Press "Enter" to skip to content

Heyvanlar aləmi

HEYVANLAR ALƏMİ

Azərbaycan heyvanlar aləmi 1 ci cild

Azərbaycan Respublikası ərazisinin təbii şəraiti müxtəlif olduğundan, onun heyvanlar aləmi də çox rəngarəngdir.

Burada 101 məməli, 365 quş, 52 sürünən (reptiliya), 10 suda-quruda yaşayan (amfibiya), 101 balıq, 25 minə qədər cücü, 1100-dən çox hörümçəkkimilər, 181 ilbiz, 360 xərçəngkimilər, 287 rotatori (dəniz qurdları), 400 litohelmint (bitki parazitləri), 1200 helmint (heyvan parazitləri), 1500-dən artıq sərbəst yaşayan, insanlarda və heyvanlarda parazitlik edən ibtidai (protozoa) heyvan növləri məlumdur. 101 növ məməli heyvandan 13-ü cücüyeyən, 28-I yarasa, 29-u gəmirici, 2-si dovşankimilər, 19-u yırtıcı, 9-u dırnaqlı, 1 növü isə kürəkayaqlıdır. Heyvan növlərinin respublika ərazisində yayılma arealı müxləlifdir. Bəzi heyvanlar çox məhdud (göl, çay, dağın bir hissəsi), digərləri isə geniş ərazilərdə yayılmışdır. Məsələn, sərçəkimilər dəstəsinə daxil olan quşlara respublikanın bütün ərazisində rast gəlmək olar. Parazit ibtidailər, qurdlar qidalandıqları orqanizmlərin – sahiblərinin (kənd təsərrüfatı heyvanları, ev quşları və s.) arealından asılı olaraq respublikanın bütün zonalarında qeyd edilir. Məməlilərdən ceyran düzənlik, yarımsəhra, kiçik təpəlikli dağətəyi ərazilərdə, Dağıstan turu Böyük Qafqaz dağlarının cənub və şimali-şərq yamaclarında (Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, İsmayıllı, Quba, Qusar rayonları) və yüksək dağlıq ərazilərdə məşkunlaşmışlar. Quşların bir çox növü mesələrdə, dağlıq və düzənlik ərazilərdə, digərləri su hövzələrində, zərərverici cücülər müxtəlif aqrosenozlarda, ölkə faunasına daxil olan başqa növlər tarixən uyğunlaşdıqları müxtəlif ekosistemlərdə yayılmışdır.

Çöldonuzuna Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağlarındakı meşələrdə, həmçinin Kür ətrafındakı tuqay meşələrində, Mil, Muğan və Şirvan düzlərinin qamışlıqlarında daha çox rast gəlinir. Dovşanlar, əsasən, Kür-Araz ovalığının becərilən sahələrində, ümumiyyətlə isə respublikanın subalp və alp qurşaqlarından başqa hər yerdə yayılmışdır. Göstərilən heyvanların sayı azaldığından onların ovlanma miqdarı tənzimlənir. Bəzi heyvan və quşların ovlanma vaxtı məhdudlaşdırılmış, sayı azalmaqda olan qiymətli heyvan və quşların (ceyran, cüyür, köpgər, maral, turac və s.) ovlanması, heyvanları və insanları zəhərləyən kimyəvi maddələrdən istifadə edilməsi qadağan edilmişdir. Azərbaycan Respublikasının “Qırmızı kitab”ına 108 növ heyvanın adı daxil edilmişdir. Onlardan 14-ü məməli, 36-sı quş, 13-ü sürünən və suda-quruda yaşayan, 5-i balıq və 40 növü cücülərdir. Xəzli heyvanlann əksəriyyəti (bataqlıq qunduzu, tülkü, yenot, dovşan, az miqdarda dələ, porsuq, meşəpişiyi, ayı, çaqqal, canavar və s.) Azərbaycanın bütün müvafiq ərazilərində, o cümlədən, Böyük və Kiçik Qafqazın meşə və dağlıq hissələrində məşkunlaşmışdır. Bataqlıq qunduzu Kür ətrafındakı qamışlı göllərdə, Varvara su anbarında, Qızılağac körfəzində, Dəvəçi limanında, bir sözlə, qamışlıq, bataqlıq və cəngəllik olan sulu biotoplarda məşkunlaşmışdır.

Azərbaycan Respublikasında heyvanları qorumaq, eləcə də artmasını təmin etmək üçün qoruqlar, yasaqlıqlar və milli parklar yaradılır, ov qaydaları nizama salınır. Hirkan Milli Parkı ərazisində 14-17 baş xallı maral qalmışdır. Berkut məhdud sahədə, əsasən, dağ meşələrində məşkunlaşmışdır. Qafqaz tetrasına Böyük və Kiçik Qafqazın subalp qurşaqlarında, yaşılbaş ördəyə Xəzərin sahilində və başqa sututarlarda rast gəlinir. Qayakeçisi (bezoar keçisi) və dağ qoyunu (Asiya muflonu) hazırda Naxçıvan MR-in yüksək dağlıq ərazilərində, Dağıstan turu (dağkeçisi) Böyük Qafqazın cənub yamaclarında, ceyran Şirvan Milli Parkında və Korçay yasaqlığında yayılmışdır.

Heyvanlar aləmi

Heyvanat aləminin Azərbaycanda yayılmasına relyef şəraiti VƏ ona uyğun olan bitki örtüyünün dəyişməsi, su hövzələrinin yerləşməsi təsir edir. Burada mindən çox ali heyvan növü yaşayır. Onların 618 növünü onurğalı heyvanlar, o cümlədən 97 növünü məməlilər təşkil edir. Ölkədə qeydə alınan heyvanların 58 növü sürünənlərdən (5 növ zəhərli ilan), 11 növü suda-quruda yaşayanlardan, 357 növü quşlardan, qalanı onurğasız heyvanlardan ibarətdir. Həşəratların 12 min növü yayılmışdır.

Kür-Araz ovalığında və 500-600 m hündürüyə qədər sahələrdə (yarımsəhra və quru çöllərdə) quraqlıq heyvanlarından dovşan, tülkü, çaqqal, canavar, cəld kərtənkələ, qırmızıquyruq qum siçanı, Kiçik Asiya qum siçanı, ərəb dovşanı, quru tısbağası, gürzə, koramal, çöl siçanı və s.-ə rast gəlmək olar. Qamışlıqlarda və sahil zonalarında çöl donuzu, qamışlıq pişiyi, çaqqal, su siçovulu, su ilanı, bataqlıq qunduzu, quşlardan vağ, soltan toyuğu, turac, qızılqaz, kəklik, ördək, qaşqaldaq yaşayır.
Respublikanın arazisindən axan çaylarda çəki, çapaq, ilan balığı, sıf, xəşəm, naxa və bobla kimi balıq növləri vardır.
Tuğay meşələrində heyvanat aləmi çöl donuzu, dovşan, tülkü, çaqqal, porsuq, kirpi, ilan, kərtənkələdən ibarətdir. Bu ərazilərdə bayquş, ağacdələn, qu-qu quşu, qaratoyuq və s. quşlar məskən salır. Ölkənin digər düzənlik meşələrində və dağətəyi kolluqlarda həmçinin ayı, çüyür, vaşaq, sincab, maral, vəhşi pişik, yenot, sağsağan, sarıköynək, ağacdələn yaşayır.
Meşələr heyvanlar aləmi ilə ən zəngin ərazilərdir. Burada maral, qonur ayı, dağ keçisi, qarapaça, bəbir, dələ, vaşaq, meşə pişiyi, köpkər, porsuq, sincab, oxlu kirpi, çöl donuzu vardır. Meşələrdə ağacdələn, kəklik, turac, qaraleylək, qartal, bülbül, Qafqaz tetrası, Zaqafqaziya qırqovulu kimi quşlara və s. heyvanlara rast gəlinir.
Yüksək dağ çəmənlikləri va qayalıqlar dovşan, tülkü, dağ keçisi, bəbir, qar siçanı, qarapaça, canavar, çaqqal, Xəzər uları, Qafqaz uları, kərkəs üçün yaşayış yeridir. Bu ərazilərdə quşlardan toğlugötürən, göyərçin, kəklik, bildirçin, alacəhrə, sürünənlərdən gürzə, kələz, quru qurbağasına rast gəlinir. Xəzər dənizinin sahil rayonlarında, adalarda və şirin sulu göllərdə çoxlu miqdarda köçəri və daimi yaşayan quşlara rast gəlinir.
Respublikanın heyvan ehtiyatlarına ovlanan balıqlar, xəz dərisi və əti istifadə edilən heyvanlar daxildir. Ovçuluq təsərrüfatlarında yaşayan, sənaye va tibb məqsədləri üçün (müalicə zəliləri) bəslənən heyvan növlərini də heyvan ehtiyatlarına aid etmək olar. Təsərrüfat əhəmiyyətinə görə Xəzər dənizi, Kür çayı, Araz çayı, su anbarları və vətəgələrdə ovlanan balıq ehtiyatları xüsusilə fərqlənir.
Su hövzələrində məskən salan quşlar, çöl donuzu, dağlarda yaşayan dağ keçisi, maral, çüyür, kəklik ovlanır. Abşeronda dərman almaq üçün (ilan zəhəri) gürzələr saxlanılır.
Respublikada 20 ovçuluq təsərrüfatı vardır. Heyvanlar ovlanan ərazilər 5,2 mln ha sahə tutur. Ovçuluq təsərrüfatının 18-i ictimai təşkilat, 2-si dövlət təsərrüfatlarıdır.

Azərbaycan heyvanlar aləmi 1 ci cild

HEYVANLAR ALƏMİ

Heyvanlar haqqında məlumatları oxuyun. Əlamətlərin hansı heyvanlara aid olduğunu müəyyən edin.

  1. Meşədə, mağarada yaşayır.
    Bal və armud yeyir.
    Rəngi ağ, qara və qonur
    olur. Soyuq ərazilərdə
    yaşayan növləri daha
    nəhəng olur.
  1. Su heyvanıdır. Suda çox sürətlə üzür. Ağıllı və sevimlidir. İnsanları sevir. Dənizdə batanlara kömək edir. Böyüklər və uşaqlar onu çox sevirlər.
  1. Səhralarda yaşayır. Tikanlı otlarla qidalanır. İstiyə və susuzluğa dözümlüdür. Hürgücündə su ehtiyatı olur. İnsanlara yük daşımaqda kömək edir.

Şeiri oxuyun. Əlamət bildirən sözlərə diqqət edin.

• Söz boğçası •

• qonur • səhra • hürgüc

Şeirə əsasən pələngin əlamətlərini sadalayın.

1. Pişiyə oxşayır. 2. .

• Sözlərin yazılışı •

Şeirdə mavi rəngdə verilmiş sözləri əksmənalı sözlə əvəz edin. Həmin sözləri cümlədə işlədin.

Похожие статьи

  • Azərbaycan heyvanlar aləmi

    Azərbaycan heyvanlar aləmi Heyvanlar aləminə aid olan elanlardan effekti daha da artırmaq üçün ödənişli alətlərdən istifadə edə bilərsiniz – bunun…

  • Azərbaycan xalq cümhuriyyəti 1 cild

    Azərbaycan Demokratik Respublikası Bir sözlə, son illər ərzində bütün istiqamətlər üzrə inkişaf, tərəqqi var. Sosial infrastrukturun inkişafı ilə bağlı…

  • Azərbaycan tarixi.vii cilddə vii cild

    Azarbaycan tarihi: 7 cildda. VII cild: 1941-2002-ci illar respublika rəhbərliyinə dəfələrlə müraciət edərək rus dilinin öyrənilməsi üçün TarġXĠ…

  • Azərbaycan tarixi akademik nəşr 1ci cild

    Azərbaycan tarixi akademik nəşr 1ci cild Aryailər əfv edici, isti, qonaqpərvər insanlardır və getdikləri hər yerdə dostluq, elm və sevgi toxumu əkirlər….

  • Azərbaycan tarixi 2ci cild

    V sinif. Azərbaycan tarixi. BSQ № 2 Azərbaycan xalqı bu geniş ərazidə yaşayan türk etnoslarından və qonşu ölkələrdən gəlib burada məskunlaşan türkdilli…

Comments are closed, but trackbacks and pingbacks are open.