Press "Enter" to skip to content

Azərbaycana növbəti devalvasiya dalğası ABŞ-dan gəlir

Dünyamalı VƏLİYEV,

Azərbaycan iqtisadiyyatı devalvasiya

Azərbaycanda devalvasiya: səbəb və nəticələr

Azərbaycan Respublikasının müstəqillik illərində, beynəlxalq aləmə hərtərəfli inteqrasiya xəttinə uyğun olaraq, dünyada gedən inkişaf prosesinin ümumi axarına qoşulması nəticəsində ölkəmizdə köklü iqtisadi dəyişikliklər baş vermişdir. İqtisadiyyatın idarə edilməsinin köhnə, özün ü doğrultmamış inzibati sistemi ləğv olunmuş, təsərrüfatçılığın bazar mexanizmi sürətlə inkişaf etmişdir.

Bazar iqtisadiyyatının dünyada çoxsaylı modellərinin mövcudluğuna baxmayaraq, ölkəmizdə yaradılmış Azərbaycan modeli sosial yönümlüdür. Burada dövlət tənzimləmələri öz mövcudluğunu qorusa da, məzmunu və formasını dəyişir. İstər bazar münasibətlərinin strukturunda, istərsə də onun tənzimlənməsində maliyyə amilləri böyük rol oynayır. Onlar bazar münasibətlərinin ayrılmaz tərkib hissəsi və eyni zamanda, dövlət siyasətinin həyata keçirilməsinin mühüm alətidir.

Müasir görüşlərə görə, monetar amillərin rolunun artması və miqyasının genişlənməsi, maliyyə hadisələrinin iqtisadi hadisələrə və əksinə təsir göstərməsi dövrümüzün başlıca xüsusiyyətlərindən biridir. Başqa sözlə, iqtisadi, sosial və maliyyə sferalarında � fizikada olduğuna bənzər hadisələr özünü göstərir. Əvvəllər, dövlət xərcləri və gəlirləri az miqdarda olduğundan monetar hadisələrin təsiri iqtisadi və sosial sahələrdə o qədər də hiss edilmirdi . İndi isə vəziyyət dəyişmişdir. Maliyyə hadisələrinin böyük miqyası dərin iqtisadi və sosial nəticələrə səbəb olur. Ona görə də dövlətin maliyyə hadisələrini düzgün yönəltməsi, iqtisadi və sosial problemlərin həlli üçün onlardan səmərəli istifadə etməsi günün ən aktual məsələlərindəndir.

Dövrümüzdə maliyyə sektorunun məzmunu və məqsədləri ciddi sürətdə dəyişmiş, o artıq dövlət idarəçiliyinin mühüm alətlərindən birinə çevrilmiş, iqtisadi və sosial həyatla bütünləşmişdir. Monetar siyasət artıq öz qapalı xarakterini itirmiş, digər dövlətlərin yeritdikləri maliyyə siyasəti ilə də ahəngləşdirilir, beynəlxalq iqtisadi inteqrasiyanın da mühüm alətlərindən birinə çevrilir.

Monetar siyasətin məqsədləri ayrı-ayrı ölkələrdə müxtəlifdir. Lakin maliyyə elmi ən ümumi məqsədləri aşağıdakı kimi qruplaşdırır:

1. İqtisadi sabitliyi təmin etmək. Bu məqsədə iki yolla nail olmaq mümkündür: qiymətlərin sabitliyi və tam məşğulluq. Bu məqsədlə, yəni iqtisadi sabitliyi təmin etmək üçün maliyyə siyasəti aşağıdakı istiqamətlərə yönəldilməlidir.

Əvvəla, maliyyə siyasəti iqtisadiyyatda deflyasiya təmayüllərinə yol verməməlidir. Bir sıra iqtisadçı və maliyyəçilər hesab edirlər ki, iqtisadi həyat həm bu strukturda meydana gələn, həm də digər ictimai səbəblərdən yaranan daraldıcı amillərə tabedir. İqtisadiyyatda belə amillərlə mübarizə aparıldıqda monetar siyasət məcmu təklif– məcmu təl əb tarazlığını tam məşğulluq səviyyəsindəki tarazlıq nöqtəsinə çatdıracaqdır. Keynsin bu görüşü müxtəlif ölkələrdə xərclər siyasətinin yaranmasına və inkişafına səbəb olmuşdur.

İkincisi, maliyyə siyasəti iqtisadiyyatda inflyasiya təmayüllərinin qarşısının alınmasına yönəldilməlidir. İkinci dünya müharibəsindən sonra iqtisadi inkişaf və sosial siyasətdə özünü göstərən ciddi irəliləyişlər � minimum əmək haqqının müəyyən edilməsi, sosial sığorta və sosial yardım sisteminin geniş şəbəkəsinin yaradılması və qiymətlərə dövlət dəstəyi mexanizmi vasitəsilə müdaxilə maliyyə siyasətinin rolunu artırmış, məcmu təklifə nisbətən məcmu tələbin artıq hissəsinin aradan qaldırılması üçün geniş istifadə olunmasını z əruri etmişdir. İzafi tələbin mövcud təklifə uyğunlaşdırılması inflyasiya təmayüllərinin qarşısının alınma üçün istifadə edilən maliyyə mexanizminin mühüm funksiyalarından biridir.

Üçüncüsü, maliyyə siyasəti � tam məşğulluğun əldə edilməsini və qorunmasını təmin etməlidir. İqtisadiyyatda inflyasiya və deflyasiya yaradan təmayüllərlə mübarizə aparılması, əslində, tam məşğulluğu təmin etmək deməkdir. Bu, əhəmiyyətli bir məsələ olsa da, onun qorunub saxlanılması daha əhəmiyyətlidir. Bu monetar siyasətdə Abba Lernerin təklif etdiyi kimi, üç alətdən istifadə edilir: satmaq- satın almaq, borclanmaq- borcu ödəmək, vergiyə cəlb etmək- vergi endirimlərini tətbiq etmək. İqtisadiyyatın tam məşğulluq səviyyəsinə çatdırılması və onun qorunub saxlanılması həmin üç alət vasitəsilə təmin edilir.

2. İqtisadi inkişafı təmin etmək. Müasir dövrdə inkişaf iqtisadi siyasətin əsas məqsədidir. Monetar siyasət– pul-kredit siyasəti, büdcə xərcləri, kapital qoyuluşları və inkişafa yönəldilən cari xərclərlə adambaşına milli gəlirin artırılmasında, iqtisadi və sosial strukturun təkmilləşdirilməsində və yaxşılaşdırılmasında, bir sözlə, iqtisadi inkişafın təmin olunmasında mühüm rol oynayır. Büdcə xərclərinin inkişafı təmin edə bilməsi onların maliyyə mənbələrindən çox asılıdır. İnkişafa yönəldilən məsrəflərin sağlam maliyyə mənbələrindən əldə edilməsi zəruridir.

İnkişafı təmin etmək üçün dövlətin vergi siyasəti ölkədə yığımın səviyyəsinin artırılmasına yönəldilməlidir. Dövlət yığımının artırılması və özəl kapital qoyuluşlarının təşviq edilməsi vasitəsilə iqtisadi inkişafdan yaranan və onu təhlükəyə sala biləcək qeyri-mütənasibliklərin qarşısının alınması mümkündür. Dövlət, borc almaqla iqtisadiyyatda istifadə edilməyən istehsal güclərini hərəkətə gətirə bilər və bu yolla iqtisadiyyatda kapital qoyuluşlarının həcmini artırar. Bunlar isə ölkədə milli gəlirin və məşğulluq səviyyəsinin artması ilə nəticələnir.

3. İqtisadiyyatda gəlir bölgüsünü və həyat səviyyəsini yaxşılaşdırmaq. Bazar iqtisadiyyatı özəl sahibkarlığa və xüsüsi mülkiyyətə əsaslanır. Gəlir bölgüsündə qeyri-bərabərlik özünü göstərir. Bu qeyri-bərabərlik, çox hallarda isə dərin uçurum cəmiyyətdə həmişə gərginlik mənbəyidir. Gəlir bölgüsünün və əhali qruplarının yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün maliyyə siyasəti təsirli vasitə kimi istifadə edilə bilər. Mütərəqqi vergi sistemi bu məqsədə yönəldilmiş mühüm vasitələrdən biridir. Büdcə xərclərinin də bu sahədə böyük rolu ola bilər. Təhsilə, səhiyyəyə və sosial təminat sisteminə ayrılan xərclər və onların düzgün nisbəti bu baxımdan çox əhəmiyyətlidir.

Vahid ümumdünya təsərrüfatı sisteminin yaranması və iqtisadiyyatda qloballaşma meylinin sürətlə güclənməsi valyuta mexanizminin də beynəlmiləlləşməsinin obyektiv əsasını təşkil edir. Belə beynəlmiləlləşmə valyuta münasibətlərinin tənzimlənməsində; dünya iqtisadiyyatı və ticarətinin inkişafına əlverişli şərait yaradılması və beynəlxalq hesablaşma mexanizminin normal fəaliyyətinin təmin edilməsi məqsədilə dövlətlərarası əməkdaşlığın genişlənməsində; səmərəliliyinin artırılmasında özünü göstərir.

Tarixi təcrübədən bəllidir ki, bazar iqtisadiyyatının hökmran olduğu bir şəraitdə beynəlxalq valyuta münasibətlərinin tənzimlənməsini bazar mexanizmi vasitəsilə dövlət həyata keçirir. Valyuta bazarında tələb– təklif və müvafiq olaraq valyutaların məzənnə nisbəti formalaşır. Bazar tənzimlənməsi dəyər qanununun, tələb– təklif qanununun tələblərinə uyğun şəkildə həyata keçirilir. Bu qanunların işləkliyi valyuta mübadiləsində onların nisbi ekvivalentliyini, mal, kapital, xidmət, kredit hərəkəti vasitəsilə beynəlxalq valyuta axınları ilə dünya təsərrüfatı sistemində valyutaya olan ehtiyac arasındakı uyğunluğunu təmin edir.

Valyuta bazarlarında iqtisadi agentlər qiymət mexanizmi və valyuta məzənnəsinin dinamikası haqqında siqnallar vasitəsilə valyuta alıcılarının ehtiyaclarının və onların təkliflərinin imkanlarını öyrənirlər. Bununla da bazar valyuta əməliyyatlarının vəziyyəti haqqında informasiya mənbəyi kimi çıxış edir.

İstər bazar iqtisadiyyatının, istərsə də müasir qlobal iqtisadiyyatın tənzimlənməsi sistemində valyuta siyasəti mühüm yer tutur. Bu siyasət ümumdünya təsərrüfat əlaqələri sistemində iqtisadiyyatın daxili və xarici dinamik müvazinətini təmin etmək, beynəlxalq ödəmələri müəyyən bir sistem daxilində yerinə yetirmək və xarici ödəniş balansını tənzimləmək məqsədilə ölkənin cari və strateji m əqsədlərinə uyğun olaraq hökumətin həyata keçirdiyi tədbirlərin məcmusudur. Bu tədbirlərin çoxu dövlətlərin müstəqil olaraq qəbul etdikləri tədbirləri deyil, beynəlxalq valyuta sisteminin istiqamətləndirilməsi ehtiyaclarından doğan tədbirlərdir.

Valyuta siyasəti iqtisadi siyasətin mühüm tərkib hissəsidir və onun çoxtərəfli məqsədlərinin yerinə yetirilməsinə, yəni dayanıqlı iqtisadi inkişafın təmin edilməsinə, işsizlik və inflyasiyanın artımının dayandırılmasına, ödəniş balansı müvazinətinin dəstəklənm əsinə yönəldilir. Valyuta siyasətinin istiqamətləri və formaları ölkənin valyuta iqtisadi vəziyyəti, dünya təsərrüfatı və beynəlxalq valyuta sisteminin təkamülü ilə müəyyən edilir.

Valyuta siyasətinin əsas növü məzənnə siyasətidir. Bu siyasət özündə aşağıdakiları ehtiva edir: valyuta intervensiyası; valyuta ehtiyatlarının diversifikasiyası; valyuta məhdudlaşdırmaları; valyuta dönərliliyi dərəcəsinin tənzimlənməsi; valyuta məzənnəsi rejimi; devalvasiya; revalvasiya.

Məzənnə siyasəti dövlət orqanlarının valyuta bazarına müdaxilə etməklə, valyutanın alınıb-satılması yolu ilə milli valyutanın məzənnəsinə təsir etmə üsuludur. Milli valyutanın məzənnəsinin yüksəldilməsi məqsədilə mərkəzi banklar xarici valyutanı satır, aşağı salmaq məqsədilə isə milli valyutanı satın alır. Məzənnə siyasəti başlıca olaraq göstərilən valyuta müdaxiləsi şəklində, yəni milli valyuta məzənnəsini tənzimləmək üçün xarici valyutanın alınıb- satılması əməliyyatları ilə həyata keçirilir.

Bu əməliyyatın əsas fərqləndirici cəhəti tətbiq edildiyi qısa müddət ərzində irimiqyaslı olmasıdır. Valyuta müdaxiləsi rəsmi qızıl- valyuta ehtiyatları, yaxud da mərkəzi bankların milli valyutada banklararası (svop) razılaşmaları üzrə qısamüddətli qarşılıqlı kreditləri hesabına həyata keçirilir.

Valyuta siyasətinin mühüm formalarından biri valyuta ehtiyatlarının diversifikasiyasının təmin olunmasıdır. Diversifikasiya valyuta ehtiyatlarının tərkibinə beynəlxalq hesablaşmaları təmin etmək, valyuta müdaxiləsini aparmaq və valyuta itkilərinin qarşısını almaq məqsədilə müxtəlif valyutaların daxil edilməsi yolu ilə valyuta ehtiyatlarının strukturunu tənzimləmək sahəsində dövlətlərin, bankların, transmilli şirk ətlərin yeritdiyi siyasətdir. Bu siyasət, adətən, qeyri-sabit valyutaların satılması və sabit valyutaların, habelə beynəlxalq hesablaşmaların aparılması üçün lazım olan valyutaların alınması yolu ilə həyata keçirilir. Valyuta pariteti və valyuta məzənnəsi rejimi də milli və dövlətlərarası tənzimləmə obyektidir.

Ölkələr xarici ödəmələrdə müvazinəti təmin etmək üçün müxtəlif tədbirlərə əl atır. Sərbəst dəyişən məzənnə sistemində xarici müvazinət valyuta məzənnələrinin tələb�təklif şərtlərindən asılı olaraq sərbəst dalğalanması ilə təmin edilir. Belə elastiklik məzənnə sistemində valyuta məzənnələri sərbəst dəyişmədiyi üçün xarici müvazinət, onun hökumət qərarı ilə dəyişdirilməsi yolu ilə təmin edilir. Elastikliyi olan sabit məzənnə sistemində xarici müvazinətin təmin olunmasında ən təsirli üsul valyuta məzənnəsinin tənzimlənməsidir.

Bu sistemdə digər tədbirlər kompleksi ilə yanaşı, dövlət qəbul etdiyi qərarla milli valyutanın xarici alıcılıq qabiliyyətini aşağı salır və ya yüksəldir. Belə məzənnə tənzimlənməsi sərbəst dəyişkən məzənnə sistemində də fərqli şəkildə özünü göstərir. Ona görə də onların üzərində ətraflı dayanmaq lazımdır.

Devalvasiya (Latınca �de� � aşağı salmaq və �valeo� � �dayanmışam mənalarını əks etdirir.) � milli pul vahidinin qiymətdən düşməsi deməkdir və öz ifadəsinin onun məzənnəsinin xarici valyutalara və ya beynəlxalq hesab vahidlərinə, keçmişdə isə qızıla nisbətən aşağı salınmasında tapır. Lakin bu zaman pulun qiymətdən düşməsi ilə onun dəyərinin direktiv şəklində aşağı salınmasını bir-birindən fərqləndirmək lazımdır. Məsələn, ölkə daxilində qiymətlərin davamlı olaraq yüksəlməsi nəticəsində hər milli valyuta vahidinə satın alınan mal və xidmətlərin miqdarı əvvəlki dövrə nisbətən azalır ki, buna da valyutanın ucuzlaşması deyirlər. Bu halda pul öz dəyərini daxili inflyasiya ilə əlaqədar itirir. Devalvasiyada isə pulun dəyərinin qanunla aşağı salınması nəzərdə tutulur. Aşağı salınan dəyər isə onun xarici dəyəri, alıcılıq qabiliyyətidir.

� Bəzi hallarda milli valyutanın həqiqi olaraq aşağı düşmüş xarici dəyərinin hökumət tərəfindən qəbul edilməsi də devalvasiya hesab edilir. Devalvasiya müəyyən mənada valyuta məzənnəsinin yüksəldilməsi deməkdir. Devalvasiya sərbəst dəyişən valyuta məzənnəsi sistemində bazarda hər gün kortəbii olaraq özünü göstərir və milli valyuta məzənnəsinin xarici valyutaya nisbətən dəyişməsi vaxtaşırı olaraq rəsmən təsdiq edilir. Devalvasiya iki səbəblə əlaqədardır:

� ixracatı təşviq etmək və idxalatı məhdudlaşdırmaqla xarici ticarət balansının və müvafiq olaraq tədiyə balansının kəsirlərini ləğv etmək və ya azaltmaqla;

� daxili qiymətlərlə xarici qiymətlər arasında yaranmış qeyri-mütənasibliyi aradan qaldırmaq zərurətləri ilə.

Devalvasiya ölkənin tədiyə balansına ciddi təsir göstərir. Bu təsir devalvasiyanı həyata keçirən dövlət ilə digər ölkələrdəki tələb və təklifin vəziyyətindən asılıdır. Devalvasiya edildiyi zaman xarici valyutalara nisbətən ixrac qiymətləri nisbətən aşağı düşür. İxrac malları qiymətinin azalması ilə əlaqədar olaraq ölkə mallarına xarici tələb artır. Bu tələb artımı, ixrac malları qiymətlərini devalvasiyadan əvvəlki səviyyəyə doğru apardığı halda, idxal malları bahalaşdığı üçün idxal tələbi məhdudlaşır. Bu yol ilə xarici ticarət balansının müvazinəti təmin edilir.

Bununla yanaşı, devalvasiya xarici ticarət şərtlərini ölkə əleyhinə çevirə bilər. Çünki devalvasiya, ümumiyyətlə, ixrac malları qiymətlərini aşağı salmaqla idxal qiymətlərini yüksəldir. Bu vəziyyət ixracatı idxalatdan daha çox olan ölkələrdə açıq şəkildə görünür. Yəni, artan ixracat dünya bazarı qiymətlərini aşağı saldığı halda, azalan idxalat, eyni şəkildə, qiymətləri azalda bilmir. Beləliklə, xarici ticarət şərtləri devalvasiyanı edən ölkənin əleyhinə çevrilir.

Devalvasiyanın tədiyə balansına təsirini yuxarıda göstərildiyi kimi müəyyən etmək üçün tələb və təklif elastikliyini nəzərə almaq lazımdır:

1. İdxal və ixrac mallarına olan tələb elastikliyi. İdxal mallarının tələb elastikliyi nə qədər yüksəkdirsə, aparılan devalvasiya da o dərəcədə faydalıdır. Çünki bu vəziyyətdə idxal malları bahalaşdığı üçün tələb mahdudlaşır. Bununla da idxal miqdarı azaldığı üçün tədiyə balansı kəsirinə müsbət təsir edir. İdxal mallarının tələb elastikliyi azdırsa valyutaya qənaət olmur. Bu halda qənaət edilən valyutanın miqdarı, bütünlüklə, elastiklik dərəcəsindən asılıdır.

İxrac mallarına olan tələb elastikliyi sıfırdan başlayaraq böyüdükcə valyuta itkisi azalır və elastiklik vahidə bərabər olana qədər davam edir. Elastiklik �1� olduqda ixrac mallarına yenə də əvvəlki qədər valyuta sərf edilir. Bu vəziyyətdə devalvasiyadan qazanc və ya zərər yoxdur. Devalvasiyanın ixrac yolu ilə valyuta qazanclarını artıra bilməsi üçün mütləq ixrac mallarına olan tələb elastikliyi �1�dən böyük olmalıdır, yəni xarici tələb tam elastik olmalıdır.

2. İdxal və ixrac mallarına olan təklif elastikliyi . Bu elastiklik �1�dən böyükdürsə, yəni təklif elastikdirsə, devalvasiya ilə əlaqədar qiymətlərdə dəyişiklik görünməyəcəkdir, əks halda isə azalma olacaqdır. Bazarda idxal tələbinin daralması nəticəsində əgər qiymətlər aşağı düşərsə, valyuta qazancının olması mümkün deyil. İdxal malları qiymətlərinin aşağı düşməsi devalvasiya nisbətini real olaraq aşağı salır və bununla əlaqədar olaraq mümkün olan valyuta yığımı minimum səviyyəyə enir. Əgər idxal malları qiymətləri devalvasiya səviyyəsindən aşağı düşərsə onda devalvasiyanın təsiri tamamilə aradan qalxacaqdır, yəni valyuta qazancı əldə edilməyəcəkdir.

İxrac mallarının təklif elastikliyi, əgər sonsuzluqdan azalmağa başlayırsa (təklif sabit qiymətlərlə artırıla bilirsə), təklifin artırılması qiymətləri də artıracaq və bunun nəticəsində valyuta qazancı azalacaqdır. İxrac mallarının təklif elastikliyi �1�ə bərabər olduqda, devalvasiyanın əhəmiyyətli təsiri olmayacaqdır. Təklif elastikliyi �1�dən böyük olduğu halda devalvasiya valyuta qazancını artırır.

Devalvasiyanın bir məqsədi də tədiyə balansındakı kəsiri ləğv etməkdir. Bunun üçün daxili qiymətlərin səviyyəsinin yüksəlməməsi vacibdir. Daxili qiymətlər yüksəldiyi təqdirdə ixrac mallarının ucuzluğu aradan qalxır. Nəticədə, idxal malları daxili mallara nisbətən bahalı olmaqda uzun müddət davam edə bilməz. Devalvasiyanın müvəffəqiyyəti daxili qiymətlərin səviyyəsinin sabit saxlanılmasından asılıdır.

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda göstərdiyi kimi �2015-ci ildə Azərbaycan iqtisadiyyatı inkişaf etmişdir. Bu da çox müsbət haldır. Əlbəttə ki, əvvəlki illərdə olan inkişaf əldə edilməmişdir. Bu da mümkün deyildi. Çünki qeyd etdiyim kimi, neftin qiyməti 3-4 dəfə aşağı düşmüşdür. Manatın məzənnəsi devalvasiyaya uğramışdır. Bu da qaçılmaz idi. Çünki neftin qiymətinin 3– 4 dəfə aşağı düşməsi imkan vermirdi ki, manatın məzənnəsi əvvəlki səviyyədə qalsın�.

Ölkə rəhbəri, eyni zamanda, qeyd etmişdir ki, bizim qonşu ölkələrdə də milli valyutalar 100 faiz, bəzi hallarda ondan da çox dərəcədə devalvasiyaya uğramışdır: �Belə olan halda Azərbaycanda istehsal olunan məhsullar öz rəqabət qabiliyyətliliyini itirirdi, bizim istehsalçılara çox böyük təzyiq göstərilirdi. Sadəcə olaraq, manatı əvvəlki səviyyədə saxlamaq qeyri-mümkün idi. Yəni, bu, qaçılmaz bir addım idi. Bunun səbəbi Azərbaycandan kənarda yaranmışdır. Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsini mən şəxsən iqtisadi amillərlə, sırf iqtisadi amillərlə bağlaya bilmərəm. Çünki dünya iqtisadiyyatı o qədər tənəzzülə uğramayıb ki, neftin qiyməti 3-4 dəfə aşağı düşsün�.

Prezidentin fikrimcə, burada ilk növbədə siyasi amillər öz rolunu oynayıbdır: �Kimsə kiminləsə mübarizə aparır, biz isə bundan əziyyət çəkirik. Ona görə bu da, əlbəttə ki, bizim iqtisadi vəziyyətimizə mənfi təsir göstərmişdir. Ancaq biz çalışacağıq ki, bu məzənnənin dəyişməsi ilə bağlı mənfi fəsadların aşağı salınması üçün daha da fəal iş görək�. Buna baxmayaraq, dövlət başçısının vurğuladığı kimi, Azərbaycan iqtisadiyyatı artıb. Ümumi daxili məhsul 1 faizdən çox, sənaye istehsalı 2 ,4 faiz, qeyri-neft sənayesi isə 8,4 faiz artmışdır: �Bu, məni çox sevindirir. Çünki bu, son illər ərzində qeyri-neft sektorunun inkişafı deməkdir, aparılan islahatların nəticəsidir. Hesab edirəm ki, qeyri-neft sənayesinin 8 ,4 faiz artması bizim əsas göstəricimizdir.�

Həqiqətən, son illərdə Azərbaycanın xarici dünya ilə ticarət əlaqələrinin gedişatı valyuta siyasətində ciddi dəyişiklik edilməsinə zərurət yaratmışdır. Statistik məlumatların təhlili göstərir ki, xarici ticarət əlaqələri mürəkkəb bir şəratdə cəryan edir. Belə ki, 2011- ci ilin statistikasına əsasən, xarici ticarət dövriyyəsi özündən əvvəlki ilə nisbətən 103,9 təşkil etdiyi halda, 2012- ci ildə 89,3; 2013- cü ildə 106,3; 2014-cü ildə isə 94,1 faiz təşkil etmişdir. İxrac əməliyatları müvafiq dövrdə 145,3; 96,9; 109,1; 85,4; idxal əməliyyatları isə müvafiq olaraq 88,7; 86,2; 105,1; 98 faiz təşkil etmişdir. 2014- cü ildə ixarc olunan malların içərisində neft- qaz məhsullarının payı 91,97 faiz olmuşdur. Qeyri- neft sektorunun payı isə 8 ,03 faizdir.

Mərkəzi bankın məlumatlarına görə, tədiyə balansı 2014-cü ildə xarici iqtisadi əməliyyatlarda neft- qaz sektoru üzrə müsbət, qeyri- neft sektoru üzrə isə mənfi saldolu olmuşdur. Tədiyə balansının ümumi saldosu (ölkənin ehtiyat aktivlərinin dəyişməsi) müsbət 4194 ,2 milyon dollar olmuşdur.

2015-ci ilin 9 ayı ərzində isə xarici iqtisadi əməliyyatlarda 9141 ,2 milyon dollar mənfi saldo yaranmışdır. Bütün bunlar xarici ticarət əlaqələrinin mühüm tənzimlənmə vasitəsi kimi valyuta siyasətində dəyişiklik edilməsinə, yəni devalvasiya siyasətinin tətbiq edilməsinə ehtiyac yaratmışdır.

Devalvasiyanın həm müsbət həm də mənfi nəticələri vardır.

Devalvasiyada mühüm risk milli valyutanın dəyərinin kəskin şəkildə aşağı düşməsidir. Müasir dövrdə həmin iqtisadi proseslərə nəzarət mexanizmi kifayət qədər təkmilləşdirilmişdir. Bəzən hətta məqsədli devalvasiya həyata keçirilir. Bu ixracatın artmasına gətirib çıxarır. Devalvasiyanın müsbət nəticələrinə daxili istehsal məhsullarına əhalinin tələbatının artması daxildir. Yerli istehsalçılar daxili bazarda tələb artdığı üçün məhsul istehsalını artırır və nəticədə, iqtisadi inkişaf təmin olunur. Dövlətin qızıl-valyuta ehtiyatı qorunur. Xarici valyutaya ehtiyac artdığı üçün ixracatın inkişafı stimullaşır. Ona görə də devalvasiya prosesində ixracatçıların gəlirləri artır.

Devalvasiyanın mənfi təsirlərinə gəldikdə isə inflyasiya prosesinin sürətlənə bilməsi riskini qeyd etmək lazımdır. Nəticədə, qiymətdən düşmüş valyutaya etibar azalır.

Xaricdən gələn xammal və məhsulların qiymətinin daha çox bahalaşması nəticəsində idxal sıxışdırılır. Daxili bazardan sərmayə axını başlayır. Maliyyə sektorunda iqtisadi depressiya özünü göstərir.

Valyutanın dəyərinin artması nəticəsində daxili bazarda hazır məhsulların qiymətləri yüksəlir, enerji resurslarının da qiyməti artır. Ölkənin pul nişanlarına etibar azaldığı üçün əhali öz depozitlərini banklardan kütləvi şəkildə çıxarırlar, bank sektorunun işi iflic olur.

Əmək haqqı, pensiya əhəmiyyətli dərəcədə azaldığı üçün alıcılıq qabiliyyəti məhdudlaşır. Xaicdən xammal material alan sahibkarların mənfəəti də müvafiq olaraq azalır.

Ona görə də ölkədə iqtisadi proseslərin gedişinin optimallaşdırılması üçün yeni yanaşma üsulu tələb olunur. Belə bir şəraitdə dövlət strukturları, biznes təbəqələri, əhali qənaət rejimi tətbiq etməli və israfçılığa yol verməməlidirlər. İdxaldan asılı olan istehsalçılar gərək xaricdən gətirilən malardan asılılığı azaltsınlar və yerli analoqlu məhsullardan istifadəyə başlasınlar. İstehsalda əmək məhsuldarlığının artırılması üçün isə ciddi tədbirlər görmək �lazımdır.

Bütün bunlar nəticəsində, Azərbaycandakı devalvasiyanın ölkədə iqtisadi səmərəliliyin yüksəldilməsinə, izafi məsrəflərin azaldılmasına yol açacağı gözlənilir.

Dünyamalı VƏLİYEV,

iqtisad üzrə elmlər doktoru,

AMEA Şərqşünaslıq İnstitutu

Şərq-Qərb şöbəsinin müdiri

Xalq qəzeti .- 2016.- 17 yanvar.- S.5.

Azərbaycana növbəti devalvasiya dalğası ABŞ-dan gəlir

BAKU.WS xəbər verir ki, Azərbaycan manatına növbəti təhlükə Amerikadan gələ bilər. Belə ki, bu gün ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) iki günlük iclasının nəticələri açıqlanacaq. İclasda FED rəhbərliyi uçot dərəcəsinin artırılıb-artırılmayacağına qərar verməlidir. Əksər ekspertlər FED-in uçot dərəcələrini artıracağını gözləyir. Belə olduğu halda dünya bazarında dolların möhkəmlənməsi baş verəcək və bu da manatın məzənnəsinin yumşalmasına səbəb olacaq.

Bəs görəsən, FED uçot dərəcələrinin artırılması haqqında qərar versə, Azərbaycanda dollar nə qədər bahalaşa bilər? Hökumət kəskin devalvasiyaya gedəcəkmi? “Formula-1” Qran Prisi ərəfəsində ölkəmizə turist axınının gözlənildiyi vaxtda manatın yumşalması xarici qonaqların büdcəsinə necə təsir edəcək? Ölkəyə turist axını ilə külli miqdarda xarici valyutanın daxil olması manatın taleyini dəyişə biləcəkmi?

“Yeni Müsavat”ın suallarını cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, FED-in toplantısından çıxacaq qərar çox önəmlidir: “Xüsusən də dünya maliyyə bazarları üçün çox əhəmiyyətlidir. Uçot dərəcələrinin artırılması ilə bağlı ehtimal 50/50-dir. Ancaq dəqiq məlumat odur ki, iyul ayındakı növbəti toplantıya qədər faizlər mütləq artırılacaq. Bu toplantıda faizin artırılmasına mane olacaq səbəblərdən biri Britaniyada keçiriləcək referendum ola bilər. Ola bilər ki, bunu səbəb göstərərək uçot dərəcələrinin artırılmasını iyul ayına qədər ertələsinlər. Ancaq istənilən halda, yaxın bir ayda faizlərin artması gündəmə gələcək. Bu, dünya bazarında dolların bahalaşması ilə müşahidə olunacaq. Yəni faiz dərəcələri artacaqsa, dollar bahalaşmağa doğru gedəcək. Bütün ölkələrin milli valyutalarının dollara qarşı məzənnəsinə təsir göstərəcək. Bu prosesin Azərbaycana təsirsiz ötüşməsi mümkünsüzdür. Azərbaycana ən böyük təsir o olacaq ki, dollar bahalaşsa, neftin ucuzlaşması prosesi sürətlənəcək. Çünki dünya bazarında belə bir formul işləyir ki, baha dollar ucuz neft deməkdir”.

Ekspert vurğuladı ki, Azərbaycanda növbəti kəskin devalvasiyanın olması ehtimalı çox aşağıdır: “Hər halda, manatın zəifləməsi prosesi sürətlənə bilər. Yaxın zamanda biz yenidən 1.65 məzənnəsini görə bilərik. Növbəti həftələrdə 1 dollar 1 manat 65 qəpiyə qədər bahalaşa bilər».

Dolların bahalaşması səbəbindən manatın devalvasiyası üçün yaranmış iqtisadi zəminə gəlincə, Natiq Cəfərli hökumətin manatı saxlamağa məcbur olduğunu və kəskin devalvasiyanın iqtisadiyyatı iflic edəcəyini vurğuladı: “Ötən dəfə FED-in uçot dərəcələrini qaldırmasının ardından manatın kəskin devalvasiyaya uğraması ölkə iqtisadiyyatına zərbə oldu. Azərbaycan hökuməti nəhayət anlamalıdır ki, bizim iqtisadiyyat kəskin devalvasiyanı qaldıra bilmir. İki devalvasiya elə ciddi problemlər yaratdı ki, hələ də onları aradan qaldırmaq mümkün olmayıb. Çox güman ki, hökumət növbəti dəfə devalvasiyaya getmək əvəzinə, dolları indiki 1.51 məzənnəsindən, 1.65 məzənnəsinə qədər qaldıra bilər. Lakin əvvəlki kimi bir gecədə 35-40 faizlik kəskin devalvasiyanın olması Azərbaycan iqtisadiyyatını tamamilə çökdürə bilər. Əgər hökumət qarşısına iqtisadiyyatı tamamilə iflic vəziyyətinə salmağı məqsəd qoyubsa, o zaman devalvasiya qərarı verəcək. Yox, əgər vəziyyəti idarə eləmək istəyirsə, manatı tədricən yumşaltmağa çalışacaq».

Dolların möhkəmlənməsinin «Formula-1» yarışları ərəfəsində təsadüf etməsinə münasibət bildirən ekspert qeyd etdi ki, turistlərlə birgə ölkəyə daxil olan valyuta manatın məzənnəsinin saxlanılması baxımından ciddi bir məbləğ sayılmır: “Mən böyük turist axınının gələcəyini gözləmirəm. Hər şey rəqəmlərdən asılı olacaq. Ən yaxşı halda 20-25 min turistin gələcəyi gözlənilir. Bu elə böyük bir rəqəm deyil. Təxminən gün ərzində 2-3 milyon dollar vəsaitin Azərbaycana daxil olması deməkdir ki, bu da çox ciddi məbləğ deyil. Bir anlıq təsəvvür etsək ki, gələn turistlər, «Formula-1» həvəskarları daha varlı kəsimə aiddir, onlar gözləniləndən 5 qat artıq pul xərcləsələr belə, bu, 10 milyon dolları keçməyəcək. Azərbaycan iqtisadiyyatı üçün də 10 milyon dolların elə böyük bir əhəmiyyəti yoxdur ki, manatın məzənnəsini stabil saxlamağa kömək etsin”.

İqtisadçı ekspert Rəşad Həsənov isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, FED-in bu toplantıda uçot dərəcəsini artırmasını gözləmir: “Bu mənim şəxsi qənaətimdir. Səbəblərdən biri odur ki, kənd təsərrüfatından kənar yaradılan iş yerlərinin sayının son statistikası gözləniləndən təxminən 5 dəfə az oldu. Bu isə FED-in bu toplantıda uçot dərəcəsini artırma ehtimalını minimuma endirir. Bu istiqamətdə ikinci arqument ondan ibarətdir ki, Britaniyanın Avropa Birliyindən ayrılıb-ayrılmaması ilə bağlı referendum gözlənilir. Burada konkret bir nəticə müəyyənləşməyib. Son sorğular da göstərdi ki, Avropa Birliyindən ayrılmaq istəyənlərin sayı hələlik üstünlük təşkil edir. Bu isə Avropa iqtisadiyyatı ilə bağlı müəyyən neqativ trendlər formalaşdıra bilər ki, FED də toplantıda bunu nəzərə alacaq. Yəni hesab edirəm ki, FED uçot dərəcələrini artırmayacaq. Yox əgər uçot dərəcələri artırılsa, bu, ilk növbədə dünya birjalarında ABŞ valyutasının möhkəmlənməsinə gətirib çıxaracaq.

O cümlədən də Azərbaycan manatının üzərində müəyyən təzyiqlər formalaşdıracaq. Uçot dərəcələrinin artırılmasının manata təzyiqləri ən yaxşı halda 2-3 faiz həcmində olacaq. Yəni bu, kəskin devalvasiyaya gətirib çıxartmayacaq, cüzi təsir edəcək. Dolların möhkəmlənməsi ilk növbədə əmtəə birjalarına təsir edəcək və neftin ucuzlaşmasına səbəb olacaq. Neftin ucuzlaşması isə Azərbaycanın tədiyyə balansına təsir göstərəcək. Digər tərəfdən, FED-in qərarı Azərbaycan cəmiyyətinə psixoloji təsir göstərəcək və dollarlaşma prosesi sürətlənəcək. Bu da Mərkəzi Bankın valyuta ehtiyatlarına təzyiq göstərəcək. AMB valyuta ehtiyatlarının əriməsinin qarşısını almaq üçün məzənnənin yumşaldılmasına gedəcək və bu o deməkdir ki, nəticədə manat dəyərini itirə bilər”.

Devalvasiya

Devalvasiya sabit və ya yarı sabit məzənnə rejimi tətbiq edən ölkələr tərəfindən istifadə edilən pul siyasəti alətidir. Devalvasiya bir ölkənin rəsmi pul vahidinin digər ölkələrin valyutalarına və ya bir qrup valyutanın dəyərinə və ya pul standartlarına nisbətdə dəyərinin düşməsidir. Devalvasiya yenidən qiymətləndirmənin tam əksidir.

Devalvasiya nədir?

Devalvasiya müəyyən bir ölkənin hökuməti və ya mərkəzi bankı tərəfindən müvafiq valyutada istifadə olunan bir vasitədir. Devalvasiyanın əsas səbəblərindən biri ticarət kəsirini tarazlaşdırmaq üçün ölkə valyutasının dəyərini aşağı salmaqdır. Devalvasiya valyutanın dəyərini aşağı salmaqla ixracı qlobal ticarət rəqabətində daha ucuz və üstünlüklü etməkdir. Bununla belə, idxal bahalaşır və nəticədə yerli istehsalçının məhsullarına tələbat artır, yerli ev təsərrüfatlarının idxal olunan məhsullara tələbatının azalması gözlənilir.

Devalvasiya müsbət pul siyasəti aləti kimi görünsə də, mənfi təsirləri də var. İdxalın bahalaşması yerli istehsalı daha az səmərəli edə bilər və ya ixracı ucuzlaşdırmaq tələbi çox artıra və inflyasiyaya səbəb ola bilər.

İqtisadiyyatı stabil olan dövlətlərə devalvasiya tətbiq edilə bilməz. Tətbiq olunarsa, mütləq ödənişlərdə kəsir və ya iqtisadi böhran yaranır. İnkişaf etmiş ölkələrin idxal mallarına ehtiyacı var. Əgər idxal olunacaq mallar bahadırsa, o ölkə nə qədər qabaqlayıcı tədbirlər görsə də, daxili qiymət artımının qarşısını ala bilməyəcək. Bu onu göstərir ki; Həmin ölkə devalvasiya qərarı verməzdən əvvəl lazımi tədbirləri görməlidir. Daxili qiymət artımının qarşısını almalıdır.

TARİXDƏ DEVAVASİYA

Qədim Yunanıstanda və Romada devalvasiya pulla təmsil olunan metalın miqdarını azaltmaqla həyata keçirilirdi. Müəyyən miqdarda qızıl və gümüşdən zərb edilən sikkələrin miqdarının artması pulun dəyərinin azalması ilə nəticələnirdi. XIX əsrdə kağız pulların miqdarının artması nəticəsində baş verən inflyasiya daxili qiymətləri yüksəltməklə pulun dəyərinin azalmasına və əskinasların qızılla bağlanma qabiliyyətini məhv etməyə səbəb oldu. Belə ki, milli valyutanın ekvivalenti kimi qəbul edilən qızılın miqdarı azaldılıb və məzənnələr buna uyğun tənzimlənib.

DEVAVASİYON NÜMUNƏLƏRİ HANSILARDIR?

Misal üçün; Misir qara bazarda ABŞ dollarının ucuzlaşması ilə bağlı ciddi valyuta təzyiqi ilə üzləşib. Qara bazarın yüksəlişi Misirin daxili istehsalına və investisiyalarına ciddi şəkildə mane oldu. Bu səbəbdən Misir 2016-cı ilin mart ayında öz valyutasını ABŞ dollarına nisbətdə 14% dəyərdən saldı.

Devalvasiyadan sonra Misir fond bazarı çox ciddi artımlar göstərdi, lakin qara bazar Misir mərkəzi bankını daha çox tədbir görməyə məcbur etdi. 12 iyun 2016-cı ildə Misir bankı növbəti dəfə devalvasiyaya uğrayaraq Misir funtunu ABŞ dollarına nisbətdə dəyərdən saldı.

Devalvasiyanın başqa bir nümunəsi Çindir. 2015-ci ildə kredit bazarında ciddi problemlər yaşayan və iqtisadi daralma yaşayan Çin yerli valyutası Reminbini devalvasiya etdi. İl ərzində bu devalvasiya hərəkətini bir neçə dəfə təkrarlayan Çin, pul siyasəti alətləri ilə qlobal ticarətə ABŞ-a müdaxilə etdiyi üçün Çinə xəbərdarlıq etdi. Valyuta müharibələrinin əsas səbəbi ölkələrin valyutalarını dəyərdən salaraq qlobal ticarətdə üstünlük əldə etməyə çalışmaları və ixracatda üstünlük əldə etmələridir.

Bu gün devalvasiya

Bu gün sikkə və ya qızıl pul sistemi olmadığından daxili qiymət artımı nəticəsində əldə edilə bilməyən valyuta gəlirləri hesabına yerli valyutanın dəyərdən düşməsinə cəhd edilir. Əsas ixracı təşviq etmək üçün yerli valyutanın dəyəri müəyyən xarici valyuta əsasında tənzimlənir. Lakin belə bir tətbiqin uğurlu olması üçün devalvasiyadan sonra daxili qiymət artımının qarşısını almaq və xarici dövlətlərin idxal məhdudiyyətlərinə əl atmamaq lazımdır.

Похожие статьи

Comments are closed, but trackbacks and pingbacks are open.