Press "Enter" to skip to content

Nazirlik: Birinci qrup əlilliyə görə sosial müavinət 300 manat ödəniləcək

!Reklam – Sol

Azrbaycan etnoqrafiyasi 1ci cild

Kateqoriyalar

Özəl

Layihələr

  • Seçki 2020
  • Ramazan
  • Video Xəbərlər
  • Qurban Bayramı
  • Beynəlxalq Media Forumu
  • DÇ-2018
  • Türkiyə Prezident Seçkiləri 2018
  • Seçkilər 2018
  • #Cümhuriyyətüçünyaz
  • Formula 1 / Bakı 2017
  • Simpozium 2017
  • İslam Həmrəyliyi Oyunları
  • Referendum
  • 15 Temmuz Milletin İradesi

Struktur

  • Haqqında
  • Şərifzadə küç., 168A, II Bina, m.1, Bakı, Azərbaycan
  • +99412 432 12 22
  • +99455 681 11 82
  • [email protected]

!Reklam – Sol

Koronavirus

!Reklam – Sag

Ana Səhifə Cəmiyyət 1-ci sinifə qəbulla bağlı – Dəyişiklik

!Reklam – Arxiv

Yeni Çağ Media Qrupu – Fevral 16, 2018 – 23:57

!Reklam – Yazi

“2018-2019-cu tədris ili üçün Bakı ilə bərabər, Abşeron, Sumqayıt və Gəncə məktəblərində I sinfə qəbul elektron qaydada həyata keçiriləcək”.

Yenicag.az, bunu Təhsil Nazirliyinin təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib. O bildirib ki, böyük şəhərlərdə I sinifə qəbulun elektron qaydada aparılması bir sıra neqativ halların qarşısını alacaq, valideynlərin işini asanlaşdıracaq. Şöbə müdiri qeyd edib ki, tədricən ölkə üzrə I sinifə qəbul elektron qaydada keçiriləcək: “2018-2019-cu tədris ili üçün Gəncə, Sumqayıt və Abşeron məktəblərində I sinifə qəbul uğurla icra olunsa, ölkədəki bütün məktəblərdə qəbulu elektron qaydada həyata keçirmək niyyətimiz var. Valideynlər məktəbə getmədən uşaqlarının I sinifə qəbulunu elektron qaydada həyata keçirəcək və müəllim seçimi də edə biləcəklər”. E. Əmrullayev orta ümumtəhsil müəssisələri üçün yeni kurikulum layihəsinin hazırlandığını və ictimai müzakirəyə təqdim olunduğunu da söyləyib: “Yaxın gələcəkdə Təhsil Nazirliyi layihəni Nazirlər Kabinetinə təsdiq üçün təqdim edəcək. Layihədə fənlərin və fənn saatlarının sayı dəyişdirilməyib. Bəzən deyilir ki, guya kurikulum ləğv olunur. Ancaq belə deyil”. (APA)

www.yenicag.az

  • ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Nazirlik: Birinci qrup əlilliyə görə sosial müavinət 300 manat ödəniləcək

Nazirlik: Birinci qrup əlilliyə görə sosial müavinət 300 manat ödəniləcək Bakı. 1 mart. REPORT.AZ/ Azərbaycanda I qrup əlilliyə görə sosial müavinət (150 manat) və təqaüd (100 manat+50 manat) formasında aprelin 1-dən ümumilikdə 300 manat ödəniləcək.

1 Mart , 2019 14:24

https://static.report.az/photo/5706ba8e-1518-434c-9247-82301069dc8d.jpg

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi / Report

Bakı. 1 mart. REPORT.AZ/ Azərbaycanda I qrup əlilliyə görə sosial müavinət (150 manat) və təqaüd (100 manat+50 manat) formasında aprelin 1-dən ümumilikdə 300 manat ödəniləcək. “Report” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ndən bildirilib. Qeyd olunub ki, bu da hazırkı müvafiq məbləğlə müqayisədə 145 manat və ya 93,5 faiz çoxdur. Sosial müavinətin məbləği II qrup əlilliyə görə 2,1 dəfə artırılmaqla 61 manatdan 130 manata, III qrup əlilliyə görə isə 2,1 dəfə çox olmaqla 52 manatdan 110 manata çatdırılır. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev in “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 25 fevral 2019-cu il tarixli sərəncamı 577 minədək vətəndaşın rifahının yaxşılaşdırılması istiqamətində əhəmiyyətli irəliləyişə imkan verib. Onlardan 165 min 376 nəfəri ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən əlilliyi olan (əmək pensiyası almayan) vətəndaşlardır. Sərəncama əsasən, bu kateqoriyaya aid vətəndaşlardan I qrup əlilliyi olan şəxslərə ödənilən sosial müavinətin məbləği 83 faiz artırılaraq 82 manatdan 150 manata, onlar üçün Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün məbləği isə 37 faiz artırılaraq 73 manatdan 100 manata çatdırılır. Həmçinin, sərəncam I qrup əlilliyi olan şəxslərə qulluq edənlərə Prezidentin aylıq təqaüdü kimi 50 manat məbləğində təqaüdün təsis edilməsini nəzərdə tutur.

Comments are closed, but trackbacks and pingbacks are open.