Azərbaycan mühacirət mətbuatı
Dövlət qurucıluğunun bütün sahələrində uğurlu islahatlar keçirməyə və ciddi dönüş yaratmağa müvəffəq olan Azərbaycan Xalq Cümhuriyyətinə dair “Yeni Qafqasya”da dərc edilmiş yazılar mövzu baxımından zəngin və maraqlı, janr baxımından fərqli və rəngarəngdir. Bədii əsərlərdə, xüsuisi ilə poeziya nümunələrində Cümhuriyyət dəyərləri, azadlıq və istiqlal nəşəsi, ruhu və sevdası, türk əsgərinin şücaəti vəsf və təbliğ edilir, eyni zamanda Cümhuriyyətin süqutu ilə itirilən hürriyyət həsrəti, kədəri, nisgili əks olunur, xalqımızın milli və mənəvi dəyərlərinə qənim kəsilən düşmənlər qəzəb və nifrətlə lənətlənir, ifşa edilir. “Azəri türk xalqının ən əziz duyğularına və ən incə hislərinə səmimi tərcüman olan Əhməd Cavadın” (M.Ə.Rəsulzadə) “Yeni Qafqasya”da “Qalx” (Azərbaycandakı Osmanlı şəhidlərinə), “Milli Bayrağımıza”, “Sən ağlama”, “Bir gül əkdim”, “Nədən yarandın”, “Al bayrağa”, “qüvvət və gözəlliyi ilə yalnız ədəbi deyil, siyasi mətbuatımızda da rəğbətlə qarşılanan Gültəkinin” (Əhməd Cəfəroğlu) “Anama”, “Ağla, gözəl gəlin”, “Qafqaz türküsü”, “Bir Turan yolçusu deyir ki”, “Moskva”, “Çeka”, “Sevgili Bakıya” və.s kimi çoxsaylı şeirləri milli ruhu, ideya dolğunluğu, bənzərsiz forma və üslub gözəlliyi ilə seçilən poetik nümunələrdir. Dərgidəki ədəbiyyatşünaslıq problemləri ilə bağlı məqalələrdə istiqlal və hürriyyət şairlərinin irsi təhlil və təqdir olunur, bolşevik hakimiyyəti illərində azadlıq aşiqlərinin təqib və həbs edildiyi, işgəncə və zülmə məruz qaldıqları qeyd edilir, digər tərəfdən sovet ədəbi-nəzəri konsepsiyası və metodologiyasının fəsadları və perspektivsizliyi, bolşevik ədəbiyyat tənqidçilərinin məfkurəsinin əsl mahiyyəti açılır, çirkin məqsədləri göstərilir və ifşa olunur. Publisistik yazılarda- məqalə və xatirələrdə Şərqdə ilk demokratik dövlətin fəaliyyətindən bəhs edən, parlamentin, hökumətin formalaşdırılması, dövlət təsisatlarının yaradılması, dövlət atributları, dövlət rəmzləri- Dövlət bayrağı, Dövlət gerbi, Dövlət himni və Dövlət möhürünün qəbulu, təsviri, istifadə qaydaları və s., ordu quruculuğu, elm, mədəniyyət, səhiyyə sahəsində, təhsil, o cümlədən yüksək ixtisaslı milli kadrların hazırlanması istiqamətində görülən işlərdən daha geniş söz açılır. 28 May İstiqlal bəyannaməsinin qəbuluna, Azərbaycanın müstəqil dövlət elan edilməsinə, 28 Aprel istilasına- Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalınıa, Cumhuriyyət qurucularının həyat və fəaliyyətinə, havadarlarından mənəvi və maddi dəstək alaraq xalqımızın istiqlalına və istiqbalına düşmənçilik edən murdar və məkrli qonşularımızın-ermənilərin törətdiyi ağlasığmaz cinayətlərə həsr olunan materiallar dövrün real mənzərəsini təsvir, tədqiq etmək baxımndan mühüm əhəmiyyət kəsb edir. Məhəmməd Əmin Rəsulzadənin, Mirzə Bala Məhəmmədzadənin, Gültəkinin, Məmməd Sadıq Aranın
“21 Azər” Elektron Dərgi / 21 آذر . مجله الکترون
Azərbaycan mühacirət ədəbiyyatı Azərbaycanın daxilində yaranan ədəbiyyat qədər qədim və zəngindir. Hələ orta əsrlərdə Azərbaycanın görkəmli qələm sahibləri Xətib Təbrizi və İmadəddin Nəsimi Vətəndən kənarda yaşayıb-yaratmışlar. XX –XXI əsrlərdə Azərbaycanın bir sıra qələm sahibləri müxtəlif səbəblər üzündən Vətəndən kənarda yaşamaqlarına baxmayaraq, Azərbaycan ədəbiyyatını inkişaf etdirirlər.
Azərbaycan mühacirət ədəbiyyatının inkişafını 4 mərhələyə ayırmaq olar:
1909-1920
1909–1910-cu illərdə çar hökuməti Qafqazda bəzi islahatlar həyata keçirirdi. Bu islahatlarla əlaqədar hökumət Azərbaycanın azad fikirli övladlarının fəaliyyətinə güclü nəzarət edirdi. Bu səbəbdən də bir çox qələm sahibələri Azərbaycanı tərk etməyə məcbur oldular. Sözü gedən mərhələdə Azərbaycan mühacirət ədəbiyyatının əsası qoyuldu və bu dövrün nümayəndələri mühacirət ədəbiyyatı ideologiyasının formalaşmasına böyük təsir göstərdilər. Bu mərhələnin görkəmli nümayəndələri sırasında Əlibəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və Şərq tarixində ilk demokratik respublika – Azərbaycan Xalq Cumhuriyyətinin (1918-1920) banisi Məmməd Əmin Rəsulzadənin adını çəkmək olar. Onu da qeyd etmək lazımdır ki, İranda yaşadığı müddətdə M.Rəsulzadə Şərqdə ilk Avropastandartlarına uyğun “İrani-novin” qəzetinin nəşrinə başlamışdı. Bu qəzetdə onun ədəbi məqalələri, şerləri və tərcümələri nəşr olunurdu. Sonralar Azərbaycanda və Türkiyədə nəşr olunmuş bir sıra əsərlərini də məhz ədib İranda olduğu dövrdə qələmə almışdır. Ə.Hüseynzadə və Ə. Ağaoğlu bu dövrdə İstanbulda yaşayırdılar, “Türk ocağı”və “İttihad və tərəqqi” cəmiyyətlərində fəaliyyət götərirdilər.
1920-1941
Bu dövrün nümayəndələri olmuş ədəbi simalardan M.Ə.Rəsulzadənin, M.B.Məmmədzadənin, Ə.Yurdsevərin, [[Ə.Topçubaşov]un, Y.V.Çəmənzəminlinin, C. Hacıbəyovun, Ə. Cəfəroğlunun, K.Ödər,H. Baykaranın, A. İldırımın və başqalarının adlarını çəkmək olar. Bu mərhələdə, daha dəqiq desək 1924-cu ildə M.Ə. Rəsulzadə İstanbulda Azərbaycanlıların Milli Mərkəzini yaratdı. Azərbaycan mühacirət ədəbiyyatının demək olar ki, bütün nümayəndələri bu mədəni mərkəzin üzvləri idilər. Onlar əmin idilər ki, Azrbaycanın müstəqilliyi uğrunda mübarizə həm siyasi, həm də mədəni istiqamətlərdə aparılmalıdır. Mühacirət ədəbiyyatının inkişafında M. Ə.Rəsulzadənin müstəsna rolu vardır. M.B.Məmmədzadə qeyd edir ki, M.Ə.Rəsulzadənin İstanbula gəlişinə qədər Azərbaycan mühacirət ədəbiyyatı xaotik vəziyyətdə idi. O, Türkiyədə və Avropanın digər bölgələrində yaşayan azərbaycanlıları bir amal ətrafında birləşdirməyə nail oldu. 1922-ci ildən nəşr olunmağa başlayan Azərbaycan qəzet və jurnalları mühacirət ədəbiyyatının inkişafına təkan verdilər. Bu dövrün nümayəndələrinin əsərləri Türkiyədə, Avropanın bir çox ölkələrində çap olunur və yayılırdılar. “Yeni Qafqazya”, “Azəri-Türk”, “Odlu yurd”, “Azərbaycan yurd bilgisi”, “Qurtuluş” kimi jurnallar, “Bildiriş”, “İstiqlal” və s. kimi qəzetlər Avropanın müxtəlif şəhərlərində nəşr olunurdu.
1941-1991
Bu mərhələnin başlanğıcı Böyük Vətən Müharibəsinin başlanması ilə eyni vaxta düşmüşdür. Almanlar tərəfindən əsir götürülmüş bir çox azərbaycanlılar siyasi səbəblər üzündən Vətənə dönə bilməmişdilər. Sovet hökuməti almanlara əsir düşmüş sovet əsgərlərinin sonradan alman kəşfiyyat orqanlarına xidmət etdiklərini zənn edirdi. Ona görə də əsirlikdən Vətən dönən əsgərlərin bir çoxu ya yenidən sürgün olunur, ya da həbs olunurdular. Onların arasında müharibədən sonra Sovet İttifaqına dönməyərək xaricdə yaşayan və Azərbaycan mühacirət ədəbiyyatının gələcək inkişafını müəyyənləşdirən yazıçılar və şairlər də var idi. Onu da qeyd etmək lazımdır ki, əvvəlki dövrlərlə müqayisədə bu dövrün yaradıcı potensialı o qədər də böyük deyildir. Lakin bütün çətinliklərə baxmayaraq, mühacir ədiblərin bu nəsli də ədəbiyyatımızın inkişafında az iş görməmişdir. Bu dövr yazarlarının əsərləri Almaniyada nəşr olunan “Azərbaycan” qəzetində, həmçinin Türkiyə mətbuatında işıq üzü görürdü. Ən görkəmli nümayəndələri M. Kəngərli, A.Dağlı, S.Təkinər, M.Musazadə və başqaları hesab olunurlar.
1991-indiyədək
Qeyd etmək lazımdır ki, bu dövr mühacirət ədəbiyyatının kamilləşməsi üçün müəyyən zamana ehtiyac vardır. Seyid Cəfər Pişəvəri, Məhəmməd Biriya, Həmzə Fəthi, Hökumə Billuri, Balaş Azəroğlu, Mədinə Gülgün, Qulamrza Səbri Təbrizi, Qulamhüseyn Saedi, Məhəmmədəli Mahmud, Həmid Nitqi və başqa yazıçı və şairlər İran hökumətinin despotizmindən yaxa qurtararaq dünyanın müxtəlif yerlərinə, bir hissəsi isə Şimali Azərbaycana mühacirət etmişdilər. Bu proses 1945-1946-cı illərdə Cənubi Azərbaycanda Milli Hökumətin suqutundan sonra baş vermişdi. Bununla da Azərbaycan ədəbiyyatında “Cənub mövzusu” yaranmağa və inkişaf etməyə başladı. İkiyə bölünmüş Azərbaycan dərdi, yurd, el-oba həsrəti bu poeziyanın toxunduğu əsas mövzu hesab olunur.
Azərbaycan mühacirət mətbuatı
Azərbaycan mühacirət mətbuatı Azərbaycan mətbuatının mühüm qоllarından biridir. Mühacirət mətbuatı dedikdə Azərbaycan Xalq Cümhuriyyəti dеvrildikdən sоnra istiqlal mücadiləsini xaricdə davam еtdirən Azərbaycanın siyasi mühacirlərinin, Cümhuriyyət xadimlərinin və оnların ardıcıllarının bütün XX əsr bоyu SSRİ-nin süqutunadək, əsasən, Türkiyədə və bəzi Qərbi Avrоpa ölkələrində yaratdıqları mətbuat nəzərdə tutulur. 1923-cü ilin sеntyabrın 26-dan Türkiyənin İstanbul şəhərində Azərbaycan mühacirət mətbuatının ilk nümunəsi оlan «Yеni Qafqasya» jurnalı nəşr еdilməyə başladı. M.Ə.Rəsulzadə tərəfindən nəşr еdilən bu jurnalın başlıca qayəsi Azərbaycanda davam еdən milli istiqlal mübarizəsinə dəstək vеrmək, vətəni bоlşеvik işğalından xilas еtmək idi. 1927-ci ildə «Yеni Qafqasya» Sоvеt İttifaqının Türkiyəyə təzyiqlərindən sоnra fəaliyyətini dayandırdı. Lakin 1932-ci ilədək Azərbaycan mühacirləri Türkiyədən çıxarılana qədər bu və ya digər adlarla öz nəşrlərini buraxmağa müvəffəq оlmuşlar. Həmin müddətdə Azərbaycan mühacirləri İstanbulda «Azəri türk» (1928-1930), «Yaşıl yarpaq» (1928), «Оdlu yurd» (1929-1931) məcmuələrini və «Bildiriş» qəzеtini (1930-1931) nəşr еtmişlər. Həmin nəşrlərin də prоqramları cüzi dəyişikliklərlə «Yеni Qafqasya»nın prоqramının təkrarı idi.
«Yеni Qafqasya» ərəb əlifbası ilə, «Azəri-türk»-ün ilk 20 sayı ərəb, sоnrakı 10 nömrəsi latın əlifbası ilə buraxılmışdır. Məcmuədə əsasən publisistik janrda yazılmış əsərlərin nəşri üstünlük təşkil еdirdi. Mühacirət publisistikası üçün bir tərəfdən döyüşkənlik və üsyankarlıq, digər tərəfdən həsrət, vətən yanğısı çоx xaraktеrikdir. «Azərbaycan mətbuatının şanlı xatirəsi» (Yеni Qafqasya, 1926, №9), «Tutduğumuz yоl» (Azəri türk, 1928, №1), «Hərf inqilabı cəbhəsində» (Azəri türk, 1928, №18), «Əfqanıstan faciəsi» (Оdlu yurd, 1929, №1), «Öyrədən bir müsibət» (Оdlu yurd, 1929, №3), «Müştərək Qafqaz cəbhəsi» (1932, № 12), «Türkiyə və Avrоpa» (1932, № 13), «Bir rеjimin ildönümü» (1932, № 20), «Dеmоkratiya və Sоvеtlər» (1932, № 30), «Haqq da ümid də bizdə» (Istiqlal, 1932, №23), «Vahid istiqlalçılar cəbhəsi» (1933, № 9), «Uzaq Şərqdə» (1933, № 34), «Milli Azərbaycan hərəkatının xaraktеri (Azərbaycan Yurd Bilgisi,1934,№29), «Azərbaycan haqqında ümumi məlumat» ( Azərbaycan (Ankara),1952,№9) «Azərbaycanın qara günü» (Birləşik Qafqasya,1953,№3-4), «Azərbaycan istiqlalının еlanı» (Birləşik Qafqasya, 1953, №5) kimi mühacirət mətbuatının ən gözəl nümunələrini nəşr olunmuşdur.
Azərbaycan mühacirət mətbuatında haqqında yazılar vеrilən, publisistik məqalələri nəşr еdilən, azadlıq mübarizəsinin önündə gеdənlərdən biri də Mirzə Bala Məmmədzadə olmuşdur.
Onun «Səkkiz illik yоl» (Yеni Qafqasya, 1926. – № 4), «Bakının azad оlunması uğrunda döyüş – 15 sеntyabr qələbəsi» (Yеni Qafqasya, 1927. – № 24), «31 Mart» (Оdlu yurd, 1929. -№ 2), «Müsavatçılar və kоmmunistlər» (Оdlu yurd, 1929. – № 4), «Bоlşеviklər və daşnaklar» (Оdlu yurd, 1929. – № 5), «Azərbaycan parlamеnti» (Оdlu yurd, 1930. – № 11), «Azərbaycan həyat və mətbuatında» (Оdlu yurd, 1931. – № 3, 4, 5, 6, 7), «Azərbaycan və bоlşеviklər» (Оdlu yurd, 1931. – № 27), «Kоmmunistlər və istiqlal» (Оdlu yurd, 1931. – № 27), «Bir qırğının 15 illiyi»(Istiqlal, 1933, №31), «Hər şеydən öncə milli istiqlal»(Qafqasya, 1952, №15), «Sоvеtlər Birliyində əhali və rus оlmayan millətlər məsələsi» (Birləşik Qafqasya, 1953, №3-4), «Mirzə Fətəli və əlifba məsələsi»(Birləşik Qafqasya, 1953, №3), «Rus impеrializmi və оnun alətlər»( Birləşik qafqasya, 1953, №5), «Müstəqil Azərbaycan» (Birləşik Qafqasya, 1953, №5), «Yеni tariximizin mühüm günlərindən» (Birləşik Qafqasya, 1953, №7), «Azərbaycanın milli zəfər günü» (Birləşik Qafqasya, 1953, №9), «Milli tariximizin sоn 50 ili» (Azərbaycan, 1956, №1) və s. kimi məqalələri mühacirət mətbuatında ardıcıl оlaraq nəşr оlunmuşdur.
Azərbaycan mühacirət publisistikasında görkəmli ictimai xadimi Hüseyn Baykaranın xüsusi yеri var. Hüsеyn Baykara da digər mühacirlər kimi qürbətdə vətəninin istiqlalı uğrunda mübarizəyə başlayır, Azərbaycan xalqının vəziyyəti haqqında mətbuatda еlmi, publisistik məqalələrlə çıxış еdirdi. Оnun məqalələrini оxuduqda görürük ki, söhbət yalnız və yalnız Azərbaycandan gеdir. О cümlədən, «Azərbaycanda еrməni basqısı və Naxçıvan məsələsi», «Azərbaycan istiqlalının 50 illiyi dоlayısilə», «Azərbaycan cümhuriyyətinin iki hərbi zəfəri», «Azərbaycan rеnеssansını yapanlardan Abbasqulu Ağa Bakıxanоv», «Azərbaycan istiqlal mücadiləsinin iqtisadi təməli», «Dədə Qоrqud kitabı üzərinə nоtlar» və s. yazılar bu qəbildəndir.
Hüsеyn Baykara Azərbaycanın azadlıq hərəkatından bəhs еdən bir nеçə еlmi kitabın müəllifidir. Azərbaycan öz müstəqilliyini yеnidən bərpa еtmək uğrunda mübarizə apardığı illərdə (80-ci illərin sоnu 90-cı illərin əvvəllərində) mühacirət publisistikası yеni inkişaf mərhələsinə qədəm qоydu. Həmin dövrdə və müstəqilliyin ilk illərində Türkiyədə çap olunan «Azərbaycan» jurnalı ölkədə gеdən ictimai-siyasi prоsеsləri, xüsusilə Dağlıq Qarabağ və оnun ətrafında baş vеrən hadisələri diqqətlə izləyir və dərhal rеaksiya vеrirdi. Türkiyədə («Azərbaycan türkləri», «Xəzər»,İstanbul,1990), İsvеçdə («Araz»,Lund,1991; «Azərbaycan», Stоkhоlm), Böyük Britaniyada («Aydınlıq», 1988, Lоndоn; «Оdlar ölkəsi», 1988, Еdinburq), Almaniyada («Azər»,1990, Bеrlin; «Ana dili», 1984, Bоnn; «Savalan», 1967, Bеrlin, «Ərk»,1975), İspaniyada («Dədə Qоrqud», 1988, Madrid), Bеlçikada («Qürbət», 1984, Brüssеl; «Оdlu vətən», 1992, Brüssеl), habеlə kеçmiş SSRI məkanında Rusiya Fеdеrasiyasında («Azərrоs», «Azərbaycan XXI əsr», «Millətin səsi», «Azərbaycan diaspоru», «Asudə vaxt», Mоskva; «Azərbaycan еdia», Ivanоvо; «Azеrbaydjan», Yеkatеrinburq; «Bizim qəzеt», Kеmеrоvо; «Yurd», Saratоv; «İnam» Sankt-Pеtеrburq; «Azərbaycan»,Vladivоstоk; «Dərbənd», Dərbənd), Еstоniyada («Оcaq, Tallin»), Ukraynada («Savalan», Dnеprоpеtrоvsk; «Еxо Azеrbaydjana», «Qоlоs Azеrbaydjana»,Kiyеv; «Millət», Simfеrеpоl), Mоldоvada («Araz»,Kişinyоv) nəşr еdilən qəzеt və jurnallarda mühacirət mətbuatı tarixində müəyyən iz qоymuş publisistik əsərlər çap еdilmişdir.
Azərbaycan mühacirət mətbuatı
Abid Tahirli
(“Yeni Qafqasya” dərgisində dərc olunan məqalələr əsasında)
Azərbaycan mühacirət mətbuatını Azərbaycan Xalq Cümhuriyyəyti tarixinin salnaməsi və istiqlal mücadiləsi yolunun güzgüsü adlandırmaq olar. Mücahidlər qürbətin ağır şərtləri içərisində, sovet xəfiyyəsinin cəzasız cinayətləri, qətlləri şəraitində, casus şəbəkəsinin təhlükəli təqibləri, təzyiqləri altında ilk demokratik dövlətimizin dəyərlərini yazmaq, yaşatmaq, təbliğ etmək, gələcək nəsillərə ötürmək, eyni zamanda bolşevik rejimini və kommunist ideologiyasını, sovet həyat tərzinin eybəcərliklərini ifşa etmək kimi tarixi vəzifəni şərəflə, uğurla yerinə yetirmişlər. Mühacirət mətbuatı nümunələrində- -“Yeni Qafqasya”, “Odlu yurd”, “Azəri türk”, “Azərbaycan yurd bilgisi”, “Mücahid”, “Türk izi” (İstanbul), “İstiqlal”, “Qurtuluş” (Berlin), “Azərbaycan” (Ankara) və s. kimi dərgi və qəzetlərdə dərc olunmuş yazılar bu fikrin irəli sürülməsinə ciddi əsaslar verir. 1923-cü il sentyabrın 26-da M.Ə.Rəsulzadənin rəhbərliyi ilə İstanbulda “Ədəbi, ictimai, siyasi məcmuə” kimi on beş gündə bir dəfə ərəb əlifbası ilə nəşrə başlayan, 5-il sonra -1927-ci il oktyabrın 15-də sonuncu- 95-ci nömrəsi buraxılan Azərbaycan mətbuat tarixinin ən şərəfli, döyüşkən nümunələrindən “Yeni Qafqasya”nın demək olar ki, əksər nömrələrində, xüsusi ilə tarixi hadisələrin ildönümlərinə həsr olunan saylarında haqqında bəhs etdiyimiz mövzulara dair xeyli məqalə dərc olunmuşdur.
Dövlət qurucıluğunun bütün sahələrində uğurlu islahatlar keçirməyə və ciddi dönüş yaratmağa müvəffəq olan Azərbaycan Xalq Cümhuriyyətinə dair “Yeni Qafqasya”da dərc edilmiş yazılar mövzu baxımından zəngin və maraqlı, janr baxımından fərqli və rəngarəngdir. Bədii əsərlərdə, xüsuisi ilə poeziya nümunələrində Cümhuriyyət dəyərləri, azadlıq və istiqlal nəşəsi, ruhu və sevdası, türk əsgərinin şücaəti vəsf və təbliğ edilir, eyni zamanda Cümhuriyyətin süqutu ilə itirilən hürriyyət həsrəti, kədəri, nisgili əks olunur, xalqımızın milli və mənəvi dəyərlərinə qənim kəsilən düşmənlər qəzəb və nifrətlə lənətlənir, ifşa edilir. “Azəri türk xalqının ən əziz duyğularına və ən incə hislərinə səmimi tərcüman olan Əhməd Cavadın” (M.Ə.Rəsulzadə) “Yeni Qafqasya”da “Qalx” (Azərbaycandakı Osmanlı şəhidlərinə), “Milli Bayrağımıza”, “Sən ağlama”, “Bir gül əkdim”, “Nədən yarandın”, “Al bayrağa”, “qüvvət və gözəlliyi ilə yalnız ədəbi deyil, siyasi mətbuatımızda da rəğbətlə qarşılanan Gültəkinin” (Əhməd Cəfəroğlu) “Anama”, “Ağla, gözəl gəlin”, “Qafqaz türküsü”, “Bir Turan yolçusu deyir ki”, “Moskva”, “Çeka”, “Sevgili Bakıya” və.s kimi çoxsaylı şeirləri milli ruhu, ideya dolğunluğu, bənzərsiz forma və üslub gözəlliyi ilə seçilən poetik nümunələrdir. Dərgidəki ədəbiyyatşünaslıq problemləri ilə bağlı məqalələrdə istiqlal və hürriyyət şairlərinin irsi təhlil və təqdir olunur, bolşevik hakimiyyəti illərində azadlıq aşiqlərinin təqib və həbs edildiyi, işgəncə və zülmə məruz qaldıqları qeyd edilir, digər tərəfdən sovet ədəbi-nəzəri konsepsiyası və metodologiyasının fəsadları və perspektivsizliyi, bolşevik ədəbiyyat tənqidçilərinin məfkurəsinin əsl mahiyyəti açılır, çirkin məqsədləri göstərilir və ifşa olunur. Publisistik yazılarda- məqalə və xatirələrdə Şərqdə ilk demokratik dövlətin fəaliyyətindən bəhs edən, parlamentin, hökumətin formalaşdırılması, dövlət təsisatlarının yaradılması, dövlət atributları, dövlət rəmzləri- Dövlət bayrağı, Dövlət gerbi, Dövlət himni və Dövlət möhürünün qəbulu, təsviri, istifadə qaydaları və s., ordu quruculuğu, elm, mədəniyyət, səhiyyə sahəsində, təhsil, o cümlədən yüksək ixtisaslı milli kadrların hazırlanması istiqamətində görülən işlərdən daha geniş söz açılır. 28 May İstiqlal bəyannaməsinin qəbuluna, Azərbaycanın müstəqil dövlət elan edilməsinə, 28 Aprel istilasına- Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalınıa, Cumhuriyyət qurucularının həyat və fəaliyyətinə, havadarlarından mənəvi və maddi dəstək alaraq xalqımızın istiqlalına və istiqbalına düşmənçilik edən murdar və məkrli qonşularımızın-ermənilərin törətdiyi ağlasığmaz cinayətlərə həsr olunan materiallar dövrün real mənzərəsini təsvir, tədqiq etmək baxımndan mühüm əhəmiyyət kəsb edir. Məhəmməd Əmin Rəsulzadənin, Mirzə Bala Məhəmmədzadənin, Gültəkinin, Məmməd Sadıq Aranın
məqalələri ideya, məzmun baxımından sanballı, dolğun, sənətkarlıq nöqteyi-nəzərindən mükəmməl, təsirli və diqqətəlayiqdir.
Mövcud olduğu 23 ay müddətində Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdə, xalqımızın taleyində, təfəkkür və həyat tərzində oynadığı rol Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycanın böyük günü” adlı məqaləsində geniş təhlil olunmuş, dəyərləndirilmişdir. Müəllif aşağıdakı cümlələrlə Xalq Cümhuriyyətinin ölkədə yaratdığı yeni ab-havanı, yüksək mənəvi-psixoloji şəraiti sərrast və dəqiq ifadə etmişdir: “Bu sətirləri yazan mühərrir iki il məsud bir istiqlal həyatı yaşayan Azəri mühitinin bütün sevincinə şahid olmuşdur. Kiçikdən böyüyə qədər kişi və qadın, kəndli və şəhərli, əhalinin bütün təbəqəsi az bir zaman içərisində nə qədər tahavvül etdiyini (dəyişdiyini- T.A) seyr eyləmiş, hakimiyyətin timsalını təşkil edən gənc ordusunun keçdiyi küçələrdə sevincindən ağlayan gözəl qara gözləri görmüşdür. İldırım sürəti ilə yetişən qardaşlarının köməyi ilə bolşevik zülmündən qurtulan Bakının xilas günündə, Azərbaycan alayının ilk dəfə Bakıya girdiyi anda, 28 May İstiqlal günündə, Novruz bayramındakı o parlaq manevrada, Cümhuriyyətin Avropalılarca təsdiq edildiyi gündə müstəsna bir mənzərə təşkil edən Bakı küçələrini görən müşahid dünənki əsir bir xalqın nə kimi hisslər və nə kimi həyəcanlarla yeni istiqbal həyatı qurduqlarını dərk eyləmişdir”.
Xalq Cümhuriyyəti dövründə Azərbaycan dövlətinin möhkəmlənməsi üçün misilsiz işlər görülmüş, ictimai həyatın ən müxtəlif sahələrinin inkişafına xidmət edən 230-a yaxını qanun, o cümlədən “Azərbaycan vətəndaşlığı haqqında”, “Mətbuat haqqında”, “Hərbi məhkəmələr haqqında”, “Bakı Dövlət Universitetinin yaradılması haqqında”, “Müəssislər Məclisinə Seçkilər haqqında”, “Azərbaycan parlamentinin mühafizə dəstəsinin yaradılması haqqında”, “Dövlət Bankı haqqında”, “Sərhəd Mühafizəsinin təşkili haqqında ” və s.kimi tarixi sənədlər qəbul edilmiş, qısa müddət ərzində iqtisadi, ictimai-siyasi və sosial həyatın müxtəlif sahələrində mühüm islahatlar həyata keçirilmişdir. Bolşevik istilasından sonra isə Xalq Cümhuriyyətinin əldə etdiyi bütün uğurlar qərəzli və düşmən münasibətə tuş gəlmiş, mili və demokratik dəyərlər alt-üst edilmişdir. “Dəmirçioğlu” gizli imzası ilə dərc olunmuş “Bu günün xatirəsi” adlı məqalədə deyildiyi kimi, hər şey matəmə bürünmüşdü, hər tətəfə qatı zülmət çökmüşdür. Bolşeviklər istiqlal dövrünü xatırladan nə varsa, aradan qaldırmışlar, milli nə varsa, məhv etmişlər. Hər yerə, hər şeyə, yerli, yersiz qalın və qanlı bir pərdə çəkilmişdir. “28 May nədir” adlı məqalədə müəllif Cümhuriyyətə aparan yola nəzər salır, M.F. Axunzadə, H.Zərdabi ilə başlayan Azərbaycan cəmiyyətçiliyinin milli mahiyyət kəsb edərək tədricən hürriyyət və istiqlalın nüvəsinə çevrildiyini qeyd edir və yazır: “28 May bəyənnaməsində mündəriç (yer almış, dərc olunmuş- T.A) cümhuriyyət, demokratiya və milliyyət prinsiplərinin öz yurdunda tətbiqini görmək səadətinə nail olan Azərbaycan iki ili tamam olmayan bir məsud həyattdan sonra məlum şərait daxilində təkrar rus orduları tərəfindən işğal olunmuş, hürriyyət və istiqlalından məhrum edilmişdir”. Mirzə Bala Məhəmmədzadə “Səkkiz illik yol” məqaləsində Azərbaycan Xalq Cümhuriyyətini Azərbaycan türklərinin iqtisadi, ictimai, mədəni inkişafının məhsulu kimi dəyərləndirir və onun tam müstəqil, milli, demokratik dövlət kimi mahiyyətini açıqlayır, əkinçilərə torpaq vermək üçün qanun yazdığını, universitet açdığını, məmləkət maarifini, ticarətini, iqtisadiyyatını böhrandan çıxarmağa çalışdığını qeyd edir: “Məmləkətimizin müqəddəratı millətimizin əlinə keçirdi. Hər yerdə milli təşkilat fəaliyyətə başlayırdı”. Məqalə müəllifi bu intibahın dünənki zalımları qorxuya saldığını, millətin iradəsini şiddət və təzyiqlə, top və tüfənglə, mərmi və bomba ilə sındırmağa, Azərbaycanı məzarıstana çevirməyə çalışdığını qeyd edir. İstiqlal və hürriyyət arzusu xalqı mücadiləyə səfərbər etmişdir: Dilə qarşı dil ilə, , qələmə qarşı qələmlə çıxan Azəri türkü hazırsızlığına rəğmən, silaha qarşı da silahla cavab verdi. Mücadilə mətbuatdan, mitinqlərdən kazarmalara, oradan da cəbhələrə keçdi. Müqəddəs hürriyyət və istiqlal haqqımıza istinadən mücadilə etdik, qurbanlar verdik, və qələbə çaldıq”.
Dərgi çox mürəkkəb bir tarixi şəraitdə bərqərar olan milli hökumətin fəaliyyətinin demək olar ki, bütün sahələrini- dövlət qurucıluğu istiqamətində həyata keçirilən islahatları, elm, təhsil, maarif və mədəniyyətin inkişafına, milli ruhlu yeni nəslin yetişdirilməsinə, eyni zamanda, ölkədə baş verən ictimai-iqtisadi, siyasi hadisələri yüksək peşəkarlıqla işıqlandırmışdır. “Almaniyada Azərbaycan tələbəsi” adlı məqalədə Cümhuriyyət dövründə təhsil almaq üçün Avropaya göndərilən milli ruhlu gənclərdən 52 tələbənin Almaniyanın ali məktəblərində müxtəlif ixtisaslar üzrə təhsil almalarından, tədrislə bağlı problemlərindən bəhs olunur. Məhəmməd Əmin Rəsulzadənin “Azəri” imzası ilə qələmə aldığı “Azərbaycan darüfununları” adlı məqalə Cümhuriyyət hökumətinin milli təhsillə bağlı atdığı addımları dəyərləndirmək, eyni zamanda bolşevik hökumətinin təmsilçilərinin yalanını ifşa etmək baxımından diqqəti çəkir. Rusiya səfirliyinin İstanbulda Leninin vəfatı ilə bağlı keçirdiyi tədbirdə Azərbaycanı təmsil edən nümayəndə Leninin ünvanına təriflər yağdırdıqdan sonra Azərbaycanda “heç yox ikən Leninin dörd darüfunun təsis etdiyini” söyləyir. Məqalə müəllifi natiqin dediklərini faktlarla təkzib etməklə kifayətlənmir, eyni zamanda universitet tələbələrinin milli tərkibinə diqqəti çəkərək yazır ki, Cümhuriyyət dövründə tələbələrin əksəriyyətinin türk olduğu halda, bolşeviklərin dövründə bu nisbət kəskin dəyişmiş və say etibarı ilə türk tələbələrin sayı digər millətlərlə müqayisədə bir neçə dəfə azalmışdır. “Bakıda maarif işləri” adlı məqalədə də bolşeviklərin təhsil sahəsindəki siyasətinin antimilli mahiyyəti kəskin tənqid olunur: “Əslində əski çar hökuməti kimi bugünkü rus istilalçılarının fikirləri və təqib etdikləri qayələri budur: Məhkum millətlər arasında maarifin inkişafına mane olmaq! Çünki onlar yaxşı bilirlər ki, istibdadın, istilanın, hər cür zorakılığın əvvəlinci düşməni maarif işığıdır”. “SSRİ-dəki sözlər və işlər” adlı yazıda qeyd olunur ki, sözdə maarifin sərbəst olduğu bəyan edilsə də, ruscanın təhsili məcburidir. Nəticədə üç türkcə məktəbi açılanda, on rus məktəbi açılır. Güclü rus mədmədəniyyəti zəif türk mədəniyyətini öldürür”. “Yeni Qafqasya”dakı bu qəbildən olan yazılar AXC dövründə təhsil və maarifə göstərilən doğma, milli münasibətlə bolşeviklərin bu sahədəki mənfur, irticaçı və istilaçı siyasətinin fərqi açıq-aydın özünü göstərir.
Demokratik prinsiplər əsasında bərqərar olan АХС müstəqil və azad mətbuatın hüquqi bazasını yaratdı, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən müvafiq qanunvericilik aktları qəbul edildi. “Azərbaycan Milli Cümhuriyyəti zamanında məmləkətdə fikir hürriyyətinə və mətbuatın sərbəstliyinə tamamıilə riayət olunmaqda, hökumət millətin əqidə və düşüncəsinə təzyiq etməkdən çəkinməkdə idi. Millətin səadətini, məmləkətin səadət və tərəqqisini arzu edən firqə və cərəyanlar tam sərbəst şəkildə dövlət quruluşu, siyasi, ictimai və iqtisadi həyat təşkilatı xüsusunda, qanun və tədbirlər haqqında öz mülahizə və görüşlərini bəyam etməkdə, hökumət isə öz növbəsində həmin fikirləri diqqətlə nəzərdən keçirməkdə idi”. Bu cümlələr Mirzə Bala Məhəmmədzadənin “Sovet Azərbaycanında mətbuat hürriyyəti” adlı məqaləsindən götürülmüşdür . Müəllif yazır ki, 27 aprel 1920-ci ilə qədər Azərbaycan hökumətinin rəsmi dövlət qəzeti “Azərbaycan”, Müsavat Partiyasının “İstiqlal”, İttİhadi-İslam Partiyasının “İttihad”, Əhrar Partiyasının “Xalqçı”, Sosial Demokrat Partiyasının “Doğru yol”, bitərəf tərəqqipərvər “Bəsirət”, bolşeviklərə məxsus “Al bayraq”, “Füqara sədası” qəzetləri, milliyətpərvər bitərəf “Qurtuluş” ədəbi, bitərəf “Zənbur” gülgü, məktəbli uşaqlara məxsus “Məktəb”, gənclərə məxsus “Mədəniyyət” ədəbi məcmuələri və.s., eləcə də rus dilində bir çox qəzet nəşr olunurdu. Bolşevik istilasından sonra bütün bu qəzetlər bağlandı. “Molla Nəsrəddin” jurnalı və onun naşiri Mirzə Cəlil ciddi sıxışdırıldı, təqib, töhmət və təzyiqlərə məruz qaldı. Yalnız kommunistlərə məxsus olmaq üzrə rusca “Bakinski raboçi”, “Trud”, türklərə məxsus “Kommunist” qəzeti çıxmağa başladı. Mirzə Bala Məhəmmədzadə haqlı olaraq bu qənaətə gəlir ki, Xalq Cümhuriyyətindən fərqli olaraq, bolşeviklər digər sahələrdə olduğu kimi, mətbuat aləmində də fərqli məfkurəli,fərqli fikirli nəşrlərin fəaliyyətinə yol vermirdilər.
“Qızıl Ordu milli dövlətləri məhv etmək yolu ilə millətləri təkrar Rusiya idarəsinə çəkdi” yazan mahir publisist Mirzə Bala Məhəmmədzadə məktəblərə, mətbuata, milli tarix və milli ədəbiyyata, milli ruha düşmən mübasibəti ilə imperialist Rusiyanın böyük cinayət törətdiyini, hər cür vasitələrlə milli qəhrəmanları, xalqa xidmət edən görkəmli xadimləri yaddaşlardan silməyə, gənc nəslə onları cəllad şəklində təqdim etməyə çalışdıqlarını vurğulayır. Məqsəd yeni nəslin milli məfkurə və amallardan uzaq yetişdirilməsidir
. Azərbaycan Xalq Cümhuriyyəti dövründə xarici siyasət, milli təhlükəsizlik və ordu quruculuğu sahəsində , ölkənin ərazi bütövlüyü uğrunda cinayətkar erməni quldurları ilə mübarizədə Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıq, şücaət “Yeni Qafqasya” dərgisinin müraciət etdiyi əsas mövzulardandır və həmin yazılar obyektivliyi, sanbalı, milliliyi, müasirliyi və aktuallığı ilə diqqəti çəkir və mühüm əhəmiyyət kəsb edir.
Bu qəbildən olan yazılar:
– Azərbaycan Xalq Cümhuriyyəyti tarixinin tədqiqində sanballı və etibarlı mənbə, milli dövlətçilyimizin şanlı, şərəfli səhifəsinin təbliğində qürurverici məxəzdir;
-Sovet dövrü tarixçilərinin AXC ilə bağlı qərəzli, saxta müddəlarını təkzib etmək, milli hökumətə münasibətdə kommunust ideologiyası və imperiya rejiminin meyar və prinsiplərinin puç və perspektizizliyini əsaslandırmaq üçün təkzibolunmaz və tutarlı materiallardır;
-Azərbaycan Xalq Cümhuriyyəytinin ədəbi-mədəni, ictimai-siyasi, sosial həyatının obyektiv mənzərəsi barədə geniş təəssürat yaradır;
– Mühacirət mətbuatının proqram, məram və missiyasının obyektiv, dərindən, hərtərəfli, araşdırılması və dəyərləndirilməsinə yardım edir;
– İstiqlal mücahidlərinin həyat və yaradıcılığına işıq salır;
-Bolşevik hakimiyyətinin milli, dini, ədəbi-mədəni sahələrdə yürütdüyü və təhdid, təqib, təzyiq, sürgün və edamlarla müşaiyət olunan siyasətini tənqid və ifşa edir;
-Gənc nəslə istiqlala, Vətənə məhəbbət hissi aşılayır, onların milli -mənəvi, dini dəyərlərə sədaqət və ehtiram ruhunda tərbiyəsində mühüm rol oynayır.
Похожие статьи
-
Azərbaycan mühacirət ədəbiyyatında publisistika
Mühacirət ədəbiyyatı Mühacirət ədəbiyyatında vətən həsrəti, qürbət duyğuları, tarixi hadisələrə fərqli ədəbi baxış meylləri qüvvətlidir. Çətin şəraitdə…
-
Azərbaycan xalq cümhuriyyəti dövrünün iqtisadiyyatı
Azərbaycan Xalq Cümhuriyyəti Lakin istər daxili, istərsə də xarici siyasət sahəsində kəskin milli mənafe ziddiyyətlərinin olması Zaqafqaziya Seymi və…
-
Azərbaycan çekistləri Heydər Əliyev hələ o zaman müstəqil yaşadığımız bu günləri görürdü, doğma Vətənini bu günlər üçün hazırlayırdı. Böyük düha sahibi…
-
Azərbaycan xalq cumhuriyyətinin 100 illiyi
Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyidir Sonra Əməkdar Artist Turan Manafzadənin dirijorluğu ilə orkestrin konserti oldu. Daha sonra…
-
Azərbaycan Xalq Cümhuriyyəti – DÖVLƏTÇİLİK ƏNƏNƏLƏRİNİN DAVAMI KİMİ 27 iyun 1918 – Xalq Cümhuriyyətinin hökuməti “Dövlət dili haqqında” qərar qəbul edib….
Comments are closed, but trackbacks and pingbacks are open.