Press "Enter" to skip to content

Azərbaycan Geyim Mədəniyyəti Tarixi

haqqında. Bakı, 1974, s.89; Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1989, s.l 13.

Azərbaycan Milli

Ж.Шарден. Путешествие по Закавказью в 1672-1673 гг. (пер.

Е.В.Бахутовой и Д.П.Носовича), Тифлис, 1902, с. З00.

41. М.Усейнов, Л.Бретаницкий, А.Саламзаде. История

Азербайджана. М., 1963, с.328.

42. А.М.Мехтиев. Деревянное зодчество Азербайджана. Баку, 1987, с. 12-

19; А.А.Измайлова. К вопросу о карадамах на территории Азерб. ССР в XIX-XX

вв. – АЭС, вып.1, Баку, 1964, с. 164-165.

43. F.İ.Vəliyev. Durma xalq yaşayış evi tipi haqqında. – Azerb. SSR EA

Məruzələri. c.XLIII, №12, 1987, s.72-73.

44. A.N.Mustafayev. Göstərilən əsər, Bakı, 1977, s.33.

45. İ.H.Nərimanov, C.Ə.Xəlilov. Göstərilən əsər, s. 10-11.

46. A.N.Mustafayev. Göstərilən əsər, s.34.

47. Yenə orada, s.34-35.

48. A.M.Mehdiyev. Göstərilən əsər, s.33; уenə onun: Народные жилища Азер-

байджана. Тебриз, 2001, с. 143.

49. A.A.İsmayılova. Göstərilən əsər, s.107.

50. П.П.Надеждин. Кавказский край. Природа и люди. Тула, 1901, с.54.

51. A.M.Mehdiyev. Göstərilən əsər, Bakı, 1987, s.31-32; M.N.Nəsirli.

Göstərilən əsər, Bakı, 1975, s.55-58; Q.T.Qaraqaşlı. Göstərilən əsər, Bakı, 1964, s.103-

52. Ə.Ə.İzmaylova. Göstərilən əsər, s.117-120; М.Усейнов,

Л.Бретаницкий, А.Саламзаде. История архитектуры Азербайджана. М., 1963,

53. Ə.V.Salamzadə,B.B.Sadıqzadə. Göstərilən əsər, s.52-53; M.Useynov,

L.Bretanitski, Ə.Salamzadə. Göstərilən əsər, s.329.

54. М.Н.Насирли. Сельские поселения и крестьянские жилища

Нахичеванской АССР, с. 103.

55. О.В.Ионева. Жилые и хозяйственные постройки якутов. – Труды

Института Этнографии, Новая Серия (ТИЭ НС), T.XVIII, М., 1952, с.249.

56. Народы Кавказа, т.1, М., 1960, с.550-551.

57. M.N.Nəsirli. Azərbaycan SSR Şəki-Zaqatala zonası əhalisinin yaşayış

evləri, s.73-75; 77-78; X.D.Xəlilov. Qarabağın elat dünyası. Bakı, 1992, c.91.

58. М.Н.Насирли. Сельские поселения и крестьянские жилища

Нахичеванской АССР, с. 124-125.

59. М.В.Кулиева. Кибитка на эйлагах полукочевых тюрок Казахского уезда. –

Изв. ООИА, Баку, 1928, №5, с. 176.

60. Ə.Ə.İzmaylova. Göstərilən əsər, s. 120-121.

61. М.Н.Насирли. Сельские

Нахичеванской АССР, с. 121.

62. Д.Зубарев. Казахская дистанция. – ОРВЗК, ч.II, СПб., 1836, с.231.

63. Г.А.Гейбуллаев. Традиционные обычаи в Азербайджане, связанные с

постройкой жилища. – Изв. АН Азерб. ССР (сер.истории, философии и права), 1971,

64. Bayatılar. Bakı, 1985, s. 17.

65. F.İ.Vəliyev. Azərbaycanda ev tikintisi ilə bağlı xalq adətləri (XIX-XX

yüzilliyin əvvəlləri). – Tarix və onun problemləri. 2004, №3, s. 252.

66. Q.Ə.Qeybullayev. Göstərilən əsər, s.77.

67. M.N.Nəsirli. Göstərilən əsər, s.177.

68. Q.Ə.Qeybullayev. Göstərilən əsər, s.79-80.

69. Q.Cavadov. Azərbaycanda el köməyi adətləri. Bakı, 1993, s.63~64.

GEYİMLƏR VƏ BƏZƏKLƏR

1. В.Н.Белицер, Г.С.Маслова. Против антимарксистских извращений в

изучении одежды. – СЭ, 1954, №3, с.З; О.А.Сухарева. Вопросы изучения костюма

народов Средней Азии. – в кн: Костюм народов Средней Азии. М., 1979, с.З.

2. Н.М.Каминская. История костюма. М., 1986, с.З.

3. Б.Ф.Адлер. Возникновение одежды. СПб. , 1903, с.7.

4. N.M.Kaminskaya. Göstərilən əsər, с.З; Ф.Комиссаржевский. История

костюма. Минск, 1999, с.7; S.S.Dünyamalıyeva. Azərbaycan geyim mədəniyyəti

tarixi. Bakı, 2002, s.25-26.

5. Герман Вейс. История одежды, вооружения, построек и утвари народов

древнего мира. – “Восточные народы”, т.1, ч.1, М., 1873, с.192.

6. O.H.Həbibullayev. Kültəpədə arxeoloji qazıntılar. Bakı, 1959, s.32, 37, 50-

51; C.Ə.Xəlilov. Qərbi Azərbaycanın tunc dövrü və dəmir dövrünün əvvəllərinə aid

arxeoloji abidələri. Bakı, 1959, s.27, 67, 92, 96; Q.S.İsmayilov. Quruçay və Köndələnçay

vadisində qədim mədəniyyət izləri. Bakı, 1981, s.31; Г.Асланов, Р.М.Вахидов,

Г.И.Ионе. Древний Мингечаур. Баку, 1959, с.32-33; Я.И.Гуммель. Археологические

очерки. Баку, 1940, s.30 və s.

7. Q.M.Aslanov, R.M.Vahidov, Q.İ.Jone. Göstərilən əsər, s.152.

Мингечаура. КСИИМК, вып.60, М., 1955, с.68.

9. A.N.Mustafayev. Azərbaycanda sənətkarlıq. Bakı, 2001, s.260.

10. S.Qaşqay. Manna dövləti. Bakı , 1993, s.100.

11. Геродот. История в девяти книгах, т.1, М., 1988, с.108;

В.В.Латышев. Известия древних писателей о Скифии и Кавказе, т.1, СПб., 1890,

12. V.V.Latışev. Göstərilən əsər, I cild, s.607.

13. S.S.Dünyamalıyeva. Göstərilən əsər, s.79.

14. Kitabi-Dədə Qorqud. Bakı, 1988, s.31.

15. Yenə orada, s.87.

16. M.Kalankatuklu. Albanıya tarixi (tərcümə akad. Z.Bünyadovundur).

Bakı,1993 s. l6-17; Армянская география VII в. (пер. К.П.Патканова). СПб., 1877, с. 50-

17. R.M.Vahidov. Mingəçevir III-VIII əsrlərdə. Bakı, 1961, s.74.

18. Maraqlıdır ki, S.S.Dünyamalıyeva çuxanın “doqquzlama” növünü üstü qızılı

tikməli, tovuzquşu rəsmləri ilə işlənmiş və ya tikmələnmiş çuxa hesab edir, onu

“tovuzlama çuxa” (tovuzquşu təsvirləri ilə bəzənmiş çuxa) adlandırır. Dastanda belə

çuxalar “cığrab çuxa” (“bəzəkli çuxa”) kimi də təsvir olunur. Bax: S.S.Dünyamalıyeva

Göstərilən əsər, s.104.

19. Ə.K.Əhmədov. “Dədə Qorqud” dastanında bəzi geyimlər haqqında. –

Azarb.SSR EA Məruzələri. XXXV c, №2, 1979, s.76-79.

20. M.Kalankatuklu. Göstərilən əsər, s.l 18.

21. Azarbaycan tarixi (Z.M.Bünyadovun və Y.B.Yusifovun redaktəsilə). Bakı,

22. Ş.Bünyadova. Nizami və etnoqrafiya. Bakı, 1992, s.38-42.

23.Yenə orada, s.40.

24. N.Gəncəvi. Xosrov və Şirin. В., Elm, 1981, s.235-236.

25. R.Əfəndiyev. Azərbaycan el sənəti. Bakı, 1971, s. 7-14.

26. N.Vəlixanlı. IX-XII əsr ərəb coğrafiyaşünas – səyyahları Azərbaycan

haqqında. Bakı, 1974, s.89; Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1989, s.l 13.

28. Якут ал-Хамави. Муджам ал-булдан (сведения об Азербайджане). Пер. с

арабского З.М.Буниятова и П.К.Жузе. Баку, 1983, s.22; Azərbaycan tarixi üzrə qay-

29. Y.Mahmudov. Səyyahlar, kəşflər, Azərbaycan. Bakı, 1985, s.68-69.

31. S.S.Dünyamalıyeva. Göstərilən əsər, s.166-167.

32.Английские путешественники в Московском государстве в XVI веке.

33. Путешественники об Азербайджане, т.1, Баку, 1961, с. 137-138.

34. Azərbaycan bədii sənətkarlığı dünya muzeylərinda. Bakı, 1980, s.14; 43;

35. S.S.Dünyamalıyeva. Göstərilən əsər, s.230.

36. М.Х.Гейдаров. Ремесленное производства в городах Азербайджана в

XVII в. Баку, 1967, с.69-70.

37. Yenə orada, s.47-65.

38. V.Veysəlova. Azərbaycan məhəbbət dastanları etnoqrafik mənbə kimi.

Baki, 2002, s.46-53.

39. Abbas və Gülgəz. – Azərbaycan məhəbbət dastanları. Bakı, 1979, s.301.

40. M.P.Vaqif. Əsərləri. Bakı, 1994, s.67.

41. Yenə orada, s.52.

Dostları ilə paylaş:

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

Azərbaycan Geyim Mədəniyyəti Tarixi

Monoqrafiyada Azərbaycan geyim mədəniyyətinin yarandığı ilk dövrlərdən başlamış XX yüzilliyə qədər keçdiyi zəngin inkişaf yolu əldə olunmuş nəzəri, faktiki və təsviri materiallar əsasında ardıcıllıqla izlənilir. Bu tarixi geyimlərin aşkar edilib üzə çıxarılması, elmi cəhətdən araşdırılması həm tədqiqatçılar üçün, həm də tarixi filmlərin səhnələşdirilməsində kino rəssamları üçün qiymətli mənbə hesab oluna bilər. Monoqrafiyada, həmçinin, bütün dövrlərdə Azərbaycanda geyim materialları əldə olunması və hazırlanması məsələləri də araşdırılır. Əldə olunmuş bütün təsviri materialların texniki rəsmləri təqdim olunur ki, bu da geyim sahəsi ilə məşğul olan mütəxəssislər üçün faydalı ola bilər.
Monoqrafiya beş fəsildən ibarətdir. 100 ədəd geyim elementinin dəqiq ölçülər əsasında hazırlanmış texniki rəsmi, 500-dən çox sayda illüstrasiya təqdim olunur.
Monoqrafiyada təqdim olunan Azərbacanın tarixi geyimləri geyim mütəxəssisləri ilə yanaşı geniş oxucu kütləsi üçün də maraq doğura bilər.

Milli geyimlərimiz

Geyimlər hər bir xalqın tarixilə sıx bağlıdır. Xalqın maddi mədəniyyətini, na xas xüsusiyyətləri əks etdirir geyimlər. Adət-ənənələr, milli təfəkkür, xalq yaradıcılığı geyimlərin müxtəlifliyində, rəngarəngliyində, hətta naxışlarda, ayrı-ayrı detallarda üzə çıxır. Yüzilliklər ərzində formalaşan, milli dəyərlərə söykənərək uzun inkişaf prosesi keçən geyimlərimiz özünəməxsusluğu ilə seçilir. Bugün həmin geyimlər aktuallığını itirsə də, tariximizin, milliliyimizin təcəssümü olan dəyərli xəzinə kimi yaşadılır.

İbtidai geyimlər
Ən qədim insan geyimləri insanların ov zamanı əldə etdikləri heyvan dəriləri idi. İbtidai insanlar ucu sivri daşlarla bu dəriləri üzüb geyim kimi istifadə edirdilər. Bu geyimlərin əyinlərinə ola bilməsi üçün heyvanların sümüklərini nazikləşdirərək dəriyə keçirib sap əvəzi istifadə edirdilər. Həmçinin gil və quş lələkləri də bəşər tarixinin ilkin geyimləridir.

İnsanlar öz bədənlərini soyuqdan və həşəratlardan qorumaq məqsədi ilə gil və quş lələkləri ilə bəzəyirdilər. Sonradan ibtidai insan otdan parçalar hörməyə başlamışdır. Beləliklə də ilk parçalar meydana gəldi. Sonrakı dövrlərdə Hindistanda istehsal olunmuş ilk kətan parçayla isə dəbin tarixində çevriliş oldu.

Qədim Misirdə geyim insanın cəmiyyətdəki mövqeyinin göstəricisi idi. Belə ki, Qədim Misirdə qulları bel ətrafında bağlanmış parçadan, kəndliləri sadə, quldarları isə bəzəkli geyimlərindən və qızıl zinət əşyalarından tanımaq olardı.

Əgər qədim dövrdə geyim insanı hər hansı xarici təhlükədən qorumaq məqsədini daşıyırdısa, artıq antik dövrdən başlayaraq geyimin estetik funksiyası ön plana keçir. Yunanlar və romalılar ibtidai insanlardan fərqli olaraq, öz bədənlərini gizlətmək üçün deyil, əksinə, bədənlərinin gözəlliyini daha da qabarıq şəkildə göstərmək məqsədilə gözəl geyimlərdən, müxtəlif bəzək əşyalarından istifadə edirdilər.

İlk olaraq ətəklər meydana gəlib. Ətəklərdən həm qadınlar, həm də kişilər istifadə edirdilər. Lakin kişilər, xüsusilə də vavilonlular, assuriyalılar və digər xalqların nümayəndələri əksər vaxtlarını at üzərində, qonşu torpaqları ələ keçirmək uğrunda mübarizədə və daim müharibədə keçirdiklərinə görə ətəklər onlar üçün əlverişli deyildi. Beləliklə də ilk hərbi geyimlər kimi şalvarlar meydana gəldi.

Orta əsrlərdə kişilərin zövqlə geyinmələrinə yaxşı baxılmırdı. Elə hesab edilirdi ki, kobud geyimlər əsl kişilərə xasdır, bəzəkli geyimlər isə qadınlara məxsusdur. Cəmiyyətdə bu cür düşüncələr İntibah dövrünə qədər mövcud idi. Kişi dəbinin çiçəklənməsi İntibah dövrünə aiddir. Fransa kralı III Anri, kardinal Çezare Borciya dövrün zövqlə geyinən kişilərdən idi.

Orta əsrlərin sonrakı dövrlərinin estetik idealı səlibçilər idi. Yenidən ətəklər kişilər arasında populyarlıq qazandı. Elə səlib yürüşlərinin nəticəsində bir çox Şərq geyim üslubları, parçalar və bəzək əşyaları Qərbə yol tapdı.

Milli geyimlər
Azərbaycanda aparılan arxeoloji qazıntılar zamanı tunc dövrünün əvvəllərinə aid (eradan əvvəl III minillik) tuncdan hazırlanmış iynə və biz tapılmışdır. Bu tapıntılar sübut edir ki, Azərbaycanın qədim sakinləri özlərinə paltar tikməyi bacarırdılar.

Eramızın V-VI əsrlərinə aid olan Mingəçevir katakomba qəbirlərindən isə müxtəlif ipək parçalardan tikilmiş geyimlərin qalıqları tapılmışdır.

XVII əsrdən etibarən Azərbaycan ipəkçilik və parçaçılıq sahəsində məşhur idi. Azərbaycan Şərqin ən böyük ipəkçilik ölkəsi kimi tanınırdı və Şirvan əyaləti Azərbaycanda ən iri ipəkçilik rayonu idi. Bundan başqa, Azərbaycanın Şamaxı, Basqal, Gəncə, Şəki, Şuşa rayonlarında da ipəkçilik istehsalı çox inkişaf etmişdi. Bu rayonlarda ipəkdən çox qəşəng, bəzəkli, naxışlı, zərif qadın baş örpəkləri istehsal olunurdu.

Azərbaycanda istehsal olunub geniş işlənən və başqa yerlərə ixrac olunan parçalar sırasında zərbafta, xara, atlas, tafta, qanovuz, məxmər, darayı, mahud, şal, tirmə, midqal, bez və s. qeyd etmək lazımdır. Bu parçalardan bəziləri xalq arasında «Hacı, mənə bax», «gecə-gündüz», «gendə dur», «alışdım yandım», «küçə mənə dar gəlir» və s. adlar altında məşhur idi. Qadın paltarları əsas etibarilə ipək parça və məxmərdən tikildiyi halda, kişi geyimləri əksər hallarda mahuddan və evdə toxunan şal parçadan hazırlanırdı.

XVI — XVII yüzilliklərdə Azərbaycan geyimləri zəngin inkişaf yolu keçmiş, milli geyim məktəbi yaradılmışdır. Geyimlə şəxsin yaşını, peşəsini, hətta hansı təbəqəyə mənsub olmasını bilmək olurdu. Geyimin forması onun yiyəsinin ailə vəziyyətini də əks etdirirdi. Subay qızların geyimləri evli qadınlardan fərqlənirdi. Cavan qızlar daha parlaq və qəşəng geyinərdilər.

Bu dövrdə Azərbaycanda ənənəvi libas sayılan üst geyimi — əba çox yayılmışdı. Qabaqkı dövr əbalarından fərqli olaraq, bunlar bədəndə kip oturur, qollar nisbətən dar olurdu.

Kişilər ayaqları dar, yuxarı getdikcə enlənən şalvar geyinirdilər. Şalvarların rəngi çox vaxt göy və ya tünd-sarı olurdu. Bu dövrdə qadınlar da dabana qədər uzanan şalvarlar geyinirdilər. Kişilərdə olduğu kimi, qadınların da şalvarları ayaq tərəfdən çox dar, yuxarısı enli olurdu.

XVIII əsrdə qadın geyimləri — üst köynəyi, çəpkən, arxalıq, kürdü, küləcə, ləbbadə, eşmək və baharıdan ibarət idi. Yaşlarından asılı olaraq qadınların geydikləri köynəklərin rəngi də müxtəlif olurdu. Qızlar və gəlinlər sarı, qırmızı, yaşıl, qoca qadınlar isə ağ və ya qara rəngdə köynək geyərdilər. Qızlar və yaşlı qadınlar bəzək şeylərindən az istifadə edirdilər. Cavan gəlinlər isə daha gözəl və zəngin geyinirdilər.

Kişi geyimləri isə köynək, arxalıq, çuxa və şalvardan ibarət olurdu. Qeyd etmək lazımdır ki, xalq geyimlərinin çox geniş yayılmış olan bu dəsti cüzi fərqlər nəzərə alınmazsa, bütün Azərbaycan ərazisi üçün səciyyəvi idi. Bir sözlə, geyimlər onu geyən şəxsin yaşını, ailə və ictimai vəziyyətini də büruzə verirdi.

Ləyaqət rəmzi papaqlar
Qadınların baş geyimləri rənginə, gözəlliyinə və rəngarəngliyinə görə seçilirdi. Bura ipək kəlağayılar, çalmalar, naz-nazı, təsək, ləçək, örpək, çadra və s. daxil idi.

Kişilərin isə əsas baş geyimi qoyun xəzi və ya qaragüldən hazırlanan papaqlar idi. Azərbaycanlılarda papaq cəsarət, ləyaqət və şərəf rəmzi hesab olunurdu. Onu itirmək böyük rüsvayçılıq hesab edilirdi. Kiminsə papağının oğurlanması onun sahibinə qarşı düşmən hücumu kimi qiymətləndirilirdi.

Kişinin başından papağı vurub salmaq onu və bütün nəslini təhqir etmək demək idi. Papağın formasına görə onun sahibinin sosial vəziyyətini müəyyənləşdirmək olardı.

Kişilər istənilən halda papağı başlarından çıxarmırdılar (hətta yemək yeyərkən), namazdan əvvəl dəstəmaz zaman istisna olmaqla. İctimai yerlərdə baş geyimi olmadan görünmək rüsvayçılıq hesab edilirdi.

P.S. Tarixən bütün Şərq ölkələrində insanı geyiminə görə qarşılayıblar. Günümüzdə də bu ənənə bir çox ölkələrdə mövcudluğunu saxlayır. Yalnız bunu nəzərə alsaq, geyimin nə qədər mühüm bir vasitə olduğunu düşünmək yetər.

Mənbə: «Discovery Azərbaycan» jurnalı

Похожие статьи

  • Azərbaycan geyim mədəniyyəti tarixi

    Azərbaycan milli geyimləri XVI yüzildə Azərbaycan geyimləri içərisində ən maraqlısı baş geyimləri idi. İnsanın geyim mədəniyyəti necə formalaşır?…

  • Azərbaycan tarixi formatda

    Azərbaycan (tarixi ərazi) 1937-ci ildə Sovet Azərbaycanının IX qurultayında Azərbaycan hökümətinin Baş naziri Rəhmanov yeni Sovet konstitusiyasına dair…

  • Azərbaycan tarixi 2 ci cild

    Azərbaycan tarixi – 2 adı__________________________ Azərbaycan tarixi M.Ə.Rəsulzadə dünyanın məşhur filosofları haqqında Azərbaycan tarixi 15 mart 2020,…

  • Azərbaycan və islam mədəniyyəti

    Azərbaycanda islam İslam dünyanın ən böyük ilahi dinlərindən biridir. VII əsrin əvvəllərində Qərbi Ərəbistanda (Hicaz əyaləti, Məkkə şəhəri) Allah…

  • Azərbaycan tarixi 1 cild

    Azərbaycan Tarixi (Yeddi cilddə) Tarix üzrə elmlər doktoru Ədalət Qasımovun «Heydər Əliyevin tərəqqi strategiyası və Naxçıvan Muxtar Respublikası (XX…

Comments are closed, but trackbacks and pingbacks are open.