Press "Enter" to skip to content

Zbək alimlərin “Özbəkistan – Azərbaycan: qardaş xalqlar arasında mədəni mənəvi əməkdaşlığın tarixi aspekti” mövzusunda monoqrafiyaları çap olunub

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi 2023-cü il üzrə Özbəkistan mətbuatı, ictimaiyyəti arasında Azərbaycan, habelə Özbəkistanla tarixi dostluq və əməkdaşlığa dair müsabiqə elan edilib.

Azərbaycanın hərb tarixi

Azərbaycan xalqının vətənin müdafiəsi uğrunda hərbi qəhrəmanlığının qədim və zəngin tarixi vardır. Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslan, Cavanşir və Babək, Uzun Həsən və Şah İsmayıl Xətai kimi hərbi sərkərdələr müstəqilliyimiz uğrunda mübarizələrdə xalqa xidmət etmişlər.
Şimali Azərbaycanın Çar Rusiyası tərkibində olduğu 90 il (1828-1917) ərzində Rusiya çarlığı xalqımızı hərbi xidmətdən məhrum etmiş, müsəlman azərbaycanlılar orduda xidmət əvəzinə müxtəlif cür vergilər ödəmişlər. Yalnız xalqın yüksək zadəgan və ziyalı zümrəsi içərisindən ayrı-ayrı şəxslər öz övladlarını Rusiyanın hərbi məktəblərinə göndərə bilmişlər və bu hesabdan göstərilən dövrdə müəyyən miqdarda azərbaycanlı zabit heyəti yaranmışdır ki, onlar döyüş cəbhələrində yüksək sərkərdəlik nümunələri göstərmişlər. Vitse-admiral rütbəsinə qədər yüksəlmiş İbrahim bəy Allahverdi oğlu Aslanbəyov (1822-1900) Peterburqda Hərbi Dəniz Korpusunu bitirmiş, Qara və Baltik dənizlərində hərbi gəmilərdə komandir olmuş, 1878-ci ildə kontr-admiral rütbəsi aldıqdan sonra Rusiyanın 8-ci Hərbi-Dəniz Donanmasının (HDD) rəisi təyin edilmişdir. Admiral İ. Aslanbəyov 1879-1882-ci illərdə rəhbərlik etdiyi gəmi heyəti ilə dövr-aləm səyahətində olmuş, Sakit okeanda iti sürətlə üzən gəmilərin hərbi heyətinə komandanlıq etmiş və 1887-ci ildə vitse-admiral rütbəsinə yüksəlmişdir. Mayor İskəndərbəy Məmmədkərim oğlu Hacınski (1809-1878) 1835-ci ildən rus ordusunda qulluqda olmuş, Krım müharibəsində (1853-56) iştirak etmişdir. O, Rusiyanın 3-cü dərəcəli Anna və 2-ci dərəcəli Stanislav ordenləri, İranın 2-ci dərəcəli “Şir-i Xurşid” ordeni ilə təltif edilmişdir. Rusiya-Yaponiya müharibəsinin gedişində Yaponiya donanması Rusiyanın Uzaq Şərqdə olan Port-Artur qalasını mühasirəyə aldığı dövrdə (mühasirə 5 aydan çox davam etmişdir) bu əməliyyatlarda polkovnik S. Mehmandarov və kapitan Ə.Şıxlinski, polkovnik Hüseyn xan Naxçıvanski və polkovnik İlyas bəy Ağalarov da iştirak etmişdilər. Həmin müharibədə batalyon komandiri vəzifəsində döyüşən həmyerlimiz Şahtaxtinski Əbülfət Nəcəfqulu oğlu 1912-ci ildə polkovnik rütbəsində Rusiyanın hərbi nümayəndəsi kimi İsveçrə ordusunun manevrlərini müşahidə etmişdir. Azərbaycanlı generallardan Teymur bəy Novruzov, Əmir Kazım Qacar, Əmənulla xan Qacar (Şuşada doğulmuşlar) I Dünya müharibəsinin iştirakçıları olmuşlar. General T. Novruzov dörd dəfə Müqəddəs Georgi ordeni ilə təltif edilmişdir. Əslən Tovuzdan olan Novruzovlar nəslindən 3 general, Qacarlar nəslindən 7 general, Yadigarovlar nəslindən 4 general yetişmişdir. Rusiya ordusunun 21-ci piyada diviziyası tərkibində (diviziyanın komandiri azərbaycanlı general Səməd bəy Mehmandarov idi) 81 saylı Abşeron alayı, Dağıstan alayı (№ 82), Samur alayı (№ 83), Şirvan alayı (№ 84), eləcə də Şamaxı alayı (№ 205) və Səlyan alayı (№ 206) I dünya müharibəsi dövründə hərbi əməliyyatlarda qismən iştirak etmişlər.
XIX əsrdə və XX əsrin əvvəllərində Azərbaycan xalqını təmsil edən onlarla görkəmli hərbi sərkərdələr yetişmişdir. Bakıda Bakıxanovlar, Qazaxda Şıxlinskilər və Vəkilovlar, Qarabağda Cavanşirlər, Naxçıvanda Kəngərlilər, Gəncədə Cavadxanlar və digər bölgələrdə yaşayan nəsillər içərisindən çıxmış generallar Azərbaycan xalqının şan-şöhrətini bütün dünyaya yaymışlar.
Azərbaycanda milli ordunun yaradılması haqqında ilk təklif Rusiya çarizmi dağıldıqdan sonra, 1917-ci ilin mayında keçirilən Qafqaz Müsəlmanları Qurultayında edilmişdir və bu qurultayda müsəlman alayları yaradılmasına başlamaq üçün xüsusi büronun təşkili haqda qərar qəbul edilmişdi. Bundan az sonra həmin ilin oktyabrında Azərbaycan Türk Demokratik Federalistlər Partiyası (ATDFP) – “Müsavatın” I qurultayında milli ordunun yaradılması geniş müzakirə edilmişdi.
1917-ci ilin noyabrında Zaqafqaziya komissarlığı Zaqafqaziyanın respublikalarında milli hərbi korpuslarının yaradılması haqqında qərar qəbul etdi. Azərbaycan korpusunu təşkil etmək general Əliağa Şıxlinskiyə tapşırılmışdı. Lakin Ermənistandan və Gürcüstandan fərqli olaraq Azərbaycanda bu iş çox ləng gedirdi. Bunun nəticəsidir ki, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan edildiyi bir tarixdə-1918-ci ilin 28 mayında ölkədə keçmiş müsəlman könüllü dəstələrindən ibarət 600 nəfərlik bir hərbi hissə var idi. Əlbəttə, bu cüzi hərbi qüvvə ilə Azərbaycanın müstəqilliyini müdafiə etmək və Bakıda Şaumyanın başçılıq etdiyi Bakı Soveti (Bakı kommunası) qoşunlarının Gəncə üzərinə hazırlanan hücumunun qarşısını almaq çətin idi. Belə bir vəziyyətdə Azərbaycanın kömək gözləyə biləcəyi yeganə ölkə Türkiyə idi. Bu məqsədlə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının (AXCNŞ) sədri Fətəli Xan Xoyski Türkiyə hökumətinə hərbi yardım haqqında xahiş etmişdi.
Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökumətinin 1919-cu il dövlət büdcəsində hərbi xərclər büdcənin 24 faizini təşkil edirdi və həmin il 25 min nəfərlik milli ordu yaradılması nəzərdə tutulmuşdu. Hərbi Nazir general S.Mehmandarov 1919-cu ilin 2 aprelində Nazirlər Şurasına göndərdiyi məktubunda Azərbaycan xalqının şöhrətli hərb tarixinə malik olduğunu qeyd etmişdir.Göstrəmişdir ki,tarixi qəhrəmanlıq ordumuzun milli vətənpərvərlik ruhuna təsir edən vacib amillərdən biridir.
1919-cu ilin sonlarında Azərbaycan ordusu iki piyada və bir süvari diviziyasından ibarət idi. Bundan əlavə Gəncədə iki artilleriya batareyası və yüngül toplara malik xüsusi diviziya yaradılmışdı. Ordunun tərkibində həmin dövrdə üç zirehli qatar, 4 hərbi təyyarə, 6 zirehli avtomobil və s. var idi.
1920-ci ilin əvvəlində Azərbaycan ordusunun şəxsi heyətinin 40 min nəfərə çatdırılması planlaşdırılırdı. Hərbi xidmətə 19-24 yaşlı məxsus gənclərin çağırılması nəzərdə tutulurdu. Ordunu gücləndirmək üçün 5 tank, 12 hidroplan, 6 aeroplan, 9 zirehli avtomobil və s. alınması planlaşdırılmışdı. Gəncədə bir hərbi zavod işləməyə başlamışdı. Lakin eyni zamanda Azərbaycanın Avropa ölkələrində silah alması da böyük çətinliklərə rast gəlirdi. Belə ki, Antanta ölkələri Azərbaycanın Osmanlı Türkiyəsi ilə əlaqələrini bilərək, ona silah satmaq istəmirdi. Bütün bunlara baxmayaraq Azərbaycan ordusu xeyli möhkəmlənmiş və yüksək intizamlı ordu yaradılmışdı. 1919-cu ilin sentyabrında Bakıda olmuş ingilis hərbi müxbiri Skotland Liddel öz təəssüratlarında yazırdı: “Mənə deyirdilər ki, burada qarışıqlıqla rastlaşacağam, amma heç bir qarışıqlıq görmədim. yol boyu biz Azərbaycan ordusunun yüzlərlə cavan əsgəri ilə qarşılaşdıq, onlar iki il əvvəl gördüyüm əsgərlər deyildirlər. Hətta bir ay əvvəlkilərə belə oxşamırdılar. Azərbaycan ordusu sürətlə təşkil olundu, sürətlə də lazımi şəklə düşdü. Azərbaycan dərk etdi ki, intizamsız ordu sadəcə olaraq yaşaya bilməz. Azərbaycanda dəmir intizam hökm sürür, elə bir intizam ki, Rusiyada belə yoxdur”.
Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövrü (1918-1920) Azərbaycanın 21 döyüş generalı olmuşdur. Bunlar Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Xosrov bəy Sultanov, İbrahim ağa Vəkilov, İbrahim ağa Usubov, Hüseynxan Naxçıvanski, Mirkazımxan Talışxanov, Firudin bəy Vəzirov, Qalib bəy Vəkilov, Daniyal bəy Həlləcov, Əliyar bəy Haşımbəyov, Süleyman bəy Əfəndiyev, Teymur bəy Novruzov, Əmir Kazım Mirzə Qacar, Məhəmməd Mirzə Qacar, Əmənulla Mirzə Qacar, Feyzulla Mirzə Qacar, Cavad bəy Şıxlinsi, Məmməd Sadıq bəy Ağabəyzadə və digərləri idilər. General-leytenant Məmmədbəy Sulkeviç (litva tatarı, Azərbaycan vətəndaşlığını qəbul etmişdi) 1918-1919-cu illərdə Azərbaycan ordusunda Baş qərargahın rəisi və az sonra korpusun komandiri olmuşdur.
General-mayor Cavad bəy Şıxlinski, general Məhəmməd Mirzə Qacar Gəncədə XI Orduya qarşı xalq mübarizəsinə rəhbərlik etmişlər. Azərbaycan generallarından Xalq Cümhuriyyəti (AXC) hökumətinin I və II kabinələrində Hərbi Nazir Xosrov bəy Sultanov, Daxili İşlər Naziri isə Behbud Cavanşir olmuşdur. Xosrov bəy Sultanov 1919-cu ildə Qarabağın general-qubernatoru vəzifəsində çalışmışdır. Rəsmi araşdırmalar göstərir ki, 1920-ci ilin bolşevik-daşnak terroru nəticəsində Azərbaycan Milli Ordusuna xidmət edən 12 general, 27 polkovnik və podpolkovnik, 46 kapitan və ştabs kapitan, poruçik və podporuçik, 148 praporşik və odpraporşik, 266 digər rütbəli hərbi qulluqçu məhv edilmişdir.
Həmin dövrdə qırmızı terrorun qurbanı olaraq əksəriyyəti 1920-ci ildə Nargin adasında güllələnmiş generallarımız aşağıdakılardır: General-mayor Həbib bəy Hacı Yusif oğlu Səlimov (Azərbaycan Cümhuriyyətinin ilk Hərbi Naziri), general-mayor Əmir Kazım Qacar, general-mayor İbrahim ağa Usubov, general-leytenant Məmməd bəy Sulkeviç, general-mayor
Əbdülhəmid bəy Şərifbəy oğlu Qaytabaşı, general-mayor Murad Gəraybəy oğlu Tlexas (milliyyətcə çərkəz olan Murad bəy 1918-ci ildə Azərbaycana könüllü olaraq gəlmişdi), general-mayor Əliyar bəy Mehdi oğlu Haşımbəyov.
Azərbaycan Respublikasının Sovet Sosialist Respublikası İttifaqı (SSRİ) tərkibində olduğu 1923-cü il yanvarın 1-dən sonrakı ilk 17 ildə (yəni Böyük Vətən müharibəsinin başlanmasına qədərki dövrdə) Respublika vətəndaşları Sovet Ordusu tərkibində ümumi əsgəri mükəlləfiyyətə cəlb edilməklə yanaşı,Azərbaycanda bir milli atıcı diviziya da var idi. Həmin dağ-atıcı diviziyası 1920-ci ilin 30 oktyabrında təşkil edilmişdi və 1938-ci ilə qədər mövcud olmuşdur. 1924-1930-cu illərdə diviziyanın komandiri Cəmşid Naxçıvanski (1895-1938) olmuşdur. Sovet Ordusunun təşkili ərazi sistemindən sırf kadr sisteminə keçirildikdə (1938) həmin diviziya 77-ci diviziya adı ilə Zaqafqaziya hərbi dairəsi (1935-ci ildə yaradılmışdır) ordusu tərkibinə daxil edilmişdi.
Azərbaycanın ikinci dəfə dövlət müstəqilliyinin bərpasından sonra, 1991-ci ilin sentyabrında Ali Sovetin qərarı ilə Müdafiə Nazirliyi (MN), oktyabrın 9-da isə Azərbaycan Silahlı Qüvvələrinin (ASQ) yaradılması barədə qərar qəbul edildi. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixli Fərmanı ilə oktyabrın 9-u Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edildi. Lakin 22 may 1998-ci il tarixli prezident fərmanı ilə həmin fərman qüvvədən düşürülərək 26 iyun tarixi “Silahlı Qüvvələr günü” elan edilmişdir.
Hal-hazırda Azərbaycan Ordusu Azərbaycan dövlətçiliyini, ərazi bütövlüyünü qorumağa qadir olan və regionda ən böyük ordudur.
Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Respublikası Silahlı Qüvvələri müstəqilliyimizin əsas qarantı olaraq ölkəyə ola biləcək hərbi təhdidin qarşısını ala biləcək gücə malikdir. Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin hərbi imkanları da genişlənir.
2003-cü ildə Azərbaycanın hərbi büdcəsi 115 milyon manat (135 milyon ABŞ dolları) olduğu halda, 2010-cu ildə 2,2 milyard manat (2,7 milyard ABŞ dolları) təşkil etmiş, 2011-ci il dövlət büdcəsində isə bu məbləğin 2,4 milyard manat (3,0 milyard ABŞ dolları) olması gözlənilir.
Azərbaycan ordusu 1994-cü ildən NATO ilə Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlıq edir. Bundan başqa, Azərbaycan Silahlı Qüvvələrinin bir sıra xarici dövlətlərlə də əlaqəsi vardır.
Həmçnin, Azərbaycan Sülhməramlı Qüvvələri (ASQ) Kosovoda, Əfqanıstanda və İraqda beynəlxalq əməliyyatlarda iştirak etmişdir.

Özbək alimlərin “Özbəkistan – Azərbaycan: qardaş xalqlar arasında mədəni mənəvi əməkdaşlığın tarixi aspekti” mövzusunda monoqrafiyaları çap olunub.

Monoqrafiyada qədim dövrdən bugünədək Özbək və Azərbaycan – iki qardaş xalqın qarşılıqlı əlaqələri, mədəni-mənəvi əməkdaşlığı, dövlətlərarası münasibətlər, rəsmi dövlət sənədləri, arxiv materiallarla bağlı məlumatlar konkret tarixi faktlar yer alıb.

Özbəkistan mətbuatında Ermənistanın Azərbaycana qarşı son təxribatına aid məqalələr yer alıb.

7 mart 2023

Özbəkistanın nüfuzlu www.xabar.uz, daryo.uz, azon.uz, www.qalampir.uz, zamin.uz saytlarında Ermənistanın Azərbaycana son tərtibatına aid məqalələr yer alıb.

Özbəkistanda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert təşkil olunub.

6 mart 2023

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “Soqdiana” Özbəkistan xalq çalğı alətləri kamera orkestrinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət “Dostluq” konserti təşkil olunub.

Daşkənddə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan-Özbəkistan Dostluq Muzeyinin açılışı olub.

2 mart 2023

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan-Özbəkistan Dostluq Muzeyinin açılış mərasimi olub.

“Mənim iki Vətənim var – Azərbaycan və Özbəkistan” adlı beynəlxalq konfrans keçirildi.

1 mart 2023

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi ilə Daşkənd Dövlət Transport Universiteti ilə birgə Maqsud Şeyxzadəyə həsr olunmuş “Mənim iki Vətənim var – Azərbaycan və Özbəkistan” adlı beynəlxalq konfrans keçirilib.

Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun nümayəndə heyətinin Azərbaycana səfəri təşkil olunub.

28 fevral 2023

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun rektoru Eldor Şermanovun rəhbərliyi ilə geniş nümayəndə heyətinin cari il 23-28 fevral tarixlərində Azərbaycana səfəri təşkil olunmuşdur. Nümayəndə heyətini səfərdə Mədəniyyət Mərkəzimizin inzibatçısı, ictimaiyyət və KİV-lərlə iş üzrə mütəxəssis Yusif Məmmədov müşaiyət edib.

Azərbaycan və Özbəkistanın regionları arasında əməkdaşlıq genişlənir. Türk dünyasının mədəniyyət paytaxtları Xivə və Şuşa qardaşlaşdı.

25 fevral 2023

Samir müəllim, dünən məlumat əldə etdik ki, Azərbaycan və Özbəkistanın bir sıra şəhərləri, xüsusi ilə Xivə və Şuşa şəhərləri arasında «Qardaşlaşmış şəhərlər» haqqında müqavilə imzalanıb. Bu barədə fikirlərinizi bölüşməyinizi xahiş edirik.

Özbəkistanda Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirilib.

23 fevral 2023

Azərbaycanın Özbəkistandakı səfirliyi, səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə Xocalı faciəsi ilə bağlı mərasim keçirib.

Nizami adına Daşkənd Dövlət Universiteti Azərbaycan təhsil ocaqları ilə əməkdaşlığı genişləndirəcək, Universitetdə Azərbaycan-Özbəkistan Dostluq Muzeyi yaradılacaq.

21 fevral 2023

Azərbaycan ədəbiyyatının böyük şairi, dahi mütəfəkkir Nizami Gəncəvinin adını daşıyan Daşkənd Dövlət Pedaqoji Universiteti Özbəkistanda daim Azərbaycanla elm, mədəniyyət, ədəbiyyat sahəsində əlaqələrin inkişafında mühüm rol oynayır və Universitetin bazasında Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti fəaliyyət göstərir.

Azərbaycan-Özbəkistan arasında mədəni əlaqələr, mədəniyyət sahəsinə dair tədris məsələsində əməkdaşlıq müzakirə olunub.

18 fevral 2023

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun rektoru Eldar Şermanov arasında görüş keçirilib.

Azərbaycan Mədəniyyət Mərkəzi 2023-cü il Özbəkistan mətbuatı və ictimaiyyəti arasında ölkəmizə dair müsabiqənin nominasiyalarını elan edib.

17 fevral 2023

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi 2023-cü il üzrə Özbəkistan mətbuatı, ictimaiyyəti arasında Azərbaycan, habelə Özbəkistanla tarixi dostluq və əməkdaşlığa dair müsabiqə elan edilib.

Özbəkistanda “Wikipedia.org” Beynəlxalq Elektron Ensiklopediyasında Azərbaycana dair özbək dillində yaradılan bölmələrin təqdimatı olub.

15 fevral 2023

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, “İslahatçı Gəncələr” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə Daşkənd şəhərində keçirilən “Azərbaycan-Özbəkistan Gənclərinin Dostluq Əməkdaşlıq Forumu” çərçivəsində “Wikipedia.org” Beynəlxalq Elektron Ensiklopediyasında Azərbaycana dair özbək dillində yaradılan bölmələrin təqdimatı olub.

Daşkənddə ilk dəfə olaraq Azərbaycan-Özbəkistan gənclərinin dostluq və əməkdaşlıq forumu keçirilib.

14 fevral 2023

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Azərbaycanın “İslahatçı Gənclər” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə Daşkənd şəhərində ilk dəfə olaraq “Azərbaycan-Özbəkistan Gənclərinin Dostluq və Əməkdaşlıq Forumu” baş tutmuşdur.

“Əlişir Nəvai və XXI əsr” – Ədəbiyyat İnstitutunda konfrans.

7 fevral 2023

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Əlişir Nəvai və XXI əsr” mövzusunda 8-ci beynəlxalq konfrans keçirilib. Konfrans Ədəbiyyat İnstitutu, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti və Özbəkistan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə reallaşıb.

Özbəkistan mətbuatı Samir Abbasovun Ermənistanın Azərbaycan ərazisində törətdiyi ekoloji terror, azərbaycanlı ekofəalların aksiyalarına dair müsahibəsini yayımlayıb.

31 yanvar 2023

Özbəkistanın darakchi.uz adlı aparıcı xəbər portalında bu ölkədəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Azərbaycan Səfirliyinin birinci katibi Samir Abbasovun Ermənistanın Azərbaycan ərazilərində həyata keçirdiyi ekoloji terror, buna etiraz edən azərbaycanlı ekofəalların aksiyası, habelə yerli əhalinin blokadada saxlanılması haqqında Ermənistan tərəfinin dünyaya yaydığı yanlış məlumatlara dair geniş müsahibəsi dərc olunub.

Özbəkistanda “İlin seçimi-2022” müsabiqəsində Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ən fəal Mərkəz nominasiyasına layiq görülüb.

30 yanvar 2023

Özbəkistanın aparıcı media təmsilçiləri, çoxsaylı respondentlər, tanınmış simalar, ictimaiyyət nümayəndələri arasında keçirilmiş onlayn sorğunun nəticələri məlum olub. Bununla əlaqədar, Daşkənddəki Əlişir Nəvai adına Panorama Kino sarayında təntənəli mükafatlandırma mərasimi təşkil olunub.

Özbək mətbuatında Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi ekoterror, azərbaycanlı ekofəalların etiraz aksiyasına dair geniş məqalələr yayımlanıb.

28 yanvar 2023

Özbəkistanın nüfuzlu www.xabar.uz, darakchi.uz, azon.uz, www.qalampir.uz, marifat.uz saytlarında Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi ekoloji terror, azərbaycanlı ekofəalların etiraz aksiyası dair silsilə məqalələr dərc olunub.

Özbəkistan mətbuatında 20 yanvar faciəsi ilə bağlı silsilə məqalələr yer alıb.

27 yanvar 2023

Özbəkistanın nüfuzlu www.xabar.uz, darakchi.uz, azon.uz, marifat.uz, human.uz saytlarında 20 Yanvar faciəsinin 33-cü ildönümünə ilə əlaqədar silsilə məqalələr yer alıb.

Azərbaycan Mədəniyyət Mərkəzi “Heydər Əliyev ili” münasibətilə Özbəkistanın regionlarındakı 14 mərkəzi kitabxanaya ölkəmizə dair zəngin kitab kolleksiyası bağışlayıb.

25 yanvar 2023

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi 2023-cü il “Heydər Əliyev ili” münasibətilə Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasına və Özbəkistanın vilayətlərində yerləşən 14 mərkəzi kitabxanaya Azərbaycana dair zəngin kitab kolleksiyası hədiyyə edib.

Özbəkistanda “Türk dünyasından Şuşaya – Şuşadan Türk dünyasına” adlı kitabın təqdimat mərasimi keçirilib.

23 yanvar 2023

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi “Türk dünyasından Şuşaya – Şuşadan Türk dünyasına” adlı layihə çərçivəsində eyni adlı nəşrin təqdimat mərasimi keçirilib.

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti 20 Yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.

21 yanvar 2023

Bununla əlaqədar Dostluq Cəmiyyəti tərəfindən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə məktub daxil olub. Məktubda qeyd olunur ki, Azərbaycan tarixinə “Qanlı Yanvar” faciəsi kimi yazılmış 20 Yanvar hadisələri Azərbaycanın azadlıq və müstəqilliyə gedən yolun, qardaş xalqın qəhrəmanlığının, şanlı tarixinin və birliyinin bariz göstəricisidir.

Daşkənddə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb.

20 yanvar 2023

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunan anma mərasimi keçirilib.

“Wikipediya”da Xurşidbanu Natəvan haqqında özbək dilində bölmə istifadəyə verilib.

16 yanvar 2023

Azərbaycanın Şuşa şəhərinin 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi münasibətilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə XIX əsr Azərbaycanın bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvan haqqında “Wikipediya” Beynəlxalq Elektron Ensiklopediyasında özbək dilində “Xurshidbonu Notavon” adlı bölmə istifadəyə verilib.

Samir Abbasov: 2022-ci il “Şuşa ili” ilə bağlı Özbəkistanda çoxsaylı tədbirlər və layihələr həyata keçirilib.

8 yanvar 2023

2022-ci il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Şuşa ili” elan olunub. Bu istiqamətdə biz mətbuatdan da daim tanış olduğumuz kimi xarici ölkələr arasında «Şuşa ili» ilə bağlı Özbəkistanda xeyli işlər, layihələr həyata keçirilmişdir.

Özbəkistanda azərbaycanlı uşaqlar üçün dünya azərbaycanlıların həmrəyliyi və Yeni il bayramına həsr olunmuş şənlik keçirilib.

29 dekabr 2022

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin Qadınlar Şurası ilə birgə Daşkənddə yaşayan azərbaycanlı uşaqlar üçün Yeni il şənliyi keçirib.

Özbəkistan Jurnalistlər İttifaqı Azərbaycan mediasında Özbəkistan mövzusu, dostluğumuzu geniş təbliğ edən azərbaycanlı jurnalistləri mükafatlandırdı.

28 dekabr 2022

Tədbirdə Azərbaycanın Özbəkistandakı Səfirliyinin əməkdaşları, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti, Özbəkistan Jurnalistlər İttifaqının rəhbərliyi, ictimaiyyət nümayəndələri, Özbəkistanın elm, mədəniyyət, ədəbiyyat xadimləri, jurnalistlər, yerli azərbaycanlılar iştirak ediblər.

Özbəkistanda dünya azərbaycanlılarının həmrəyliyi və Yeni il bayramı münasibətilə mərasim keçirilib, Azərbaycana dair müsabiqənin qalibləri mükafatlandırılıb.

27 dekabr 2022

Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzində 31 dekabr – dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib, Özbəkistanda 2022-ci il üzrə Azərbaycana dair elan edilmiş müsabiqənin qaliblərinə mükafatlar təqdim edilib.

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti azərbaycanlı ekofəalların aksiyasına dəstək bəyanatı verdi.

23 dekabr 2022

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin İdarə Heyəti dünya ictimaiyyətinə müraciət edərək bəyan edir ki, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü məsələsində həmişə Azərbaycan xalqının, dövlətinin yanında olduğunu bəyan edib.

Özbəkistanda Azərbaycan dili fakültəsi və “Heydər Əliyev auditoriyası” yaradılacaq.

22 dekabr 2022

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi ilə Daşkənd Dövlət Şərqşünaslıq Universitetində Türkologiya fakültəsi bazasında Azərbaycan dili fakültəsinin yaradılması üzrə işlər aparılır.

Özbəkistanın “Yoshlar” telekanalı Azərbaycanda keçirilən Milli Yaylaq Festivalı haqqında veriliş yayımlayıb.

19 dekabr 2022

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Özbəkistanın “Yoshlar” telekanalının “Sayohatlar shamoli” verilişində Azərbaycan və Türk xalqlarının min illərə söykənən zəngin yaylaq ənənələri və elat mədəniyyətinin yaşadılması və təbliği məqsədilə ölkəmizdə hər il keçirilən Yaylaq Festivalı haqqında veriliş yayımlayıb.

Özbəkistanda “Türkistan və Qafqazların unikal tarixi xəritələri” adlı Azərbaycan Özbəkistan-Türkiyə sərgisinin açılışı olub.

13 dekabr 2022

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Ankaradakı Türk Tarixi və Mədəniyyəti Fondunun layihəsi ilə Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin mərkəzi foyesində “Türkistan və Qafqazların unikal tarixi xəritələri” adlı Azərbaycan-Özbəkistan-Türkiyə sərgisinin açılışı olub.

Özbəkistanda “İstiqlal şairlərimiz, dövlət himnlərimizin müəllifləri Əhməd Cavad, Abdulla Aripov, Mehmet Akif Ersoy” beynəlxalq konfrans və «Mən həqiqət səsiyəm» şeirlər kitabının təqdimatı keçirilib.

13 dekabr 2022

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında bu il tanınmış Azərbaycan şairi Əhməd Cavadın 130 illik yubileyi münasibəti ilə qardaş ölkədə silsilə tədbirlər və layihələr həyata keçirilir.

Özbəkistanda Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı mərasim keçirilib.

12 dekabr 2022

Azərbaycanın Özbəkistandakı səfirliyi və onun nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının böyük oğlu, dövlətçilik tariximizdə əvəzsiz xidmətləri olan dahi şəxsiyyət, dünya şöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı mərasim keçirilib.

Özbəkistanda «İstiqlal şairlərimiz Əhməd Cavad, Abdulla Aripov, Mehmet Akif Ersoy Azərbaycan-Özbəkistan-Türkiyə dostluq konserti» keçirilib.

10 dekabr 2022

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında bu il tanınmış Azərbaycan şairi Əhməd Cavadın 130 illik yubileyi münasibəti ilə qardaş ölkədə silsilə tədbirlər və layihələr həyata keçirilir.

“Məclisi – fəramuşan” Azərbaycan-Özbəkistan şairlərinin növbəti poeziya görüşü keçirilib.

5 dekabr 2022

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan və Özbəkistan Yazıçılar Birliyi, Dünya Gənc Türk Yazarlar Birliyi, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin dəstəyi ilə cari ilin mart ayından keçirilməsinə start verilən Azərbaycan və Özbəkistanın gənc şairlərinin iştirakı ilə “Məclisi – fəramuşan” adlı növbəti poeziya görüşləri keçirilib.

Özbəkistanda «İstiqlal şairlərimiz Əhməd Cavad, Abdulla Aripov, Mehmet Akif Ersoy Azərbaycan-Özbəkistan-Türkiyə beynəlxalq konfrans və dostluq konserti» keçiriləcəkdir.

2 dekabr 2022

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında bu il tanınmış Azərbaycan şairi Əhməd Cavadın 130 illik yubileyi münasibəti ilə qardaş ölkədə silsilə tədbirlər və layihələr həyata keçirilir.

Türkmənistanda dünya xalqlarının musiqi sənətinə həsr olunmuş beynəlxalq festivalda Azərbaycan da təmsil olunur.

30 noyabr 2022

Prezident Serdar Berdiməhəmmədovun təşəbbüsü ilə Türkmənistan Mədəniyyət Nazirliyinin təşkil etdiyi bu tədbirdə beynəlxalq təşkilatların, əlaqədar nazirliklərin rəhbərləri və nümayəndələri, müğənnilər, musiqiçilər – milli musiqi alətləri ifaçıları iştirak edirlər.

Özbəkistanın Səmərqənd Dövlət Universitetində azərbaycanlı müəllifin “Əmir Teymur fenomeni” adlı kitabının təqdimatı keçirilib.

29 noyabr 2022

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə azərbaycanlı tarixçi alim, jurnalist Teymur Atayevin müəllifi olduğu “Феномен Амира Теймура” adlı kitab Daşkənddə “Bilim və intellektual salaxiyat” nəşriyyatında rus dilində nəşr edilmişdir.

Özbəkistanda «Türkistan və Qafqazların unikal tarixi xəritələri» adlı sərgi açılacaqdır.

28 noyabr 2022

Cari ilin 9 dekabr tarixində Özbəkistanda Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində ölkənin elm, təhsil nümayəndələri, alim və tədqiqatçıların iştirakı ilə «Türkistan və Qafqazların unikal tarixi xəritələri» adlı Azərbaycan-Özbəkistan- Türkiyəsərgisinın açılışı nəzərdə tutulub.

Özbəkistanda Maqsud Şeyxzadənin 114 illik yubileyinə həsr olunmuş «Azadlığa can atan şair» adlı tədbir keçirilib.

24 noyabr 2022

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində yazıçı, Özbək ədəbiyyatının dramaturqu, azərbaycanlı şair, ədəbiyyatşünas-alim, dünya ədəbiyyatı klassiklərinin özbək dilinə tərcümələrinin müəllifi, pedaqoq Maqsud Şeyxzadənin anadan olmasının 114-cü ildönümünə həsr olunmuş «Azadlığa can atan şair» adlı tədbir keçirilib.

Özbəkistanda “Türk ədəbiyyatının inciləri” adlı kitablar seriyasının təqdimatı keçirilib.

23 noyabr 2022

Özbəkistan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda Prezident Şavkat Mirziyoyevin təşəbbüsü və göstərişi ilə hazırlanmış 100 cildlik “Türk ədəbiyyatının inciləri” seriyasından olan kitabların təqdimatı keçirilib.

Özbəkistanda Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

22 noyabr 2022

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində opera müğənnisi, kinoaktyor, bəstəkar, Azərbaycanın və SSRİ xalq artisti Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Şavkat Mirziyoyevdən Türk dünyası mədəniyyətinə mühüm töhfə – Özbək dilində “Türk ədəbiyyatının inciləri” adlı 100 cildlik kitablar seriyası nəşr edilib.

21 noyabr 2022

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin göstərişi ilə Türk dövlətlərinin şair və yazıçılarının əsərləri Özbək dilinə tərcümə olunmuş “Türk ədəbiyyatının inciləri” adlı 100 cildlik kitablar seriyası Daşkənddə “Özbəkistan” nəşriyyatında çap edilib.

Özbəkistanın Daşkənd Dövlət Şərqşünaslıq Universitetində Azərbaycan dili fakültəsi yaradılır.

18 noyabr 2022

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi ilə Daşkənd Dövlət Şərqşünaslıq Universitetində Türk dili bölümü üzrə Azərbaycan dili fakültəsi yaradılır.

Özbəkistan Dövlət Akademik Böyük Teatrı Bakıda çıxış edib.

17 noyabr 2022

Özbəkistan Əlişir Nəvai adına Dövlət Akademik Böyük Teatrı Bakıya qastrol səfəri çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində çıxış edib.

Özbəkistanda azərbaycanlı məşhur yazıçı, şair Maqsud Şeyxzadənin anadan olmasının 114-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

17 noyabr 2022

Özbəkistanın Dövlət Nəqliyyat Universitetində azərbaycanlı yazıçı, şair, dramaturq, tərcüməçi, görkəmli pedaqoq və ədəbiyyatşünas, Özbəkistanın Əməkdar İncəsənət Xadimi Maqsud Şeyxzadənin anadan olmasının 114-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzində milli rəqslərimizə dair ustad dərslərinə start verilib.

16 noyabr 2022

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi ilə Mərkəzin nəzdindəki rəqs ansamblı və rəqs dərnəyinin uşaq və yeniyetmələri üçün milli rəqslərimizə dair ustad dərslərinə başlanılıb.

Samir Abbasov Türk Tarixi və Mədəniyyəti Fondunun Nizami Gəncəvi medalı ilə təltif edilib.

15 noyabr 2022

Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən Türk Tarixi və Mədəniyyəti Fondunun rəhbəri Nizamettin Aykurt Özbəkistan səfəri çərçivəsində Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət edib və Mərkəzin direktoru Samir Abbasovla görüş keçirib.

2023-cü ildə Azərbaycan-Özbəkistan arasında Şuşa və Səmərqəndin Türk mədəniyyətinə töhfələri və Heydər Əliyevə həsr olunmuş beynəlxalq layihələr həyata keçiriləcək.

15 noyabr 2022

Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi və Türk Tarixi və Mədəniyyəti Fondu arasında əldə edilən razılığa əsasən 2023-cü ildə Azərbaycan-Özbəkistan arasında Şuşa və Səmərqəndin Türk mədəniyyətinə töhfələri, habelə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş beynəlxalq layihələr həyata keçiriləcəkdir.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Səmərqənddə “Əbədi şəhər” tarixi-etnoqrafik kompleksi ilə tanış olub.

11 noyabr 2022

Noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü çərçivəsində Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva, Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan və Macarıstanın Baş nazirinin xanımı Aniko Levai “Əbədi şəhər” tarixi-etnoqrafik kompleksi ilə tanış olublar.

Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü keçirilib

11 noyabr 2022

Noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Səmərqənddə “Zamanın ilğımları” adlı sərgi ilə tanış olub

11 noyabr 2022

Noyabrın 11-də Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü çərçivəsində Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva, Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan və Macarıstan Respublikasının Baş nazirinin xanımı Aniko Levai Səmərqənddə Ekspo Mərkəzində təşkil edilən “Zamanın ilğımları” adlı sərgi ilə tanış olublar.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Səmərqənddə “Lazgi” adlı baletə baxıb.

11 noyabr 2022

Noyabrın 10-da Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü çərçivəsində Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva, Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan, Macarıstanın Baş nazirinin xanımı Aniko Levai Səmərqənd şəhərində Həmid Alimcan adına Səmərqənd Musiqili Dram Teatrında “Lazgi” adlı baletə baxıblar.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Səmərqənddə “Özbəkistanın rəngləri” adlı sərgi ilə tanış olub.

10 noyabr 2022

Noyabrın 10-da Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü çərçivəsində Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və digər ölkələrin birinci xanımları Səmərqənddə “Özbəkistanın rəngləri” adlı sərgi ilə tanış olublar.

Səmərqənddə İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşü olub

10 noyabr 2022

Noyabrın 10-da Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşü olub.

İlham Əliyev Özbəkistana səfərə gəlib

10 noyabr 2022

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə iştirak etmək üçün noyabrın 10-da Özbəkistan Respublikasına səfərə gəlib.

Daşkənddə “Əhməd Baytursunulı və Türk dünyasının mənəvi varisliyi” adlı beynəlxalq elmi konfrans keçirilib

9 noyabr 2022

Qazaxıstandakı Beynəlxalq Türk Akademiyası Daşkənddəki Özbək Dili və Ədəbiyyatı Universiteti ilə birgə qazax ictimai-siyasi xadimi Əhməd Baytursunulının anadan olmasının 150 illiyi ilə bağlı “Əhməd Baytursunulı və Türk dünyasının mənəvi varisliyi” adlı beynəlxalq elmi konfrans keçirib.

Daşkənddə “Azərbaycanın Qarabağda qələbəsi Türk dünyasının tarixində şanlı səhifədir” adlı konfrans keçirilib.

8 noyabr 2022

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Türk Ağsaqqalları Birliyi – TAİB-in birgə təşkilatçılığı ilə Zəfər bayramı münasibəti ilə “Azərbaycanın Qarabağ zəfəri Türk dünyası tarixinin şanlı səhifəsi kimi” adlı konfrans keçirilib.

Özbəkistanda Azərbaycanın Zəfər Günü münasibəti ilə rəsmi qəbul keçirilib.

4 noyabr 2022

Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdində Heydər Əliyev adında Azərbaycan Mədəniyyət Mərkəzi Daşkənddəki “Hyatt Regency” otelində Zəfər Günü münasibəti ilə qəbul keçirib.

Azərbaycan Özbəkistanda keçirilən “TASHKENT BOOK FEST – 2022” beynəlxalq kitab festivalında təmsil olunur.

3 noyabr 2022

Özbəkistan Respublikası Prezidentinin Administrasiyası nəzdində İnformasiya və kütləvi kommunikasiya Agentliyi ölkənin müxtəlif nazirlik və komitələrinin dəstəyi ilə 2019-cu ildən “TASHKENT BOOK FEST” Beynəlxalq Kitab Sərgi-Yarmarkasını keçirir.

Qənirə Paşayeva Buxaradakı Azərbaycan diaspora təşkilatını ziyarət edib və Azərbaycan evində keçirilən dostluq tədbirində iştirak edib.

1 noyabr 2022

Özbəkistan dövləti ölkədə bütün millətlərə öz dillərini, mədəniyyətlərini yaşatmaq, inkişaf etdirmək üçün şərait yaratmış, Buxara şəhərinin daxilində yerləşən Koqan şəhərində Azərbaycan diaspora təşkilatı üçün xüsusi bina ayrılmışdır.

Özbəkistanın “MY5” telekanalında Ermənistan işğalından azad edilmiş Azərbaycanın Ağdam və Zəngilan şəhərlərinə dair veriliş nümayiş etdirilib.

1 noyabr 2022

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycana təşkil olunmuş Mediaturun nəticəsi olaraq Daşkənddəki “Mening Yurtim 5” telekanalının “Xush ko’rdik” televiziya proqramında dünən Azərbaycanın Ağdam və Zəngilan şəhərlərinə dair veriliş nümayiş etdirilib.

Özbəkistanın “MY5” telekanalında Azərbaycanın Şuşa və Füzuli şəhərləri ilə bağlı veriliş nümayiş etdirilib.

31 oktyabr 2022

Azərbaycanın Özbəkistandakı Səfirliyi və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Daşkənddəki “Mening Yurtim 5” telekanalının “Xush ko’rdik” verilişinin jurnalistlərinin Azərbaycana, işğaldan azad olunmuş bölgələrə Mediaturu təşkil edilib.

Özbəkistanda Azərbaycanın turizm potensialına dair təqdimat mərasimi keçirilib.

28 oktyabr 2022

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi və “Prestige Travel” şirkətinin təşkilatçılığı ilə Daşkənddəki “Wyndham” otelində Azərbaycanın turizm potensialına dair təqdimat mərasimi keçirilib.

Qənirə Paşayeva Özbəkistan Jurnalistlər Birliyinin fəxri üzvü adına layıq görülüb.

28 oktyabr 2022

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə bu ölkədə keçirilən “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” tədbirləri çərçivəsində Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva Özbəkistan Jurnalistlər Birliyini ziyarət edib və birliyinin sədri Olimjon Usarov ilə görüşüb. Görüşdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov da iştirak edib.

Daşkənddə “Özbəkistan və Azərbaycan: Qardaş və müttəfiq məmləkətlər” tədbir keçirilib.

28 oktyabr 2022

Daşkənd şəhərinin Xalq Təhsili Şöbəsinin nəzdindəki Mirzo-Ulugbek rayonunun 210 saylı məktəbində “Özbəkistan və Azərbaycan: Qardaş və müttəfiq məmləkətlər” tədbiri çərçivəsində iki ölkənin dostluq münasibətlərinə həsr olunmuş tədbir keçirilib.

Qənirə Paşayeva Özbəkistan Ali Məclisi sədr müavini Əlişer Kadırovla görüşüb.

27 oktyabr 2022

Özbəkistanda keçirilən “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” tədbirlərində iştirak edən Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Özbəkistan Dostluq Qrupunun üzvü, millət vəkili Qənirə Paşayevanı Özbəkistan Ali Məclisi sədrinin müavini Əlişer Kadırov qəbul edib.

Səmərqənd Dövlət Universitetində komitə sədri, millət vəkili Qənirə Paşayeva ilə görüş keçirilib.

27 oktyabr 2022

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə bu ölkədə keçirilən “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” çərçivəsində Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva ilə görüş keçirilib.

Özbəkistanın Səmərqənd vilayətində “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” tədbirlərinin rəsmi açılışı keçirilib.

26 oktyabr 2022

Özbəkistanda keçirilən “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” çərçivəsində bu ölkənin Səmərqənd səhərindəki Gənclər sarayında möhtəşəm açılış mərasimi tədbiri keçirilib.

Özbəkistanda “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” çərçivəsində Azərbaycan diaspora təşkilatlarına zəngin kitab kolleksiyaları hədiyyə edilib.

25 oktyabr 2022

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, iki ölkənin Mədəniyyət nazirlikləri, Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsi və Azərbaycanın Özbəkistandakı Səfirliyinin dəstəyi ilə cari ilin 16-22 oktyabr tarixlərində Özbəkistanda “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” keçirilib. Tədbirlər paytaxt Daşkəndlə yanaşı, Buxara, Nəvai və Səmərqənd vilayətlərini də əhatə edib.

Özbəkistanın Nəvai Dövlət Pedaqoji İnstitutunda özbəkcə nəşr olunmuş “Qarabağdan doğan günəş: Xurşidbanu Natəvan” kitabının təqdimatı olub.

25 oktyabr 2022

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, iki ölkənin Mədəniyyət nazirlikləri, Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsi və Azərbaycanın Özbəkistandakı Səfirliyinin dəstəyi ilə keçirilən “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” çərçivəsində Özbək dilinə tərcümə və nəşr olunmuş “Qarabağdan doğan Günəş: Xurşidbanu Natəvan” adlı kitabının Özbəkistanda təqdimat və imza mərasimi keçirilib.

Özbəkistanın Nəvai vilayətində “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” tədbirlərinin rəsmi açılışı keçirilib.

24 oktyabr 2022

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, iki ölkənin Mədəniyyət nazirlikləri, Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsi və Azərbaycanın Özbəkistandakı Səfirliyinin dəstəyi ilə reallaşan tədbirlər ölkənin Daşkənd vilayəti ilə yanaşı, Buxara, Səmərqənd və Nəvai vilayətlərini də əhatə edib.

Özbəkistanın Buxara şəhərində “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri”nin rəsmi açılışı keçirilib.

21 oktyabr 2022

Bildiyimiz kimi 16-22 oktyabr tarixlərində Özbəkistanda “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” keçirilir. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, iki ölkənin Mədəniyyət nazirlikləri, Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsi və Azərbaycanın Özbəkistandakı Səfirliyinin dəstəyi ilə reallaşan tədbirlər paytaxtla yanaşı, Buxara, Nəvai və Səmərqənd vilayətlərini də əhatə edir.

Daşkənddə Azərbaycan yazıçısı Əzizə Cəfərzadənin özbək dilində çap olunmuş “Bakı 1501” tarixi romanının təqdimatı olub.

20 oktyabr 2022

Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Azərbaycanın Xalq yazıçısı Əzizə Cəfərzadənin Daşkənddə özbək dilində çap olunmuş “Bakı 1501” tarixi romanının təqdimatı olub.

Daşkənddə özbək dilinə tərcümə olunan “Kitabi Dədə Qorqud” dastanının təqdimat mərasimi keçirilib.

19 oktyabr 2022

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Mirzo Uluqbek adına Özbəkistan Milli Universiteti ilə birgə “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” çərçivəsində özbək dilinə tərcümə və çap olunmuş “Kitabi Dədə Qorqud” dastanının təqdimat mərasimi keçirib.

Özbəkistanda “Repressiya qurbanları – Hüseyn Cavid və Abdurauf Fitrət: maarifçi ziyalılar və milli-azadlıq carçıları” mövzusunda tədbir keçirilib.

18 oktyabr 2022

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Daşkənddəki Abdulla Qadiri Xatirə muzeyi ilə birgə “Repressiya qurbanları – Hüseyn Cavid və Abdurauf Fitrət: maarifçi ziyalılar və milli-azadlıq carçıları” mövzusunda tədbir keçirib.

Özbəkistanda “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri”nə start verilmiş, Azərbaycanın Əməkdar artisti Kaykeb Aliyevanın büstünün açılışı edilib.

17 oktyabr 2022

Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinə start verilmiş, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın Əməkdar artisti Kaykeb Aliyevanın büstü açılış mərasimi keçirilib.

Daşkənddə Azərbaycan və Türkiyə şairlərinin iştirakı ilə “Ədəbi dostluq, əbədi dostluq” adlı tədbir keçirilib.

15 oktyabr 2022

Tədbiri Özbəkistan Yazıçılar İttifaqının sədri, xalq şairi Siracəddin Səyyid açaraq Türk dövlətləri arasında ədəbi əlaqələr, Azərbaycan və Türkiyə şairlərinin, ədəbiyyat xadimlərinin Daşkənddə bir araya gəlməsini, bu istiqamətdə müxtəlif görüşlərin keçirilməsini Özbəkistanın mədəni həyatında mühüm hadisə adlandırıb. Sədr deyib ki, belə mədəni tədbirlərin, kitab təqdimatlarının türk dövlətlərinin hər birində müntəzəm olaraq keçirilməsi istiqamətində təkliflər verilib.

Bakıda keçirilən VIII Beynəlxalq Kitab Sərgisi çərçivəsində istiqlal şairi Əhməd Cavadın şeirlərinin Özbək və Azərbaycan dillərində nəşrinin təqdimatı keçirilib.

13 oktyabr 2022

Bakıda keçirilən VIII Beynəlxalq Kitab Sərgisi çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə istiqlal şairi Əhməd Cavadın şeirlərinin Özbək və Azərbaycan dillərində nəşrinin təqdimatı keçirilib mərasimi keçirilib. Təqdimat Bakı Ekspo Mərkəzinin Bülbül təqdimat zonasında baş tutub.

Özbəkistanda tanınmış azərbaycanlı maarifçisi, pedaqoq Seyid Rza Əlizadənin 135 illiyi geniş qeyd olunub.

13 oktyabr 2022

Özbəkistanda tanınmış azərbaycanlı maarifçi xadim, pedaqoq və naşir Seyid Rza Əlizadənın anadan olmasının 135 illiyi münasibətilə Səmərqənd Dövlət Universitetində “Seyid Rza Əlizadə – redaktor, tərcüməçi, alim və pedaqoq” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.

Zəngəzur haqqında ilk xarici müəllifin əsəri təqdim olundu.

9 oktyabr 2022

Özbəkistanlı müəllif Şuxrat Salamovun «Zəngəzur – Türk dünyasının qapısı» adlı nəşr 8-ci Bakı Beynəlxalq Kitab Sərgisində təqdim olundu.

“Hophopnamə”nin özbəkcə nəşrinin təqdimatı keçirilib

8 oktyabr 2022

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə Mirzə Ələkbər Sabirin Özbəkistanda çap olunan “Hophopnamə”sinin təqdimatı keçirilib. Təqdimat Bakı Ekspo Mərkəzində 8-ci Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində reallaşıb.

Şah İsmayıl Xətainin anadilli “Divan”ının Daşkənd nüsxəsi nəşrinin təqdimatı oldu.

7 oktyabr 2022

Azərbaycanda keçirilən VIII Beynəlxalq Bakı Kitab Sərgisi çərçivəsində böyük Azərbaycan hökmdarı, dahi şair Şah İsmayıl Xətainin anadilli “Divan”ının Daşkənd nüsxəsi əsasında hazırlanmış nəşrin təqdimatı keçirilib.

Bakıda keçirilən Beynəlxalq Kitab Sərgisi çərçivəsində Elman Quliyevin özbək dilinə tərcümə olunmuş “Türk xalqları ədəbiyyatı” adlı kitabının təqdimatı keçirilib.

7 oktyabr 2022

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, Türk dünyası ədəbiyyatı üzrə araşdırmaçı, professor Elman Quliyevin özbək dilinə tərcümə edilmiş “Türk xalqları ədəbiyyatı” adlı kitabın təqdimat mərasimi keçirilib. Təqdimat Bakı Ekspo Mərkəzinin Bülbül təqdimat zonasında baş tutub.

Bakıda Xurşidbanu Natəvanın əsərlərinin özbək dilində kitabı təqdim olundu.

6 oktyabr 2022

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycanın tanınmış şairi Xurşidbanu Natəvanın əsərlərinin özbək dilinə tərcümə olunmuş kitabı nəşr edilmiş və Bakı şəhərində keçirilən 8-ci Beynəlxalq Kitab Sərgisində təqdimat mərasimi keçirilmişdir. Kitab Özbək şairə Şəhla Qasımova tərəfindən özbək dilinə tərcümə edilmişdir.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində xeyriyyə tədbiri keçirilib.

4 oktyabr 2022

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan və Özbəkistanın dövlət müstəqilliyi günlərinə həsr olunmuş xeyriyyə tədbiri keçirilib.

Azərbaycan-Özbəkistan arasında nəşriyyat sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb.

28 sentiyabr 2022

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ölkənin aparıcı nəşriyyatlarının rəhbərləri ilə görüş keçirib, əməkdaşlıq məsələləri müzakirə olunub.

Özbəkistanda 27 sentyabr-Anım Günü ilə bağlı şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub və geniş tədbir keçirilib.

27 sentiyabr 2022

Anım Günündə Azərbaycanın Özbəkistandakı Səfirliyi, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, yazıçı və şairlər, tələbələr, jurnalistlər, Azərbaycan diasporunun üzvləri və iş adamları iştirak ediblər.

Azərbaycanın dostu, Özbəkistanın Xalq şairi Camal Kamal vəfat edib.

27 sentiyabr 2022

Özbəkistan ədəbiyyatına böyük itki üz verib. Azərbaycanın dostu, Özbəkistanın Xalq şairi Camal Kamal 85 yaşında dünyasını dəyişib.

Özbəkistanda keçirilən “Mədəni ənənələr və xalqların milli mətbəxi” Beynəlxalq festivalda Azərbaycan təmsil olunub.

26 sentiyabr 2022

Özbəkistanın Daşkənd şəhərindəki Mirzo Uluqbek adına Mərkəzi parkda bu ölkəyə akkreditə olunmuş diplomatik nümayəndəliklər, səfirliklər, mədəniyyət mərkəzləri arasında XVIII “Mədəni ənənələr və xalqların milli mətbəxi” festivalı keçirilib.

Özbəkistanın qədim Buxara şəhərində “Azərbaycan kino günləri” çərçivəsində tədbir keçirilib, “Suğra və onun oğulları” bədii filmi nümayiş etdirilib.

21 sentiyabr 2022

Özbəkistandakı keçirilən “İpək Yolu dürdanəsi” XIV Daşkənd beynəlxalq kinofestivalı çərçivəsində bu ölkənin qədim Buxara şəhərində Buxara Dövlət Universitetinin böyük zalında “Azərbaycan kinosu günləri”nə həsr olunmuş tədbir keçirilib.

Özbəkistanda “İpək Yolunun dürdanəsi” adlı Beynəlxalq kinofestivala yekun vurulub.

19 sentiyabr 2022

Özbəkistanın Daşkənd şəhərində “İpək Yolunun dürdanəsi” XIV-cü Daşkənd Beynəlxalq kinofestivalının bağlanışına həsr olunmuş təntənəli tədbir keçirilib.

Özbəkistanda “Azərbaycan kino günləri”nin açılışı olub və yeni filmlərimiz nümayiş olunub.

16 sentiyabr 2022

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “İpək Yolu dürdanəsi” XIV Daşkənd kinofestivalı çərçivəsində Daşkənd və Buxara şəhərlərində keçiriləcək “Azərbaycan kinosu günləri”nin açılışı olub.

İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşü olub

15 sentiyabr 2022

Sentyabrın 15-də Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşü olub.

$('#s3').cycle();

Comments are closed, but trackbacks and pingbacks are open.