Press "Enter" to skip to content

1 Azadlıq haqqında

deyil, qarınla müəyyənləşdirmək həm ayrı-ayrı insanların, həm də insan toplumlarının

Azerbaycan Milli Azadliq Herekati 1988 1991 – Wikipedia

Azərbaycan xalqının milli azadlıq hərəkatı İlk etiraz mitinqi 1988-ci il fevralın 19-da Bakıda başladı. Topxana hadisələri ilə mitinqlərin yeni dalğası — Meydan hərəkatı (1988-ci il 17 noyabr — 5 dekabr) yarandı və dekabrın 4-də hakimiyyət orqanları Azadlıq meydanındakı oturaq mitinqi ordunun köməyi ilə dağıtmağa nail oldular. [1]

XX əsrin 80-ci illərinin sonunu Azərbaycan xalqının siyasi oyanışı, onun siyasi proseslərdə fəal iştirakı dövrü kimi səciyyələndirmək olar. Azərbaycan xalqının siyasi oyanışı 1987-ci ilin axırları – 1988-ci ilin əvvəlində başlanmış, 1990-cı ilin yanvar hadisələrindən sonra keyfiyyətcə yeni hərəkata – milli azadlıq hərəkatına çevrilmiş xalq hərəkatı ilə bağlıdır. [2] Xalq hərəkatı fonunda 23 sentyabr 1989-cu ildə Azərbaycan SSR Ali Soveti “Azərbaycan Sovet Sosialist Respublikasının suverenliyi haqqında” Azərbaycan SSR-in Konstitusiya Qanununu qəbul etdi. Bu qanunun 5-ci maddəsində qeyd edilir ki, “Azərbaycan SSR-in suverenliyi Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan MSSR və Dağlıq Qarabağ Muxtar Vilayəti də daxil olmaqla respublikanın bütün ərazisinə şamil edilir” və “Azərbaycan SSR-in digər müttəfiq respublikalarla sərhədləri yalnız müvafiq respublikaların qarşılıqlı sazişi üzrə dəyişdirilə bilər”. [3]

1990-cı il yanvarın 20-də Azərbaycanın o vaxtkı rəhbərliyinin istəyi və SSRİ rəhbərliyinin əmri ilə Azərbaycanda kommunist rejimini hakimiyyətdə saxlamaq və güclü milli-azadlıq hərəkatına çevrilməkdə olan oyanışı boğmaq məqsədilə Bakıda Sovet Ordusu tərəfindən 20 Yanvar faciəsi törədildi. [4]

Törədilən vəhşiliklər nəticəsində yüzlərlə Azərbaycan vətəndaşı həlak oldu və yaralandı. Ölkədə 1991-ci ilin ortalarınadək davam edən fövqəladə vəziyyət elan olundu. 30 avqust 1991-ci il tarixində Azərbaycanın Ali Soveti 23 sentyabr 1989-cu il tarixli Konstitusiya Qanununu əsas götürərək, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən bəyan edilmiş dövlət müstəqilliyinin bərpasını elan etdi. [3]

Beləliklə, Topxana meşəsi ilə bağlı başlanan 1988-ci ilin Meydan hadisələri daha sonra Azərbaycan Milli-Azadlıq Hərəkatına çevrildi. 1988–1991-ci illərin xalq hərəkatı nəticəsində 18 oktyabr 1991-ci ildə “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olundu və Azərbaycan XX əsrdə ikinci dəfə (1991-ci il, 18 oktyabr) müstəqil dövlət olaraq öz varlığını dünyaya elan etdi. [5]

İstinadlar

Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir.

  1. ↑”Milli azadlıq və demokratik hərəkatlar” (az.) . azerbaijans.com. 2021-06-04 tarixində arxivləşdirilib . İstifadə tarixi: 3 iyun 2021 .
  2. ↑”Müasir milli ideyanı zənginləşdirən odur ki, vətəndaş özünü dövlətin bir hissəsi hesab edir, özündə dəyişikliklər üçün qüvvə görür, güclü dövlətin və güclü, iradəli liderin varlığına ehtiyac duyur” (az.) . azertag.az. 2021-06-04 tarixində arxivləşdirilib . İstifadə tarixi: 3 iyun 2021 .
  3. 12“Erməni təcavüzü. Tarixi məlumat və münaqişənin nizamlanması. Münaqişənin hazırkı mərhələsinin başlanğıcı”. 2014-11-08 tarixində orijinalından arxivləşdirilib . İstifadə tarixi: 2014-10-28 .
  4. ↑”Əlamətdar və tarixi günlər təqvimi” (PDF) (az.) . anl.az. 2012-11-05 tarixində arxivləşdirilib (PDF) . İstifadə tarixi: 3 iyun 2021 .
  5. ↑”SSRİ-nin süqutu və Azərbaycanın müstəqilliyinə gedən yol” (az.) . modern.az. 18 oktyabr 2011. 2021-05-09 tarixində arxivləşdirilib . İstifadə tarixi: 3 iyun 2021 .

1 Azadlıq haqqında

gerçəkləşdirməkdir. Budur problemin kökü və bunu insanların bir hissəsi hələ mənimsəməyib.

Deyirlər ki, doğrudur, azadlığı qazandıq, ancaq nə olsun, çörək bahalaşdı, hər şeyin qiyməti

qalxdı. Çörəyin bahalaşmasının azadlığa nə dəxli var? Ümumiyyətlə, azadlığın dəyərini ürəklə

deyil, qarınla müəyyənləşdirmək həm ayrı-ayrı insanların, həm də insan toplumlarının

Hər xalq öz gələcəyini azad şəkildə həll etməlidir – bunun başqa yolu yoxdur.

Mən çox şükür edirəm ki, Azərbaycan türkləri azadlıq idealını bu gün bir sıra xalqlardan

yüksək səviyyədə mənimsəyib, əsarətə heç cür təslim olmaq istəmirlər.

Bütün dünya xalqlarının bir döyüş fəlsəfəsi var – məğlubiyyətinlə razı deyilsənsə hökmən

silaha qurşanıb vuruşmalısan; başqa yol yoxdur. Azadlığını düşünən hər bir xalq bunu

etməlidir. Bəzən bizdə deyirlər ki, adamlarımız şəhid olur, torpağımızda qan tökülür – bu cür

azadlıq nəyə lazımdır? Belə insanlar azadlığı maddi nemət kimi başa düşürlər.

Bəzən insanlar düşünürlər ki, azad olsaq yaxşı yeyib-içəcəyik, gözəl güzəran keçirəcəyik; o

saat keçirlər materializmə. Azadlıqsa idealist bir məfkurənin, fəlsəfənin, mənəviyyatın

məhsuludur – insanın ruhunun qurtuluşudur. Afrikadan aparılan qulları Amerikada çox yaxşı

saxlayır, onlardan daha çox faydalanmaqçün onları yaxşı yedirdib-içirir, amma yaxşı da

işlədirdilər. Bu qullar həyatlarından razıydılar, çünki Afrikadakından qat-qat yaxşı yaşayırdılar.

Amma özünü xoşbəxt sayan bu insanlar quldu, azad deyildi. Bəli, bu cür də yaşamaq olar,

ancaq bu, insan həyatı deyil.

Milli mübarizəni azadlıq uğrunda mübarizəylə necə birləşdirmək olar? Sovet sistemində bu

məsələnin həlli yolu səhv qoyulmuşdu. Marksizm-leninizm milli azadlıq hərəkatını rədd etmir,

əksinə, onu özünün tərkib hissəsi sayırdı. Moskvada sosialist ideoloqları deyirdilər ki, milli

azadlıq hərəkatı sosializmdən kənar deyil. Məsələn, Misirdə milli azadlıq mübarizəsi gedir. Bəs

Moskva ona nə kimi münasibət bəsləməlidir – mənfi, yoxsa müsbət? Misirlilərin azadlıq

mübarizəsi ingilislərə qarşıdır; deməli, “millət azad olmaq istəyir” və bu, əlbəttə, marksizm-

leninizm baxımından müsbət hadisədir. Bəs bu savaşı millətçilik saymaq olarmı? “Yox, o,

sosialist hərəkatının tərkib hissəsidir”. Bax, bu yanaşma səhvdir – Moskva, əlbəttə, onu

mənimsəmək istəyir. İndiki demokratlar bunu düşünə bilmirlər.

Milli azadlıq hərəkatı demokratik hərəkatın tərkib hissəsidir. Biz deyirik ki, Səttar xan

hərəkatında demokratik prinsiplər var. Niyə? Nəydi Səttar xanda demokratizm? Bir

mübarizədə xalq kütləsi iştirak edirsə o, demokratik xarakter daşıyır, yox, yuxarıdan hərbi

çevriliş baş verirsə orada demokratiyadan danışmaq olmaz. Azərbaycanda gedən hərəkatların

hamısı bu baxımdan demokratikdir – Səttar xan da, Məmmədəmin də, Xiyabani də, Pişəvəri də

demokratik xalq çıxışlarının yönəldiciləri olublar. Çünki onlar məhz xalqın gücüylə, onun

vuruşması hesabına hakimiyyət yaradıblar. Pinoçetin hakimiyyətisə demokratik sayıla bilməz,

çünki o, hərbi çevriliş edərək hakimiyyəti dəyişdirib.

Mustafa Kamal`ın müdrik sözü var ki, xalq azadlığa hazır deyilsə azadlığı əldə etməzdən öncə

onu azadlığa hazırlaşdırmalısan; hazır olmadan ona azadlıq versən də itirəcək. Biz də ikiyönlü

iş görürdük – həm azadlığa hazırlaşırdıq, həm də azadlığı yetişdirirdik. Məmmədəmin`in

sözləriylə desək, məqsədimiz xalqa azadlığı dadızdırmaq idi. Bunun da öhdəsindən müəyyən

qədər gəldik və bu gerçəkliyi heç kəs inkar edə bilməz.

…Hamımızın bir ideyamız olmalıdır – o da Azərbaycanın azadlığı.

Xalqımız doğrudan-doğruya azadlıq idealını mənimsədi. Sadəcə misallara baxın. Rus

ordusunu öz ərazisindən yalnız Azərbaycan çıxardı. Nəyə görə? Çünki Azərbaycan xalqı artıq

azadlığa yiyələnmişdi, yoxsa heç cür mümkün deyildi. Niyə obirilər bunu bacarmadı? Çünki

onlar bu yolu getmədi, Azərbaycan xalqısa getdi. Buna görə də . Almaniyadan, Baltikyanı

ölkələrdən rus qoşunları müqavilələrlə, danışaraq, Avropanın böyük təzyiqi altında çıxarılırdısa

bizsə bunu öz xalqımızın gücüylə etdik və imperiya bir daha qayıdıb üstümüzə gəlməyə

cəsarət göstərmədi – Azərbaycan xalqından qorxdu, çünki onun gücünü 20 Yanvarda

Biz hələ azadlıq uğrunda mübarizə aparırıqsa sosial-demokratiyadan danışmaq olmaz. Azadlıq

məfkurəsi bütün qüvvələri birləşdirir. Azadlıq məfkurəsi milli mənada daha üstünləri

bütövləşdirir və millət öz müqəddəratını həll eləyir. Millət öz müqəddəratını həll etməyincə

ayrıca bir şəxs öz müqəddəratını həll edə bilməz. Milyonumuz da millətə aidik; milyonumuz

müqəddəratımızı birgə həll etməmişiksə onu fərd necə həll edə bilər? Ona görə də bu

müstəvidə birinci millətçilik gedir.

…Azərbaycanda yaranan hər hansı bir partiya Azərbaycan xalqının azadlığı uğrunda mübarizə

aparmasa o partiya yaşaya bilməz.

Babalardan əziz bir yadigar kimi qalan Vətən eşqini köksündə gəzdirən azərbaycanlılar

Azadlığ`ın işığına doğru durmadan yürüyəcəklər! Bu yürüşü dünyada heç bir qüvvə saxlaya

Bir il bundan qabaq (4 dekabr 1988-də – tərtib.) hər gün, hər dəqiqə, hər an üstümüzə

hədələr gəlir, uzaqdan tankların, təyyarələrin gurultusu eşidilirdi. Böyük bir rəhbərliyin

tapşırığı ilə tanklar, toplar bizi mühasirəyə alırdılar. Artıq Azərbaycan döyüş meydanına

çevrilirdi. Qadınlarımız, qızlarımız qorxmadan onlarla üz-üzə dayandılar. Bu, Azərbaycan

xalqının tarixində böyük qəhrəmanlıq səhifəsi idi, onu da şərəflə yazdı.

20 Yanvar Azərbaycan tarixinə qızıl hərflə yazıldı, imperiyalar tarixinə qara, qapqara ləkə oldu.

«Demokratiya, demokratiya» bağıran Vaşinqton və Moskva Azərbaycan xalqının

demokratik hərəkatını qandalladı.

Hörmətli Baş katib cənab Peres de Kuelyar! Sizin başçılıq etdiyiniz Birləşmiş Millətlər Təşkilatı

dünyanın ən nüfuzlu təşkilatıdır. […] Sizi and verirəm millətlərin qoruduğunuz haqqına –

Azərbaycan millətinin Azadlıq haqqını müdafiə etməkdə qüvvənizi əsirgəməyin! Bu gün Vətən

eşqindən bizim canımızda aşkar bir dərdimiz var, dərmanı Azadlıq`dır.

ABŞ öz azadlığı uğrunda mübarizə aparan xalqlara əməli kömək edir; bu, onun mənəvi

borcudur – bir şərtlə ki, xalq bu mübarizəni aparsın.

Şəksiz ki, azadlığımız heç bir dövlətin əliylə qazanılmayacaq və qazanılmamalıdır. Öz

azadlığını xalqın özü əldə etməlidir.

Azad olmuş yox, azad edilmiş qul nə edəcəyini bilməz. Ya keçmiş qulluğunun həsrətini çəkər,

ya da yeni ağa axtarar.

Siz – ey dünyanın demokratik qüvvələri! Bilin ki, iki yüz ildir Azərbaycanın azadlığı uğrunda

çarpışanları və şəhid olanları dünya dövlətləri “millətçi”, “qiyamçı”, “qaçaq-quldur”, “dinsiz”,

“babı”, “panislamist”, “pantürkist”, “əksinqilabçı”, “müsavatçı”, “kosmopolit”, “antisovet”,

“başkəsən”, “fundamentalist”, “xomeyniçi”, “ekstremist” və s. adlarla öz xalqlarına tanıtmaq

və Azərbaycan xalqına nifrət yaratmaq siyasəti yürüdürlər.İran üsul-idarəsi Azərbaycan

mübarizlərini “iğtişaşçı”, “kommunist”, “dinsiz”, “rus agenti” adlandırdığı zaman Rusiya üsul-

“müsavatçı”, “panislamist”, “fundamentalist”,

agenti”, “ekstremist” adlandırmışdı. Hansı şərbaza necə əl verir, elə də edir.

mübarizənin müxtəlif mərhələlərində çətinliklərlə də üzləşib, uğur qazanmağa da nail

olub. Bütün çətinliklərə sinə gərərək və uğurlarımıza söykənərək müddətsiz mübarizəni əzmlə

İndi demokratiyadan dəm vuran bəziləri onda deyirdilər ki, azadlığı biz almamışıq, bizə

veriblər. Guya bu xalq havayı yerə şəhidlər veribmiş, havayı yerə qırğına gedibmiş.

Azərbaycan iki yüz ildir azadlıq uğrunda çarpışan övladlarının şəhid qanı ilə suvarılır.

Siz – ey müqəddəslər müqəddəsi şəhidlər! Tanrı yatdığınız yeri nurla doldursun! Ölməz

ruhlarınız qarşısında diz çökürük! Nahaq tökülən qanınız yerdə qalmayacaq!

Həmişə Rusiya və İran Azərbaycandan öz məqsədləri üçün bir-birlərinə qarşı istifadə etmiş,

Azərbaycanın müstəqilliyi məsələsi meydana çıxanda isə düşmənçiliyi bir yana qoyub

müvəqqəti barışmışlar. Hər ikisi də bizim bütöv bir ölkə və millət kimi dinimizlə və

mədəniyyətimizlə tam azad olmağımızı istəmir.

Dövlət yaşadıqca insanlar öz vətəninə, torpağına sahiblik hissini gücləndirir. Artıq hiss olunur

ki, biz istədiyimizə yetişdik. Mən bilirəm ki, Rusiya olmayıb kim olur-olsun, daha Azərbaycanın

azadlığı geridönməz amilə çevrilib. Bundan sonra pis-yaxşı, əziyyətli-əziyyətsiz, hər nə cür

olsa bu dövlət yaşayacaq. Xalq zaman-zaman özünə gələndən, diktatura və avtoritarizmi

sındırandan sonra demokratik cəmiyyət quracaq, millət xoşbəxt yaşayacaq. Məqsəd budur.

Məhz bu idealın naminə mən dözdüm, Vətəni tərk edib xaricə getmədim, halbuki mənə

dəfələrlə təklif etmişdilər ki, gedirsənsə hər cür kömək edək.

Dostları ilə paylaş:

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

Tarix

Birinci dünya müharibəsinin doğurduğu tarixi şəraitdə, Şimali Azərbaycanda olduğu kimi, Cənubi Azərbaycanda da xalq öz milli dövlətçilik ənənələrinin dirçəlişi uğrunda mübarizəyə qalxdı.

Müharibə illərində İran ərazisi, o cümlədən ölkənin şimal-qərbini əhatə edən Cənubi Azərbaycan torpaqları da xarici dövlətlərin hərbi əməliyyat meydanına çevrilmişdi. İran irticası və yadelli işğalçıların ağalığı xalqın onsuz da ağır olan vəziyyətini, ölkə daxilindəki ziddiyyətləri son həddə çatdırmışdı. Rusiyada fevral inqilabı nəticəsində çar mütləqiyyəti devrilsə də rus qoşunları hələ də Cənubi Azərbaycanı işğal altında saxlayırdılar. Şahlıq rejiminə və xarici işğalçılara qarşı bütün İranı əhatə edən xalq hərəkatı, Konstitusiyalı quruluş və demokratik dəyişikliklər uğrunda mübarizə, çox çəkmədən, Cənubi Azərbaycanda milli azadlıq hərəkatı xarakteri almağa başladı.

Rusiyada baş verən hadisələr, Azərbaycanın şimalında azadlıq hərəkatının qələbəsi, milli dövlətçilik ənənələrinin dirçəlişi və Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi islahatlar ölkənin cənubunda milli azadlıq hərəkatını daha da qüvvətləndirdi.

Cənubi Azərbaycanda milli azadlıq hərəkatına 1905-1911-ci illər İran inqilabının fəal iştirakçısı olan Şeyx Məhəmməd Xiyabani (1879-1920) başçılıq edirdi.

Şeyx Məhəmməd Xiyabaninin başçılıq etdiyi azadlıq mücahidləri daxili irticaya və yadelli işğalçılara qarşı mübarizə aparmaqla bərabər, ölkə miqyasında yeniləşmə — demokratik dəyişikliklər aparılmasını tələb edir, bütün İranda xalq inqilabının qələbəsinə, şahlıq rejiminin ləğvinə və respublika tipli demokratik dövlət yaradılmasına çalışır, yeni yaradılacaq demokratik İran dövlətinin tərkibində Cənubi Azərbaycana muxtariyyət verilməsi uğrunda mübarizə edirdilər. Cənubi Azərbaycan əhalisinin vahid cəbhə halında azadlıq mücadiləsinə qalxmasında Azərbaycan Demokrat Firqəsi (ADF) mühüm rol oynayırdı. ADF-nin Mərkəzi Komitəsinə Şeyx Məhəmməd Xiyabani rəhbərlik edirdi.

Xiyabaninin göstərişi ilə hərəkət edən demokratlar Təbriz, Ərdəbil, Xoy, Urmiya, Sərab, Zəncan və b. Azərbaycan şəhərlərində əhalini mitinqlərə qaldırır, ingilispərəst İran hökumətinin istefasını və ölkədə demokratik islahatlar keçirilməsini tələb edirdilər.

Milli azadlıq hərəkatının genişlənməkdə olduğu bir şəraitdə — 1918-ci ilin əvvəllərində rus qoşunları Cənubi Azərbaycandan çıxarıldı. Bundan istifadə edən İngiltərə öz hərbi qüvvələrini Cənubi Azərbaycanda yerləşdirməyə başladı. İngilislər Bakı neftinə can atırdılar. İngiltərə hökuməti, əlavə olaraq, İrana general Denstervilin başçılığı ilə yeni hərbi qüvvələr də göndərdi. General Denstervilə Ənzəli, Rəşt və Bakını ələ keçirmək barədə göstəriş verilmişdi.

İngilislərin, guya “türk təhlükəsini” “qabaqlamaq” məqsədilə, Cənubi Azərbaycanın Türkiyə ilə həmsərhəd rayonlarını ələ keçirməsi və bununla bütün İranı nəzarət altına almaları ölkədə narazılığı daha da artırdı, Cənubi Azərbaycanda milli azadlıq hərəkatını daha da qüvvətləndirdi.

Belə bir şəraitdə keçmiş rus zabitləri tərəfindən silahlandırılmış erməni quldurları Şərqi Anadolu və Şimali Azərbaycanda olduğu kimi, Cənubi Azərbaycanın Türkiyə ilə sərhəd bölgələrində də Azərbaycan türklərinə qarşı soyqırımına başladılar. Fransız zabitləri və Amerika missionerləri tərəfindən qızışdırılan aysorlar və kürdlər də Azərbaycan xalqına qarşı törədilən bu qanlı qırğında fəal iştirak edirdilər. Yaranmış ağır vəziyyətdə qardaş Türkiyənin hərbi qüvvələri Cənubi Azərbaycan türklərinin köməyinə çatdı. 1918-ci ilin martından başlayaraq Maku, Urmiya və Salması işğalçılardan və erməni-aysor-kürd quldurlarından təmizləyən türk hərbi hissələri Təbrizə daxil oldular. Beləliklə, Cənubi Azərbaycan ərazisində də xalqımıza qarşı həyata keçirilən soyqırımının qarşısı alındı. Lakin Türkiyə üçün yaranmış çox ağır beynəlxalq şəraitdə türk hərbi qüvvələri 1918-ci ilin noyabrında Cənubi Azərbaycanı tərk etməli oldular. Bundan istifadə edən ingilislər Təbriz də daxil olmaqla bütün Cənubi Azərbaycanı işğal etdilər. Beləliklə, İran ərazisi tamamilə ingilislərin nəzarəti altına keçdi.

1919-cu il avqustun 9-da işğalçıların təzyiqi altında İranla İngiltərə arasında saziş bağlandı. Sazişin şərtlərinə əsasən İran İngiltərədən asılı dövlətə çevrilirdi. Odur ki, 9 Avqust sazişi xalq hərəkatını daha da alovlandırdı. Bütün İran, o cümlədən Cənubi Azərbaycan bu alçaldıcı sazişə qarşı ayağa qalxdı. Cənubi Azərbaycanın hər yerində izdihamlı mitinqlər və nümayişlər başlandı. 1919-cu ilin oktyabrında üsyana qalxan Təbriz mücahidləri İran valisini şəhərdən qovdular. Bundan çox keçməmiş Təbriz əhalisinin tələbi ilə ingilis hərbi hissələri də şəhərdən çıxarıldı.

Milli azadlıq hərəkatı getdikcə daha ardıcıl xarakter aldı və özünün həlledici mərhələsinə daxil oldu. 1920-ci il aprelin 7-də Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə Təbrizdə silahlı üsyan başlandı. Bütün Təbriz əhalisi üsyançıların müdafiəsinə qalxdı. Üsyanı yatırtmaq üçün mərkəzdən göndərilmiş polis dəstələri buna cəsarət göstərməyərək şəhəri tərk etdilər. Xalqın misli görünməmiş fəallığı nəticəsində 1920-ci ilin 7 Aprel üsyanı qan tökülmədən qalib gəldi. Üsyanın qalib gəldiyi 7 Aprel günü xalq qarşısında çıxış edən Şeyx Məhəmməd Xiyabani həmin gündən etibarən Azərbaycanın adının dəyişdirilərək “Azadıstan” (“Azadlıq ölkəsi”) adlandırılacağını bəyan etdi.

Təbriz üsyançıları dərhal əməli fəaliyyətə başladılar. Mərkəzdən göndərilmiş dövlət məmurları və hərbi qulluqçular vəzifələrindən kənar edildilər. Bütün dövlət idarəçiliyi ADF fəallarının əlinə keçdi. Beləliklə, bütün İran ərazisində demokratik dəyişikliklər və yeniləşmə uğrunda başlanmış hərəkat, nəticə etibarilə, milli azadlıq hərəkatına çevrildi. Azərbaycanın müstəqil dövlətçilik ənənələrinin dirçəldilməsinə başlandı. Xalq azadlığa can atır, özünün müstəqil, milli dövlətini yaratmaq istəyirdi.

Təbrizdə silahlı üsyan qələbə çaldıqdan sonra Xoy, Ərdəbil, Astara, Marağa, Əhər və Zəncanda da üsyanlar baş verdi. Cənubi Azərbaycanda baş verən milli azadlıq hərəkatı İranın başqa yerlərində də daxili irticadan və ingilislərdən narazı olan qüvvələr tərəfindən rəğbətlə qarşılandı.

İrticaya və ingilis ağalığına qarşı ümumxalq narazılığının bütün İranı əhatə etdiyi şəraitdə Təbriz üsyançıları daha qəti addımlar atmağa başladılar. 1920-ci il iyunun 23-də Təbrizdə Ş.M.Xiyabaninin başçılığı ilə Milli Hökumət yaradıldı. ADF fəallarından ibarət olan Milli Hökumətin tərkibi əhalinin müxtəlif təbəqələrinin nümayəndələrindən ibarət idi.

Milli Hökumətin fəaliyyətə başladığı 24 İyun günü Təbrizdə ümumxalq bayramına çevrildi. Bütün müəssisələrdə, tədris ocaqlarında iş dayandırıldı, bazarlar bağlandı. Milli Hökumətin qərarı ilə, mərkəzdən göndərilmiş bütün dövlət məmurları, İran valisi də daxil olmaqla Təbrizdən çıxarıldılar. Bu, faktiki olaraq, Cənubi Azərbaycanda mürtəce şahlıq rejiminin — İran hakimiyyətinin devrilməsi və milli dövlətçilik ənənələrinin dirçəlişi demək idi. Şeyx Məhəmməd Xiyabaninin başçılıq etdiyi Milli Hökumət isə müstəqil demokratik respublika funksiyasını yerinə yetirirdi.

Bununla belə, xalqın tamamilə müstəqil yaşamaq əzminin əleyhinə olaraq, Milli Hökumət bütün İranın demokratikləşdirilməsi və ölkədə konstitusiyalı quruluş yaradılması, daxili irticaya və ingilis ağalığına son qoyulması uğrunda mübarizə xəttini davam etdirir, Cənubi Azərbaycana qarşı yeridilən ayrı-seçkilik siyasətinə qarşı çıxış edirdi.

Beləliklə, xalqın tam müstəqilliyə can atmasına və faktiki olaraq, özünün müstəqil demokratik respublikasını yaratmasına baxmayaraq, Milli Hökumət Cənubi Azərbaycanın tam müstəqilliyi uğrunda deyil, yeni yaradılacaq demokratik İran dövlətinin tərkibində milli muxtariyyət hüququ əldə etmək uğrunda mübarizə aparırdı.

Milli Hökumətin rəhbərləri inanırdılar ki, Təbrizdən sonra bütün İran ayağa qalxacaq, şahlıq idarə üsulu devriləcək, xalq hakimiyyətə gələcək və bütün ölkədə respublika quruluşu bərqərar olacaqdır; yeni yaradılacaq ümumiran xalq hökumətinin təşkilində azərbaycanlılar mühüm rol oynayacaqlar. Xiyabani əmin idi ki, “Təbriz İrana nicat verəcəkdir!”

Beləliklə, qarşısına İrandan ayrılıb müstəqil Azərbaycan dövləti yaratmaq kimi siyasi vəzifə qoymayan Milli Hökumət iqtisadiyyat, maarif, səhiyyə və b. sahələrdə islahatlara başladı. İlk növbədə dözülməz vəziyyətə düşmüş yoxsul əhalinin, o cümlədən təbrizlilərin vəziyyətini yaxşılaşdırmaq üçün müxtəlif xarakterli tədbirlər görüldü. Savadsızlığın ləğvinə başlandı. Milli məktəblər, xəstəxanalar açıldı. Təbrizdə yoxsul uşaqları üçün pulsuz qız məktəbi fəaliyyətə başladı. Yeni açılmış milli məktəblərdə dərs demək üçün Bakıdan, Türkiyədən, habelə Tiflisdən müəllimlər dəvət olundu. Milli qvardiya yaradılması üçün hazırlıq işlərinə başlandı. Milli Hökumətin öz jandarm və polis dəstələri yaradıldı. Polis məktəbi açıldı. Eyni zamanda yeni iş yerləri açılması, pul islahatı keçirilməsi, bank-maliyyə sistemi yaradılması, bələdiyyə seçkiləri keçirilməsi üçün hazırlıq işləri görülməsinə, torpaq islahatına başlandı. Bu məqsədlə yeni idarələr, müəssisələr, nazirliklər yaradıldı.

Göründüyü kimi, Milli Hökumətin həyata keçirdiyi bütün tədbirlərin, habelə nəzərdə tutulan islahatların özü də, əslində, Cənubi Azərbaycanda Respublika tipli müstəqil, demokratik dövlət yaradılmasına yönəlmişdi. Yaradılmaqda olan müstəqil Azərbaycan dövləti Azadıstan Məmləkəti adlanırdı. Buna müvafiq olaraq bütün rəsmi sənədlərdə, blanklarda, habelə nazirliklərin, idarə və müəssisələrin adı əks olunan lövhələrdə Azərbaycan adı “Azadıstan”la əvəz olundu.

Xiyabani öz doğma xalqını daim maariflənməyə, inkişaf naminə mübarizəyə çağırır, müstəqilliyin, azadlığın yalnız bu yolla əldə olunacağına inanırdı. O, Təbrizin şəhər bağında təşkil olunmuş yığıncaqlarda tərəqqipərvər fikirlərini təbliğ edirdi. Şeyx Məhəmməd Xiyabaninin 15 iyun 1920-ci ildə söylədiyi nitqində onun mübarizəsinin əsas ideyaları öz əksini tapıb:

– “Mənliyini sevmək təbii və ümumi bir qanundur. Hər bir adam, hər bir canlı bəşər özünü başqasından çox sevər. Buna görə də bir cəmiyyət öz rifah halını yaxşılaşdırmağı başqasından gözləməməlidir. Xüsusilə özünə nisbətən rabitə və yaxınlığı olmayanlardan yardım və xidmət gözləmək yersizdir. Öz şəxsiyyətinə hörmət etmək, ona inanmaq da mənliyini sevməklə bir sırada qoyulmalıdır. Bir xalq, bir cəmiyyət təkəbbürlü və özünə bədgüman olmamalıdır. İnsan öz şəxsi etimadının əsasını laxladan alçaqlığı, acizlik qədər təvazökarlığı qəbul etməməlidir. Bəşəriyyət bütün üzvlərinin birlikdə olan fəaliyyət və yardımına möhtacdır. Elə təsəvvür etməməlidir ki, dünyada yaşayan kiçik bir xalq bəşəriyyətə xeyir verə bilməz və onun varlığına etinasız münasibət bəsləmək olar. Çox təəssüf olsun ki, biz öz qədir və qiymətimizi çox az bilmiş, bəlkə də özümüzdə olan mənlikdən xəbər tutmamışıq. Bu, fərdlərin həyatında təcrübədən keçirilmişdir. Yüksək xüsusiyyətə malik olan, ali fikirlərə xidmət edən, öz dərəcə və heysiyyətini qiymətləndirən və bunun qorunması üçün çalışan şəxslər həmişə yüksək məqama çatmışlar. Məhz buna görədir ki, bir çox ədib və filosoflar öz şəxsiyyətləri naminə ali dərəcəyə çatmış və padşahları belə öz zəhmət və qüdrətinə qarşı hörmət etməyə məcbur etmişlər. Onlar saraylarda ən parlaq yer tutmuşlar. Xalqlar dəxi bu əzəməti, mənəvi qüvvəni, mənliyi və öz varlığına etimadı üzə çıxarmaqla tərəqqi və inkişafa nail ola bilərlər. Azad və müstəqil olmaq istəyən bir xalq, öz həyatına və ictimai məsələlərə laqeyd qala bilməz. Biz dəxi mütərəqqi xalqlar cərgəsinə çatmaq üçün öz fikir və hissiyyatımızı onların dərəcəsinə qaldırmalıyıq.

Bir xalqın şərafəti üçün birinci şərt onun müstəqil olmasıdır.

Müstəqil olmayan bir xalqın əzmi və hörməti yoxdur. Xalqın istiqlaliyyətini onun əxlaqi fəziləti saxlaya bilər. Hər bir xalqın istiqlaliyyətini qoruyan onun mərdlik və şücaətidir”.

Cənubi Azərbaycanda milli azadlıq hərəkatı dərinləşməkdə idi. Azərbaycan xalqı, faktiki olaraq, özünün respublika tipli demokratik dövlətini yaratmağa başlamışdı.

Azadıstan Məmləkətinin uğurları bütün İranı hərəkətə gətirmişdi. Lərzəyə düşən şahlıq rejimi, həmçinin, İranı öz asılılığında saxlamağa çalışan və Bakı neftinə can atan ingilislər real təhlükə qarşısında qalmışdılar. Odur ki, İran irticası və ona yaxından kömək edən ingilislər Tehranda Milli Hökumətə qarşı qəsd hazırlamağa başlamışdılar.

Tehran rejimi bir tərəfdən Milli Hökumətin başını qarışdırmaq üçün Ş.M.Xiyabani ilə danışıqlar aparır, müxtəlif vədlər verir, digər tərəfdən isə Təbrizə hücum planı hazırlayırdı. Bütün hazırlıq işləri başa çatdırıldıqdan sonra 1920-ci il sentyabrın 12-də təpədən dırnağadək silahlanmış irtica qüvvələri Təbrizə hücum etdilər. Təbriz üsyançıları iki gün ərzində qəhrəmancasına müqavimət göstərdilər. Lakin sayca çox olan və yaxşı silahlanmış nizamlı hökumət qüvvələri üstünlüyü ələ ala bildi. Sentyabrın 14-də Xiyabani öldürüldü və üsyan qan içərisində boğuldu. Beləliklə, Azərbaycan xalqının istiqlal mübarizəsinin daha bir parlaq səhifəsi tarixə qovuşdu. Şimali Azərbaycanda Sovet Rusiyasının qanlı bolşevik rejimi Azərbaycan Xalq Cümhuriyyətinin varlığına son qoyduğu kimi, Cənubi Azərbaycanda da İranın irticaçı şahlıq rejimi Azadıstan Məmləkətini qan içində boğdu. Vaxtilə Gülüstanda və Türkmənçayda Azərbaycanı öz aralarında iki yerə parçalamış qüvvələr onun azadlığa çıxmasına yol vermədilər. Yenə də Azərbaycanın şimalı Rusiyanın, cənubu isə İranın tərkibində qaldı.

Похожие статьи

Comments are closed, but trackbacks and pingbacks are open.