Press "Enter" to skip to content

Miniatür haqqında

Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak.

Azərbaycan miniatürləri

“İrs – Наследие” beynəlxalq jurnalının rus dilində çap olunan növbəti nömrəsində (2012-ci il, №5 (59), s.12-19) Milli Azərbaycan Tarixi Muzeyinin Xarici əlaqələr və sərgilərin təşkili şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Ağasəlim Əfəndiyevin sənətşünaslıq doktoru Cəmilə Həsənzadə ilə birlikdə hazırladığı Azərbaycan miniatürləri haqqında yeni məqaləsi çap olunmuşdur

(«Вклад джелаиридского цикла «Калилы и Димны» в развитие тебризской миниатюры»). Məqalədə miniatür boyakarlığının ən qiymətli və mürəkkəb əsərlərindən olan “Kəlilə və Dimnə” miniatür silsiləsindən məlumat verilir, onun Təbriz miniatür məktəbinə təsiri araşdırılır.

Məqalənin tam mətni ilə aşağıdakı linkdə tanış olmaq olar: http://irs-az.com/new/ru/archive/1277

I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib

I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.

Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib

Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak.

Muzeyə Qarabağ şəhidinin materialları daxil olub

II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar.

Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib

MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç.

Muzeydə Lütfi Zadə irsi təbliğ edilir

Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-.

Hörmətli izləyicilər!

Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid.

Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib

Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (.

Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.

AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr.

Miniatür haqqında

Miniatür – kiçikliyi və bədii üsullarının xüsusi incəliyi ilə fərqlənən təsviri sənət əsəridir. Bu sənət əsasən kitab illüstrasiyası kimi yaranıb, elmi, tarixi və bədii əsərlərə çəkilib, xüsusilə, klassik Şərq poeziyasının bilavasitə təsiri altında inkişaf edib.

Azərbaycanda miniatürün tarixi
Orta Şərq miniatür sənətinin ilk nümunələri Azərbaycanın Təbriz, Mağara kimi şəhərlərində yaranıb.
Kitab tərtibatı və miniatür sənəti Azərbaycanda daha əvvəllər mövcud olsa da, bu sənətin indiki dövrə gəlib catan ən kamil nümunələri “Vərqa və Gülşa” (XIII əsrin əvvəli, “Topqapı” muzeyi, İstanbul), Rəşidəddinin “Cami–ət–Təvarix”dir (1307 və 1314, Paris, London, İstanbul muzeyləri).
XIV əsrdə bu sənətin müstəqil bədii məktəb kimi (Təbriz miniatür məktəbi) formalaşması 1340-1350-ci illərə aid edilən “Böyük Təbriz Şahnaməsi”, yaxud “Demott Şahnaməsi” adlanan məşhur əlyazmanın miniatürlərində öz əksini tapıb. Əksəriyyəti dövrün görkəmli rəssamları Əhməd Musa və Şəmsəddin tərəfindən çəkilmiş bu miniatürlər hazırda dünyanın bir çox muzey və kitabxanalarında saxlanılır. Bu əlyazmaya çəkilən miniatürlərindən hələlik 58-i məlumdur.
Azərbaycan miniatür sənətinin bədii üslub xüsusiyyətləri XV əsrin əvvəllərində daha da təkmilləşir. Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması (1405-1410, “Frir” qalereyası, Vaşinqton), dahi rəssam Əbd-əl-Xayyinin Sultan Əhmədin şeirlər “Divanı”na çəkdiyi rəsmləri (1405-1410, “Frir” qalereyası, Vaşinqton) və Əssar Təbrizinin “Mehr və Müştəri” əsərinə (1419) çəkilmiş illüstrasiyalardakı üslub Təbriz məktəbinin kamilləşməsini göstərir.
XV əsrdə Təbriz məktəbinin təsirilə Şamaxı və Bakıda miniatür sənəti inkişaf etməyə başlayır. Bu dövrdə “Şərq poeziyası antologiyası”, yaxud “Şamaxı antologiyası” (1468, Britaniya muzeyi, London), Əbdülbaqi Bakuvinin çəkdiyi tək və ikifiqurlu portretlər (“Mehtər”, “İki əmir”; “Topqapı” muzeyi, İstanbul) Şamaxı və Bakı rəssamlarının ən yaxşı miniatürləri sırasına daxildir.
Təbriz miniatür məktəbinin inkişaf zirvəsi XVI əsrin ortalarına təsadüf edir. Mərkəzləşmiş Səfəvilər dövlətinin yaranması ilə bağlı Azərbaycanın paytaxtı Təbriz şəhəri yenidən Yaxın və Orta Şərqdə mədəniyyətin, estetik fikrin, bədii yaradıcılığın əsas mərkəzinə çevrilir. Təbrizdə Şah İsmayıl və Təhmasibin saray kitabxanasında böyük ustad Sultan Məhəmmədin rəhbərliyi altında Mir Müsəvvir, Mirzə Əli Təbrizi, Mir Seyid Əli, Müzəffər Əli kimi istedadlı yerli rəssamlarla yanaşı, Kəmaləddin Behzad, Şeyxzadə, Ağamirək İsfahani, Şah Mahmud Nişapuri kimi Şərqin görkəmli sənətkarları, xəttat və rəssamları fəaliyyət göstərirdilər.
XVI əsr Təbriz məktəbinin bədii üslub xüsusiyyətlərini özündə cəmləşdirən miniatürlərdən 1524-cü il tarixli “Xəmsə” (“Metropoliten-muzey”i, Nyu-York), “Şahnamə” (Şərqşünaslıq İnstitutu, Sankt-Peterburq), 1528-ci il tarixli “Cami ət-təvarix” ( M.Y.Saltıkov-Şedrin adına kitabxana, Sankt-Peterburq) əlyazmalarına çəkilmiş illüstrasiyalar diqqəti cəlb edir.
Təbriz məktəbi simasında 1530-1540-cı illərdə Şərq miniatür sənəti ən yüksək inkişaf mərhələsinə çatır. Bu dövrdə son dərəcə zərif işlənmiş 3 kiçik miniatürlü “Şah və Dərviş” (M.Y.Saltıkov-Şedrin adına kitabxana, Sankt-Peterburq), 258 miniatürlə bəzədilmiş “Şahnamə” (1537; miniatürlərin bir qismi Nyu-Yorkdakı “Metropoliten-muzey”də, qalan hissəsi Nyu-Yorkda, “Haufton” kolleksiyasındadır) və 14 ədəd nadir miniatürü ilə dünya şöhrəti qazanmış “Xəmsə” (1539-1543, Britaniya muzeyi, London) əlyazmaları zəngin bədii tərtibatı, nəfis dekorativ bəzəyinə görə Şərqdə kitab sənətinin və miniatür boyakarlığının şah əsərləri hesab edilir.
Miniatür sənətində XVI əsrədək tək-tək təsadüf olunan dəzgah miniatürləri əsrin ortalarından inkişaf edərək tezliklə xüsusi janr səviyyəsinə yüksəlir. Kitab illüstrasiyalarından fərqli olaraq, belə müstəqil miniatürlərdə əsasən adi həyat hadisələri – ov və döyüş səhnələri, kef və musiqi məclisləri, saray əyləncələri, şah və əsilzadələrin portretləri, nadir hallarda isə klassik ədəbiyyatdan alınmış poetik süjetlər təsvir edilirdi. Rusiya, Türkiyə, Avropa və ABŞ-ın bir çox muzey və kitabxanalarında saxlanılan xüsusi albomlarda (mürəkkələrdə) toplanmış belə miniatürlərdən Mirzə Əli Təbrizinin “Sarayda musiqi məclisi”, Sultan Məhəmmədin “Ov səhnəsi” triptixləri, Mir Seyid Əlinin “Kənd həyatı” və “Şəhər həyatı” tabloları Şərq miniatür sənətində müstəsna yer tutur. Bundan başqa, Sultan Məhəmməd, Mir Müsəvvir, Dust Məhəmməd və b. rəssamlar bir sıra portret miniatürləri yaratmışlar.
XVI əsrdə Azərbaycan miniatür sənətinin inkişafı Siyavuş bəy, Mir Zeynalabdin Təbrizi, Məhəmmədi və Sadıq bəy Əfşarın yaradıcılığı ilə bağlıdır. Bu dövrdə kitab illüstrasiyalarından daha çox real həyat hadisələrini və adi məişət səhnələrini əks etdirən müstəqil miniatürlər çəkilib.
XVII əsrin əvvəllərində Azərbaycan kitab tərtibatı və miniatür sənətində müəyyən durğunluq əmələ gəlir. XVIII-XIX əsrlərdə əlyazma və daş çapı kitablarına çəkilmiş miniatürlər rəsm, kompozisiya və koloritinə görə bəsit, sxematik xarakter daşıyırdı. Əvəzəli Muğanlının “Kəlilə və Dimnə” (1809), Mirzə Əliqulunun “Şahnamə” (1850), Mir Möhsün Nəvvabın “Bəhr üləzən” (1864), Nəcəfqulu Şamaxılının “Yusif və Züleyxa” (1887; AREA Əlyazmaları İnstitutu) və s. kitablara çəkdikləri illüstrasiyalar obrazlı ifadə vasitələrinə görə klassik miniatür sənətinin tənəzzülünü göstərir.
Klassik miniatür sənətinin üslub xüsusiyyətlərindən Azərbaycan təsviri sənətinin sonrakı inkişaf dövrlərində istifadə edilir. Müasir rəssamlardan Mikayıl Abdullayev (1921-2002) klassik irslə bağlı olan bir sıra əsərlər yaradıb. Rəssam”Kitabi-Dədə Qorqud” (1962 və 1979-cu il nəşrləri) kitablarına çəkdiyi illüstrasiyaları, Bakı metropoliteninin “Nizami” stansiyasında şairin əsərlərinin motivləri əsasında mozaika lövhələrini də miniatür üslubda yaradıb. Xalq rəssamı Arif Hüseynovun (1943) “Azərbaycan nağılları”, “Novruz bayramı” ilə bağlı müniatür əsərləri çox məşhurdu. Miniatür janrında çəkən müasir rəssamlardan Altay Hacıyev, Rafis İsmayılov, Nüsrət Hacıyev, Orxan Hüseynovu göstərmək olar.

Azərbaycan miniatürləri

Dünya muzeylərinin ən gözəl inciləri

Qədim Azərbaycan miniatürləri

Qədim ənənələri olan Azərbaycan miniatür məktəbi uzun bir yol keçmişdir. Bu gün dünyanın bir çox muzey və kitabxanalarında saxlanan gözəl miniatürlərimiz azərbaycanlı rəssamların necə dəyərli bir irs buraxıb getdiklərindən xəbər verir .

Belə unikal əsərlərə gözoxşayan bir zərifliklə işlənmiş Sankt-Peterburqdakı M.Y.Saltıkov-Şedrin adına kitabxanada saxlanan 3 kiçik miniatürlü �Şah və Dərviş�i, 258 miniatürlə bəzədilmiş, bir qismi Nyu-Yorkdakı Metropoliten muzeyində, qalan hissəsi Nyu-Yorkdakı Haufton kolleksiyasında saxlanan �Şahnamə�ni(1537) və Londondakı Britaniya muzeyində saxlanan 14 ədəd nadir miniatürü ilə dünya şöhrəti qazanmış �Xəmsə�ni (1539-43) göstərmək də yetərli sayıla bilər. Bu əlyazmalar Şərqdə kitab sənətinin və miniatür boyakarlığının şah əsərlərindən hesab edilir.

Məlum olduğu kimi, Azərbaycan miniatür məktəbinin əsas mərkəzlərindən biri Təbriz sayılır. Bu zəngin və təkrarsız məktəbin yüksəliş dövrü XVI əsrin ortalarına təsadüf edir. Bu dövrdə Şah İ smayıl və Təhmasibin saray kitabxanasında böyük ustad Sultan Məhəmmədin rəhbərliyi altında böyük bir rəssam qrupu çalışırdı. Onların sırasında Mir Müsəvvir, Mirzə Əli Təbrizi, Mir Seyid Əli, Müzəffər Əli kimi istedadlı yerli rəssamlar, o cümlədən Kəmaləddin Behzad, Şeyxzadə, Ağamirək İ sfahani, Şah Mahmud Nişapuri, Dust Məhəmməd kimi şərqin görkəmli sənətkarları, xəttat və rəssamları vardı.

Ən maraqlı məqam odur ki, XVI əsrin əvvəllərindən başlayaraq Təbriz miniatür məktəbinin klassik ədəbiyyatla əlaqəsi bu sənətin inkişafına daha geniş üfüqlər açır. Firdovsi, Nizami, Sədi, Hafiz, Cami, Nəvai, Əmir Xosrov Dəhləvi kimi klassiklərin əsərləri Təbriz rəssamlarının yaradıcılığına geniş mövzu verir. Həmin dövrdə təsviri sənətdə ən dəyərli miniatürlər �Şahnamə� və �Xəmsə�yə çəkilirdi. Bu dövrdə Təbriz məktəbinin bədii üslub xüsusiyyətlərini özündə cəmləşdirən miniatürlərdən 1524-cü il tarixli �Xəmsə� (Metropoliten muzeyi, Nyu-York), �Şahnamə� (Şərqşünaslıq institutu, Sankt-Peterburq), �Quy və çovkan�, 1528-ci il tarixli �Cami ət-təvarix� (hər ikisi M.Y.Saltıkov-Şedrin adına kitabxana, Sankt-Peterburq) əlyazmalarına çəkilmiş illüstrasiyalar diqqəti cəlb edir.

Məhz Azərbaycanın gözəl incisi Təbrizdə yaranan bu zəngin məktəbin simasında 1530-1540-cı illərdə Şərq miniatür sənəti ən yüksək inkişaf mərhələsinə çatır. Bu ərəfədə bədii-estetik və sənətkarlıq baxımından ən dəyərli miniatürlərlə bəzədilmiş bir çox qiymətli əlyazmalar hazırlanır.

Dünya miniatür sənətinin incilərindən sayılan əsərlərə Sultan Məhəmmədin �Şahnamə�yə çəkilmiş �Keyumərzin məclisi�, �Zöhhakın edam edilməsi�, Mirzə Əli Təbrizinin �Hindistan elçilərinin qəbulu� miniatürlərini, Müzəffər Əlinin ov və döyüş səhnələri nümunələrini, Mir Seyid Əlinin saray məclisləri təsvir olunan əsərlərini, �Xəmsə�yə çəkilmiş miniatürlərdən Sultan Məhəmmədin �Sultan Səncər və qarı�, �Şirin çimərkən Xosrovun ona tamaşa etməsi�, �Məhəmməd Peyğəmbərin meracı�, Mir Müsəvvirin �Ənuşirəvan və bayquşların söhbəti�, Mirzə Əli Təbrizinin �Xosrov Bərbədin musiqisini dinləyir�, Mir Seyid Əlinin �Dilənçi qarının Məcnunu Leylinin yanına gətirməsi� və başqa əsərləri nümunə göstərmək olar.

Rəssamlıqda yeni mövzu və meyllər

Azərbaycan rəssamları başqa əsərlərə də işlədikləri miniatürlər də öz orijinallığı ilə seçilir. Bunlardan Sultan Məhəmmədin 1530-cu illərdə Hafizin �Divan�ına çəkdiyi �Şam Mirzənin kef-musiqi məclisi�, �Meyxanada�, naməlum rəssamların Ə.Cami, Əmir Xosrov Dəhləvi və başqa klassiklərin əsərlərinin əlyazmalarına, Sədinin külliyatına və başqa əlyazmalara çəkdikləri miniatürləri göstərmək mümkündür.

Şübhəsiz ki, zaman etibarı ilə bir çox sahədə baş verən inkişaf miniatür sənətinə də öz təsirini göstərir. XVI əsrədək tək-tək təsadüf olunan dəzgah miniatürləri əsrin ortalarından inkişaf edərək tezliklə xüsusi canr səviyyəsinə yüksəlir. Kitab illüstrasiyalarından fərqli olaraq, belə müstəqil miniatürlərdə əsasən adi həyat hadisələri – ov və döyüş səhnələri, musiqi məclisləri, saray əyləncələri, şah və əsilzadələrin portretləri, nadir hallarda isə klassik ədəbiyyatdan alınmış poetik sücetlər təsvir edilirdi. Rusiya (Sankt-Peterburq), Türkiyə (İstanbul), eləcə də Avropa və ABŞ-ın bir çox muzey və kitabxanalarında saxlanılan xüsusi albomlarda toplanmış, bəzən də sırf dekorativ bəzək məqsədilə müxtəlif əlyazma kitablarına sonralar daxil edilmiş belə miniatürlərdən Mirzə Əli Təbrizinin �Sarayda musiqi məclisi�, Sultan Məhəmmədin �Ov səhnəsi� triptixləri, Mir Seyid Əlinin �Kənd həyatı� və �Şəhər həyatı� tabloları şərq miniatür sənətində müstəsna yer tutur.

Rəssamlıqda baş verən inkişaf miniatür sənətinə də yeni mövzular gətirir. XVI əsrin ortalarında Sultan Məhəmməd, Mir Müsəvvir, Dust Məhəmməd və başqa rəssamlar bir sıra portret miniatürləri yaratmışlar. Müəyyən kanonlar (qayda, üsul) əsasında yaradılan bu portretlərdə əsas məqsəd hökmdarın zahiri gözəlliyini tərənnüm etmək olmuşdur.

Səfəvilər dövlətinin paytaxtının XVI əsrin 2-ci yarısında Təbrizdən Qəzvinə köçürülməsi ilə bağlı saray kitabxanasında fəaliyyət göstərən rəssamlardan bir qrupu yeni mərkəzə toplaşır. Azərbaycan rəssamlarının Qəzvində 1575-ci ilə qədər çəkdikləri miniatürlər bədii üslub xüsusiyyətlərinə görə Təbriz dövrü miniatürlərindən əsla seçilmir və Təbriz üslubunun məntiqi davamını təşkil edir.

Dünya incəsənətinə təsir göstərən məktəb

Əsrin 2-ci yarısı və sonlarında Azərbaycan miniatür sənətinin inkişafı və Qəzvində yeni üslubun yaranıb formalaşması Sultan Məhəmməd ənənələrinin davamçıları Siyavuş bəy, Mir Zeynalabdin Təbrizi, Əli Rza Abbasi Təbrizi, xüsusilə dövrün ən görkəmli ustad rəssamları Məhəmmədi və Sadıq bəy Əfşarın yaradıcılığı ilə bağlıdır. Bu dövrdə kitab illüstrasiyalarından daha çox real həyat hadisələrini və adi məişət səhnələrini əks etdirən müstəqil miniatürlər çəkilmişdir. Amma XVI əsrin 2-ci yarısında Azərbaycan kitab tərtibatı və miniatür sənətində müəyyən durğunluq əmələ gəldi. Bunun əsas səbəblərindən biri paytaxtın köçürülməsi ilə bağlı Təbrizin sənət mərkəzi kimi öz rolunu getdikcə itirməsi idi. İkinci səbəb isə XVI əsrin son rübündə Təbriz rəssamlarının Türkiyə və İranın sənət mərkəzlərində fəaliyyət göstərməsi, eləcə də bu dövrdə Sultan Məhəmməd və onun məktəbinə mənsub olan rəssamlar kimi hərtərəfli inkişaf etmiş, geniş yaradıcılıq imkanı olan ustad sənətkarların az olması idi.

Təbriz məktəbi yalnız öz əhatə dairəsi ilə kifayətlənib qalmamış, qonşu ölkələrlə yaradıcılıq əlaqəsi saxlamış, məktəbin nümayəndələri müxtəlif vaxtlarda bir çox Şərq ölkələrində fəaliyyət göstərmişlər. Məşhur rəssam Mir Seyid Əli atası Mir Müsəvvirlə birlikdə uzun müddət Hindistanda Moğol hökmdarları Hümayun və Əkbərin sarayında baş rəssam işləmiş, yeni sənətkarların hazırlanmasında, Moğol miniatür məktəbi adlanan hind boyakarlıq məktəbinin yaranması və inkişafında onların mühüm rolu olmuşdur. Türkiyə miniatür sənətinin inkişafına da Azərbaycan rəssamları əhəmiyyətli təsir göstərmişlər. Şahqulu Nəqqaş, Vəlican Təbrizi, Kamal Təbrizi və bir sıra digər Təbriz rəssamları müxtəlif dövrlərdə İstanbulda fəaliyyət göstərmiş, Şahqulu və Vəlican saray emalatxanasına rəhbərlik etmişlər.

Bu gün məşhur dünya sənətşünaslarının da etiraf etdiyi kimi, o dövrdə Azərbaycan rəssamlıq məktəbinin böyük təsir gücü olmuşdur. Bunu məşhur dünya muzey və kitabxanalarında saxlanan sənət əsərləri bir daha sübuta yetirir.

�Azadlıq�ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

Azadlıq.- 2013.- 26 aprel.- S.14.

Похожие статьи

  • Azərbaycan bölgələrində miniatür sənəti

    Azərbaycan bölgələrində miniatür sənəti S.Fərəcov Azərbaycan bölgələrində miniatür sənəti Söz sənətindən ilmələrə Orta əsrlərdə ədəbi nümunələr miniatür…

  • Azərbaycan bölgələrində miniatür sənıti

    Dünya miniatür sənətinin məşhur imzası “Xəmsə”nin əlyazmasına daxil edilmiş iri formatlı on dörd miniatür XVI əsrin ən görkəmli rəssamları tərəfindən…

  • Azərbaycan ədəbiyyatı qısa şəkildə

    Azərbaycan ədəbiyyatı/Azərbaycan yazılı ədəbiyyatının qədim nümumələri Bu dövrdə rus və Qərb şərqşünasları və şairləri ilə yaxından tanış olan, onlardan…

  • Azərbaycan ədəbiyyat tarixi

    Azərbaycan ədəbiyyatı haqqında D Azərbaycan ədəbiyyatı kitabxanası (on-line yenilənir) Hazırda “Oxu zalı” nda on-line kitabxana yaradılır. Amma hələ ki,…

  • Azərbaycan iii-ix əsrlərdə

    Azərbaycan iii-ix əsrlərdə Azərbaycanın görkəmli şairi, dramaturqudur. Naxçıvanda ruhani ailəsində doğulmuş, ibtidai təhsilini Naxçıvanda mollaxanada,…

Comments are closed, but trackbacks and pingbacks are open.