycan antroponimləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. “Türk mənşəli Azərbaycan antroponimlərinin tarixi-linqvistik tədqiqi” adlı doktorluq dissertasiyasını isə 1998-ci ildə müdafiə etmişdir.

ADPU-nun Azərbaycan dilçiliyi kafedrasında laborant (1987), baş laborant (1988), müəllim (1990), baş müəllim (1992), dosent (1994), professor (1999…) vəzifələrində işləyib. 30 sentyabr 2011-ci ildə Azərbaycan dili və onun tədrisi metodikası kafedrasına müdir təyin olunub və dünyasını dəyişənədək həmin vəzifədə çalışıb.

31 kitab, 8 proqram, 250-dan artıq tezis və məqalənin müəllifidir. Onun rəhbərliyi ilə üç nəfər namizədlik dissertasiyası (fəlsəfə doktoru proqramı üzrə) müdafiə edib. 4 doktorluq, 19 namizədlik dissertasiyasına (fəlsəfə doktoru proqramı üzrə) opponentlik etmişdir. 90-dan artıq dərslik və monoqrafiyanın rəyçisi və redaktoru olub.

1989-cu ildə Özbəkistan onomastikası konfransında iştirak edib. 7–10 oktyabr 2014-cü ildə Türksoy xətti ilə Qazaxıstan Respublikasının Kızılorda şəhərində “Dədə Qorqud türk xalqlarının sələfidir” mövzusunda keçirilmiş beynəlxalq konfransda “Kitabi-Dədə Qorqud” türk xalqlarının ortaq abidəsi kimi” adlı məruzə ilə çıxış edib. Həmin çıxışına görə “Türk Dünyasının Ulu Atası Korkut” medalı ilə təltif olunub.

2003–2005-ci illərdə Ali Attestasiya Komissiyasının filologiya elmləri üzrə eksperti kimi fəaliyyət göstərmişdir. 2007–2009-cu illərdə isə pedaqoji elmlər üzrə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda № 02.191 dissertasiya şurasının üzvü olmuşdur. 2011–2018-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərən № 02.191 pedaqoji elmlər üzrə dissertasiya şurasının üzvü olub. 2015-ci ilin fevralından Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. Yeni Azərbaycan Partiyasının üzvü olub.

Əsərləri azərbaycan, rus, ingilis, türk, qazax və s. dillərdə çap olunub.

Görkəmli dilçi alim, professor Əzizxan Tanrıverdi 19 iyul 2018-ci ildə dünyasını dəyişib.

Elmi fəaliyyəti

Türk mənşəli Azərbaycan şəxs adlarını ilk dəfə olaraq tarixi-linqvistik müstəvidə tədqiq etmişdir.

“Kitabi-Dədə Qorqud” da şəxs adları, dağ kultu, at kultu, obrazlar sistemi, assonans və alliterasiya kimi məsələləri ilk dəfə olaraq kompleks və sistemli şəkildə araşdırmışdır.

“Dəli Kür” romanının poetik dilini tarixiliklə müasirliyin sintezində təhlil etmişdir.

31 kitab, 8 proqram, 250-dan artıq tezis və məqalənin müəllifidir.

Onun rəhbərliyi ilə üç nəfər namizədlik dissertasiyası (fəlsəfə doktoru proqramı üzrə) müdafiə edib.

4 doktorluq, 19 namizədlik dissertasiyasına (fəlsəfə doktoru proqramı üzrə) opponentlik etmişdir.

90-dan artıq dərslik və monoqrafiyanın rəyçisi və redaktoru olub.

ADPU-da Azərbaycan dili, Linqivistik təhlil, Azərbaycan dilinin tarixi qrammatikası və digər fənlərdən dərs keçmişdir.

Əmək fəaliyyəti

Əmək fəaliyyətinə 1975-ci ildə Eqrisi sovxozunda fəhlə kimi başlamışdır.

Sonradan isə Şabran rayonunda müəllim işləmişdir.

1985–1987-ci illərdə Azərbaycan dili ixtisası üzrə əyani aspirant olmuşdur.

Həmçinin ADPU-da baş laborant kimi çalışmışdır.

1990–1995-ci illərdə ADPU-da müəllim kimi çalışmışdır.

1995–1998-ci illərdə isə ADPU-da dosent olmuşdur.

1999-cu ildə isə professor olmuşdur. [1]

2011-ci ildən etibarən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri vəzifəsində işləmişdir.

İctimai əsaslarla fəaliyyəti

  • Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının filologiya elmləri üzrə ekspert Şurasının üzvü (2003–2005-ci illər)
  • Pedaqoji elmlər üzrə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda fəaliyyət göstərən V.02.191 dessertasiya şurasının üzvü (2007–2009-cu illər)
  • Pedaqoji elmlər üzrə ADPU-da fəaliyyət göstərən № 02.191 dissertasiya şurasının üzvü (2011–2016-cı illər) [1]

Çap olunmuş əsərləri

Monoqrafiyaları

  • 1.”Kitabi-Dədə Qorqud”da şəxs adları”. (Bakı, 1999)
  • 2. “Антропонимы в Азербайджанской литературе(XVII–XIX вв.)(Bakı, 1999)
  • 3.”Kitabi-Dədə Qorqud və qərb ləhcəsi”. (Bakı, 2002)
  • 4.”Kitabi-Dədə Qorqud”un obrazlı dili”. (Bakı, 2006)
  • 5.”Kitabi-Dədə Qorqud”un söz dünyası”. (Bakı, 2007)[4]
  • 6. “Poeziyanın dili, dilin poeziyası”. (Bakı, 2008)
  • 7.”Dilimiz, mənəviyyatımız”. (Bakı, 2008)
  • 8.”Dədə Qorqud kitabı”nın dil möcüzəsi”. (Bakı, 2008)[5]
  • 9. “Türk mənşəli Azərbaycan şəxs adlarının tarixi- linqvistik tədqiqi”.(Bakı, 2012)[6]
  • 10.”Qədim türk mənbələrində yaşayan şəxs adları”. (Bakı, 2009)
  • 11.”Dədə Qorqud kitabı”nda at kultu”. (Bakı, 2012)[7]
  • 12.”Dəli Kür” romanının poetik dili”.(Bakı, 2012)[8]
  • 13.”Dədə-Qorqud kitabı”nda dağ kultu”. (Bakı, 2013)[9]
  • 14.”Dədə Qorqud kitabı”nın obrazlar aləmi”.(Bakı, 2013)
  • 15.”Anarın nəsri”.(Bakı, 2013)[10]
  • 16.”Dədə sözü işığında”.(Bakı, 2014)
  • 17.”Çal qılıncını, xan Qazan!”.(Bakı, 2015)[11]
  • 18.”Dədə Qorqud”un möcüzələr dünyası”.(Bakı, 2015)
  • 19.”Dədəm Qorqud”un zamanı”.(Bakı, 2015)
  • 20.”Koroğlu”nun şeir dili”.(Bakı, 2015)
  • 21.”Dilimiz, düşüncəmiz”.(Bakı, 2017)
  • 22.”Türkologiyamızın Afad Qurbanovu.”.(Bakı, 2018)
  • 23.”Ədəbiyyat və ədəbiyyatşünaslığın problemləri.”.(Bakı, 2018)
  • 24.”Dədəm Qorqudun sözü (kitab ölümündən sonra əlyazmaları əsasında nəşr edilib).”.(Bakı, 2019)

Dərslik və dərs vəsaitləri

  • 1. Azərbaycan dili və ədəbiyyatdan testlər (Orta məktəb şagirdləri və abituriyentlər üçün vəsait. Z.Məmmədov, İ.İsmayılov və İ.Abbasovla birlikdə).(Bakı, 1995)
  • 2. Türk mənşəli Azərbaycan antroponimləri.(Bakı, 1996)
  • 3. XVI əsr qıpçaq (poloves) dilinin qrammatikası (Документы на половецком языке XVI в. kitabı əsasında). Bakı, Azərbaycan Respublikası təhsil Nazirliyi Elmi-Metodiki Şurası Azərbaycan dili və ədəbiyyatı bölməsinin 02 saylı 2000-ci il tarixli (01 saylı protokolu) qərarına əsasən çap olunmuşdur.(Bakı, 2000)
  • 4. Azərbaycan dilinin tarixi qrammatikası (I nəşr). (Bakı, 2010)
  • 5. Azərbaycan dilinin tarixi qrammatikası (II nəşr). (Bakı, 2012)
  • 6. Azərbaycan dilinin tarixi qrammatikası (III nəşr). (Bakı, 2014)
  • 7. Azərbaycan dilinin tarixi qrammatikası (IV nəşr). (Bakı, 2017)[12]

Tərtib etdiyi kitablar

  • 1. Mədəd Çobanov–60. Elmi-pedaqoji fəaliyyəti (N.Əsgərov, İ.Ömərov, K.Əlizadə ilə birlikdə). Azərbaycan Onomastika Cəmiyyəti.(Bakı, 1997)
  • 2. A.Qurbanov –70. (tərtibçisi və redaktoru Ə.V.Tanrıverdiyev).(Bakı, 1999)
  • 3. Akademik Afad Qurbanov. (tərtibçisi Ə.V.Tanrıverdiyev). .(Bakı, 1999)

Haqqında yazılmış əsərlər

  • 1. “Dəli Kür” romanının poetik dili ədəbi tənqiddə (tərtibçi və redaktor: İlham Abbasovun redaktəsilə). (Bakı, 2013)
  • 2. Dədəm Qorqudun kitabı tədqiqat işığında (Əzizxan Tanrıverdi Qorqudşünaslıqda). (tərtibçi və redaktor: İlham Abbasovun redaktəsilə). (Bakı, 2015)
  • 3. Dil sevgisindən dilçiliyə (Əzizxan Tanrıverdi dilçilikdə). (tərtibçi və redaktor: İlham Abbasovun redaktəsilə). (Bakı, 2017)
  • 4. Məhərrəm Hüseynov “Əzizxan” (poema). (Bakı, 2018)
  • 5. Tərtibçi: Bəhram Cəfəroğlu “Dədə Əzizxan” (şeirlər).(Bakı, 2018)
  • 6. Əzizxan Tanrıverdi-60. Tərtibçi: İlham Abbasov. (Bakı, 2018) *Əzizxan Tanrıverdi-60. [13]

Mükafatları

  • 2009. “İlin alimi”
  • 2014. “Türk dünyasının ulu atası Korkut” medalı (Türksoy xətti ilə Qazaxıstan RespublikasınınKızılorda şəhərində “Dədə Qorqud türk xalqlarının sələfidir” mövzusunda keçirilmiş beynəlxalq konfransda “Kitabi-Dədə Qorqud” türk xalqlarının ortaq abidəsi kimi” adlı məruzə ilə çıxış etdiyinə görə)

İstinadlar

  1. 123“Filologiya elmləri doktoru, professor Əzizxan Tanrıverdi vəfat edib”. 2019-07-24 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2018-07-20 .
  2. ↑”Əzizxan Vəli oğlu Tanriverdi“. 2013-11-13 tarixində orijinalından arxivləşdirilib . İstifadə tarixi: 2018-07-20 .
  3. ↑”DİLİMİZ, DÜŞÜNCƏMİZ” (PDF) . 2019-07-24 tarixində arxivləşdirilib (PDF) . İstifadə tarixi: 2018-07-20 .
  4. ↑”Qorqud”un söz dünyası”.(PDF) . 2019-11-01 tarixində arxivləşdirilib (PDF) . İstifadə tarixi: 2018-07-29 .
  5. ↑”Qorqud kitabı”nın dil möcüzəsi”.(PDF) . 2019-07-18 tarixində arxivləşdirilib (PDF) . İstifadə tarixi: 2020-08-07 .
  6. ↑”mənşəli Azərbaycan şəxs adlarının tarixi- linqvistik tədqiqi(PDF) . 2021-10-21 tarixində arxivləşdirilib (PDF) . İstifadə tarixi: 2020-08-07 .
  7. ↑”Qorqud kitabı”nda at kultu”(PDF) . 2019-07-17 tarixində arxivləşdirilib (PDF) . İstifadə tarixi: 2020-08-07 .
  8. ↑”Kür” romanının poetik dili”(PDF) . 2019-07-18 tarixində arxivləşdirilib (PDF) . İstifadə tarixi: 2020-08-07 .
  9. ↑”kitabı”nda dağ kultu”(PDF) . 2019-07-18 tarixində arxivləşdirilib (PDF) . İstifadə tarixi: 2020-08-07 .
  10. ↑”nəsri”(PDF) . 2018-05-17 tarixində arxivləşdirilib (PDF) . İstifadə tarixi: 2020-08-07 .
  11. ↑”qılıncını, xan Qazan!”(PDF) . 2019-07-18 tarixində arxivləşdirilib (PDF) . İstifadə tarixi: 2020-08-07 .
  12. ↑”dilinin tarixi qrammatikası (IV nəşr)”(PDF) . 2019-11-01 tarixində arxivləşdirilib (PDF) . İstifadə tarixi: 2020-08-07 .
  13. ↑”Tanrıverdi-60.(PDF) . 2019-07-26 tarixində arxivləşdirilib (PDF) . İstifadə tarixi: 2018-12-06 .

Xarici keçidlər

  • “Əzizxan Tanrıverdi: Zəngin seçki təcrübəmiz imkan verir ki, beynəlxalq standartlara uyğun seçki keçirək” Xalq qəzeti. 05.04.2018 [1]
  • 2018-ci il dekabrın 19-da ADPU-da görkəmli dilçi alim, professor Əzizxan Tanrıverdinin 60 illik yubileyinə həsr edilmiş anım tədbiri keçirilib. https://azertag.az/xeber/ADPU_da_gorkemli_dilchi_alimin_xatiresi_anilib-1226055
  • 2020-ci il fevralın 19-da mərhum dilçi alim, filologiya fakültəsinin Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının sabiq müdiri, filologiya üzrə elmlər doktoru, professor Əzizxan Tanrıverdinin “Dədəm Qorqudun sözü” adlı kitabının təqdimatı olub. https://azertag.az/xeber/Dedem_Qorqudun_sozu_kitabinin_teqdimati_olub-1419051
  • Professor Əzizxan Tanrıverdinin “youtube” səhifəsi. https://www.youtube.com/channel/UCxu1GRCsLWYlDJ-QCTHP_gA

Tanrıverdi Əzizxan. Azərbaycan dilinin tarixi qrammatikası

Kitab türkologiyanın son nailiyyətlərinə istinadən yazılmışdır. Burada Azərbaycan dilinin inkişaf tarixi sistemli şəkildə izah olunmuş, tarixi fonetika və qrammatika, eləcə də leksikologiya məsələləri təkcə Azərbaycan yazılı abidələri yox, həm də Orxon-Yenisey abidələri, M.Kaşğarinin «Divanü lüğat-it-türk» əsəri kimi qədim türk mənbələri müstəvisində nəzərdən keçirilmiş, oxşar və fərqli cəhətlər dəqiqləşdirilmişdir. Eyni zamanda «Əlavələr» bölməsində Azərbaycan dilində zaman anlayışının ifadəsi «Kitabi-Dədə Qorqud»a istinadən şərh edilmişdir. Kitab tələbələr, magistrlər, doktorantlar, dilçi mütəxəssislər, eləcə də Azərbaycan dilinin tarixi ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.

  • Чтобы скачать этот файл зарегистрируйтесь и/или войдите на сайт используя форму сверху.
  • Регистрация
  • Узнайте сколько стоит уникальная работа конкретно по Вашей теме:
  • Сколько стоит заказать работу?

Kayzen

Söz birləşməsi iki və daha artıq müstəqil sözün məna və qrammatik cəhətdən birləşməsidir: daş hasar.

Müstəqil sözlə köməkçi söz, söz birləşməsi yaratmır: evə tərəf.

SÖZ, SÖZ BİRLƏŞMƏSİ VƏ CÜMLƏ

Söz: səslərdən ibarətdir, leksik vahiddir, ümumi və geniş mənaya malikdir.

Söz birləşmələri: sözlərdən yaranır, sintaktik vahiddir və mənanı konkretləşdirir.

Zərf | Nitq hissəsi

  • Azərbaycan dili
  • 4 dekabr 2019, 21:32

Hərəkətin tərzini, zamanını, yerini, miqdarım və s. bildirir və felə aid olur.

Sualları: necə? (nə cür?), nə zaman? (haçan?), nə vaxt?, hara?, nə qədər?, nə üçün?, niyə? və s.

Sözün tərkibi. Söz yaradıcılığı

  • Azərbaycan dili
  • 4 dekabr 2019, 22:10

Sözün mənalı hissələri kök və şəkilçidir. Kök sözün ayrılıqla işlənə bilən və əsas mənanı ifadə edən hissəsidir.
Şəkilçi sözün ayrılıqda işlənə bilməyən və yalnız kökə qoşulmaqla müəyyən məna daşıyan hissəsidir. Azərbaycan dilində kök əvvəl, şəkilçi sonra gəlir.

Şəkilçilər iki cür olur: leksik və qrammatik şəkilçilər.

Leksik şəkilçilər qoşulduqları söz köklərdən yeni sözlər düzəldir: dəmir — dəmir+çi

Qrammatik şəkilçilər isə sözün ancaq formasını dəyişdirir. Qrammatik şəkilçilərin hamısı bizim dilimizə məxsusdur. Onlar söz birləşmələri və cümlələrdə sözləri bir-birinə bağlamağa xidmət göstərirlər.

Azərbaycan dilinin leksikası

  • Azərbaycan dili
  • 4 dekabr 2019, 21:36

Söz dilin əsas vahididir. Dildəki sözlərin hamısı birlikdə dilin lüğət tərkibini, yəni leksikasını təşkil edir. Dilin lüğət tərkibindən bəhs edən bölmə leksikologiya adlanır.

Sözün ifadə etdiyi məna onun leksik mənasıdır. Yəni həmin sözü deyərkən nəyi başa düşməyimizdir.

Sözün qrammatik mənası da olur. Qrammatik məna sözün hansı nitq hissəsinə aid olması və həmin nitq hissəsinə aid xüsusiyyətləri daşımasıdır.

«İzin» sözü: icazə almaq leksik mənası, isim və adlıq halda olması qrammatik mənasıdır.

Durğu

  • Azərbaycan dili
  • 8 iyul 2018, 16:02

Mənalı səslənmənin fasilələr halında təzahür edən növünə durğu deyilir.
Durğu ifadənin tərkibindəki sözlər arasında, cümlənin üzvüləri arasında,mürəkkəb cümləni təşkil edən cümlələr arasında ,nəhayət, cümlənin sonunda müxtəlif məna ilə,məqsəd və pisixoloji hal ilə sıx surətdə bağlı olan çox mürəkkəb bir prosesdir.
Doğrudur,durğu hadisəsinin az bir qismi yazıda,xüsusən durğu işarələri adlandırılan şərti əlamətlərlə ifadə olunur.Məsələn, nöqtə, sual işarəsi,nida işarəsi .
Çox nöqtə ,üç nöqtə, hətta bir nöqtə fasiləsindən bəzən daha davamlı fasiləni bildirdiyi kimi ,eyni zamanda hiss və həyacanla bağlı olaraq nitq axınının məna bitkinliyi olmadan qırıldığını ,parçalandığını da ifadə edir,
Davamı →

Azərbaycan dilinin orfoqrafiyası

  • Azərbaycan dili
  • 24 fevral 2018, 16:36

Saitlərin yazılışı

1. O saitli alınma sözlər a və ya o ilə deyilməsindən asılı olmayaraq o ilə yazılır: avtomat, biologiya, velosiped, ensiklopediya, kollektiv, kombinat, laborant, obyekt, poeziya, poema, poçtalyon, problem, professor, solist, motor, polkovnik.
2. Ü saitli alınma sözlər ü ilə də yazılır: alüminium, bülleten, büro, jüri.
3. Aşağıdakı sözlər ədəbi tələffüzdə olduğu kimi, iki heca ilə yazılır:qəbir, qədir, eyib, ətir, zehin, isim, nəsil, ömür, səbir, sətir, sinif, fəsil, fikir, şəkil, heyif, meyil, əsil, şeir.
4. Əslində sonu a ilə bitən alınma sözlərdən aşağıdakılar a-sız yazılır: anket, aptek, armatur, atmosfer, vitrin, qəzet, idiom, kayut, kaset, kontor, konfet, lent, maşın, perspektiv, pyes, planet, reklam, sistem, sitat.
Davamı →

İsmin halları

  • Azərbaycan dili
  • 23 aprel 2016, 13:38

İsimlər cümlədə başqa sözlərlə əlaqəyə girərkən müəyyən qrammatik şəkilçilər qəbul edərək dəyişirlər. İsmin belə dəyişməsinə ismin hallanması deyilir. İsmin altı halı var və həmin hallar suallara görə müəyyənləşir.

1) Adlıq hal

Bu halda olan isimlər əşyanın adını bildirir, şəkilçisi olmur, kim? nə? hara? suallarından birinə cavab olur. Bütün lüğətlərdə isimlər adlıq halda (başlanğıc formada) verilir. Məs: dəmir, dəmirçi, dəmirçilik, ev, evcik, daş, dağ, dağlıq, yazı, yazıçı, yazıçılıq və s.
İsimlər adlıq halda cəm və mənsubiyyət şəkilçiləri ilə də işlənə bilir. Məs: bacı (başlanğıc formada); bacılar (cəm şəkilçisi ilə); bacım (mənsubiyyət şəkilçisi ilə); bacılarım (cəm və mənsubiyyət şəkilçisi ilə).
Davamı →

Tamamlıq

  • Azərbaycan dili
  • 17 iyul 2014, 08:14

Tamamlıq cümlədə əşya məzmunu bildirir, adlıq və yiyəlik hallarından başqa, qalan halların suallarına cavab verir. Tamamlıq kimi? nəyi? nə? kimə? nəyə? kimdə? nədə? kimdən? nədən? kim ilə? nə ilə? kim üçün? nə üçün? kim haqqında? nə haqqında? nə barədə? suallarından birinə cavab verir. Məsələn: Uşağı (kimi) çağır. Kitabı (nəyi?) aldım. Müəllimdə (kimdə?) maraqlı kitablar var. Biz onunla (kim ilə?) fəxr edirik Milli qəhrəmanlar haqqında (kim haqqında?) nə bilirsiniz? və s.
Tamamlıq daha çox isim və əvəzliklərlə ifadə olunur. Məsələn: Anar Turala dedi. Biz onu tanıyırıq və s. Məsdərlər və isimləşmiş başqa nitq hissələri də cümlədə tamamlıq olur. Məsələn: Yaşamağı atalardan öyrənin (məsdərla). Yaxşını pisdən ayırın (sifətlə). Gələnləri qarşılayın (feli sifətlə) və s.
Davamı →

Zərflik

  • Azərbaycan dili
  • 17 iyul 2014, 08:17

Zərflik hərəkətin icrasını müxtəlif cəhətdən izah edən ikinci dərəcəli üzvdür.
Zərfliklər, əsasən, cümlənin feli xəbərlərinə aid olur və yanaşma əlaqəsi ilə onlara bağlanır. Məsələn: Şagirdlər imtahanlara ciddi hazırlaşırlar. Uşaqlar həyətdə oynayırlar. Axşam bizə gələrsən. Əsgərlər irəli cumdular. Xəstə olduğu üçün uşağın rəngi sapsarı idi və s. Bu cümlələrdəki ciddi zərfliyi işin icra tərzini, həyətdə və irəli zərflikləri iş və hərəkətin icra olunduğu yeri, axşam zərfliyi iş və hərəkətin icra zamanını bildirir. Bu zərfliklərin hamısı feli xəbərə aiddir. Sonuncu cümlədəki xəstə olduğu üçün zərfliyi isə əlamətin yaranma səbəbini bildirir və ismi xəbərə aiddir.
Davamı →

Cüttərkibli və təktərkibli cümlələr

  • Azərbaycan dili
  • 20 may 2014, 23:58

Baş üzvlərin iştirakına görə sadə cümlə iki növə bölünür: cüttərkibli cümlələr, təktərkibli cümlələr. Hər iki baş üzvün iştirak etdiyi cümlələrə cüttərkibli cümlələr deyilir.
Məsələn: Zəng vurulur. Dərs başlanır. Müəllim sinfə daxil olur. Şagirdlər ayağa qalxırlar və s. I və II şəxslərin tək və cəmində mübtədası nəzərdə tutulub, lakin buraxılan cümlələr də cüttərkibli cümlələr sayılır. Belə cümlələlərin mübtədasını xəbərdəki şəxs sonluqlarına əsasən asanlıqla bərpa etmək olur. Məsələn:
Dərslərimi oxudum. Kim? Mən.
Evə gedirsən?
Kim? Sən.
Sabah bizə gələrsiniz
Kim? Siz.
Dəniz sahilində dincəlirik
Kim? Biz.

Похожие статьи

  • Azərbaycan dilinin tarixi qrammatikası

    Azərbaycan dilinin tarixi qrammatikası Yuxarıdakı türkcə şeirlərdə səyyahın dilinin hələ tam təkmilləşmədiyi hiss olunur. Azərbaycan dilinin tarixi…

  • Azərbaycan dilinin tarixi

    AZƏRBAYCAN DİLİ Leksik cəhətdən mövcud olan fərqlərdən birincisi budur ki, birinci dövr Azərbaycan dilində ərəb və fars sözləri çoxdur. O dövrün dil…

  • Azərbaycan tarixi üzrə qaynaqlar

    Azərbaycan tarixi üzrə qaynaqlar 3.Dərbənd şəhərini ərəblər “Bab-ül əl-Bab”adlandırmışlar. Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat…

  • Azerbaycan dilinin tarixi

    История азербайджанского языка Fellər subyekt, obyekt, hərəkətin münasibətinə görə müxtəlif 5 qrammatik növdə (məlum, məchul, qayıdış,…

  • Azerbaycan dilinin qurulusu ve tarixi

    AZƏRBAYCAN DİLİ 1936 -cı ildə Azərbaycanın yeni Konstitusiya layihəsi hazırlanarkən orada Azərbaycanın dövlət dili türk dili kimi qeyd edilir. Ancaq 1937…

Comments are closed, but trackbacks and pingbacks are open.