Azərbaycan irsi pasportlaşdırma
Nəşr olunan fundamental ampeloqrafik əsərlərdə əsas elmi yenilik ondan ibarətdir ki, burada ilk dəfə olaraq becərilən üzüm sortları pasportlaşdırılmışdır. Monoqrafiyalarda dünya ampeloqrafiya elminin yeni sahəsi olan “Rəqəmsal ampeloqrafiya”nın müvafiq metodikaları əsasında Azərbaycanda 270-dən artıq üzüm sortunun beynəlxalq miqyasda qəbul edilmiş 300-dən artıq əsas genetik əlamətləri, irsi dəyişkənlik xüsusiyyətləri, eyni zamanda adları müvafiq qaydada kodlaşdırılmış və şifrələnmişdir. Bununla yanaşı, kitablarda üzüm sortlarında genetik əlamətlərin beynəlxalq miqyasda qəbul edilmiş şifrə və kodlar əsasında oxunması üçün Azərbaycan, ingilis və rus dillərində açarları verilmişdir. Bu açarlardan istifadə etməklə ayrı-ayrı xalqların kənd təsərrüfatı işçiləri, fermerlər, iş adamları Azərbaycanda mövcud olan üzüm sortlarının tam ampeloqrafik təsviri, aqrobioloji keyfiyyətləri, kimyəvi-texnoloji xüsusiyyətləri haqqında elmi məlumatlar əldə edir və onlardan öz təsərrüfatlarında istifadə edirlər.
Tarixi abidələrin pasportları hazırlanıb, mühafizə zonaları müəyyən edilib
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə 6308 tarix və mədəniyyət abidəsi dövlət mühafizəsinə götürülüb.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tarix və mədəniyyət abidələrinin pasportlaşdırılması və mühafizə zonalarının müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir.
2021-ci ildə 110 tarix-mədəniyyət abidəsinin pasportu hazırlanaraq, təsdiq edilib. Son illər pasportları hazırlanan tarixi abidələrin sayı isə ümumilikdə 368-dir.
Pasportlaşdırılan abidələrdən 15-i Azərbaycanın Respublikasının vaxti ilə işğal altında qalmış ərazilərində yerləşən tarix-memarlıq abidələridir. Bu da müstəqilliyimizin bərpasından sonra işğaldan azad olunmuş ərazilərimizdə yerləşən abidələrimizə verilən ilk pasportlardır. Həmin pasportlar hələ işğal dövründə arxiv materialları, tarixi sənədlər, fotolar və internet resursları hesabına ərsəyə gəlib.
Pasportları hazırlanan tarix-memarlıq abidələri Şuşa şəhərində yerləşən Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa və Saatlı məscidləri, Xan qızı Natəvanın evi, Mehmandarovların malikanə kompleksi, Hacıqulların malikanəsi, Əsəd bəyin mülkü, Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarası, Şirin su hamamı, Ağdam şəhərində Qutlu Musa oğlu türbəsi, Cümə məscidi, Kəlbəcər rayonunda Gəncəsər və Xudavəng monastırları, Laçın rayonunda Malik Əjdər türbəsi və Xocavənd rayonunda yerləşən Amaras monastırıdır.
Abidələrin mühafizə zonalarının müəyyənləşdirilməsi üzrə 243 layihə hazırlanıb. Mühafizə zonaları müəyyən edilərkən müvafiq olaraq layihələr Rayon İcra Hakimiyyətləri, Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılır vəMədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən təsdiqlənir.
Pasportlaşdırma və mühafizə zonalarının müəyyən edilməsi istiqamətində görülən işlər davam etdirilir. Cari il üçün pasportlaşma üzrə 155, mühafizə zonalarının müəyyənləşdirilməsi üzrə isə 108 layihənin hazırlanması nəzərdə tutulur. Onlardan 42 abidənin pasportunun hazırlanmasına və 10 abidənin mühafizə zonasının müəyyənləşdirilməsinə işğaldan azad edilmiş ərazilərdə yerləşən tarix-mədəniyyət abidələri daxil edilib.
Azərbaycan irsi pasportlaşdırma
Bu mövzuda yazılan elmi əsərlər prosesin uğurla aparılmasına dəstək verir
Azərbaycanda üzümçülüyün və şərabçılığın inkişafına yönəldilən dövlət proqramları aqrar sektorun bu sahəsinin dirçəldilməsi strategiyasını müəyyənləşdirən mühüm dövlət sənədləridir. Bu proqramlara uyğun olaraq hazırda ölkədə becərilən üzüm sortlarının pasportlaşdırılması mühüm elmi-praktiki əhəmiyyət kəsb edir. Belə ki, bunun xalqımıza məxsus olan qiymətli üzüm sortlarının təsdiq edilməsində, qədim seleksiya nümunələrinin başqaları tərəfindən mənimsənilməsinin qarşısının alınmasında böyük rolu var.
Üzümçülüyün inkişaf etdirilməsi problemlərini araşdıran elmi-tədqiqat institutlarında üzüm genofondunun qorunması, tədqiqi, sort tərkibinin daha iqtisadi səmərəli süfrə və texniki sortlarla zənginləşdirilməsi və digər məsələlər ətraflı öyrənilir. Bu baxımdan respublikanın üzümçü mütəxəssislərinin yazdığı “Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası”, iki cilddən ibarət “Azərbaycan ampeloqrafiyası”, həmçinin “Azərbaycan üzümü”, “Azərbaycanın üzüm sortları”, “Naxçıvan Muxtar Respublikasının üzüm genofondu və seleksiyası” kimi fundamental əsərlər ölkədə üzümçülüyün elmi əsaslarla genişləndirilməsində, istehsal prosesində məqsədyönlü sort seçiminin düzgün aparılmasında, sözügedən sahələrdən yüksək maddi gəlirin əldə olunmasında mühüm elmi-praktiki əhəmiyyət daşıyır.
Qeyd edək ki, AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun “Meyvə, tərəvəz və üzümçülük” laboratoriyasının rəhbəri, aqrar elmlər doktoru, dosent Varis Quliyevin müəllifi olduğu və 2012-ci ildə nəşr edilmiş “Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası” kitabı muxtar respublikada üzüm genofondunun tədqiqi əsasında becərilən yerli sortların pasportlaşdırılmasına aid ilk fundamental əsərdir. Monoqrafiya giriş, ümumi ampeloqrafiya, xüsusi ampeloqrafiya bölmələrindən ibarətdir. Giriş bölməsində əcnəbi və yerli tədqiqatçıların ampeloqrafiya elminin inkişafı istiqamətində apardıqları elmi-tədqiqat işləri işıqlandırılmışdır. Kitabın ümumi ampeloqrafiya bölməsində qədim Naxçıvan diyarında üzüm tənəyinin becərilməsi və məhsulun emal olunmasının inkişaf yolundan bəhs edən tarixi mənbələr göstərilmişdir. Nəşrdə muxtar respublikada yayılan 120-dən artıq yerli, 23 introduksiya olunmuş, 17 yeni klon variasiyaları və seleksiya üsulları ilə alınmış sortlar ilk dəfə olaraq pasportlaşdırılaraq onların ampeloqrafik təsvirləri və rəngli fotoşəkilləri verilmişdir. Kitabın xüsusi ampeloqrafiya bölməsində Naxçıvanda becərilən kişmişi, süfrə sortları, universal, texniki, introduksiya olunmuş sortlar və yeni alınmış üzüm formalarının ampelo-deskriptor xüsusiyyətləri beynəlxalq miqyasda qəbul edilmiş qaydada kodlaşdırılmış, onların aqrobioloji, texnoloji cəhətləri göstərilmişdir. Əsərin sonunda Naxçıvan MR-də becərilən 41 aborigen, həmçinin introduksiya edilmiş 9 süfrə, 5 universal və 9 texniki üzüm sortlarının iqtisadi qiymətləndirilməsi aparılmışdır.
Varis Quliyev və aqrar elmləri doktoru, dosent Vüqar Səlimov tərəfindən yazılan iki cilddən ibarət “Azərbaycan ampeloqrafiyası” adlı nəşr Azərbaycan ərazisində becərilən üzüm sortlarının pasportlaşdırılmasına, həmçinin “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın icra edilməsinə həsr olunmuş əsər kimi dəyərləndirilir.
2017-ci ildə nəşr edilən birinci cild giriş, ümumi, interaktiv, xüsusi ampeloqrafiya və ədəbiyyat siyahısı bölmələrindən ibarətdir. Kitab Azərbaycan dilində yazılmaqla əsas bölmələr ingilis və rus dillərində də verilmiş, üzüm sortlarının irsi əlamətlərinin və adlarının şifrələnməsi, kodlaşdırılması aparılmışdır. Əsərdə Azərbaycanda ampeloqrafik tədqiqatlar və üzümçülüyün tarixi inkişaf yolu, müasir vəziyyəti, əsas üzümçülük bölgələrinin imkan və perspektivləri araşdırılmışdır. Monoqrafiyada həmçinin müasir ampeloqrafik metodikalar işıqlandırılmış, 16 kişmişi, 70 aborigen süfrə sortunun pasportlaşdırılması aparılmaqla onların ampeloqrafik təsvirləri və fotoşəkilləri verilmişdir. Əsərin sonunda Azərbaycanda ampeloqrafik tədqiqatlara aid ədəbiyyat mənbələri haqqında məlumat yerləşdirilmişdir.
2020-ci ilin sonunda “Müəllim” nəşriyyatı tərəfindən oxuculara təqdim olunan nəşr isə ölkədə üzüm genofondunun ampeloqrafik tədqiqinə həsr olunan və 2017-ci ildə nəşr edilən birinci cild “Azərbaycan ampeloqrafiyası”nın davamıdır. İkinci cilddəki monoqrafiya 4 əsas bölmədən və 9 fəsildən ibarətdir. Giriş bölməsində Azərbaycanda üzümçülük, “Ümumi ampeloqrafiya” bölməsində ampeloqrafik tədqiqatlar, üzümçülüyün inkişaf strategiyası, becərilən üzüm sortlarının genofondunun tərkibi, üzümçülüyün yenidən inkişaf etdirilməsinin elmi əsasları, üzüm sortlarının polimorfizim xüsusiyyətləri haqqında məlumat verilmişdir. Kitabın “Rəqəmsal ampeloqrafiya” bölməsində Azərbaycan ərazisində becərilən üzüm sortlarının şifrə və kodları, “Xüsusi ampeloqrafiya” bölməsində isə universal, texniki, seleksiya yolu ilə yeni alınmış və introduksiya olunmuş geniş yayılan sortların ampeloqrafik təsvirləri təqdim edilmişdir. Qeyd edək ki, hər iki əsərdə Azərbaycanda ampeloqrafik tədqiqatlara dair elmi əsərlərin siyahısı da öz əksini tapmışdır.
Nəşr olunan fundamental ampeloqrafik əsərlərdə əsas elmi yenilik ondan ibarətdir ki, burada ilk dəfə olaraq becərilən üzüm sortları pasportlaşdırılmışdır. Monoqrafiyalarda dünya ampeloqrafiya elminin yeni sahəsi olan “Rəqəmsal ampeloqrafiya”nın müvafiq metodikaları əsasında Azərbaycanda 270-dən artıq üzüm sortunun beynəlxalq miqyasda qəbul edilmiş 300-dən artıq əsas genetik əlamətləri, irsi dəyişkənlik xüsusiyyətləri, eyni zamanda adları müvafiq qaydada kodlaşdırılmış və şifrələnmişdir. Bununla yanaşı, kitablarda üzüm sortlarında genetik əlamətlərin beynəlxalq miqyasda qəbul edilmiş şifrə və kodlar əsasında oxunması üçün Azərbaycan, ingilis və rus dillərində açarları verilmişdir. Bu açarlardan istifadə etməklə ayrı-ayrı xalqların kənd təsərrüfatı işçiləri, fermerlər, iş adamları Azərbaycanda mövcud olan üzüm sortlarının tam ampeloqrafik təsviri, aqrobioloji keyfiyyətləri, kimyəvi-texnoloji xüsusiyyətləri haqqında elmi məlumatlar əldə edir və onlardan öz təsərrüfatlarında istifadə edirlər.
Qeyd edək ki, ilk dəfə yazılan fundamental ampeloqrafik əsərlər elmi, metodiki və praktiki əhəmiyyətə malik olmaqla, həm üzümçülük ixtisası üzrə təhsil alan tələbələr üçün mükəmməl tədris vəsaiti, həm də bu istiqamətdə elmi-tədqiqat işləri ilə məşğul olan elmi işçilər üçün metodik mənbədir. Monoqrafiyalarda işıqlandırılan “Rəqəmsal ampeloqrafiya” sahəsinin müvafiq metodikaları dünyada üzümçülüyün geniş yayıldığı ölkələrdə üzüm sortlarının əsas genetik əlamətlərinin və irsi dəyişkənlik xüsusiyyətlərinin öyrənilməsi, həmçinin adlarının kod və şifrələnməsi baxımından dəyərli sayılır. Dünya miqyasında üzümçülük üzrə elmi və praktiki əlaqələrin inkişafında, məqsədyönlü introduksiya işlərində, ayrı-ayrı sortlardan səmərəli istifadə olunmasında, elmi əlaqələrin genişləndirilməsində, üzüm sortları üzrə beynəlxalq elektron informasiya bazasının yaradılmasında, bir sözlə, beynəlxalq miqyasda üzümçülüyün genişləndirilməsində bu bölmə mühüm əhəmiyyət kəsb edir.
Ümumiyyətlə, bu əsərlər istehsal prosesində məqsədyönlü sort seçiminin düzgün aparılmasına, üzüm plantasiyalarının genişləndirilməsi işində yerli sortlardan daha çox istifadə olunmasına, istehsal prosesində əhalinin üzümdən alınan çoxçeşidli qida məhsulları ilə dolğun təmin edilməsinə, kənd yerlərində əhalinin məşğulluq səviyyəsinin və maddi rifah halının yüksəldilməsinə müsbət təsir göstərir.
Azərbaycan irsi pasportlaşdırma
Məlum olduğu kimi, Nazirlər Kabineti “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nı qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, sənədə əsasən, ölkədə koronavirus əleyhinə vaksinasiya aparılan şəxslərin pasportlaşdırılması təmin ediləcək.
Beləliklə, vaksinasiyadan keçmiş şəxslərin cari qeydiyyatı və müşahidəsi üçün müəyyən pasportlaşdırma ehtiyaclarının qarşılanması nəzərdə tutulub. Sənəddə göstərilib ki, pasportlaşdırma vaksinasiyanın tətbiq edilməsi üçün tələb olunan dörd mütləq texniki şərtdən biridir.
Vaksinasiyanın tətbiq edilməsi üçün tələb olunan digər mütləq texniki şərtlər bunlardır:
– “Soyuq zəncir” şəraiti – vaksinlərin ölkəyə gətirilməsi, saxlanılması və məntəqələrə çatdırılması üçün tələb olunan xüsusi infrastrukturun qurulması;
– Məlumat bazası – COVID-19 vaksinasiyası üzrə genişməqsədli vahid məlumat bazasının (məs. e-Təbib üzərindən) hazırlanması və digər müvafiq məlumat bazaları ilə inteqrasiya edilməsi və məlumat bazasında toplanılan bütün məlumatların təhlil edilməsi;
– Vaksinasiya məntəqələrinin şəraiti – məntəqələrin tələb olunan ləvazimatlarla təmin olunması, heyətin təlimləndirilməsi və digər hazırlıq tədbirlərinin həyata keçirilməsi.
Похожие статьи
-
Azərbaycan irsi pasportlaşdırma novruz
Azərbaycan irsi pasportlaşdırma novruz 2021-ci ildə 110 tarix-mədəniyyət abidəsinin pasportu hazırlanaraq, təsdiq edilib. Son illər pasportları…
-
Qədim Azərbaycan irsi Nyu-York sərgisində Süni intellekt üzrə yüksək biliklərə sahib olan Orxan Məmmədov isə dünyaya Azərbaycan mədəni irsini çağımızın…
-
Azərbaycan xarici iqtisadi əlaqələri
AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ SUVARMA kənd təsərrüfatının inkişafını dəstəkləyir AZƏRBAYCAN SƏMƏRƏLİ ƏMƏKDAŞLIQ AİB Azərbaycanın zəngin…
-
Azərbaycan respublikasında təhsil sistemi
Azərbaycanda təhsil sistemi və təhsil sahəsində dövlət siyasətinin prinsipləri 3. Təhsilin milli zəminə və ümumbəşəri dəyərlərə əsaslanması Təhsil…
-
Azərbaycan respublikası konstitusiyası
Azərbaycan respublikası konstitusiyası 31.3.1. mümkün və lazımi davranışın (hüquq və vəzifələr) növü və ölçüsü (qaydaları); Azərbaycan respublikası…
Comments are closed, but trackbacks and pingbacks are open.